F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1



Yüklə 0,92 Mb.
səhifə12/12
tarix01.01.2017
ölçüsü0,92 Mb.
#3892
1   ...   4   5   6   7   8   9   10   11   12


2 Bu əsəri Engels özünün «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi» kitabının dördüncü nəşrinə müqəddimə kimi yazmışdır. Kitab çıxanadək müqəddimə «Neue Zeit» jurnalının 1891-ci il 41-ci №-sində «İbtidai ailənin tarixinə dair (Baxofen, Mak-Lennan, Morqan)» adı ilə nəşr edilmişdi.

3 «Contemporanul» («Müasir»)–sosialist məsləkli rumın jurnalqa, 1881–1890-cı illərdə Yassıda nəşr olunurdu.

4 Maqarlar–tayfadır, hazırda Nepalın qərb rayonlarında yaşayan xalqdır.

5 Engels 1888-ci ilin avqust–sentyabrında Amerika Birləşmiş Ştatlarına və Kanadaya səyahət etmişdi. Bu səfər haqqında Engelsin yol təəssüratı ü�ün bax: K.Marks və F.Engels. Əsərləri, 2-ci nəşri, :21�v cild, səh. 484–486.

6 Pueblo–Şimali Amerikanın Yeni Meksika ərazisində (hazırda ABŞ-ın Cənub-Qərbi və Şimali Meksika) yaşayan, tarix və mədəniyyətlərinin ümumiliyi ilə birləşən hindi tayfalar qrupunun adıdır. İspanca pueblo (xalq, kənd, icma) sözündən əmələ gəlmiş bu ad onlara kəndlərinin xüsusi xarakteri ilə əlaqədar olaraq ispan işğalçıları tərəfindən verilmişdi, həmin kəndlər 5–6 mərtəbəyə qədər olan, minə qədər adam tutan böyük ev-qalalardan ibarət idi; bu ad həmin tayfaların kəndləri barəsində də işlədilirdi.

7 Marksın bu məktubu bizə gəlib çatmamışdır. Engels bu məktubu, özünün Kautskiyə 1884-cü il 11 aprel tarixli məktubunda yada salır.

8 Söhbət R.Vaqnerin «Nibelunqun üzüyü» adlı opera tetralogiyasının mətnindən gedir; bu mətni bəstəkar özü «Edda» adlı Skandinaviya eposu və «Nibelunqlar haqqında mahnı» adlı alman eposu əsasında yazmışdı.

9 «Edda» və «Ekisdrekka»–Skandinaviya xalqlarının mifoloji və qəhrəmanlıq dastanları və mahnıları məcmuəsidir.

10 «Aslar və vanlar»–Skandinaviya mifologiyasında allahların iki qrupudur. «İnqlinqlər haqqında dastan»–orta əsr İslandiya şairi və salnaməçisi Snorri Sturlusonun Norveç kralları (qədim zamanlardan XII əsrə qədər) haqqında kitabında birinci dastandır.

11 Söhbət nigah siniflərindən və ya bölmələrindən–Avstraliya tayfalarının çoxunun bölündüyü xüsusi qruplardan gedir. Hər bir qrupdan olan kişilər yalnız müəyyən bir başqa qrupdan olan qadınlarla evlənə bilərdilər; hər tayfada belə 4–8 qrup var idi.

12 Saturnaliyalar–Qədim Romada Saturn allahının şərəfinə hər il əkinçilik işlərinin başa çatması ilə əlaqədar olaraq keçirilən bayramlardır. Saturnaliya günlərində cinsi əlaqə azadlığı hökm sürürdü: «Saturnaliya» sözü kef və eyş-işrət mə'nasında işlədilən ümumi bir söz olmuşdur.

13 Bax: L.H.Morgan. «Ancient Society». London, 1877, p. 465–466, habelə «Marksın və Engelsin arxivi», IX cild, səh. 29.

14 Bax: yenə orada, səh. 470, habelə «Marksın və Engelsin arxivi» , IX cild, səh. 31.

15 M.M.Kovalevsinnin aşağıdakı əsəri nəzərdə tutulur: «İbtidai huquq, I buraxılış. Qəbilə». M., 1886. Kovalevski bu əsərində Rusiyada ailə icması barəsində 1875-ci ildə Orşanski və 1878-ci ildə A.Y.Yefimenko tərəfindən verilən mə'lumata isnad edir.

16 Yaroslavın «Pravda»sı dedikdə «Rusiya Pravdası»nın ən qədim mətninin birinci hissəsi nəzərdə tutulur. Bu isə XI–XII əsrlərdə o dövrün adi hüququ əsasında meydana gəlmişdi və cəmiyyətin iqtisadi və sosial münasibətlərini əks etdirən Qədim Rusiyanın qanunlar məcmuəsi idi.

Dalmatsiya qanunları–XV–XVII ösrlərdə Politsda (Dalmatsiyanın bir hissəsi) qüvvədə olan qanunlar məcmuəsidir, Polits statusu adı ilə məşhurdur.



17 Calpullis–Meksika ispanlar tərəfindən işğal edildiyi dövrdə Meksika hindilərinin ailə icmalarıdır; bütün üzvləri bir mənşədən olan hər bir ailə icması (Calpulli) ümumi torpaq sahəsinə malik idi və bu sahə nə başqasına verilir, nə də vərəsələr arasında böluşdürülürdü.

18 Söhbət mülki məcəllənin 230-cu maddəsindən gedir (bax: 82-ci qeyd).

19 Spartiatlar–Qədim Spartanın tam huquqlu vətəndaşları.

İlotlar–Qədim Spartanın huquqsuz sakinləridir, onlar torpağa təhkim edilmişdilər və torpaq sahibi olan spartalıların xeyrinə müəyyən mükəlləfiyyətlər daşıyırdılar.



20 «Qudrun» (yaxud «Kudrun»)–almanların XIII əsrə aid orta əsr epik poemasıdır.

21 Söhbət 1519–1521-ci illərdə ispan konkistadorları tərəfindən Meksikanın işğal edilməsindən gedir.

22 L.H.Morqan. «Ancient society». London, 1877, p. 115.

23 «Bitərəf millət»–İrokezlərə qohum olan və Eri gölünün şimal sahilində yaşayan bir neçə hindi tayfasının hərbi ittifaqı XVII əsrdə belə adlanırdı. Fransız kolonistləri tərəfindən bu ittifaqabelə bir ad ona görə verilmişdi ki, həmin ittifaq əsl İrokez və quron tayfaları arasında baş verən müharibələrdə bitərəf qalırdı.

24 Söhbət ingilis mustəmləkəçilərinə qarşı zulusların 1879–1887-ci illərdəki milli azadlıq mübarizəsindən gedir.

Nubiyalıların, ərəblərin və Sudanda yaşayan başqa xalqların müsəlman təbliğatçısı Məhəmməd-Əhməd tərəfindən başçılıq edilən milli azadlıq üsyanı 1881–1884-cü illərdə baş vermişdi. Üsyan gedişində mərkəzləşdirilmiş müstəqil Mahdi dövləti yaranmışdı. Yalnız 1899-cu ildə ingilislər Sudanı işğal etdilər.



25 Metek deyilənlər–daimi məskən salıb yaşamaq üçün Attikaya köçüb gələn yadellilər nəzərdə tutulur; onlar azaddılar, lakin Afina vətəndaşı hüquqları yox idi. Meteklər başlıca olaraq sənətkarlıq və ticarətlə məşğul olurdular, xüsusi vergi verməli idilər və onların tam Hüquqlu vətəndaşlar içərisindən «himayəçiləri» olmalı idi, bunların vasitəsi ilə onlar idarə orqanlarına muraciət edə bilərdilər.

26 On iki cədvəl qanunları–bu qanunlar patrisilərə qarşı plebeylərin mübarizəsi nəticəsində eramızdan əvvəl V əsrin ortalarında tərtib edilmişdi; bu qanunlar Roma cəmiyyətində əmlak cəhətdən təbəqələşmə, quldarlığın inkişafı və quldarlıq dövlətinin formalaşması proseslərini əks etdirirdi; qanunlar on iki taxtada (cədvəldə) yazılmışdı.

27 İkinci Pun müharibəsi (eramızdan əvvəl 218–201-ci illər)–Aralıq dənizinin qərb hissəsində hökmranlıq uğrunda, yeni ərazi tutmaq və qullar əldə etmək uğrunda qədim dövrün iki ən böyük quldarlıq dövləti olan Roma ilə Karfagen arasında gedən müharibədir. Müharibə Karfagenin məğlubiyyəti ilə nəticələndi.

28 Uelsin ingilislər tərəfindən işğal olunması 1283-cü ildə başa çatdırılmışdı, lakin bundan sonra Uels öz muxtariyyətini saxlamaqda davam edirdi; Uels XVI əsrin ortalarında İngiltərəyə tamamilə birləşdirildi.

29 1869–1870-ci illərdə Engels İrlandiya tarixinə həsr edilən böyük bir əsər üzərində işləyirdi. Lakin əsər başa çatdırılmadı (Engels tərəfindən əsərin yazılmış hissəsi üçün bax: K Marks və F.Engels. Əsərləri, 2-ci nəşri, 16-cı cild, səh. 479–524, əsərə hazırlıq materiallarının bir hissəsi üçün bax: «Marksın və Engelsin arxivi», X cild, 1948, səh 100–263); Engels keltlərin tarixini öyrənməklə əlaqədar olaraq qədnm Uels qanunlarını da tədqiq etmişdi.

30 Engels bu kitabdan sitat gətirir: «Ancient Laws and İnstitutes of Wales» («Uelsin qədim qanun və qaydaları»). I cild, 1841, səh. 93.

31 Engels 1891-ci ilin sentyabrında Şotlandiyaya və İrlandiyaya səfər etmişdi.

32 1745–1746-cı illərdə Şotlandiyada İngiltərə-Şotlandiya torpaq aristokratiyasının və burjuaziyasının xeyrinə göstərilən təzyiqə və torpaqdan məhrum etmə hallarına qarşı dağlı klanların üsyanı olmuşdu; dağlılar qədim qəbilə təşkilatının qorunub saxlanması uğrunda mübarizə edirdilər. Üsyanın yatırılması nəticəsində dağlıq Şotlandiyada klan sistemi aradan qaldırıldı, qəbilə torpaq sahibliyinin qalıqları ləğv edildi. Şotlandiya kəndlilərinin qovulub torpaqdan çıxarılması prosesi gücləndi, qəbilə məhkəmələri ləğv edildi, bə'zi qəbilə adətləri qadağan olundu.

33 L.H.Morqan. «Ancient society». London, 1877, p. 357

34 «Alemann pravdası»–V əsrdən e'tibarən muasir Elzas, Şərqi İsveçrə və Cənubi-Qərbi Almaniya ərazini tutan alemannlar (alamanlar) adlı german tayfa ittifaqının adi hüquq məcmuəsidir; bu, VI əsrin axırlarına–VII əsrin əvvəllərinə və VIII əsrə aiddir. Engels burada «Ademann pravdası»nın LXXXI (LXXXIV) qanununa isnad edir.

35 «Hildebrand haqqında mahnı»–qəhrəmanlıq poemasıdır, VIII əsrə aid qədim alman epik poeziyasının parçalar şəklində qalmış abidəsidir.

36 Roma hökmranlığına qarşı german və Qalliya tayfalarının üsyanı 69–70-ci illərdə (bə'zi mə'xəzlərə görə 69–71-ci illərdə) baş vermişdi; üsyana Sivilis başçılıq edirdi. Üsyan Qalliyanın və Romaya tabe olan german vilayətlərinin xeyli hissəsini əhatə edərək Roma üçün həmin ərazini itirmək təhlükəsi doğurmuşdu. Üsyan edənlər məğlubiyyətə uğradılar və Roma ilə sülh bağlamağa məcbur oldular.

37 «Codex Laureshamensis» («Lorş məcəlləsi»)–Lorş monastırının hədiyyə fərmanları və imtiyazlarının surətlərinin XII əsrdə tərtib edilən məcmuəsidir; bu məcmuə VIII–IX əsrlərdə kəndli və feodal torpaq sahibliyi tarixinə dair ən mühüm mə'xəzlərdən biridir.

38 German millətinin müqəddəs Roma imperiyası–962-ci ildə yaradılan, Almaniya ərazisini və İtaliyanın bir hissəsini əhatə edən orta əsr imperiyasıdır, Sonralar İmperiyanın tərkibinə habelə bə'zi fransız torpaqları, Çexiya, Avstriya, Niderland, İsveçrə və başqa ölkələr də daxil olurdu. İmperiya mərkəzləşdirilmiş dövlət deyildi və imperatorun ali hakimiyyətini qəbul edən feodal knyazlıqlarının və azad şəhərlərin zəif birliyi idi. Fransa ilə müharibədə məğlubiyyətdən sonra Habsburqlar Müqəddəs Roma imperiyasının imperatoru titulundan əl çəkməyə məcbur oldular və beləliklə 1806-cı ildə imperiya aradan qaldırılmış oldu.

39 Benefis (beneficium, hərfiyyən: «mukafat»)–VIII əsrin birinci yarısında frank dövlətində geniş yayılmış olan torpaq bağışlamaq formasıdır. Benefis formasında bağışlanan torpaq sahəsi burada yaşayan asılı kəndlilərlə birlikdə bunu alanın (benefisçinin) ömürlük istifadəsinə verilir, bundan ötrü o, müəyyən xidmətləri, çox zaman hərbi xidmətləri yerinə yetirməli olurdu. Benefis sistemi feodallar, xüsusilə xırda və orta zadəganlar sinfinin formalaşmasına, kəndli kütlələrinin təhkimli vəziyyətinə salınmasına, vassal münasibətlərinin və feodal iyerarxiyasının inkişafına kömək edirdi. Sonralar benefislər irsi lenlərə (feodlara) çevrilməyə başladı.

40 Mahal qrafları (Gaugrafen)–Frank dövlətində mahallara və ya qraflıqlara başçı tə'yin edilən kral mə'murları idi; onlara məhkəmə ixtiyarı verilmişdi, onlar vergi toplayır və onların öz qoşunu olurdu, yürüşlər zamanı bu qoşuna komandanlıq edirdilər. Öz xidmətləri müqabilində onlar öz mahallarında toplanan kral vergilərinin üçdə bir hissəsindən istifadə edir və torpaq mülkləri ilə mükafatlandırılırdılar. Sonralar, xüsusən qraf vəzifəsinin irsən keçməsi rəsmi surətdə müəyyən edildiyi 877-ci ildən sonra qraflar tədriclə kral tərəfindən tə'yin edilən vəzifəli şəxslərdən suveren hakimiyyətə malik iri feodal torpaq sahiblərinə çevrilirdilər.

41 Anqariyalar–Roma imperiyasında sakinlərin üzərinə qoyulanvə onları hökumət nəqliyyatına xidmət üçün at və ya yük daşıyanlar verməyə məcbur edən mükəlləfiyyətlərdir; bu, sonralar daha geniş xarakter alaraq, əhali üçün ağır yük olmuşdu.

42 Kommendasiya–Avropada VIII–IX əsrlərdən başlayaraq müəyyən şərtlərlə (məsələn, hərbi xidmət daşımaq, öz torpağını ona verməklə, bu torpağı şərti saxlamaq şəklində geri almaq) kəndlilərin feodal «himayəsi» altına, yaxud xırda feodalların iri feodallar «himayəsi» altına keçməsinin yayılmış formalarından biri idi. çox zaman bu işə zorla məcbur edilən, kəndlilər öz şəxsi azadlığını itirir, xırda feodallar isə iri feodallarla vassal münasibətlərinə girirdilər, beləliklə də kommendasiya feodal münasibətlərinin möhkəmlənməsinə kömək edirdi.

43 1066-cı ildə Hastinqs yaxınlığında Normandiya hersoqu Vilhelmin İngiltərəyə soxulan qoşunlarının ingilis-sakslarla vuruşması baş verdi. Öz hərbi təşkilatında icma quruluşunun qalıqlarını saxlayan və primitiv silahlarla silahlanmış olan ingilis-saks qoşunları məğlubiyyətə uğradı, ingilis-saksların karlı Harold isə vuruşmada həlak oldu. Vilhelm I Vilhelm Fateh adı ilə İngiltərənin kralı oldu.

44 Ditmarşen–müasir Şlezviq-Holşteynin cənub-qərb hissəsində vilayətdir. Qədimdə burada sakslar yaşamış, VIII əsrdə Böyük Karl tərəfindən işğal edilmiş, sonralar müxtəlif ruhani və dünyəvi feodalların mülkü olmuşdur. XII əsrin ortalarından içərisində azad kəndlilərin çoxluq təşkil etdiyi Ditmarşen əhalisi tədriclə müstəqilliyə nail olmağa başlamışdı və XIII əsrin əvvəllərindən XVI əsrin ortalarına qədər əslində müstəqil idi. Bu dövrdə Ditmarşen özünü idarə edən bir sıra kəndli icmalarının məcmusundan ibarət idi və bir çox hallarda bu icmaların əsasını köhnə kəndli qəbilələri təşkil edirdi. XIV əsrə qədər Ditmarşendə ali hakimiyyət bütün azad torpaq sahiblərinin məclisinə məxsus idi, sonra bu hakimiyyət üç seçkili hey'ətin ixtiyarına keçdi. 1559-cu ildə Danimarka kralı II Frederikin və Holşteyn hersoqlarından İohan və Adolfun qoşunları Ditmarşen əhalisinin muqavimətini qırdı və bu vilayət qaliblər arasında bölüşdürüldü. Lakin icma quruluşu və qismən özünüidarə Ditmarşendə ta XIX əsrin ikinci yarısına qədər qalmaqda davam edirdi.

45 : Hegel. «Hüquq fəlsəfəsinin əsasları», 257 və 360-cı §-lar.

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin