ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə41/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

409

 

də  işlənmiş “sırık” sözü formasına, həm də  semantikasına görə 



haqqında bəhs etdiyimiz yazılış  şəkli ilə  səsləşir. Burada onu da 

vurğulayaq ki, Azərbaycan dili şivələrində, xüsusən də qərb şivə-

lərində mühafizə olunan “uzun ağac” anlamlı “sırıq//sırıx” sözü-

nün kök morfemi də fonetik tərkib və semantika baxımından 

“Kitab”dakı “sur”la eyni xətdə birləşir;  

− S.Əlizadə “Kitab”dakı “qarğu dalı sügü” (Qarğu dalı sü-

güηü maηa vergil) silah adında birinci tərəf kimi işlənmiş “qarğu” 

sözünü “sur” (sür) sözünün sinonimi hesab etdiyi üçün müasir 

ədəbi dilimizdəki “qarğı=qamış” paralelliyinə, sinonimliyinə əsas-

lanaraq göstərir: “Sür – çoxillik qamışın yoğun  gövdəsindən ha-

zırlanmış nizə”

1

. Bu izah mətndəki sur (sür) sözünün semantik yü-



kü ilə səsləşir. Amma “sur” qamış, yaxud qarğu deyil. “Sur cida”-

nın ərəb mənşəli öküz, buğa buynuzu anlamlı “sur” sözü ilə əlaqə-

ləndirilməsi (B.Abdulla) isə, ümumiyyətlə, yerinə düşmür. Digər 

tərəfdən, belə bir izah qədim türk etnoqrafiyasına, ən əsası isə türk 

hərb sənətinə ziddir. Qeyd  etdiyimiz kimi, “sur” sözü bütün  para-

metrlərinə görə  M.Kaşğarinin ”Divan”ında işlənmiş  və müasir 

şivələrimizdə mühafizə olunan uzun ağac anlamlı “sırıx” (sırıq) 

sözünün kök morfemindən başqa bir şey deyil. Bu da o deməkdir 

ki, “cida” bir silah növü kimi təkcə qarğıdan, poladdan, dəmirdən 

yox, həm də “sırıq”dan (sırıq=sır) hazırlana bilərdi. 

 

 

Fərqli oxunuşlar, oxşar yozumlar:  



yayası//yiyəsi, babası 

 

Drezden nüsxəsinin 176-cı  səhifəsindəki “

ڊڊ

١

يس



” yazılış 

şəklinin transkripsiyası və semantikası ilə bağlı söylənilmiş fikir-

lərin ümumi mənzərəsi, əsasən, bunları əhatə edir: V.V.Bartoldun 

tərcüməsində: “у  отца” (atası – “babası”)  (əvvəlki səhifələrdə 

göstərilən mənbə; səh.65); O.Ş.Gökyayın nəşrində - oxunuşu: ya-

                                                            

1

 Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.168. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

410

 

yası; mənası: piyada əsgər (İstanbul, 2000); H.Araslının nəşrində: 



babası (Bakı, 1978); Zeynalov-Əlizadə  nəşrində: yiyəsi (Bakı, 

1988); S.Əlizadənin nəşrində: yiyəsi (Bakı, 2000)... S.Əlizadə hə-

min yazılış  şəklinin oxunuşu barədə yazır: “yiyəsi. Er-də (M.Er-

gində - Ə.T.) “yayası”, HA-da (H.Araslıda – Ə.T.)”babası”. M.Er-

ginin hansı mənada nəzərdə tutduğu aydın olmasa da, mətndə “yi-

yə”, “sahib” anlayışı hasil olur”

1

.  Bu qeydlər onu göstərir ki, qor-



qudşünaslıqda həmin yazılış şəklinin oxunuşu və semantikası mə-

sələsi hələ də mübahisəlidir. Amma bu da var ki, təqdim olunmuş  

transkripsiyalar mətnlə səsləşir. Bu da təsadüfi deyil. Çünki həmin  

yazılış şəklində ifadə olunmuş sözdə kiməsə işarə olunur. Bu mə-

nada oxunuş formalarının eyni semantik şaxədə birləşməsi təbii 

qarşılanır: “piyada əsgərinin//yiyəsinin//babasının çiynində qal-

xan oynayar”. Bu fikirlərdən, daha doğrusu, oxunuş  formaların-

dan hansının düzgün olmasını isə yalnız “Kitab” və digər qədim 

mənbələr kontekstində  dəqiqləşdirmək mümkündür. Faktlara 

diqqət yetirək: 

− birincisi, yuxarıdakı yazılış  şəklinin “yaya” formasında 

oxunuşu və “piyada əsgər” mənasında izahı yerinə düşmür. Ona 

görə ki, “Kitab”da “piyada əsgər” anlamlı “yaya” yox, ayaqla, pi-

yada anlamlı “yayaq” sözü işlənib. Digər tərəfdən, M.Kaşğarinin 

“Divan”ında “yadhag” sözü məhz piyada, ayaqla mənasında 

verilib (I c., səh.382); 

− ikincisi, “yiyəsi” oxunuş forması mətnin ümumi seman-

tik yükü ilə səsləşsə də, “Kitab”da yiyə, sahib anlamlı “iyə” (Qo-

ηur atıη iyəsi...) sözü işlənsə də, “Kitab” və digər qədim türk mən-

bələrində “yiyə” anlamlı “iss” sözü üstün mövqedə görünür: “Bə-

dəvi atlar issin görüb oğradıqda” (“Kitab”); “İtin issi var isə, tov-

şanın tanrısı var” (“Oğuznamə”); Gənciyəm, gənc issinün bən 

gənciyəm” (Nəsimi)... Digər tərəfdən, Selcan xatunun dilindən ve-

rilmiş “Həq təala atamıη köηlinə rəhmət eləsə, kəbin kəsüb məni 

                                                            

1

 S.Əlizadə. Nüsxə fərqləri və şərhlər. Kitabi-Dədə Qorqud. 1988, səh.243. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

411

 

ol yigidə versə” cümləsindəki “ata” sözü də həmin yazılış şəklinin 



“yiyəsi” formasında oxunuşunun düzgün olmadığını göstərir. 

Fikrimizcə, “babası”  şəklində oxunuş forması düzgündür. 

Mətnə nəzər salaq: 

“Oğul, sən varacaq yerüη 

“Dolamac-dolamac yolları olur. 

Atlu barub çıqamaz 

                      anuη balçığı olur. 

Ala yılan sökəməz 

              anuη  ormanı olur. 

Göglə pəhlu uran 

              anuη qalası olur. 

Göz qaquban köηül alan 

              anuη görklüsi olur. 

“Hay!” demədin baş götürən 

               cəlladı olur. 

Yağrınında qalqan oynar 

                  yiyəsi olur. 

yavuz yellərə yeltəndiη, 

                  qayıda döngil! 

Ağ saqallu babaηı,  

Qarıcıq olmuş anaηı bozlatmağıl! – dedi” (D- 175-176). 

Bu parçada həmqafiyə kimi işlənmiş sözlər cərgəsində incə 

saitli sözlər yox dərəcəsindədir, daha dəqiqi, “görklüsü” sözündən 

başqa, qalanları qalın saitli sözlər olub, ahəngdarlıq yaradan, poe-

tik mənanı qüvvətləndirən vasitələr kimi çıxış edir: yolları olur, 

balçığı olur, ormanı olur, qalası olur, cəlladı olur (burada yalnız 

“cəlladı” sözündə incə sait işlənib). Bu cür həmqafiyə sözlər sıra-

sında  “yiyəsi” deyil, “babası” oxunuş formasının açıq-aydın  şə-

kildə  görünür (babası olur); ikincisi, “Kitab”da “baba” (ata) statu-

sunda  çıxış edənlərin şücaəti, igidliyi, eyni zamanda silahlanma-

ları tam fərqli şəkildə təqdim olunur: qurt sinirli yay yalnız Dirsə 

xana aiddir: “Dərsə xan qurt siηirli qatı yayı  əlinə aldı (V-12); 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

412

 

“Yüzi dönməz qılıcum ələ aldım” (D-277), “Qazan qalqan yapın-



dı, sügüsin əlinə aldı” kimi cümlələr  daha çox Qazan xan obrazını 

səciyyələndirir; düşmən Bəkilin atını görəndə vahiməyə düşür: 

“Bu at Bəkiliη, biz qaçırız” (D-246). Deməli, həmin yazılış şəkli-

nin “babası” formasında oxunuşu daha məntiqli görünür; üçüncü-

sü, Oğuz cəmiyyətində atanın xüsusi statusa malik olması qabarıq 

şəkildə canlandırılıb: “Ata tururkən oğıl əlinmi öpərlər?” (D-74); 

dördüncüsü, Qanturalının dilindən verilmiş parçada həmin yazılış 

şəkli, əsasən, eynilə təkrarlanıb (-nın şəkilçisi istisna olmaqla) və 

bu yazılış şəkli qorqudşünaslıqda daha çox “babasının” formasın-

da oxunub (H.Araslı, F.Zeynalov, S.Əlizadə...). V.V.Bartold da 

babasının (atasının) mənasında başa düşüb:  отцу (göstərilən 

mənbə: səh.65). Bu, Qanlı qoca (ata) və Qanturalı (oğul) obrazla-

rının dilindən verilmiş misraları (həmin yazılış  şəkilləri işlənmiş 

misralar nəzərdə tutulur) qarşılaşdırdıqda daha aydın görünür: 

“Yağrınında qalqan oynar babası olur” (Qanlı qoca) – “Yağrınında 

qalqan oynar babasınıη//Qadir qorsa, başın kəsəyim” (Qanturalı). 

Bütün bunlar yuxarıdakı yazılış şəklinin məhz “babası” formasın-

da transkripsiyasının düzgün olduğunu arqumentləşdirir. 

 

Üç yüz say cidalu yigit 

 

Qorqudşünaslıqda Drezden nüsxəsinin 254-cü səhifə-



sindəki “say” sözünə (“Üç yüz say cidalu yigit bunıη yanına cəm 

oldı”) müxtəlif bucaqlardan münasibət bildirilib: 

− V.V.Bartoldun tərcüməsində “say” miqdar bildirən söz 

mənasında verilib: “...джигиты  в  числе  трехсот…» (göstərilən 

mənbə: səh.89); 

− O.Ş.Gökyaya görə, “say” leksemi düz, düzgün, cilalı 

mənasındadır (İstanbul, 2000); 

− M.Erginin fikrincə, “Kitab”da işlənmiş “say “sözü düz, 

düzgün, cilalı, parlaq kimi mənaları ifadə edir (Ankara, 1958); 

− Zeynalov-Əlizadə  nəşrində “say” leksemi “seçmə” 

mənasında “igid” sözünün təyinedicisi kimi təqdim olunur: “Üç 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

413

 

yüz nizəli seçmə igid Əyrəyin yanında cəmləşdi” (Bakı,  1988, 



səh.208). Bu cür sadələşdirmənin yerinə düşmədiyi A.Hacıyev 

tərəfindən əsaslandırılıb: “...müəlliflər “say” sözünün “yigit” sözü-

nü deyil, “cida(lu)” sözünü təyin etməsini, nədənsə, nəzərdən qa-

çırmış və buna görə də söz sırasını dəyişməli olmuşlar: müqayisə 

et: üç yüz say cidalu yigit – üç yüz nizəli seçmə igid...”

1

.  



− Ə.Sadıqov “say” sözünü düz, dümdüz anlamlı sifət kimi 

təqdim etsə  də, nədənsə, bəlkə  də, assosiativ olaraq “saymağa 

başlamaq” anlamlı “saya varsam” ifadəsindəki “say” (maq) felini 

də sifət hesab edir: “Say. sif. Düz, dümdüz: Üç yüz say cidalu 

bunıη yanına cəm oldı;  saya varmaq – saymağa bağlamaq: Saya 

varsam, dügənsə (tükənsə - Ə.T.) olmaz, Qalın Oğuz bəgləri bin-

di” (“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.149);  

− A.Məmmədova “Kitab”ın  dilindəki polisemantiklik və 

omonimlikdən bəhs edərkən “say” sözünün semantikasına da 

münasibət bildirir: I say – seçmə; II say – hesablamaq. I Üç yüz 

say cidalu yigit bunuη yanına cəm oldı; II Otuz biη ər yigit gör-

dümsə, ota saydım”

2

 . Qeyd etdiyimiz kimi, “say” sözü Zeynalov-



Əlizadə nəşrində “seçmə” mənasında verilib (Bakı, 1988, mətnin 

müasir  şəkli nəzərdə tutulur). Bu isə o deməkdir ki, A.Məmmə-

dova araşdırmalarını daha çox Zeynalov-Əlizadə  nəşrinə istinad 

etməklə aparıb; 

− A.Hacıyev “say” sözünü daha geniş  və sistemli şəkildə 

tədqiq edən qorqudşünaslardan biridir. Müəllif mübahisə obyek-

tinə çevrilmiş “say” sözünün semantik yükünü sanballı  mənbələr 

kontekstində araşdırır. Məsələn, V.V.Radlova istinad edərək 

göstərir: “...say cidalu birləşməsində də bu arxaik söz qədim silah 

növlərini yaxşı hazırlanmasına, döyüşə hazır vəziyyətdə olmasına 

görə  səciyyələndirən sifətdir”

3

. Yaxud M.Kaşğarinin “Divan”ına 



əsaslanaraq yazır: “M.Kaşğari lüğətində ümumən yaraq (silah) 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.190. 



2

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.106. 

3

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.190. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

414

 

mənasında işlənən “yaraq” arxaizmini də  səciyyələndirən “say” 



(“say yarıq”. III c., s.158) sözü z>y səs keçidi yolu ilə “saz” sifə-

tindən düzəlmişdir”

1



Yuxarıdakı şərhlərin hər biri ilə müəyyən mənada razılaş-



maq olar. Amma bir sıra faktlar “say” sözünün semantikasına 

nisbətən başqa  prizmadan yanaşmağı diktə edir:  

−  Oğuz igidlərinin sayca çox olması “Kitab”da xüsusi 

olaraq vurğulanır, sanki “Kitab”dan bir leytmotiv kimi keçir: “Sa-

ya varsam, tükənsə olmaz” (D-37); “Sayılmaqla Oğuz bəgləri tü-

kənsə olmaz” (D-63); “Saydıqımca Oğuz  bəgləri dükənsə olmaz”. 

Bu cümlələrdəki “saya varmaq”, “sayılmaqla”, “saydıqımca” 

sözləri assosiativ olaraq “üç yüz say cidalu” ifadəsini yada salır ki, 

bu da “üç yüz sayda” (adlıq halın yerlik halı  əvəz etməsi 

abidələrimizin dili üçün səciyyəvidir), yaxud “sayı üç yüz cidalı” 

mənasına uyğun gəlir. Bu həm də onu deməyə  əsas verir ki, 

V.V.Bartoldun  tərcüməsi mətnin semantik tutumu ilə səsləşir; 

−  Ə.Cəfəroğlu  “sayaçı” sözünün etimologiyasından bəhs 

edərkən göstərir: “...lüğətlərdə “sayaçı” kəlməsinin yarana biləcə-

yi söz kökləri sırasında “saya”, “əlsavə” və “sayı” söz kökləri 

göstərilməkdədir. Birinci kəlmə,  Əhməd Vəfiqin də anlatdığı ki-

mi, “piyada adam” mənasını bildirir”

2

. Bu mənada təqdim etdiyi-



miz cümlədəki “say” sözü numerativ söz kimi də götürülə bilər: 

üç yüz say (piyada) cidalı... Bütün bunlar belə bir həqiqəti reallaş-

dırır: cəmi üç səsdən  ibarət “say” sözünün semantikası ilə bağlı 

kifayət qədər  söz deyilib və bundan sonra da deyiləcəkdir. Çünki 

“Kitab” sirli-sehirli bir dünyadır. 

 

On yelək 

 

Üçüncü boyda, daha dəqiqi,  Drezden nüsxəsinin 84-cü 



səhifəsində belə bir cümlə verilib: “Dədəyi qoa-qoa  Dəli Qarçar 

on yelək yer aşurdı”. Buradakı “on yelək” ifadəsini V.V.Bartold 

                                                            

1

 Yenə orada, səh.191. 



2

 Ə.Cəfəroğlu. Seçilmiş əsərləri. Bakı, 2008, səh.73. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

415

 

“on il” mənasında başa düşüb: “...в  десять  лет …” (göstərilən 



mənbə: səh.37); O.Ş.Gökyayın fikrincə, “yelək” sözü təkcə oxa ta-

xılan tük (quşların qanad tükü, lələk) yox, həm də “Bir ox atımı 

uzaqlıq” mənasını ifadə edir (İstanbul, 2000); həmin cümlə Zey-

nalov-Əlizadə  nəşrində belə sadələşdirilib: “Dədəni qova-qova 

Dəli Qarcar on ox məsafəsini keçdi, arxadan Dədə Qorquda 

çatdı” (Bakı, 1988, səh.154). Bəri başdan deyək ki, “yelək” sözü 

ilə bağlı yuxarıda deyilmiş fikirlərdən yalnız V.V.Bartoldun tərcü-

məsi yerinə düşmür. Digər tərəfdən, qorqudşünaslıqda “on yelək” 

(on ox məsafəsi) ifadəsinin nə qədər və ya neçə kilometr mənasın-

da işləndiyi dəqiqləşdirilməyib. Əvvəlcə, qeyd edək ki, müasir id-

man yarışlarında oxatma məsafəsi ilə bağlı norma bu cür müəy-

yənləşdirilib: kişilər üçün: 30, 50, 70 və 90 metr. “Kitab”dakı “on 

yelək” (on ox məsafəsi) ifadəsini bu normaların maksimum həddi 

(90 m) ilə hesablasaq, cəmi 900 m. olur (10 yeləkx90 m.=900 m.). 

Bu isə “Dədəyi qoa-qoa Dəli Qarçar on yelək yer aşurdı” cümlə-

sindən əvvəl verilmiş “Dədə Qorqut göstəgi üzdi; durmadı, qaçdı. 

Dəli Qarçar ardına düşdi. Toqlı başlu Turı ayğır yoruldı. Dədə 

Qorqud Keçi başlu Keçər ayğıra sıçradı, bindi” (D-84) parçasının 

semantik yükünə, ümumən dastan poetikasına uyğun gəlmir. 

Başqa fakta diqqət yetirək: M.Çobanov və M.Çobanlı müxtəlif 

mənbələrə istinad edərək göstərir: “...hərb tarixində türklərin özü-

nəməxsus döyüş taktikası olmuşdur. Onlar döyüş zamanı, əsas eti-

barı ilə, uzaqdan savaşı üstün tutmuşlar. Onlar böyük döyüşlər ke-

çirərkən at üstündən təxminən 700 metr məsafəyə ox atırdılar...”

1

 

“Kitab”dakı “on yelək” (on ox məsafəsi) ifadəsinin məna yükünü 



“bir ox məsafəsi = 700 m” modelinə uyğun hesablayaq: 10 yelək 

(on ox məsafəsi) x 700 metr = 7.000 metr, yəni  7 km. Bu, mətnin  

semantik yükü ilə səsləşir. Deməli, Dəli Qarcar müdriklər müdriki 

Dədə Qorqudu 7 km. qovub. Bu mənada Dədə Qorqudun yorul-

muş Turı ayğırın  əvəzinə, sıçrayaraq Keçər ayğıra minməsi ol-

                                                            

1

 M.Çobanov, M.Çobanlı. Dədə Qorqud dünyasına səyahətdən parçalar. Bakı, 



1998, səh.42. 

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

416

 

duqca təbii qarşılanır. Bütün bunlar bir daha sübut edir ki, “Ki-



tab”ın dilində “yelək” sözü həm də “ox məsafəsi” mənasında işlə-

nib. M.Kaşğarinin “Divan”ında isə bu cür hesablama “oktam” sö-

zü ilə ifadə olunub: “oktam: bir oktam yer = bir ox atımı yer, bir  

ox məsafəsi” (I cild, səh.169). Maraqlıdır ki, “Divan”dakı “bu-

runq” sözü də  həmin mənadadır: “burunq attı = bir ox məsafəsi 

uzaqlıqdakı yerə atdı” (III cild, səh.120). Deməli, “”on yelək”, 

“oktam”, “burunq attı” kimi vahidlər qədim türk etnoqrafiyasının 

zənginliyini əks etdirir. 

 

Sirri açılmayan, yaxud qorqudşünasları  

düşündürən cümlə 

 

“Kitab”ın Drezden nüsxəsinin  109-cu səhifəsindəki   ikinci 



cümlə belə transkripsiya olunub: 

− O.Ş.Gökyayın nəşrində: “Tul tulara gerdügüm. 

Tuladarı duharlayı koduğum” (İstanbul, 2000, səh.50); 

− M.Erginin nəşrində: “Tul tulara girdügüm tulararı 

Duharluyı koduğum yağı yurdı” (Ankara, 1958, səh.143); 

− H.Araslının nəşrində: “Tul tulara girdiyim, Toladarı 

doxarları qovduğum” (Bakı, 1978, səh.65); 

− Zeynalov-Əlizadə nəşrində: “Tul tolara girdigim, Tuladarı, 

doxarlıyı qodığım” (Bakı, 1988, səh.63); 

− S.Əlizadənin nəşrində: “Tol-tolara girdigim, Tolar əri

doxarlıyı qodığım” (Bakı, 2000, səh.62); 

Bu cərgəyə S.Cəmşidov və A.Hacıyevin tədqiqatlarındakı 

oxunuş formalarını da əlavə etmək olar: “Tul-tulada gərdiyim // 

Tulu avarı, duxarlıyı qovduğum”; “Tul tulada gərdiyim//Tulu aya 

doxarluyı qovduğum”

1

; “Tul tulada girdigim tula dəri//Doxarlayı 



qodığım yağı yurdu”

2

. Təqdim etdiyimiz oxunuş formalarındakı 



müxtəliflik (bəzən isə birinin digərini təkrarlaması) onların şərhin-

                                                            

1

 Ş.Cəmşidov. “Kitabi-Dədə Qorqud”. Bakı, 1999, səh.179, 332. 



2

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, 2007, səh.130. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

417

 

də  də müşahidə olunur. Bu mənada həmin cümlədəki sözlərin 



izahı ilə bağlı araşdırmalara diqqət yetirmək zərurəti yaranır: 

V.V.Bartolda görə, Beyrəyin yaya müraciəti tam anlaşılmır: “Пер-

вая часть обращения Бейрека к луку не вполне понятна; воз-

можно, что еë следует понимать в том смысле, что Бейрек при 

вxоде  к  женщинам  свободного  поведения  оставил  свой  лук 

как  знак  своего  пребывания” (göstərilən mənbə: səh.268); 

O.Ş.Gökyay tərtib etdiyi lüğətdə həmin cümlədəki sözlərdən dör-

dünün qarşısında sual işarəsi qoyub. Daha dəqiqi, belə  təqdim 

edib: “Tul – 50

26

 (?), (Tuladara – 50



27

 (?), Tulara – 50 (?),  Duhar-

lamak – 50

27

 (?) (İstanbul, 2000, səh 199, 294). Bu cəhət, yəni hə-



min sözləri şərhsiz, olduğu kimi  təqdimetmə M.Erginin tərtib et-

diyi lüğətdə  də müşahidə olunur: “tul, tulara, tularar, duharlu” 

(Ankara, 1963, səh.294);  Burada onu da qeyd etmək lazımdır ki, 

O.Ş.Gökyay tərtib etdiyi lüğətdə  həmin sözlərin  qarşısında sual 

işarəsi yazsa da, kitabının “Dil və üslub” bölməsində  imkanı daxi-

lində bütün  mümkün variantlara müraciət edərək problemə aydın-

lıq gətirməyə çalışıb. Müəllif yazır: “Tul, tuladar, tular. “Yazma 

109


2-4

deki  şu soylama da Dede Korkut Kitabında çüzülmeyen 

yerlerden biridir... Burada geçen kelimelerin (Drezden nüsxəsinin 

109


2-4

-cu səhifəsindən eynilə, ancaq 6 misra şəklində  təqdim 

etdiyi parçanı nəzərdə tutur – Ə.T.) birkaçını sözlüklerdə hiç  bu-

lamıyoruz, bulsak ta verilen karşılıqlar tutmuyor”. Sonra isə müx-

təlif mənbələrdəki oxşar variantları  təqdim edir: 1. dul, kocasız 

kadın; 2. taziye için ürüste edilen at; 3. koyun veya sığır yavrusu 

(“töl”); 4. benzetme edatı; tulamak “tolamak) (Sengulah); tulmak 

(tolmak) – “topa vurmak”; tularsuk: “topuk” (ayak ökçesi); tuldra-

mak – her tarafa dağıtmak (“Divanu lugati`t Türk. Besim Atalay 

çevirisi)... tula: küçük köpek (A.Ceferoğlu)... (İstanbul, 2000, 

səh.CCXLI, CCXLII). “Bu misallar KDQ-nin çətin oxunan və də-

qiq anlaşılmayan yerlərindəndir”, – deyən S.Əlizadə  əvvəlcə 

V.V.Bartoldun fikirlərini verir (yuxarıdakı fikirlər nəzərdə tutu-

lur), sonra M.Ergin, O.Ş.Gökyay və H.Araslının transkripsiyala-

rını eynilə  təqdim edir, daha sonra isə fikirlərini belə ifadə edir: 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

418

 

“Bizcə, burada “tul” - ərəbcə “uzun”, “to” – türk  mənşəli “tovla-



maq “ felinin kökü, “tuladarı, doxarlıyı qodığım” isə “ov itlərini 

saxlayanları,  şahin (qızılquş) quşlu ovçuları qovduğum” demək-

dir” (“Kitab”, 1988, səh.238). Bu şərh  Zeynalov-Əlizadə nəşrinin 

“Mətnin müasir şəkli” hissəsində  də  nəzərə alınıb: “Ovda uzun 

qovhaqova girdiyim// Tuladarı, şahinçini qovduğum” (Bakı, 1988, 

səh.161). Elə buradaca qeyd edək ki, görkəmli qorqudşünas S.Əli-

zadə “Kitab”ın 2000-ci il Bakı nəşrində bir neçə sözü tam başqa 

formada  transkripsiya edib. Konkret desək, “tul tolara” “tol-tola-

ra” ilə, “tuladarı” isə “tolar əri” ilə əvəzlənib (Bakı, 1988, səh.63; 

Bakı, 2000, səh.62). Bu, onu  deməyə əsas verir ki, ərəb mənşəli 

“uzun” anlamlı “tul”, həm də “ov itlərini idarə edən şəxs” anlamlı  

“tuladar” sözü  mətnlə  səsləşmədiyi üçün müəllif həmin oxunuş 

formalarını “Kitab”ın 2000-ci il Bakı  nəşrində  nəzərə almayıb 

(yuxarıdakı qarşılaşdırmalara bax); Ş.Cəmşidov mübahisə ob-

yektinə çevrilmiş sözlərin məna yükünü belə izah edir: tul-

tulada=döyüşdə-vuruşda; tulu avarı-avar quldurları, yol kəsənləri; 

doxarlı-toxardan olan adamlar. Müəllifə görə, həmin misralarda 

türk xalqları ilə avar və toxarlar arasında olan döyüşlərə  işarə 

edilir

1

; A.Hacıyev əvvəlcə “tola dəri” birləşməsini  “sepilenmemiş 



dəri”, yəni “xam (aşılanmamış) dəri” mənasında izah edən T.Teki-

nin fikirlərini qüvvətləndirir: “Bu məqamda “tola” sözünün qırğız 

dilində qalmış “bütöv soyulmuş dəri mənası da məzmunla  uyuşur 

və mahiyyətcə bir-birini tamamlayır”. Sonra isə T.Tekinin “...o 

halde, bütün  misra şöyle olacaktır: Tol tolada girdügim tola deri 

(çuval (gibi) dolarak içine girdigim ham deri” – fikrinə istinad 

edərək bir sıra mülahizələr irəli sürür. Öz sözləri ilə desək, T.Te-

kinin “fikirlərinə qüvvət vermək üçün bir neçə əlavə fakta müraci-

ət edir”. Dəqiq desək, “tol” sözünün Q.Bürhanəddinin “Divan”ın-

da, “Əsli və Kərəm” eposunda, dialektlərimizdə “qab” mənasında 

işləndiyini göstərir. Eyni zamanda “qablamaq”, “bükmək” anlamlı 

“tulğa” (maq) sözünü “Kitab”ın dilindəki “çulğamaq” feli ilə mü-

                                                            

1

  Ş.Cəmşidov. “Kitabi-Dədə Qorqud”. Bakı, 1999, səh.174-179. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin