Iqtisadi inteqrasiyanın ən sadə forması sərbəst ticarət zonalarının yaradılmasıdır. Bunun əhəmiyyəti hər şeydən əvvəl onunla müəyyən edilir ki, iştirakçı-dövlətlər arasında ticarət məhdudiyyəti, birinci növbədə gömrük vergisi aradan qaldırılır.
Iqtisadi inteqrasiyanın başqa bir formasıgömrük ittifaqlarının yaradılmasıdır. Bu zaman həmin ərazidə sər-bəst ticarət zonasının fəaliyyət göstərməsi ilə yanaşı, həm də vahid xarici ticarət qiymətlərinin (tariflərinin) müəyyən edilməsi və üçüncü ölkələrə münasibətdə vahid ticarət siya-sətinin yeridilməsi nəzərdə tutulur.
Nəzərdən keçirilən hər iki halda dövlətlərarası müna-sibətlər yalnız mübadilə sahəsinə aid olur. Bu, iştirakçı-dövlətlər üçün qarşılıqlı ticarətin və maliyyə hesablaşmala-rının inkişaf etdirilməsində eyni imkanların yaradılmasına xidmət edir. Gömrük ittifaqlarına daxil olan ölkələr arasında ümumi hesablaşma vahidi fəaliyyət göstərir və valyutaların qarşılıqlı surətdə dönərliliyi təmin edilir.
Beynəlxalq Iqtisadi Inteqrasiyanın daha mürəkkəb forması ümumi bazardır. Ümumi bazar onun iştirakçıları arasında qarşılıqlı ticarət əlaqələri və vahid xarici ticarət tarifləri ilə yanaşı, həm də kapitalın və iş qüvvəsinin sər-bəst hərəkəti, habelə razılaşdırılmış iqtisadi siyasət yeridil-məsi ilə səciyyələnir.
Dövlətlərarası iqtisadi inteqrasiyanın ən yüksək for-ması, onun yuxarıda göstərilən bütün formalarını özündə birləşdirən ümumi iqtisadi və valyuta-maliyyə siyasəti yeri-dən iqtisadi və valyuta ittifaqıdır.
Iqtisadi inteqrasiya qarşılıqlı əlaqədə olan tərəflər üçün bir sıra əlverişli şərait yaradır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, inteqrasiya əlaqələri təsərrüfatçılıq edən subyektlər (firmalar) üçün maddi, əmək və maliyyə ehtiyatlarından, ən yeni texnika və mütərəqqi texnologiyadan istifadə olunmasına, yüksək key-fiyyətli məhsullar hazırlanmasına imkan verir.
Ikincisi, region ölkələrinin iqtisadi cəhətdən bir-biri-lərinə yaxınlaşmaları və iştirakçı ölkələrin firmaları üçün imtiyazlı şərait yaradır, onları başqa ölkələrin firmalarının rəqabətindən müəyyən dərəcədə qoruyur.
Üçüncüsü, inteqrasiya əlaqələri onun iştirakçılarına daha kəskin sosial problemləri (məsələn, ayrı-ayrı rayonla-rın inkişaf şəraitinin bir-birinə yaxınlaşması və son nəticədə bərabərləşməsi, əmək bazarında vəziyyətin "yumşaldılması", əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi, səhiyyə sisteminin, əmək mühafizəsi və sosial təminatın daha da inkişaf etdirilməsi və s.) birlikdə həll etməyə imkan verir.
Lakin milli təsərrüfatlar arasındakı qarşılıqlı əlaqələr müxtəlif miqyasda və intensivlikdə inkişaf edir. Odur ki, bu prosesi müəyyən edən obyektiv amilləri nəzərdən keçirmək lazımdır. Başqa sözlə, inteqrasiya prosesi bir sıra amillərlə müəyyən edilir ki, bunların içərisində də əsas yeri aşağıda-kılar tutur: 1) Təsərrüfat həyatının qloballaşması; 2) Beynəl-xalq əmək bölgüsünün dərinləşməsi; 3) Elmi-texniki inqila-bın xarakteri; 4) Açıq milli iqtisadiyyata geniş yer verilməsi.
Bu amillər bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır. Belə ki, müasir dövrdə BƏB əsasında ölkələr, xüsusilə də onların firmaları arasında sabit iqtisadi əlaqələrin inkişafı qlobal xarakter almışdır. Milli iqtisadiyyatların daha çox açıq xarakter daşıması, transmilli korporasiyaların fəaliy-yətlərinin, ETI-nin, beynəlxalq ticarətin, kapitalın hərəkə-tinin, müasir nəqliyyat, rabitə və informasiya sistemlərinin geniş miqyas alması təsərrüfat həyatının beynəlmiləlləşmə-sinin elə bir səviyyəyə gəlib çıxmasına səbəb olmuşdur ki, bu, bir çox ölkələrin firmaları arasındakı qarşılıqlı əlaqə-lərin qlobal şəbəkəsinin yaranmasını təmin etmişdir.