F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


. Bişirmə üsulu ilə antifriksion materialların



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə80/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

8.1
. Bişirmə üsulu ilə antifriksion materialların 
alınması texnikası və vasitələri 
Bişirmə ovuntu metallurgiyasında formavermə 
üsulu olub, maşınqayırmanın müxtlif sahələrində 
tətbiq olunmaqdadır (şək. 8.1.).
Şəkil 8.1. a- bişirilmiş materialların tətbiq sahələri. b- 
avtomobil sənayesi üçün bişirilmiş hissələr.
Bişirmə müxtəlif proseslərin cəmindən ibarətdir. 
Hər bir proses materialın xüsusiyyətlərini dəyişir və 
bu xüsusiyyətlər əvvəlki prosesdən asılıdır. Bişirmə 
üsulunun digər üsullarla müqayisəli üstünlüklərinə 
aşağıdakıları göstərmək olar: 
-
heç bir əlavə emal; 
-
geniş intervalda yüksək dəqiqlik; 
-
tam materialla müqayisədə kütləyə 10-15% 
qənaət; 
-
məsamənın öz-özünü yağlama üçün istifadə 
olunması; 
Hesablayıcılarda 1% 
a) 
b) 
Yaddaş mücrüsü 1% 
Məişət əşyaları 2% 
Əl alətləri 5% 
Sənaye mühərrikləri, İdarəetmə sistemləri 9% 
Avtomobil sənayesi 
71% 
Xüsusi hallar 
11% 


175 
-
müxtəlif material seçimi mümkünlüyü; 
-
heç bir emal tullantısı; 
-
aşağı texnoloji xərclər (kəsmə ilə emala 
nisbətən 70%- ə qədər). 
Bişirmə 
əməliyyatı 
ovuntunu 
qarışdırma,
ovuntunu presləmə, bişirmə, kalibrləmə, ştamplama 
və yağ hopdurma
 
mərhələlərindən ibarətdir. Hər bir 
mərhələni və burada tətbiq olunan texniki vasitələri 
ayrı-ayrılıqda nəzərdən keçirək.
 
I - Qarışdırma 
Metal ovuntusunun başqa legirləyici elementlərlə 
birgə qarışdırılması materialların tərkibdə bərabər 
paylanmasını təmin edir (şək. 8.2.). Bununla arzu 
olunan material xüsusiyyətləri təmin oluna və 
presləmə zamanı sürtünmə qüvvəsi azaldıla bilər. 
Burada ovuntu metallurgiyası ilə preslənən hissələr 
başqa formavermə üsulları ilə müqayisədə, çoxsaylı 
legirləyici kombinasiyalara malik olurlar.

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin