ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə42/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

419

 

qayisəli şəkildə  araşdırır və belə bir nəticəyə gəlir: “Bizcə, “tol” 



arxaizmi dastanın nəsr dilinə sonradan  düşməklə onu əvəz etmiş 

eyni mənalı “çuval” sözünün daha qədim fonetik  variantıdır. Belə 

ki, “tul” sözü t→ç səsdəyişməsi və ilkin uzanma yolu ilə “u” səsi-

nin diftonqlaşması nəticəsində tol//tul~ tuul~çuul~çual~ çuval xət-

tilə yaranmışdır”

1

. A.Hacıyev “doxarlayı”  şəklində transkripsiya 



etdiyi sözün semantikasından bəhs  edəndə isə problemə tam yeni 

prizmadan yanaşır. Dəqiq desək, “...Bütün misra şöyle  düzeltil-

melidir: Doharlayı koduğum yağı yurdu “İhtiyarlayıp kaldığım 

düşman yurdu”, - deyən T.Tekinin  qənaətlərini qəbul etmir və be-

lə bir ümumiləşdirici fikir söyləyir: “...bütövlükdə “doxar” sözünü 

“doğma adam, yoldaş” mənasında  açıqlamaq olur. T.Tekindən 

fərqli olaraq, “qoduğum” sözünü “qaldığım” mənasında deyil, elə 

abidənin digər məqamlarında olduğu kimi (məsələn: bir yasduqda 

baş qoduğum) “qoyduğum” mənasında başa düşürük. Odur ki, 

misranı “Yoldaş kimi qoyduğum yağı yurdu” kimi anlamaq 

soylamanın məqsədinə daha uyarlı görünür”

2



Göründüyü kimi, haqqında bəhs etdiyimiz misraların həm 

transkripsiyası, həm də yozumu ilə bağlı fikir müxtəlifliyi var. Bə-

ri başdan deyək ki, bu fikirləri söyləyənlərin hər biri qorqudşünas-

lıqda öz dəsti-xətti ilə tanınır. Amma bu da var ki, bir sıra faktlar 

problemə yenidən qayıtmağı diktə edir. Bu cür faktları isə  aşa-

ğıdakı kimi sistemləşdirmək olar:  

             − M.Kaşğarinin “Divan”ında “silah”  anlamlı “tolum” sö-

zünün rəngarəng məna çalarlarının izah olunması: “ər tolum man-

dı” = “adam silah qurşandı” (II cild, səh.56); “ol yağıka tolum 

anuttı” = “o yağıya qarşı silah hazırladı”; “Tolum anutsa, kulun 

bulur, Tolum unutsa, bulun bulur” = “Silah hazırlayan qulun, 

dayça tapar, silahı unudan əsir olar” (I cild, səh.256, 257); 

“Kamuğ tolmun tokuştılar//Kılıç kınka küçün sığdı” = “Bütün 

silahlarla toqquşdular// Qılınc qına güclə  sığdı” (I cild, səh.232, 

                                                            

1

  A.Hacıyev. “Dədəm Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı,2007,səh.134-135. 



2

 Yenə orada, səh.137. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

420

 

233); “tolumluğ  ər” = “silahlı adam” (I cild, səh.477)... Bu cür 



çoxsaylı faktlar “tolum”la “Kitab”dakı “yaraq” sözünü sinonimik 

vahidlər kimi təqdim etməyə imkan verir. Bu da  assosiativ olaraq 

başqa bir detalı yada salır: müasir dilimizdəki “yar-yaraqlı” sözü 

ilə “Kitab”ın dilindəki “tol-tolara” ifadəsi təkcə  semantikasına 

yox, həm də formasına görə eyni xətdə birləşir. Bu cür oxşarlıqları 

başqa müstəvidə nəzərdən keçirək: Azərbaycan dilinin qərb şivə-

lərində “toxmağa bənzər ağac” mənasında “tolamazda” sözü işlən-

məkdədir. Bu sözün forma və semantikası barədə K.Ramazanov 

maraqlı bir şərh verir: “tolomazda//tolamazdı// tulamazda //tula-

mazdı – ağacın əl çatmayan budaqlarından meyvələri yerə tökmək 

(salmaq) üçün boyca gödək, vəzncə  ağır, toxmağa bənzər ağac 

(Bir  tolamazda at cö:z tökülsün; Tulamazda ağaj belə atıllar, ona 

deiller tulamazda)

1

. Deməli, “toxmağa bənzər ağac” anlamlı “tola-



mazda” sözünün “tola” hissəsi həm “Kitab”ın dilindəki “tol-tola-

ra” ilə, həm də M.Kaşğarinin “Divan”ındakı “tolum”la səsləşir, 

üçbucağın tərəflərindən biri kimi görünür. Bu oxşarlıqları belə sis-

temləşdirmək olar: “Kitab”da: tol-tolara; M.Kaşğarinin “Di-

van”ında: tolum (silah); Azərbaycan dilinin qərb  şivələrində: 

tola(mazda) (toxmağa bənzər ağac). Belə bir qarşılaşdırma isə 

“Kitab”dakı “tol-tolara” sözünü silahla bağlı sözlər cərgəsində 

təqdim etməyə imkan verir. 

− M.Kaşğarinin “Divan”ında “qayıdanda geri alınmaq üzrə 

savaş zamanı əsgərin  minməsi üçün xaqan  tərəfindən verilən at” 

anlamlı “tuğrağ” (I cild, səh.450) sözü ilə haqqında bəhs etdiyimiz 

“duxarlıyı” sözünün fonetik tərkib və semantika baxımından ox-

şarlığı; tuğrağlıyı – duxarlıyı (aşağıdakı şərhlərə bax); 

− “Kitab”ın dilində “ox atmağa başlamaq” anlamlı “oxa 

girmək” (Azğun dinlü kafər buηaldı, oxa girdi. D-133), eləcə  də 

“düşmən arasına girmək”, “döyüşə girmək” anlamlı “yağıya 

girmək” frazemləri işlənir ki, bu da “tol-tolara girdigim” birləş-

                                                            

1

  Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. Bakı, 1967, səh.240. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

421

 

məsi ilə  səsləşir, hətta ümumi semantik tutum baxımından eyni 



yuvaya daxil ola bilir; 

− “Tol-tolara girdim” misrası ilə başlanan parçada öz 

yayına müraciət edən Beyrək sanki gördüyü işlər barədə hesabat 

verir. Burada həlledici kod isə belədir: Beyrək ilk dəfə yağı yur-

dunda gördüyü məşhur yayına işarə edir. 

Fikrimizcə, yuxarıdakı faktlar mübahisəli  oxunuş  və yo-

zumlara müəyyən qədər işıq sala bilər. Amma həmin sözlərin iza-

hı ilə bağlı bütün detallar daha aydın görünsün, - deyə 

aşağıdakıları təqdim edirik: 

Silah anlamlı “tolum” sözünün, eyni zamanda “ox atmağa 

başlamaq” anlamlı “oxa girmək” və “düşmən arasına girmək” an-

lamlı “yağıya girmək” ifadələrinin forma və semantikası istər “tul 

tulara” (O.Ş.Gökyay, M.Ergin, H.Araslı), istərsə “tul tolara” 

(Zeynalov-Əlizadə), istərsə də “tul tolada” (Ş.Cəmşidov, A.Hacı-

yev) deyil, məhz “tol-tolara” (S.Əlizadə) şəklində transkripsiyanın 

düzgün olduğunu qeyd etməyə imkan verir. Bu məqamda bərpa 

üsulundan istifadə yerinə düşür: “tol-tolumlara” (silahlara). Bizcə, 

“tol-tolara” ifadəsi “tol-tolumlara”nın  qısaldılmış forması, daha 

doğrusu,  şifahi nitqin transkripsiyası kimi görünür: tol-tolumla-

ra=tolara. Burada “lum” hecasının düşməsi açıq-aydın şəkildə gö-

rünür. Bu cür heca düşümü (qaplologiya) isə Azərbaycan  dili şi-

vələrinin əksəriyyəti baxımından səciyyəvidir: qarğıdalı= qardalı... 

Bəs onda “tol-tolara girdigim” (silahlara girdiyim, silahlanaraq 

döyüşə başladığım) misrasının semantik  yükü nəyi işarələndirir? 

Fikrimizcə, bu misranın semantikası birbaşa Beyrəyin ilk döyüşü-

nü əks etdirən parça ilə bağlanır. Belə ki, həmin döyüşdən əvvəl 

Baybörənin tacirləri Boz oğlanı (Beyrəyi)  köməyə çağırır. Boz 

oğlan da tacirlərin sözünü yerə salmır, kafirləri qılıncdan keçirərək 

öldürür: “Hə dedigimi yetürüη geyünimlən mənim  şahbaz atımı 

gətürüη ... Bazırganlar dəxi öglərinə düşdi, qulağız oldı... Bir-iki 

demədi, kafərlərə  qılıc urdı. Baş qalduran kafərləri öldürdi, ğəza 

eylədi. Bazırganlarıη malın  qurtardı (D-72). Bu parça isə  yuxa-

rıda təqdim etdiyimiz ikinci misranın məna  yükü ilə bağlı yeni 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

422

 

fikirlər söyləməyə imkan verir. İlk olaraq qeyd edək ki, parçanın 



ümumi semantik yükü Drezden nüsxəsindəki yazılış  şəklini (D-

109


2

 ) “tuladarı”, “toladarı”, “tolar əri”, “tulu avarı”, “tula dəri” 

şəklində yox, məhz “tolararı” formasında  transkripsiya etməyə 

imkan yaradır. Bu cür transkripsiya isə, bir tərəfdən, M.Kaşğarinin 

“Divan”ındakı “tolumlug ər” (silahlı adam) (I cild, səh.477) ifadə-

si ilə səsləşir. Digər tərəfdən, “toraları” oxunuş formasının “tolar” 

hissəsi S.Əlizadənin, “arı” hissəsi isə M.Erginin transkripsiyası ilə 

üst-üstə düşür. Burada da ilkin söz formasının fonetik dəyişikliyə 

uğramasından bəhs etmək olar: qeyd etdiyimiz kimi, “tolar” (“to-

lumlar”ın qısaldılmış forması) sözü “silahlar” mənasına uyğun 

gəlir. Bu baxımdan “tolar əri//tolar arı = tolararı” modelindəki “to-

lararı” sözü “silahlara cavabdeh olan şəxs” və ya hər cür silahla 

silahlanmış ər (döyüşçü, igid)” mənasında götürülə bilər. Deməli, 

“tolararı” sözü “tol-tolara girdigim” (silaha girdiyim, döyüşə gir-

diyim) birləşməsinin məntiqi davamı kimi işlənərək birbaşa “qodı-

ğım” (qovduğum) sözü ilə bağlanır, daha doğrusu, feli birləşmənin 

asılı tərəfi kimi çıxış edir. Bu da, qeyd etdiyimiz kimi, “Baş qaldı-

ran kafərləri öldürdi, ğəza eylədi...” (D-72) cümləsinin semantika-

sı ilə səsləşir. Digər tərəfdən, bu cür zəncirvari bağlılıq “şahinçini” 

(Zeynalov-Əlizadə), “toxar xalqı” (Ş.Cəmşidov), “ihtiyarlamak” 

(T.Tekin), “yoldaş kimi” (A.Hacıyev) və s. mənalarda izah olun-

muş “duxarlıyı” (bu cür oxunuş formasını  məqbul hesab edirik) 

sözünü “tuğrağlıyı” (xaqan tərəfindən verilən ata minən  əsgər) 

sözünün fonetik dəyişikliyə  uğramış variantı hesab etməyə  əsas 

verir: birincisi, ona görə ki, “tuğrağlıyı” (Drezden nüsxəsində “du-

xarlıyı”) sözü “tol-tolara girmək” (silaha girmək, döyüşə girmək) 

ifadəsi və “tolararı”  (hər cür silahla silahlanmış  ər – döyüşçü, 

igid)  sözünün məntiqi davamı kimi işlənib. Yəni semantik dina-

mikada dördüncü söz kimi çıxış edir: ikincisi, “tuğrağlıyı” sözü də 

“qodığım” (qovduğum) sözünə idarə əlaqəsi ilə bağlanıb, konkret 

desək, həmin birləşmədə    asılı  tərəf kimi çıxış edir; üçüncüsü, 

“tuğrağlıyı” sözü də “...kafərləri öldürdi, ğəza eylədi” (D-72) 

cümləsinin semantik yükü ilə  səsləşir;  dördüncüsü, “tuğrağlıyı” 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

423

 

sözü fonetik tərkibcə “doxarlıyı” oxunuş formasına çox yaxındır, 



daha doğrusu, “doxarlıyı” forması “tuğrağlıyı” sözünün fonetik 

deformasiyaya uğramış variantı kimi görünür: tuğrağlıyı – 

duxarlıyı. Buradakı  t→d,  ğ→x səsəvəzlənmələri dilimiz üçün 

səciyyəvidir: müq.et: tər-dər; qabığ-qabıx (nümunələr Azərbaycan 

dili şivələri ilə bağlı materiallardan götürülüb). Yaxud həmin sö-

zün “rağ” hecasındakı  səslərin yerdəyişmə ilə işlənməsi (tuğğar-

lıyı) və  yanaşı işlənmiş iki “ğ”  səsindən birinin düşməsi (tuğğar-

lıyı-tuğarlıyı) dilimiz üçün məqbul hesab olunan hadisələrdəndir:  

müq.et:  -gəc-cəg //-cək; -ğac-cağ//-caq; kiçikcik-kiçicik (burada 

söz ortasındakı “k” samiti tələffüzlə bağlı olaraq düşüb). Deməli, 

“duxarlıyı” yazılış  şəkli “tuğrağlıyı” sözünün fonetik deformasi-

yaya uğramış variantı kimi götürülə bilər. Bu da istər-istəməz belə 

bir fikri reallaşdırır: “Tolararı, duxarlıyı qodığım” misrası hər cür 

silahla silahlanmış döyüşçünü (igidi), xaqan  atına minəni qovdu-

ğum” mənasında yozula bilir. Bu isə “Kitab”ı n dilində “yağı qov-

maq”  hadisəsini əks etdirən cümlələrlə eyni xətdə birləşir: “Qan-

turalı baqdı gördi kim, bir kimsənə yağıyı öginə qatmış, qovar” 

(D-195). 

“Yağı yurdu əlümdə qıl kişlim ayğır malı” misrası da tacir-

lərin soyulması  və kafirlərin Beyrək tərəfindən öldürülməsindən 

sonrakı hadisələrlə  səsləşir. Yeri gəlmişkən, təqdim etdiyimiz 

misradakı “yurdu” sözü mətnə daha yapışıqlı görünür (bu mənada 

həmin yazılış şəklini “yordu” deyil, “yurdu” şəklində transkripsiya 

etmiş O.Ş.Gökyay, M.Ergin, H.Araslı  və A.Hacıyev haqlıdır). 

Belə ki, Beyrək hamını heyrətləndirən, məşhur yayını  məhz yağı 

yurdunda görüb: “mərə bazirganlar, bu ayğırı və dəxi bu yayı və 

bu  gürzi maηa veriη” – dedi” (D-72). Bu hadisənin düşmən torpa-

ğında (yağı yurdunda) baş verdiyi “Kitab”da  aydın şəkildə, həm 

də bir neçə  dəfə ifadə edilib: “Evnik qalasının beş yüz kafiri üzə-

rimizə qoyıldı” (D-71); “Əgər səniη oğluη olmasaydı, bizim malı-

mız Gürcüstanda getmişdi, həpümiz  tutsaq olmuşdı”, - dedilər” 

(D-74). Burada xüsusi olaraq vurğulayaq ki, hər iki cümlə Beyrək 

üçün təkcə ayğır və gürz yox, həm də “yay” almış tacirlərin dilin-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

424

 

dən verilib. Burada assosiativ olaraq başqa bir detal yada düşür: 



tacirlərin malı kafirlər tərəfindən qarət olunur: “Bazırgan 

aydır: “... Dan-danışux kafər malın Oğuz bəglərinə gətürür idik... 

beş yüz kafəri üzərimizə qoyıldı... Malımızı, rizqimizi yağmala-

dılar, gerü döndilər...” (D-71); Beyrək tacirlərin malını kafirlə-



rin əlindən alır: “Baş qaldıran kafərləri öldürdi, ğəza eylədi. Ba-

zırganlarıη malını qurtardı” (D-72). Bu qarşılaşdırma onu deməyə 

əsas verir ki, Beyrək həm də ona veriləcək “yayı” xilas edib. 

Belə bir nəticə isə başqa bir hökmü reallaşdırır: “yağı yurdu”, “qıl 

kişli” kimi ifadələrin Beyrəyin dilində işlədilmə (yuxarıdakı misra 

nəzərdə tutulur) səbəbləri məhz bu cür detallar kontekstində araş-

dırılmalıdır. Digər tərəfdən, həmin misradakı “qıl kişlim” ifadəsi 

Beyrəyin düşmən yurdunda tacirlərdən minnətlə almaq istəmədiyi, 

atası Baybörənin yanında isə hədiyyə kimi aldığı “yayı” işarələn-

dirir. Deməli,  Beyrək ilk dəfə düşmən yurdunda gördüyü yayın 

kirişinin nədən düzəldildiyini də yadına salır. Maraqlıdır ki, se-

mantik dinamika sonrakı misralarda məhz “qıl kişlim” ifadəsinin 

assosiativliyi ilə davam etdirilir: ayğır malı = yay; ayğır verib yay 

üçün boğma kiriş almaq. Bu tipli söz və birləşmələrə mətn daxi-

lində diqqət yetirək: 

 

“Yağı yurdu əlümdə qıl kişlim, 



                                                ayğır malı. 

Ayğır verüb aldığım,  

                        tozlu qatı yayım. 

Buğa verüb aldığım boğma kirişim” (D-109) 

Bu misralardakı sözlərin hər biri “yay”la bağlı işlədilib ki, 

bu da “yay”ı müxtəlif  bucaqlardan təyin edir. Misralarda “ayğır” 

sözünün iki dəfə işlənməsi də maraq doğurur. Bu məqamda A.Ha-

cıyevin “Kitab” və digər mənbələrə istinadən söylədiyi fikirlər 

yada düşür: “Demək olar ki, bütün araşdırıcılar bu sözləri eyni an-

lamda “erkək cins at” mənasında dərk etmişlər. Bizcə, birinci 

mənada “ayğır” sözü “erkək təkə”, “erkək dağ keçisi” mənasında 

işlənmişdir... abidənin dilində yayın məhz erkək təkə buynuzun-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

425

 

dan düzəldilməsi ehtimalımızın doğruluğuna dəlalət edir: Avcına 



sığmayan əlüklü oğlı//Ərdil təkə buynuzundan qatı yaylı”

1

.Birinci 



misradakı “yağı yurdu” ifadəsi isə, qeyd etdiyimiz kimi, Gürcüs-

tanı, bir də Evnik qalasını  işarələndirir. Amma nəzərə almaq la-

zımdır ki, “yaxşı ərməğanlar Rum elindən – İstanbuldan alınıb. Bu 

da təsadüfi deyil. Belə ki, “Oğuz insanı alış-veriş, ticarət mərkəz-

ləri olan şəhərlərin topoqrafiyasına, onun marginal  aspektinə 

yaxşı bələd idi. Baybörə bəg sakral nəsnələrin – “yaxşı ərməğanla-

rın” gətizdirilməsi üçün bəzirganları uzaq şəhərə - Rum elinə, 

İstanbula göndərir”

2



Sonuncu misrada  birinci növ təyini söz birləşməsinin asılı 



tərəfi kimi işlənmiş “boğma” sözünün hansı  mənada işlənməsi, 

demək olar ki, müəyyənləşdirilməyib. Konkret desək: O.Ş.Gökyay 

belə təqdim edib: boğaz ağrısı, boğan, boğmaca, kuşpalazı, boğaz 

iltihabı, tık – nefeslik” (İstanbul, 2000). Burada təkcə onu qeyd 

edirik ki, müəllif istinad etdiyi lüğətlərdə “boğma” sözünün qarşı-

sında hansı sözü görübsə, elə onu da tərtib etdiyi lüğətinə daxil 

edib. Əgər belə olmasa idi, müəllif “boğma kiriş” birləşməsindəki 

“boğma”  sözünün izahında ilk söz kimi “boğaz ağrısı” birləşməsi-

ni yazmazdı; Zeynalov-Əlizadə  nəşrində “boğan”  şəklində sadə-

ləşdirilib ki, bu da semantika baxımından “kiriş”lə tam bağlanmır: 

“Buğa verib aldığım boğan kirişim” (Bakı, 1988, səgh.161); “Ki-

tabi-Dədə Qorqud”un izahlı lüğəti”nə isə daxil edilməyib. Daha 

doğrusu, yalnız “boğma çıqarmaq” ifadəsi cüzi fonetik dəyişmə ilə 

təqdim olunub: boğma çıqarmaq – boğma çıxarmaq” (Bakı, 1999, 

səh.38). Bu cür izahla razılaşmaq olmaz. Çünki ən azı bu ifadənin 

“qarğış  əlaməti olaraq iki əlini qabağa gətirərək yumruq göstər-

mək” və ya “boğma xəstəliyinə tutulmaq” mənasında işləndiyi 

qeyd oluna bilərdi. Yeri gəlmişkən, O.Ş.Gökyay da bu ifadənin 

semantik yükünü dəqiq göstərməyib (İstanbul, 2000, səh.178)... 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”: oxunuşlar, yozumlar. Bakı, 2007, səh.138 



2

 R.Kamal. “Dədə Qorqud kitabı”nın xronotop strukturu. Dədə Qorqud günü. XIV 

Elmi sessiyanın materialları. Bakı, 2014, səh.61. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

426

 

Fikrimizcə, “boğma kiriş” ifadəsindəki  “boğma” sözü “boğmaq” 



felindən yaranmış isim kimi “tarım”, “tarım çəkilmiş” mənasın-

dadır ki, bu da “kiriş” sözünün semantikası ilə birbaşa bağlanır: 

boğma kiriş = tarım çəkilmiş kiriş; kirişi (yay ipini) tarım çəkərək 

yaya bağlamaq: müq.et: kirişlə yayı boğmaq – iplə çuvalın ağzını 

boğmaq; kəmərlə beli boğmaq. Təsadüfi deyil ki, V.V.Bartold da 

“boğma” sözünü məhz qeyd etdiyimiz mənada başa düşüb: с ту-

гой тетивой (boğma kiriş – tarım çəkilmiş kiriş) (göstərilən mən-

bə: səh.44). Burada  Azərbaycan-monqol söz paralellərini sistemli 

şəkildə  təhlil süzgəcindən keçirmiş  Ə.Abdullayevin bir qarşılaş-

dırmasını eynilə    təqdim  etmək lazım gəlir: monqolca: baqlas, 

book; rusca: упаковать; Azərbaycanca: bağlamaq, bəzən boğmaq 

da bu mənada işlənir”

1

. Bu fakt da “boğma kiriş” birləşməsindəki 



“boğma” isminin məhz çoxmənalı “boğmaq” feli əsasında yaran-

dığını təsdiq edir. 

 

 

“Buηlu yerdə qodım-gəldim 



Otuz doqquz yoldaşım, iki arğışım! – dedi” (D-109) 

Bu misraların semantik yükü onu deməyə  əsas verir ki, 

Beyrək  kafir  düşərgəsində dustaqlıqda qalan otuz doqquz yolda-

şına işarə edir, onları xatırlayır. Beyrəyin dilindən verilmiş sonun-

cu misra da mətnin  əvvəlki hissələri ilə birbaşa bağlanır: “Otuz 

toquz yigidlən Beyrək tutsaq getdi” (D-90); “Otuz toquz yigidim 

əmanəti, mərə kafər!” (D-100). Təhkiyəçinin (birinci cümlə) və 

Beyrəyin (ikinci cümlə) dilindən verilmiş bu nümunələr dediklə-

rimizi  qüvvətləndirir. Burada bir qarşılaşdırmaya ehtiyac duyulur: 

haqqında bəhs etdiyimiz parçanın yalnız son iki misrasında silaha, 

silahdan istifadəyə birbaşa işarə edilmir. Daha dəqiqi, belədir: 

− üçüncü misrada: qıl kışli = at qılından düzəldilən yay 

kirişi (Yağı yurdu əlümdə qıl kişlim); 

− dördüncü misrada: ayğır malı = təkə buynuzundan yay 

(ayğır malı); 

                                                            

1

 Ə.Abdullayev. Azərbaycan dili məsələləri. Bakı, 1992, səh.316. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

427

 

− beşinci misrada: ayğır verib yay almaq (Ayğır verüb al-



dığım). Bu ifadənin tərkibindəki  verib (verüb) sözü barədə A.Ha-

cıyev maraqlı bir açıqlama təqdim edir: “Bu sözün “verüb” varian-

tında yazılıb oxunmasına baxmayaraq, boydakı hadisələrin mənti-

qinə uyğun tərzdə “urub” kimi oxunub mənalandırılmasını daha 

düzgün hesab edirik; Beyrək yayını at verməklə deyil, yağı üzəri-

nə at  salmaqla – hücum etməklə qazanır”

1

. Qeyd edək ki, müəlli-



fin fikirləri,  bir tərəfdən, həmin parçanın üçüncü misrasındakı 

“Yağı yurdu” ifadəsinin semantik tutumu ilə  səsləşirsə, digər tə-

rəfdən də birinci misradakı “tol-tolara” ifadəsi silahla bağlıdır – 

qənaətini qüvvətləndirir; 

 − altıncı  misrada: tozlu qatı yay = (tozlu qatı yayım); 

 − yeddinci  misrada: boğma kiriş = tarım çəkilmiş kiriş; 

buğa verib boğma kiriş almaq (Buğa verüb alduğum boğma kiri-

şim). 


Bu faktlar həmin parçanın ilk iki misrasında oxunuşu və 

yozumu mübahisəli olan sözlərlə bağlı  təqdim  etdiyimiz arqu-

mentləri qüvvətləndirir. Belə ki, yuxarıda yeddi istiqamətdə qrup-

laşdırdığımız söz və ifadələrin hamısı silahla (yayla) bağlı olduğu 

kimi, ilk iki misranın anlaşılmasını  çətinləşdirən sözlər də  məhz  

silahla, döyüşlə bağlıdır: 

− tol-tolara girmək = silaha (silahlara) girmək, döyüşə 

girmək;  

− tolararı – hər cür silahla  silahlanmış ər (döyüşçü, igid); 

− duxarlıyı = tuğrağlıyı (tuğarlıyı) = xaqan tərəfindən veri-

lən ata minən əsgər. 

Bu cür qarşılaşdırma bir  həqiqəti də xüsusi olaraq vurğula-

mağa imkan verir: parçadakı söz və ifadələrin əksəriyyəti məhz si-

lah və döyüşlə bağlı olan sözlər cərgəsində birləşir. Bu da “Kitab”, 

ümumən qəhrəmanlıq eposları üçün xarakterik cəhətlərdəndir. 

 

 



 

                                                            

1

 A.Hacıyev. “Dədə Qorqud kitabı”nın şərhli oxunuşu. I kitab, Bakı, 2014, səh.77. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

428

 

“DƏDƏ QORQUD KİTABI”NDA SİLAH 



VƏ  SİLAH HİSSƏLƏRİNİN ADLARI 

TARİXİ-LİNQVİSTİK MÜSTƏVİDƏ 

 

 



Qorqudşünaslıqda silah adları, eləcə də döyüş geyimlərinin 

adları tarixi-linqvistik baxımdan kompleks və sistemli şəkildə 

araşdırılmayıb. Heç şübhəsiz ki, bu problemi həll etməklə bir sıra 

məsələlərə aydınlıq gətirmək olar. Məsələn: qədim türk tarixi, xü-

susən də türk hərb sənəti üçün səciyyəvi olan silah növlərinin 

ümumi mənzərəsi daha dolğun canlandırıla bilər; silah adlarında 

daşlaşmış  şəkildə yaşayan arxaik dil vahidləri aşkarlanar; türk 

mənşəli, eyni zamanda alınma silah adlarının “Kitab” və digər qə-

dim türk mənbələrindəki yeri və rolu barədə dəqiq fikirlər söylə-

mək olar; bir sıra obrazlı ifadələrin məhz silah adlarının asso-

siativliyi ilə yaradıldığı müəyyənləşər... Elə buna görə də ilk ola-

raq aşağıdakılara diqqət yetirmək lazım gəlir:  

− “Kitab”dakı silah adlarının bir hissəsi Orxon-Yenisey 

abidələri, eyni zamanda M.Kaşğarinin “Divan”ı üçün  də  səciy-

yəvidir: “Kitab”da: qılıç, ox, sügü...; Orxon-Yenisey abidələrində: 

kılıç, ok, süηüg...; M.Kaşğarinin “Divan”ında: kılıç, ok, sünqü...; 

− “Kitab”dakı silah adlarının  əksəriyyəti türk mənşəlidir: 

qılıc, yay, ox, dəpər, sügü... Bu sistemdə alınma sözlər çox azdır: 

gürz (fars), qəbzə (ərəb. dəstə, qulp); 

− “Kitab”da intensivliyi ilə  fərqlənən silah adlarının bir 

qismi müasir ədəbi dilimizdə  işlənməsə  də,  şivələrimizin  əksə-

riyyətində mühafizə olunur: sapand, taraqa... Burada bir detalı da 

qeyd etmək lazım gəlir: Borçalı toponimləri sistemindəki “Sadaq-

lı” oykoniminin apelyativi “Kitab”dakı “sadaq” (oxqabı) sözü ilə 

eyni xətdə birləşir ki, bu da silah adının toponimik vahiddə 

daşlaşmış şəkildə  yaşadığını təsdiqləyir; 

− “Kitab”ın dilində bir sıra hərbi terminlərin həm də şəxs 

adı kimi işlənməsinə təsadüf edilir: oq+çı=oqçı = Oqçı (Əηsə qoca 

oğlı Oqçı); yay (silah adı) = Yayxan keşiş  oğlı; dəmür tonlu = 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin