ƏZİzxan tanriverdi



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə43/53
tarix31.01.2017
ölçüsü2,9 Mb.
#7253
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

429

 

Dəmür Tonlu Mamaq ... Bu cür adlar müasir türk, o cümlədən 



Azərbaycan antroponimikası baxımından da səciyyəvidir: Qılınc, 

Qılıncxan, Kaman, Kamandar, Gürzalı...; Burada bir məqam  da 

yada düşür: “qılınc” apelyativi İsa Hüseynovun “İdeal” romanında 

ləqəb kimi müşahidə olunur: Qılınc Qurban; 

− “Kitab”da təsvir olunan qılıc, yay-ox, sapan, dəpər, sügü 

kimi silah adları  qədim türk hərb sənətinin atributları kimi çıxış 

edir;  

− Rus dilindəki türk mənşəli sözlər sırasında silah və silah 



hissələrinin adları xüsusi yer tutur: саадак, топор, кинжал… Rus 

dilinə türk dillərindən daxil olmuş bu tip sözlərin hər biri “Ki-

tab”dakı forma və semantikasına uyğundur: sadaq, dəpər, xəncər... 

− “Kitab”dakı çoxsaylı obrazlı ifadələrin tərkibində silah 

adları açıq-aydın şəkildə görünür: qılıcı altından keçmək, qılıc qı-

nını doğramaq, ıldız kibi parlayıb gələn  kafir cidası, oxa sancıl-

maq, qurulu yaya bəηzər  çatma qaş, buynızı almas cida kibi bu-

ğa... Türk poetik təfəkkürü ilə yoğrulmuş bu ifadələrin hər birində 

silah adlarının məntiqi mərkəz funksiyasında çıxış etməsini və ya 

bunların hər birinin məhz silah adlarının assosiativliyi ilə yaran-

masını başqa faktlarla təsdiqləməyə ehtiyac qalmır. Burada o da 

vurğulanmalıdır ki, təqdim etdiyimiz obrazlı ifadələrə “Kitab”ın 

hər səhifəsində rast gəlinir. Bu da təsadüfi hesab oluna bilməz. 

Çünki “Kitab”, hər  şeydən  əvvəl, qəhrəmanlıq eposudur. Yeri 

gəlmişkən, müasir dilimizdəki “qılıncının dalı da kəsir, qabağı 

da”, “qılınca sarılmaq”, “yaya dönmək”, “ox atıb yayını gizlət-

mək” və s. kimi çoxsaylı frazeoloji vahidlər də “Kitab”la səsləşir, 

sanki onların hər biri “Kitab”ın poetik strukturundan süzülüb 

gəlib;  

− “Kitab”da  silah adlarından  əvvəl işlənmiş sözlər silah 

barədə dolğun təəssürat yaradır: qara polad uz qılıc, altmış tutan 

köndər, qarğu talı sügü, qayın oq, ağca tozlu qatı yay... Silah 

adlarının bu cür təqdimi sılahın nədən və necə hazırlanması barədə 

dəqiq nəticələr çıxarmağa imkan verir. Yəni silah adlarından əvvəl 

işlənmiş sözlərin informasiya tutumu çox dərin və  zəngindir. 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

430

 

Qorqudşünaslıqda daha çox epitetlər başlığı altında öyrənilən belə 



ifadələrin semantikası, görünməyən tərəfləri həm də digər mənbə-

lər kontekstində araşdırılmalıdır... Bütün bunlar “Kitab”dakı silah 

adlarının hər birinə ayrılıqda münasibət bildirməyi diktə edir. Bu 

mənada “Kitab”dakı silah adlarının aşağıdakı kimi səciyyələndiril-

məsini  məqsədəuyğun  hesab edirik:  

Yaraq. “Kitab”ın dilində intensivliyi ilə fərqlənən “yaraq” 

sözü barədə  Ə.Dəmirçizadə yazır: “Yaraq – “Kitabi-Dədə Qor-

qud”da ümumən hər cür “əhtac – gərək – alət” mənasında iş-

ləndiyi halda, Azərbaycan dilində bu məna daralmış, yəni müasir 

dildə ancaq “silah” mənasını ifadə edən bir söz kimi işlənir”

1

. Bu 



fikir digər dilçilər tərəfindən də müdafiə olunur. Amma “Ki-

tab”dakı “yaraq”  sözünə bir neçə prizmadan yanaşmaq lazım gə-

lir: silah da daxil olmaqla hər cür hazırlıq mənasında: av yarağı. 

“Çün av yarağı oldı, kim atın ögər, kim qılıcın, kim çəküb ox at-

mağın ögər” (D-237); mühüm bir işə hazırlıq mənasında: dügin 

yarağın görmək (toy hazırlığı görmək). “Ağır dügin yarağın gördi” 

(D-89); yaraq görmək (hazırlıq görmək). “Bazırganlar yaraq gör-

dilər” (D-95); “yaraqlu” düzəltmə sifəti daxilində  məhz “silah” 

mənasında: yaraqlu (silahlı). “Yaraqlu altmış adam seçiη, varsun-

lar, tutıb gətirsinlər” (D-263);  qoşa söz formasında: yadaq-yaraq 

(yataq-yaraq; silah da daxil olmaqla hər cür hazırlıq görmək). 

“Yadağı-yarağilə yola girdi” (D-202); frazeoloji vahid daxilində: 

baş yarağı eləmək (başına çarə eləmək, başını qorumaq...). “Baş 

yarağıη eyləη, üzəriηüzə yağı  gəlür” (D-243); Maraqlıdır ki, 

“yaraq” sözü “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində yalnız 

“silah” mənasında təqdim olunub (Bakı, 1999, səh.103). 

H.Məmmədov isə “yaraq” sözünü “Kitab” və müasir Azər-

baycan dili kontekstində araşdıraraq düzgün nəticələr söyləmişdir: 

“Yaraq sözü də xalq deyimində “Dədə Qorqud” eposundakı geniş, 

bir neçə mənalığını saxlamışdır. Belə ki, “yaraqlandı getdi”, “üs-

tündə yarağın varmı?”, “yaraqsız çölə çıxma” və s. kimi deyimlər-

                                                            

1

 Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.145. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

431

 

də “yaraq” birbaşa silah mənasını daşıyır. Ancaq “yüz gün yaraq, 



bir gün gərək” atalar sözündə “yaraq” həm silah, həm də ehtiyac, 

gərək, “yar-yaraqlı adamdı”, “saxla bir gün yarağın olar”, “yarağın 

aşırsa apar” və s. dedikdə yaraq sözü ehtiyac, gərək mənasında iş-

lənir”


1

. Burada bir detalı da qeyd etmək zərurəti yaranır: “Kitab”ın 

dilində “yaraq” ismi əsasında yaranmış feillər işlənməyib. Azər-

baycan dili şivələrinin  əksəriyyətində isə kök morfemi “yaraq” 

olan feillər üstün mövqedə görünür: yaraqlanmaq, yaraqlandır-

maq, yaraqlandırılmaq, yaraqlatmaq... Maraqlıdır ki, şivələrimizdə 

bu tipli feillər əsasında yaranmış isimlər də mühafizə olunmaqda-

dır: yaraqlanma, yaraqlandırma, yaraqlandırılma, yaraqlatma... 



Qılıc. Qorqudşünaslıqda bu sözün işlənmə tezliyi belə gös-

tərilir: “173 dəfə “qılıc”, 1 dəfə “qılınc” şəklində”

2

. Drezden nüs-



xəsinin 267-ci səhifəsindəki “

ۊ

ي



كنجل ” yazılış  şəklinin transkripsi-

yası ilə bağlı fikirlərə 2002-ci ildə bu cür şərh vermişdik: “...M.Er-

ginin nəşrində “kılıcınuη”, F.Zeynalov və S.Əlizadənin nəşrində 

isə “qılıncınıη” (Qılıncının belçağına yabışdı kim, bunı çırpa, gör-

di kim, əlində qopuz var) şəklində verilmişdir. Bu faktlara istinad 

etsək, “Kitabi-Dədə Qorqud”da qılıc//qılınc paralelliyindən bəhs 

etməliyik... “Qılıc” sözü ilə bağlı yuxarıda təqdim etdiyimiz yazı-

lış  şəklinə diqqət yetirək:  Həmin yazılış  şəklində  cəmi bir “ن” 

hərfi var. Bu hərf isə “ج” hərfindən əvvəl yox, sonra yazılmışdır. 

Deməli, həmin yazılış şəkli “qılıncınıη” deyil, “qılıcınıη” şəklində 

oxunmalıdır. Onu da qeyd edək ki, “qılıc” sözü ilə bağlı təqdim et-

diyimiz yazılış  şəklinə oxşar yazılışlar F.Zeynalov və S.Əlizadə 

tərəfindən hazırlanmış “Tənqidi mətn” hissəsinin hər bir səhifəsin-

də (qılıc sözü iştirak edən cümlələr nəzərdə tutulur) “qılıc” kimi  

transkripsiya edilmişdir...”

3

. Digər tərəfdən, Azərbaycan dilinin 



qərb  şivələrində “qılıc” formasında mühafizə olunan həmin söz  

qədim türk mənbələrində  də “qılınc” yox, “kılıç”  şəklindədir: 

                                                            

1

 H.Məmmədli. Dünyanı düşündürən “Dədə Qorqud”. Bakı, 1999, səh.313. 



2

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.18. 

3

 Əzizxan Tanrıverdi.“Kitabi-Dədə Qorqud” və Qərb ləhcəsi.Bakı,2002,səh.47-48. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

432

 

Orxon-Yenisey abidələrində: kılıç; M.Kaşğarinin “Divan”ında: 



kılıç; Nəsiminin “Divan”ında: qılıc” (Həqdən  əzəli qılıc belüm-

də...)... Deməli, “Kitab”da qılıc//qılınc paralelliyindən deyil, bu 

sözün 174 dəfə  həm də “qılıc” şəklində  işlənməsindən bəhs et-

məliyik. Amma bu da var ki,  bir sıra cümlə modellərində “qılıc” 

sözünün ellipsisə  uğradığı açıq-aydın görünür. Məsələn, “Mərə, 

bənim oğlım başmı  kəsdi, qanmı dökdi” (D-74); “Baş  kəsmədiη, 

qan dökmədiη” (D-125)... Bu tip  cümlələrdə “qılıc” sözünün 

ellipsisə  uğramasına elə “Kitab”ın dili kontekstində  nəzər salaq: 

“...qılıc çalub baş kəsdügim yerləri göstərəyim” (D-126). Müqayi-

sə  və qarşılaşdırmalar göstərir ki, “Kitab”ın dilində  tərkibində 

“başın kəsmək” ifadəsi işlənmiş cümlələrdə hətta qılıc (qılınc) sö-

zü işlənməsə belə, yenə də söhbət “başın” məhz qılıncla kəsilmə-

sindən gedir (yuxarıdakı cümləyə bax: qılıc çalmaq→baş  kəs-

mək). Belə cümlələr isə “Dastan”ın dilində kifayət qədərdir. Qa-

zan xanın dilindən verilmiş  sonuncu cümlə də dediklərimizi arqu-

mentləşdirir: “Başın kəs!” (D-302). Bütün bunlar,  yəni “Kitab”ın 

dilində “qılıc” sözünün 174 dəfə işlənməsi, eləcə də onlarca cümlə 

modellərində “qılıc” sözünün ellipsisə  uğraması belə bir həqiqəti 

söyləməyə imkan verir: “Kitab” “qılıc” sözü  müstəvisində daha 

böyük və zəngin görünür ki, bu da təsadüfi deyil. Çünki “Kitab”, 

hər şeydən əvvəl, qəhrəmanlıq eposudur. 

  “Qılıc” sözünün  assosiativliyi “Kitab”ın dilində işlənmiş 



balçaq, qın, qəbzə, yılmaq kimi sözlərə də münasibət bildirməyi 

diktə edir: qılıncın dəstəyi, sapı, qəbzəsi anlamlı  “balçag” sözü  

“Kitab”da cəmi dörd dəfə  işlənib: “Qılıcınıη balçağı qan odaya 

gəldi” (D-194); “Gördilər kim, bu gəlin kişiniη qılıncınıη balçağı 

qanlu, oğlı görünməz” (D-194);   

Burada bir məqamı da qeyd edək ki,  Drezden nüsxəsinin 

268-ci səhifəsindəki yazılış şəkli (balçaq sözünün yazılışı nəzərdə 

tutulur) Zeynalov-Əlizadə nəşrində (Bakı, 1988) “belçağ” forma-

sında transkripsiya olunub: “Qılıncının belçağına yabışdı kim, bu-

nı  çırpa, gördi kim, əlində qopuz var” (səh.114). Bu cür oxunuş 

forması S.Əlizadə  nəşrində eynilə saxlanılıb (Bakı, 2000, 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

433

 

səh.102). O.Ş.Gökyayın nəşrində isə (İstanbul, 2000) “balçağına” 



şəklində verilib. M.Ergin də “balçağına” oxunuş formasını məqbul 

hesab edir (Ankara, 1958). A.Məmmədova “belçağ” oxunuş for-

masını  əsas götürərək yazır: “...bizcə, o, (yəni “belçaq” sözü – 

Ə.T.)  “arxa, son” mənasını verən və hələ DLT-də “qamçının ucu” 

anlamında rast gəldiyimiz bel və çağı sözlərindən  əmələ  gələn 

mürəkkəb sözdür. Bu leksik vahid qədim sözlərimizdəndir... 

A.Dilaçar bulqar türkcəsindən slavyan bulqarcasına keçən “bilər-

zik” mənalı belcuq kəlməsini misal göstərir”

1

. Maraqlı mülahizə-



lərdir. Amma eynilə  qəbul etmək olmaz: birincisi, ona görə ki, 

həmin yazılış şəklini qorqudşünasların əksəriyyəti məhz “balçağı” 

formasında oxuyub; ikincisi, bel (arxa) və çağı leksemlərinin qo-

vuşması nəticəsində “belçağı”  sözü  yaranmışdır – fikri məntiqli 

görünmür, müəllifin  əlavə olaraq arqument kimi gətirdiyi “bel-

cuq” sözü də bunu təkzib edir; üçüncüsü, “Kitab”ın dilindəki “bal-

çaq” sözünün kök və  şəkilçi morfemləri  M.Kaşğarinin “Di-

van”ındakı “bal” (ban) kök morfemi və çak (-çaq) şəkilçi mor-

feminin semantikası ilə eyni xətdə birləşir. M.Kaşğarinin “Di-

van”ında göstərilir: “Bakdı: koy bandı=qoyun bağlandı. Bir bağla 

bağlanan hər  şey üçün belə deyilir. Banır-banmak. “n” hərfi  “l”  

hərfindən çevrilmişdir  (II c., səh.53 ); -çak, -çək, -çuk, -çük şəkil-

çisi “Divan”da təkcə isimlərdən isim yaradan şəkilçi kimi yox, 

həm də feillərdən isim düzəldən şəkilçi kimi verilib: ör+çük (kə-

kil), bürün+çük (şal, kəlağayı) (I c., səh.166, 247). Bu qeydlər 

“Kitab”dakı “balçaq” sözü qılıncın dəstəyi, bağlanan yeri, sapı, 

qəbzəsi mənasında işlənib – qənaətini qüvvətləndirir. Əlavə edək 

ki, “Koroğlu” eposunda qılıncla bağlı “balçaq” yox, məhz “dəstə” 

(dəstək) sözü işlənib: “Koroğlu Qıratı minəndən sonra əynindəki 

kürkü çıxartdı, Misri qılıncının dəstəsindən yapışdı”; “xəncər, 

qılınc və s. kəsər silahları qoymaq üçün qab” anlamlı “qın” sözü 

“Kitab”da yalnız qılıncla bağlı işlədilib (qorqudşünaslıqda həm də 

“xəncər” qabı  mənasında təqdim olunur): 8 dəfə “qın”  şəklində 

                                                            

1

 A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı, 2009, səh.152-153. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

434

 

sadə söz kimi, 1 dəfə “qınlu”, 3 dəfə isə “qınsuz” düzəltmə  sifət-



ləri daxilində: “Zülfüqarıη  qınilə  qəbzəsi ağac” (D-55)... “Anda 

eki qılıc var: biri qınlu, biri qınsuz” (D-230)... Burada “qın” 

sözünün ellipsisə uğramasından da bəhs etmək mümkündür. Belə 

ki, “Qız aydır: “Qılıcıη geydir, yigit, murad ver, murad al, 

sarılalım!” (D-260) cümləsindəki “qılıc geydirmək” ifadəsi məhz 

qılıncla bağlıdır, qılıncın qına qoyulması mənasındadır. Yəni bura-

da həmin ifadənin məcazi mənada işlənməsi ilə bağlı fikir yürüt-

məyə ehtiyac qalmır. Bu mənada F.Zeynalov və S.Əlizadə həmin 

cümləni düzgün sadələşdirib: “Qız dedi: “Qılıncını  qınına qoy, 

igid, murad ver, murad al, bir-birimizə sarılaq” (Bakı, 1988, 

səh.210)...; “Kitab”ın dilində  işlənmiş  ərəb mənşəli, bir şeyin tu-

tulacaq yeri, qulpu, dəstəsi anlamlı “qəbzə” sözünə bir neçə priz-

madan yanaşmaq lazım gəlir: qılıncın dəstəyi mənasında: “Zülfü-

qarıη  qınilə  qəbzəsi  ağac!” (D-56). Bu cümlədəki “zülfüqar” 

İmam  Əlinin qılıncının adıdır, “qəbzə” də  qılınca aiddir, yəni 

“Zülfüqarıη  qəbzəsi”, “Əlinin qılıncının dəstəyi” mənasındadır; 

yayın dəstəyi mənasında: “Qəbzəsindən yay eki para oldı” (D-

108); məcazi mənada: bir evin, bir ailənin, bir nəslin dirəyi. “Dün-

lügü altun ban evimiη  qəbzəsi oğul!” (D-52). Yeri gəlmişkən, 

F.Parənci “Kitab”ın dilində “qəbzə” sözünün yalnız məcazi 

mənada işləndiyini göstərir ki, bu da həqiqətə uyğun deyil (bax: 

“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti. Bakı, 1999, səh.58). Belə 

ki, “Kitab”da “qəbzə” sözü təkcə  məcazi yox, həm də  həqiqi 

mənalarda işlənib (yuxarıdakı nümunələrə bax). Burada o da 

vurğulana bilər ki, “Kitab”ın  dilində  ərəb mənşəli “qəbzə” sözü 

türk mənşəli “balçaq” sözünün sinonimi kimi çıxış edir; qılıncının 

tiyəsi anlamlı  “yılmaq”  sözü  “Kitab”da cəmi bir dəfə  işlənib: 

“Qara polat uz qılıclar çalındı, yılmağı düşdi (D-63). O.Ş.Gökyay 

həmin sözü “yılmaq” yox, “yılman” şəklində oxuyub və belə  bir 

şərh verib: “yılman – bir silahın , bir alətin ucu, yaxud kəskin 

tərəfi, qılıncın uca yaxın olan yuxarı qismi, qılıncın iki ağızlı ucu; 

qılıncın, kamanın, bıcağın, mizrağın ağzı  və ya ucu” (İstanbul, 

2000, səh.303). Buradakı fikirləri eynilə  qəbul etmək  olmaz: 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

435

 

birincisi, Drezden nüsxəsindəki həmin yazılış  şəklini (səh.63) 



“yılmanı” deyil, yılmağı, yaxud yelmağı  şəklində transkripsiya 

etmək mümkündür. Həm də bu cür oxunuş formalarını H.Araslı 

(yelmağı), S.Əlizadə (yılmağı) kimi qorqudşünaslar düzgün hesab 

edirlər; ikincisi, “yılmağı” sözü “Kitab”da  kamanın, bıçağın, miz-

rağın yox, məhz qılıncın ağzı, tiyəsi mənasında işlənib; üçüncüsü, 

Zeynalov-Əlizadə  nəşrində “yılmağı düşmək” ifadəsi “tiyəsi 

korşalmaq” şəklində sadələşdirilib (Bakı, 1988, səh.148) ki, bu da 

mətnin semantikası ilə səsləşir.  

Qeyd etdiyimiz kimi, “Kitab”ın dilində “qılıc” intensivliyi 

ilə  fərqlənən sözlərdəndir. “Kitab”ın poetik strukturunda onun 

əhatə dairəsi o qədər genişdir ki, haqqında bir-iki kəlmə deməklə 

kifayətlənmək olmur. Bu mənada “qılıc” sözünə müxtəlif 

bucaqlardan yanaşmaq lazım gəlir. Məsələn, belə: 

− “Kitab”ın dilində “qılıc” daha çox sadə söz formasında 

işlənmişdir: “Kəndü qılıcıη qınına soqdı” (D-230); bir sıra düzəlt-

mə feillərdə “qılıc” sözü kök morfemi kimi çıxış edir; qılıclamaq 

(qılıncla vurmaq). “Tayıη namərd Aruz qaqdı, Beyrəgi oturduğu 

yerdə  qılıcladı” (D-300), “qılıclamaq” (qılıncla vuruşmaq, dö-

yüşmək). “...sərpə-sərpə meydanda qılıclaşdılar” (D-250); “qılıc” 

sözünün assosiativliyi ilə yaranmış frazeoloji vahidlər “Kitab”ın 

dilində üstün mövqedə  görünür: qılıcı altından keçmək (günahı-

nın bağışlanılmasını istəmək). “Qılıcı altından keçdi” (D-119); 

oturduğı yeri qılıcla almaq (döyüşərək ad qazanmaq, qılıncına 

hörmət etdirməyi bacarmaq). “...bu oturan bəglər hər biri oturduğı 

yeri qılıcıilə  ətməgilə alubdur” (D-254). Bu cümlədə iki frazem 

qovuşuq vəziyyətdədir: oturduğı yeri qılıcıilə almaq; oturduğı yeri 

ətməgilə (çörəyi ilə) almaq. Mətnin sonrakı hissələrində  həmin 

frazemlərin qovuşuq vəziyyətdə olması açıq-aydın  şəkildə görü-

nür: “Mərə, sən başmı  kəsdiη, qanmı tökdüη, acmı toyurduη, 

yalıncığmı tonatdıη! (D-254). 

Təqdim etdiyimiz frazemlərin sintez şəklində  təzahürünü 

belə modelləşdirmək olar: oturduğı yeri qılıcıilə almaq = baş 

kəsmək, qan tökmək; oturdığı yeri ətməgilə almaq=ac toyurmaq, 


 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

436

 

yalıncıq tonatmaq. Bu isə o deməkdir ki, qılıncla ad qazanmaq, 



eləcə  də çörəklə ad qazanmaq frazemləri “Kitab”ın dilində nis-

bətən başqa formada, həm də qovuşuq vəziyyətdə işlənib; qılıcın-

dan görmək (döyüşünü, savaşını  qəbul etməmək, bəyənməmək). 

“Qılıcumdanmı gördi, süfrəmdənmi gördi?” (D-11); qılıcına toğ-

ranmaq. Andların tərkibində işlənmiş bu frazem (Mərə qavat qızı, 

mən qılıcıma toğranayım, oxuma sancılayım! – D-260) “verdiyi 

sözü yerinə yetirməyənin, vəd edənin özünə ölüm arzulaması (əs-

lində, özünə qarğış etməsi) mənasındadır. K.Əliyev həmin fraze-

min semantikasından bəhs edərkən

1

 “qılıca toğranmaq = ölüm 



mənə haldır!” tezisini irəli sürür ki, bu da islamiyyətdən  əvvəlki 

inamların semantik yükü ilə  səsləşir; qılıcdan keçmək (qılıncla 

öldürmək). “Yedi kafər bəgi qılıcdan keçdi” (D-120); qılıc qının 

toğramaq (döyüş arzulamaq). “Qara polad uz qılıcum qının toğrar” 

(D-248); qılıc quşanmaq (belinə qılınc bağlamaq). “Oğul da qılıc 

quşanur baba ğeyrətiçün” (D-131); yalın qılıc tutmaq (siyirilmiş 

qılıncının baş  kəsmək üçün tam hazır vəziyyətdə saxlanması). 

“Altı cəllad əηsəηdə yalıη qılıc tutar//Ğafillicə görklü başıη kəsər” 

(D-187)... Bu frazeoloji vahidlərin hər biri Azərbaycan  dilinin, 

ümumən Oğuz qrupu türk dillərinin zənginlik göstəriciləri kimi 

çıxış edir; 

−  Oğuz igidləri Qazan xana döyüşə hazır olmaları barədə 

hesabat verərkən işlətdikləri ilk söz məhz “çal qılıcıη”dır: “Çal 

qılıcıη, ağam Qazan, yetdim!” – dedi” (D-60); “Çal qılıcıη, xanım 

Qazan, yetdim!” – dedi” (D-151)... Bu tip cümlələrdə Oğuz döv-

lətçiliyinin qüdrəti, türk hərb sənətinin zənginliyi yaşayır. Müqa-

yisələr göstərir ki, “ağam”, “xanım” kimi müraciət formalarının 

semantik tutumu çox dərindir: “Burada “ağam” hərbi müraciət 

forması kimi Qazan xanın hərbi rütbəsinin hamısından yüksək-

liyini bildirir və bu cinah komandirlərinin sərkərdəyə raportu kimi 

səslənir”

2

. Eyni zamanda bu cür raportlarda semantik dinamikanın 



                                                            

1

 K.Əliyev. Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.12. 



2

 T.Hacıyev.“Dədə Qorqud kitabı”: tariximizin ilk yazılı dərsliyi.Bakı,2014,səh.40. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

437

 

“çal qılıcıη” ifadəsi ilə başlanmasını da təsadüfi hesab etmək 



olmaz. Belə ifadələr  ən azı Atillanın müqəddəs qılıncını yada 

salır: “Atillanın hakimiyyət simvolu sapından yerə sancılmış  şə-

kildə tapılan müqəddəs bir qılınc idi. Atilla bu qılıncı tapdıqdan 

sonra yer üzünə hökm etməyi tanrı tərəfindən alnına yazılmış bir 

qədər  (alın yazısı – tale, qismət, qədər – Ə.T.) kimi qəbul etmiş 

və bundan sonra hərəkətlərini buna görə tənzimləmişdir...”

1

. “Qı-


lınca and içmə” ilə bağlı detallara S.Vurğunun “Vaqif” pyesində 

də rast gəlinir: “Eldar: And için qılınca!...  Əsgərlər qılınca and 

içirlər. Vuruşma davam edir...”; 

− “Kitab”ın “müqəddimə” hissəsindəki  atalar sözləri və 

zərbi-məsəllər sırasında tərkibində “qılıc” sözü işlənənlər diqqəti 

xüsusi olaraq cəlb edir: 

 

Qara polad uz qılıcı  çalmayınca qırım dönməz; 



Çalub-kəsər uz qılıcı müxənnətlər çalınca, çalmasa yeg!; 

Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg!;  

Qılıc çaldı, din açdı şahi-mərdan Əli görkli. 

Təqdim etdiyimiz bu deyimlərin hər biri boylardan süzülüb 

gələn məntiqi nəticələr kimi çıxış edir. Burada yalnız sonuncu 

deyimi boylardakı  bəzi misralarla qarşılaşdırmaqla kifatətlənirik: 

müqəddimədə: “Qılıc çaldı, din açdı şahi-mərdan Əli görkli” –  

II boyda: “Zülfüqarıη qınilə qəbzəsi ağac!” (D-56); 

XI boyda: “Məhəmmədin dini eşqinə qılıc urdım” (D-277). 

Qarşılaşdırılan nümunələrin eyni semantik şaxədə birləşdiyi açıq-

aşkar  şəkildə görünür (bu cür nümunələrin “Kitab”a sonradan 

əlavə edildiyi qorqudşünaslığa çoxdan bəllidir); 

− “Kitab”da qılınc, at və qəhrəman obrazları bir-birini tamam-

layır ki, bu da qəhrəmanlıq eposları üçün ən səciyyəvi cəhətlər-

dəndir: “Əgrəgi zindandan çıqardılar. Saçı-saqalını yüldilər. Bir 

at, bir qılıc verdilər” (D-265-266). Bu cəhət alqış dualarında da 

qabarıq  şəkildə görünür. Belə ki, “at” və “qılıc” sözləri işlənmiş 

                                                            

1

 Bahəddin Ögəl. Türk mifologiyası. I cild, Bakı, 2006, səh.333. 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

438

 

misralar ardıcıl olaraq sıralanıb ki, bu da bütövlükdə həmin mis-



raları eyni semantik şaxədə birləşdirir: “Çaparkən ağ-boz atıη büd-

rəməsün! Çalışanda qara polat uz qılıcıη güdəlməsün” (D-154). 

Bu misraların ümumi semantik yükü də  qılınc, at və  qəhrəman 

obrazlarının vəhdətdə təqdim olunduğunu təsdiqləyir;  

− “qılıc” qəhrəmanı  səciyyələndirən  ən mühüm vasitələrdən 

biri kimi çıxış edir: Oğuz igidi Qaraca çoban öz əyri başlı çövka-

nını kafirin qılıncından üstün hesab edir: “Qılıcuηı  nə ögərsən, 

mərə kafər!  Əgri başlu çokanımca gəlməz maηa!” (D-41); Kafir 

Bəkil oğlu Əmranın böyük və iti qılıncını gödək adlandıraraq  onu 

aşağılamaq istəyir: “Qara polad uz qılıcı gödək oğlan” (D-247)... 

Burada qılıncın aşağılanmasını bir bədii priyom kimi qəbul etmək 

lazımdır; 

− sintaktik bütövlərdə silahların adı  çəkilərkən ilk olaraq 

“qılıc” sözünün verilməsi təsadüfi  deyil. Bu, həmin dövrlərdə 

qılıncın ən əsas silah olduğunu qabarıq şəkildə göstərir: 

 

“...Qara polad uz qılıcıη maηa vergil, 



Ğafillücə başlar kəsim səniηçün! 

Qarğu talı sügüηi maηa vergil, 

Köksündən ər sancayım səniη içün! 

Ağ yeləklü ötkün oxıη maηa vergil,  

Ərdən ərə keçirəyim səniη içün!...” (D-245-246) 

Göründüyü kimi, sintaktik bütövdə  qəhrəmanın  əvvəlcə 

qılınc, sonra isə süngü və ox istəməsi poetik şəkildə  canlan-

dırılıb. Bu cəhət digər parçalarda da açıq-aşkar şəkildə görünür: 

 

“...Qara polad uz qılıcı gödək oğlan! 



Əlindəki sügüsi sınıq oğlan! 

Ağ tozlu yayı gedə oğlan!..” (D-247) 

Kafirin dilindən verilmiş bu parçada da bir silah növü kimi 

əvvəlcə  qılıncın adı çəkilir, semantik dinamika məhz “qılıc” sözü-

nün assosiativliyi kontekstində davam etdirilir: kafir Oğuz igidinin 

silahlarının zəifliyinə işarə edir: Oğuz igidinə qılıncı gödək, sün-



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin