Tədiyə balansının ikinci bölməsi kapitalın hərəkəti balansı adlanır. Burada əsas etibarilə aktivlərin satın alın-ması və satılması, qısa və uzun müddətli kreditlərin verilmə-si və alınması əks etdirilir. Məsələn, ixracdan daxilolmalar idxal üzrə xərclərin ödənilməsi üçün kifayət deyildirsə, borclar üzrə hesablaşmaq lazım gəlir. Başqa sözlə, bu zaman kredit maddələrində kapitalın hərəkəti onun daxil olması kimi qeyd edilir. Başqa ölkələrə, xarici müəssisələrə verilən vəsait debet maddələrində əks etdirilir və kapital "axını" kimi qiymətləndirilir.
Cari əməliyyatlar balansı ilə kapitalın hərəkəti ba-lansı arasındakı qarşılıqlı əlaqəni aşağıdakı düsturla ifadə etmək olar:
Ümumi məhsul = C + I + G + NX
Xalis ixrac (NX) əmtəə və xidmətlərin ixracı ilə idxalı arasındakı fərq, cari əməliyyatlar hesabının qalığı kimi müəyyən edilir.
Bərabərliyin hər iki tərəfindən istehlakı (C) və dövlət xərclərini (G) çıxdıqda, onun sol tərəfi (ÜMM-C-G) milli yığımı və ya sadəcə olaraq yığımı (S) göstərir. Yığımın düsturunu isə aşağıdakı kimi yazmaq olar:
S = I + NX
Dəyişmələri davam etdirək və bərabərliyin hər iki tərəfindən investisiyaları (I) çıxaq. Bu zaman aşağıdakı düstur alınır:
S – I = NX
Daxili yığımla investisiyalar arasındakı fərq tədiyə balansında kapitalın hərəkəti hesabı deməkdir. Investisiya-lar ölkənin daxili yığımından çox olduqda investisiya layi-hələri dünya maliyyə qurumlarının verdikləri kredit hesa-bına maliyyələşdirilir. Milli yığım investisiyadan çox olduq-da isə, ölkə daxilində investisiya qoymaq məqsədilə istifadə oluna bilməyən vəsaitdən başqa ölkələrə borc vermək üçün istifadə edilə bilər. Kapitalın hərəkəti hesabındakı məbləğ tədiyə balansının cari hesabındakı məbləğə bərabər olmalı-dır. Əgər əmtəə və xidmətlərin xalis ixracı müqabilində xaricdən alınan vəsaiti ifadə edən göstərici, yəni cari əməliyyatlar üzrə qalıq müsbətdirsə, o, ölkədən kapital axını ilə tənləşir. Cari əməliyyatlar üzrə kəsir olduqda isə bu kəsir xaricdən kapital cəlb edilməsi yolu ilə ödənilir.