178
III - Bişirmə
Legirləyici elementləri
ərimə temperaturundan
aşağı temperaturda aparılan bişirmə zamanı, “yaşıl
hissələr” ərimir. Ovuntu hissəcıkləri bir-birləri ilə
diffuziya vasitəsi ilə birləşərək detalların
mexaniki
xüsusiyyətlərinə kəskin təsir edir. Həmçinin, müəyyən
olunmuş bişirmə temperaturu materialın bərkliyinin
artmasına səbəb ola bilər.
Şəkil 8.5. Bişirmə.
IV - Kalibrləmə və ştamplama
Kalibrləmə və ştamplamada
ölçü dəqiqliyi və
həmçinin sıxlıq artırılaraq, səthin kələ-kötürlüyü tələb
olunan həddə çatdırılır (şək. 8.6.). Növbəti əməliyyat
olaraq termiki emalla bərkliyin artırılması da
mükündür. Başqa formavermə üsullarında əlavə emal
proseslərinin vacibliyi, bişirmə üsulunun əhəmiyyətini
daha da artırır.
179
Şəkil 8.6. Kalibrləmə və ştamplama.
V - Mərhələ - Yağ hopdurma
Kalibrləmə və
ştamplamadan sonra hissələr
vakummda yağla hopdurulur (şək. 8.7.). Hİssələrin
istismar şəraitindən (yüklənmədən, temperaturdan,
dövrlər sayından və s.) asılı olaraq,
yağlayici
maddələrin növü seçilir.
Şəkil 8.7. Hissələrə vakuumda yağ hopdurma.
180
8.2. Öz-
özünü yağlayan bişirilmiş yastıqların
üstünlükləri
Yağ hopdurulmuş bişmiş (zinter) yastıqlar yüksək
yüklənmə və funksiya təminatına
malik olub,
xidmətsiz və öz-özlərini yağlayan konstruksiya
elementləridir.
Bişmiş yastıqlar sürüşmə yastıqlarının
bir növü
olub, onlarda yastıq massiv materialdan deyil,
bişirilmiş materialdan ibarət olur.
Bu materiallar tam
kip olmadığından yağlama zamanı səmərə əldə olunur.
Yağlayici maddə məsamələrə daxil olarq orada qalır.
Öz-özünü yağlayan bişmiş yastıqlarda məsamənin
həcmi ümumi həcmin 20-30%- ni təşkil edir.
Burada
olan yağın miqdarı yastığın istismarı dövründə kifayət
edir. İstismar zamanı val ilə yastıq arasında yağ
təbəqəsi əmələ gəlir və kapilyar təsirlə elastiki
deformasiya və istilik mübadiləsinə səbəb olur.
Dostları ilə paylaş: