IV Mərhələ-Məlumatın müzakirəsi və təşkili
Bu mərhələdə qruplar üzrə təklif olunmuş test tapşırıqları üzrə verilmiş suallar əsasında cavablar sütununu doldurmaq tələb olunur və səhv cavablar müəyyənləşdirilir,qiymətlər elan edilir.
V Mərhələ-Nəticələrin çıxarıılması,ümumiləşdirilməsi
Sifət nitq hissəsi üzrə təhlil aparılarkən aşağıdakı cəhətlər öz əksini tapmışdır:
1.Cümlədə əlaqədar olduğu isim və sualı
2.Leksik məna növü
3.Quruluşca növləri
4.Dərəcəsinin növü
5.Cümlədə hansı üzv yerində işlənməsi
VI Mərhələ-Yaradıcı tətbiqetmə
Sifətlə bağlı qrupu ümumi sual-cavab edib dərsi yekunlaşdırmaq olar:
-Sifətin tərifi necədir?Sifət cümlədə hansı hansı nitq hissəsinə aid olur?Sifət cümlədə əsasən hansı cümlə üzvü olur, və s.
VII Mərhələ-Qiymətləndirmə və refleksiya
Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir. Təkmilləşmək üçün vaxtında öz qüsurlarını və öz nailiyyətlərini aşkar etmək, uğur qazanılmasına nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirmək vacibdir. Şagirdlərin təlim fəaliyyətinin qiymətləndirmə və refleksiya prosesləri məhz bu məqsədə xidmət etməlidir.
Yuxarıda göstərildiyi kimi, fəal təlimin mühüm xüsusiyyətlərindən biri müstəqil təlim (öyrətməyi öyrənmək), müstəqil inkişaf vərdişlərinə yiyələnmək imkanıdır. Dərs başa çatdıqdan sonra göstərilmiş prosedurlardan birini - qiymətləndirmə və ya refleksiyanı həyata keçirərkən müstəqil öyrənmə proseslərin nəzərdən keçirilməsi və bunun nəticəsində öz öyrənmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədəuyğun olardı.
Bəzən qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif mərhələlərinə daxil etmək olar, bunun özü də təlim prosesinin daha uğurla keçməsinə kömək edər.
Şagirdlərin işinin effektivlik dərəcəsi həm kəmiyyət, həm də keyfiyyətcə qiymətləndirilə bilər, müxtəlif üsullarla və müxtəlif formalarda həyata keçirilə bilər (bax «Qiymətləndirmə» bölməsinə). Lakin müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özünənəzarət vasitəsi rolunu oynamalıdır.
Mövzu 6: Azərbaycan dili fənn kurikulumunda qiymətləndirmə mexanizmləri
Təqdim olunan Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsilin dövlət standartları və proqramları (kurikulumları)” və 13 yanvar 2009-cu il tarixli, 09 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını müəyyən edir:
1. Ümumi müddəalar .1. Məktəbdaxili qiymətləndirmə diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (fəaliyyətin qiymətləndirilməsi), summativ (kiçik, böyük və yekun) qiymətləndirmələrdən ibarətdir. .
2. Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir. .
3. Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqlara nail olması üçün onun fəaliyyətini izləmək məqsədi ilə aparılır.
4. Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (tədris vahidinin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyətini qiymətləndirmək məqsədilə aparılır. .
5. Diaqnostik, formativ və summativ qiymətləndirmələr sistemli şəkildə yeni fənn kurikulumları tətbiq olunan siniflərdə həyata keçirilir.
3. Formativ qiymətləndirmə
3.1.Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
3.2.Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.
3.3.Fənni tədris edən müəllim formativ qiymətləndirmə aparmaq üçün məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir. Qiymətləndirmə meyarları birbaşa məzmun standartlarından çıxarılarkən məzmun kənarda qalmamalıdır, çünki məzmun standartlarındakı fəaliyyət konkret dərs mövzusu üzərində icra olunur.
3.4. Eyni bir standart dərslikdəki bir neçə mövzu ilə reallaşdığına görə həmin standartlardan çıxan qiymətləndirmə meyarları növbəti müvafiq dərslərdə də istifadə edilir.
3.5.Formativ qiymətləndirmə zamanı müşahidə üsulu və müşahidə vərəqləri vasitəsindən, müsahibə üsulu və şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi vasitəsindən, yazı üsulu və yazı işləri, imla, inşa, esse, ifadə, məsələ, misal həlli vasitəsindən, oxu üsulu və mətnlər vasitəsindən, layihə üsulu, ayrı-ayrı şagirdlərin və ya qrupların hazırladığı təqdimat vasitəsindən istifadə olunur.
3.6.Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, nəticələr formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”, “yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifadələrdən istifadə olunmur.
3.7.Müəllim formativ qiymətləndirmədə şagirdin fəaliyyətini bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt ayırır.
3.8. Eyni bir standart bir neçə dərsdə reallaşdığına görə formativ qiymətləndirmə zamanı jurnalda şagirdin adının qarşısında hər dərsdə qeydlərin olması mütləq deyil.
3.9. Sinif iki yarımqrupa bölündükdə həmin fənn müəllimləri hər bir şagirdin fəaliyyəti barədə qeydləri onun hansı yarımqrupda olmasından asılı olmayaraq, adının qarşısında yazır.
3.10. Formativ qiymətləndirmə jurnalındakı qeydlər məktəbli kitabçasında da yazılır.
Dostları ilə paylaş: |