ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

379

 

N.Cəfərov “Dədə Qorqud” eposunda təsvir olunan Oğuz 



igidlərinin silaha (qılınc, cida, yay-ox) sevgisindən bəhs edərkən 

Beyrəyin dilindən verilmiş “...Ayğır verib aldığım tozlu qatı 

yayım//Buğa verib aldığım boğma kirişim!” misralarını (müraciə-

ti) təqdim edir. Eyni zamanda bu cür müraciətləri dünya eposları 

kontekstində  səciyyələndirir: “Silaha sevginin bu cür ifadəsi 

yalnız “Dədə Qorqud”a aid deyil,  orta əsrlər dünya eposlarının, 

demək olar ki, hamısı üçün xarakterikdir” (Xanım, hey! “Dədə 

Qorqud” eposunda müraciətlər. Bakı, 1999, səh.53);  

Ə.Əsgər və M.Qıpçağın birlikdə yazdığı “Türk savaş 

sənəti” (Bakı, 1996) kitabının X bölməsi belə adlanır: “Silah”. 

Burada  yay-ox, sivri qılınc kimi silahların ilk dəfə qədim türklər 

tərəfindən istehsal edilməsi bir sıra sanballı mənbələr kontekstində 

araşdırılır. “Yay-ox”un istər hunların, istərsə  də  qədim  türklərin 

ən çox işlətdikləri silah növü olması tutarlı faktlarla arqumentləş-

dirilir. Məsələn, bizim eradan əvvəl II əsrə aid Çin qaynağına 

istinadən göstərilir: “Yay və ox işlətməkdə  təcrübə  və hünərləri 

çoxdur. Hər atdıqlarının hədəfə dəyəcəyinə əmindirlər... Hunlar at 

üstündə dördnala çaparkən belə,ox ata və yay çəkə bilirlər” 

(səh.103). Elə buradaca qeyd edək ki, bu fikirlər “Kitab”dakı “Ağ 

yeləklü ötkün oxıη maηa vergil//Ərdən ərə keçirəyim səniη içün!” 

misralarının,  eyni zamanda “Sağına-soluna eki qoşa yay çəkərdi” 

cümləsinin  ümumi semantik yükü ilə səsləşir. 

Ə.Əsgər zirehli paltarla bağlı maraqlı bir açıqlama verir: 

“Altay qayaüstü təsvirlərində ağır silahlarla silahlanmış türk süva-

riləri (bozqurdlar) verilmişdir. Burada süvarilərin özləri və atları 

bütövlükdə zirehlidir. Zirehli paltarı göytürklərdən öncə hunların 

da geyməsi tarixə  məlumdur...” (səh.102). Burada assosiativ ola-

raq “Kitab”dakı  dəmir don, dəmir tonlu, yaqa (dəmir yaxa) kimi 

ifadələr, Oğuz igidlərinin dəmir donu, zirehli paltarı yada düşür. 

Ə.Əsgər yeri gəldikcə “Kitab”a da müraciət edib. Məsələn, 

qədim türklərin and içmələrindən bəhs edərkən göstərir: “Türklər 

and içərkən qılınclarına and içirdilər. Bu zaman əyilib qılıncların-

dan öpürdülər. İnanırdılar ki, and pozulsa, qılınc sahibini kəsəcək. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

380

 

“Dədə Qorqud” qəhrəmanlarının “qılıncıma doğranım, oxuma 



sancılım kimi andları bu mədəni  hadisənin əksidir” (səh.108). Bu 

qeydlər onu deməyə  əsas verir ki, “Türk savaş  sənəti” (Bakı, 

1996) adlı əsərdə “Kitab”dakı silah və geyim adlarının transkrip-

siyası  və semantikası tarixi-linqvistik baxımdan araşdırılmayıb. 

Bu da təbiidir. Çünki həmin əsər tam başqa problemə həsr olunub. 

Y.Məmmədli  “Azərbaycan dilində hərbi terminlərin tarixi-

müqayisəli təhlili” adlı namizədlik dissertasiyasında (Bakı, 1996) 

“Dədə Qorqud” eposundakı silah adlarına da yer ayırıb. Bu, özü-

nü,  əsasən, iki istiqamətdə göstərir: M.Kaşğarinin “Divan”ı  və 

“Kitab”dakı silah adlarının tarixi-linqvistik müstəvidə izahı; 

“Kitab”da təsvir olunan silahların ən səciyyəvi  cəhətlərinin müx-

təlif mənbələrə istinadən müəyyənləşdirilməsi (altmış batman gürz 

– ağırlığı altmış batman gələn gürz; ağ tozlıca qatı yay – dəstəyinə 

ağcaqayın qabığı sarınmış  bərk, tarım çəkilmiş yay...). Hər iki 

istiqamət barədə dolğun fikirlər söyləyən müəllif haqlı olaraq 

göstərir ki, “dastanın dilində hərbi terminlərin çoxluğu hərb işinin 

kifayət qədər yüksək inkişafını sübut edir” (səh.11); 

M.N.Çobanov və M.M.Çobanlı “Dastan”ın yaranma tarixi, 

hərb sənəti, döyüş taktikası, hərbi marşlar, eləcə də döyüş silahları 

barədə maraqlı və dolğun fikirlər irəli sürürlər. Amma burada onu 

da qeyd  etmək lazım gəlir ki, M.N.Çobanov və M.M.Çobanlının 

“Kitab”dakı döyüş silahları ilə bağlı bəzi fikirləri ziddiyyətli görü-

nür: “Kitabi-Dədə Qorqud” dastanlarının mətnində isə ulu baba-

larımızın döyüşlərdə işlətdiyi fərdi silahlar, əsas etibarı ilə, qopuz, 

cida, sapand, yay, ox və s. olmuşdur. Bu mülahizəni dastandan gö-

türdüyümüz nümunələr də təsdiq edir. Məsələn, “Buğac bəg yeri-

nən uru turdı... Ağ tozlıca qatı yayını əlinə aldı”... “Əlində qopuz 

var”...” (Dədə Qorqud dünyasına səyahətdən parçalar... Bakı, 

1998, səh.8). Fikrimizcə, “Kitab”dan leytmotiv kimi keçən “qo-

puz”un konkret olaraq döyüş silahı kimi, həm də  məhz “Əlində 

qopuz var” cümləsinin ümumi semantik yükünə istinadən səciy-

yələndirilməsi yerinə düşmür; 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

381

 

İ.Qasımov “Müasir Azərbaycan dilində  hərbi terminlərin 



yaranma yolları” monoqrafiyasında (Bakı, 2000) Azərbaycan 

mənşəli hərbi terminlərə müxtəlif bucaqlardan yanaşıb. Konkret 

desək, hərbi leksik qatın Azərbaycan dilinin daxili imkanları hesa-

bına zənginləşməsi (semantik üsul, morfoloji üsul, sintaktik üsul, 

kalka üsulu...), hərbi leksikoloji qatda alınma və beynəlmiləl hərbi 

terminlərin yeri (ərəb və fars mənşəli hərbi terminlər, rus mənşəli 

hərbi terminlər), hərbi termin və termin-söz birləşmələrinin se-

mantik qrupları (qoşun növləri və hərbi hissə adları, hərbi texnika, 

silah və sursat adları, hərbi geyim və döyüşçü ləvazimatlarının ad-

ları...) kimi məsələləri tarixi-linqvistik müstəvidə  təhlil süzgəcin-

dən keçirib. Müəllif “Azərbaycan dilində  hərbi terminoloji leksi-

kanın təşəkkülü və inkişafı” (Bakı, 2001) kitabında isə qədim türk 

mənbələrindəki, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanındakı 

ox, altun cida, çərik, ordı  və  s.  kimi  hərbi terminlərin leksik-se-

mantik və struktur-qrammatik xüsusiyyətlərini sistemli şəkildə 

tədqiq edib. Burada o da vurğulanmalıdır ki, İ.Qasımov Azərbay-

can dili hərbi terminoloji leksikasının təşəkkülündə Orxon-Yeni-

sey abidələrinin yerini dəqiqləşdirib, “Kitabi-Dədə Qorqud” dasta-

nından başlayaraq Azərbaycan dili hərbi-terminoloji sistemində 

sabitləşmənin müşahidə edilməsini konkret dil faktları ilə  əsas-

landırıb; 

A.Hacıyev “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar” 

kitabında (Bakı, 2007) silah adlarının izahına da yer ayırıb. Dəqiq 

desək, kitabdakı üç bölmə (Yelək-oxqabı; Yayını əlinə alıb ögdü; 

Döyüşə yarar yaraqlar) məhz silah adları ilə bağlıdır. Bu bölmə-

lərdə yelək, gəz, say cida, sadaq və s. kimi silah adları çoxsaylı 

mənbələr kontekstində, həm də tarixi-linqvistik prizmadan şərh 

olunur. A.Hacıyev bir sıra silah adlarına ilkin arxaizmlər konteks-

tində yanaşır ki, bu da qorqudşünaslıqdakı  bəzi mübahisəli mə-

qamlara aydınlıq gətirmək baxımından  əhəmiyyətlidir. Bir cəhəti 

də qeyd edək ki, A.Hacıyevin tənqidi fikirləri heç bir qorqudşüna-

sı incik salmır,  əksinə, qorqudşünaslığın inkişafına təkan verir. 

Məsələn, “...etiraf edək ki, bu yozumda şərhçi təxəyyülü real fakt-


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

382

 

lara  əsaslanan dilçi təxəyyülünü üstələyir” (yuxarıda göstərilən 



kitab: səh.126); 

A.Məmmədova “Dədə Qorqud kitabı”nın leksikası” (Bakı, 

2009) monoqrafiyasında qılınc, cida, sapan, işıq (dəbilqə) və s. 

kimi hərbi terminləri tarixi-linqvistik baxımdan  şərh edərkən bir 

sıra məsələlərə aydınlıq gətirir: “Sapand” lekseminin Azərbaycan  

dili  şivələrinin hamısında mühafizə olunduğunu  əsaslandırır; qə-

dim türk abidələrinin dili baxımından səciyyəvi olan “çəri” (əsgər, 

qoşun) sözünün Naxçıvan qrupu dialekt və  şivələrində “qoçaq, 

igid, cəsarətli” mənasında  işləndiyini müəyyənləşdirir; aqın-cəng-

ğəza-qırım-qovqa-qırğun savaş kimi sözlərin sinonimliyini “Ki-

tab” və digər mənbələr müstəvisində şərh edir. Burada bir detala 

da diqqət yetirmək lazım gəlir: müəllif “Dədə Qorqud kita-

bı”ndakı 213 leksemin müxtəlif  fonetik formalarının mövcud ol-

masından bəhs edərkən qılınc sözünün 173 dəfə “qılıc”, 1 dəfə 

“qılınc”  şəklində  işləndiyini göstərir (səh.18). Halbuki “Kitab”ın 

dilində “qılınc” yazılış  şəklinə rast gəlinmir (sonrakı  səhifələrə 

bax); 

Ə.Tanrıverdi sadaq, sapand, taraqa kimi silah adlarının 



Azərbaycan dilinin qərb  şivələrində “Kitab”dakı forma və se-

mantikasına uyğun olaraq işləndiyini göstərir (“Kitabi-Dədə Qor-

qud” və qərb ləhcəsi. Bakı, 2002). 

Bütün bunlar onu deməyə  əsas verir ki, “Kitab”dakı silah 

adlarına müxtəlif prizmalardan münasibət bildirilsə də, kompleks 

və sistemli şəkildə tədqiq olunmayıb. 

 

 

 



 

 

 



 

 

 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

383

 

 



“DƏDƏ QORQUD KİTABI”NDA SİLAHLA BAĞLI 

İŞLƏDİLMİŞ BƏZİ SÖZLƏRİN TRANSKRİPSİYASI  

VƏ SEMANTİKASI STRUKTUR-SEMİOTİK MÜSTƏVİDƏ 

 

“Dədə Qorqud kitabı”nın  leksikasını zənginləşdirən sözlər 



sırasında silah adları xüsusi yer tutur. Bu tip sözlərin hər birini ay-

rılıqda təhlilə cəlb etdikdə bəlli olur ki, bu sözlərdən bir neçəsinin 

semantikası ilə bağlı ziddiyyətli, mübahisəli, hətta səhv fikirlər 

var. Bəzi sözlərin isə transkripsiyası  dəqiq  deyil... Heç şübhəsiz 

ki, bu problemlər qaldıqca qorqudşünaslıqda ziddiyyətli fikir və 

mülahizələrin də sayı artacaqdır... Bu mənada həmin tip sözlərin 

semantikasına mətn kontekstində aydınlıq gətirməyə çalışaq: 

 

Siŋirləmək, qorqut siŋirli, qurt  siŋirli 

 

“Otağın ögində irişi gəldi, keyiki siηirlədi” (D-76). Bu 



cümlədəki “siηirləmək” felinin semantik yükü ilə bağlı müxtəlif 

fikirlər var: O.Ş.Gökyay müxtəlif mənbələrə istinad edərək “siηir-

ləmək” sözünün bir neçə  mənada işləndiyini göstərir: sinir tax-

maq; dəvə, at, qoyun kimi heyvanların arxa ayaq sinirlərini kəsə-

rək onları işə yaramaz hala gətirmək; ayaq sinirini kəsmək; heyva-

nı azarla öldürmək

1

;  F.Zeynalov və S.Əlizadəyə görə, “siηirlə-



mək” qıcıqlandırmaq mənasındadır: “Gəlib çadırın önünə çatdı, 

keyiki qıcıqlandırdı”

2

;  Ə.Sadıqovun fikrincə, “siηirləmək”  əsəbi-



ləşdirmək, qıcıqlandırmaq anlamlıdır

3

; V.V.Bartoldun tərcüməsin-



də belə verilib: “...перерезал жилы козе» (keyikin damarını kəs-

di)


4

… Bu fikirlərdə ziddiyyət açıq-aydın şəkildə görünür: “siηirlə-

mək” damarını  kəsmək, öldürmək və  s.  kimi  mənalardadır 

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.280. 



2

 Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.152. 

3

 “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.157. 



4

 Книга моего деда Коркута. Москва-Ленинград, 1962, с.34. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

384

 

(V.V.Bartold, O.Ş.Gökyay...); “siηirləmək” qıcıqlandırmaq, əsəbi-



ləşdirmək, hürkütmək mənasındadır (F.Zeynalov, S.Əlizadə, 

Ə.Sadıqov...). Bizə belə  gəlir ki, bu fikirlərdən hansının düzgün 

olmasını mətn semantikası müstəvisində dəqiqləşdirmək mümkün-

dür. Qeyd edək ki, “...keyiki siηirlədi” cümləsindən sonra belə bir 

parça verilib: “Qısırca yengə derlər, bir xatun vardı.  İlərü vardı, 

pay dilədi. “Hey, bəg yigit, bizə  dəxi bu keyikdən pay ver!” – 

dedi” (D-76). Beyrəklə bağlı verilmiş bu cümlələrin ümumi se-

mantik yükü elədir ki, “siηirləmək” sözünü məhz “damarını kəs-

mək”, “öldürmək” mənasında izah etmək lazım gəlir. Belə ki, əgər 

Beyrək keyiki öldürməyibsə, Qısırca yengə onun öldürmədiyi 

keyikdən necə pay diləyə bilərdi? (... bu keyikdən pay ver!). Ya-

xud keyik öldürülməyibsə, qızlar onu götürüb Banıçiçəyin önünə 

necə gətirə bilərdilər: “Qızlar keyiki götürdilər. Gözəllər şahı Ba-

nıçiçəgiη öginə gətürdilər” (D-77). Fikrimizcə, əlavə şərhlərə ehti-

yac yoxdur: “siηirləmək” damarını  kəsmək, öldürmək mənasın-

dadır. Bu sözü silah adları kontekstində izah etməyimizə səbəb isə 

silahla, daha dəqiqi, “yay”la bağlı  işlədilmiş  “Qorqut siηirli” və 

“qurt siηirli” ifadələrindəki “siηir” kök morfemi ilə bağlıdır. Qor-

qudşünaslıqda az öyrənilmiş, həm də mübahisə obyektinə çevril-

miş bu ifadələrin  transkripsiyası  və semantikasına ”Kitab”ın  

Drezden və Vatikan nüsxələri müstəvisində diqqət yetirək. Bəri  

başdan qeyd edək ki, bu ifadələrdən biri  Drezden, digəri isə Vati-

kan nüsxəsində işlənib. Konkret desək, belədir: “Qorqut  siηirli”.  

“Dərsə xan Qorqut siηirli qatı yayın  əlinə aldı” (D-22); 

“qurt siηirli”. “Dərsə xan, qurt siηirli qatı yayı əlinə aldı” (V-12). 

Drezden nüsxəsində işlənmiş “Qorqut siηirli” ifadəsinə S.Əlizadə 

belə bir şərh verib: “Qorqud sinirli – bu metaforik ifadə “yay” 

sözünə yox, Dirsə xana aiddir; yəni “çox qəzəbli...”

1

. Belə hesab 



edirik ki, müəllif bu fikirləri söyləyərkən oğlunu öldürmək məc-

buriyyətində qalan Dirsə xanın sarsıntılı, qəzəbli anlarını  nəzərə 

alıb, qırx namərdin Dirsə xana dediyi “Oğlıη səni öldürmədin sən 

                                                            

1

 Kitabi-Dədə Qorqud. Bakı, 1988, səh.135. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

385

 

oğlıηı öldüri görgil!” kimi cümlələrin semantik yükünü əsas götü-



rüb. Amma bu da var ki, Vatikan nüsxəsindəki “qurt siηirli” ifa-

dəsi olmasa belə, yenə də “Dərsə xan Qorqut siηirli qatı yayın əli-

nə aldı” cümləsindəki söz sırası “Qorqut siηirli” ifadəsini  məhz 

Dirsə xana aid etməyə əsas vermir. Maraqlıdır ki, S.Əlizadə “Ki-

tab”ın Vatikan nüsxəsindəki “qurt siηirli” ifadəsinə “Kitab”ın 

1988-ci il, eləcə də 2000-ci il nəşrlərində  münasibət bildirməyib 

(bu nəşrlərdən birincisi F.Zeynalovla S.Əlizadəyə, ikincisi isə 

S.Əlizadəyə məxsusdur). Bəlkə də, elə bunun nəticəsidir ki, Azər-

baycan qorqudşünaslığında “Qorqut siηirli” və “qurt siηirli” ifa-

dələri geniş şəkildə araşdırılmayıb. Burada təkcə onu qeyd etmək 

kifayətdir ki, “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”ndə (Bakı, 

1999) nə “Qorqut siηirli”, nə də ki “qurt siηirli” ifadələrinin izahı-

na rast gəlinir. Ən təəccüblüsü isə budur ki, həmin lüğətdə “qurd” 

(canavar) sözü konkret olaraq təqdim olunmur. Halbuki “qurd” 

sözü “Kitab”da 12 dəfə işlənib: quduz qurt, qurd yüzi mübarəkdir, 

qurtlar-quşlar... Digər araşdırmalara nəzər salaq: X.Koroğlu “Qor-

qud sinirli” və “qurt sinirli” ifadələrində “döyüşçü Qorqud” ob-

razının yaşadığını  əsaslandırmağa çalışır: “Boyda xırda bir detal 

da var və təəssüflər olsun ki, oğuzların qədim tarixi öyrənilmədi-

yindən yozuma gəlmir. Oğulun öldürülməsi epizodunda oxuyuruq: 

“Dirsə xan Qorqud (qurt) sinirli qatı yayın  əlinə aldı”. “Qorqud 

Kitab”ının bütün boylarında Qorquddan yalnız qüdrətli nəğməkar, 

məsləhətçi kimi danışılır, onun döyüşçü kimi bacarığından söhbət 

getmir. Bu, Qorqudun döyüş işi ilə bağlılığının yeganə təsdiqidir. 

Qorqud döyüşçü obrazını  yalnız ilkin mənbələr qoruyub saxlayıb-

dır”


1

Vatikan nüsxəsində işlənmiş “qurt siηirli” ifadəsi ilə bağlı 



O.Ş.Gökyay göstərir ki: “kiriş (yay ipi) xam dəridən düzəldilir, 

bunun da  ən yaxşısı  dəvə dərisidir, çünki dəvə dərisi də xam ipək 

kimi qışda və yazda eyni qalır, büzülmür... “Dədə Qorqud” dasta-

nında bir yerdə kirişin qurd sinirindən , bir yerdə də buğa dərisin-

                                                            

1

 X.Koroğlu. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999, səh.105. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

386

 

dən düzəldildiyi söylənilir...”



1

; Həmin ifadə V.V.Bartoldun tərcü-

məsində belə verilib: “со страшной тетивой  (qorxulu, vahiməli 

yay ipi)


2

; A.N.Kononov Vatikan nüsxəsindəki “qurt siηirli” ifadə-

sindən bəhs edərkən V.V.Bartold və E.Rossiyə  əsaslanır və belə 

bir  şərh verir: “с  тетивой  из  жил  волка” (qurd damarından yay 

kirişi)

3

... Bir məqamı da qeyd edək ki, “Kitab”ın  poetik struktu-



runda dəvə  dərisindən oxqabı bağı  və üzəngi qayışının düzəldil-

məsi Qanturalı ilə bağlı verilmiş epizodlarda obrazlı şəkildə can-

landırılıb: “Bir dəxi urdı, dəvə ayağı üzərinə turımadı, yıqıldı. Ba-

sub iki yerdən boğazladı. Arqasından eki qayış  çıqardı. Təkurun 

öginə  bıraqdı. Aydır: “Aqınçılarıη tirkəşi bağı, üzəngüsi qayısı 

üzülür, dikməgə gərək olur...” (D-189). Bu detal ilk dövrlərdə yay 

kirişi qurd sinirindən düzəldilmişdir – ehtimalını qüvvətləndirir. 

Amma bu da var ki, mötəbər mənbələr  bu cür şərhlərin ehtimal 

olaraq qalmasına imkan vermir. Bu məqamda M.Kaşğarinin 

“Divan”ı  ən mötəbər mənbə statusunda çıxış edir. Çünki müəllif 

“yay”a sinirin sarınmasını, bağlanmasını açıq-aydın  şəkildə  şərh 

edib: “sinqirlədi: ol yasın sinqirlədi = 0, yayına sinir sarıdı. Başqa-

sı da belədir: sinqirlər – sinqirləmək” (III cild, səh.354). Bütün 

bunlarla  yanaşı, H.İsmayılovun “Qorqut” şəxs adının  etimologi-

yası ilə bağlı söylədiyi fikirlərə də diqqət yetirək: “Vatikan nüsxə-

sində “Qorqurt” yazılış  şəkli (bax:  KDQ ensiklopediyası, s.311, 

yuxarıdan aşağı 3-cü sətir) orfoqrafik bir xəta olmayıb, katibin 

“Qorqud” adı ilə bağlı  əlavə informasiyasının olduğundan xəbər 

verir; bu anlamda, “Qorqut” – “qoru qurt” (qoruyucu qurt) kimi 

izah oluna bilər...”

4

. Müəllifin bu tezislərini mifoloji arxetiplər 



kontekstində təhlil süzgəcindən keçirən S.Rzasoy problemin bütün 

tərəflərinə aydınlıq gətirməyə çalışır: “Qorqud adının “Qorqurt 

yazılış şəkli mətn altından, mətnin ən üstdə dayanan birinci süjet 

                                                            

1

 O.Ş.Gökyay. Dedem Korkudun kitabı. İstanbul, 2000, səh.CCCLXII 



2

 Книга моего Деда Коркута. Москва-Ленинград, 1962, с.18. 

3

 Yenə orada, səh.262. 



4

 S.Rzasoy. Folklorlaşan alim ömrü. Bakı, 2007, səh.173. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

387

 

planının keçmişində qalmış ikinci süjet  planına gəlir (hətta  Vati-



kan nüsxəsinin katibinin daha əski mətndən köçürmə prosesində 

həm də “Qorqurt” yazılış şəklini “Qorqud”a “transliterasiya” etdi-

yini ehtimal etmək də tamamilə məntiqidir). Digər tərəfdən, “Qor-

qurt” yazılış  şəkli mifoloji arxetiplərin transformasiyasının qanu-

nauyğunluqları  çərçivəsindədir...”

1

. Bu fikirlər, eyni zamanda 



V.V.Bartold, O.Ş.Gökyay, A.N.Kononov kimi alimlərin tutarlı ar-

qumentləri,  ən  əsası isə M.Kaşğarinin “Divan”ındakı  təkzibedil-

məz faktlar  “Qorqut siηirli” və “qurt siηirli” ifadələrinin eyni se-

mantik yuvaya daxil olduğunu təsdiqləyir. Bu da belə bir fikri 

reallaşdırır: qədim türklərin ilk yaylarının kirişi qurd (canavar) 

damarından olub. Bu fikrin düzgünlüyünü Azərbaycan, ümumən 

türk folklorundakı deyimlərlə də arqumentləşdirmək mümkündür: 

Qurd dərisinə girənin kürəkləri ağrımaz; Qurd dərisindən kəmər 

bağlayan qüvvətli olar; Qurd ürəyi yeyən qorxmaz olar; Qurdun 

aşığını topuğuna bağlayan iti qaçar... Yeri gəlmişkən, bu  tip de-

yimlərə təkcə qədim türk mifologiyası yox, həm də qədim türk et-

noqrafiyası kontekstində yanaşılmalı, onların gerçək həyatla bağ-

lılıq dərəcəsi müəyyənləşdirilməlidir. 

 

Sadaqda oxum kişin dələr 



 

Bu misradakı “dələr” sözünün transkripsiyası  və semanti-

kası (dəlmək feli) qorqudşünaslıqda birmənalı olaraq qəbul edilir. 

Yəni “Kitab”ın H.Araslı, O.Ş.Gökyay, M.Ergin, Zeynalov-Əliza-

də və başqa nəşrlərində məhz “dələr” şəklindədir. V.V.Bartoldun 

tərcüməsində  də “dələr” sözünün semantikasına uyğun verilib: 

“разбивать” (sındırmaq, qırmaq...)

2

. Müxtəlif  mənbələrə istinad  



edən A.N.Kononov həmin  misradakı “dələr” sözünün “разби-

вать” yox,  “дырявить” (dəlmək) kimi  tərcüməsini düzgün hesab 

                                                            

1

 S.Rzasoy. Folklorlaşan alim ömrü. Bakı, 2007, səh.125. 



2

 Книга моего Деда Коркута. Москва-Ленинград, 1962, с.82. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

388

 

edir



1

. Bütün bunlar təbii qarşılanır: çünki “Kitab”ın  Drezden nüs-

xəsindəki yazılış şəkli  (D-248:  

رلد )  daha çox  “dələr”  kimi oxu-

nur; ikincisi, sonrakı misrada (Yanımda yigitlərim savaş dilər) 

işlənmiş “dilər” sözündə “ د “ hərfindən sonra “ي“ hərfinin yazıl-

masıdır: “ د

ي

رل ” (D-248). Bu, qorqudşünasları çaşdıran ən əsas de-



taldır. Belə ki, “dilər” sözü “Kitab”ın Drezden nüsxəsində    həm 

“رلد”, həm də “ د

ي

رل ” şəklində yazılıb (aşağıdakı nümunələrə bax); 



digər tərəfdən, bəlkə  də, qorqudşünaslar həmin parçadakı “Qara 

polad uz qılıcum qının toğrar” cümləsinin ümumi semantik yükü-

nə görə həmin yazılış şəklini assosiativ olaraq “dələr” kimi trans-

kripsiya ediblər. Maraqlıdır ki, bu oxunuş forması son  dövrlərdə 

“Kitab”a dair çap olunmuş lüğətlərdə eynilə saxlanılmış, bir sıra 

monoqrafiyalarda isə  işləndiyi misra (Sadaqda oxum kişin dələr) 

daxilində təhlilə cəlb edilmişdir. Məsələn: həmin misra Zeynalov-

Əlizadə nəşrində (Bakı, 1988) belə sadələşdirilib: “Oxlarım öz qa-

bının kişini dəlir” (səh.206); “Kitabi-Dədə Qorqud”un izahlı lü-

ğəti”ndə (Bakı, 1999) “dəlmək” sözü “deşmək” mənasında verilib: 

“Sadaqda oxum kişin dələr” (səh.73);  burada bir ziddiyyətli 

məqamdan yan keçmək olmur: F.Parənci və  Ə.Sadıqov “Kitabi-

Dədə Qorqud”un izahlı lüğəti”ni tərtib edən müəlliflərdəndir; hər 

ikisi lüğəti tərtib edərkən “Kitab”ın 1988-ci il Bakı nəşrinə istinad 

edib; bunlardan birincisi (F.Parənci) “dəlmək” sözünün “Sadaqda 

oxum kişin dələr” (Bakı, 1988, səh.108) misrasında işləndiyini 

göstərir (Bakı, 1999, səh.73), ikincisi isə (Ə.Sadıqov) mənbə kimi 

“Kitab”ın 1988-ci il Bakı  nəşrini göstərsə  də (səh.108), heç bir 

şərh vermədən həmin misradakı dörd sözdən üçünü tam başqa for-

mada təqdim edir (sadaqda-sadaqla, kiş-keş, dilərdilər): “Sadaqla 

oxum keşin dilər” (Bakı, 1999, səh.148). Bu cür ziddiyyətli 

təqdimata iki bucaqdan münasibət bildirmək lazım gəlir: Ə.Sadı-

qov mənbə kimi “Kitab”ın 1988-ci il Bakı nəşrini göstərdiyi üçün 

texniki qüsur hesab oluna bilər; Zeynalov-Əlizadə  nəşrindəki 

oxunuş forması mətnin semantikası ilə səsləşmədiyi üçün Ə.Sadı-

                                                            

1

 Книга моего Деда Коркута. Москва-Ленинград, 1962, с.276. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin