184
Karbidin
ərimə
temperaturu
çox
yüksək
olduğundan və ərimə zamanı onlar parçalandığından
bərk metallar toz metallurgiyası üsulu ilə (məsələn,
sinterləmə) istehsal olunurlar. Üstəəritmə zamanı
tətbiq olunan bərk toz ərintiləri yenidən əridildiyindən,
onların tərkibi əritmə texnologiyasının səmərəli
olmaması səbəbindən məqsədəuyğun alınmaya bilər.
Amma lehimləmə zamanı lehimin tərkibində olan belə
bərk maddələr əridilmir və yalnız matris əridilərək,
örtük təbəqəsi səthlə birləşdirilir.
Lehimləmədə metaldan (karbidlər, nitridlər,
boridlər, silisidlər, torium karbid, uran karbid və s.) və
qeyri-metaldan (almaz, korund, silisium karbid, bor
karbid və s.) hazırlanan bərk ərintilərdən geniş istifadə
olunur. Bəzi lehim materialının tərkibinə daxil olan
elementlər növbəti cədvəldə təqdim olunmuşdur.
Dostları ilə paylaş: