Şorlamaq: şiddətlə axmaq (qana aiddir), çox axmaq, şırıl-
şırıl axmaq. “Düdük kibi qan şorladı” (D-203); “Qara qanı şor-
ladı” (D-210); “Alca qanı şorladı, qoynına endi” (D-289). E.Əzi-
zov “Kitab”dakı “şiddətlə axmaq” anlamlı “şorlamaq” sözünün
dialekt leksikasında işlənməsindən bəhs edərkən nümunə kimi
Bakı şivəsindəki “şorlamaq” (Tez ol bir şey götür, bağlıyağ, qan
gör necə şorlıyir) sözünü göstərir (Azərbaycan dilinin tarixi dia-
lektologiyası. Bakı, 1999, s.256). Qeyd edək ki, “şorlamaq” sözü
digər şivələrdə də mühafizə olunur. Məsələn, Azərbaycan dilinin
qərb şivələrində həm “şorramax”, həm də “şor-şor şorramax” şək-
lində işlənir.
“Dədə Qorqud”un möcüzələr dünyası
359
“KİTAB” VƏ MÜASİR AZƏRBAYCAN
ƏDƏBİ DİLİNİN ORFOEPİYASI
Qədim dövrlərə aid yazılı abidələrin orfoepiyasının müəy-
yənləşdirilməsi ümumi dilçilikdə, demək olar ki, öyrənilməyib.
Qorqudşünaslıqda da orfoepiya məsələləri, eləcə də ədəbi tələf-
füzün transkripsiyası araşdırma obyekti kimi götürülməyib. Amma
burada onu da qeyd etmək lazım gəlir ki, “Kitab”ın fonetik və
leksik göstəricilərinin müasir Azərbaycan dilinin cənub və şərq,
xüsusən də qərb şivələri ilə səsləşməsindən kifayət qədər bəhs
olunub. F.Zeynalov və S.Əlizadə yazır: “Kitabi-Dədə Qorqud”un
dilində şifahi nitq elementlərinin sıxlığı, ümumiyyətlə, hər hansı
dastana (nağıla, əhvalata) məxsus təhkiyə xarakterinin hiss olun-
ması imkan verir ki, mətni yeni əlifbada canlandırarkən dialekt
nitqinin koloriti saxlanılsın”
1
. Qeyd edək ki, bu prinsip “Kitab”ın
1988-ci il Bakı nəşrində xüsusilə nəzərə alınıb.
“Kitab”ın O.Ş.Gökyay, H.Araslı, M.Ergin, Zeynalov –Əliza-
də... nəşrlərinə, eləcə də Drezden nüsxəsinə istinad etməklə “Ki-
tab”ın təkcə orfoqrafiyası yox, həm də orfoepiyası barədə müəy-
yən mülahizələr irəli sürmək mümkündür. Konkret desək, müasir
Azərbaycan dilinin orfoepik normalarına istinad etməklə XV əsrə
qədərki, eyni zamanda XV əsr Azərbaycan dilinin orfoepiyasının
ümumi mənzərəsi canlandırıla bilər. Bu mənada ilk olaraq aşağı-
dakılara diqqət yetgirək:
− “Kitab”dakı sözlərin bir hissəsinin yazılışı eynilə müasir
Azərbaycan ədəbi dilindəki kimidir: ata, ana, baş, boğaz, badam,
ot, qara, uzun... Bəllidir ki, müasir dilimizdə bu tip sözlərin hamısı
deyildiyi kimi yazılır. Bu, “Kitab”ın dilinə də aid edilə bilər. Ən
azı ona görə ki, “Kitab”dakı bir sıra sözlərin, həmçinin şəkilçi
morfemlərinin yazılışı məhz müasir ədəbi dilimizdəki tələffüz
formalarına uyğundur: almas (almaz), dört (dörd), otax (otaq)... -
sız (-sınız)... (bu barədə aşağıda geniş şəkildə bəhs olunur);
1
F.Zeynalov,S.Əlizadə.Tükənməz xəzinə.“Kitabi-Dədə Qorqud”.Bakı,1988,səh.20.
“Dədə Qorqud”un möcüzələr dünyası
360
− “Kitab”dakı sözlərin bir qismi müasir Azərbaycan ədəbi
dilində müəyyən fonetik dəyişmələrlə işləndiyi üçün onların
orfoepiyasından şərti olaraq bəhs etmək olar: köprü (körpü), yılan
(ilan), yuca (uca), kibi (kimi)...;
− “Kitab”dakı sözlərin bir hissəsinin yazılışı müasir Azər-
baycan dili şivələrindəki sözlərlə səsləşir: imdi (indi), güz (payız),
munı (bunu), dərləmək (tərləmək), öynə (günorta)...;
− “Kitab”dakı bir sıra sözlər mənbə dildəki formasına uyğun
şəkildə yazılıb: zəman, vəqt, fikr... ərəb mənşəli bu sözlər müasir
Azərbnaycan ədəbi dilində zaman, vaxt, fikir şəklində sabitləşib.
Bu, onu deməyə əsas verir ki, həmin sözlər “Kitab”ın yazıya alın-
dığı dövrlərdə məhz mənbə dildəki formasına uyğun şəkildə
tələffüz olunub;
− müasir Azərbaycan ədəbi dilində yazılışı və deyilişi eyni
olan bir sıra şəkilçi morfemləri “Kitab”ın dili üçün də səciy-
yəvidir: -anda
2
, -ur, -ür, -ar, -ər, -ası
2
...
Qorqudşünaslıqda “Kitab” bəzən yazılı ədəbiyyat nümunəsi
kimi təqdim olunur. Əslində isə “Kitab”, hər şeydən əvvəl, şifahi
ədəbiyyat nümunəsidir. Deməli, “Kitab” həm də şifahi ədəbi dil,
orfoepiya baxımından təhlil süzgəcindən keçirilməlidir. Bu mə-
nada “Kitab”a müasir ədəbi dilimizin orfoepik normaları prizma-
sından yanaşma ən azı XV əsr Azərbaycan ədəbi dilinin orfoepi-
yası barədə müəyyən təəssürat yarada bilər. Müqayisə və qarşılaş-
dırmalar göstərir ki, “Kitab”dakı yazılış şəkillərinin bir qismi
müasir Azərbaycan ədəbi dilinin orfoqrafiyası yox, orfoepiyası ilə
səsləşir. Bu tip vahidləri aşağıdakı kimi sistemləşdirmək olar.
“Dədə Qorqud”un möcüzələr dünyası
361
“Kitab”dakı yazılış şəkilləri və müasir Azərbaycan
ədəbi dilində lüğəvi şəraitdə tələffüz
“Kitab”dakı bir sıra yazılış şəkilləri müasir ədəbi dilimizdə-
ki tələffüz formaları ilə səsləşir ki, bu da, əsasən, aşağıdakıları
əhatə edir:
− müasir ədəbi dilimizdə “d” səsi çoxhecalı sözlərin sonunda
karlaşaraq (“t” çalarlığında) tələffüz edilir. Bu, “Kitab”dakı bir
sıra sözlərin yazılışında özünü göstərir:
dört. “Dili-damağı qurıyıb dört yanına baqdıηmı?”; “Oğuzda
dört yigit niqabla gəzərdi...”. Əlavə edək ki, bu söz “Kitab”da həm
də “dörd” şəklində yazıya alınıb: “Qarılar dörd dürlidü...”. Bu isə
müasir ədəbi dilimizdəki yazılış şəklinə uyğundur;
polat. “Qara polat uz qılıclar çalındı, yılmağı düşdi”. Bu sö-
zün “Kitab”da “polad” şəklində yazılışına da rast gəlinir: “Aruz
qara polad uz qılıcın tartub Beyrəgiη sağ oyluğın çaldı, qara qana
bulaşdı”;
qanat. “Gördi kim, pəri qızları qanat qanada bağlamışlar,
uçarlar”, Bu sözün “Kitab”da “qanad şəklində yazılışı da müşa-
hidə olunur: “Qanadlarıη ucları qırılmasun!”;
ögüt. “Qız anadan görməyincə ögüt almaz”;
yigit. “Yigit barmağın ısırdı, aydır...”;
keçit. “Qara ölüm gəldigində keçit versün!”...
− müasir Azərbaycan ədəbi dilində söz ortasında qoşa işlə-
nən “t”-dən ikincisi cingiltiləşərək (“d” çalarlığında) deyilir:
əlbəttə-əlbətdə, hətta-hətda... Bu sözlərdən birincisi “Kitab”da
məhz “əlbətdə” şəklində yazılıb: “Əlbətdə və əlbətdə Qazan bəg
maηa yetişsün, -dedi”; “Əlbətdə, tayım Uruz maηa gəlsüη - dedi”;
− müasir Azərbaycan ədəbi dilində ”z” samiti çoxhecalı
sözlərin sonunda karlaşaraq (“s” çalarlığında) tələffüz edilir.
“Kitab”dakı bir sıra sözlər də məhz həmin formada yazılıb:
atlas. “Atlasda yapılanda gög sayvanlu”. Burada bir cəhəti
də qeyd etmək lazım gəlir ki, “atlaz” sözü ərəb mənşəli “ətləs”
“Dədə Qorqud”un möcüzələr dünyası
362
(üzü hamar, parlaq ipək parça növü) sözünün fonetik dəyişikliyə
uğramış formasıdır;
almas. “Buynızı almas cida kibi Qanturalının üzərinə sür-
di”...
“Kitab”dakı yazılış şəkilləri və müasir Azərbaycan
ədəbi dilində morfoloji şəraitdə tələffüz
Burada bir neçə məqama ayrılıqda nəzər salaq:
− müasir Azərbaycan ədəbi dilində ”q” səsi çoxhecalı türk
mənşəli sözlərin sonunda karlaşaraq (“x” çalarlığında) deyilir. Bu
cəhət “Kitab”ın dilində morfoloji şəraitdə tələffüz formasına uy-
ğun yazılmış “otaxlarıη” sözündə özünü göstərir: “Qara yeriη üzə-
rinə otaxların tikdirmişdi”. Bu sözü H.Araslı “otaqları”, M.Ergin
və S.Əlizadə isə “otaxlarıη” şəklində oxuyub. Drezden nüsxəsin-
dəki yazılış şəkli M.Ergin və S.Əlizadənin haqlı olduğunu göstə-
rir. Belə ki, həmin sözün kök morfeminin sonunda məhz “ خ” (xa)
hərfi yazılıb (D-122
10);
Başqa fakta diqqət yetirək: müasir ədəbi
dilimizdə yazılışı “yırtıq”, deyilişi isə “yıxtıx” olan söz “Kitab”da
“yırtıxlu” şəklindədir ki, bu da bütün parametrlərinə görə ədəbi
tələffüzün transkripsiyası kimi çıxış edir: “Yedi biη qaftanınıη
ardı yırtıxlu, yarımından qara saçlu...” (D-38). Deməli,
“Kitab”dakı “yırtıx” (lu) yazılış şəkli ilə müasir ədəbi tələffüzü-
müzdəki “yırtıx” forması eyni xətdə birləşir.
− Ə.Dəmirçizadə xüsusi olaraq vurğulayır ki, “II şəxsin təki
və cəmini bildirən nisbət şəkilçilərindəki “n” samiti sağır “η” ça-
larlığında tələffüz olunmalıdır: sənin atan-ataη, atanız-ataηız,
əliniz-əliηiz...”
1
(əslində, bu cür də yazılmalıdır. Daha doğrusu,
“η” samitinin 1940-cı ilə qədərki yazılış şəkli bərpa olunmalıdır).
Bu fikirlər A.Axundov tərəfindən də müdafiə olunur: “...Ədəbi tə-
ləffüzdə hətta “sənin üzəyinin” ifadəsi dilarxası “η” samiti olma-
1
Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Bakı, 1972, səh.240.
“Dədə Qorqud”un möcüzələr dünyası
363
dan tələffüz edildikdə ciddi məna dolaşıqlığına, tələffüz nöqsanına
səbəb olur və faktik olaraq, “η” samiti olmadan işlənmir...”
1
. Qeyd
edək ki, “Kitab”da II şəxsin təki və cəmini ifadə edən mənsubiy-
yət şəkilçisi məhz velyar “η” ilə işlənib: babaη. “Ağ saqallu babaη
adı nədir?”; oğluηız. “Ala gözlü oğluηızı görüncə”... Burada “Ki-
tab”ın dili üçün səciyyəvi olan velyar “η”-nın digər işlənmə mə-
qamlarını da təqdim etmək lazım gəlir: söz ortasında velyar “η”:
bəηzər. “Güz almasına bəηzər al yaηaqlım!”; söz sonunda velyar
“η”: taη. “Salqum-salqum taη yelləri əsdigində”; yiyəlik hal şəkil-
çisi daxilində velyar “η”: səniη. “Güni gəldi, ağ meydanda səgir-
dərin səniη içün!”; yönlük hal şəkilçisindən əvvəl velyar “η”-nın
işlənməsi: maηa. “Bilməzsəm, maηa zindan olsun!”; şəxs sonluq-
ları daxilində velyar “η”: gətüriη. “Mərə Beyrəgin yayı vardır gə-
türiη”; yegüηiz-içüηiz... “Siz yegüηüz-içüηiz söhbətiηüz tağırma-
ηiz...” Velyar “η” ilə bağlı təqdim etdiyimiz bu detalların hər biri
Azərbaycan dilinin qərb şivələrində eynilə mühafizə olunur;
− “Kitab”da “-a
2
” gələcək zaman forması və “-an
2
” feli sifət
şəkilçisindən əvvəl inkar şəkilçisinin -mı, -mi formasında yazıl-
ması müşahidə olunur: ulatmıyan, molatmıyan. “Hay, nə oturarsaη
itüηi ulatmıyan, çətügiηi molatmıyan!”; yemiyən. “At yemiyən acı
otlar [bitincə] bitməsə, yeg”; vermiyələr. “...bən ölib sən qalıcaq
tacım-taxtım saηa vermiyələr...” (Zeynalov – Əlizadə nəşrindən
götürdüyümüz bu nümunələrdəki inkar şəkilçisini O.Ş.Gökyay və
M.Ergin -ma, -me formasında transkripsiya edib: ulatmayan, mav-
latmayan, yemeyen, vermeyeler. Drezden nüsxəsindəki yazılış şə-
killəri isə Zeynalov-Əlizadə nəşrindəki transkripsiyanın daha real
olduğunu söyləməyə imkan verir). “Kitab”dakı yazılış şəkilləri
müasir ədəbi dilimizdə eynilə tələffüz olunur: ulatmıyan, yemiyən,
vermiyələr...;
− müasir ədəbi dilimizdə -sınız
4
şəxs şəkilçisi -sız
4
şəklində
tələffüz edilir: bilirsiniz-bilirsiz; deyirsiniz-deyirsiz.... “Kitab”da
da məhz bu tələffüz formasına uyğun yazılış şəkilləri müşahidə
1
A.Axundov. Azərbaycan dilinin fonemlər sistemi. Bakı, 1973, səh. 256.
“Dədə Qorqud”un möcüzələr dünyası
364
olunur: bilirmisiz (-mi sual ədatının şəxs şəkilçisindən əvvəl
işlənməsi “Kitab”ın dili üçün səciyyəvidir). “Bəglər mən sizi niyə
qağırdım bilürmisiz?”; dersiz. “Bəglər, ya siz nə deirsiz?”.
“Kitab”dakı yazılış şəkilləri və müasir Azərbaycan
ədəbi dilində sintaktik şəraitdə tələffüz
“Kitab”ın dilinə bu kontekstdə yanaşma bir sıra məsələlərə
aydınlıq gətirməyə imkan verir. Burada ilk olaraq müasir Azər-
baycan ədəbi dilindəki sintaktik şəraitdə tələffüz məsələlərini
sistemli şəkildə araşdırmış Ə.Dəmirçizadənin bir fikrini eynilə xa-
tırlatmaq lazım gəlir: “Müstəqil söz ilə köməkçi söz qoşulmasın-
dan düzələn tərkiblərdə ya ikinci tərəfi təşkil edən köməkçi sözün
başındakı sait ixtisar edilir, birinci tərəfi təşkil edən müstəqil sö-
zün sonundakı sait isə ya iki sözü qovuşdurucu uzun sait kimi tə-
ləffüz olunur, ya da köməkçi sözün başındakı sait “y” ilə əvəz edi-
lir, müstəqil sözün axırındakı sait isə iki sözü qovuşdurucu bir sait
kimi “e”, yaxud “i” çalarlığında tələffüz olunur: əmisi ilə - əmisi :
lə// əmisiylə ... qardaşı üçün-qardaşi:çin//qardaşiyçin, ... gedə idi-
gede:di//gedeydi, oxuya idi-oxuye:di//oxuyeydi və s.”
1
. “Kitab”da
bu cür tələffüz formalarına uyğun yazılış şəkilləri qabarıq şəkildə
görünür:
buğayla. “Bir yazın, bir güzin buğayla buğrayı savaş-
dırarlardı”;
yoldaşıyla. “Dəli Domrul yüz qırq yıl dəxi yoldaşıyla yaş
yaşadı”;
öleydi, vareydi. “Ah, noleydi, bu öleydi, birinə dəxi
vareydim”;
neçün. “Neçün səxtsən, xanım yigit?”;
səniηçün. “Güni gəldi, kafər başın kəsdürəyim səniηçün”;
ğeyrətiçün. “Oğul da qılıc quşanur baba ğeyrətiçün”...
1
Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. Bakı, 1972, səh.244.
“Dədə Qorqud”un möcüzələr dünyası
365
Müasir ədəbi dilimizdə “nə olar” ifadəsinin “nolar”, yaxud
“nə eylər”in “neylər” şəklində tələffüzü məqbul hesab olunur ki,
bu da “Kitab”dakı “nolur” (nə olur), “neylər” (nə eylər) yazılış şə-
killəri ilə səsləşir: “Qırq yigit bir bəg oğlilə bir qızdan ötri ölmək
nolur...”; “Qouη nerəyə gedəsə-getsün, neylərsə eyləsün”, - dedi”.
“Kitab”ın dilindəki çoxsaylı yazılış şəkillərinin müasir Azər-
baycan ədəbi dilindəki dil vahidlərinin leksik, morfoloji və sintak-
tik şəraitdə tələffüz formaları ilə səsləşdiyini arqumentləşdirən yu-
xarıdakı tutarlı faktlar digər həqiqətləri də söyləməyə imkan verir.
Belə ki, bu faktlar ədəbi dilimizin orfoepik normalarının yaranma
tarixinə işıq salır, qədim dövr şifahi ədəbi dilimizin ümumi mən-
zərəsi barədə dolğun təəssürat yaradır, 1300 il əvvəl yaşamış
Azərbaycan türkünün şifahi nitqinin bu gün, əsasən, eynilə yaşa-
dığını sübut edir, ən ümdəsi isə “Kitab”ın məhz Azərbaycan dilin-
də yazıldığını bir daha təsdiq edir.
“Dədə Qorqud”un möcüzələr dünyası
366
III HİSSƏ
“DƏDƏ QORQUD KİTABI”
AZƏRBAYCAN DİLİNDƏDİR
Qorqudşünaslıqda “Kitab”ın hansı dildə yazılması müba-
hisə obyekti olaraq qalmaqdadır. Elə buna görə də bu məsələ ilə
bağlı mövcud fikirləri saf-çürük etmək, problemin həlli yollarını,
onun görünən və görünməyən tərəflərini müəyyənləşdirmək zəru-
rəti yaranır. İlk olaraq qorqudşünaslıqdakı fikirlərə diqqət yetirək:
− V.V.Bartold “Dastan”ın coğrafi koordinatlarını məhz
Qafqaz mühiti ilə əlaqələndirir və belə qənaətə gəlir ki, Dədə
Qorqud adı ilə bağlı olan “Dastan”ın Qafqaz mühitindən kənarda
yaranması qeyri-mümkündür (“Турецкий эпос и Кавказ”. Книга
моего Деда Коркута. М.-Л., 1962, səh.19-129);
− O.Ş.Gökyay “Kitab”ın dilindən bəhs edərkən əsası olma-
yan, qeyri-dəqiq fikirlər irəli sürür: XIV əsrdə Azərbaycan dili
müstəqil bir dil kimi ortada yoxdur; “Dastan”ın dili Azərbaycan
və qədim Anadolu dillərinin parçalanmadığı müştərək “səlcuq di-
li” hesab olunmalıdır... (Dedem Korkudun kitabı. İstanbul, 2000,
səh.CXCIV). Burada bir cəhəti də qeyd etmək yerinə düşür:
O.Ş.Gökyay “Kitab”ın Azərbaycan dilində yazıldığını tutarlı fakt-
larla arqumentləşdirən türk alimlərinin mövqeyini də qəbul etmir.
Bu hadisəyə münasibət bildirən F.Zeynalov və S.Əlizadə yazır:
“O.Şaiq dastanların Azərbaycan dilində yazıldığını iddia edən
M.Ergini tənqid edir. O, M.Erginin əlin qurusun, qulluq etmək,
incimək, daşa dönmək, əylənmək (durmaq), beşikkərtmə və s.
söz və ifadələri Azərbaycan dilinə aid etməsinə etiraz edir. Bizcə,
burada O.Şaiq haqlı deyil...” (Tükənməz xəzinə. Kitabi-Dədə Qor-
qud. Bakı, 1988, səh.13);
− Azərbaycan qorqudşünaslığının təməlini qoyan Əmin
Abid “Əşirət dövründəki Azərbaycan ədəbiyyatı haqqında vəsiqə-
lər” adlı məqaləsində “Dədə Qorqud” dastanını Azərbaycanda və
“Dədə Qorqud”un möcüzələr dünyası
367
Şimali İranda yaşayan türklərin ədəbiyyatına aid ən qədim vəsiqə
adlandırır” (Azərbaycanı öyrənmə yolu. 1930, N 3);
− B.Çobanzadə “Dədə Qorqud” dastanının tədqiqi ilə məş-
ğul olan ilk alimlərdən biri kimi dəyərləndirilir. Burada A.Baba-
yevin dəqiqləşdirdiyi iki faktı eynilə təqdim edirik: “...Alimin
Azərbaycan Milli Elmlər Akademiyasının arxivində 153-1957 şif-
ri ilə saxlanan şəxsi işindən öyrənirik ki, alim 1933-cü ilə aid
elmi-tədqiqat hesabatında yazır: “Kitabi-Dədə Qorqud” dastanla-
rının dili” adlı elmi-tədqiqat işini tamamlamışam”. Bu cür faktlar
onu deməyə əsas verir ki, Azərbaycan qorqudşünaslığının əsası
heç də H.Araslı yox, Bəkir Çobanzadə, Əmin Abid kimi alimlər
tərəfindən qoyulub (hər iki alim repressiya qurbanı olub – 1937-ci
ildə öldürülüb); B.Çobanzadə yazır: “Türk sistemli dillərdə bulu-
nan epik mahiyyətli və “Şahnamə” ilə, bizə görə, daha konkret və
sıx əlaqə saxlayan əsərlərdən də qədim Azərbaycan türk dilində
yazılmış olan “Dədə Qorqud” kitabıdır. Əvvələn, “Şahnamə” adı-
nın da göstərdiyi kimi, əsas etibarilə İran şahlarının dastanı olduğu
halda, “Dədə Qorqud” oğuz xanlarının dastanıdır” (Şahnamə və
dünya epik ədəbiyyatı. İnqilab və mədəniyyət, 1934, N9-10;
səh.27-29) (Adil Babayev. Bəkir Çobanzadə və “Dədə Qorqud”
dastanları. “Dede Korkut ve Geçmişten Geleceğe Türk Destan-
ları”. Uluslararası Sempozyumu. Bildiriler kitabı. Ankara, 2011,
səh.151-153). B.Çobanzadə fikirlərini elə dəqiq ifadə edib ki, əla-
və izahlara ehtiyac qalmır: “... qədim Azərbaycan türk dilində
yazılmış olan “Dədə Qorqud” kitabıdır”.
− Ə.Dəmirçizadə “Kitab”ın Azərbaycan dilində yazıldığını
bir neçə prizmadan təsdiqləyir: a) “Kitab”a türk dastan yaradıcılığı
kontekstində yanaşaraq onun Azərbaycan türklərinə məxsus oldu-
ğunu əsaslandırır: “Alpamış özbəklərin, “Alpamıs” qazaxlarındır.
İçərisində Alp-Bamsı, yəni Bamsı Beyrəyə aid xüsusi boy olan
“Kitabi-Dədə Qorqud” dastanları isə azərbaycanlılarındır”;
b)“Dastan”ın yaranma, formalaşma tarixi ilə bağlı maraqlı mülahi-
zələr irəli sürür: “Buna görə də biz deyə bilərik ki, “Dədə Qorqud”
dastanlarını IX-XII əsrlər arasında Azərbaycanda ümumxalq
“Dədə Qorqud”un möcüzələr dünyası
368
Azərbaycan dilində azərbaycanlı dədələr, ozanlar yaratmış və yay-
mışlar; çox güman ki, təqribən bu dövrdə də həmin dastanlar top-
lanıb yazıya köçürülüb “Kitabi-Dədə Qorqud” düzəldilmişdir”;
c)“Dastan”dakı qrammatik şəkilçilərə istinad etməklə onun Azər-
baycan dilində olduğunu xüsusi olaraq vurğulayır: “-andə, -əndə
(Hər atanda on iki batman taş atardı). Bu şəkilçi indi də Azərbay-
can dilində canlıdır və digər türk dillərindən Azərbaycan dilini
fərqləndirici bir əlamət kimi işlənməkdədir (“Kitabi-Dədə Qor-
qud” dastanlarının dili. Bakı, 1959, səh.11, 13, 110). Müəllifin hər
üç tezisi bütün parametrlərinə görə elmi və inandırıcıdır;
− M.Ergin “Kitab”ın dilindəki çoxsaylı antroponim və to-
ponimlərin Azərbaycanla bağlılığını qeyd etməklə kifayətlənmir,
eyni zamanda “Kitab”ın leksikası, frazeologiyası, morfologiyası
və sintaksisinin daha çox Azərbaycan dili üçün səciyyəvi oldu-
ğunu göstərir (“Dedə Korkut Kitabı”. II, Ankara, 1963, səh.352).
Burada o da vurğulanmalıdır ki, müəllifin bu cür fikirləri qorqud-
şünaslıqda xüsusi olaraq dəyərləndirilir;
− X.Koroğlu “Oğuz qəhrəmanlıq eposu” əsərində (Bakı,
1999) “Dədə Qorqud kitabı”nı təkcə Azərbaycan yox, həm də
türk, türkmən oğuznaməsi kimi səciyyələndirir: “Qorqud Kita-
bı”nda yalnız müasir türk dilində rast gəlinən leksik-qrammatik
elementlər də az deyil, onda belə bir qənaətə gələrik: “Qorqud Ki-
tabı” müasir türkmən, azərbaycanlı və türklərin əcdadları – oğuz-
lar tərəfindən yaradılmış mədəniyyət abidəsidir. Ancaq abidənin
əsas formalaşma prosesi Qafqazda, xüsusilə Azərbaycanda keç-
mişdir. Onda Azərbaycan elementlərinin, o cümlədən də dilində,
üstünlük təşkil etməsinin səbəbi də elə budur...” (səh.211). Müəl-
lifin bu fikirləri ilə razılaşmaq olar. Digər fikirləri isə ziddiyyətli
və qeyri-elmidir. X.Koroğlu yazır: “Konsonontların təhlili isə ək-
sər halda müasir türkmən dilinin xeyrinə olan material verir. Mə-
sələn, “t” və “p” samitlərinin Azərbaycan dilində cingiltili “d”,“b”
variantlarının olduğu sözlərdə, məsələn, “tayı” – “ananın qardaşı”
(azərbaycanca “dayı”),“parmak” – “barmaq” (azərbaycanca) və s.”
(səh.210). Bu fikirlə razılaşmaq olmaz. Belə ki, bir sıra sözlərin
“Dədə Qorqud”un möcüzələr dünyası
Dostları ilə paylaş: |