FəNN: makroiQTİsadiyyat


Fiskal rüsumların məqsədi başlıca olaraq dövlət büdcəsini vergilər hesabına daxilolmalarla təmin etməkdir



Yüklə 1,1 Mb.
səhifə88/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   84   85   86   87   88   89   90   91   ...   105
Makroiqtisadiyyat

Fiskal rüsumların məqsədi başlıca olaraq dövlət büdcəsini vergilər hesabına daxilolmalarla təmin etməkdir. Bu vəzifəni adətən, həmin ölkədə istehsal edilməyən əmtəələrə qoyulan vergilər yerinə ye­tirir. Lakin bu vergilər bir o qədər də yüksək olmur.
Tutulma formalarına görə vergilərin aşağıdakı növ-ləri var: 1) Ad­­valer vergilər; 2) Xüsusi vergilər; 3) Qarışıq vergilər.
Advaler vergilərin mahiyyəti ondan ibarətdir ki, o, əmtəənin qiymətindən faizlə (məsələn, soyuducunun qiymə-tinin 15%-i qədər) tu­tu­lur. Xüsusi vergilər əmtəənin həcmin-dən, çəkisindən və ya miqda­rından müəyyən pul məbləği şəklində (məsələn, metalın hər tonundan 15 dollar) tutulur. Qarışıq vergilər eyni zamanda həm advaler, həm də xü­susi vergilər formasında tutula bilər.
Gömrük tarifləri bir qayda olaraq milli səviyyədə müəyyən edi­lir. Lakin o, müəyyən ticarət–iqtisadi qruplarda birləşmiş ölkələr üçün də ümumi ola bilər. Məsələn, Avropa Ittifaqına daxil olan ölkələr vahid xa­rici gömrük tarifləri və vahid gömrük sərhədlərinə malikdirlər. Av­ro­pa Ittifaqında gömrük rüsumuna onun aşağıdakı növləri daxildir: 1) ən yüksək gömrük rüsumu; 2) ən aşağı gömrük rüsumu; 3) Gü­zəşt­li gömrük rüsumu.
Ən yüksək gömrük rüsumlarından ticarət sazişləri bağlan­mamış ölkələrlə aparılan ticarətdə istifadə olunur. Ən aşağı gömrük rü­sum­ları adətən ticarət müqavilələri olan ölkələrlə aparılan sövdələş­mələrdə tətbiq edilir. Güzəştli gömrük rüsumlarından isə bir qayda ola­raq əmtəələr inkişaf etməkdə olan ölkələrdən idxal olunduqda istifadə edilir. BMT çərçivəsində güzəştlərin ümumi sistemi fəaliyyət göstərir. Başqa sözlə, inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələrdən gə­ti­rilən məhsullar üçün güzəştli gömrük rüsumu qoyurlar.
Ikinci dünya müharibəsindən sonrakı dövrdə ölkələr arasında xarici ticarət əlaqələri əsas etibarilə gömrük rüsum-larının qarşılıqlı su­rətdə azaldılması yolu ilə tənzimlənməyə başlanmışdır. Bu, başlıca ola­raq beynəlxalq ticarətin tənzimlənməsində özünü göstərirdi. Mə­sələn, gömrük rüsumunun səviyyəsi QATT çərçivəsində keçirilən bütün raund­ların müzakirə obyekti olmuşdur. Bu, keçən dövr ərzində gömrük rüsumlarının səviyyəsinin 75% aşağı salınmasına imkan vermişdir. Ha­zırda tarif dərəcələrinin orta səviyyəsi inkişaf etmiş ölkələrdə 6%-ə, in­kişaf etməkdə olan ölkələrdə isə 30-40%-ə bərabərdir. Lakin ayrı-ayrı əmtəələr üzrə rüsumlar daha geniş həddə tərəddüd edə bilər.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin