1.Şagird nitqindəki şivə xüsusiyyətlərinin aradan qaldırılması.Bu tələbin mahiyyətini başa düşmək üçün Busayevin fikrini yada salmaq lazımdır. “Ana dilinin ilk ibtidai təlimi genetik,uşağın anadan gəlmə dil qabiliyyətinin tədricən inkişafına əsaslanan üsul olmalıdır.Bu üsula əsasən şagirdə əslində yeni bilik verilmir,yalnız onda əvvəlcədən olanlar şərh edilir və şüurlu surətdə mənimsədilir”.
İkinci başlıca tələb şagird mütaliəsinə geniş yer meydan verməkdir.Bildiyimiz kimi,mütaliə hər kəsin dünyagörüşünü,ümumi bilik dairəsini,həyata münasibətdə təcrübəsini genişləndirir.