ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə35/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

349

 

“KDQ”-nin izahlı lüğəti”ndə “degəc//digəc” zərf kimi təq-



dim edilir. Halbuki həmin söz morfoloji baxımdan feli bağlama, 

sintaktik baxımdan zərflikdir. 



Dəlmək: 1) deşmək, dəlik açmaq. “Bir əski dəvə çuvalı bul-

dı, dəldi, boynına keçürdi” (D-107); “Arıq olsa, qulağın dələrdi, 

avda bəllü olsun deyü” (D-237); 2) dağıtmaq. “Quduz qurtlar 

evimi dəlir gördüm” (D-43); 3) dəlüb keçmək – yarıb keçmək, sü-

rətlə keçmək. “İlərü yatan dəηizi dəldim – keçdim” (D-206); 

“Aqındılı görkli suyı  dəlüb keçən” (D-239); dəlinmək, deşilmək, 

göz-göz olmaq. “...meydanda buğa kibi süsişdilər,  köksləri 

dəlindi” (D-251). 



Dəηəmək. Drezden nüsxəsinin 207-ci səhifəsindəki “مدكد” 

yazılış şəklinin transkripsiyası və izahında fikir müxtəlifliyinə rast 

gəlinir. Belə ki, M.Erginə görə, həmin  yazılış şəklinin transkripsi-

yası “deηe”, mənası isə “denemek”, “sınamak”dır. O.Ş.Gökyayın 

nəşrində  də  həmin mənada verilib (denemek – sınamak, təcrübə 

etmək). S.Əlizadə həmin yazılış şəklinin “dikdim” şəklində trans-

kripsiyasını  əsaslandırmağa çalışır. Müəllif yazır: “Dikdim. D-də 

(“Drezden nüsxəsində - Ə.T.) bu sözü “dəgdim” (dəydim) kimi də 

oxumaq olar. V-də (Vatikan nüsxəsində - Ə.T.) anlaşılmazdır (də-

ηədəm//dəηədim). HA (Həmid Araslı – Ə.T.) və Er-də (M.Ergində 

-  Ə.T.) dənədüm (M.Ergində “deηedüm  şəklindədir – Ə.T.). 

Bizcə, burada “göz dikmək” idiomundan sərbəst  şəkildə istifadə 

edilib” (“Kitabi-Dədə Qorqud”. Bakı, 1988, səh.234). 

Vatikan nüsxəsinin 88-ci səhifəsindəki “مدكد”  yazılış 

şəklində “د” (dal) hərfindən sonra “ك” (nun-i sağır) hərfinin yazıl-

masını, H.Araslının transkripsiyasını (dənədüm), eləcə də S.Əliza-

dənin anlaşılmaz hesab etdiyi “dəηədim” oxunuş formasını  əsas 

götürür və Drezden nüsxəsindəki yazılış şəklinin “dəηədim” (də-

ηəmək) formasında transkripsiyasını daha məqbul hesab edirik. 

Bu mənada S.Əlizadənin “مدكد” yazılış  şəklini “dikdim” kimi 

transkripsiya etməsi, eyni zamanda  müəllifin “həmin cümlədə 

“göz dikmək” idiomundan sərbəst  şəkildə istifadə edilib” fikri 

mətnin semantik  tutumuna uyğun gəlmir (F.Zeynalov və S.Əliza-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

350

 

dənin transkripsiyası: “Qarşusından ol əri sanctum vəqt dikdim 



göz ucilə ol ərə baqdım; Bizim təqdim etdiyimiz transkripsiya: 

Qarşusından ol əri sanctum vəqt dəηədim göz ucilə ol ərə baq-

dım”). “Dəηəmək” sözünün M.Ergin və O.Ş Gökyay tərəfindən 

“sınamaq”, “təcrübə etmək” mənasında izah edilməsi də  mətnin 

semantikası ilə  səsləşmir. Düzdür, “dəηəmək” felinin sınamaq, 

təcrübə etmək kimi mənaları var, amma bu, həmin sözdən sonra 

işlənən “gözucu baxmaq” frazeminin semantik yükü ilə birbaşa 

bağlanmır. Belə çıxır ki, Yegnək qarşısındakını sınadıqdan, təcrü-

bə etdikdən sonra ona (dayısı Əmənə) gözucu baxıb. Bu, məntiqi 

ardıcıllıq baxımından düzgün deyil.  

