Fakültə: Filologiya İxtisas: Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası Fənn



Yüklə 152,93 Kb.
səhifə14/25
tarix02.01.2022
ölçüsü152,93 Kb.
#35191
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
dərs vəsaitlərii

Ümumi illik planlaşdırma

BÖLMƏ

MÖVZU

SAAT SAYI

HƏFTƏ SAYI

I

Fərd və cəmiyyət

Ümumiləşdirici dərs

24


6

II

İxtiralar və kəşflər

Ümumiləşdirici dərs

24

6

III

Dəyərlərimiz

Ümumiləşdirici dərs

19

4,75

IV

İncəsənət

Ümumiləşdirici dərs

19

4,75

V

Hikmət xəzinəsi

Ümmumiləşdici dərs

21

5,25

VI

Qədim dünya

Ümumiləşdirici dərs

21

5,25


CƏMİ




128

32

Dil qaydaları üzrə materiyallar bölmələr üzrə bunları təşkil edir:



I Bölmə

İsim,sifət

II Bölmə

Say

III Bölmə

əvəzlik

IV Bölmə

Feil

V bölmə

Zərf

VI bölmə

Cümlənin baş üzvləri

Dərslikdə hər bölmənin sonunda müvafiq öyrənilmiş dil qaydaları üzrə həm təkrar dərsə,həm də ümumiləşdirici dərslərə cəmi iki saat vaxt ayrılmışdır.Fəaliyyətlərin saatlar üzrə bölgüsü müəllimin öhdəsinə buraxılır.


VI sinifdə sifət bölməsi üzrə ümumiləşdirici dərsin təşkilinin icmal nümunəsi belə verilmişdir:

Standart: (3.1.1,3.1.2,4.1.1,4.1.4)

Mövzu: Sifət bölməsi üzrə ümumiləşdirici dərs

Məqsəd:Sifət və onun qrammatik xüsusiyyətləri haqqında şagirdlərin biliklərini daha da inkişaf etdirir,sistemləşdirir və ümumiləşdirir.

İnteqrasiya:Ədəbiyyat,ingilis dili,rus dili,musiqi,həyat bilgisi və s.fənlərlə əlaqə yaradır.

Üsul: Fəal təlim metodları:qruplarla iş,əqli hücum,müəllimin şərhi, motivasiya, müsahibə, müzakirə, işgüzar səs-küy.

Dərsin təchizatı: “Azərbaycan dili”dərsliyi,əyani vəsaitlər,kartoçkalar,testlər

Dərsin gedişi:

Açıq dərsə qədər sinif şagirdlərini dörd qrupa bölürük.Qrupları elə müəyyənləşdirir ki, hər qrupda zəif,orta və yaxşı oxuyan şagirdlər olsun.Qruplara ad qoyulur və böyükkagızlara yazılaraq hərəsini bir stolun üstünə qoyuruq.Qrup liderləri ilə birgə davamiyyəti yoxlayırıq,ev tapşırıqları da yoxlanılır.


I Mərhələ-Motivasiya

Sifət cümlədə isimlə bağlı olan,ona aid əlamət və keyfiyyəti bildirən əsas nitq hissəsidir.Sifət necə?nəcür?hansı? suallarından birinə cavab olur.Şagirdlər sifət barəsindəaşağıdakı bilikləri

əldə edirlər.

1.Sifətin tədrisi və sualları

2. Sifətin cümlədə bağlı olduğu nitq hissəsi

3.Sifətin leksik məna növləri


4.Sifətin quruluşca növləri:sadə,düzəltmə,mürəkkəb

5.Sifətin orfoqrafiyası və orfoepiyası

6.Sifətin dərəcələri:adi,azaltma,çoxaltma
II mərhələ-Tədqiqatın aparılması

Dərsin II mərhələsi olan tədqiqatın aparılması problemin həlli  üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkrib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə  kömək edə biləcək faktları tapmaq zəruriyyəti ortaya çıxarır. Şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə aparan özündə yeni informasiyanı və yeni suallar daşıyan  müxtəlif çalışmalar kömək etməlidir.

Qrup işinin gedişində şagirdlərin birgə fəaliyyəti nəinki əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyi öyrədir, həm də: 

•Hər bir şagirdin idrak prosesinə cəlb edilməsini təmin edir;

• Hər bir uşağa  öz fikrini söyləmək  və başqalarını dinləmək imkanı verir;

• Şagirdlərə problemin  həllində müxtəlif  baxışların , yanşma və metodların mövcudluğunu göstərir;

•Öz imkanlarını və qrupun digər üzvlərinin imkanlarını dərk etməsi  və qiymətləndirilməsi  üçün əlverişli şərait yaradır.

Sifətin quruluşca növləri bəhsində onun üç növü –sadə,düzətmə,mürəkkəb sifətlər barədə məlumat verilir.Hər bir növə aid nümunələr göstərilir.



Yüklə 152,93 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin