ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə31/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

.  Qeyd etdiyimiz kimi, -acaq

2

  şəkilçisi “Kitab”ın di-



lində qəti gələcək zaman forması kimi yox, feli sifət şəkilçisi kimi 

işlənib: yatacaq yer. “...yatacaq yerim genə bu xərab olasıydı”; 

yığılacaq (yıxılacaq) ev. “Neyləyim, bu yığılacaq evdə un yoq, 

ələg yoq” verəcəgi qız. “Nə oturarsan, sultanım, Baybican bəg ol 

saηa verəcəgi qızı Beyrəgə verdi”; 

–ası

2

. Bu forma -acaq

2

  şəkilçisindən fərqli olaraq “Kitab”ın 



dilində  həm lazım  şəklinin, həm də feli sifətin morfoloji göstəri-

cisi kimi çıxış edir: lazım  şəklinin  şəkilçisi kimi: “bulasıyam”. 

“Bəli xanım bulasıyam”; “xərab olasıydı”. “...yatacaq yerim genə 

bu xərab olasıydı”; “xərab olası”. “Bu evi xərab olası! Ərə varalı-

dan bərü dəxi qarnım toymadı, yüzim gülmədi”;  feli sifət şəkilçisi 

kimi: “varası”. “Sən varası kafər degül”; Amma bu da var ki, -ası

2

 

forması “Kitab”ın dilində iki qrammatik funksiyada çıxış etsə də, 



üstün mövqedə deyil. XVII əsrdən sonrakı dövr ədəbi dilimizdə 

isə  həm lazım  şəklinin, həm də feli sifətin morfoloji göstəricisi 

kimi tam sabitləşib. 

Feli bağlama şəkilçiləri. “Kitab”ın dilində işlənmiş bir sıra 

feli bağlama formaları  gələcək zaman məzmunlu feli sifətlərdən 

fərqli olaraq, birbaşa gələcək zamanı bildirmir, gələcəkdə yerinə 

yetiriləcək iş və hərəkəti ifadə edir, “bu halda feli bağlama ilə ifa-

də olunan hərəkətin gələcək zamanda icra ediləcəyi nəzərdə tutu-

lur”


2

. Bu cür feli bağlamalara mətn daxilində diqqət yetirək:  



–anda

2

. Bu forma “Kitab”ın dilində intensivliyi ilə fərqlənir: 

götürəndə. “Ağır sancaq götürəndə müsəlmanlar artxası olsun!”; 

                                                            

1

 K.Bəşirov. Oğuz qrupu türk dillərində qrammatik morfemlər. Bakı,2009,səh.200. 



2

 İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 

səh.204. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

310

 

–dıqda, -dikdə. “-dıq+da” modelinin inkişafı  əsasında  ya-

ranmış bu formaya “Kitab”ın dilində az rast gəlinir: bildıqda (bi-

ləndə), söylədikdə. “Oğuzıη ala gözli qızı-gəlini bildıqda, Hər kişi 

sözin söylədikdə, sən orada turasan...”; 

–madın (madan). Bu forma “Kitab”ın dilində üstün möv-

qedə görünür: varmadın (getməmiş). “Mən qırıma varmadın ol 

maηa baş gətirmək gərək”; axşam olmadın. “Əgər sağdır, əsəndir, 

axşam olmadın genə mən saηa gəlürəm”; 



–caq. “-gəc” feli bağlama şəkilçisindən törəmə hesab olunan 

bu forma “Kitab”ın dili üçün də səciyyəvidir: qalıcaq. “...bən ölib 

sən qalıcaq tacım-taxtım saηa vermiyələr...”; 

–inca, -incə. “Kitab”ın dilində qabarıq  şəkildə görünür: to-

yınca. “...toyınca tıqa-basa yeyər...”; görməyincə. “Qız anadan 

görməyincə ögit almaz”. 

Təqdim etdiyimiz cümlələrin feli xəbərlərində  (əsas feildə) 

gələcək zamanın əsas və ikinci dərəcəli morfoloji göstəriciləri  iş-

lənib. Bu  mənada  -anda

2,   

-dıqda


4

, -madın


2

, -caq


2

, -ınca


4

, feli bağ-

lama formalarının gələcək zaman sferasına daxil edilməsi təsadüfi 

deyil. 


 

TEMPORALLIĞIN SİNTAKTİK  

VAHİDLƏRLƏ İFADƏSİ 

 

Sintaktik temporallıq dildəki leksik və morfoloji temporallıq 



vasitələrini bütöv şəkildə öz daxilində əhatə və əks etdirən bir ka-

teqoriyadır. Yəni zaman anlayışını ifadə edən sözlər (zaman məz-

munlu isim, sifət, zərf və digər nitq hissələri), obyektiv zamanı 

ifadə edən  əsas qrammatik zaman formaları, ikinci dərəcəli mor-

foloji zaman göstəriciləri və s. vasitələr sintaktik temporallığı real-

laşdıran ən mühüm detallar kimi çıxış edir. Digər tərəfdən, obyek-

tiv zaman bu cür vasitələrin nitqdə assosiativliyi, sintaktik mühitə 

uyğun olaraq birinin digərini tamamlaması ilə daha konkret şəkil-

də ifadə olunur. Məsələn, “Kitab”ın dilindəki bir cümləyə diqqət 

yetirək: “Bir gün Ulaş  oğlı Qazan bəg yerindən turmışdı”. Bu 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

311

 

cümlədəki “gün” temporal  ismi, eləcə də mor-foloji temporallığın 



əsas (-mış) və  ikinci dərəcəli vasitələri (-dı) ayrılıqda konkret bir 

zaman kəsiyini tam şəkildə ifadə etmək gücündə deyil. Əksinə, 

söz birləşməsi və cümlə daxilində bu vasitələrin hər birinin müəy-

yən bir zaman kəsiyini ifadəetmə potensialı qabarıq şəkildə üzə çı-

xır. Bu tezislərə yuxarıdakı cümlə kontekstində aydınlıq gətirməyə 

çalışaq: zaman məzmunlu “gün” ismindən  əvvəl “bir” sayının 

işlənməsilə keçmiş zaman mənasını ifadə edən I növ təyini söz 

birləşməsi yaranıb: “bir gün”; -mış  nəqli keçmiş zaman şəkilçisi 

və -dı (idi) morfeminin “turmaq” (durmaq) felinə qoşulması ilə 

uzaq keçmiş mənası ifadə olunub. Bu isə həm də o deməkdir ki, I 

növ təyini söz birləşməsi ilə ifadə olunmuş zaman zərfliyi (bir 

gün) və uzaq keçmiş mənasını ifadə edən feli xəbər (turmışdı) ey-

ni sintaktik zaman xəttində birləşir. Daha doğrusu, birincisi (za-

man zərfliyi) ikincisinin (feli xəbərin) qrammatik semantikasını 

konkretkləşdirməyə, qüvvətləndirməyə xidmət edir. Zaman anla-

yışını ifadə edən vasitələrin cümlə daxilində növbələşərək işlən-

məsi, onların zəncirvari bağlılığı, eyni zamanda bu cür bağlılığın 

sonrakı cümlələri əhatə etməsi ümumən sintaktik bütövdəki zaman 

mənasının çoxaspektliliyini şərtləndirir. Bu cəhət “Kitab”dakı par-

çalarda qabarıqlığı ilə seçilir. Məsələn, “Kitab”da ardıcıl verilmiş 

cümlələrdə keçmiş zaman mənasını reallaşdıran vasitələrin səciy-

yəvi cəhətlərinə aydınlıq gətirməyə çalışaq: “Məgər kafər bəginiη 

bir bikr qızı vardı. Hər gün Beyrəgi görməgə gəlürdi. Ol gün genə 

görməgə  gəldi. Baqdı  gördi Beyrək səxt olmuş...” (D-97). 

Təhkiyəçi dilindən verilmiş bu parçada keçmiş zaman mənası bir 

neçə vasitə ilə reallaşdırılıb ki, bu da əsasən aşağıdakıları  əhatə 

edir: keçmiş zaman mənasını ifadə edən “idi” hissəciyinin qısal-

dılmış forması: -dı, -di (vardı, gəlürdi); keçmiş zamanın əsas mor-

foloji göstəriciləri:  -dı, -di (gəldi, baqdı, gördi); -mış (səxt olmış); 

keçmiş zaman mənasını ifadə edən I növ təyini söz birləşməsi: “ol 

gün”; zaman kontekstində  davamlılıq, təkrarlılıq ifadə edən “hər 

gün” birləşməsi və onun ekvivalenti kimi çıxış edən “genə” (yenə) 

zərfi. Deməli, keçmiş zaman mənası leksik, morfoloji və sintaktik 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

312

 

temporallıq vasitələrinin sintezi ilə yaradılıb. Yaxud “Kitab”da 



işlənmiş “mənim keçmiş günim” (Ola kim, mənim keçmiş günimi 

aηdırtmıyasan” – D-246) III növ təyini söz birləşməsinə nəzər sa-

laq: bu birləşmədə üç sözdən ikisi temporal leksik vahiddir (“keç-

miş” feli sifəti və “gün” ismi); bu vahidlər məhz birləşmə daxilin-

də müəyyən bir zaman kəsiyini konkret şəkildə ifadə edir; ümumi 

zaman məzmunlu “mənim günim” birləşməsinin tərəfləri arasına 

“keçmiş” feli sifətinin əlavə edilməsilə keçmiş zaman mənası real-

laşdırılıb. Bu da zaman mənasının konkretləşdirilməsi kimi səciy-

yələndirilə bilər. Bütün bunlar zaman anlayışının ifadə olunmasın-

da sintaktik zaman vasitələrinin  həlledici rola malik  olduğunu 

açıq-aydın  şəkildə göstərir. Qeyd etdiyimiz kimi, bu vasitələrin 

əhatə dairəsi çox genişdir: “Mülahizə, fikir bir neçə zaman göstə-

ricisindən eyni vaxtda istifadə edilməklə qurulur, bu vaxt həmin 

zaman  göstəricilərinin bir-birini əvəz etməsi, birinin digərinə nis-

bətən daha ümumi, digərinin daha kommunikativ məqsədlərə xid-

mət etməsi müşahidə olunur. Bütün bu mürəkkəblik və çoxaspekt-

lilik ümumi zaman anlayışının  çoxaspektliliyi və mürəkkəbliyi ilə 

bağlıdır. Zaman  münasibətlərini ifadə etmək üçün istifadə olunan 

formalar funksional cəhətdən bir-birini tamamlayır. Başqa dil va-

sitələri kimi, onlar da mərkəzdə  və ucqarda olmaları ilə bir-

birindən seçilir”

1

. Müəllifin ümumi dilçiliyə istinadən söylədiyi bu 



fikirlər bütün parametrlərinə görə elmi və inandırıcıdır. 

Sintaktik temporallıq türkologiyada, o cümlədən Azərbaycan 

dilçiliyində az öyrəniləm məsələlərdəndir. Yeri gəlmişkən, İ.Tahi-

rov “Azərbaycan və ingilis dillərində zaman kateqoriyası” (2007) 

monoqrafiyasında sintaktik zaman anlayışı ilə bağlı A.A.Şaxma-

tov, V.V.Vinoqradov, N.Y.Şvedova kimi rus dilçilərinin tədqiqat-

larına münasibət bildirməklə yanaşı, A.Məmmədova, M.Musayev, 

K.Cumabayev kimi türkoloqların da əsərlərini  saf-çürük edir: 

“...sintaktik temporallığın ifadə vasitələri müəyyən qədər tədqiq 

                                                            

1

 İ.Tahirov. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007, 



səh.218. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

313

 

edilmişdir. Lakin həmin tədqiqatlarda çatışmayan cəhətlər, fikri-



mizcə, onların sahə  tədqiqatlarına uyğun aparılmamasıdır.  Əslin-

də, onlardan bunu gözləmək də düzgün olmazdı, çünki qeyd olun-

muş  tədqiqatlar ayrı-ayrı kateqoriyaların araşdırılmasına həsr 

olunmuşdur. Sahə  tədqiqataları isə dilin müxtəlif səviyyəli va-

hidlərinin müəyyən invariant mənanı ifadə etməsi yönümündən 

aparılan araşdırmalar olub sistemli xarakter daşıyır” (səh.218). 

Müəllif haqlıdır. Amma onu da qeyd etmək lazımdır ki, sintaktik 

temporallıq məsələləri qədim türk abidələrinin dili kontekstində 

təhlilə  cəlb olunmayıb. Bu mənada sintaktik temporallığın ifadə 

vasitələrinin “Kitab”ın dili üzrə araşdırılması  təkcə qorqudşünas-

lıq yox, ümumən türkologiya baxımından  əhəmiyyətli ola bilər. 

Konkret desək, bir sıra qaranlıq məsələlərə işıq salınar, qədim türk 

dilindəki sintaktik temporallığın ifadə imkanlarının rəngarəngliyi 

və  zənginliyi aşkarlanmış olar. Bu baxımdan “Kitab”ın dilindəki 

sintaktik temporallığın ifadə vasitələrinin hər birinin ayrılıqda 

araşdırılmasını məqsədəuyğun hesab edirik. 

 

ZAMAN ANLAYIŞI İSMİ BİRLƏŞMƏLƏR 

MÜSTƏVİSİNDƏ 

 

“Kitab”ın dilində hər üç zamanın (keçmiş, indiki və gələcək) 

I növ təyini söz birləşmələri ilə ifadəsinə rast gəlinir: ol gün, ol 

zəman, bir gecə... (keçmiş zaman); bu gün, bu məhəl... (indiki 

zaman);  yarınkı gün (gələcək zaman); 

“Kitab”ın dilində II növ təyini söz birləşmələri ilə keçmiş 

(oğuz zəmanı...) və gələcək (ekindü vəqti...), eləcə də ümumi (ay-

na güni...) zaman mənalarının ifadəsinə  təsadüf olunur; “Kitab”-

dakı frazeoloji vahidlərin bir qismi III növ təyini söz birləşməsi 

modelindədir, eyni zamanda bu tip birləşmələrlə keçmiş zaman 

mənasının ifadəsi müşahidə olunur; “Kitab”ın dilində miqdar, hü-

dud,  davamlılıq və s. kimi  zaman mənalarının daha çox I növ tə-

yini söz birləşməsi modelində təzahürü özünü göstərir... Məhz bu 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

314

 

cür detallara görə təyini söz birləşmələrinin hər birinin səciyyəvi 



cəhətlərini ayrılıqda nəzərdən keçirmək lazım gəlir. 

 

Zaman anlayışının I növ təyini 

söz birləşmələri ilə ifadəsi 

“Kitab”ın dilində analitik yolla əmələ gələn (yanaşma əlaqəsi 

əsasında yaranan, birinci tərəfi asılı, ikinci tərəfi əsas sözdən iba-

rət olan) I növ təyini söz birləşmələri zənginliyi ilə diqqəti cəlb 

edir. Heç şübhəsiz ki, bu sistemdə zaman anlayışını ifadə edən bir-

ləşmələr, onların yaratdığı çeşidli variantlar  da xüsusi çəkiyə ma-

likdir. Bu tip birləşmələrin səciyyəvi cəhətlərini belə ümumiləş-

dirmək olar: 

 

a)

 

keçmiş zaman mənası ifadə edənlər: 

 

–  əsas tərəfi zaman məzmunlu gün, zəman (zaman), vəqt 



(vaxt), məhəl, dəm, gecə isimlərindən,  asılı tərəfi isə “ol” (o) işarə 

əvəzliyindən ibarət olanlar:  



ol gün (o gün). “Ol gün baqa-baqa Qazan oğlı Uruzıη  eşqi 

gəldi” (D-132). “Kitab”ın dilində keçmiş zaman mənasını ifadə 

edən “ol gün” birləşməsi təkcə intensivliyinə  deyil, həm də melo-

diyalılıq yaratmasına, poetik mənanı gücləndirməsinə görə digər 

birləşmələrdən xüsusilə  fərqlənir. Burada çoxsaylı parçalardan 

yalnız birini təqdim etməklə kifayətlənirik: 

 

“Ol gün cigərində olan ər yigitlər bəlürdi. 



Ol gün müxənnətlər sapa yer gözətdi. 

Ol gün bir qiyamət savaş oldı... 

Qiyamətin bir güni ol gün oldı...” (D-63) 

Bu parçadakı “ol gün” birləşməsi ilə bağlı qısaca olaraq bun-

ları söyləmək olar: sintaktik bütövdə “ol gün” birləşməsinin tək-

rarlanması ilə anafora yaradılıb ki, bu da bir tərəfdən, ahəngdarlıq 

yaradırsa, digər tərəfdən, poetik mənanı qüvvətləndirir; semantik 

dinamika sonuncu cümlədəki “ol gün” birləşməsi ilə tamamlanır; 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

315

 

sonuncu cümlədə temporallığa xidmət etməyən dil vahidi yoxdur. 



Belə ki, III növ təyini söz birləşməsi modelində olan “qiyamətin 

bir güni” temporal frazeoloji vahid kimi keçmiş zamanı ifadə edir-

sə, “ol gün” birləşməsi də həmin vəzifəni yerinə yetirən  sintaktik 

temporallıq vasitəsidir. “Oldı” sözündəki -dı isə,  bəlli oldığı kimi, 

şühudi keçmiş zamanı ifadə edən morfoloji temporallıq vasitəsi-

dir. Bu isə hər üç temporallıq vasitəsinin keçmiş zaman mənasını 

ifadə etmə xətdində birləşdiyini, həm də bir cümlə daxilində təza-

hürünü açıq-aydın şəkildə göstərir. Bütün bunlar belə bir fikri də 

reallaşdırır: doyüş səhnəsi təsvir olunan həmin parçada “ağır, şid-

dətli döyüş” mənası “ol gün” birləşməsinin təkrarlanması, xüsusən 

də temporal cümlə (Qiyamətin bir güni ol gün oldı) kontekstində 

canlandırılıb; 



ol zəman (zaman). “Ol zəmanda bir oğlan baş kəsməsə, qan 

dökməsə, ad qomazlardı” (D-70); “Ol zəmanda oğul ata sözin iki 

eləməzdi” (D-131); 

ol vəqt (o vaxt). “Üç ayda varmazsam, öldügimi ol vəqt 

bilsün!” (D-144); 



ol məhəl ( o məhəl, o zaman).  “Ol məhəldə gəldi” (D-220); 

ol dəm (o dəm, o zaman). “Məgər ol dəm Bayındır xan 

bəglər ilə seyrana yetmişlərdi” (D-216); 



ol gecə (o gecə). “Məgər xanım ol gecə Qalın Oğuzıη dövlə-

ti, Bayındır xanıη göygüsi, Ulaş oğlı Salur Qazan qara qayğılı va-

qeə gördi...” (D-42); “Məgər ol gecə  Yegnək düş gördi” (D-206). 

Yuxarıda təqdim etdiyimiz ol gün, ol zəman, ol vəqt, ol mə-

həl, ol dəm və ol gecə birləşmələri bir məfhum ifadə etdiyi, bir 

sintaktik suala cavab verdiyi üçün cümlənin mürəkəb zaman zərf-

liyi vəzifəsində çıxış edir. Bu birləşmələrin keçmiş zaman məna-

sını ifadə etməsi isə birinci tərəfdə  işlənmiş uzaqda olanı  işarə 

edən “ol” əvəzliyi ilə bağlıdır. Çünki həmin tip birləşmələrin bi-

rinci tərəfində yaxında olanı  işarə edən “bu” işarə  əvəzliyi işlən-

dikdə keçmiş deyil, məhz indiki zaman mənası ifadə oluinur. “Bu 

gün” birləşməsinin “indi” mənasında çıxış edə bilməsi də dedik-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

316

 

lərimizi təsdiqləyir: “Oğul, dan-dansux bu gün Oğuzda nə gör-



düη?” (D-80).  

– əsas tərəfi  zaman məzmunlu “gün”, “zəman (zaman)” və 

“gecə” sözlərindən, asılı tərəfi “bir” sayından ibarət olanlar: 

bir gün. “Bir gün  Qam Ğan oğlı xan Bayındır yerindən 

turmışdı” (D-10); 



bir zəman (zaman). “Dönə-dönə bir zəman yaxşı savaş elədi 

(D-148); 



bir gecə. “Bir gecə döşəgində qatı-qatı iηlədi” (D-242).  

“Kitab”ın dilində ikinci tərəfi -kən şəkilçili feli bağlama ilə 

ifadə olunan feli birləşmələrdə “bir gecə” birləşməsinin birinci 

tərəf kimi işlənməsi də müşahidə olunur: “Bir gecə yeyüb 



oturarkən şahinçibaşına aydır...” (D-272); 

–  əsas tərəfi zaman məzmunlu “dəm” ismi, asılı  tərəfi “hə-

man” əvəzliyi ilə ifadə olunanlar:  

həman dəm (həmin an). “...həman dəm günbəd yarıldı, yedi 

yerdən qapu açıldı” (D-229); 

–əsas tərəfi zaman məzmunlu “gün” ismi, asılı tərəfi düzəlt-

mə sifətlə ifadə olunanlar: 



ötəki gün (o biri gün). “Dün yoq, ötəki gün eviη bundan 

keçdi” (D-47); 

–əsas tərəfi zaman məzmunlu “vəqt” (vaxt) və “dəm” isimlə-

ri, asılı  tərəfi keçmiş zaman məzmunlu feli sifət və feli sifət tər-

kibləri ilə ifadə olunanlar: 

tutsaq oldığı  vəqt (dustaq olan vaxt). “Məgər  xanım, Qa-

zılıq qoca tutsaq oldığı  vəqt bir oğlancığı vardı, bir yaşında idi” 

(D-204);  

evin yağmalatdığıη dəm (evini talan etdirdiyin vaxt). “Evin 

yağmalatdığıη dəm Taş Oğuz belə bulınmadı...” (D-292); 



qarvaşduğı  dəm (çarpışarkən). “Qara polad uz qılıcım yoq 

kim, qarvaşduğı dəm eki biçəydim” (D-184); 

– əsas tərəfi “yazın” (yazda), “güzin” (payızda) zərfləri, asılı 

tərəfi “bir” sayı ilə ifadə olunanlar: 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

317

 

bir yazın (bir yazda), bir güzin (bir payızda). “Bir yazın, bir 

güzin buğayla buğrayı savaşdırarlardı” (D-15); 

 

 

b) indiki zamanı ifadə edənlər 

 

 –  əsas tərəfi gün, məhəl və  s.  kimi  isimlərdən, asılı  tərəfi 



“bu” işarə əvəzliyindən ibarət olanlar: 

bu gün. “Oğul, dan-dansux bu gün Oğuzda nə gördüη?” (D-

80); “Bədəvi atım saqlardım bu gün içün” (D-129); 



bu məhəl (bu zaman). “Bu məhəldə  bəglər Beyrəgi gətür-

dilər” (D-118); 



 

 

c) gələcək zamanı ifadə edənlər 

 

–  əsas tərəfi zaman məzmunlu “gün” ismi, asılı  tərəfi “bir” 



sayından ibarət olanlar: 

bir gün. “Bir gün ola, düşəm öləm, yerimdə-yurdumda kim-

sə qalmıya” (D-68). Burada “bir gün” birləşməsinin gələcək za-

man mənası ifadə etməsi birbaşa cümlənin  xəbərindəki qramma-

tik zaman forması ilə bağlıdır. Yəni cümlənin xəbəri hansı  morfo-

loji zaman formasındadırsa, “bir gün” birləşməsinin semantik yü-

kü də məhz onu konkretləşdirməyə xidmət edir. Yuxarıdakı cüm-

lədə mürəkkəb zaman zərfliyi vəzifəsində işlənmiş “bir gün” bir-

ləşməsi də “qalmıya” (qalmayacaq) xəbərində ifadə olunmuş gələ-

cək zaman mənasını konkretləşdirir;  

– əsas tərəfi zaman məzmunlu “gün” ismi, asılı tərəfi gələcək 

zaman məzmunlu düzəltmə sifətlə ifadə olunanlar: 

yarınkı gün (sabahkı gün). “Yarınkı gün zəman dönib, bən 

ölıb sən qalıcaq tacım-taxtım saηa vermiyələr...” (D-125).  

 

 

 



 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

318

 

 



ç) miqdar, hüdud, davamlılıq və s. kimi zaman mənaları 

ifadə edənlər 

 

– əsas tərəfi zaman məzmunlu saət (saat), gün, gecə, ay, yil 



(il)  ismləri, asılı tərəfi bir, iki, yedi (yeddi), qırq (qırx) sayları ilə 

ifadə olunanlar: 



bir saət (saat). “Bir saətdə kafərə üç kərrə at dəpdi” (D-148); 

üç gün. “Üç gün dünli-günli yortdı” (D-263);  

bir ay. “Bir ay baqsun...” (D-144). Bu birləşmə  işlənmiş 

mətndə “iki ay”, “üç ay” birləşmələri də müşahidə olunur: “Bir 

ayda varmazsam, iki ay baqsun!”; “İki ayda varmazsam, üç ay 

baqsun!”; 



bir yil (il). “Qız, sən maηa bir yil baqğıl!” (D-261). “Bir yil” 

birləşməsi işlənmiş parçada “iki yil”, “üç yil” birləşmələrinə  də 

rast gəlinir: “Bir yildə gəlməzsəm, iki yil baqğıl!”; “İki yildə gəl-

məzsəm, üç yil baqğıl”... 

Nümunələrdəki I növ təyini söz birləşmələri (“üç gün, bir 

ay...) zaman miqdarı bildirən miqdar zərflikləridir. “Kitab”ın di-

lində bu tip birləşmələrin mürəkkəb formalarına da təsadüf olunur: 

“say + say + isim” modelində olan birləşmələr:  on altı yil. 

“Qazılıq qoca təmam on altı yil hasarda tutsaq oldı” (D-203); yüz 

qırq yil (yüz qırx il). “Dəli Domrul yüz qırq yil dəxi yoldaşıyla 

yaş yaşadı” (D-169)...; 

“say + isim + say + isim” modelində olan birləşmələr: qırq 

gün qırq gecə. “Qırq gün qırq gecə toy-dügün eylədilər” (D-121);  

yedi gün, yedi gecə. “Yedi gün, yedi gecə yemə-içmə oldı” 

(D-65). Q.Kazımov bu tip birləşmələrin cümlədə zaman zərfliyi 

vəzifəsində çıxış etdiyini göstərir. Müəllifə görə, “İki yüz il yaşadı 

ləzzət içində loğman” (B.Vahabzadə) cümləsindəki “iki yüz il” 

birləşməsi zaman zərfliyi vəzifəsindədir

1

. Fikrimizcə, bu tip bir-



ləşmələr zaman deyil, zaman miqdarı ifadə edən miqdar zərfliklə-

                                                            

1

 Q.Kazımov. Müasir Azərbaycan dili. Bakı, 2000, səh.140. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

319

 

ridir.  Ən azı ona görə ki, həmin birləşmələr nə zaman? nə vaxt? 



haçan? və s. kimi suallara yox, nə  qədər? sualına cavab  verir. 

Maraqlıdır ki, müəllif bu cür birləşmələri həm də miqdar, ölçü, 

dərəcə zərfliyi başlığı altında təqdim edir: O ki dünyada səksən üç 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin