Bəs, kapital nə üçün ixrac və idxal olunur? Ilk baxış-da çox sadə görünən bu suala bir çox nəzəriyyələr cavab verməyə çalışmışlar və indi də buna cəhd göstərirlər. Bun-ların içərisində diqqəti daha çox cəlb edən neoklassik, neo-keynsçilik və marksist nəzəriyyələrdir. Neoklassik nəzəriyyə beynəlxalq ticarət haqqında klassik nəzəriyyə əsasında inkişaf etmişdir. Belə ki, onun tərkib ünsürlərindən biri D.Rikardonun beynəlxalq ticarət-də müqayisəli üstünlük prinsipidir. Ingiltərə iqtisadiyyatının klassiklərindən olan C.S.Mill bu prinsiplərə əsaslanaraq XIX əsrdə dünyada birinci dəfə ölkələr arasında kapitalın hərəkəti məsələlərini təhlil etməyə başlamışdır. O, D.Rikardodan sonra qeyd edirdi ki, ölkələr arasında kapitalın hərəkətinin səbəbi mənfəət normalarındakı müxtəliflikdir.
XIX əsrin axırları, XX əsrin əvvəllərində yaşamış ingilis iqtisadçıları C.A.Hobson və C.Keyns, J.B.Seyin is-tehsal amilləri haqqında konsepsiyasından istifadə edərək, onu beynəlxalq iqtisadi münasibətlərin (o cümlədən kapita-lın hərəkəti) üzərinə "keçirmişlər". C.Keyns beynəlxalq tica-rətlə istehsal amillərinin hərəkətinin alternativliyi haqqında sübutsuz müddəanı formalaşdırmışdır. Bu, o deməkdir ki, müəyyən şəraitdə istehsal amillərinin miqrasiyası beynəlxalq ticarəti əvəz edə bilər.Bu isə həmin nəzəriyyənin tərəfdar-larının marjinalizmin baniləri K. Mengerin, U. Cevonsun, Y. Bem-Baverkin əsərlərində işlənib hazırlanmış istehsal amillərinin son məhsuldarlığı məsələlərinə olan marağının səbəbini araşdırmağa əsas verir.
Kapitalın beynəlxalq miqyasda hərəkətinə dair neo-klassik nəzəriyyə son olaraq XX əsrin ilk onilliklərində E. Xekşer və B. Olin, R. Nurkse və K. Iversen tərəfindən bir sıra müddəalarla zənginləşdirilmişdir. Belə ki, E. Xekşer son faydalılıq nəzəriyyəsinə özünün konsepsiyası çərçivəsində istehsal amilləri qiymətlərinin beynəlxalq miqyasda taraz-laşması meylləri haqqında tezisi formalaşdırmışdır. Bu meyllər özünə istər beynəlxalq ticarət, istərsə də istehsal amillərinin beynəlxalq miqyasda hərəkəti vasitəsilə yol açır.
B.Olin özününbeynəlxalq ticarət konsepsiyasında göstərirdi ki, istehsal amillərinin hərəkəti ayrı-ayrı ölkələrdə onlara olan tələbin müxtəlifliyi ilə əlaqədardır. Belə ki, istehsal amilləri adətən son məhsuldarlığı az olan yerlərdən məhsuldarlıq daha yüksək olan yerlərə doğru hərəkət edir. Kapital üçün son məhsuldarlıq isə birinci növbədə faiz dərəcəsi ilə müəyyən edilir. Lakin B.Olin bunlarla yanaşı, kapitalın beynəlxalq miqyasda hərəkətinə təsir göstərən digər məqamları da aşkara çıxarmışdır. Bunlara gömrüklə əlaqədar maneələr, firmaların kapital qoyuluşunu genişləndirməyə cəhd göstərmələri, ölkələr arasında siyasi ixtilaflar və s. misal ola bilər.
R. Nurkse kapitalın beynəlxalq miqyasda hərəkətinə dair müxtəlif modellər yaratmış və belə bir nəticəyə gəlmişdir ki, əmtəə ixracının sürətlə artdığı ölkələrdə kapitala olan tələb də artır. Bu isə kapitalın idxal olunmasını zəruri edir. Əksinə, əmtəə ixracı azaldıqda kapitala olan tələb və onun idxalı da azalır.
K.Iversen də neoklassik nəzəriyyəni bir sıra yeni müddəalarla zənginləşdirmişdir. Belə ki, o, kapitalın beynəl-xalq miqyasdaki hərəkətini iki yerə bölmüşdür. Bunlardan birini real, digərini isə tarazlaşdırıcı, yəni tədiyə balansını tənzimləmək üçün lazım olan kapital adlandırmışdır. O. həmçinin göstərmişdir ki, kapitalın müxtəlif növləri beynəlxalq miqyasda müxtəlif sürətlə hərəkət etmək qabiliyyətinə malikdir və eyni bir ölkənin, kapitalı həm ixrac, həm də idxal etməsi məhz bununla əlaqədardır.