V.V.Bartold “vəqt dəηədim” ifadəsini “...на  время  я 

утих…” (bir müddət sakitləşdim) kimi tərcümə edib. Qeyd edək 

ki, bu, mətnin semantik yükü  ilə səsləşir. 

M.Kaşğarinin lüğətindəki imkan, fürsət, məqam anlamlı 

“tənq” və iki şeyi bir-birinə müvaziləşdirmək, tən etmək anlamlı 

“tənqər” sözlərini “Kirab”dakı “dəηəmək” felinin ilkin forması 

kimi götürsək, “vəqt dəηədim” ifadəsi məqam, fürsət gözlədim, 

müvaziləşdirdim mənasını verir. Bu da mətndəki “gözucu bax-

maq” ifadəsinin semantikası ilə bir-başa bağlanır, daha doğrusu, 

“gözucu baxmaq” “vəqt dəηədim” ifadəsinin semantikasını ta-

mamlayır, onun sinonimi kimi çıxış edir. 

Dərləmək:  tərləmək. “Bir məhbub ala gözlü gənc yigit 

burcuq-burcuq dərləmiş uyar” (D-266); qan dərlətmək – qan-tər 

içində olmaq, qan-tər basmaq. “Qan dərlədi çapdırayım səniη içün 

(D-245). Bu cümlənin  semantik yükü F.Zeynalov və S.Əlizadə 

tərəfindən dəqiq müəyyənləşdirilib: “Elə çapım, bassın onu qoy 

qan-tər!”. (“Kitabi-Dədə Qorqud”. Bakı, 1988, səh.205). 

Drezden nüsxəsinin 266-cı  səhifəsindəki “

د

١



ل

ص

ڜڍ



” yazılşı 

şəklini M.Ergin derlemiş, F.Zeynalov və S.Əlizadə isə  dərləmiş 

formasında transkripsiya edib. Həmin yazılış  şəklini M.Ergin 

Türkiyə türkcəsinə uyğunlaşdıraraq transkripsiya etsə belə, yenə 

də  hər iki oxunuş formasını düzgün hesab edirik. Çünki həmin 

yazılış şəklinin birinci hərfi “ ٺ” yox, məhz  “ د ” hərfidir.  



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

351

 

“Dərləmiş” sözünün kök morfemi olan “dər” isminin arxetipi 



“dər” yox, “tər”dir. “Kitabi-Dədə Qorqud”da, eləcə də Orxon-Ye-

nisey abidələrində “tər” şəklindədir. Məsələn, “Tığ at kudrukın tü-

güp tigrət yazığ Kodı yadrat tokuz  kat üçurqüp, topı uluğ ança tə-

ritzüη − tir – boyu çapdır, doqquz qat bağla, böyük (başçımız) elə-

cə tərləsin, - deyir”. Deməli, “Kitab”da “tər” sözü tələffüz olundu-

ğu kimi, yəni t→d əvəzlənməsi ilə yazıya alınıb. “Tər” sözü müa-

sir Azərbaycan ədəbi dilinin orfoqrafiyası və hətta orfoepiyasında 

“Kitab”dakı  yox, Orxon-Yenisey abidələrindəki formasına uyğun  

işlənir. Maraqlıdır ki, “Kitab”da rast gəlinən “dərləmiş” sözü 

Azərbaycan dilinin qərb  şivələrində eynilə mühafizə olunmaqda-

dır. Yəni qərb  şivələrində  təkcə  tərrəmiş yox, həm də  dərrəmiş 

variantına təsadüf edilir: ...“t səsinin d səsi ilə əvəzlənməsi hadisə-

si Azərbaycan dilinin dialekt və  şivələrində az hallarda özünü 

göstərir. Bu hadisəyə bir neçə sözdə,  əsasən, Qazax dialektində 

təsadüf edilmişdir. Dər

təsdiqləyir (M.Şirəliyev. Azərbaycan dialektologiyasının  əsasları. 

Bakı, 1962, səh.82). 

Dəpələmək: 1) öldürmək. “Babaη dedi, keyikləri qovsun gə-

türsün, bənim ögimdə  dəpələsün, oğlumıη at səgirdişin, qılıc ça-

lışın, oq atışın görəyim, sevinəyim, qıvanayım – güvənəyim” (D-

92); Muştuluq!  Oğluη  Dəpəgözi dəplədi!” (D-234);  2) vurmaq, 

silkələmək. “Aruz qoca dəxi enüb dəpələdi, mahmuzı toqundı” 

(D-216).  

“Dəpələmək” sözü M.Erginin lüğətində “tepelemek”, “tek-

melemek”, O.Ş.Gökyayın lüğətində “tepelemek”, “baş  aşağı edib 

öldürmek”, “alt etmek”, “yenmek”, “kahretmek”, “helak etmek” 

mənalarında izah edilib. “KDQ”-nin 1988-ci il Bakı  nəşrinin 

“Mətnin müasir şəkli” hissəsində isə toplamaq, vurmaq, silkələ-

mək, öldürmək, yerə sərmək mənalarında verilib. Bəlkə, elə bu cür 

fərqli izahlara görə “dəpələmək” sözü “KDQ”-nin izahlı lüğəti”nə 

(Bakı, 1999) daxil edilməyib. 

F.Zeynalov və S.Əlizadə “Babaη dedi, keyikləri qovsun gə-

türsün, bənim ögimdə dəpələsün...” cümləsindəki “dəpələsün” fe-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

352

 

lini “toplasın” mənasında sadələşdirib. Ancaq onu da qeyd etmək  



lazımdır ki, S.Əlizadə “Nüsxə  fərqləri və  şərhlər” adlı yazısında 

Drezden nüsxəsindəki “dəpələsün” (D-22) sözünün əvəzinə, Vati-

kan nüsxəsində “öldürsün” sözünün yazıldığını xüsusi olaraq gös-

tərir. Bu mənada “KDQ”-nin 1988-ci il Bakı  nəşrinin “Mətnin  

müasir şəkli” hissəsində “dəpələsün” sözünün “toplasın” kimi mə-

nalandırılmasını düzgün hesab etmək olmaz. Drezden nüsxəsin-

dəki “dəpələsün” sözü V.V.Bartoldun tərcüməsində  “пусть 

убьет” (öldürsün) kimi verilib. Deməli, “Babaη dedi, keyikləri 

qovsun gətürsün, bənim ögimdə  dəpələsün...” cümləsinin seman-

tik tutumu, Drezden nüsxəsinin 22-ci səhifəsindəki “dəpələsün” 

sözünün Vatikan nüsxəsinin 12-ci səhifəsində “öldürsün” sözü ilə 

əvəz olunması, eləcə də V.V.Bartoldun tərcüməsində “dəpələsün” 

sözünün “пусть убьет” kimi verilməsi təsdiq edir ki, “dəpələsün” 

sözü “toplasın” deyil, məhz “öldürsün” mənasındadır. 

F.Zeynalov və S.Əlizadə “Qılıc çəküb altı kafər dəplədi, to-

lanbaz urıb yundları ürkitdi” (D-263) cümləsindəki “dəplədi” sö-

zünü “yerə sərdi” mənasında təqdim edib. Bu, “dəpləmək” felinin 

semantikasına uyğun gəlsə də, onu tam şəkildə ifadə etmir. Çünki 

“dəplədi”nin “öldürdü” mənası  mətnin semantik yükü ilə birbaşa 

səsləşir. V.V.Bartold da “dəplədi” sözünü düzgün olaraq “убил” 

kimi tərcümə edib. 

Dəpmək: 1) vurmaq. “Hamidlən Mərdin qələsin dəpüb yı-

qan, dəmür yaylı Qıpçaq Məlikə  qan qusdıran...” (D-60); “Qarnın 

toyurdıqdan soηra qazanları dəpdi-dökdi, çevirdi” (D-111); “Endi 

bir yigit bunı  dəpdi” (D-216); dəpdikcə (dəpdiklərincə) – vur-

duqca. “Dəpdikcə böyüdi (D-216); “Dəpdiklərincə böyüdi” (D-

216); at dəpmək – atla hücum etmək. “Uruz kafəriη sağına at dəp-

di” (D-133); “Dözən oğlı Alp Rüstəm at dəpdi, meydana girdi” 

(D-288); Öηdin dəpən – döyüşdə öndə gedən. “Qırış güni öηdin 

dəpən alpımız Salur oğlı Qazan!” (D-231); dövləti dəpmək – bəxti 

gətirmək. “Dəlü ozan, dövlətiη dəpdi (D-111). 

O.Ş.Gökyay “dövləti dəpmək” ifadəsinin “səadətini öz əliylə 

məhv etmək” mənasında olduğunu göstərir. Mətnin semantik 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

353

 

tutumundan isə asanlıqla anlaşılır ki, “dövləti dəpmək” ifadəsi hə-



min mənada deyil. Belə ki, Qazanın dilindən verilmiş “Dəli Ozan, 

dövlətiη dəpdi. Bəglər, bugünki bəgligim bunıη olsun” cümlələri-

nin semantik yükü O.Ş.Gökyayın izahı ilə  səsləşmir. Bu mənada 

“dövləti dəpmək” ifadəsinin F.Zeynalov və S.Əlizadə  tərəfindən 

“bəxti gətirmək” mənasında izah olunması düzgündür. 

F.Zeynalov və S.Əlizadə “Qazan at dəpdi” cümləsindəki (D-

288) “at dəpmək” ifadəsini düzgün olaraq hücum etmək anlamlı 

“atla irəli cummaq” mənasında təqdim edib. Amma nədənsə “Mət-

nin müasir şəkli”ndə “at dəpmək” “at sürmək” ifadəsi ilə əvəz edi-

lib: “Uruz kafirin sağına at dəpdi. Qeyd edək ki, bu tip cümlələr-

dəki “at dəpdi” ifadəsi məhz “atla hücuma keçdi” məna-sındadır. 

Dikmək//Timək: qurmaq, dikinə qoymaq. “Aq çadır dikdi-

lər, ala qalı döşədilər, ağca qoyun  qırdılar...” (D-178); Gög ala 

görklü çəmənə çadır dikdi” (D-200); Ala Tağda çadırıη – otağın 

dikdi” (D-293); “Gög alaη görklü çəmənə çadır tikdi” (D-126); 

dikmək:  tikmək (tikiş). “Oxqabının başı  və üzənginin qayışının 

tikilməsi” mənasında. Aqınçılarıη tirkəsi bağı, üzəngüsi qayışı 

üzülür, dikməyə gərək olur” (D-189). 

“Kitab”da məcazi mənada işlənən “tikmək” felinə də rast gə-

linir. Məsələn: Qıya tikmək – qıyqacı baxmaq (“qıya tikmək” ifa-

dəsindəki “tikmək” sözü müasir ədəbi dilimizdə “dikmək” şəklin-

də  işlənir: gözünü dikmək, başını  aşağı dikmək). “Qıya tikübən 

Baybörə bəgiη yüzinə baqdı” (D-67). 



Dökdürmək: tökdürmək, axıtmaq; gözdən acı yaşın dökdür-

mək – ağlatmaq. Qara gözdən acı yaşın dökdür-diηmi?” (D-136). 

Müasir  ədəbi dilimizdəki “göz yaşı tökmək” ifadəsi də  məhz 

“ağlamaq” mənasındadır. 



Dökmək: 1) salmaq. “Kafiri basdılar – qırdılar, qələyə dök-

dilər” (D-270); 2) atmaq. “Sadaqından toqsan oxın yerə dökdi” 

(D-198);dəpib-dökmək–vurub-tökmək, töküb-töküşdürmək. “Qar-

nın toyuzdıqdan soηra qazanları  dəpdi-dökdi, çevirdi” (D-111); 

qan dökmək – qan axıtmaq, öldürmək. “Baş kəsübdir, qan dökip-

dir” (D-124); Ğafillücə görklü başın kəsiη. Alca qanın yer yüzinə 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

354

 

döküη” (D-243); Gözdən acı yaş dökmək, qan-yaş dökmək – 



ağlamaq. “Qara gözdən acı yaş dökdiηmi, qız?!” (D-115); Qarıcuq 

anaη qan-yaş dökdi (D-146; 6). Əlavə olaraq qeyd edək ki, “Ki-

tab”da “dökmək” felinin “tökmək”  şəklində    işlənməsinə  də rast 

gəlinir: “Alca qanıη yer yüzinə tökəyinmi?” (D-196). 



Düşmək: 1) getmək. ardına düşmək – dalınca getmək. “Qa-

raca çoban zərb elədi, qaba ağacı yerilə-yurdilə qopardı, arqasına 

aldı, Qazanıη ardına düşdi” (D-50); yola düşmək – getmək, hərə-

kət etmək. “Qoηur atını öηçələdi, kafər keçəki yola düşdi, getdi” 

(D-44); 2) öz ağırlığının təsiri ilə yerə enmək. “Yerə  dəxi düşsə, 

toz kibi savrılardı...” (D-57); 3) özünü suya salmaq. “Dəli Qarçar 

səgirdərək vardı, suya düşdi” (D-89); 4) yıxılmaq. “Görklüm, at-

dan düşdüm ayağım sındı” (D-242); “Buğa ayaq  üstinə turamadı, 

düşdi” (D-17);  5) gəlmək, enmək. “Düşdilər, işrətə məşğul oldu-

lar” (D-191); 6) tökülmək, yerindən çıxıb (qopub) düşmək. 

“Şahbaz-şahbaz atlar yügürdi, nalı düşdi” (D-63); 7) bürümək, ört-

mək. “Pusdığından qara tağlara tuman düşmüş” (D-244); ayağına 

düşmək – yalvarmaq. “Qazanıη ayağına düşdilər, suçların dilədi-

lər, əlin öpdilər” (D-303); qara başına düşmək – başı bəlaya düş-

mək. “Qara başına düşəndə  gərəklüdür” (D-130); oxa düşmək – 

döyüşdə həlak olmaq. “İki qardaşı oxa düşdi, şəhid oldı” (D-41); 

gözinə qorxu düşmək. “Kafərləriη gözinə qorxu düşdi” (D-41); 

canına odlar düşmək – son dərəcə  həyəcanlanmaq, sarsılmaq. 

“Boyı uzun Burla bunı eşitdi, yürəgilə canına odlar düşdi” (D-51). 

Tolmaq: 1) dolmaq, bir yerə daxil olub onu doldurmaq, 

başdan-başa hər yerini tutmaq, boş yer qoymamaq. “Ulaşuban 

sular taşsa, dəηiz tolmaz” (D-3); dolu hala gəlmək, boşluq qalma-

maq. “Üçüncidə kəndiyə zərb eylədi, qanı toldı” (D-140); “Basa-

tın qaranηulu gözləri yaşla toldı” (D-222). 

Turmaq: durmaq: 1) ayaq üstə, şaquli vəziyyətdə hərəkətsiz 

dayanmaq: “Ayağı üzərinə turımadı – ayaq üstə dura bilmədi”; 

“Bir dəxi urdı, dəvə ayağı üzərinə turımadı, yıqıldı” (D-189); 2) 

ayağa qalxmaq, yerindən qalxmaq, oturduğu yerdən qalxmaq. 

“Qalqubanı yerindən turan yigit, nə yigitsən?” (D-196); “Buğac 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

355

 

bəg yerindən uru turdı” (D-31); “Ərə varan yerindən tura, bən qo-



puz çalam” (D-114); yerindən turmaq – yerindən durmaq, yuxu-

dan ayılmaq, qalxmaq. “Alar taηla yerindən turan yigit, nə yigit-

sən? (D-287); turamadı – dura bilmədi. “Buğa ayaq üstünə tura-

madı, düşdi” (D-17); yerindən turı gəlmək – yerindən durub gəl-

mək mənasındadır. “Qalqubanı Qazan xan yerindən turı gəldi (D-

293); 3) qərar tutmaq, rahat qalmaq. “Ağır xəzinəm, bol aqçam 

gətürüb durursan, saηa xərclıq olsun!” (D-57); Qarıcıq anam gə-

türib durarsan, mərə kafər, anamı vergil maηa (D-58); 4) dayan-

maq. “Dəpəgöz Basatın  üzərinə qodı, xəncərlə çaldı-kəsdi, sıçradı 

geη yerdə turdı (D-228); “Sağ yanında Qazan oğlı Uruz turmış idi 

(D-67); turmaz qan – durmaz qan, axan, dayanmayan qan. “Dur-

maz qanın silər (D-19); 5) çaşıb qalmaq, duruxub qalmaq. “Qoru-

nıη qapusın ovatdılar, atlarının əyərin alub, geyimlərin çıqardılar. 

Mərə, nə turarsız (D-255); 6) əleyhinə olmaq, qarşı çıxmaq. “Hə-

mişə Qazanıη başına buηlu gəlsün, tayısı Aruzı daim aηa tursun 

(D-293); 7) qalmaq, davam etmək, yerində qalmaqda davam et-

mək; tuman tursa - dumanlı hava davam etsə. “Yuca tağları tuman 

tursa, qara pusarıq dolı qopsa (D-278); çırağıη yana tursun – 

çırağın daim yansın. “Həq yandıran çırağıη yana tursun!” (D-35); 

8) var olmaq, mövcud olmaq. “Oğuz ərənləri turarkən səni ögmə-

gim yoq!”; “Oğuzun igidləri dura-dura mən sənin  şərəfinə,  şəniə 

tərif yazan deyiləm” (D-278); “ata tururkən oğul  əlimi öpərlər?” 

(D-74); evi üstinə turmaq – evi üstündə durmaq, qorumaq, keşiyi-

ni çəkmək. “Üç yüz yigidlən oğlum Uruz mənim evim üstinə tur-

sun!” (D-37); ilərü turmaq – irəli durmaq, işə başlamaq, toy elə-

mək. “Çün böylə oldı, həman imdi ilərü turmaq gərək, bəg oğlı!” 

(D-88). Banıçiçəyin dilindən verilmiş son cümlənin “Toya hazır-

laş!” mənasında olması “Ortamızda bu, nişan olsun, xan qızı!” 

cümləsinin semantikasına, həm də boyun ümumi məzmununa görə 

asanlıqla anlaşılır. 



Tutmaq: 1) əli və ya əlləri ilə bir şeydən yapışmaq. “Saqa-

lıηla boğazıηdan tutayınmı?” (D-196); Dəpəgöz buynızından bərk 

tutdı (D-228); Əmcəgindən tutdı (D-79); “Sügsünindən tutdı” (D-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

356

 

85); 2) ələ keçirmək, yaxalamaq, ələ gətirmək, həbs etmək. “Asla-



nı qaldırıb oğlanı tutdılar” (D-214); “Dirsə xanı  tutdılar” (D-30); 

“Pəri qızınıη birini tutdı” (D-215); “...qırq incə bellü qızlan  Qaza-

nın halalını tutmışız” (D-39); “Yatdığı yerdə bəg Bəkili tutuη” (D-

244); “...Əgrəgi tutdılar” (D-155); acığı tutmaq - əsəbiləşmək, hid-

dətlənmək. “Çobanıη acığı tutdı” (D- 58); “Yalançı oğlı Yalancu-

ğıη acığı tutdı” (D-108); taşa tutmaq – daşa tutmaq, daşa basmaq. 

“Kafərlər “yalan söylərsiz” deyü taşa tutdılar” (D-284); köηlin 

yuca tutmaq – lovğalanmaq, təkəbbürlük etmək. “Köηlin yuca tu-

tan ərdə dövlət olmaz” (D-3); yüz gögə tutmaq – göyə üz tutmaq, 

Tanrıya, Allaha yalvarmaq. “Böylə digəc Qalıη Oğuz bəgləri yüz 

gögə tutdılar (D-68); tuta versün – ölməsin, sağ olsun, çox yaşa-

sın. “Allah Taala saηa bir oğul vermiş, tuta versün” (D-75); tuta 

urmaq – hədəfə  dəymək, toxunmaq. “Altı  bərli gürz ilə  dəpəsinə 

qatı tuta urdı” (D-64); tutan gərdək – tutduğun gərdək. “Baηa tu-

tan gərdəgə ayrıq girsün!” (D-149); tutar belüm qüvvəti – sa-

yəsində belimizi dik tutduğumuz, başımızı dik tutdu-ğumuz” (D-

119); südin tutmaq – südünə söymək. “Ağ birçəklü qarınıη südin 

tutdı” (D-19); yaqa tutmaq – yaxa tutmaq, qol-boyun olmaq. “Giz-

lü yaqa tutuban yiləşdilər” (D-200); sözin tutmaq – sözünü tut-

maq, sözünü eşitmək, sözünə baxmaq. “Sözin tutub təmam edər-

lərdi” (D-2); yas tutmaq – yas saxlamaq, yas məclisi qurmaq, yas-

da olmaq. “Qalın Oğuz bəgləri Beyrək içün əzim yas tutdılar” (D-

92); gözü tutmaq – bəyənmək, xoşlamaq, sevmək. “Gözüη kimi 

tutarsa… aηa varğıl!” (D-21). 



şaqımaq: çaxmaq, şimşək kimi çaxmaq, parlamaq. “Göydən 

ıldırım ağban evim üzərinə  şaqır gördüm” (D-43); “Ağ  yıldırım 

olup  şaqıyayım” (D-147). İkinci nümunədəki “şaqımaq” feli mə-

cazi mənadadır. Dəqiq desək, “şaqıyayım” sözü “sarsıdım”, “məğ-

lub edim” anlamlıdır. Bu, həmin cümlədən əvvəl (“Asmanlu gög-

də qara bulut oluban, kafəriη üzərinə gurlıyayım”) və sonra işlən-

miş (Kafəri qamış kibi od oluban yandırayım) cümlələrin məna 

yükü ilə birbaşa bağlanır. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

357

 

Şaqıtmaq: vurdurmaq. “Qanadilə saqsaqana kəndözin  şaqı-

darmı?” (D-188). “Şaqıtmaq” feli “KDQ”-nin izahlı lüğəti” və 

“KDQ” ensiklopediyasının “lüğət” bölməsinə daxil edilməyib. 

O.Ş.Gökyay “şaqıtmaq” sözünün süpürmək, təmizləmək mənasın-

da olduğunu ehtimal edir. Həmin cümlədə isə “şaqıtmaq” sözünün 

“vurdurmaq” mənasında olması birbaşa görünür.  

Şeşmək: açmaq, çözmək. “Mənüm əlümi şeşiη, qolça qopu-

zım  əlümə veriη...” (D-31); “Əlini  şeşdilər, qolça qopuzın  əlinə 

verdilər” (D-32). “Kitab”da  şeşmək sözünün sinonimi olan “çöz-

mək” sözünə də rast gəlinir: “Atından endi, çobanıη əllərin çözdi 

(D-51); “Açmaq” anlamlı şeşmək sözü müasir ədəbi dilimizdə ar-

xaikləşsə də, Şəmkir şivəsində “şeşməx'” şəklində eynilə mühafizə 

olunur. Bir cəhəti də qeyd edək ki, “şeşmək” feli M.Kaşğarinin 

“Divanü lüğat-it-türk”  əsərində  “şəş” formasında işlənib (ər attın 

kişən şəşdi = adam atdan cidar çözdü, cidarını açdı). 

Şırşımaq: O.Ş.Gökyayın tərtib etdiyi lüğətdə “şırşıyan” sö-

zünün mənası izah edilməyib. F.Zeynalov və    S.Əlizadə “Qula-

ğımda  şırşıyan naibimmisən?” (D-269) cümləsindəki “qulaq” 

sözünü “qulluq”, “şırşıyan” sözünü isə “dayanan” mənasında izah 

edib: “Qulluğımda dayanan naibimsənmi?” “KDQ”-nin izahlı 

lüğəti”ndə F.Zeynalov və S.Əlizadənin fikirləri, demək olar ki, ey-

nilə təkrarlanıb. Həmin lüğətdə göstərilir: “Şırşımaq – Qulluğunda 

dayanmaq, xidmətində olmaq. Qulluğunda  şırşımaq – daima 

kiminsə xidmətində olmaq, daima kiməsə qulluq göstərmək...”. 

Bu izahlar mətnin məna tutumuna uyğun gəlmir. 

V.V.Bartold “şırşıyan” sözünü “шепчущий” (pıçıldayan, qu-

lağına pıçıldayan) kimi tərcümə edib. “...заместител  ли  ты  мой 

шепчущий (?) мне на ухо?” Tərcümədə “шепчущий” sözündən 

sonra sual işarəsinin qoyulması müəllifin tam əmin olmadığını 

göstərir. Fikrimizcə, “Qulağımda şırşıyan naibimmisən?” cümləsi 

“Qulağıma pıçıldayan, səsi, pıçıltısı tanış gələn naibsənmi?” kimi 

qavranıla bilir. Yəni “qulağımda” sözündəki -da yerlik hal şəkil-

çisinin yönlük hal mənasını ifadə etməsi, “şırşıyan” sözünün isə 

“pıçıldayan” mənasında olması  mətnin məna yükündən anlaşılır. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

358

 

Belə ki, Əyrək qardaşı Səyrəkdən əvvəlcə sarvanımsanmı, ilxıçım-



sanmı, çobanımsanmı, sonra isə naibimsənmi, - deyə soruşur, onu 

özünə yaxın hesab edir. Bu doğmalıq sonrakı cümlənin mənası ilə 

də  səsləşir: “Beşikdə qoyub getdigim qardaşcığımmısan?” (D-

269). 


Şikayət etmək: ah-nalə etmək, giley etmək, sızlamaq, yanıb-

yaxılmaq. “Aruza şikayət edüb ağlaşdılar” (D-217). Bu cümlədəki 

“şikayət etmək” felinin daha çox “ah-nalə etmək” və ya “sızlan-

maq” mənasında olması real görünür. Belə ki, təqdim etdiyimiz 

cümlənin xəbəri (ağlaşdılar) əvvəl işlənən cümlələrin xəbərlərinin 

məntiqi nəticəsi kimi görünür: “...Oğlancıqlarıη kiminüη burnın, 

kininüη qulağın yeməgə başladı. Əlhasili, ordı bunıη ucından qatı 

incindilər. Aciz qaldılar. Aruza şikayət edüb ağlaşdılar” (yeməyə 

başladı → zara gəldi → aciz qaldılar ağlaşdılar) (D-217). Sonuncu 

xəbərlərin (aciz qaldılar, ağlaşdılar) məna yükü “şikayət etmək” 

sözünün məhz “ah-nalə” etmək” mənasında olduğunu təsdiqləyir. 

Ərəb mənşəli  “şikayət” və türk mənşəli “etmək” yarımmüstəqil 

felinin iştirakı ilə yaranan “şikayət etmək” tərkibi feli “KDQ”-nin 

izahlı lüğəti”ndə (Bakı, 1999) verilməyib. 



Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin