vəqti munı maηa çevirəsiz, yiyəm”; “...dün burcığında Qazan
bəgiη ordısına gəldi”; “Oğuz zəmanında bir yigit ki, evlənsə, ox
atardı”...
− feli sifət tərkibləri ilə: “Bu halları gördügində Qazanın
qara qıyma gözləri qan-yaş toldı”; “Beyrək yayı gördügində
yoldaşların andı, ağladı”...
“Dədə Qorqud”un möcüzələr dünyası
339
feli bağlama tərkibləri ilə: “Ağam Beyrək gedəli yayladım
yoq”; “ Ox atanda mən səniη oxıηı yarmadımmı?”; “... hər kişi
sözin söylədikdə sən orada turasan, ögyəsən”; “ Köpəkləri göri-
cək qasqas güldi”...
Müşahidələr göstərir ki, “Kitab”ın dilində zaman zərfləri, I
növ təyini söz birləşmələri və feli bağlama tərkibləri ilə ifadə
olunan zaman zərflikləri üstün mövqedə çıxış edir.
TƏKTƏRKİBLİ CÜMLƏLƏRDƏ
ZAMAN ANLAYIŞININ İFADƏSİ
Bəllidir ki, baş üzvlərdən yalnız biri əsasında formalaşan tək-
tərkibli cümlələr iki yerə bölünür: xəbər qütbü əsasında forma-
laşan qeyri-müəyyən şəxsli, ümumi şəxsli və şəxssiz cümlələr;
mübtəda qütbü əsasında formalaşan adlıq cümlə. Bu tip cümlələr-
də zaman anlayışının ifadəsini “Kitab”ın dili kontekstində nəzər-
dən keçirək.
Qeyri-müəyyən şəxsli cümlələrdə
zaman anlayışının ifadəsi
Müasir dilimizdə tam formalaşmış vəziyyətdə olan bu tip
cümlələrdən kifayət qədər bəhs olunub. Hətta belə cümlələrin xə-
bərlərinin hansı zamanda olması da dəqiqləşdirilib: “Qeyri-müəy-
yən şəxsli cümlələrin xəbəri xəbər formasının III şəxs cəmində,
əksərən indiki və qeyri-qəti gələcək zamanlarda, bəzən də şühudi
keçmişdə, qəti gələcək zamanda olur...”
1
. “Kitab”ın dilindəki
qeyri-müəyyən şəxsli cümlələrin xəbərləri daha çox şühudi keç-
miş zamandadır. Bu da, heç şübhəsiz ki, “Dastan” poetikası, təhki-
yəçi dili ilə bağlıdır: “Qazanıη ayağına düşdilər, suçların dilədilər,
əlin öpdilər; “Beyrəgiη ölüsin-dirisin bilmədilər”; “Bir yazın, bir
güzin buğayla buğrayı savaşdırarlardı”... “Kitab”ın dilində xəbəri
1
Q.Kazımov. Müasir Azərbaycan dili. Bakı, 2000, səh.178.
“Dədə Qorqud”un möcüzələr dünyası
340
nəqli keçmiş zamanda olan qeyri-müəyyən şəxsli cümlələrə də
təsadüf olunur: “Beyrəgi Qara Dərvənddə öldürmüşlər...” Bu tip
cümlələrə tarixi-linqvistik prizmadan yanaşan N.Cəfərov maraqlı
mülahizələr irəli sürür: “Kitabi-Dədə Qorqud”un sintaktik siste-
mində qeyri-müəyyən şəxsli cümlələrin mövqeyi həm struktur-
qrammatik, həm də funksional-üslubi amillərlə müəyyən olunur
ki, bütün bunlar da abidənin təşəkkül tapdığı dövrün ədəbi dil
təmayülünü əks etdirir”
1
.
Ümumi şəxsli cümlələrdə zaman anlayışının ifadəsi
Türkoloji ədəbiyyatda bu tip cümlələr əsasən belə səciyyələn-
dirilir: xəbər qütbü əsasən formalaşır; xəbəri daha çox ikinci
şəxsin təki və üçüncü şəxsin cəmində olur; daha çox atalar sözləri
və məsəllərdən, hikmətli sözlərdən ibarət olur; folklor üslubu üçün
xarakterikdir... Belə cümlələri “Kitab”ın dili kontekstində
nəzərdən keçirək: “Bir tama dirək ururlar, ol tama tayaq olur”;
“Qaravaşa ton geyirsəη, qadın olmaz”; “Ata tururkən oğıl əlinmi
öpərlər?” “Kitab”ın dili üçün səciyyəvi olan bu tip cümlələrin
xəbərlərinin hansı zamanda işlənməsindən asılı olmayaraq onların
hər biri ümumi zaman anlayışını ifadə edir.
Şəxssiz cümlələrdə zaman anlayışının ifadəsi
Xəbər qütbü əsasında formalaşan, daha doğrusu, mübtəda ilə
xəbərin sintezi əsasında yaranan şəxssiz cümlələrin xəbəri III şəx-
sin təkində olur. Bu cür cümlələrə “Kitab”ın dili müstəvisində
diqqət yetirək: “Kafərləriη gözünə qorxu düşdü”; “Bunlar böylə
edicək Baybörə bəgin acığı tutdı”. Bu cümlələrin hər ikisinin xə-
bərində şühudi keçmiş zaman forması işlənib (-dü, -dı). Digər tə-
rəfdən, hər iki şəxssiz cümlənin ümumi semantik yükündə psixo-
1
N.Cəfərov. Cümlənin struktur-semantik təkamülü. Bax: H.Mirzəzadə. Azərbay-
can dilinin tarixi qrammatikası. Bakı, 1990, səh.328.
“Dədə Qorqud”un möcüzələr dünyası
341
loji halın ifadəsi qabarıq şəkildə görünür. Bir də var ki, şəxssiz
cümlələrin ümumi semantik tutumunda psixoloji hal, imkan və gü-
man, ətraf mühitdəki hal-vəziyyət və digər mənalar yox, “zaman
bildirmə” qabarıq görünsün, zaman anlayışı məhz şəxssiz cümlə
ilə ifadə olunsun. Məsələn, “Yaza az qalmışdı”, “Qışın oğlan çağı
idi” kimi cümlələrdə zaman anlayışı məhz şəxssiz cümlə ilə ifadə
olunur. Bu cür məsələlərdən bəhs edən İ.Tahirov göstərir ki, “za-
man bildirən şəxssiz cümlələr ismi xəbərli şəxssiz cümlələrdən
ibarət olur. Onların yaranmasında temporal söz və söz birləşmələ-
ri iştirak edir. Azərbaycan dilində şəxssiz cümlələrdə xəbərlə tə-
səvvür edilən fikir predmetinin, məzmunun indiki zamana aidliyi -
dır
4
xəbərlik şəkilçisi, keçmiş zamana aidliyi idi, imiş bağlamaları,
gələcək zamana aidliyi isə olmaq feli ilə reallaşır...”
1
. Bu xüsusiy-
yətlərə cavab verən şəxssiz cümlələr müasir dilimizdə üstün
mövqedədir. “Kitab”ın dilində isə belə cümlələrə az rast gəlinir:
“Məgər ol gün kafərləriη ağır günləriydi”; “Ol zəmanda bəglərin
alqışı alqış, qarğışı qarğış idi”; “Yemə-içmə idi”. Bu cümlələrdə
zaman məzmununu reallaşdıran vasitələr əsasən bunlardan
ibarətdir: I növ təyini söz birləşməsi (ol gün, ol zəman); III növ
təyini söz birləşməsi (kafərləriη ağır günləri); idi (-di) hissəciyi.
Bu, bir daha sübut edir ki, zaman bildirən şəxssiz cümlələrdə bir
neçə temporallıq vasitəsinin zəncirvari bağlılığı “Kitab”ın dili,
eyni zamanda bütün türk dilləri üçün səciyyəvidir.
Adlıq cümlələrdə zaman anlayışının ifadəsi
Mübtəda qütbü əsasında formalaşan adlıq cümlədəki mücər-
rəd zamandan bəhs olunarkən, heç şübhəsiz ki, onun indiki za-
manla bağlılığı xüsusi olaraq qeyd edilməlidir. Ən azı ona görə ki,
adlıq cümlələrdə ifadə olunan iş və hadisə birbaşa danışıq vaxtı ilə
bağlıdır. Burada Q.Kazımovun bir fikri yada düşür: “...adlıq cüm-
1
İ.Tahirov.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı,2007,səh.268.
“Dədə Qorqud”un möcüzələr dünyası
342
lələrdə predikativlik intonasiya ilə reallaşan hadisələrin indiki za-
manda mövcud olduğunu təsdiq edən sintaktik zaman və sintaktik
modallıq əsasında yaranır. Adlıq cümlələr ancaq təsdiq cümlələr-
dən ibarət olur. Belə cümlələrdə varlığın mövcudluğu yalnız indiki
zaman anlamında təsdiq edilir”
1
. Müəllifin irəli sürdüyü tezislər
inandırıcıdır. Yeri gəlmişkən, İ.Tahirov da Q.Kazımovun mövqe-
yində dayanır: “Adlıq cümlələr real modallıq və indiki zaman
mənası təzahür etdirir... Adlıq cümlələrin semantikasında ümumi
mücərrəd zamanın mövcud olması buna bir daha sübutdur. Möv-
cudolma həmişə indiki zamanla bağlıdır...”
2
. “Kitab”ın dilinə bu
cür fikirlər kontekstində yanaşdıqda bəlli olur ki adlıq cümlələr
“Dastan”ın dili üçün o qədər də səciyyəvi olmayıb. Bəzi
nümunələrə diqqət yetirək: “Souq-souq sular, çayırlar-çəmən-
lər...”; ”Gəlimli-gedimli dünya, Axirət-soη ucı ölümli dünya!” Bu
tip cümlələrin hər biri təsviri adlıq cümlələr hesab olunur. Burada
bir cəhəti də qeyd edək ki, “Kitab”dakı bəzi cümlə modelləri
işarəedici adlıq cümlələrdən də bəhs etməyə imkan verir. Məsələn,
“Beyrəgi Qara Dərvənddə öldürmişlər, uş da nişanı, sultanım!” Bu
cümlədəki “uş da nişanı” (bu da nişanı) modeli bütün parametr-
lərinə görə işarəedici adlıq cümlə kimi çıxış edir. Belə cümlələr,
daha dəqiqi, predikativliyi intonasiya ilə reallaşan işarəedici adlıq
cümlələr müasir dilimiz üçün daha səciyyəvidir.
“Kitab”da işlənmiş təktərkibli cümlələrə zaman anlayışı kon-
tekstində yanaşma bir həqiqəti də reallaşdırır: nümunələrin çox və
ya az işlənməsindən asılı olmayaraq “Kitab” bu müstəvidə də
böyük və zəngindir.
1
Q.Kazımov. Müasir Azərbaycan dili. Bakı, 2000, səh.191
2
İ.Tahirov.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı,2007,səh.264.
“Dədə Qorqud”un möcüzələr dünyası
343
MÜRƏKKƏB CÜMLƏLƏRDƏ
ZAMAN ANLAYIŞININ İFADƏSİ
Qeyd etdiyimiz kimi, zamandan kənar hər hansı bir cümlə
modeli yoxdur. Daha doğrusu, zaman mənası cümlə modellərində
ya birbaşa ifadə edilir, ya da cümlənin ümumi semantik yükü
kontekstində müəyyən olunur. Bu da bunlardan birincisini qram-
matik, ikincisini isə məntiqi zaman kateqoriyasına aid etməyə
imkan verir. Şübhəsiz ki, “Kitab”ın dilində işlənmiş mürəkkəb
cümlələrə (eləcə də digər cümlələrə) bu prizmadan yanaşmaq
mümkündür. Amma burada mövzu və ya problemlə bağlı olaraq
yalnız zaman anlayışının ifadəsi daha qabarıq görünən mürəkkəb
cümlələrə münasibət bildirmək lazım gəlir. Bu isə, əsasən, aşağı-
dakıları əhatə edir:
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr
Türkologiyada bu tip cümlələrə müxtəlif bucaqlardan yanaşı-
lıb. Məsələn, Q.Kazımov belə cümlələri “birləşdirmə əlaqəli tabe-
siz mürəkkəb cümlələr” başlığı altında təqdim edir: eyni zamanlı
birləşdirmə (zaman əlaqəsi); ardıcıl-zamanlı birləşdirmə (ardıcıllıq
əlaqəsi)
1
. Qrammatika kitablarında bu əlaqəni (zaman əlaqəsini –
Ə.T.) bəzən iki müstəqil əlaqə növü kimi təqdim edirlər: “zaman
əlaqəsi, ardıcıllıq əlaqəsi. Bəzən əlaqəni “zaman əlaqəsi” adı ilə
qeyd edir, sonra onun iki növünü göstərirlər: eyni zamanlılıq,
ardıcıllıq. Burada prinsipial fərq yoxdur, hər iki halda eyni əlaqə -
zaman əlaqəsi nəzərdə tutulur...”
2
. Araşdırmalar “Kitab”ın dilində
zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin üstün mövqedə çıxış
etdiyini göstərir: “Qara bağrı sarsıldı, düm yürəgi oynadı, qara
qıyma gözləri qan-yaş toldı...”; “ərə varan yerindən tura, bən qo-
puz çalam, qol saluban oynaya...; “Beyrək qalqdı, qızlar yanına
vardı. Surnaçıları qovdı, nəqaraçıları qovdı...”. Bu tip cümlələrlə
1
Q.Kazımov. Müasir Azərbaycan dili. Bakı, 2000, səh.286-288.
2
Y.Seyidov. Seçilmiş əsərləri. III cild, Bakı, 2007, səh.246.
“Dədə Qorqud”un möcüzələr dünyası
344
yanaşı, “Kitab”ın dilində zaman əlaqəli tabesiz mürəkkəb cümlə-
lərin ardıcıl sıralanması və bunun bütöv bir parçanı, sintaktik bü-
tövü əhatə etməsi də özünü göstərir:
“Ol gün cigərində olan ər yigitlər bəlürdi,
Ol gün müxənnətlər sapa yer gözətdi,
Ol gün bir qiyamət savaş oldı, meydan tolu baş oldı,
başlar kəsildi top kibi,
Şahbaz-şahbaz atlar yügürdi, nalı düşdi,
Ala-ala köndərlər süsəldi,
Qara polat uz qılıclar çalındı, yılmağı düşdi,
Üç yeləkli qayın oqlar atıldı, dəmrəni düşdi,
Qiyamətin bir güni ol gün oldı,
Bəg nökərindən, nökər bəgindən ayrıldı”.
Bu parçanı belə səciyyələndirən olar: zaman əlaqəli tabesiz
mürəkkəb cümlələrin zəncirvari bağlılığı özünü göstərir; təsvir
edilmiş hadisələrin hamısı keçmiş zamana aiddir; keçmiş zaman
mənası “ol gün” birləşməsi və -dı, -di şühudi keçmiş zaman şəkil-
çisi ilə reallaşıb; mətndəki melodiyalılıq daha çox anafora kimi iş-
lənmiş “ol gün” birləşməsi və feli xəbərlərdə təkrar olunan -dı, -di
qrammatik forması ilə yaradılıb ki, bu da poetik mənanı qüvvət-
ləndirməyə xidmət edir; Oğuz igidlərinin qələbəsi zaman əlaqəli
tabesiz mürəkkəb cümlə kontekstində canlandırılıb ki, bu da “Ki-
tab”, eyni zamanda digər qəhrəmanlıq dastanlarının dili üçün sə-
ciyyəvidir.
Zaman budaq cümləsi
Baş cümlədəki hərəkət və əlamətin zamanını bildirən zaman
budaq cümləsi “Kitab”ın dili baxımından da səciyyəvidir: budaq
cümlə baş cümlədən əvvəl işlənir, budaq cümlə baş cümləyə
qaçan kim, ol vəqt kim bağlayıcı sözləri ilə bağlanır: “Qaçan kim
Budaq atsa, Beyrək “Əlüη var olsun!” dedi”; “Mərə Qılbaş, ol
vəqt kim, Üç, Boz oq yığnaq olsa, ol vəqt Qazan evin yağma
“Dədə Qorqud”un möcüzələr dünyası
345
edərdi”... Birinci cümlədə zaman mənasının ifadə olunmasından
bəhs edən M.Rəhimov göstərir ki, “Qaçan kim Budaq atsa” cüm-
ləsi “Budaq atanda” mənasında işlənmişdir
1
. Bu isə zaman budaq
cümləsinin məhz zaman mənasını reallaşdıran vasitə kimi çıxış
etdiyini bir daha təsdiq edir. İkinci cümlənin budaq cümləsindəki
“ol vəqt kim” bağlayıcı söz, baş cümləsindəki “ol vəqt” isə
qarşılıq bildirən sözdür.
Mübtəda budaq cümləsi
“Kitab”ın dilində zaman məzmunlu “on altı yıl” ifadəsinin
intensivliyi diqqəti cəlb edir: “Bunıη üzərinə on altı yıl keçdi”;
“Qazılıq qoca təmam on altı yil hasarda tutsaq oldı”; “On altı
yıllıq həsrətiη – oğuluη Beyrək gəldi, axır!”. Maraqlıdır ki,
“Kitab”ın dilində həmin ifadəyə -dır xəbərlik şəkilçisinin
qoşulması ilə reallaşmış mübtəda budaq cümləsi də müşahidə
olunur. “On altı yıldır kim, babaηıη tutsaqıyam”. Burada baş
cümlənin zaman mənası ifadə etməsi qabarıq şəkildə görünür.
Türkologiyada bəzən bu tip cümlələr zaman budaq cümləsi hesab
olunur. Məsələn, N.Hacıyeva “Bir neçə gündür ki, səndən ay-
rıyam...” (Vaqif) cümləsini zaman budaq cümləsi kontekstində
izah edir. T.Müzəffəroğlu isə müəllifin bu cür fikirlərinin düzgün
olmadığını, həm də bu tip cümlələrdə “birinci komponent baş
cümlə olaraq, özündən sonra mübtəda budaq cümləsinin gəlmə-
sini şərtləndirdiyini” konkret faktlarla arqumentləşdirir
2
.
Yeri gəlmişkən, türkoloji araşdırmalarda bu tip mübtəda bu-
daq cümləli tabeli mürəkkəb cümlələrdə baş cümlənin, zaman bu-
daq cümləli tabeli mürəkkəb cümlələrində isə budaq cümlənin za-
man mənalı olması xüsusi olaraq vurğulanır.
1
M.Rəhimov.Azərbaycan dilində fel şəkillərinin formalaşması tarixi.1965,səh.170.
2
T.Müzəffəroğlu. Müasir Azərbaycan dilində mürəkkəb cümlənin struktur seman-
tikası. Bakı, 2002, səh.202.
“Dədə Qorqud”un möcüzələr dünyası
346
Şərt budaq cümləsi
“Kitab”ın dilində zaman anlayışının şərt budaq cümləli tabeli
mürəkkəb cümlələrlə ifadə olunması da özünü göstərir: “Dövlətlü
oğul qopsa, ocağınıη közidir”; “Baba malında nə faidə, başda
dövlət olmasa”; “Nagah qaçma-qovma olarsa, birisin binəm,
birisin yedəm”... Buradakı budaq cümlələri zaman məzmunlu feli
bağlama tərkibləri formasında ifadə etdikdə budaq cümlənin məhz
zaman mənalı olduğu açıq-aydın şəkildə görünür: dövlətlü oğul
qopsa – dövlətlü oğul qopanda; başda dövlət olması – başda döv-
lət olmayanda; nagah qaçma-qovma olarsa – nagah qaçma-qovma
olanda. Bu tip cümlə modelləri müasir ədəbi dilimizdə eynilə
mühafizə olunur.
Mürəkkəb cümlələrdə zaman anlayışının ifadəsi ilə bağlı de-
diklərimizi belə ümumiləşdirmək olar: “Kitab”ın dilində zaman
əlaqəli tabesiz mürəkkəb cümlələrlə yanaşı, mübtəda, zaman və
şərt budaq cümlələri də sintaktik zamanı reallaşdıran vasitələr
kimi çıxış edir
BƏZİ FEİLLƏRİN SEMANTİKASINA DAİR
Bəllidir ki, “Kitab”ın leksik sistemində feillər xüsusi yer tu-
tur. Bu tip feillərin semantikasının müəyyənləşdirilməsi, heç şüb-
həsiz ki, “Kitab”ın linqvopoetik baxımdan daha yaxşı mənimsənil-
məsinə kömək edə bilər. Bu mənada “Kitab”dakı bəzi feilləri
leksik-semantik müstəvidə təhlil süzgəcindən keçirək:
Ağarmaq: saç və saqqala dən düşmək, çallaşmaq, ağarmaq.
“Dölimindən ağarsa, baba görkli (D-6). Bu nümunədə “dölimin-
dən ağarmaq” sinəsindən ağarmaq mənasındadır: “Saqalım ağar-
duğım nə bəgənməzsən” (D-158).
“Dədə Qorqud”un möcüzələr dünyası
347
“Kitabi-Dədə Qorqud”un izahlı lüğətində (Bakı, 1999, səh.10)
“dölimindən ağarmaq” və “saqalı ağarmaq” ifadələrindəki “ağar-
maq” iki müxtəlif mənalı söz kimi verilib.
Ayıtmaq: demək, söyləmək. “Çoban aydır: ölmüşmiydiη, yit-
mişmiydiη, a Qazan!” (D-470); “Ayıtdı: “Xanım Aruz sizə səlam
aydır! (D-295). Söz aydına – söz-söhbət olma. “Ulu kiçi qalmıya,
-söz aydına” (D-187); Qu aydına – şayiənin yayılması. “Qarı-qoca
qalmıya, qu aydına” (D-187); aydı vermək – demək, danışmaq.
“Ğazi ərənlər başına nə gəldigin aydı verdi”. S.Əlizadə göstərir:
“Aydına. H.Araslı və M.Ergində “edinə”. Şübhəsiz, Drezden nüs-
xəsindəki yazılışı belə də oxumaq olar. Lakin söz etmək (“şayiə
yaymaq” mənasında) idiomu bizə çox müasir görünür. Ona görə
də “ayıtmaq” felinin məchul növünü əsas götürmüşük. (Nüsxə
fərqləri və şərhlər. Kitabi-Dədə Qorqud. Bakı, 1988, s.244).
“KDQ”-nin izahlı lüğəti”ndə müəllifin fikirləri nəzərə alın-
mamışdır. Belə ki, “ayd” (əslində, “aydına”) isim kimi verilmişdir.
“Kitab”da tez-tez təkrarlanan ayıtmaq feli müasir ədəbi dilimiz
üçün arxaikləşsə də, şivələrimizdə saxlanılır: ayıtmağ (Quba, Dər-
bənd), aydı (Füzuli).
Aytışmaq: deyişmək, höcətləşmək, münaqişə zamanı sərt
cavablar vermək. “Altmış biη ər gördümsə, aytışmadım (D-274).
Bu söz “KDQ”-nin izahlı lüğəti”ndə “dindirmək, danışdırmaq”
mənasında verilmişdir ki, bu da həqiqətə uyğun deyil. Azərbaycan
dilinin qərb şivələrində saxlanılan idəşməx`//iyəşməx` (mübahisə
etmək, höcətləşmək) sözü “Kitab”dakı “aytışmaq feli ilə səsləşir.
Atmaq: 1) atmaq, ox atmaq. “Yay çəkmədüη, ox atmadıη
(D-125); “Ox atduğum yerləri, qılıc çalub baş kəsdüğim yerləri
göstərəyim” (D-126); “Oğlım Uruz ox atanda puta qalmış” (D-
44); 2) tullamaq, salmaq. Yay kirişin boynuna atdı” (D-240);
“Kəndüyi bir yuca yerdən atdı” (D-240); 3) buraxmaq. “Qarşuηa
ala qaz gəldi, şahiniη atmazmısan?” (D-186); Üstünə atı vermək –
üstünə atmaq, üstünə tullamaq. “Qaftanını sıyırdı, götürdi, qızlarıη
üstinə atı verdi” (D-107); atdığı ox yerə düşməmək – nişan aldı-
ğını vurmaq, ən mahir atıcı. Qəhrəmanın igidliyi və cəsurluğuna
“Dədə Qorqud”un möcüzələr dünyası
348
işarə olunur. “Sağına – soluna qoşa yay çəkərdi. Atduğı ox yerə
düşməzdi” (D-173).
Dəgmək: - 1) yetişmək, çatmaq. “Növbət kafərə dəgdi” (D-
203); “Nöbət Qazana dəgdi” (D-302); 2) çatmaq (çatar), dönmək
(dönər). “Axır zəmanda xanlıq gerü – Qayıya dəgə, kimsənə əllə-
rindən almıya” (D-2); 3) məc. toxunmaq, pis təsir etmək, təhqir et-
mək. “Haqluya həqqi dəgə, haqsuza yüzi qaraluğı dəgə” (D-111).
“KDQ” eksiklopediyasında “Haqluya həqqi dəgə, haqsuza
yüzi qaraluğı dəgə” cümləsindəki “dəgə” sözü çatmaq, yetişmək
mənasında verilib. Mətnin semantik tutumu isə “dəgmək” felinin
toxunmaq, pis təsir etmək, təhqir etmək mənasında olduğunu gös-
tərir. Əlavə olaraq qeyd edək ki, həmin cümlədəki “dəgmək” feli-
nin semantik yükü “Kitab”ın 1988-ci il Bakı nəşrində (mətnin
müasir şəklində) dəqiq şəkildə ifadə edilib: ...Haqlıya toxunmur,
haqsızı təhqir edib alçaldırdı.
Demək: 1) müəyyən bir fikri şifahi surətdə ifadə etmək, söy-
ləmək. “... bunıη adı Boz ayğırlıq Bamsı Beyrək olsun! Adını bən
dedim, yaşını allah versün!” (D-75); 2) nəql etmək, rəvayət etmək.
“Bəkil” deərlərdi, bir yigit vardı” (D – 236); 3) xəbər vermək, bil-
dirmək, çatdırmaq. “Qanturalıya xəbər oldı. “Babaη gəldi” – dedi-
lər; Aruza və cəmi Taş “Oğuz bəglərinə xəbər oldı. “İşdə Qazan
gəldi, dedilər” (D-126); 4) əmr etmək. “Nə yigitsən, adıη nədir,
degil maηa! – dedi” (D-288); 5) Sayılmaq, hesab olunmaq. “Ana
həqqi – təηri həqqi” deηilməsəydi, qalqubanı yerimdən turaydım,
yaqanla boğazıηdan tutaydım” (D-53); 6)məna vermək, mənasına
gəlmək. “Yağı” deyü, nəyə deyirlər? Qazan aydır: “Oğul, anuηçun
yağı deyirlər ki, biz anlara yetsəvüz, öldürəriz. Anlar bizə yetsə,
öldürər”, - dedi” (D-128) – digim və -diklərim feli sifət şəkilçiləri
ilə birlikdə işlənərək söylədiyim, söylədikləri söz, fikir mənasını
ifadə edir. “Qanı dedigim bəg ərənlər, Dünya mənim deyənlər?”
(D-303); “Buğa, buğa!” dedikləri qara inək buzğası degilmidir?”
(D-181); 8) -gəc feli bağlama şəkilçisi ilə birlikdə işlənərək “de-
yincə”, “deyən kimi” mənasını ifadə edir.“Böylə digəc qız tanıdı –
bildi kim, Beyrəkdir” (D-116).
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |