FəNN: makroiQTİsadiyyat


Mühacir axınının başqa bir iri mərkəzi Qərbi Avropa-dır



Yüklə 1,1 Mb.
səhifə73/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   69   70   71   72   73   74   75   76   ...   105
Makroiqtisadiyyat

Mühacir axınının başqa bir iri mərkəzi Qərbi Avropa-dır. Bu ölkələrə hər il orta hesabla 600 min nəfər mühacirət edir ki, bunların da ailə üzvlərinin sayı 700 min nəfərə çatır. Avropada Almaniya, Fransa və Böyük Britaniya müha-cirətin miqyasına görə öncül mövqedədirlər. Iş qüvvəsinin miqrasiyasına–daha çox mühacirət edilməsinə görə regional mərkəzlər arasında Avstraliyanı xüsusi qeyd etmək olar.
Iş qüvvəsini qəbul edən müxtəlif ölkələr üçün miq-rasiya mən­bələri bir-birindən fərqlənir. Bu, bir tərəfdən iş qüvvəsinin üz tutduğu ölkənin müasir dünyada oynadığı rol və malik olduğu imkanla, digər tərəfdən isə onun tarixi, etnik, coğrafi əlaqələri ilə bağlıdır. Və müasir mühacir axını-nın coğrafiyasında nəzərə çarpan dəyişikliklər müşahidə olunur. Belə ki, XX əsrin 60-cı illərində ABŞ üçün yeni mühacirətin əsas mənbələri Kanada və Qərbi Avropa (mü-hacirət edən­lərin 80%-ə qə­dəri) olmuş, 70-80-ci illərdə isə Latın Amerikası və Asiya ölkələri üs­tünlüyə malik olmuşlar. 90-cı illərdə bu regionlardan ABŞ-a gələnlər mü­hacirət edənlərin 85%-ni təşkil etmişdir.
Keçən onilliklər ərzində mühacirlərin təkcə etnik tər-kibi deyil, peşə və təhsil səviyyələri də dəyişmişdir. XX əsrin 80-ci illərində ABŞ-a 1,5 mln. nəfər ali təhsilli mütəxəssis mühacirət etmişdir. Lakin bütün mühacirlərin yüksək ixtisas və peşə təhsilinə malik olduqlarını demək düzgün olmazdı. Belə ki, mühacirlərin 33%-i hətta orta məktəbi belə bi­tir­məmişlər.
Əhalinin və iş qüvvəsinin beynəlxalq miqrasiyası ayrı-ayrı ölkələrin milli qanunvericilikləri və beynəlxalq hüquq normaları ilə tənzimlənir. Qanunvericilikdə iki meyl özünü göstərir. Bunlardan biri açıq iqtisadiyyata və buna uyğun olaraq əhalinin və əmək ehtiyatlarının sərbəst surətdə yerdəyişməsi, digəri isə beynəlxalq miqrasiya sahəsində himayədarlıq və məhdudiyyətlərə əsaslanır.
Hər bir ölkədə milli miqrasiya siyasəti işlənib hazır-lanır. Döv­lətin miqrasiya siyasəti ölkədən gedən və ölkəyə gələn adamların, on­lara ölkədə yaşamaq üçün vətəndaşlıq statusu verilməsinin, yaxud da onların vətəndaşlıqdan məh-rum edilməsinin, xarici iş qüvvəsindən istifadənin, onların işlədikləri dövrdə qaçqınların sosial müdafiəsinin təşkili sis-teminin tənzimlənməsinə yönəldilmiş qanunvericilik, təşki-lati və digər tədbirlər kompleksidir.
Inkişaf etmiş ölkələrin çoxu beynəlxalq miqrasiya-nın sosial vəziyyətə və əmək bazarına nəzarət oluna bilmə-yən təsirinə yol ver­mə­mək üçün özlərinin iqtisadiyyatlarını və əhalisini müdafiə etməyə yönəl­dilən və himayədarlığa əsaslanan miqrasiya siyasəti yeridirlər. Məsələn, ABŞ-da 1990-cı ildə qüvvəyə minmiş mühacirət haqqında qanuna uy­ğun olaraq 1995-ci ildən başlayaraq ölkəyə hər il 675 min nəfərdən çox mühacir gəlməsinə yol verilmir. Qanunda həmçinin ABŞ-a iş axtarmaq üçün hər il 140 min nəfərin gəlməsi ilə əlaqədar kvota müəyyən edil­mişdir.
XX əsrin 90-cı illərində siyasi və demoqrafik qeyri-sabitliyin artması və mühacirlərin işlə təmin olunmasının mürəkkəbləşməsi ilə əlaqədr olaraq Avropa ölkələrinin çoxu özlərinin mühacirət haqqında qanunvericiliklərini sərtləş-dirmişlər. Məsələn, 1993-cü ildə Fransa öl­kə­yə yeni müha-cirlərin gəlməsini məhdudlaşdırmışdır. Avstriya, Italiya, Ispaniya və Portuqaliya da özlərinin mühacirət haqqında qanun­veri­ci­lik­lərində bu istiqamətdə dəyişikliklər etmişlər. Beynəlxalq konven­siya­lar, o cümlədən, 1948-ci il dekabrın 10-da BMT tərəfindən qəbul edil­miş insan hüquqlarına dair ümumi bəyannamədə hər bir şəxsə sərbəst surətdə yaşayış yeri seçmək hüququ verilir. Bunlarla birlikdə razılaşma əldə edən, miqrasiya prosesini tənzimləyən beynəlxalq hüquq norma­la­rı, inteqrasiya qruplaşmaları daxilində əhalinin və iş qüv­vəsinin yer­də­yişməsinin liberal normaları və üçüncü ölkələrə münasi­bətdə məh­du­diy­yətləri müəyyənləşdirir. Mə-sələn, Avropa Ittifaqı çərçivəsində əhali­nin və iş qüv­vəsinin beynəlxalq miqrasiya axınını tənzimləyən bir sıra kon-vensiyalar imzalanmışdır. Bunların içərisində 1957-ci ildə bağlan­mış və 1968-ci ildə qüvvəyə minmiş Roma müqavilə-sinin 52-ci yarımfəslində AI-nin ilk 6 iştirakçısı olan ölkə-lərin işçilərinə (sonra bu qayda AI-nin üzvü olan bütün öl-kələrə şamil edilmişdir) həmin ölkələrdə sər­bəst surətdə iş axtarmaq hüququnu verən sənəd, sığınacaq verilməsi qay­dalarını müəy­yən edən və 1990-cı ildə qəbul edilmiş Dublin kon­ven­siyasını gös­tərmək olar. Qeyd etmək lazımdır ki, həm bütün əhalinin, həm də iş qüvvəsinin beynəlxalq miq-rasiyası təkcə iqtisadi deyil, eyni zamanda çox mürəkkəb siyasi və sosial-iqtisadi hadisədir. O, istər iş qüvvəsinin gəldiyi, istərsə də getdiyi ölkənin əmək ehtiyatlarının tərki­bi­nə əhə­miyyətli dərəcədə təsir edir, əmək bazarında şəraitin dəyişmə­si­nə, iş qüvvəsini qəbul edən ölkənin sosial-siyasi həyatında çətinliklərə gətirib çıxarır. Mühacirət yerli əhali ilə "gəlmələr" arasında, etnik, irqi, dini və mədəni fərqlərlə əlaqədar bir sıra problemlərin meydana çıxma­sına səbəb ola bilər. Bütün ölkələrin rastlaşdıqları çətinliklər bunu əyani su­rətdə sübut edir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin