FəNN: makroiQTİsadiyyat


Neokeynsçilik nəzəriyyəsində



Yüklə 1,1 Mb.
səhifə66/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   62   63   64   65   66   67   68   69   ...   105
Makroiqtisadiyyat

Neokeynsçilik nəzəriyyəsində əsas diqqət kapitalın hərəkəti ilə ölkənin tədiyə balansı arasındakı əlaqəyə yönəldilir. C.Keynsin özü ka­pitalın hərəkətini ayrı-ayrı ölkə-lərin tədiyə balansınadıkı qeyri-bəra­bər­liklə əlaqələndirirdi. O, B.Olinlə mübahisədə qeyd edirdi ki, kapital ix­racı o vaxt həyata keçirilir ki, əmtəə və xidmətlərin ixracı onların idxa­lından çox olsun. Bu qayda pozulduqda isə dövlətin işə qa­rışmasına eh­tiyac duyulur.
R. Xarrod özünün "Iqtisadi dinamika" modelində göstərirdi ki, kapital ilə zəngin olan ölkədə iqtisadi artım sürəti nə qədər aşağı olursa, kapital ixracına meyl də bir o qədər güclü olur. Y.Domar qeyd edirdi ki, kapital ona görə ixrac edilir ki, xaricdə qoyulan investisiyalara görə əldə edi-lən gəlirin artım sürəti, ölkə daxilində qoyulan investisi-yalara görə əldə edilən gəlirin artım sürətindən yüksək olur.
Neokeynsçilik nəzəriyyəsi bazar iqtisadiyyatının yüksək dərə­cədə inkişaf etdiyi ölkələrin Afrika, Asiya və Latın Amerikası ölkə­lə­ri­nin inkişafına yardım etmələrinə dair yeritdikləri siyasətin əsas­larından biri olmuşdur.
Kapital ixracı ilə əlaqədar marksist nəzəriyyə də diqqəti cəlb edir. K.Marks ölkədən kapital ixracını onun artıqlığı ilə izah edirdi. O da klassiklər kimi kapital artıqlığı dedikdə ölkə daxilində tətbiq olun­duqda mənfəət norma-sının aşağı düşməsinə gətirib çıxaran kapitalı nəzərdə tutur-du. K.Marksın fikrincə kapital artıqlığı üç formada – əm­təə, məhsuldar (artıq istehsal gücləri və iş qüvvəsi) və pul formasında – olur. Əmtəə və pul formasında olan bu artıq kapital (real və ya müm­kün olan) xaricə göndərilir.
Iqtisadi nəzəriyyədə transmilli korporasiyalara xüsu-si diqqət yetirilir. Bu, digər amillərlə yanaşı, həm də XX əsrin II yarısında on­la­rın çox sürətlə artması ilə əlaqədardır. Transmilli korporasiyalar əvvəl­cə firmalar səviyyəsində, sonra isə müstəqil konsepsiya kimi öy­rənil­mişdir. Bunların əsasında amerika iqtisadçıları S. Xaymer, R.Kou­za və R. Vernonun ideyaları durur. S. Xaymerin fikrincə firma xaric-də bir­ba­şa investisiyaları həyata keçirdikdə yerli rəqiblərlə müqayisədə üstünlü­yə malik olmalıdır. R. Kouzanın ideya-sının mahiyyəti ondan iba­rətdir ki, iri korporasiyanın daxi-lində spesifik bazar olmalıdır. R. Ver­non isə özünün məhsu-lun həyat dövrü konsepsiyasında transmilli korporasiya fenomenini – birinci növbədə milli inhisarların xarici rə­qib­­lərinə xəbər­darlıq zərbəsi endirmələrinə cəhd göstərmələri ideyasını irəli sürmüşdür.
Transmilli korporasiyaların başlıca cəhətləri onların xaricdə əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmaları, yəni birbaşa inves­tisiya qoymalarıdır. Bununla əlaqədar olaraq birbaşa investisiyaların da­ha geniş yayılmış aşağıdakı modelləri hazırlanmışdır:

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin