Üçüncü başlıca tələb-təlimdə texniki vasitələrdən istifadəyə üstünlük verməkdir.Texniki vasitələrdən,kompüter,internet şəbəkələri,müxtəlif elektron disk və slaydları şagirdlərə düzgün ədəbi tələffüz nümunələri verir ki,bunun da praktik vərdişlərə istinad işində böyük əhəmiyyəti vardır.
Dördüncü tələb- öyrədilən nəzəri qaydaların praktiki tətbiqinə nail olmaqdır.Bu tələbi irəli sürən əsas cəhət ondan ibarətdir ki,öyrədilmiş qaydalar,anlayışlar,cümlələr,misallar üzərində tətbiq edildikdə onların ikili xarakteri daha asanlıqla üzə çıxır və müqayisələr aparmağa,dəqiqləşdirməyə imkan yaranır.
Dostları ilə paylaş: |