1.Lüğət üzrə işdə əvvəlcə məfhum mənimsədilməlidir.Bu o deməkdir ki,şagirdlərə yeni söz öyrədərkən,əvvəlcə həmin sözün arxasında dayanmış məna və ya mənaları öyrətmək istəyiriksə və həmin sözün onun fəal lüğət fonduna daxil olması zəruridirsə,bu sözün bütün məna çalarlarını müxtəlif cümlələr içərisində şagirdlərə çatdırmalıyıq.
2.Hər bir nitq hissəsinin qrammatik əlamətləri onun semantikası əsasinda başa salınmalıdır.Yəni,nitq hissələrinin qrammatik və semantik əlamətləri paralel surətdə öyrənilməlidir.