FəNN: makroiQTİsadiyyat


Belə bir fərziyyə də vardır ki, iki valyutanın müəyyən nisbətdə mü­badiləsinin əsasını alıcılıq qabiliyyətlərindəki bərabərlik təşkil edir



Yüklə 322,89 Kb.
səhifə164/177
tarix10.05.2022
ölçüsü322,89 Kb.
#57226
1   ...   160   161   162   163   164   165   166   167   ...   177
Makroiqtisadiyyat mühazirə

Belə bir fərziyyə də vardır ki, iki valyutanın müəyyən nisbətdə mü­badiləsinin əsasını alıcılıq qabiliyyətlərindəki bərabərlik təşkil edir. Bu fərziyyə əsasında işlənib hazır-lanmış alıcılıq qabiliyyətlərindəki bəra­bərlik nəzəriyyəsi valyuta məzənnələrinin dinamikasının həmin ölkədə qiymətlərin dəyişməsi ilə sıx bağlı olduğunu göstərir.

Yəni:


P1 = r ∙ P2 və ya r = P1 : P2
Burada: “r”–valyuta məzənnəsi, P1 və P2–nəzərdən keçirilən öl­kələrdə qiymətlərin səviyyəsi deməkdir.

Bu nəzəriyyə belə bir fərziyyə əsasında hazırlanmış-dır ki, bey­nəlxalq ticarətdə əsas məhsulların qiymətlərindəki fərq yox olub getdiyinə görə bütün ölkələrdə belə əmtəələrin eyni bir valyuta ilə hesablanan qiy­mətləri təqribən bir-birinə bərabər olmalıdır. Məsələn, tutaq ki, 1GBP=1.5000 $– məzənnəsi ilə eyni "nəsildən" olan kompü­te­rin bir ədə­di­nin qiyməti Ingiltərədə 1000 funt-sterlinqə, ABŞ-da isə 2000 dollara bərabərdir. Belə olduqda Ingiltərə şirkətləri ABŞ-a kom­pü­ter ixracını artırırlar. Bu, ABŞ-da həm idxalın, həm də təklifin artmasına və qiymətlərin Ingiltərədəki qiymət-lərin səviyyəsinə, yəni 15000 $-ə düşməsinə gətirib çıxarır. Ingiltərədən ixrac, ABŞ-da isə idxal edən­lərin fəaliyyəti funt sterlinqə olan tələbi artırır. Bu isə öz növbə­sində funt sterlinqin məzənnəsinin yüksəlməsinə (məsələn, deyək ki, 1GBP=1.6500$) səbəb olur. Bütün bunların nəticə­sində ABŞ-da kom­püterin qiyməti tarazlıq qiymətindən bir qədər yük­sək olur.

Lakin bütün əmtəələr, xüsusilə də xidmətlər üzrə bu cür ta­raz­laşma mexanizmi fəaliyyət göstərə bilməz. Bu sözlər daha çox da­şınmaz əmlaka aiddir. Belə ki, ayrı-ayrı ölkələrdə daşınmaz əmlakın qiy­məti həmin ölkələrdəki valyuta məzənnələri nəzərə alınmaqla he­sablandıqda bir-birindən fərqlənə bilər. Başqa bir misal. Vəsaitə qənaət et-mək məq­sə­dilə, heç vaxt baş qırxdırmaq, yaxud da restoran-da nahar etmək üçün bir ölkədən başqa ölkəyə getməzlər. Bunun üçün sadəcə olaraq, yaşayış yerini dəyişdirmək daha məqsədəuyğundur. Gətirilən bu misallar bütün əmtəə və xidmətlər üçün eyni tarazlaşma mexa­niz­minin olmadığını gös­tərir. Valyuta məzənnələrinə təsir edən amillərdən biri də onun özünün dinamikası ilə ölkənin ticarət balansı arasındakı qarşılıqlı əlaqədir1.

Valyuta məzənnəsi ilə ticarət balansı arasında əks əlaqə vardır. Ti­carət balansının pisləşməsi, yəni idxalın ixracdan çox olmasının art­ması ölkənin xarici bazarlarda daha çox pul «xərclədiyini» göstərir. Bu da milli valyuta üzrə təklifin, xarici valyuta üzrə isə tələbin artmasına gə­tirib çıxarır. Bunun nəticəsində milli valyutanın məzənnəsi aşağı dü­şür. Ixrac idxaldan çox, yəni ticarət balansının qalığı müsbət işarəli ol­duqda isə əksinə, milli valyutanın məzən-nəsinin yüksəlməsi meyli özünü göstərir.

Məlum olduğu kimi, milli valyutanın məzənnəsinin aşağı düş­məsi ixracın artması, idxalın isə azalması üçün sti-mul yaradır. Məsələn, üç ay ərzində ABŞ dollarının Ingiltə-rə funt-sterlinqinə olan məzənnəsi 1.5000$-dən 1.6500$-ə düşdükdə, əmtəə ixrac edənlər 3 ay bundan əv­vəl­kinə nisbə-tən 10% çox mənfəət əldə edir, Ingiltərədən əmtəə idxal edənlər isə 10% artıq ödəyirlər. Valyuta məzənnəsinin bu cür dəyişməsi ixracın artmasına və idxalın azalmasına şərait yaradır. Başqa sözlə, bu, ticarət balansındakı mənfi qalığın azalmasına və nəticədə tamamilə yox olmasına, müsbət qalı-ğın isə əmələ gəlməsi və artmasına səbəb olur. Milli valyu-tanın məzənnəsi yüksəldikdə hər şey tərsinə cərəyan edir.

Valyuta məzənnəsinə təsir edən amillərdən biri də fa-iz dərə­cələrinin dəyişdirilməsidir. Burada asılılıq göz qaba-ğındadır. Belə ki, Ingiltərəyə nisbətən ABŞ-da faiz dərəcəsi-nin yüksək olması, digər şərtlər sabit qalmaqla investorlar üçün dolları daha cazibədar edir, onlar öz aktivlərini "dollar depozitində" yerləşdirməyə çalışırlar. Bunun nəticə­sində valyuta bazarında dollara olan tələb artdığına görə onun məzən­nəsi yüksəlir. Əksinə, ABŞ-da faiz dərəcəsi aşağı düşdükdə, dolların məzənnəsinin aşağı düşməsi meyli özünü göstərir. Lakin faiz dərəcəsinin valyutanın məzənnəsinə təsi-rini aydınlaşdırarkən nəzərə almaq lazımdır ki, bu qanu-nauyğunluq nominal faiz dərəcəsi üçün yox, real faiz dərə­cə­si üçün (yəni ölkədə inflyasiyanın sürəti nəzərə alınmadan) doğ­rudur.



Faiz dərəcəsinin dəyişməsi xeyli dərəcədə dövlətin pul-kredit siyasətindən və ölkənin mərkəzi bankının valyuta məzənnəsinin tən­zim­lənməsi sahəsində necə fəaliyyət göstər-məsindən asılıdır.

Pul-kredit siyasəti sərtləşdirildikdə tədavüldə olan pul kütləsi aza­lır və deməli valyuta bazarında milli valyuta üzrə təklif nisbi mə­na­da aşağı düşür ki, bu da onun məzən-nəsinin yüksəlməsinə gətirib çı­xa­rır. Pul-kredit siyasətinin "yumşaldılması" isə milli valyutanın məzən­nəsinin aşağı düşməsinə səbəb olur. Vergi siyasətinin sərtləşdirilməsi də milli valyutanın məzənnəsinin aşağı düşməsi səbəblərindən biridir. Val­yuta siyasətinin ən mühüm vasitələrindən biri də rəsmi orqanların, bi­rinci növbədə mərkəzi bankın, valyuta məzənnələrinin tənzim­lən­məsinə müdaxilə etməsidir.

Nəzərdən keçirilənləri ümumiləşdirərək müxtəlif amillərin təsiri ilə valyuta məzənnələrinin dəyişməsinin ümumi qaynunauyğunluğunu aşağıdakı düsturla ifadə etmək olar:

r = (M1 : M2) ∙ (N1 : N2) ∙ (I1-I2) ∙ (P1-P2) ∙ T


Burada: “r”–milli valyutanın məzənnəsi, M1–həmin ölkədə olan pul kütləsi, M2 –hər hansı başqa bir ölkədə olan pul kütləsi, N1 – həmin ölkənin ÜMM-i, N2 – hər hansı baş-qa bir ölkənin ÜMM-i, I1 və I2 – müvafiq olaraq faiz dərəcə-ləri, P1 və P2–inflyasiyaların sürəti, T–ti­carət balansı demək-dir. Bu düstura əsasən aşağıdakı qanunauy­ğun­lu­ğu aşkara çıxarmaq olar: "x" ölkəsində pul kütləsi (M1), ÜMM (N1), inflyasiyanın gözlənilən sürəti (P1) artıqda, faiz dərəcəsi (I1) aşağı düş­dükdə, "y" ölkəsində isə əksinə, pul kütləsi (M2), ÜMM (N2), inflya­siya­nın gözlənilən sürəti (P2) azaldıqda və faiz dərəcəsi (I2) artdıqda, "x" öl­kəsinin milli valyutasına (r) nisbətən "y" ölkəsinin valyutasının mə­zən­­nəsi yüksəlir və bütün bunların nəticəsində "x" ölkəsinin ticarət ba­lansı (T) pisləşir.

Yüklə 322,89 Kb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin