ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə39/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

389

 

qov məqsədli şəkildə həmin sözlərin oxunuş formasını dəyişdirib. 



Bəri başdan qeyd edək ki, müəllif bilərəkdən “dələr”  əvəzinə 

“dilər” oxunuş formasını  məqbul hesab edibsə, haqlıdır; qorqud-

şünas A.Hacıyev yazır: “...abidənin dilindən gətirilən  nümunələr-

dən (“Sadaqda oxum kişin dələr” misrası nəzərdə tutulur – Ə.T.) 

göründüyü kimi, “oxqabı” mənasında həm də “kiş” sözü işlədil-

mişdir. Lakin “kiş” sözü tarixən həm nə “samur” anlamını bildir-

mişdir. Görünür, oxqabı, yəni sadaq məhz samur dərisindən tikil-

diyinə görə, eyni zamanda “kiş” sözü ilə  də ifadə olunmuşdur. 

“Sadaqda oxum kişim dəlir” (kişim – kişin – Ə.T.) cümləsində 

“kiş” sözünün məhz “dəri” mənasını verməsi bu mülahizəni təs-

diqləyir. “Ovçuluqla məşğul olan oğuzların dəri materiallarına 

geniş yer vermələri təbiidir. Bu onların geyimində  və  məişətində 

istifadə etdikləri ləvazimatın hazırlanmasında qabarıq  şəkildə öz 

əksini tapmışdır. Yazılışına görə “yelək// yelük//yelik” variantla-

rında oxuna bilən bu arxaizm ilkin mərhələdə “dağ keçisi, ceyran, 

cüyür balası” mənasını bildirmiş  və söz önündə “y” səsdüşümü 

hadisəsinə uyğun olaraq “elik” formasını almışdır. Sadağın samur 

və yaxud cüyür dərisindən tikilməsi onun sinonim variantlarının 

yaranmasında mühüm rol oynamışdır”

1

. Mövcud transkripsiya, sa-



dələşdirmə və bir sıra sanballı lüğətlərə istinadən söylənmiş bu cür 

fikirlərlə müəyyən mənada razılaşmaq da olar. Amma mətnin 

ümumi semantik yükü, “رلد” yazılış  şəklinin həm də “dilər”  şək-

lində transkripsiya oluna bilməsi, “kiş” sözünün oğuz-qıpçaq  dil-

lərində “oxqabı” yox, “yay kirişi” (“kiş” –“kiriş” sözünün fonetik 

dəyişikliyə uğramış variantı hesab oluna bilər) mənasında çıxış et-

məsi, “oxqabı” anlamlı “kiş” sözünün məhz  karluq türklərinin dili 

üçün  səciyyəvi olması,  ən  əsası isə “Kitab”ın poetik strukturu  

problemə tam başqa bucaqlardan yanaşmağı diktə edir. İlk olaraq 

“Kitab”da “kiş” sözünün işlənmə  məqamları  və semantikasına 

diqqət yetirmək lazım gəlir: “Yedi kiş ilə qurulurdu mənim ya-

yım!” (D-207); “Yağı yurdı  əlümdə  qıl kişlim ayğır malı” (D-

                                                            

1

  A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.128. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

390

 

108). Hər iki  cümlədə “kiş” sözünün “yay ipi” (kiriş) mənasında 



işləndiyini mətnin ümumi semantik yükünə  əsasən müəyyən 

etmək olur.  

S.Əlizadə “kiş ilə” formasının H.Araslı, O.Ş.Gökyay, 

M.Ergin və V.V.Bartoldun “kişiylə”  şəklində başa düşdüklərini 

qeyd etməklə bərabər, “kiş” (kiriş) sözünün mətnə daha yapışıqlı 

olduğunu  əsaslandırır və  mətnin “müasir şəklin”də  də  məhz kiş 

(kiriş) formasında təqdim edir (Bakı, 1988, səh.193). Bu baxım-

dan birinci cümlədəki  “kiş” sözünü “yay düzəltmək üçün möh-

kəm ip” mənasında izah edən F.Əhmədov da haqlıdır

1

.  İkinci 



cümlədəki qıl kişlim” birləşməsinin məhz at qılından düzəldilmiş 

kiş (kiriş) mənasında olduğunu isə  əlavə faktlarla təsdiqləməyə 

ehtiyac yoxdur (Ş.Cəmşidov “qıl kişlim” yox, “qızıl kişlim” şək-

lində transkripsiyanı düzgün hesab edir: “Yağı yürüdü əlimdə qızıl 

kişlim”

2

. Mətnin semantikasına uyğun gəlməyən  bu cür transkrip-



siyanı düzgün hesab etmək olmaz). Deməli, “Sadaqda oxum kişin 

dələr” şəklində transkripsiya olunmuş cümlədə “kiş” sözü “oxqa-

bı” yox, “yay ipi” (kiriş  → kiş) mənasında götürülə bilər. Bu da 

həmin cümlədə “dələr” deyil, “dilər” formasında transkripsiyanın 

mətnlə səsləşdiyini təsdiqləyir. Burada  “oxqabı” anlamlı “kiş” sö-

zünün “Kitab”ın mətninə, ümumiyyətlə, uyğun gəlmədiyini arqu-

mentləşdirən digər faktlara nəzər salaq: birincisi, M.Kaşğari gös-

tərir: “kiş: sədəq, oxdan, oxqabı. Oğuzlar və  oğuzların qardaşı 

olan qıpçaqlar bunu bilməzlər”

3

; ikincisi,M.Kaşğarinin “Divan”ın-



da oxun qabını  dəlməsi yox, səs eləməsi, çaldır-çaldır etməsi ilə 

bağlı şərhlərə  rast gəlinir: “ok kiştə çaldır-çaldır etti = ox sədəq-

də, oxdanda çaldır-çaldır etdi”. Yel əsəndə otların çıxardığı  səsə 

də belə deyilir” (I cild, səh.446). Bu cür şərhlər assosiativ olaraq “ 

“ox səs edir” = “ox kişini (kirişini) diləyir” modelini yada salır; 

                                                            

1

 “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.119. 



2

 Ş.Cəmşidov. Kitabi-Dədə Qorqud. Bakı, 1999, səh.179, 332. 

3

 M.Kaşğari. Divanü lüğat-it-türk” (tərcümə edən və nəşrə hazırlayan: Ramiz 



Əskər). II cild, Bakı, 2006, səh.134. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

391

 

üçüncüsü, M.Kaşğarinin “Divan”ına, eləcə də digər mənbələrə is-



tinad edən S.Mütəllibov  “Oxqabı” anlamlı “kiş” sözünün karluq-

lara aid olduğunu ehtimal edir: “...o dövrdə  hərbi terminlərdən  

olan bu sözün (“kiş” – Ə.T.) oğuzlar tərəfindən bilinməməsi onla-

rın bu mənada başqa bir sözdən istifadə etmələri ilə bağlı olmalı-

dır. Çünki bir boyda bu sözün olmaması o dövrün savaş  tələb-

lərinə görə çox əhəmiyyətsiz mövqe tutmasına işarədir. Halbuki o 

dövrdə  oğuzların türklər arasında çox mühüm mövqe tutduqları 

məlumdur...Onda belə  çıxır ki, “oğuzların və onların qardaşları 

olan qıpçaqların bilmədiyi” bu söz (“kiş” – Ə.T.) karluqlara aid-

dir. Lakin nədənsə Mahmud Kaşğari bu sözün hansı ləhcədə işlən-

diyini göstərməmişdir”

1

; dördüncüsü, “kiş” sözü  Oğuz abidəsi 



“Kitab”da, həm də oğuz-qıpçaq əsilli Beyrək, Əmən, Əmran kimi 

obrazların dilində işlənib. Deməli, problemə etnolinqvistika və so-

siolinqvistika prizmasından yanaşma da “Kitab”dakı “kiş” sözü-

nün “oxqabı” mənasında işlənmədiyini, əksinə, “yay ipi” anlamlı 

“kiriş sözünün fonetik deformasiyaya uğramış variantı olduğunu 

göstərir. 

Buraya qədər təqdim etdiklərimiz (“ لد

ر ”) yazılış  şəklinin 

“dilər” şəklində transkripsiya oluna bilməsinə əsas verir. Təsadüfi 

deyil ki, “Kitab”ın Drezden nüsxəsinin 111-ci səhifəsində ardıcıl 

verilmiş cümlələrdəki (“نسرلد”)  yazılış şəkli məhz “dilərsən” kimi 

transkripsiya olunub. Məsələn: O.Ş.Gökyayın nəşrində: dilersin 

(İstanbul, 2000, səh.51); M.Erginin nəşrində: dilersin (Ankara, 

1958, səh.145); Zeynalov-Əlizadə nəşrində: dilərsən (Bakı. 1988, 

səh.64). Bu yazılış  şəkillərindən ikincisi (“نسرلد”) birincisindən 

(“ لد


ر ”) yalnız “sən//sin”  şəxs sonluğunun yazılışına görə  (نس) 

fərqlənir ki, bu da birinci yazılış şəklinin məhz “dilər” kimi oxuna 

bilməsini açıq-aydın şəkildə göstərir. Eyni zamanda bu cür faktlar 

həmin misranın melodiyalılığı  və semantikası ilə bağlı başqa de-

tallara da işıq salmağa imkan verir. Bu mənada mübahisə obyekti-

                                                            

1

 M.Kaşğari. Divanü lüğat-it-türk” (tərcümə edən və  nəşrə hazırlayan: Ramiz 



Əskər). II cild, Bakı, 2006, səh.134. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

392

 

nə çevrilmiş misranın “Sadaqda oxum kişin dilər” şəklində trans-



kripsiyasını düzgün hesab edir və onun poetik imkanlarına sintak-

tik bütöv daxilində diqqət yetirməyi zəruri bilirik: 

 

“Hərzə-mərzə söyləmə, mərə itim kafər! 



Altımda Al ayğırım nə bəgənməzsən, - 

                                        səni gördi oynar. 

Əgnimdəki dəmür tonum çignüm qısar. 

Qara polad uz qılıcum qının toğrar. 

Qarğı talı sügüm nə bəgənməzsən, 

Köksüη dəlüb gögə pırlar. 

Ağca tozlu qatı yayım zari-zari iηlər, 

Sadaqda oxum kişin dilər. 

Yanımda  yigitlərim savaş dilər. 

Alp ərə qorqu vermək eyb olur. 

Bərü gəlgil mərə kafər dürişəlim! – dedi” (D-248) 

Göründüyü kimi, “Sadaqda  oxum kişin dilər” misrasındakı 

“dilər” sözü parçadakı alliterativ qafiyələnməni zənginləşdirən 

vasitələrdən biri kimi  çıxış edir: iη (iηlər), in (kişin) ,di (dilər), di 

(dilər). Bu da, heç şübhəsiz ki, mətndəki melodiyalılığı, obrazlılığı 

qüvvətləndirməyə xidmət edir. 

Yuxarıdakı parçada təkcə silahları, döyüş sursatı yox, həm 

də bütün varlığı ilə döyüş meydanına atılaraq düşməni didib-

parçalamağa hazır olan Oğuz igidi Bəkil oğlu Əmranın obrazı son 

dərəcə ustalıqla yaradılıb. Burada  semantik dinamikaya diqqət 

yetirək: Bəkil oğlu Əmranın əynindəki dəmir don çiynini qısır; iti 

qılıncı qınını doğrayır; yayı zar-zar inləyir; oxu yay kişini (kirişi-

ni) diləyir; yanındakı igidləri də döyüş diləyir... Deməli, semantik 

dinamika məhz “İgidlərim döyüş diləyir” cümləsi ilə tamamlanır. 

Bu isə o deməkdir ki, metaforalar kontekstində yaradılmış  qınını 

doğrayan qılınc, zar-zar inləyərək ox istəyən yay, kişini (yay ipini) 

arzulayan, diləyən ox obrazları məhz döyüşməkdə israrlı olan igid 

obrazını qüvvətləndirməyə xidmət edir. Bu qeydlər, daha doğrusu, 

mətnin poetik siqlətini  şərtləndirən bu cür ifadələr (bu sistemə 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

393

 

“Kitab”da obrazlı  şəkildə ifadə edilmiş “Yay çəkmədüη, ox 



atmadıη” cümləsini də  əlavə etmək olar) bir daha sübut edir ki, 

“Ağca tozlu qatı yayım zari-zari iηlər” və “Sadaqda oxum kişin 

dilər” cümlələrinin ayrılıqda təhlilə cəlb edilməsi qeyri-mümkün-

dür. Ona görə ki, “yay” və “ox” tam müstəqil mənaya malik sözlər 

olsa da, bir silahın adını ifadə etməyə, işarələndirməyə xidmət 

edir: yay – ox: Yəni “ox” dedikdə assosiativ olaraq “yay”, “yay” 

dedikdə “ox” yada düşür. Bu cəhət həmin misralarda metaforalar 

şəklində canlandırılıb: “yay” “ox” üçün zar-zar inləyir, “ox” da 

“kiş”ini ( kirişini) istəyir. Sanki biri (yay) çəkilmədiyi, o biri (ox) 

atılmadığı üçün darıxıb. Burada təbiətlə bağlı bir bayatıdan da yan 

keçmək olmur: 

Dağlar duman arzular, 

Çaylar çimən arzular, 

Mənim bu sınıq könlüm 

Səni yaman arzular. 

Bu bayatının ümumi semantik yükü də “Sadaqda oxum 

kişin dilər” misrası ilə  səsləşir: dağlar dumanı, çaylar çiməni, 

sevənlər bir-birini arzuladığı kimi, “ox” yay kirişini, “yay” oxunu, 

igid də savaşı, döyüşü diləyir. 

 

Tarıyanda bir oxla nəmlərdim 

“Kitab”ın 1988-ci il Bakı nəşrindən götürdüyümüz (səh.93) 

bu misradakı “tarıyanda” və “nəmlərdim” sözlərinin transkripsiya-

sı  və semantikası ilə bağlı ziddiyyətli, hətta biri digərini təkzib 

edən kifayət qədər fikirlər var. Bir sözlə, tərkibində “ox” sözü 

işlənmiş bu misranın poetik yükü dəqiqləşdirilməyib.  İlk olaraq 

qorqudşünaslıqdakı fikirlərin bir qismini saf-çürük edək: 

− O.Ş.Gökyay həmin misranı belə transkripsiya edib: 

“Tartanda bir ohıla neyleridüm”. Müəllifə görə, “tartan”da sözü 

“çəkdiyi zaman”, “çəkdiyi vaxt”, “neyləridim” isə “nə eylərdim” 

mənasındadır (İstanbul, 2000, səh.96, 290); 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

394

 

− M.Erginin nəşrində: “Tartanda bir ohile nemler – idim” 



(Ankara, 1958, səh.198); 

− Zeynalov-Əlizadə  nəşrində: “Tarıyanda bir oxla 

nəmlərdim” (Yay dartanda bir oxla neyləyərdim?) (Bakı, 1988, 

səh.93, 191); 

− S.Əlizadənin nəşrində:

*

 “Darıyanda bir oxla nəmlərdim” 



(Bakı, 2000, səh.86); 

− V.V.Bartoldun tərcüməsində: «я  знала,  что  я  делаю 

одной  стрелой» (Mən bilirdim ki, bir oxla nə edərəm?) (Книга 

моего Деда Коркута. М.-Л., 1962, с.72)... 

S.Əlizadə yuxarıdakı fikirlərin bir hissəsi barədə yazır: 

“Tarıyanda. HA-da (Həmid Araslının nəşrində - Ə.T.) “darıyan-

da”, Er-də (M.Erginin nəşrində - Ə.T.) “tartanda”. Bu söz H.Araslı 

tərəfindən düzgün yazılsa da, oxunuşca M.Erginə haqq vermək 

lazımdır. Yəqin ki, “r”dan sonrakı iki nöqtə hərfin üstünə qoyul-

malı imiş; yoxsa bu sözün ortasındakı  əlifə  də  ehtiyac olmazdı. 

Sonuncu sözün yazılışı da şübhəlidir: “nəmlərdim” yox, “neylər-

dim” olmalıdır”

1

. Maraqlıdır ki, müəllif 2000-ci ildə həmin misra-



ya tam başqa formada yanaşıb. Dəqiq desək, 1988-ci il nəşrindəki 

“tarıyanda” və “neylərdim” sözlərini, 2000-ci il nəşrində “darı-

yanda” və “nəmlərdim” formasında təqdim edib. Bir cəhəti də 

qeyd edək ki, S.Əlizadə mübahisə obyektinə çevrilmiş misradakı 

sözlərin anlaşılmaz şəklə düşməsini katib xətası adlandırır: “Katib 

yəqin ki, “dartanda” yazmaq istəmişdir; bu sözü “neylərdim kimi 

də oxumaq olar. Ola bilsin ki, hərfin altında nöqtələr unudul-

muşdur”


2

. Fikrimizcə, Drezden nüsxəsinin 200-cü səhifəsindəki 

yazılış şəklinin (“

ڍرط


ہدنا

”) “tartanda”, “darıyanda” şəklində trans-

kripsiyasını düzgün hesab etmək olmaz. Digər tərəfdən, bu yazılış 

şəklində heç bir katib xətasına yol verilməyib. Belə ki, həmin 

                                                            

*

  Qeyd: Nümunələr “Kitabi-Dədə Qorqud” ensiklopediyasından (II cild, Bakı, 



2000) götürülüb. 

1

 S.Əlizadə. Nüsxə fərqləri və şərhlər. Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.245. 



2

 Kitabi-Dədə Qorqud ensiklopediyası. I cild, Bakı, 2000, səh.96. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

395

 

yazılış  şəklini məhz dağıtmaq, pərən-pərən salmaq anlamlı “tarı-



yanda” sözü kimi oxumaq mümkündür. Bu da “tarıyanda” sözü 

işlənmiş parçanın semantikası ilə səsləşir: 

 

Ala-geη  sığın-keyik qovar idim, 



Tarıyanda bir oxla neylərdim 

Dəmrənsüz oxla, yigit, səni sınar idim! 

Öldürməgə, yigidim, mən səni qıyarmıdım?!..         

Selcan xatunun dilindən verilmiş bu parçadakı müqayisəyə 

diqqət yetirək: “Selcan xatın, bir tərəfdən, qovaraq pərən-pərən 

saldığı sığın-keyikə bir oxla heç nə etmək mümkün olmadığını” – 

deyirsə, digər tərəfdən də, dəmir ucluqsuz oxla Qanturalını  sına-

dığını, onu öldürməyi isə heç ağlına belə  gətirmədiyini söyləyir. 

Deməli,  əvvəl verilmiş misralar sonuncunun semantikasını qüv-

vətləndirməyə xidmət edir – qənaətinə  gəlmək mümkündür. Bir 

cəhəti  də qeyd edək ki, “tarmaq” (tarımaq) feli M.Kaşğarinin  

“Divan”ında da dağıtmaq mənasında verilib: “...bəg süsin tardı = 

bəy qoşununu yaydı, dağıtdı. Bir adam bir şeyi dağıtsa, yenə belə 

deyilir: tarar, tarmak (III cild, səh.177). Bu fakt da həmin mis-

radakı “tarıyanda” sözünün məhz “dağıdanda”, “pərən-pərən sa-

landa” mənasında olduğunu arqumentləşdirir. Yaxud “Kitab”da 

“ox”la bağlı işlədilmiş bir mübaliğəyə diqqət yetirək: “Ağ yeləklü 

ötkün oxıη maηa vergil//Ərdən  ərə keşçirəyim səniη  işün!” (D-

246).  Buradakı ərdən-ərə  keçirəyim” ifadəsi “oxun bir igidin bə-

dənini dələrək çıxması  və başqa bir igidin bədəninə sancılması 

(keçirilməsi)” mənasını ifadə edir ki, bu da  təqdim etdiyimiz ya-

zılış  şəklinin “neyleridüm”,“nəmlərdim” kimi deyil, “qomlardım 

//qomarlardım” şəklində oxuna bilməsinin düzgünlüyünü əsaslan-

dıran  faktlardan biri  kimi götürülə bilər (“ərdən ərə keçirəyim” 

mübaliğəsindən sonrakı səhifələrdə geniş şəkildə bəhs olunur). 

Yuxarıda qeyd etdik ki, mübahisə predmetinə çevrilmiş  

misranın sonundakı  söz “neylerdim//neylərdim” və “nəmlərdim” 

şəklində transkripsiya olunub. Bunlardan ikincisi (nəmlərdim) heç 

bir məna vermir, birincisinin isə  mətnlə  səsləşdiyini qeyd etdik. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

396

 

Amma bu da var ki, “neylerdim//neylərdim” oxunuş forması da 



şərtidir. Bu mənada Drezden nüsxəsinin 200-cü səhifəsindəki ya-

zılış  şəklinə  nəzər salaq: “

ن

ص

درل



٢

”. Burada assosiativ olaraq da-

ğıtmaq, pərən-pərən salmaq anlamlı “tarımaq” (darımaq) sözünün 

antonimi – yığmaq anlamlı “qomlamaq//qomarlamaq” sözü yada 

düşür. Bu isə belə bir fikri reallaşdırır: həmin yazılış  şəklindəki 

birinci hərfə (ن)  yalnız bir nöqtə işarəsi əlavə olunarsa, onu “qaf” 

(ق) kimi də oxumaq olar. Yəni nəmlərdim, neylərdim deyil, 

qomlardım//qomarlardım  şəklində oxunuş forması düzgün hesab 

oluna bilər. Məhz burada bir nöqtə qüsurundan bəhs etmək yerinə 

düşür. “Qomlardım//qomarlardım” oxunuş şəklinin mətnin ümumi 

semantik yükü ilə daha çox səsləşdiyini isə  aşağıdakı kimi 

arqumentləşdirmək olar:  

− qovaraq pərən-pərən saldığı    (tarıyanda) sığın-keyikləri 

bir ox atmaqla bir yerə yığmağı (qomlardım//qomarlardım) baca-

ran Selcan xatun mahir ovçu, cəngavər qadın təəssüratı yaradır: 

“Ala-geη  sığın-keyik qovar idim. Tarıyanda bir oxla qomlardım” 

– “Gen yerlərdə - çöllərdə sığın-keyik qovardım. Onları dağıdanda 

bir oxla bir yerə  yığardım” (D-200). Belə bir statusda çıxış edən 

qadının öz sevgilisini dəmir ucluqsuz (dəmrənsiz) oxla sınağa 

çəkməsi təbii qarşılanır: “Dəmrənsüz oxla, yigit, səni sınar idim!” 

(D-200). Ancaq bu da var ki, bu cür sınağa çəkilmə Qanturalını 

həyəcanlandırır: “Qız bir oxla Qanturalıyı atdı şöylə kim, başında 

olan bit ayağına endi” (D-199). Maraqlıdır ki, bu ifadələr həm də 

Qanturalının atası Qanlı qoca ilə bağlı  işlədilib: “Qanlı qoca bu 

başları  və bu canvərləri gördi, başında olan bit ayağına dərildi” 

(D-173). Bu, ata və  oğul obrazlarını eyni gərgin psixoloji anları 

keçirmə xəttində birləşdirir. Digər tərəfdən, bu detal Qanturalının 

sınağa çəkilməsinin adi sınaqlardan olmadığını təsdiqləyir. Burada 

təkcə onu qeyd  etmək kifayətdir ki, Qanturalı ona atılmış oxun 

dəmir ucluqsuz (dəmrənsiz) olduğunu yalnız ox atılandan sonra 

bilir. Bu cəhət Selcan xatunla bağlı verilmiş parçada aydın şəkildə 

görünür: “İki oxıη dəmrənin çıraqdı: birin gizlədi, birin əlinə aldı. 

Dəmrənlü oxla atmağa qıyamadı” (D-198, 199); 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

397

 

− dağıtmaq, pərən-pərən salmaq anlamlı “tarımaq” və yığ-



maq, dövrəyə almaq anlamlı, “qomlamaq//qomarlamaq” sözləri ilə 

antiteza yaradılıb – qənaətinə gəlmək mümkündür; 

− qomlar//qomarlar şəklində transkripsiya həmin parçada  

“q” səsinin alliterasiyası ilə yaradılmış alliterativ qafiyələrlə bir 

xətdə birləşir: qovar, qıyar... Digər tərəfdən, həmin sintaktik bü-

tövdə misraların sonunda işlənmiş feillərin əksəriyyəti  məhz qalın 

saitlidir ki, bu da ahəngdarlığı gücləndirməyə xidmət edir: durar, 

çıqar, avlar, qovar, sınaq, qıyar. Bu detal da qomlar// qomarlar 

şəklində transkripsiyanın daha düzgün olduğunu söyləməyə imkan 

verir. 


 

 

Belik, yoxsa yelək 



 

ب



ل

ک

”, “



ڊ

ي

کل ”.”Kitab”ın Drezden nüsxəsində  işlənmiş bu 



yazılış    şəkillərinin (D-41, D-225, D-241, D-247) transkripsiyası 

və semantikası ilə bağlı müxtəlif fikirlər var. Daha doğrusu, bu 

məsələ qorqudşünaslıqda bu gün də mübahisə predmeti olaraq 

qalmaqdadır. Aşağıdakı transkripsiya və  şərhlərdə  də mübahisəli 

və ziddiyyətli məqamlar  aydın şəkildə görünür: 

− O.Ş.Gökyayın  nəşrində - oxunuşu: bilüg, belüg; mənası: 

sadaq, oxluq, oxqabı (İstanbul, 2000, səh.18, 110, 117, 121, 176); 

− M.Erginin nəşrində - oxunuşu: bilük; mənası:sadaq, ox-

luq, oxqabı ((Ankara, 1958, I c., səh.96, 211, 218, 222; II c., 1963,  

50); 


− S.Tezcan və H.Boeschotenin nəşrində: belüg (Dede 

Korkut Oğuznameleri. İstanbul, 2001, səh.52, 151, 158, 162); 

− H.Araslının nəşrində: bel, belək (Kitabi-Dədə Qorqud, 

Bakı, 1978, səh.33, 120, 127, 130); 

− Zeynalov-Əlizadə  nəşrində: oxunuşu: belüηdə, biləg; 

mənası: belində; paltarın qolu – bilək hissəsi; bilək (Bakı, 1988, 

səh.43, 101, 107, 110; səh. 142, 199, 203, 206); 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

398

 

−  Ş.Cəmşidovun nəşrində: yeləg (1 dəfə), biləg (3 dəfə) 



(Kitabi-Dədə Qorqud. Bakı, 1999, səh.299, 388, 396, 400); 

− S.Əlizadənin nəşrində: biləg (Bakı, 2000, səh. 47, 91, 95, 

96); 

− A.Hacıyevin transkripsiyası: yelək (“Dədə Qorqud 



kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.124, 125); 

− V.V.Bartoldun tərcüməsində:  пояс (kəmər, qurşaq), 

камзол (qolsuz kişi köynəyi) (Книга моего Деда Коркута. М., -

Л., 1962, с.24, 80, 85, 87). Bu tərcümə ilə bağlı A.Hacıyev yazır: 

“V.V.Bartoldun tərcüməsindən belə aydın olur ki, göstərilən işlən-

mə  məqamlarından birincisində bu söz nəzərə alınmayaraq bura-

xılmış (səh.23), ikinci məqamda “yelək” variantında  oxunduğun-

dan əksər türk dillərində işlənən “qolsuz kişi köynəyi” mənasında 

anlaşılaraq “камзол” (səh.80), üçüncü və dördüncü məqamlarda 

isə  -ün mənsubiyyət şəkilçisi qəbul etmiş “bel” sözü kimi düşünü-

lərək “пояс”  anlamında (səh.85, 87) çevrilmişdir”

1

. Buradakı bi-



rinci fikri (göstərilən işlənmə  məqamlarından birincisində bu söz 

nəzərə alınmayaraq buraxılmışdır) qəbul etmək olmaz. Belə ki, 

həmin söz V.Bartoldun tərcüməsində 23-cü yox, 24-cü səhifədə 

məhz “поясницы” (belində)  şəklində verilib: “...стрелами  у 

твоей поясницы, гяур?” (yuxarıda göstərilən əsər, səh.24). 

Təqdim etdiyimiz yazılış şəkillərinin oxunuşu və semanti-

kası ilə bağlı fikirlərin  əksəriyyətini geniş  şəkildə  təhlil süzgə-

cindən keçirən A.Hacıyev yazır: “...nə əski, nə də müasir türk dili 

lüğətlərində “oxqabı” ifadə edən “bilüg//belüg” variantlarına rast 

gəlinmədiyi kimi, “bilək” və “bel” mənasına uyğun yozumu da 

qondarma təsir bağışlayır”

2

. Sonra isə “yelək” (oxqabı) oxunuş 



formasının düzgün olduğunu müxtəlif bucaqlardan əsaslandırmağa 

çalışır. Bu, əsasən, aşağıdakıları əhatə edir:  

− “...sadaq sözü “ox” mənasını bildirən “sa” sözünə -daq 

morfeminin  əlavəsi ilə düzəlib. “Sa” söz kökü isə  həm tarixən, 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.125 



2

 Yenə orada, səh.126-127. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin