Bretton-Vudse valyuta sistemi elə dünya valyuta sis-temi deməkdir. Bu sistemə görə qızılla yanaşı, ABŞ dolları və çox az həcmdə Ingiltərə funt sterlinqi ehtiyat yaratmaq vəzifəsini yerinə yetirir və bu məqsədlə onlar qızıla dəyiş-dirilirdi. Həm də onların qızıla dəyişdirilmə qiyməti də sabit idi. Yəni bir unsiya qızıl (bir unsiya 31,1 qrama bərabərdir) 35 dollara bərabər tutulurdu. Valyuta məzənnələri qəti müəyyən olunmuşdu, ölkələr (sosialist ölkələrindən başqa) arasındakı valyuta münasibətləri BVF tərəfindən həyata keçirilirdi.
Qızıl-valyuta standartının normal fəaliyyət göstər-məsi, ehtiyatların daim artırılmasını tələb edirdi. Bundan başqa, qızıl və valyuta (dollar) ehtiyatları arasında ən əlve-rişli nisbət qorunub saxlanmalı idi. Bu şərtlərə əməl olun-maması Bretton–Vudse sistemini uğursuzluğa gətirib çıxara, ehtiyat vəsaitin (dollar, fund sterlinq, qızıl) çatışmaması dünya ticarətində ləngimələrə, onun çox olması isə qəti müəyyən edilmiş valyuta məzənnələri sisteminin pozulma-sına səbəb ola bilərdi.
ABŞ-ın dollar ehtiyatı onun qızıl ehtiyatından bir neçə dəfə çox olduğuna və başqa ölkələr dollar ehtiyatının qızıl ehtiyatı ilə əvəz olunmasını tələb etdiklərinə görə o, (ABŞ) 1971-ci il avqustun 1-dən rəsmi olaraq Amerika dollarının qızıla dəyişdirilməsini dayandırdı. Ona görə qərbi Avropa ölkələri də dolların məzənnəsinin qorunub saxlanmasına dair üzərlərinə götürdükləri öhdəlikdən imtina etdilər.
Bununla da Bretton- Vudse valyuta sistemində böh-ran baş verdi. Odur ki, bu böhrandan çıxmaq üçün 1972-1974-cü illərdə BVF-nin «Iyirmilər komitəsi» dünya valyuta sistemində islahatlar aparılmasına dair layihə hazırladı. 1976-cı ilin yanvar ayında BVF-nin üzvü olan ölkələr Kinq-ston şəhərində (Yamayka) təşkilatın nizamnaməsində dəyi-şiklik edilməsi haqqında razılığa gəldilər və bu, Yamayka valyuta sistemi adını aldı. Yamaykada BVF-nin nizamnaməsinə edilmiş dəyişikliklər 1978-ci ildə qüvvəyə mindi. Və burada dünya valyuta sistemində əmələ gələn aşağıdakı dəyişikliklər öz əksini tapdı: 1) Qızılın rəsmi qiyməti ləğv olundu; 2) Dəyişən məzənnələr sistemi rəsmən təsbit edildi; 3) BVF-nin üzvü olan ölkələrin daxili və xarici iqtisadi siyasətlərinin əlaqələndirilməsinə verilən tələblər artırıldı; 4) SDR1-in əsas ehtiyat aktivlərinə çevrilməsi bəyan edildi. Bütün bunların nəticəsində ölkələrin valyuta siyasətləri onların makro-iqtisadi siyasətlərinin ayrılmaz hissəsinə çevrildi.