F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1



Yüklə 0,92 Mb.
səhifə3/12
tarix01.01.2017
ölçüsü0,92 Mb.
#3892
1   2   3   4   5   6   7   8   9   ...   12

«Lakin məməli heyvanlarda əqli inkişaf dərəcəsi ilə cinsi əlaqə forması arasında qətiyyən ciddi bir uyğunluq yoxdur».

Espinas isə («Heyvan cəmiyyətləri haqqında», 1877) açıqca deyir:

«Sürü–heyvanlarda müşahidə edə bildiyimiz ən yüksək sosial qrupdur. Bu qrup, görünür, ailələrdən ibarətdir; lakin artıq lap əvvəldən ailə ilə sürü arasında antaqonizm vardır, bunların inkişafı arasında tərs asılılıq vardır».

Artıq yuxarıda deyilənlərdən göründüyü kimi, insana bənzər meymunların birlikdə yaşayan ailə və başqa qrupları haqqında biz demək olar müəyyən heç bir şey bilmirik; əldə olan mə'lumatlar bir-birinə açıqca ziddir. Bu isə təəccüblü deyildir. Hətta vəhşi insan tayfaları haqqında əlimizdə olan mə'lumat da nə qədər ziddiyyətlidir və tənqidi surətdə yoxlanıb təshih olunmağa nə qədər ehtiyacı vardır! Meymun birliklərini müşahidə etmək isə, insan birliklərini müşahidə etməkdən daha çox çətindir. Deməli, qətiyyən me'təbər olmayan bu cür mə'lumat əsasında çıxarılmış hər cür nəticələri biz hələlik rədd etməliyik.

Espinasın yuxarıda qeyd edilən müddəası isə, əksinə, bizə daha möhkəm bir dayaq nöqtəsi verir. Ali heyvanlarda sürü ilə ailə bir-birini tamamlamaq deyil, bir-birinə əksdir. Espinas çox yaxşı göstərir ki, çərə axıtma dövründə erkəklərin qısqanclığı sürünün birliyini zəiflədir və ya onu müvəqqəti olaraq pozur.

«Ailənin sıx birləşdiyi yerdə süru yalnız nadir bir istisna kimi yaranır. Azad cinsi əlaqələrin və ya poliqamiyanın hökm sürdüyu yerlərdə isə, əksinə, sürü demək olar öz-özünə əmələ gəlir... Sürünün əmələ gəlməsi üçün ailə əlaqələri zəifləməli və fərd yenidən azad olmalıdır. Buna görə də biz quşlarda mütəşəkkil dəstələrə bu qədər az rast gəlirik... Məməlilərdə isə, əksinə, məhz fərd ailə içərisində itib getmədiyinə görə, biz burada müəyyən dərəcəyə qədər mütəşəkkil birlik görürük... Buna görə də sürü birliyi duyğusu meydana gəldiyi zaman onun ailə birliyi duyğusundan daha böyük bir düşməni ola bilməz. Açıq deyək: əgər ailədən daha yüksək bir ictimai forma inkişaf etmişsə, bu ancaq onun sayəsində baş verə bilmişdir ki, həmin forma əsaslı dəyişikliklərə uğramış olan ailələri öz içərisində əritmişdir, həm də müstəsna hal deyildir ki, məhz bunun sayəsində həmin ailələr sonra hədsiz dərəcə daha əlverişli şəraitdə yenidən təşkil olunmağa imkan tapırdı» (Espinas, sitat gətirilən əsər; sitat Jiro-Tölonun «Nigahın və ailənin mənşəyi» əsərində gətirilmişdir, 1884, so!1. 518–520).



Buradan görünür ki, insan birlikləri haqqında retrospektiv əqli nəticələrə gəlmək üçün Heyvan birliklərinin muəyyən bir əhəmiyyəti varsa da, bu əhəmiyyət yalnız mənfidir. Bizim bildiyimizə görə, ali fəqərəli heyvanlarda yalnız iki ailə forması mə'lumdur: çoxarvadlılıq və ayrı-ayrı cütlər halında birgə yaşamaq; hər iki halda yalnız bir dənə yaşlı erkək, yalnız bir ər ola bilər. Erkəyin eyni zamanda heyvan ailəsini birləşdirən və məhdud edən qısqanclığı bu ailəni sürü ilə zidd vəziyyətə gətirir; bu qısqançlıq üzündən daha yüksək ünsiyyət forması olan sürü bə'zi hallarda dağılır, başqa hallarda çərə axıtma müddətində öz birliyini itirir və ya parçalanır, ən yaxşı halda isə onun sonrakı inkişafı ləngiyir. Təkcə bununla sübut etmək olar ki, heyvan ailəsi və ibtidai insan cəmiyyəti bir araya sığmayan şeylərdir, heyvan halından çıxmaqda olan ibtidai insanlarda da ya qətiyyən ailə olmamışdır, ya da onlarda, ən çoxu, heyvanlarda təsadüf edilməyən bir ailə olmuşdur. Qərarlaşma prosesində olan insan kimi silahsız bir heyvan hətta təcrid olunmuş həyat şəraitində də hələ az miqdarda davam gətirib qala bilərdi, bu zaman isə ən yüksək ünsiyyət forması ayrı-ayrı cütlər halında yaşamaqdan ibarətdir, ovçuların söylədiklərinə əsaslanan Vestermarkın iddia etdiyinə görə, qorillalar və şimpanzelər bu cür yaşayırlar. Lakin inkişaf prosesində heyvan halından çıxıb təbiətdə mə'lum olan ən böyük bir tərəqqiyə çatmaq üçün daha bir ünsür lazım idi; ayrıca bir fərdin özünü müdafiə üçün bacarıq çatıişazlığını sürünün birləşmiş qüvvəsi və kollektiv hərəkətləri ilə əsəzləmək lazım gəlirdi. İnsan halına keçilməsini hazırda insanabənzər meymunların yaşadığı şəraitə əsasən izah etmək qətiyyən mümkün olmazdı; bu meymunlar daha çox, ayrı düşmüş və tədriclə ölüb getməyə məhkum olan, hər halda tənəzzülə üz qoymuş yan xətlərtə'siri bağışlayır. Təkcə bu kifayətdir ki, onlarla ibtidai insan arasında ailə formalarını hər hansı şəkildə müqayisədən imtina edəsən. Axı yaşlı erkəklərin bir. birinə dözməsi, qısqanclıq olmaması elə böyük və çox yaşayan qrupların yaranması üçün birinci şərt olmuşdur' ki, ancaq həmin qruplar daxilində heyvan insana çevrilə bilərdi. Doğrudan da, tarixdə mövcud olduğunu qəti sübut edə biləcəyimiz və hələ indi də bə'zi yerlərdə öyrənilə bilən ən qədim, ən ibtidai ailə forması olaraq biz nəyə təsadüf edirik? Qrup nigahına, elə bir nigah formasına təsadüf edirik ki, bu.zaman bütöv kişi qrupları ilə bütöv qadın qrupları qarşılıqlı olaraq bir-birinə mənsub olur və qısqanclıq üçün az yer qalır. Sonra, inkişafın daha sonrakı pilləsində çoxərlilək kimi müstəsna bir formaya təsadüf edirik, bu isə hər hansı qısqanclıq duyğusuna daha( qrtıq dərəcədə biabırçı şəkildə ziddir və buna görə də heyvanlar arasında mə'lum deyildir. Lakin bizə mə'lum olan qrup nigahı formaları o qədər spesifik şəkildə dolaşmış şərait ilə qovuşmuş olur ki, bunlar cinsi əlaqənin daha erkən, daha bəsit formalarının, bununla da bərabər, nəticə e'tibarı ilə, heyvan halından insan halına keçid dövrünə müvafiq olan nizamsız cinsi əlaqələr dövrünün olduğunu zəruri surətdə göstərir; buna görə də heyvanlar arasında nigaha istinad edilməsi bizi məhz elə bir nöqtəyə aparıb çıxarır ki, belə bir istinad bizi həmişəlik olaraq bu nöqtədən uzaqlaşdırmalı idi.

Zira bu nə deməkdir: nizamsız cinsi əlaqələr? O deməkdir ki, bizim zamanımızda və ya daha əvvəlki bir zamanda olan qadağanedici məhdudiyyətlər onda qüvvədə deyildi. Biz qısqanclıqla şərtlənən məhdudiyyətin necə aradan qalxdığını artıq gördük. Qısqanclığın nisbətən sonralar inkişaf etmiş bir duyğu olduğunu isə qəti müəyyək edilmiş hesab etmək olar. Qanqarışıqlığı haqqındakı təsəvvür barəsində də eyni sözləri demək olar. Əvvəllər nəinki qardaş və bacı ər-arvad olurdu, indi hətta bir çox xalqlarda valideynlərlə uşaqlar arasında da cinsi əlaqəyə yol verilir. Bankroft («Şimali Amerikanın Sakit okean ştatlarının yerli tayfaları», 1875, I cild) Berinq boğazı sahilindəki kaviaklar və Alyaska yaxınlığındakı Kadyak adasının sakinləri, Britaniya Şimali Amerikasının daxit li hissəsindəki tinnelər arasında bu cür münasibətlər olduğunu göstərir; Leturno hindiçippeveylər arasında, Çilidəki kukuslar arasında, karaiblər, Hind-Çin yarımadasındakı karenlər arasında da bu cür faktlar olduğunu göstərir; parfyanlar, farslar, skiflər, hunnlar və başqaları haqqında qədim yunanların və romalıların söylədik, lərini hələ demirik. Nə qədər ki, yaxın qohumlar arasında cinsi əlaqənin nə demək olduğu kəşf edilməmişdi (bu isə bir kəşfdir; həm də son dərəcə qiymətli bir kəşfdir), valideynlərlə uşaqlar arasında cinsi əlaqələr müxtəlif nəsillərə mənsub başqa şəxslər arasındakı cinsi əlaqədən artıq bir nifrət oyada bilməzdi, bu isə indi də ən filister ölkələrdə baş verir və böyük bir.dəhşət doğurmur; hətta altmış yaşındakı qarımış «qızlar» da kifayət qədər varlı olduqda, bə'zən otuz yaşlı cavan kişilərə ərə gedirlər. Əgər bizo mə'lum olan ən erkən ailə formalarından, yaxın qohumlar arasında cinsi əlaqənin nə demək olması haqqında, bu formalarla əlaqədar olan tosəvvürlər–bizim təsəvvürlərimizdən tamamilə 'fərqli və çox vaxt bunlara açıqca zidd təsəvvürlər–bir kənara atılsa, yalnız nizamsız cinsi əlaqə forması adlandırıla biləcək bir forma alarıq. Bu ona görə nizamsız cinsi əlaqə formasıdır ki, sonralar adət gücünə qoyulan məhdudluq hələ yox idi. Lakin buradan hələ heç də gündəlik həyatda bu əlaqələrin tam nizamsızlığının labüdlüyü nəticəsi çıxmır. İndi hətta qrup nigahında da çox təsadüf edildiyi kimi ayrı-ayrı cütlərin müvəqqəti olaraq birləşməsi heç də imkan xaricində deyildir. Həm də belə bir ibtidai halı inkar edən tədqiqatçıların ən yenisi Vestermark uşaq doğulana qədər hər iki cinsin cüt yaşadığı hər bir halınigah adlandırırsa, onda demək lazımdır ki, nizamsız cinsi əlaqələr zamanı da bu cür nigah tamamilə ola bilərdi və bu, nizamsızlığa, yə'ni cinsi əlaqə üçün adət gücünə qoyulan məhdudluğup olmamasına qətiyyən zidd deyildir. Doğrudur, Vestermark belə bir baxışa əsaslanır ki,

«Nizamsızlıq fərdi meylləri əzməyi də ehtiva edir», belə ki, «onun ən həqiqi forması fahişəlikdir».

Mənə isə; əksinə, belə gəlir ki, ibtidai şəraitə fahişəxana çeşməyindən baxıldıqca, bu şərait əsla başa düşülə bilməz. Qrup nigahı araşdırılarkən biz bu məsələyə qayıdacağıq.



Morqanın dediyinə görə, bu ibtidai nizamsız cinsi əlaqələr halından, görünür, çox erkən aşağıdakılar inkişaf etmişdir:

1. Qan qohumluğu olan ailə–ailənin birinci pilləsi. Burada nigahlı qruplar nəsillər üzrə bölünmüşdür: bütün babalar və nənələr, həmçinin, onların uşaqları, yə'ni ata və analar da ailə daxilində bir-biri üçün ər-arvaddır; ata və anaların uşaqları da ümumi ər-arvadların üçüncu dairəsini təşkil edir, bunların uşaqları, yə'ni əvvəlkilərin nəticələri isə dördüncü dairə təşkil edirlər. Beləliklə, bu ailə formasında yalnız babalarla övladlar arasında, valideynlərlə uşaqlar arasında qarşılıqlı ər-arvad (müasir dillə desək) hüquqlarına və vəzifələrinə yol verilmir. Bacılar və qardaşlar–doğma, ikinçi, üçüncü pilləli və qohumluq dərəcəsi daha uzaq olan bacıların və qardaşların hamısı bir-birinin bacı və qardaşı hesab olunur və artıq buna görə bir-birinin ər və arvadı hesab olunur. Ailənin bu pilləsində qardaşla bacının qohumluq münasibəti özlüyündə təbii hesab olunan cinsi əlaqəni də ehtiva edir (Marks 1882-ci ilin yazında bir məktubunda7 Vaqnerin «Nibelunqlar»ının mətnində ibtidai dövrün tamamilə təhrif oluvmasından ən kəskin ifadələrdə bəhs edir: «Heç eşidilmişdirmi ki, qardaş öz bacısını arvadı kimi qucaqlasın?»8 Vaqnerin öz məhəbbət macəralarına bir qədər yaxın qohumlar arasında cinsi əlaqələr qatmaqla tam müasir qaydada daha çox cazibədarlıq verən «şəhvət allahları» barəsində Marks deyir: «İbtidai dövrdə bacı arvad olmuşdur və əxlaq buna yol verirdi (1884-cü il nəşrinə Engelsin. qeydi). Vaqnerin bir nəfər fransız dostu [Bonye] və pərəstişkarı bu qeydlə razı olmayıb deyir ki, artıq Vaqnerin əsaslandığı «Böyük Edda» əsərində, «Eqisdrekka»da9, Loki Freyanı belə məzəmmət edir: «Sən allahlar qarşısında öz qardaşını qucaqladın». Buradan guya belə bir nəticə çıxır ki, artıq o zaman qardaşla bacı arasında nigah qadağan imiş. Lakin «Eqisdrekka» köhnə əsatirlərə inamın tamamilə aradan qalxdığı dövrü əks etdirir; bu allahlar haqqında tamamilə Lukian ruhunda bir satiradır. Əgər Mefistofel kimi Loki burada Freyanı belə məzəmmət edirsə, onda bu daha çox Vaqnerin əleyhinədir. Həm də bir neçə misradan sonra Loji Nyordra deyir: «Sən öz bacınla (belə bir) oğul bir törətmisən» (vidh systur thinni gaztu slikan mög). Doğrudur, Nyordr as deyil, vandır və «İnqlinqlər haqqında saqa»da o deyir ki, qardaşlarla bacılar arasında nigahlar vanlar ölkəsində adi bir haldır, aslarda isə belə bir şey yoxdur10. Bu da onu göstərə bilərdi ki, vanlar aslardan daha qədim allahlardır. Hər halda Nyordr özünə bərabər olan aslar arasında yaşayır və buna görə də «Eqisdrekka» daha çox bunu sübut edir ki, allahlar haqqında Norveç saqaları meydana gəldiyi dövrdə qardaşlarla bacılar arasında, hər halda allahlar içərisində, nigah hələ əsla nifrət doğurmurdu. Vaqnerə haqq qazandırmaq istədikdə, bəlkə də «Edda» əvəzinə Göteyə istinad etmak daha yaxşıdır, çünki o, allah və rəqqasə haqqındakı balladada qadınların mə'bədlərdə özlərini kişilərin ixtiyarına verməli olması kimi dini vəzifəsi barəsində yenə eyni səhvi edərək bu adəti müasir fahişəliklə həddindən çox yaxınlaşdırır (1891-ci il nəşrinə Engelsin əlavəsi).). Belə bir ailənin tipik nümunəsi elə bir cütün övladlarından ibarət olardı ki, onların heç bir sonrakı nəslində hamı bir-biri ilə qardaş və bacı olur və məhz buna görə də bir birinin ər və arvadı olur.

Qan qohumluğu olan ailə ölüb getmişdir. Tarixin bəhs etdiyi hətta ən vəhşi xalqlar arasında da bunun heç bir şəksiz" nümunəsini tapmaq olmaz. Lakin bütün Polineziyada hələ indi də qüvvədə qalan və yalnız həmin ailə formasında meydana gələ biləcək qan qohumluğu dərəcələrini ifadə edən havay qohumluq sistemi bizi razılaşmağa məcbur edir ki, belə bir ailə mövcud olmalı idi; ailənin bütün sonrakı inkişafı, ilkin zəruri pillə olaraq həmin formanın mövcud olduğunu nəzərdə tutan inkişafı bizi bununla razılaşmağa məcbur edir.

2. Punalua ailəsi. Əgər ailənin təşkilində irəliyə doğru ilk addım valideynlərlə uşaqlar arasında cinsi əlaqəni kənar etmək idisə, ikinci addım bacılarla qardaşlar arasında həmin əlaqəni kənar etmək olmuşdur. İştirakçıların yaş cəhətdən daha çox bərabər olması üzündən bu addım birincisindən sonsuz dərəcədə mühüm, lakin həmçinin çətin idi. Bu addım birdən-birə atılmamış, görünür («Görünür» sözü Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.), anabir (yə'ni ana tərəfdən olan) qardaşlarla bacılar arasında, əvvəlcə ayrı-ayrı hallarda cinsi əlaqəni kənar etməkdən başlanıb, sonra tədriclə bir qayda olmuş (Havay adalarında hələ bu əsrdə də istisnalar var idi) və hətta yan xətlərdə də, yə'ni bizim dildə desək, doğma qardaş və bacıların uşaqları, nəvələri və nəticələri üçün də nigahın qadağan edilməsi ilə nəticələnmişdir. Bu, Morqanın fikrincə, «təbii seçmə prinsipinin necə fəaliyyət göstərdiyini çox gözəl numayiş etdirir».

Şübhə yoxdur ki, yaxın qohumlar arasında cinsi əlaqənin bu addım sayəsində məhdulaşdırıldığı tayfalar qardaşlarla bacılar arasında nigahın bir qayda və vəzifə olaraq qaldığı tayfalardan daha sür'ətlə və daha mükəmməl inkişaf etməli idi. Bu addımın nə qədər qüvvətli tə'sir göstərdiyini isə, onun bilavasitə doğurduğu və əvvəlcə güdülən məqsəddən xeyli kənara çıxan qəbilə tə'sisi sübut edir, qəbilz isə yer üzündəki barbar xalqların çoxunda, bəlkə də hamısında ictimai qaydanın əsasını təşkil edir və biz Yunanıstan və Romada bundan bilavasitə sivilizasiya dövrünə keçirik.

Hər bir ilkin ailə ən geci bir neçə nəsildən sonra parçalanmalı idi. Barbarlığın orta pilləsinin lap tərəqqisinə qədər heç bir istisna olmadan hökm sürən ibtidai kommunist ümumi ev təsərrüfatı ailə icmasının maksimum ölçüsünü müəyyən edirdi və bu ölçü şəraitdən asılı olaraq dəyişilirdi, ancaq hər bir ayrıca yer üçün çox və ya az dərəcədə müəyyən idi. Lakin bir anadan olmuş uşaqlar arasında cinsi əlaqənin yolverilməzliyi təsəvvurü meydana gələn kimi, bu, köhnə ev icmalarının parçalanmasında və yenilərinin tə'sisində özünü göstərməli idi (həm də məcburi deyildi ki, bu icmalar ailəqrupuna uyğun gəlsin). Bir sıra və ya bir neçə sıra bacı bir icmanın özəyi olurdu. Qan qohumluğuna əsaslanan ailədən bu və ya buna bənzər bir yolla, Morqan tərəfindən punalua ailəsi adlandırılan ailə forması əmələ gəlmişdir. Havay adətinə görə, anabir və ya daha uzaq pilləli (ikinci, üçüncü və i.a. pilləli) qohum olan müəyyənqədər bacı öz ərlərinin ümumi arvadları idi, lakin həmin ərlər içərisindən onların qardaşları kənar edilirdi; bu ərlər bir-birini daha qardaş adlandırmırdılar, onlar daha qardaş olmamalı idilər, onlar «punalua», yə'ni yaxın yoldaş, necə deyərlər, «assoie» (şərik. Red.) olurdular, Eyni ilə anabir və ya daha uzaq pilləli qohum olan bir sıra qardaşlar müəyyən qədər qadınla ümumi nigahda olurdular, lakin həmin qadınlar onların öz bacıları olmur və bir-birini punalua adlandırırdılar. Ailə quruluşunun klassik forması belədir və bu forma sonralar bir sıra dəyişikliklərə uğramış, onun başlıca fərqləndirici cəhəti müəyyən ailə dairəsi daxilində ərlərin və arvadların qarşılıqlı ümumiliyindən ibarət olmuşdur, lakin həmin dairə içərisində arvadların əvvəlcə anabir qardaşları, sonralar isə daha uzaq pilləli qohum olan qardaşları, digər tərəfdən də həmçinin ərlərin bacıları kənar edilmişdir.

Məhz bu ailə forması Amerika sistemində öz ifadəsini tapan qohumluq dərəcələrini bizim qarşımızda tam dəqiqliyi ilə canlandırır. Mənim xalalarımın uşaqları hələ yenə anamın da uşaqları hesab olunur, həmçinin mənim əmilərimin uşaqları atamın da uşaqları hesab olunur və bunların hamısı mənim qardaşlarım və bacılarımdır; lakin mənim dayılarımın uşaqları indi anamın qardaşıoğulları və qardaşqızlarıdır, mənim bibilərimin uşaqları atamın bacıoğulları və bacıqızlarıdır və onlar hamısı mənim ikinci pilləli qardaşlarım və ikinci pilləli bacılarımdır. Doğrudan da, mənim xalalarımın ərləri hələ anamın da ərləri olaraq qaldıqları halda, həmçinin mənim əmilərimin arvadları atamın da arvadları olaraq qaldıqları halda–həmişə fe'lən olmasa da, yuridik cəhətdən belə idi,–doğma qardaşlarla bacılar arasında cinsi əlaqələrin cəmiyyət tərəfindən pislənməsi qardaşlarla bacıların indiyədək fərq qoyulmadan qardaş və bacı hesab olunan uşaqlarının iki zümrəyə bölünməsinə səbəb oldu: bir qismi yenə əvvəlki kimi qardaş və bacı olaraq qalır (uzaq qohumluq pillərində olanlar da), digər qismi–bir halda qardaş uşaqları, digər halda bacı uşaqları–daha qardaş və bacı ola bilmirlər, onların daha ümumi valideynləri–nə ümumi atası, nə ümumi anası, nə də birlikdə ümumi ata-anası olmur; buna görə də burada ilk dəfə olaraq qardaşbacı oğulları və qızları, ikinci pilləli qardaşlar və bacılar zümrəsinə ehtiyat yaranır, əvvəlki ailə quruluşunda isə bu, tamamilə mə'nasız olardı. Təknigahlılığın bu və ya başqa bir növü əsasında qurulmuş hər hansı ailə forması şəraitində xalis mə'nasızlıq kimi görünən Amerika qohumluq sistemi punalua ailəsində özünün ən xırda təfərrüatına qədər məntiqi surətdə izahını tapır və təbii şəkildə əsaslandırılır. Hər halda bu qohumluq sisteminin yayıldığı dərəcədə həmçinin punalua ailəsi və ya buna bənzər hər hansı bir forma («və ya buna bənzər hər hansı bir forma» sözləri Engels tərəfnidon 1891-ci il nəşrində əlavə edilmişdir.–Red.) mövcud olmalı idi.

Havay adalarında həqiqətən mövcud olduğu sübut edilmiş olan bu ailə forması haqqında biz yəqin ki, bütün Polineziyadan mə'lumat ala bilərdik, ancaq bu şərtlə ki, Amerikadakı rəhmətlik İspaniya rahibləri kimi, mö'min missionerlər də xristianlığa zidd olan bu cür münasibətlərdə sadəcə «rəzalətdən» artıq bir şey görə biləydilər (Baxofenin öz fikrincə onun kəşf etdiyi nizamsız cinsi əlaqə izləri, «günahlı hamiləlik» [«Sumpfzeugung»] adlandırılan şey qrup nigahına gətirib çıxarır və buna indi daha şubhə etmək olmaz. «Əgər Baxofen bu «punalua» nigahlarını «qanunsuz» hesab edirsə, onda o dövrün adamı ata və ya ana tərəfdən ikinci pilləli və daha uzaq qardaşlar və bacılar arasında indiki nigahların çoxunu qan qardaşları və bacıları arasında nigah kimi eyni dərəcədə yaxın qohumlar arasında cinsi əlaqə hesab edərdi» (Marks). [bax: «Marks və Engelsin arxivi», IX cild, səh. 187].). Sezar bizə o zaman barbarlığın orta pilləsində duran brittlər haqqında söylədikdə ki, «bunlarda hər on və ya on iki kişinin, həm də çox vaxt qardaşlarla qardaşların və valideynlərlə uşaqların ümumi arvadları vardır», bu hal qrup nigahının (1884-cü il nəşrində «qrup nigahının» sözləri əvəzində «punalua ailəsinin» çap edilmişdir. Red.) mövcud olması ilə ən yaxşı izah olunur. Barbarlıq dövründə anaların on-on iki nəfər elə yaşlı oğlu olmurdu ki, onların ümumi arvadları olaydı, halbuki punalua ailəsinə uyğun gələn Amerika qohumluq sistemində çoxlu qardaş olur, çünki hər bir kişinin bütün ikinci pilləli və daha uzaq qardaşları onun öz qardaşlarıdır, Sezar «valideynlərlə uşaqları» deyərkən, səhv edə bilərdi; doğrudur, bu sistem şəraitində ata ilə oğlun və ya ana ilə qızın eyni nigah qrupunda olması tam imkan xaricində deyildir, lakin ata ilə qızın və ya ana ilə oğlun bu qrupda olmasına yol verilmir. Eyni ilə bu və ya buna bənzər («və ya buna bənzər» sözləri Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.) qrup nigah formasına əsaslandıqda, vəhşi və barbar xalqlarda arvadların ümumiliyi haqqında heredotun və digər qədim müəlliflərin verdiyi mə'lumatı ən asanlıqla izah etmək olar. Bu deyilənlər Audda (Qanqdan şimalda) yaşayan tikurlar haqqında Uotson və Key tərəfindən verilən («Hindistanın əhalisi») mə'lumata da aiddir.

«Onlar böyük icmalar daxilində birgə» (cinsi əlaqədən bəhs olunur), «demək olar, nizamsız surətdə yaşayırlar və ikisi ər-arvad hesab olunursa, bu nigah əlaqəsi ancaq nominal əlaqədir».

Qəbilə tə'sisatı, görünür, ən çox hallarda bilavasitə punalua ailəsindən əmələ gəlmişdir. Doğrudur, Avstraliya nigah sinifləri11 sistemi də onun başlanğıc nöqtəsi ola bilərdi: avstraliyalılarda qəbilələr vardır, lakin onlarda hələ punalua ailəsi yoxdur, qrup nigahının daha kobud forması vardır (1884-cü il nəşrində «qrup nigahının daha kobud forması vardır» sözləri əvəzində çap edilmişdir: «lakin onların təşkili o qədər fərdi xarakter daşıyır ki, bunu nəzərə almağımıza ehtiyac qalmır». Red.).

Qrup ailəsinin bütün formalarında uşağın atasının kim olduğu mə'lum deyildir, lakin onun anasının kim olduğu mə'lumdur. Əgər ana ümumi ailənin bütün uşaqlarını öz uşaqları adlandırırsa və onlara münasibətdə analıq vəzifələri daşıyırsa da, hər halda öz doğma uşaqlarını qalanlarından fərqləndirir. Buradan aydındır ki, qrup nigahı mövcud olduğuna görə, mənşə yalnız ana tərəfindən müəyyən edilə bilər, buna görə də yalnız qadın xətti qəbul olunur. Bütün vəhşi xalqlarda və barbarlığın aşağı pilləsində duran bütün xalqlarda həqiqətən belə olur; Baxofenin ikinci böyük xidməti də bundadır ki, bunu birinci olaraq o kəşf etmişdir. Mənşənin yalnız ana xətti ilə qəbul olunmasını və zaman keçdikcə buradan inkişaf etmiş olan vərəsəlik münasibətlərini Baxofen ana hüququ adlandırır; mən qısalıq xatirinə bu adı saxlayıram; lakin bu ad namünasibdir, çünki cəmiyyətin bu inkişaf pilləsində hələ yuridik mə'nada hüquqdan danışmaq olmaz.

Əgər indi biz punalua ailəsindən onun hər iki tipik qrupunun birini, məhz bacılar qrupunu–anabir bacıları və daha uzaq qohumluq pillələrindən olan bacıları (yə'ni birinci, ikinci və daha uzaq nəsillərdəki anabir bacılardan əmələ gələnləri)–öz uşaqları və qardaşları ilə–anabir və ana tərəfdən daha uzaq qohumluq pillələrindən olanlarla birlikdə götürsək (bunlar, bizim şərtimizə görə, onların ərləri deyildirlər), onda biz qarşımızda məhz, sonradan ilkin formada qəbilənin üzvləri kimi meydana çıxan şəxslər dəstəsini görərik. Bunların hamısının ümumi bir ulu nənəsi vardır; onlar bu ulu nənədən törədiklərinə görə, hər nəslin bütün qadın övladları bacıdırlar. Lakin bu bacıların ərləri daha onların qardaşları ola bilməzlər, deməli, həmin ulu nənədən törəyə bilməzlər, deməli, qan qohumluğu olan bu qrupun, sonrakı qəbilənin tərkibinə daxil deyillər; onların uşaqları isə həmin qrupa mənsubdurlar, çünki yalnız ana xətti ilə olan mənşə həlledici rol oynayır, zira yalnız bu mənşə şübhəsizdir. Bütün qardaş və bacılar arasında, hətta ana tərə

findən yan xətlərdəki ən uzaq qohumlar arasında cinsi əlaqə qadağan edildikdə, həmin qrup qəbiləyə çevrildi, yə'ni qadın xətti ilə qan qohumluğu olan qəti müəyyən adamlar dəstəsindən ibarət oldu ki, bunlar da bir-biri ilə nigah əlaqəsinə girə bilməzlər və bu dəstə o zamandan e'tibarən başqa ümumi ictimai, həmçinin dini xarakterli tə'sisat sayəsində getdikcə daha artıq möhkəmlənir və eyni tayfanın başqa qəbilələrinə nisbətən getdikcə daha çox fərqləndirici əlamət kəsb edir. Bu barədə aşağıda daha ətraflı bəhs olunacaqdır. Lakin biz qəbilənin punalua ailəsindən yalnız zərurət üzündən deyil, həmçinin sadəcə təbii surətdə inkişaf etdiyini görürüksə, onda az qala şübhəsiz e'tiraf etməyə əsas vardır ki, qəbilə tə'sisatı aşkar edilə bilən bütün xalqlarda, yə’ni demək olar bütün barbar və mədəni xalqlarda keçmişdə həmin ailə forması mövcud olmuşdur («İkili ailə» bölməsinə qədər sonrakı mətn Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.).

Morqan öz kitabını yazdığı zaman qrup nigahı haqqında bizim mə'lumatımız hələ çox məhdud idi. Siniflər halında təşkil olunmuş avstraliyalılarda qrup nigahları hağqında bə'zi şeylər mə'lum idi və bundan əlavə, Morqan Havay punalua ailəsi haqqında ona gəlib çatan mə'lumatı artıq 1871-ci ildə dərc etdirmişdi. Punalua ailəsi, bir tərəfdən, Amerika hindiləri arasında hökm sürən və Morqanın bütün tədqiqatında onun üçün başlanğıc nöqtəsi olan qohumluq sisteminin tam izahını verirdi; digər tərəfdən də, bu ailə elə hazır bir başlanğıc nöqtəsi idi ki, ana hüququna əsaslanan qəbiləni buradan çıxarmaq mümkün idi; bu ailə, nəhayət, Avstraliya siniflərinə nisbətən olduqca yüksək bir inkişaf pilləsi idi. Buna görə də aydındır ki, Morqan bunu hökmən ikili nigahdan əvvəl gələn bir inkişaf pilləsi hesab edirdi və ən qədim zamanlarda onun hər yerdə yayıldığına isnad verirdi. O vaxtdan bəri biz qrup nigahının tam bir sıra başqa formaları ilə tanış olmuşuq və indi bilirik ki, Morqan burada çox uzağa getmişdir. Lakin hər halda xoşbəxtlikdən o öz punalua ailəsində qrup nigahının yüksək, klassik formasına təsadüf etmişdir, məhz elə bir formaya ki, ona əsaslanaraq daha yüksək bir formaya keçilməsini izah etmək çox asan olur.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin