F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1



Yüklə 0,92 Mb.
səhifə6/12
tarix01.01.2017
ölçüsü0,92 Mb.
#3892
1   2   3   4   5   6   7   8   9   ...   12
IV

YUNAN QƏBİLƏSİ

Pelasqlar və başqa həmtayfa xalqlar kimi, yunanlar da hələ tarixdən əvvəlki zamanlarda amerikalılar kimi eyni üzvi sıra ilə: qəbilə, fratriya, tayfa, tayfalar ittifaqı halında birləşmişdilər. Dorilərdə olduğu kimi, fratriya olmaya bilərdi, tayfalar ittifaqı heç də hər yerdə əmələ gəlməyə bilərdi, lakin bütün hallarda əsas özək qəbilə idi. Yunanlar tarix sahəsinə çıxdıqları zaman sivilizasiyanın kandarında dururdular; onlarla yuxarıda bəhs olunan Amerika tayfaları arasında, demək olar, iki böyük inkişaf dövrü var idi ki, qəhrəmanlıq dövründəki yunanlar irokezləri həmin dövrlər qədər ötüb keçmişdilər. Buna görə də yunanların qəbiləsi daha heç də irokezlərin arxaik qəbiləsi deyildir, qrup nigahı (1884-cü il nəşrində «qrup nigahı» sözləri əvəzində «punalua ailəsi» çap edilmişdir. Red.) möhrü nəzərə çarpacaq dərəcədə silinməyə başlayır. Ana hüququnun yerini ata hüququ tutmuşdu; bununla da meydana gəlməkdə olan xüsusi sərvət qəbilə quruluşuna ilk zərbəsini vurdu. İkinci zərbə birincisinin təbii nəticəsi idi: ata hüququ tətbiq ediləndən sonra varlı vərəsə qızın əmlakı bu qız ərə gedərkən ərin nxtiyarına, deməli, başqa qəbiləyə keçməli olduğuna görə, bütün qəbilə hüququnun əsası sarsıdı və qızın əmlakının öz qəbiləsində qalması üçün onun öz qəbiləsi daxilində ərə getməsinə nəinki yol verməyə başladılar, belə hallar üçün bunu hətta məcburi bir iş etdilər.

Qrotun yunan tarixinə görə, Afina qəbiləsi xüsusən aşaqıdakı əsaslar üzərində qurulmuşdu:

1. Ümumi dini bayramlar, ehtimala görə qəbilə banisi olan və belə bir bani olaraq xüsusi ad daşıyan müəyyən allah şərəfinə müqəddəs ayinlər icra etmək üçün kahinlərin müstəsna hüququ.

2. Ümumi dəfn yeri (müqayisə st: Demosfenin «Evbulid»i).

3. Qarşılıqlı vərəsəlik hüququ.

4. Zorakılıq olduğu halda bir-biriiə kömək etmək, bir-birini müdafiə etmək və bir-birinə yardım göstərmək kimi qarşılıqlı vəzifə.

5. Müəyyən hallarda, xüsusən yetim və ya vərəsə qızlar barəsində, qəbilə daxilində nigah əlaqəsinə girmək kimi qarşılıqlı hüquq və vəzifə.

6. Heç olmazsa bə'zi hallarda ümumi əmlakın olması, özlərinin arxontu (ağsaqqalı) və xəzinədarı olması.

Sonra, bir neçə qəbilə fratriya halında birləşmişdi, lakin əlaqələr az möhkəm idi; amma burada da biz bu cür qarşılıqlı hüquq və vəzifələr olduğunu, xüsusən müəyyən dini mərasimlərin birlikdə icra edildiyini və fratriya üzvü öldürüldükdə tə'qib etmək hüququ olduğunu görürük. Bir tayfadan olan bütün fratriyaların da nəciblər (evpatridlər) arasından seçilən filobasileyin (tayfa ağsaqqadının) başçılığı ilə müntəzəm surətdə təkrar edilən ümumi müqəddəs bayramları olurdu.

Qrot belə deyir. Marks isə buna əlavə edir: «Lakin yunan qəbiləsi daxilində də vəhşi (məsələn, İrokez) özünü aydın göstərir» (Bax: «Marks və Engelsin arxivi», IX cild, səh. 134. Red.). Əgər biz tədqiqatı bir qədər də davam etdirsək onu daha aydın görmək olar.

Doğrudan da, yunan qəbiləsinə aşağıdakı cəhətlər də xasdır:

7. Mənşə ata hüququna görə hesab olunur.

8. Vərəsə qızlarla nigahlar istisna olmaqla qəbilə daxilində nigahların qadağan edilməsi. Bu istisia və onun bir qanun şəklinə salınması təsdiq edir ki, köhnə qayda hələ qüvvədə idi. Bu həmçinin ümumən məcburi olan belə bir qaydadan irəli gəlir ki, qadın ərə getdikdə, bununla öz qəbiləsinin dini ayinlərində iştirak etməkdən imtina edirdi və ərinin fratriyasına daxil edilərək, onun ayinlərini qəbul edirdi. Buna əsasən, habelə Dikearxın əsərindəki mə'lum yerə əsasən, öz qəbiləsindən kənarda nigah bir qayda idi, Bekker isə «Xarikl»də açıqca belə hesab edir ki, heç kəs öz qəbiləsi daxilində nigah əlaqəsinə girə bilməzdi.

9. Qəbilənin oğulluğa götürmək hüququ; bu hüquq ailələrdən birinin oğulluğa götürməsi yolu ilə həyata keçirilirdi, lakin açıq rəsmiyyət gözlənilməli idi və yalnız müstəsna hallarda olurdu.

10. Ağsaqqalları seçmək və vəzifədən götürmək hüququ. Biz bilirik ki, hər qəbilənin öz arxontu var idi; bu vəzifənin müəyyən ailələrdə irsi olaraq keçməsindən heç yerdə bəhs edilmir. Güman edilməlidir ki, barbarlıq dövrünün axırlarına qədər həmişə vəzifələr ciddi surətdə («Ciddi surətdə» sözləri Engels tərəfindən 1891-ci il nəşrində əlavə edilmişdir. Red.) irsən keçmirdi, çünki vəzifənin irsən keçməsi qəbilə daxilində varlılarla yoxsulların tam hüquq bərabərliyi qaydasına əsla uyğun gəlmir.

Təkcə Qrot deyil, habelə Nibur, Mommzen və klassik qədim dövrun bütün başqa tarixçiləri indiyədək qəbilə məsələsinin öhdəsindən gəlməmişlər. Onlar qəbilənin bir çox əlamətlərini nə qədər düzgün təsvir etsələr də, onu həmişə ailələr qrupu hesab etmişlər və buna görə də qəbilənin təbiət və mənşəyini başa Düşə bilməmişlər. Qəbilə quruluşunda ailə heç vaxt ictimai sistemin özəyi olmamış və ola da bilməzdi, çünki ərlə arvad hökmən iki müxtəlif qəbiləyə mənsub olurdu. Qəbilə bütünlüklə fratriyaya, fratriya isə tayfaya daxil olurdu; ailənin yarısı ərin qəbkləsinə, yarısı da arvadın qəbiləsinə daxil olurdu. Dövlət də öz kütləvi hüququida ailəni tanımır və ailə indiyədək yalnız xüsusi hüququn obyekti kimi mövcuddur. Halbuki indiy.ədək bizim bütün tarix elmimiz, xüsusilə XVIII əsrdə sarsılmaz olan, belə bir mə’nasız e'timalı əsas tutur: sivilizasiya dövründən az qala daha qədim olan ayrıca monoqam ailə elə bir özək olmuşdur ki, camiyyət və dövlət tədriclə bunun ətrafında kristallaşmışdır.

Marks əlavə edib deyir: «C-b Qrota sonra göstərmək lazımdır ki, yunanlar öz qəbilələrini mifologiyadan törəmiş hesab etməsələr də, həmin qəbilələr onların özləri tərəfindən yaradılmış mifologiyadan və buradakı allahlardan və yarımallahlardan daha qədimdir» (Bax: «Marks və Engelsin arxivi». IX cild, səh.136. Red.).

Morqan Qrota istinad etməyi üstün tutur, çünki o hər halda tanınmış və inanılmağa tamamilə layiq bir şahiddir. Qrot sonra söyləyir ki, hər bir Afina qəbiləsi onun ehtimal olunan qəbilə banisindən ona keçən bir ad daşıyırdı, Solona qədər bütün hallarda, Solondan sonra isə vəsiyyət olmadıqda, ölənin qəbilə üzvləri (gennetes) onun əmlakına vərəsə olurdular və adam öldürüldükdə, məhkəmə qarşısında cinayətkarı tə'qib etmək öldürülənin birinci növbədə qohumlarının, sonra onun qəbilə üzvlərinin və, nəhayət, fratriya üzvlərinin hüquq və vəzifəsi idi:

«Ən qədim Afina qanunları haqqında bizə mə'lum olanların hamısı qəbilə və fratriya bölgülərinə əsaslanır».

Qəbilələrin ümumi əcdadlardan əmələ gəlməsi «alim filisterlər» üçün (Marks) (Yenə orada, səh. 137. Red.) baş sındıran bir iş olmuşdu. Onlar həmin əcdadları, əlbəttə, xalis mifoloji vücudlar hesab etdiklərinə görə, qəbilənin bir-biri ilə yanaşı yaşayıb bir-birindən ayrı olan, əvvəllər hətta bir-biri ilə qohum olmayan ailələrdən əmələ gəlməsini özləri üçün aydınlaşdırmağa heç bir imkanları qalmır, bununla belə onlar hər halda bu işi görməlidirlər ki, qəbilənin mövcud olduğunu heç olmazsa bir təhər izah etsinlər. Beləliklə, onlar məzmunsuz ifadələr üzündən çıxılmaz vəziyyətdə qalıb belə bir müddəadan irəli gedə bilmirlər: nəsil şəcərəsi, əlbəttə, əsatirdir, lakin qəbilə həqiqətdə mövcuddur; ən nəhayət isə Qrotun əsərində biz aşağıdakılara rast gəlirik (mö'tərizədə verilən sözlər Marksındır):

«Bu nəsil şəcərəsi haqqında biz ancaq ara-sıra eşidirik, çünki bu barədə yalnız xüsusilə təntənəli olan müəyyən hallarda açıq danışırdar. Lakin daha çox məşhur qəbilələrdə olduğu kimi, eyni ilə az əhəmiyyətli qəbilələrin də öz ümumi dini ayinləri olmuşdur» (qəribə işdir, m-r Qrot!), «həmçinin fövqəlbəşəri bir umumi qəbilə banisi və ümumi nəsil şəcərəsi olmuşdur» (az əhəmiyyətli qəbilələr üçün, c-b Qrot, bu nə qədər də qəribədir!) «sxem və ideal əsas» (möhtərəm cənab, ideal yox, «carnal», yaxud bizim dilimizdə–cismani!) «bütün qəbilələrdə eyni olmuşdur» (Yenə orada, səh.138. Red.).

Marks bu suala Morqanın cavabını aşağıdakı sözlərlə yekunlaşdırır: «İlkin formalı qəbiləyə uyğun gələn qan qohumluğu sistemi–bu forma isə, başqalarında olduğu kimi, yunanlarda da bir zamanlar olmuşdur,–qəbilələrin bütün üzvlərinin bir-biri ilə qohumluq münasibətlərini bilməsini tə'min edirdi. Onlar özləri üçün son dərəcə vacib olan bu mə'lumatı praktikada uşaq yaşlarından öyrənirdilər. Monoqam ailə meydana gəldikdə, bu unuduldu. Qəbilənin adı nəsil şəcərəsini yaradırdı, ayrıca bir ailənin şəcərəsi isə bunun yanında əhəmiyyətsiz görünürdü. Bu qəbilə adı indi onu daşıyanların ümumi mənşəyi olduğu faktını göstərməli idi; lakin qəbilənin nəsil şəcərəsi o qədər keçmiş zamanlara gedib çıxırdı ki, daha sonralar ümumi əcdadlar olduğu az hallar müstəsna olmaqla, qəbilə üzvləri öz aralarında həqiqətən mövcud olmuş qohumluğu daha subut edə bilmirdilər. Oğulluğa götürmək halları nəzərə alınmazsa, ad özü ümumi mənşəyin sübutu idi, həm də şübhəsiz sübut idi. Qəbiləni xalis uydurma və şairanə yaradıcılıq məhsuluna çevirən Qrot (Marksın əlyazmasında Qrotun əvəzində eramızın II əsrində yaşamış, Qrotun tez-tez istinad etdiyi qədim yunan alimi Polluks göstərilmişdir. Red.) və Niburun etdiyi kimi, qəbilə üzvləri arasında hər bir qohumluğun fe'lən inkar edilməsi isə, əksinə, yalnız «ideal» alimlərə, yə'ni kitab üzündən bilik almış xalis kabinet alimlərinə layiqdir. Xüsusən monoqamiya meydana çıxdıqdan sonra nəsillərin əlaqəsi uzaq keçmişə aid edildiyinə görə və keçmiş gerçəklik mifologiyanın fantastik surətlərində əksini tapdığına görə, xoşniyyət filisterlər belə bir nəticəyə gəlmiş və gəlməkdədirlər ki, fantastik nəsil şəcərəsi real qəbilələr yaratmışdır» (Bax: «Marks və Engelsin arxivi», IX cild, səh. 138–139. Red.).

Amerikalılarda da olduğu kimi, fratriya bir neçə qız qəbiləsinə bölunmüş olan və bunları birləşdirən, çox zaman bir də onların hamısının ümumi qəbilə banisindən əmələ gəldiyini göstərən ilk qəbilə idi. Məsələn, Qrotun fikrincə,

«Hekatey fratriyasının üzvləri olan bütün yaşıdlar eyni bir allahı on altıncı nəsildə özlərinin qəbilə banisi hesab edirdilər».

Buna görə də həmin fratriyanın bütün qəbilələri hərfiyyən qardaş qəbilələr idi. Hələ homsrin əsərinin mə'lum yerində fratriyaya hərbi vahid kimi təsadüf olunur; orada Nestor Aqamemnona belə məsləhət görür: adamları tayfalar və fratriyalar üzrə sıraya elə düz ki, fratriya fratriyaya tayfa tayfaya kömək etsin (Homer. «İliada», ikinci mahnı. Red.).–Bundan əlavə, fratriyanın üzvü öldürüldükdə, fratriyanın tə'qib etmək hüququ var idi və buna borclu idi; deməli, daha əvvəlki dövrdə onun üzərinə qan intiqamı almaq vəzifəsi də düşürdü. Sonra onun ümumi müqəddəsləri və bayramları var idi, bütün yunan mifologiyasının qədim arilərin təbiətə ən'ənəvi sitayişindən inkişaf etməsinin özü də əslində qəbilə və fratriyalarla bağlı idi və bunların daxilində baş verirdi. Sonra, fratriyanın ağsaqqalı (phratriarchos) var idi və fratriya, de Kulanjın dediyinə görə, ümumi yığıncaqlar çağırırdı, məcburi qərarlar qəbul edirdi, onun məhkəmə və inzibati səlahiyyəti var idi. Hətta qəbiləyə e'tinasızlıq göstərən sonrakı dövlət fratriyanın ixtiyarında inzibati xarakterli bə'zi ictimai vəzifələri saxlamışdı.

Bir neçə qohum fratriya tayfa təşkil edir. Attikada dörd tayfa var idi, hər tayfada üç fratriya və hər fratriyada otuz qəbilə var idi. Qrupların tərkibinin belə dürüst müəyyən edilməsi kortəbii surətdə yaranmış vəziyyətə şüurlu və planauyğun müdaxilə edildiyini göstərir. Bu necə, n» zaman və nəyə görə baş vermişdir,–bu barədə yunan tarixi susur, bu tarix haqqında yunanların özlərində də yalnız qəhrəmanlıq dövründən e'tibarən xatirələr saxlanmışdır.

Nisbətən kiçik ərazidə çox sıx yaşayan yunanlarda müxtəlif dialektlər əmələ gəlməsi Amerikanın geniş meşələrində olduğundan xeyli az inkişaf etmişdi; lakin biz burada da görürük ki, yalnız bir əsas ləhcəsi olan tayfalar daha böyük bir tam halında birləşirlər və hətta kiçik Attikada biz elə bir xüsusi dialektə təsadüf edirik ki, bu da sonralar bütün yunan nəsri üçün ümumi bir dil kimi hakim olmuşdur.

Homerin poemalarında biz yunan tayfalarını əksər hallarda artıq kiçik xalqlar halında birləşmiş şəkildə görürük, bunların da daxilində qəbilələr, fratriyalar və tayfalar hər halda hələ öz müstəqilliyini tamamilə saxlayırdı. Onlar artıq divarlarla möhkəmləndirilmiş şəhərlərdə yaşayırdılar; sürülər artdıqca, əkinçilik genişləndikcə və sənət rüşeymləri yayıldıqca, əhalinin sayı da artırdı; bununla bərabər əmlak cəhətdən fərqlər də artırdı, buplarla da birlikdə qədim, ibtidai demokratiya daxilində aristokratik ünsür artırdı. Ən yaxşı torpaqlara sahib olmaq üstündə, habelə, əlbəttə, hərbi qənimət üstündə də ayrı-ayrı kiçik xalqlar arasıkəsilmədən müharibə edirdilər; hərbi əsirlərin köləliyi artıq qəbul olunmuş bir tə'sisat idi.

Həmin tayfalarda və kiçik xalqlarda idarəçiliyin təşkili belə idi:

1. Daimi hakimiyyət orqanı şura, «bule» idi, bu da əvvəllər, görünür, qəbilələrin ağsaqqallarından ibarət idi, sonralar, onların sayı həddindən çox artdıqda isə, bu ağsaqqalların seçilmiş hissəsindən ibarət idi, bu da aristokratik ünsürün inkişaf etməsinə və güclənməsinə imkan verirdi. Qəhrəmanlıq dövrünün əyanlardan (kratistoi) ibarət şurasını Dionisi bizə məhz bu cür təsvir edir. Mühüm məsələlərdə şura qəti qərarlar qəbul edirdi; məsələn, Esxildə Fiv şəhərinin şurası yaranmış olan vəziyyətdə qəti qərar qəbul edərək göstərir ki, Eteokl üçün təntənəli dəfn düzəldilsin, Polinikin meyidi isə itlərə yedizdirilsin (Esxil. «Fivə qarşı yeddi nəfər». Red.). Sonralar, dövlət yaradıldıqda, bu şura senata çevrilir.

2. Xalq yığınnağı (agora). İrokezlərdə biz gördük ki, xalq–kişilər və qadınlar–şuranın yığıncağını əhatə edirlər və müəyyən edilmiş qayda ilə müzakirədə iştirak edərək, beləliklə, onun qərarlarına tə'sir göstərirlər. Homerin bəhs etdiyi yunanlarda, köhnə alman məhkəmə ifadəsi işlədilərsə, bu «əhatə» (Umstand), qədim germanlar arasında da olduğu kimi, inkişaf edib artıq əsl xalq yığıncağına çevrilmişdir. Bunu şura mühüm məsələlərin həlli üçün çağırırdı; hər bir kişi söz ala bilərdi. Qərar əl qaldırmaqla (Esxilin «Xahişçi qadınlar» əsəri) və ya çığırmaqla qəbul olunurdu. Son mərhələdə ali hakimiyyət yığıncağın əlində idi, çünki Şömanın dediyi kimi («Yunan qədimlikləri») «yerinə yetirilməsi üçün xalqın köməyi lazım gələn bir işdən bəhs edildikdə, Homer bizə heç elə bir üsul göstərmir ki, bunun vasitəsi ilə xalqı öz iradəsinə rəğmən bu işə məcbur etmək mümkün olsun».

Axı tayfada hər bir yaşlı kişinin döyüşçü olduğu zaman xalqdan təcrid edilmiş və ona qarşı qoyula biləcək bir ictimai hakimiyyət hələ yox idi. İbtidai demokratiya hələ tam tərəqqidə idi və biz istər şuranın, istərsə basileyin hakimiyyəti və mövqeyi haqqında fikir yeridərkən, buna əsaslanmalıyıq.

3. Sərkərdə (basileus). Marks bu barədə belə deyir: «Əksəriyyəti anadangəlmə saray nökərləri olan Avropa alimləri basileyi müasir mə'nada bir monarxa çevirirlər. Respublikaçı-yanki Morqan buna e'tiraz edir. O, şit Qladston və onun «Dünyanın gəncliyi» kitabı haqqında çox istehza ilə, lakin tamamilə haqlı olaraq deyir:

«C-b Qladston qəhrəmanlıq dövründəki yunan başçılarını bizə çarlar və knyazlar kimi təqdim edir, həm də onları eyni zamanda centlmen kimi təsvir edir; lakin o özü e'tiraf etməlidir ki, biz ümumiyyətlə onlarda ilkinlik adətini və ya qanununu tapırıq, görunür, kifayət qədər, lakin az kəskin şəkildə ifadə olunduğunu görürük».

Güman etmək lazımdır ki, bu cür qeyd-şərtlərlə ilkinlik hüququ c-b Qladstonun özünə də, hətta o qədər kəskin olmayan bir dərəcədə olsa da, hər cür mə'nasını kifayət dərəcədə itirmiş kimi görünər.

Biz artıq İrokezlərdə və başqa hindilərdə ağsaqqal vəzifələrinin irsən keçməsi işinin necə olduğunu gördük. Qəbilə daxilində bütün vəzifələr çox hallarda seçkili olurdu və bu nisbətdə də qəbilə çərçivəsi daxilində irsən keçirdi. Azad olmuş vəzifələri tutmaq lazım gəldikdə, yavaş-yavaş on yaxın qohumaqardaşa və ya bacıoğluna üstünlük verməyə başladılar və müəyyən bir səbəb olmadıqt da ondan yan keçməzdilər. Buna görə də yunanlarda ata hüququ hökmran olduğu zaman basiley vəzifəsi adətən oğula və ya oğullardan birinə keçirdisə, bu yalnız onu sübut edir ki, oğullar xalq tərəfindən seçilmək gücünə vərəsə olmaq ümidində ola bilərdilər, lakin bu heç də belə bir seçkidən konarda vərəsəliyin qanuni hesab olunduğunu göstərmir. Bu halda biz İrokezlərdə və yunanlarda qəbilə daxilində xüsusi əyan ailələrinin ilk rüşeymini görürük, yunanlarda isə bundan əlavə həmçinin gələcək irsi başçılığın, yaxud monarxiyanın ilk rüşeymini görürük. Buna görə də kümai edilməlidir ki, yunanlarda basiley ya xalq tərəfindən seçilməli idi, ya da Roma «çarı» (rex) barəsində olduğu kimi, xalqın tanıdığı orqanlar–şura və ya aqora tərəfindən təsdiq olunmalı idi.

«İliada» da «ərlər həkmdarı» Aqamemnon yunanların ali çarı kimi deyil, mühasirəyə alınmış şəhər qarşısında müttəfiqlər qoşununun ali komandanı kimi çıxış edir, Odissey yunanlar arasında çəkişmə baş verdikdə mə'lum yerdə onun bu vəziyyətini göstərir: çox adamın başçı olması yaxşı deyildir, bir nəfər komandan olmalıdır və i.a. (sonra isə skipetr xatırladılan populyar şe'r gəlir, lakin bu, sonralar əlavə edilmişdir) (Homer. «İliada», ikinci mahnı. Red.). «Odissey burada, idarəçilik forması haqqında mühazirə oxumur, müharibədə baş komandana tabe olmağı tələb edir. Troya ətrafında yalnız qoşundan ibarət olan yunanlar üçün aqora kifayət qədər demokratik qaydada aparılır: Axilles hədiyyələrdən, yə'ni qənimətin bölüşdürülməsindən danışarkən bunu heç də Aqamemnonun və ya hər hansı başqa bir basileyin deyil, həmişə «axeylərin oğullarının», yə'ni xalqın işi adlandırır. «Zevsin törətdiyi», «Zevsin bəslədiyi» ləqəbləri heç bir şey sübut etmir, çünki hər bir qəbilənin mənşəyi allahların birindən başlanır, tayfa başçısının qəbiləsinin mənşəyi isə «daha adlı-sanlı» allahdan, burada isə Zevsdən başlanır. Hətta, məsələn, donuz otaran Evmey və başqaları kimi şəxsən azad olmayanlar da «ilahidirlər» («dioi» və «theioi») və buna «Odisseya»da təsadüf olunur, deməli, «İliada»da təsvir edilən vaxtdan xeyli sonralar təsadüf olunur; yenə həmin «Odisseya»da «qəhrəman» adı bir də carçı Muliyə, habelə kor xanəndə Demodoka verilir (Daha sonra Marksın əlyazmasında Engels tərəfindən buraxılan belə bir ibarəvardır. «Odissey tərəfindən Aqamemnon barəsində işlədilən «koyranos» («xoipavos») istilahı da «basiley» istilahı ilə yanaşı yalnız «müharibədə qoşun komandanı» deməkdir». Red.). Qısası, yunan yazıçıları «basileia» sözünü Homerin düşündüyü mə'nada çar hakimiyyəti deyilən hakimiyyəti bildirmək üçün işlədirdilər (çünki bu hakimiyyətin başlıca fərqləndirici əlaməti hərbi başçılıqdır), bu söz, bununla yanaşı başçılar şurası və xalq yığıncağı mövcud olduqda, yalnız hərbi demokratiya deməkdir» (Marks) (Bax: «Marks və Engelsin arxivi», IX cild, səh. 144–14,3. Red.).

Basileyin hərbi səlahiyyətdən başqa bir də kahin və məhkəmə səlahiyyəti var idi; bu axırıncı səlahiyyət dürüst müəyyən edilməmişdi, birinci səlahiyyətə o tayfanın və ya tayfalar ittifaqının ali nümayəndəsi sifəti ilə malik idi. Mülki, inzibati səlahiyyətdən heç vaxt bəhs olunmur, lakin, görünür, basiley öz vəzifəsinə görə şuranın üzvü idi. Beləliklə, etimoloji cəhətdən «basiley» sözünü almanca «König» sözü ilə tərcümə etmək tamamilə doğrudur, çünki «König» (Kuning) sözü «Kuni», «Künne» sözündən əmələ gəlmişdir və «qəbilə ağsaqqalı» deməkdir. Lakin qədim yunan «basiley» sözü «König» (kral) sözünün müasir mə'nasına qətiyyən uyğun gəlmir. Fukidid qədim «basileia»nı qəti surətdə «patrike», yə'ni qəbilələrdən əmələ gəlmiş adlandırır və deyir ki, onun dəqiq müəyyən edilmiş, deməli, məhdud səlahiyyəti var idi. Aristotel də göstərir ki, qəhrəmanlıq dövründəki «bisileia» azad şəxslər üzərində başçılıq idi, basiley isə sərkərdə, hakim və ali kahin idi; deməli, sonralar işlədilən mə'nada onun hökumət hakimiyyəti yox idi (Yunan basileyi kimi atstek sərkərdəsini də müasir monarx şəklində təsvir edirdilər. Morqan ispaniyalıların, əvvəllər yanlış anlaşılmağa əsaslanan və şişirdilən, sonra da açıqca yalan olan mə'lumatını ilk dəfə tarixən tənqid edərək sübut edir ki, meksikalılar barbarlığın orta pilləsində dururdular, lakin özlərinin inkişafında yeni Meksika pueblo hindilərindən bir qədər irəli gedirdilər və onların quruluşu, təhrif edilmiş mə'lumata əsasən mühakimə yeritmək mümkun olduğu dərəcədə, aşağıdakı əlamətləri ilə fərqlənirdi: bu, üç tayfanın ittifaqı idi və həmin ittifaq bir neçə başqa tayfain özünə tabe edib öz bacverənlərinə çevirmişdi; onu ittifaq şurası və ittifaq sərkərdəsi idarə edirdi, bu sərkərdəni də ispaniyalılar «imperatora» çevirmişdilər.).

Beləliklə, biz qəhrəmanlıq dövründəki yunan quruluşunda qədim qəbilə təşkilatının hələ tam.amilə qüvvədə qaldığını, lakin eyni zamanda onun artıq pozulmağa başladığını görürük: ata hüququ var idi, əmlaka uşaqlar vərəsə olurdular, bu da sərvətin ailədə toplanmasına səbəb olurdu və ailəni qəbiləyə qarşı duran bir qüvvəyə çevirirdi; ilk irsi ə'yanlar və çar hakimiyyəti rüşeymlərinin əmələ gəlməsi vasitəsi ilə əmlak sahibliyi fərqləri idarəçiliyin təşkilinə əks tə'sir göstərirdi; əvvəllər təkcə hərbi əsirlər kölə idilər, lakin bu köləlik artıq öz tayfaları içərisindən olanları və hətta öz qəbilələrinin üzvlərini də əsarət altına almaq perspektivi açırdı; qədimdə tayfanın tayfaya qarşı olan müharibəsi indi malqara, kölə və sərvət ələ keçirmək məqsədi ilə quruda və dənizdə müntəzəm quldurluğa çevrilməyə başlamışdı, bu müharibələr müntəzəm bir peşə şəkli alırdı; bir sözlə, sərvət ən yüksək bir ne'mət kimi tə'riflənir və əziz tutulurdu, sərvətin zorakılıqla talan edilməsinə haqq qazandırmaq üçün qədim qəbilə qaydalarından sui-istifadə edilirdi. Yalnız bir şey–elə bir tə'sisat çatışmırdı ki, ayrı-ayrı şəxslərin yenicə əldə etdikləri sərvətləri nəinki qəbilə quruluşunun kommunist ən'ənələrindən mühafizə etsin, əvvəllər bu qədər az qiymətləndirilən xüsusi mülkiyyəti nəinki müqəddəs tutsun və onun müqəddəs tutulmasını hər hansı bir insan cəmiyyətinin ən yüksək məqsədi e'lan etsin, həmçinin mülkiyyət əldə etməyin bir-birinin ardınca inkişaf edən yeni formalarına, deməli, sərvətin arasıkəsilmədən sür'ətlənən yığımına da ümumi ictimai e'tiraf möhrünü bassın; elə bir tə'sisat çatışmırdı ki, yalnız cəmiyyətin siniflərə bölünməyə başlamasını deyil, həmçinin varlı sinfin yoxsul sinfi istismar etmək hüququnu və onun üzərində hökmranlığı da əbədiləşdirsin.

Belə bir tə'sisat meydana gəldi. Dövlət icad edildi.
V

AFİNA DÖVLƏTİNİN MEYDANA GƏLMƏSİ

Qismən qəbilə quruluşu orqanlarını dəyişdirməklə, qismən onların yerinə yeni orqanlar tətbiq edib onları sıxışdırmaq yolu ilə və, nəhayət, onları əsl dövlət hakimiyyəti orqanları ilə büsbütün əvəz etməklə dövlət necə inkişaf etmişdir; öz qəbilələrində, fratriyalarında özünü öz qüvvələri ilə müdafiə edən əsl «silahlı xalqın» yerini həmin dövlət orqanlarına tabe olan, deməli, habelə xalqa qarşı istifadə edilə bilən silahlı «kütləvi hakimiyyət» necə tutmuşdur,–bunların hamısını bia, hər halda ilk pillədə, heç bir yerdə Qədim Afinadakından yaxşı izləyə bilmərik. Formaların dəyişilməsi əsasən Morqan tərəfindən təsvir edilmişdir, həmin «kütləvi hakimiyyəti» doğuran iqtisadi məzmunun təhlilini isə əsasən mən özüm əlavə etməli oluram.

Qəhrəmanlıq dövründə afinalıların dörd tayfası Attikanın hələ əlahiddə vilayətlərində yaşayırdı; hətta bunları təşkil edən on iki fratriyanın.da, görünür, hələ Kekropui on iki şəhəri şəklində ayrıca məskənləri var idi. İdarəçiliyin təşkili qəhrəmanlıq dövrünə uyğun idi: xalq yığıncağı/xalqşurası, basiley. Yazılı tarixin başlandığı dövrdə torpaq artıq bölünmüşdü və xüsusi mülkiyyətə keçmişdi, bu da barbarlığın yüksək pilləsinin axırlarına doğru artıq nisbətən inkişaf etmiş əmtəə istehsalına və ona uyğun əmtəə ticarətinə xasdır. Taxılla yanaşı şərab və bitki yağı da istehsal edilirdi; Egey dənizində aparılan dəniz ticarəti finikiyalıların əlindən getdikcə daha artıq çıxır və əksərən Attika sakinlərinin əlinə keçirdi. Torpaq mülklərinin alğısatqısı sayəsində, əkinçiliklə sənət arasında, ticarətlə gəmiçilik arasında əmək bölgüsünün daha da inkişaf etməsi sayəsində qəbilələrin, fratriyaların və tayfaların üzvləri çox tezliklə bir-birinə qarışmalı idilər; fratriya və tayfanın ərazisində, həmvətən olsa da hər halda həmin birləşmələrə mənsub olmayan, deməli, öz yaşayış yerlərində yad olan əhali məskən salırdı. Axı dinclik zamanı hər fratriya və hər tayfa Afinadakı xalq şurasına və ya basileyə müraciət etmədən öz işlərini özləri idarə edirdilər. Lakin fratriya və ya tayfaya mənsub olmadan bunların ərazisində yaşayanlar, əlbəttə, həmin idarə işində iştirak edə bilməzdilər.

Bütün bunlar qəbilə quruluşu orqanlarının normal fəaliyyətini o dərəcədə pozmuşdu ki, artıq qəhrəmanlıq dövründə bunu aradan qaldırmaq üçün tədbirlər görmək lazım gəldi. Tezeyə isnad verilən bir quruluş tətbiq edildi. Dəyişiklik hər şeydən əvvəl ondan ibarət idi ki, Afinada mərkəzi idarə yaradılmışdı, yə'ni o vaxta qədər tayfaların müstəqil surətdə gördükləri işlərin bir hissəsi ümumi əhəmiyyəti olan iş e'lan edilmiş və Afinada yerləşən ümumi şuranın ixtiyarına verilmişdi. Bu yenilik sayəsində afinalılar öz inkişafında Amerikanın yerli xalqlarından hər hansı birinə nisbətən daha irəlilərə getdilər: bir-biri ilə qonşuluqda yaşayan tayfaların sadəcə ittifaqı əvəzində bunlar vahid bir xalq halında birləşdilər. Bununla əlaqədar olaraq ayrı-ayrı tayfaların və qəbilələrin hüquqi adətləri üzərində yüksələn ümumi Afina xalq hüququ meydana gəldi; Afina vətəndaşı, belə bir vətəndaş olmaq e'tibarı ilə, yad tayfadan hesab edildiyi ərazidə də müəyyən hüquqlar və yeni hüquqi müdafiə əldə etdi. Lakin bununla qəbilə quruluşunun dağıdılmasına doğru birinci addım atılmış oldu, çünki bu, bütün Attikada tayfa e'tibarı ilə yad olan, Afina qəbilə quruluşundan tamamilə kənarda duran və bu vəziyyətdə qalmaqda davam edən şəxslərin də sonralar vətəndaşlar tərkibinə daxil edilməsinə doğru birinci addım idi. Tezəyə isnad verilən ikinci yenilik qəbilə, fratriya və ya tayfadan asılı olmayaraq, bütün xalqın üç sinfə: evpatridlər, yaxud nəciblər, qeomorlar, yaxud əkinçilər və demiuqlar, yaxud sənətkarlar sinfinə bölünməsindən və nəciblərə vəzifə tutmaqda müstəsna hüquq verilməsindən ibarət idi, həm də bu bölgü nəciblərin vəzifə tutmasından başqa heç bir nəticə vermədi, çünki həmin bölgü siniflər arasında heç bir başqa hüquqi fərq qoymurdu (1884-cü il nəşrində ibarənin axırı bu şəkildə ifadə edilmişdi: «çünki qalan iki sinif heç bir xüsusi hüquq almamışdı». Red.). Lakin bu bölgünün böyük əhəmiyyəti vardır, çünki nəzərə çarpmadan inkişaf etmiş yeni ictimai ünsürləri bizə açıb göstərir. Bu bölgü göstərir ki, qəbilə vəzifələrinin müəyyən ailələrin üzvləri tərəfindən tutulması adəti ictimai vəzifələri həmin' ailələrin tutması hüququ kimi az e'tiraz edilən bir hüquqa çevrilmişdi, öz sərvəti sayəsində onsuz da qüdrətli olan bu ailələr öz qəbilələrindən kənarda xüsusi bir imtiyazlı sinif halında təşəkkül tapmağa başlamışdılar və onların bu iddiaları hələ yalnız yaranmaqda olan dövlət tərəfindən müqəddəs tutulurdu. Daha sonra, həmin bölgü göstərir: kəndlilərlə sənətkarlar arasında əmək bölgüsü artıq o qədər möhkəmlənmişdi ki, qəbilə və tayfaya olan əvvəlki bölgünün ictimai əhəmiyyətini arxa sıraya keçirməyə başlamışdı. Nəhayət, bu bölgü qəbilə cəmiyyəti ilə dövlət arasında barışmaz ziddiyyət olduğunu göstərir; dövlət yaratmaq yolunda ilk təşəbbüs qəbilə əlaqələrinin qırılmasından ibarət idi, bu da hər bir qəbilənin üzvlərinin imtiyazlılarla imtiyazsızlara, bu axırıncıların da öz məşğuliyyətinə görə iki sinfə bölünməsi yolu ilə olurdu, bu da onları, beləliklə, bir-birinə qarşı qoyurdu

Afinanın ta Solona qədərki sonrakı siyasi tarixi heç də kifayət qədər mə'lum deyildir. Basiley vəzifəsi öz əhəmiyyətini itirmişdi; dövlətə nəciblər içərisindən seçilən arxontlar başçılıq etməyə başlamışdılar. Əyanların hökmranlığı getdikcə daha çox güclənirdi, nəhayət, bizim tarixdən əvvəl 600-cü ilə yaxın bu hökmranlıq dözülməz oldu. Bu zaman xalq azadlığını boğmaq üçün əsas vasitə pul və sələmçilik idi. Ə'yanlar başlıca olaraq Afinada və onun ətrafında yaşayırdılar, burada isə dəniz ticarəti, bununla birlikdə hələ də arabir məşğuliyyət olan dəniz quldurluğu bu ə'yanları varlandırırdı və pul sərvətlərini onların əlində toplayırdı. İnkişaf etməkdə olan pul təsərrüfatı buradan kənd icmalarına keçir, onların natural təsərrüfata əsaslanan qədim yaşayış tərzinə aşındırıcı bir turşu kimi tə'sir edirdi. Qəbilə quruluşu pul təsərrüfatı ilə əsla bir yerə sığa bilməz; Attikanın xırda kəndlilərinin var-yoxdan çıxması bunları mühafizə edən köhnə qəbilə əlaqələrinin zəifləməsi ila bir vaxta düşdü. Borc qəbzi və torpağın girov kağızı (çünki afinalılar artıq hipotek də ixtira etmişdilər) nə qəbilə, nə də fratriya ilə hesablaşmırdı. Köhnə qəbilə quruluşu isə nə pul, nə borc almaq, nə də pul borclu olmaq nə olduğunu bilmirdi. Buna görə də ə'yanların getdikcə daha geniş yayılan pul həkmranlığı yeni bir adi hüquq da meydana gətirdi, bundan da məqsəd borcluya qarşı kreditoru tə'min etmək, xırda kəndlilərin pul sahibləri tərəfindən istismarını müqəddəsləşdirmək idi. Attika tarlalarının hər yerində girov daşları görünürdü və bunların üzərində yazılmışdı ki, bu sahə filan məbləğdə pul müqabilində filankəsə və, filankəsə girov qoyulmuşdur. Belə nişanları olmayan tarlaların artıq çox hissəsi hipotek borcunun və ya faizin vaxtında verilməməsi üzündən satılmışdı və aristokratsələmçinin mülkiyyəti olmuşdu; kəndlini icarədar sifəti ilə həmin sahədə qalmağa və öz əməyinin verdiyi məhsulun altıda bir hissəsi ilə yaşamağa, qalan altıda beş hissəsini icarə haqqı şəklində yeni sahibə verməklə yaşamağa qoysaydılar, o razı qala bilərdi. Bu hələ azdır. Torpaq sahəsi satılarkən əldə edilən məbləğ borcu ödəmədikdə, yaxud borc girov ilə tə'min olunmadıqda borclu öz uşaqlarını yad ölkələrə köləliyə satmalı olurdu ki, borc verənlə üzülüşə bilsin. Atanın öz uşaqlarını satması–ata hüququnun və monoqamiyanın birinci nəticəsi belə idi! Qansoran hələ yenə də kifayətlənməsəydi, borclunun özünü də köləliyə sata bilərdi. Afina xalqında sivilizasiyanın parlaq şəfəqi belə idi.

Keçmişdə, xalqın həyat şəraiti qəbilə quruluşuna hələ uyğun gəldiyi zamanlar, belə bir çevriliş mümkün deyildi; indi isə bu çevriliş baş vermişdi, lakin necə baş verdiyini heç kəs bilmirdi. Bir dəqiqəliyə bizim İrokezlərə qayıdaq. İndi afinalılara, necə deyərlər, onların iştirakı olmadan və şübhəsiz onların iradəsinə rəğmən qəbul etdirilən vəziyyət orada ağlasığan bir şey deyildi. Orada yaşayış vasitələrinin ildən-ilə dəyişilməz qalan istehsal usulu varlılarla yoxysullar arasında, istiysmarçılarla istismar olunanlar arasında sanki kənardan qəbul etdirilmiş olan bu cür münaqişələri, bu cür ziddiyyəti heç vaxt doğura bilməzdi. İrokezlər təbiətə hakim olmaqdan hələ çox uzaq idilər, lakin onlar üçün mə'lum və müəyyən təbii çərçivə daxilində onlar öz istehsallarının ağası idilər. Onların xırdaca dirriklərində məhsulun əmələ gəlməməsi, göllərində və çaylarında balıq ehtiyatlarının tükənməsi və meşələrində ov heyvanlarının olduqca azalması nəzərə alınmazsa, onlar irəlicədən bilirdilər ki, yaşayış vasitələri əldə etməkdə işlətdikləri öz üsullarından nə gözləyə bilərlər. Bu üsul bə'zən az, bə'zən daha bol yaşayış vasitələri əldə olunmasını tə'min etməli idi, lakin bu üsul gözlənilməyən ictimai çevrilişlərə, qəbilə əlaqələrinin qırılmasına, qəbilə üzvlərinin və həmtayfaların bir-birinə əks, bir-biri ilə mübarizə edən siniflərə bölünməsinə heç cür gətirib çıxara bilməzdi. İstehsal ən məhdud çərçivədə aparılırdı, lakin məhsul bütövlükdə istehsalçıların ixtiyarında idi. Bu barbarlıq dövrü istehsalının çox böyük üstünlüyü idi və sivilizasiya dövrünün başlanması idə bu üstünlük itirilmiş oldu. Ən yaxın nəsillərin vəzifəsi bu üstünlüyu yenidən əldə etməkdən, lakin artıq indi təbiət üzərində insanın əldə etdiyi qüdrətli hökmranlıq əsasında və indi mümkün olmuş azad birlik əsasında əldə etməkdən ibarət olacaqdır.

Yunanlarda vəziyyət başqa cür idi. Sürülər və zinət şeyləri üzərində yaranan xüsusi mülkiyyət ayrı-ayrı şəxslər arasında mübadiləyə, məhsulların əmtəəyə çevrilməsinə səbəb olurdu. Bütün sonrakı çevrilişin rüşeymi də bunda adi. Elə ki, istehsalçılar öz məhsulunu daha bilavasitə özləri istehlak etməyib mübadilə yolu ilə özgəninkiləşdirməyə başladılar, bu məhsul üzərində özlərinin hökmranlığını itirdilər. Onlar daha bilmirdilər ki, bu məhsulun başına nə gələcəkdir. Məhsuldan istehsalçıya qarşı, onu istismar etmək və ona zülm etmək üçün istifadə olunması imkanı yarandı. Buna görə də heç bir cəmiyyət ayrı-ayrı şəxslər arasında mübadiləni məhv etmədən, öz istehsalı üzərində hökmranlığı və öz istehsal prosesinin sosial nəticələri üzərində nəzarəti uzun müddət saxlaya bilməz.

Ayrı-ayrı şəxslər arasında mübadilə meydana gəldikdən və məhsullar əmtəələrə çevrildikdən sonra məhsulun onu istehsal edənin üzərində hökmranlığının nə qədər tez özünü göstərməyə başladığını afinalılar öz təcrübəsində görməli oldular. Əmtəə istehsalı ilə birlikdə torpağı ayrı-ayrı şəxslərin öz qüvvələri ilə becərməsi, bundan az sonra isə ayrı-ayrı şəxslərin torpaq mülkiyyəti də meydana çıxdı. Daha sonra pul, bütün başqa əmtəələrin mübadilə edilə bildiyi ən ümumi əmtəə meydana gəldi. Lakin insanlar pulu icad edirkən güman etmirdilər ki, onlar eyni zamanda yeni ictimai qüvvə–ən ümumi tə'siri olan elə yeganə bir qüvvə yaradırlar ki, butün cəmiyyət bunun qarşısında baş əyməli olacaqdır. Öz yaradıcılarının xəbəri və arzusu olmadan birdən-birə meydana gələn bu yeni qüvvə öz hökmranlığını öz gəncliyinin bütün kobudluğu ilə afinalılara hiss etdirdi.

Nə etmək lazım idi? Qədim qəbilə quruluşu nəinki pulun müzəff.ər yürüşü qarşısında aciz qaldı, hətta pul, kreditorlar və borclular kimi, borcun məcburi surətdə. geri alınması kimi şeylər üçün öz daxilində heç olmasa yer tapmağa da əsla qadir deyildi. Lakin yeni ictimai qüvvə mövcud idi və xoş niyyətlər, keçmiş gözəl əyyamı qaytarmaq üçün göstərilən qızğın sə'y pulu və sələmçiliyi yenidən yox olmağa məcbur edə bilmədi. Bundan əlavə, qəbilə quruluşuna bir sıra başqa ikinci dərəcəli zərbələr də vuruldu. Bütün Attika ərazisində və xüsusən Afina şəhərinin ezundə müxtəlif qəbilə və fratriyaların üzvləri nəsildən-nəslə bir-biri ilə getdikcə daha çox qarışırdılar, hərçənd Hələ indi də afinalı öz mənzilini deyil, torpaq sahələrini öz qəbiləsinə mənsub olmayan şəxslərə sata bilərdi. Sənaye və mübadilənin sonrakı inkişafı ilə müxtəlif istehsal sahələri: əkinçiliklə sənət arasında, sənətin özündə isə onun saysız-hesabsız növləri: ticarət, gəmiçilik və i.a. arasında əmək bölgüsü getdikcə daha mükəmməl inkişaf edirdi; indi əhali öz məşğələlərinə görə xeyli sabit qruplara bölünürdü; bunlardan hər birinin bir sıra yeni ümumi mənafeyi var idi ki, bu mənafe üçün qəbilə və ya fratriya daxilində yer yox idi və, deməli, bu mənafeyə xidmət etmək üçün yeni vəzifələrə tələbat meydana gəldi. Qulların sayı xeyli artmışdı və artıq o zaman, ehtimal ki, azad afinalıların sayından xeyli çox idi; qəbilə quruluşu əvvəllər köləliyin nə olduğunu əsla bilmirdi, deməli, bu azad olmayanlar kütləsini cilovda saxlamaq vasitələrini də bilmirdi. Nəhayət, ticarət Afinaya çoxlu əcnəbi cəlb edirdi, onlar yüngül qazanc xatirinə burada məskən salırdılar, köhnə qaydalar üzündən onlar da hüquqsuz və müdafiəsiz qalırdılar, ən'ənə üzrə onlara dözüldüyünə baxmayaraq, xalq içərisində onlar narahat, yad bir ünsür idilər.

Bir sözlə, qəbilə quruluşu sona çatırdı. Cəmiyyət gündən-günə böyüyüb onun çərçivəsindən daha çox kənara çıxırdı; hətta hamının gözü qarşısında baş verən bəlalardan ən pislərini də o, nə məhdudlaşdıra bilir, nə də aradan qaldıra bilirdi. Lakin bu zaman dövlət nəzərə çarpmadan inkişaf edirdi. Əvvəlcə şəhərlə kənd arasında, sonralar isə şəhərlərin müxtəlif əmək sahələri arasında olan əmək bölgüsü sayəsində meydana çıxan yeni qruplar öz mənafeyini müdafiə etmək üçün yeni orqanlar yaratdılar; cürbəcür vəzifələr tə'sis edildi. Sonra da ayrı-ayrı kiçik müharibələr aparmaq və ticarət gəmilərini qorumaq üçün gənc dövlətə hər şeydən əvvəl öz hərbi qüvvələri lazım gəldi, bu da dənizçiliklə məşğul olan afinalılarda ən əvvəl yalnız dəniz qüvvələrindən ibarət ola bilərdi. Solondan nə qədər əvvəl olduğu mə'lum olmayan bir vaxtda navkrariyalar, kiçik ərazi mahalları yaradılmışdı, hər tayfada on iki belə mahal var idi; hər bir navkrariya bir hərb gəmisi verməli, onu silahlandırmalı və ekipajla təchiz etməli idi, bundan əlavə, iki nəfər də süvari verirdi. Bu tə'sisat qəbilə quruluşunu iki yolla sarsıdırdı: əvvələn, kütləvi hakimiyyət yaradırdı, bu da sadəcə silahlı xalq məcmusuna daha uyğun gəlmirdi; ikincisi, bu tə'sisat xalqı ilk dəfə olaraq qohum qruplara görə deyil, bir ərazidə yaşadığına görə ictimai məqsədlər üçün bölürdü. Bunun nə kimi əhəmiyyəti olduğu aşağıda görünəcəkdir.

Qəbilə quruluşu istismar olunan xalqa heç bir yardım edə bilmədiyinə görə, ancaq meydana gəlməkdə olan dövlətə ümid bağlamaq qalırdı. Dövlət doğrudan da bu yardımı Solonun tətbiq etdiyi idarəçiliyin təşkili vasitəsi ilə göstərdi, bu eyni zamanda köhnə quruluş hesabına yenidən möhkəmləndi. Solon,–onun bizim tarixdən əvvəl 594-cü ilə aid islahatının nə kimi bir üsulla keçirildiyi burada bizi maraqdandırmır,–siyasi inqilablar deyilən bir sıra inqilablar açdı, həm də bunu mülkiyyət münasibətlərinə müdaxilə yolu ilə etdi. Bu vaxta qədər baş verən bütün intilablar bir mülkiyyət növünü digər mülkiyyət növünə qarşı müdafiə etmək üçün olan inqilablar idi. Bunlar bir müljiyyət növünə qəsd etmədən digərini müdafiə edə bilməzdi. Böyük Fransa inqilabı zamanı burjua mülkiyyətini xilas etmək üçün feodal mülkiyyəti qurban verildi; Solonun yaratdığı inqilabda borcluların mülkiyyəti xeyrinə kreditorların tmülkiyyəti zərər çəkməli idi. Borclar sadəcə e'tibarsız e'lan edildi. Bunun təfərrüatı bizə dürüst mə'lum deyildir, lakin Solon öz şe'rlərində öyunüb deyir ki, borca düşmüş torpaq sahələrindən girov daşlarını kənar etmişdir, borc üzündən yad ölkələrə satılan və oraya qaçıb getmiş adamları geri qaytarmışdır. Bunu yalnız mülkiyyət hüquqlarını açıqca pozmaq vasitəsi ilə etmək olardı. Doğrudan da siyasi inqilab adlanan inqilabların birincisindən tutmuş axırıncısına qədər hamısı bir növ mülkiyyəti müdafiə xatirinə yaradılmış və başqa növ mülkiyyətin müsadirəsi, başqa sözlə desək oğurlanması yolu ilə həyata keçirilmişdir. Beləliklə, şübhəsizdir ki, iki min beş yüz il ərzində xüsusi mülkiyyət yalnız mülkiyyət hüququnun pozudması sayəsində qala bilmişdir.

Lakin indi azad afinalıların bu yolla köləyə çevrilməsinin təkrarlanmasına mane olmaq lazım idi. Buna, ən əvvəl, ümumi tədbirlərlə, məsələn, borclunun öz şəxsiyyətini girov qoyduğu borc təəhhüdlərini qadağan etməklə nail olurdular. Sonra, ə'yanların kəndli torpağına olan hədsiz tamahına heç olmazsa müəyyən hədd qoyulması üçün ayrıca bir şəxsin malik ola biləcəyi torpağ mülkiyyətinin maksimum həddi müəyyən edilmişdi. Sonra isə quruluşun özündə də dəyişikliklər oldu, bizim üçün ən mühüm olanları aşağıdakılardır:

Müəyyən edildi ki, şura hər tayfadan yüz nəfər olmaqla, dörd yüz üzvdən ibarətdir; beləliklə, burada tayfa hələ də əsas olaraq qalırdı. Lakin bu, köhnə quruluşun yeni dövlət tərəfindən qəbul edilmiş yeganə cəhəti idi. Bütün qalanlarına gəldikdə, Solon vətəndaşları torpaq sahibliyinin həcminə və onun verdiyi gəlirə görə dörd sinfə bölmüşdü; 500, 300 və 150 medimn taxıl (1 medimn=təxminən 41 litrə) birinci üç sinif üçün minimum gəlir həddi idi; daha az gəliri olanlar və ya heç bir torpaq mülkiyyəti olmayanlar dördüncü sinfə daxil olurdu. Bütün vəzifələri yalnız üç yuxarı sinfin nümayəndələri, ən yüksək vəzifələri isə yalnız birinci sinfin nümayəndələri tuta bilərdi; dördüncü sinfin yalnız xalq yığıncağında çıxış etmək və səs vermək hüququ var idi, lakin bütün vəzifəli şəxslər məhz burada seçilirdilər, onlar öz fəaliyyətləri haqqında burada hesabat verməli idilər, bütün qanunlar burada hazırlanırdı, dördüncü sinif isə burada çoxluq təşkil edirdi. Aristokratik imtiyazlar sərvət imtiyazları şəklində qismən bərpa edilmişdi, lakin xalq həlledici hakimiyyəti öz əlində saxlayırdı. Bundan əlavə, dörd sinfə bölgü qoşunun yeni təşkili üçün əsas idi. Birinci iki sinif süvari verirdi, üçüncüsü ağır silahı olan piyada sifətilə xidmət etməli idi, dördüncüsü isə müdafiə geyimi olmayan yüngül silahlı piyada kimi xidmət etməli idi və ya donanmada xidmət etməli idi, həm də ehtimal ki, öz xidməti üçün maaş alırdı.

Beləliklə, burada idarəçiliyin təşkilinə tamamilə yeni bir ünsür–xüsusi mülkiyyət daxil edilir. Dövlətin vətəndaşlarının hüquq və vəzifələri onların torpaq mülkiyyətinin böyüklüyünə uyğun olaraq müəyyən edilməyə başlanmışdı və varlı siniflər nüfuz sahibi olmağa başladıqları dərəcədə, qan qohumluğuna əsaslanan köhnə birləşmələr sıxışdırılmağa başlanmışdı; qəbilə quruluşu yeni məğlubiyyətə uğradı.

Lakin siyasi hüquqların əmlaka müvafiq surətdə verilməsi heç də dövlətin varlığı üçün zəruri olan qaydalardan biri deyildi. Bu prinsip dövlət quruluşu tarixində böyük rol oynamış olsa da, hər halda bir çox dövlətlər, həm də məhz çox inkişaf etmiş dövlətlər bunsuz keçinirdi. Afinanın özündə də bu prinsip yalnız keçici rol oynamışdı; Aristid zamanından hər bir vətəndaş üçün bütün vəzifələrə yol açılmışdı.

Sonrakı səksən il ərzində Afina cəmiyyətinin təkamülü tədricən elə bir istiqamət aldı ki, sonrakı əsrlər boyu bu istiqamətdə inkişaf etmişdi. Solondan əvvəlki dövrdə tərəqqi edən torpaq sələmçiliyi əməliyyatına, həmçinin torpaq mülkiyyətinin hədsiz təmərküzləşməsinə hədd qoyuldu. Ticarət, həmçinin qul əməyi əsasında getdikcə daha çox inkişaf edən sənət və bədii sənət hakim məşğələ oldu. Adamlar daha maarifli oldular. Köhnə qayda ilə öz həmvətənlərini amansız istismar etmək əvəzində, indi əsasən qulları və Afinadan kənarda Afina malları alanları istismar etməyə başladılar. Daşınar əmlak, puldan, qullardan və gəmilərdən ibarət sərvət getdikcə daha çox artırdı, lakin indi daha bu əmlak, bu sərvət heç də keçmişdəki qapalılıq və məhdudluq zamanlarında olduğu kimi, yalnız torpaq mülkiyyəti əldə etmək vasitəsi deyildi,–o özlüyündə bir məqsəd olmuşdu. Bunun nəticəsində, bir tərəfdən, ə'yanların köhnə qüdrətinə qarşı yeni sinif–sənaye və ticarətlə məşğul olan varlılar–qalibiyyətli rəqabət yaratmışdılar, digər tərəfdən də, köhnə qəbilə quruluşunun qalıqları özünün son zəminindən məhrum olmuşdu. İndi üzvləri bütün Attikaya səpələnmiş və bir-biri ilə büsbütün qarışmış olan qəbilələr, fratriyalar və tayfalar bu səbəbdən siyasi birləşmələr rolu üçün tamamilə yararsız olmuşdular; Afina vətəndaşlarının çoxu heç bir qəbiləyə mənsub deyildi; bunlar gəlmələr idi və vətəndaşlıq hüquqları almışdılarsa da, köhnə qəbilə ittifaqlarından heç birinə qəbul edilməmişdilər; bununla yanaşı, himayə altında olan yadelli gəlmələr var idi və bunların sayı arasıkəsilmədən artırdı25.

Lakin partiyaların mübarizəsi davam edirdi; ə'yanlar öz əvvəlki imtiyazlarını qaytarmağa cəhd edirdilər və qısa bir müddətdə üstünlük qazanmışdılar, nəhayət, Klisfen inqilabı (bizim tarixdən əvvəl 509-cu il) onları tamamilə yıxdı, onlarla birlikdə də qəbilə quruluşunun son qalıqlarını devirdi.

Klisfen tərəfindən keçirilən yeni idarəçiliyin təşkili qəbilələrə və fratriyalara əsaslanan dörd qədim tayfa bölgüsünə e'tina etairdi. Onun yerini navkrariyalarda artıq sınanmış bölgüyə–vətəndaşların yalnız yaşadıqları yerə görə bölgüsünə–əsaslanan tamamilə yeni bir təşkilat tutdu. Artıq indi qəbilə ittifaqlarına mənsub olmağın deyil, yalnız daimi yaşayış yerinin həlledici əhamiyyəti var idi; xalq bölünmək deyil, ərazi bölünürdü; əhali siyasi cəhətdən ərazinin sadəcə bir əlavəsinə çevrilirdi.

Bütun Attika özü özünü idarə edən yüz icma-mahala, yaxud demə bölünürdü. Hər demdə yaşayan vətəndaşlar (demotlar) özlərinə ağsaqqal (demarx) və xəzinədar, habelə kiçik çəkişmələrə baxan otuz hakim seçirdilər. Demlərin həmçinin öz mə'bədi və hami allahı, yaxud qəhrəmanı olurdu və bundan vtrü onlar din xadimləri seçirdilər. Demdə ali hakimiyyət demotlar yığıncağına məxsus idi. Morqanın haqlı olaraq qeyd etdiyi kimi, bu, özü özünü idarə edən Amerika şəhər icmasının nümunəsidir. Afinada meydana gəlməkdə olan dövlət müasir dövlətin öz yüksək inkişafı nəticəsində gəlib çatdığı eyni vahiddən başladı.

On bu cür vahid, yə'ni dem, tayfanı təşkil edirdi, lakin köhnə qəbilə tayfasından fərqli olaraq bu tayfa indi ərazi tayfası adlanmağa başlamışdı. Bu, nəinki özü özünü idarə edən siyasi birləşmə, habelə hərbi birləşmə idi, o, süvariyə komandanlıq edən filarx (qədim yunan dilindəki «fila»–tayfa sözündəndir. Red.) və ya tayfa ağsaqqalı, piyadaya komandanlıq edən taksiarx və tayfanın ərazisində toplanmış bütün qoşuna komandanlıq edən strateq seçirdi. Sonra, bu tayfa ekipajla və komandiri ilə birlikdə beş hərb gəmisi təchiz edirdi, o öz müqəddəs hamisi olmaq e'tibarı ilə müəyyən bir Attika qəhrəmanı alırdı və onun adı ilə adlanırdı. Nəhayət, o, Afina şurasına əlli nümayəndə seçirdi.

Bunun zirvəsi Afina dövləti oldu, bu dövləti on tayfanın beş yüz seçilmiş nümayəndəsindən ibarət şurası, son mərhələdə isə, hər bir Afina vətəndaşının gəlmək və səs vermək hüququ olduğu xalq yığıncağı idarə edirdi; bununla yanaşı arxontlar və başqa vəzifəli şəxslər müxtəlif idarə sahələri və məhkəmə işləri ilə məşğul olurdular. Afinada icraiyyə hakimiyyətinin başçısı yox idi.

Bu yeni idarəçilik təşkilatının tətbiq edilməsi ilə və buraya himayə altında olan olduqca çox adamın buraxılması ilə–bunların bir hissəsi gəlmələr, bir hissəsi də azad edilmiş qullar idi–qəbilə quruluşu orqanları ictimai işlərdən uzaqlaşdırıldı; bunlar pozulub xüsusi xarakterli ittifaqlar və dini birliklər şəklinə düşdü. Lakin köhnə qəbilə dövrünün mə’nəvi tə'siri, ondan irs qalan baxışlar və təfəkkür tərzi hələ uzun müddət yalnız tədriclə ölüb gedən ən'ənələrdə yaşayırdı. Bu hal çox sonrakı dövlət tə'sisatlarından birində özünü göstərdi.

Biz gördük ki, dövlətin mühüm əlaməti xalq kütləsindən ayrı olan kütləvi hakimiyyətdən ibarətdir. O zaman Afinanın yalnız xalq qoşunu və bilavasitə xalqın verdiyi donanması var idi; qoşun və donanma xarici düşmənlərdən müdafiə edirdi və artıq o zaman əhalinin böyük əksəriyyətini təşkil edən qulları itaətdə saxlayırdı. Vətəndaşlara münasibətdə kütləvi hakimiyyət əvvəllər yalnız polis şəklində mövcud idi ki, bu da dövlət qədər qədimdir, buna görə də XVIII əsrin ürəyiaçıq fransızları sivilizasiyalı xalqlardan deyil, polisləşdirilmiş xalqlardan (nations policees) (Cinasdır: «police»–«sivilizasiyalı», «police»–«polis» deməkdir. Red.) bəhs edirdilər. Beləliklə, afinalılar öz dövlətləri ilə bir zamanda polis də yaratmışdılar, həmin polis piyada və süvari ox atıcılarından–Cənubi Almaniyada və İsveçrədə deyildiyi kimi, landyekerlərdən ibarət əsl jandarmeriya idi. Lakin bu jandarmeriya qullardan təşkil olunurdu. Həmin polis xidməti azad afinalıya o qədər alçaldıcı görünürdü ki, silahlı qulun onu həbsə almasını daha üstün tuturdu, təki özü bu cür biabırçı işlə məşğul olmasın. Bunda hələ köhnə qəbilə məişətinin təfəkkür tərzi özünü göstərirdi. Dövlət polissiz yaşaya bilməzdi, lakin o hələ gənc idi və keçmiş qəbilə üzvlərinə hökmən iyrənc görünməli olan bir məşğələyə hörmət oyatmaq üçün hələ kifayət qədər mə'nəvi nüfuza malik deyildir.

Afinalıların yeni ictimai mövqeyinə özünün başlıca cəhətlərində təşəkkül tapmış olan dövlətin nə dərəcə uyğun olduğunu sərvət, ticarət və sənayenin sür'ətli tərəqqisi göstərir. İndi ictimai və siyasi tə'sisatın əsasında duran sinfi antaqonizm daha ə'yanlarla sadə xalq arasında antaqonizm deyil, qullarla azad adamlar arasında, himayə altında olanlarla tam hüquqlu vətəndaşlar arasında antaqonizm idi. Afinanın ən yüksək tərəqqisi zamanı, qadınlar və uşaqlar da daxil olmaqla, azad vətəndaşların ümumi sayı təqribən 90000 nəfər idi, hər iki cinsdən olan qulların sayı 365000 nəfər və himayə altında olanların–yadellilərin və azad edilmişlərin sayı isə 45000 nəfər idi. Beləliklə, hər yaşlı kişi vətəndaşa azı 18 qul və iki nəfərdən çox himayə altında olan şəxs düşürdü. Qulların çox olması bununla bağlı idi ki, onların çoxu nəzarətçilərin müşahidəsi altında birlikdə manufakturalarda, böyük binalarda işləyirdi. Lakin ticarət və sənayenin inkişaf etməsi ilə sərvət az miqdar adamın əlində toplanır və təmərküzləşirdi, habelə azad vətəndaşlar kütləsi dilənçiləşirdi və onlar üçün yalnız belə bir çarə qalırdı: ya sənətlə məşğul olaraq, qul əməyi ilə rəqabətə girmək,–bu da eyib, alçaq bir məşğələ hesab edilirdi, həm də bundan böyük bir müvəffəqiyyət gözlənmirdi,–ya da dönüb dilənçi olmaq. Onlar–həmin şəraitdə labüd olaraq–axırıncı yolla gedirdilər, həm də onlar əhalinin xeyli hissəsini təşkil etdiklərinə görə, bu, bütün Afina dövlətini də fəlakətə apardı. Afinanı heç də monarxlar qarşısında quyruq bulayan Avropa məktəb pedantlarının iddia etdikləri kimi demokratiya deyil, azad vətəndaşın əməyini mənfur şəklə salan köləlik məhv etdi.

Afinalılarda dövlətin meydana gəlməsi ümumiyyətlə dövlətin yaranmasının son dərəcə tipik nümunəsidir, bir tərəfdən, ona görə ki, bu, kənardan və ya içəridən heç bir zorakı müdaxilə olmadan, xalis şəkildə baş verir,–Pisistrat tərəfindən hakimiyyətin qısa müddətdə qəsb edilməsi heç bir iz qoymamışdı,–digər tərəfdən, ona görə ki, bu halda çox yüksək inkişaf etmiş dövlət forması, demokratik respublika bilavasitə qəbilə cəmiyyətindən meydana gəlir və nəhayət ona görə ki, həmin dövlətin əmələ gəlməsinin bütün mühüm təfərrüatı bizə kifayət qədər mə'lumdur.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin