FəNN: makroiQTİsadiyyat


Valyuta məzənnəsi və onu müəyyən edən amillər



Yüklə 1,1 Mb.
səhifə93/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   89   90   91   92   93   94   95   96   ...   105
Makroiqtisadiyyat

2. Valyuta məzənnəsi və onu müəyyən edən amillər.

Hər bir ölkənin pul vahidi valyuta adlanır. Burada söhbət bank­­notlardan, xəzinə biletlərindən, müxtəlif növ bank hesablarından, habelə çeklərdən, veksellərdən, akkre-ditivlərdən və başqa tədiyə vasi­tələrindən gedir.


Müxtəlif valyutalarla ifadə olunan bu tədiyə sənəd-ləri xüsusi bazarlarda–valyuta bazarlarında alınır və satılır.
Milli valyuta bazarlarında tələb və təklif müxtəlif valyutalarda öz əksini tapan, beynəlxalq miqyasda əmtəə-lərin, xidmətlərin və kapi­talların hərəkətinə xidmət edən pula olan tələb və öhdəliklərin toqquş­ması nəticəsində for-malaşır. Məsələn, ABŞ-dan kompüter ixrac edən sahibkar məhsulun satışından əldə etdiyi Ingiltərə funt sterlinqini öz ölkəsinin milli valyutasına – dollara dəyişdirmək istəyir. Deməli, o, özünün bu hə­rəkəti ilə ABŞ dollarına tələb, Ingiltərə funt sterlinqinə isə təklif forma­laşdırır.
Bütün valyutaları şərti olaraq üç qrupa bölmək olar: 1) Sərbəst dönərli valyutalar; 2) Qismən dönərli valyutalar; 3) Dönərli olmayan (qapalı) valyutalar.
Həm rezidentlər, həm də qeyri–rezidentlər tərəfin-dən həyata keçirilən istənilən əməliyyat (ticarət, qeyri-ticarət, kapitalın hərəkəti) nəticəsində əldə edilən və qanun-vericiliklə məhdudiyyətlər qoyulmayan valyutaya dönərli valyuta deyilir.
Ayrı-ayrı əməliyyat növləri və müxtəlif valyuta söv-dələşmələri nəticəsində əldə edilən, lakin müəyyən məhdu-diyyətlər qoyulan, yaxud da icazəalma qaydaları ilə tənzi-mlənən valyuta qismən dönərli valyuta adlanır.
Nəhayət, dönərli olmayan (qapalı) valyuta dedikdə, əslində qa­nun­vericilikdə bütün əməliyyatlar üzrə müəyyən məhdudiyyətlər qoyu­lan milli pul vahidi nəzərdə tutulur. Buna keçmiş Sovet Ittifaqının milli valyutasını – manatı misal göstərmək olar.
Valyuta sövdələşmələrinin subyektləri arasında mey-dana çıxan bütün münasibətlərin toplusu "valyuta bazarı" adlanır. Valyuta ba­zarı bir-birilə müasir rabitə vasitələri ilə bağlı olan çoxsaylı iri kom­mersiya banklarından və digər maliyyə idarələrindən ibarətdir. Bu mə­nada valyuta bazarı alıcı və satıcıların toplaşdığı hər hansı bir konkret yer deyildir. Təcrübəli dilerlər valyuta bazarlarında (məsələn, kommer­siya bankında xüsusi şöbənin əməkdaşı) özlərinin iş yerlərində oturub kompüter və telefon vasitəsilə digər bank-ların dilerləri ilə əlaqə saxlayır və valyutaların məzənnələri haqqında lazımi məlumatlar əldə edirlər.
Alıcı bankın dileri telefon vasitəsilə satıcı bankın dileri ilə əla­qəyə girir və sövdələşir. Sövdələşmənin həyata keçirilməsi bir neçə sani­yədən 2-3 dəqiqəyə qədər çəkir. Onu təsdiq edən sənədlər sonra gön­dərilir, bank hesablarında müvafiq qeydlər isə iki iş (bank) günündə apa­rılır.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin