7.Qiymətləndirmə: Bu mərhələdə qiymətləndirmə səviyyələrinə uyğun olaraq qrupları qiymətləndirirəm.
Mövzu 3: Təlimim təşkilinə verilən tələblər
Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə eləmək üçün müəllimlərin əlaqələndirici,istiqamətverici,məsləhətçi,şagirdlərin isə tedqiqatçı,təcrübəçi,yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında prinsiplər nəzərə alınmaqla qurulur.
Təlimin humanistləşdirilməsi,humanitarlaşdırılması,informatlaşdırılması,fərdiləşmə və diferensiallaşdırılması prinsipləri müasir dərsin qarşısında bir çox tələlər qoyur ki,bunlardan bir neçəsinə toxunmaq lazımdır:
1.Pedoqoji prosesin tamlığı,dərsin ideya-siyasi səviyyəsinin yüksəldilməsi;
2.Elmilik prinsipi gözlənilməklə bilikləri müstəqil toplama,mənimsəmə və yaradıcı tətbiqetmə;
3.Şagirdlərdə informasiya məkanına müstəqil daxil olma bacarığının formalaşdırılması;
4.Fəndaxili və fənlərarası inteqrasiyanın (şaquli və üfiqi formalarda) təmin olunması
5.Şəxsiyyətyönümlülük nəzərə alınmaqla şagirdlərin idrak fəaliyyətinin və müstəqilliyinin inkişaf etdirilməsi;
6.Şagirdyönümlülük gözlənilməklə nikbinlik,humanistlik,tolerantlılığın formalaşdırılması;
7.Stimullaşdırıcı psixoloji dəstəyin təmin olunmasıyla “orta qızıl xəttin”tapıması və müəllimin avtoritarizmə,şagirdin xaosa meyilliliyinin aradan qaldırılması;
8.Pedaqoji texnologiyanın imkanları dairəsində əyani və texniki təlim vasitələrindən geniş istifadə.
Müəllim öz işinə daşı daş üstünə qoyub gözəl bina yapan bənna,ayrı-ayrı notlarən harmoniyasını tapıb ecazkar mahnı bəstələyən bəstəkar,müxtəlif rənglərin çalarından göz oxşayan bir tablo yaradan rəssam kimi baxmalıdır.Əsl müəllimin dərsi dərsdən əvvəl başlanır,dərsdə davam edir və dərsdən sonra şagirdinin cəmiyyətdə tutduğu vətəndaşlıq mövqeyində yekunlaşır.
Bu gün Azərbaycan məktəbində totalitar qapalı sovet dönəmində təhsil almış,dərs demiş qocaman,peşəkar pedaqoqlarla bərabər azad,müstəqil,demokratik dəyərlərə sahib,dünya təhsil sisteminin nailiyyətlərini izləyə bilən,yeniliyi həzm etməyi bacaran gənc müəllimlər də işləyir.
1. Azərbaycan dili dərslərimizdə doğma dilimizə isti münasibətin,sevginin yaradılması ideya-siyasi kamilliyə aparan başlıca istiqamətlərdəndir.
2.Müasir dərsə verilən başlıca tələblərdən biri elmilik prinsipi gözləməklə şagirdlərdə bilikləri müstəqil toplama,düşünmə və yaradıcı tətbiq etmə qabiliyyətini formalaşdırmaqdır.Bunun üçün ilk növbədə müəllimin özünün elmi səviyyəsi,pedaqoji ustalığı yüksək olmalıdır.
3.Şagirdlərdə informasiya məkanına müstəqil daxil olma bacarığının formalaşdırılması dedikdə nəzərdə tutmalıyıq ki,yaşadığımız əsr informasiya axını əsridir.
4.Fəndaxili və fənlərarasl inteqrasiyanın (şaquli və üfüqi formalarda) təmin olunması tələbi də ənənəvi, həm də fəal interaktiv təlimin obyektiv gərçəklikləridir.Şagirdlərin əldə etdikləri biliklərdən istifadə etmək bacarıqlarını inkişaf etdirir.
5.Şəxsiyyətyönümlülük nəzərə alınmaqla şagirdlərin idrak fəaliyyətinin və müstəqilliyinin inkişaf etdirilməsi tələbi son zamanlar haqlı olaraq daha ciddi şəkildə gözlənilməkdədir.Yan Amos Komenskidən bütün mütərəqqi fikirli didaktiklər doqmatik təlimin,mexaniki əzbərləməklə mənimsəmənin əleyhinə çıxış etmişlər.
6.Şgirdyönümlülük gözlənilməklə nikbinlik,humanistlik,tolerantlıq formalaşdırmaq da müasir dərsin tələblərindəndir.Bunların formalaşdırılması yalnız təlim prosesində müəllim-şagird münasibətləri,ünsiyyət ilə bağlı deyil,cəmiyyətin bütün sferaları vəhdətdə,işbirliyində olmalıdır.
7.Stimullaşdırıcı psixoloji dəstəyin təmin olunması “orta qızıl xəttin” tapılması,müəllimin avtoritarizmə və şagirdin xaosa meyilliliyinin aradan qaldırılması müasir təlimin başlıca istiqmətlərindəndir.Psixlojo dəstək fəal təlimin əsas prinsiplərindən olan əməkdaşlıq şəraitində mümkündür.
8.Pedaqoji texnologiyaların imkanları dairəsində əyani və texniki təlim vasitələrindən geniş istifadə təlimdə mənimsəmənin “qızıl qayda”larındandır.Məşhir Çin hikmətlərindən birində deyilir ki,de-yaddan çıxarım,göstər-yadda saxlayım,cəlb et-öyrənim.
Mövzu 4: Azərbaycan dili təliminin qanunları,prinsipləri və tələbləri
Dil təlimində təfəkkürlə dilin vəhdəti və fərqinin nəzərə alınması əsas spesifik qanun hesab edilir.Həmin qanun dil təlimində mühüm prinsipə -“semantik-qrammatik prinsipə əməl olunması”nı zəruri edir.Semantika məna,qrammatika isə forma kimi anlaşılır.Yəni,dil dərslərində məna ilə forma vəhdətdə öyrənilir və öyrədilir.
Dostları ilə paylaş: |