Təsərrüfat həyatının qloballaşması regional səviyyədə daha intensiv gedir. Çünki hər hansı bir ölkənin firmalarının böyük əksəriyyəti qonşu ölkənin firmaları ilə müəyyən əlaqələrə girirlər. Bununla əlaqədar olaraq dünya təsərrüfa-tının qloballaşmasının əsas meyllərindən biri bu və ya digər ölkələrin, yaxud da inkişaf etmiş ölkələr qrupunun ətrafında inteqrasiya zonalarının, iri iqtisadi meqablokların (məsələn, Amerika qitəsində ABŞ, Sakit Okean zonasında ABŞ və Yaponiya, Qərbi Avropada aparıcı Qərbi Avropa ölkələri) yaradılmasıdır. Bəzi hallarda regional inteqrasiya blokları çərçivəsində subregional "mərkəzlər" yaradılır. Bu, Sakit Okean regionu üçün daha səciyyəvidir.
BƏB dərinləşməkdə davam edir. XX əsrin ikinci yarısında dünya təsərrüfatında, ətrafında sürətli iqtisadi inkişaf zonalarının formalaşdığı lider-dövlətlər meydana gəlmişdir. Bunlara elm tutumlu məhsulları istehsal və ixrac edən Avropa Ittifaqını, ABŞ, Yaponiya və b. misal göstər-mək olar. Çin və Cənub-şərqi Asiyanın yeni sənaye ölkələri (Cənubi Koreya, Tayvan, Sinqapur, Tailand, Malayziya, Indoneziya) elektron texnikasının istehsalını mənimsəmiş və indi onun ixrac edilməsi ilə fəal məşğul olurlar. Yüksək dərəcədə inkişaf etmiş kənd təsərrüfatına malik olan və ixrac üçün məhsul istehsalı sahəsində ixtisaslaşmış ölkələr qrupu vardır. Bunlara Yeni Zelandiyanı, Yunanıstanı, Hollandiyanı, Braziliyanı, Finlandiyanı misal göstərmək olar. Kənd təsərrüfatı məhsullarının ixracı ilə ABŞ və Böyük Britaniya kimi yüksək dərəcədə inkişaf etmiş ölkələr də məşğul olurlar. Bəzi ölkələr (məsələn, OPEK ölkələri) neft istehsalı və ixracı sahəsində ixtisaslaşmışlar.
Bunlarla yanaşı, hələlik ayrı-ayrı ölkələrin xammal kimi bir və ya iki növ ixrac məhsulunun istehsalı sahəsində ixtisaslaşmaları ənənəsi də qalmaqdadır. Bu, Afrikanın əksər, Latın Amerikasının isə bir sıra ölkələri üçün səciy-yəvidir.
Elmi-texniki tərəqqinin təsiri ilə firmadaxili və ölkə-lərarası səviyyədə predmet, detal və texnoloji əmək bölgüləri getdikcə dərinləşir. Ayrı-ayrı ölkələrdəki istehsalçılar arasın-da qarşılıqlı əlaqə və asılılıqlar yalnız əməyin nəticələrinin mübadiləsi əsasında deyil, həm də kooperasiyalaşdırma, kombinələşdirmə və istehsal-texnoloji proseslərin bir-birini tamamlaması əsasında birgə istehsalların təşkili yolu ilə həyata keçirilir. Müxtəlif ölkələrin firmaları arasındakı koo-perasiyalaşdırmanın intensiv inkişafı iri beynəlxalq istehsal-investisiya komplekslərinin meydana gəlməsinə gətirib çıxarmışdır. Belə komplekslərin yaradılması təşəbbüsü ilə adətən transmilli korporasiyalar çıxış edirlər.
Inteqrasiya proseslərini stimullaşdıran amillərdən bi-ri də milli iqtisadiyyatın açıq olması səviyyəsinin artması-dır. Açıq iqtisadiyyatın səciyyəvi cəhətləri aşağıdakılardır: Ölkə iqtisadiyyatının dünya təsərrüfat münasi-bətlərinə bağlılığı (bunu dünya ölkələrinin çoxunun ÜMM-də əmtəə və xidmətlər üzrə ixracın xüsusi çəkisinin artma-sından aydın görmək olar);
Əmtəələrin, kapitalın və iş qüvvəsinin ölkələr-arası hərəkətində məhdudiyyətlərin azaldılması, yaxud da tamamilə aradan qaldırılması;