FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

Pedaqoji  ünsiyyət  nə  qədər  düzgün  və  səmərəli  qurularsa, 

tələbə  kollektivinin  idarə  olunması,  təhsil-tərbiyə  işinin  təşkili, 

tələbə  şəxsiyyətinin  məqsədəuyğun  inkişal'ı  bir  o  qədər  səmərəli 

olar. 

459


 

N.Kazımovun fikrincə, tələbə və müəllim arasmckı pedaqoji 

iinsiyyəlin səmərəliliyi aşağıdakı kimi şərtlənir

•  ali məktəbdə tələbə-müəllim əməkdaşlığının yaradılması; 

•  tələbəyə gələcək mütəxəssis kimi yanaşılması; 

•  tələbənin yetkin insan olmasının nəzərə alınması; 

•  tələbənin  peşə  marağından  pedaqoji  ünsiyyətdə  bir  amil 

kimi istifadə edilməsi; 

•  tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması; 

•  müəllimin tələbələri öz Fəaliyyət növlərinə cəlb etməsi. 

Müəllim-tələbə ünsiyyətinin səmərəliliyini təmin edən di^ər 

ışərtlər də mövcuddur: 

•  müəllimin yüksək erudisiyaya malik olması, öz ixtisasını 

dərindən bilməsi və onu təqdim etməyi bacarması; 

•  müəllimin pedaqoji məharəti; 

•  müəllimin  bir  şəxsiyyət  kimi  malik  olduğu  müsbət 

keyfiyyətlər, vətəndaşlıq mövqeyi, şəxsi nümunəsi; 

•  miiəlimin - tələbəyə, tələbənin - müəllimə inam və etibarı; 

•  müəllimin tələbələrin problemlərini düzgün başa düşməsi, 

onların  tələblərinə  adekvat  cavab  verməsi,  tələbə  şəxsiyyətinə 

hörmət  və  tələbkarlıqla  yanaşması,  öz  səhvlərini  etiraf  etməyi 

bacamıası; 

•  tələbə qruplarında  yarana biləcək konfliktlərin  qarşısının 

alınması,  baş  vermiş  anlaşılmazlıqların  düzgün  və  ədalətli  həll 

olunması; 

•  müəllimin əməkdaşlıq pedaqogikasını yaxşı bilməsi və öz 

fəaliyyətində ona əsaslanması və s. 

460

 


13. 4. ALI MƏKTƏB HƏYATININ TƏLƏBƏ 

ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA ROLU 

Tələbə-gənclərin  ctik-psixoloji  aspektlərinin  İbrmalaijma- 

su  onun  kamil  bir  şəxsiyyət  kimi  təşəkkül  tapması  ali  məktəbdə 

təhsil-tərbiyənin  qarşısında  duran  əsas  məqsəddir.  Ali  məktəbdə 

tələbə  şəxsiyyətinin  inkişafı  və  onun  kamil  mütəxəssis  kimi 

formalaşması olduqca ciddi ictimai əhəmiyyətə malik problemdir. 

Bu, təsadüfi deyil. Çünki bu günün tələbəsi sabah ölkəmizdə elmin, 

mədəniyyətin, təhsilin, istehsal prosesinin aparıcı qüvvəsi, müasir 

sivilizasiyalarda  daha  çox  dinamik  xarakter  alan  şəxsiyyətlərarası 

münasibətlərin tənzimləyicisidir. 

Bir sözlə, tələbə daim inkişaf edən və dəyişən şəxsiyyətdir. 

Bu inkişafı, imkan daxilində, ardıcıllıqla izləyək. 

Orta  məktəbdən  təzəcə  ayrılmış  I  kurs  tələbəsində  yeni 

keyfiyyət dəyişiklikləri baş verir. Şəxsi ləyaqət hissi güclənir, «mən 

artıq məktəbli deyiləm, tələbəyəm» anlamı onun məsuliyyətini oıta 

məktəb dövrünə nisbətən xeyli artırır. Biliklərin müxtəlif sahələrinə 

qarşı tələbat güclənir, yeni şəxsi münasibətlər təşəkkül tapır, nisbi 

şəxsi azadlıq istəyi yüksəlir. 

Birinci  kurs  tələbələri  digər  kurslara  nisbətən  icimai 

fəaliyyətin müxtəlif növləri ilə daha həvəslə məşğul olurlar. Onlar 

müəllimlərə, ictimai təşkilatlara daha çox tabe olurlar. Birinci kurs 

tələbələrinə ictimai  tapşırıqlar  vermək və tələb etmək çətin deyil. 

Onlarda  hələ  orta  məktəb  illərindən  öz  şəxsi  təşəbbüskarlığını 

intizamlı icraya tabe etmək ənənəsi güclüdür. Birinci kurs tələbələri 

yüksək  konformisl

 

(ingiliscə  componnist  -  razı  deməkdir. 



Kompormizm  -  standarta  müvafıqlik,  qrup  daxilində  müəyyən 

nomıa və adətlərin mənimsənilməsi) davranış forması ilə seçilirlər. 

Belə ki, adaptasiya dövrü keçirirlər. 

Birinci  kurs  tələbələrinin  sosial-psixoloji  adaptasiya 

dövrünü  mümkün  qədər  qısaltmaq  lazımdır.  Çünki  adaptasiyanın 

başa çatması ilə bir sıra çətinliklər arxada qalxmış olur. Tələbə ali 

məktəb  həyatına  alışır,  diqqəti,  qüvvə  və  imkanları  təhsil 

vəzifələrinin  həllinə  yönəlir.  Tələbənin  ali  məktəb  şəraitinə 

uyğunlaşmasını təmin edən bir sıra tədbirlər sisteminin keçirilməsi 

461


 

bu  prosesin  səmərəliliyini  artırır.  Bu  tədbirlər  əsasən 

aşağıdakılardır: 

•  akademik qrupların komplektləşdirilməsi; 

•  tələbəliyə qəbulun təntənəli surətdə qeyd olunması; 

•  ali  məktəbin  görkəmli  alim  və  pcdaqoqlannın  tələbə 

qruplarında söhbətləri; 

•  bütün birinci kurslarda «İxtisasa giriş» fənninin tədrisi; 

•  ali məktəbin tarixi və ənənələri ilə tanışlıq; 

•  ali məktəb məzunları ilə görüşlər; 

•  tələbələr üçün məsləhət qruplarının təşkili və s. 

Rayon və kənd məktəblərini yenicə bitirib ali məktəbə 

qəbul olunmuş gənclərdə şəhər mühitinə, yeni təhsil müəssisəsinə. 

təhsil və fəaliyyət sisteminə daxil olmaqla ciddi dəyişiklər baş verir. 

Bəzən  ali  məktəbə  daxil  olduqdan  sonra  gənc  öz  təhsilini 

davam etdinnək istəmir, seçdiyi ixtisasdan imtina edir. Ali məktəb 

həyatını  optimal  istiqamətdə  qunnaq,  akademik  qruplarda 

şəxsiyyətlərarası  münasibətləri  formalaşdınnaq,  psixoloji  uyuş- 

mazlığı,  paradoksları

 

(yunanca  paradoxos  -  gözlənilməz,  qəribə 



deməkdir) aradan qaldınnağa çalışmaq lazımdır. 

Birinci kurs tələbələrində təlim motivlərini

 

inkişaf etdir- mək 



lazımdır.  Motivlər  ali  məktəbdə  də,  orta  məktəbdə  olduğu  kimi, 

pedaqoji  prosesin  başlıca  hərəkətverici  qüvvələridir.  Motivlər 



dedikdə,  tələbələri  ali  məktəbdə  təhsilin  ınəzmuıuımı  fəal 

mənimsəməyə sövq edən amillər sistemi başa düşülür. 

Əgər  birinci  kurs  tələbəsində  öyrənmə  motivləri  kifayət 

qədər inkişaf etdirilərsə, bu halda birinci semestri «əla» qiymətlərlə 

başa vuran tələbə arxayınlaşmayacaq, daha yaxşı öyrənməyə, daha 

yaxşı oxumağa səy göstərəcək. Qeyri-müvəffəq, yaxud zəif qiymət 

alan tələbə ruhdan düşməyəcək, daha da geriləməyəcək, akademik 

borcları  aradan  qaldınnaq  üçün  biliklərə  daha  dərindən  və 

mükəmməl yiyələnməyə çalışacaq, öz səyini artıracaq. 

Təlim sistemində fəaliyyət göstərən motivləri aşağıdakı kimi 

qruplaşdınnaq olar: 

•  sosial motivlər; 

462


 

idraki motivlər; 

-ixtisas motivlə ri; 

kom m unikativ m ot 

i»’lə r; status mövqe 

motivləri; estetik 

motivlər; praktik 

motivlər

 

vo s. 



Pedaqoji  prosesin  gedişino  vy  nəlicoləriny  göstərdik  lori 

təsir gücünə görə motivləri iki böyük qrupa bölmək olar: 



1. Müxtəlif  məqsədyönlü  hərəkətlərin  əsasında  duran  tə 

hrikedici (sövqedici) m otivlə r. 

2. Məna  kəsb  edən  motivlər

 

(ictimai  məna  kəsb  edən 



dəyərlərin şəxsi «mənə çcvrilmasi». şəxsi səviyyəyə «kcçnıə- si»). 

Ali  məktəbdə  təhsilin  ck>  ilk  günlərindən  tələbələrdə 

öyrənmə  motivlərini  inkişaf  etdirmək,  motivlərin  düşünülmüş, 

məqsədəuyğun və sabit olmasına çalışmaq lazımdır. Belə olduqda, 

tələbə  öz  davranışının,  təlim  fəaliyyətinin,  yaşayış  tərzinin 

nəticələrini  görə  bilir,  qarşısına  çıxan  çətinliklərdən  qorxmur  və 

onları aradan qaldıra bilir. 

İkinci  kurs  ali  məktəbdə  təhsilin  və  təlim  fəaliyyətinin  ən 

ağır  dövrüdür.  İkinci  kurs  tələbələri  artıq  ali  məktəb  həyatına 

alışmış  olurlar.  Onlar  daha  müstəqil,  inamlı,  daha  fəal  oiıırlar. 

İxti.sas fənlərinə daha çox diqqət yetirməyə çalışırlar. Davranışları 

adekvat xarakter alır, «nıən» haqqında aydın təsəvvür formalaşmış 

olur.  Öz  «mən»ini  idealları  ilə  müqayisə  edən  tələbə  seçdiyi 

etalona,  nümunəyə  daha  çox  oxşamağa  çalışır.  Özüniitəhlil, 

özünüdərketmə  «mən»i adekvat qiymətləiKlirmə- yə. öz rəftar və 

davranışının, təlim fəaliyyətinin motivlərini düzgün başa düşməyə 

kömək edir. 

İkincilər təkcə özlərinə deyil, öz həmyaşıdlarına da tənqidi 

münasibət  bəsləyir  tələbkaıiıqla  yanaşırlar.  Hər  bir  hadisəni 

prinsipiallıqla  qiymətləndirir,  mənfiliklərə  qarşı  barışmaz  olurlar. 

Həmyaşıdlarında vətəndaşlıq, həssaslıq və qayğıkeşlik, düzgünlük 

kimi 


keyfiyyətləri 

yüksək 


qiymətləndirirlər. 

Səmimilik, 

xeyirxahlıq, insan münasibətlərində hörmət və ehtiram tələbələrin 

əsas xarakter əlamətləri kimi təşəkkül tapır. 

463 


üçüncü  kurs  ixtisaslaşmanın  başlanğıcı  dövrüdür.  Toləbə 

ixtisasla bağlı biliklərini zənginləşdirməyə və genişləndirməyə cəhd 

edir, yaradıcılığa, elmi-tədqiqat işlərinə maraq göstərir. İxtisaslaşma 

ilə  əlaqədar  maraqların  dairəsi  birinci  və  ikinci  kurslara  nisbətən 

məhdudlaşır.  Bu  dövrdən  başlayaraq,  tələbənin  inkişafı  əsasən 

ixtisaslaşma amili ilə müəyyənləşir. Tələbənin intellektual cəhətdən 

təkmilləşməyə  tələbatı  artır.  Mənəvi  tərəqqi  intellektual  inkişafla 

vəhdətdə gedir. 

Dördüncü  kursda  təlim  istehsalat  praktikası  keçilir.  Təlim 

istehsalat praktikasında tələbə öz ixtisası ilə real surətdə tanış olur, 

peşə-ixtisas  maraqları  dərinləşir,  müvafiq  bacarıq  və  vərdişlər 

formalaşır, ixtisasla bağlı adekvat davranış forması təşəkkül tapır. 

Sonuncu kursda, bir qayda olaraq, tələbələr ali məktəbin kollektiv 

yaşayış fonnalanndan tədriclə uzaqlaşırlar. Şəxsi məqsədlər, iş yeri 

tapmaq,  ailə  qurmaq  və  onu  dolandırmaq,  valideynlərə  maddi 

kömək göstərmək problemləri onları daha çox məşğul edir. 

Müşahidələr  göstərir  ki,  ali  təhsilin  tələbə  qızların  və 

oğlanların  inkişafına  təsiri  fərqlidir.  Belə  ki,  bütün  təhsil 

müddətində  tələbə  qızların  və  oğlanların  intellektual  inkişaf 

səviyyələri və təhsil uğurları eyni olmur. Birinci kursda oğlanların 

intellekt  səviyyəsi  daha  yüksək  olsa  da,  sonuncu  kursda  əksinə, 

qızların  intellekt  səviyyəsi  oğlanları  üstələyir.  Ali  təhsil  illərində 

intellektual,  emosional,  iradi  sferasının  inkişafına  görə  qızlar 

oğlanlara  çatır  və  hətta  onları  geridə  qoyurlar.  Deməli,  ali  təhsil 

qadınların intellektual inkişafına daha qüvvətli təsir göstərir. Təlim 

müvəffəqiyyətinə  gəldikdə,  qızlar  birinci  kursda  olduğu  kimi, 

sonuncu kursda da səylə oxuyurlar. Oğlanların isə əksinə, ildən-ilə 

təlim uğurları aşağı düşür. 

Ali məktəbdə tələbənin bir şəxsiyyət kimi inkişafı bir neçə 

istiqamətdə özünü göstərir: 

•  psixi proseslər, psixi xüsusiyyətlər «ixisaslaşır»; 

•  əqidə 

möhkəmlənir, 

dünyagörüşü 

genişlənir 

və 


zənginləşir; 

•  vətəndaşlıq  mövqeyi,  məsuliyyət,  vəzifə  və  borc  hissi, 

psixoloji durum möhkəmlənir; 

•  tələbə  şəxsiyyətinin  sosial,  mənəvi,  əxlaqi  kamilliyi 

yüksəlir; 

ACA 


•  tələbə şəxsiyyətinin inkişafında özünütərbiyənin rolu 

artır: 


•  tələbə şəxsiyyəti, bir tərəfdən, daha artıq ictimailəşir, digər 

tərəfdən, fəaliyyəti möhkəmlənir; 

•  gələcək  ixtisasa  bağlılıq  artır,  sosial  və  peşə  təcrübəsi 

fonnalaşır,  ixtisas  müstəqilliyi  güclənir,  gələcək  peşə  fəaliyyətinə 

hazırlıq səviyyəsi yüksəlir. 

13.5. 


TƏLƏBƏNIN 

VAXT


 

BÜDCƏSİ


 

 



TƏRBİYƏ

 

PROBLEMLƏRİ 



Ali məktəbdə təhsil-tərbiyə işinin səmərəliliyinin artırılması 

tələbələrin  təlim  və  təlimdənkənar  fəaliyyətinin  təşkilindən  çox 

asılıdır. 

Təcrübə  göstərir  ki,  tələbələrin  davranışının  və  təliminin 

səmərəliliyi həm ali məktəbdə, həm də auditoriyadan kənar vaxtda 

səmərəli  istifadə  etməkdən  çox  asılıdır.  Odur  ki,  təhsilin  ilk 

günlərindən tələbəyə öz vaxtından səmərəli istifadə etmək bacarığı, 

vaxtı düzgün bölüşdürmək mədəniyyəti aşılamaq lazımdır. 

Tələbənin vaxt büdcəsi üç əsas komponentdən ibarətdir: 

•  tədris 



müddəti 

(təlim 


prosesi 

ilə 


əlaqədar 

müəyyənləşdirilmiş  vaxt-reqlament,  müstəqil  işləməyə  ayrılan 

vaxt); 

•  təlimdənkənar  vaxt  (yola,  nəqliyyata,  özünə  xidmətə, 



qidalanmağa, yuxuya və s. sərf edilən vaxt); 

•  asudə  vaxt  (ictimai  fəaliyyətə,  estetik  və  fiziki  inkişafa, 

ünsiyyətə sərf edilən vaxt). 

Asudə  vaxtın  düzgün  təşkili  tələbənin  məqsədlərindən, 

şüurluluğundan,  əmək  və  istirahət  rejimindən,  maraq  və  meyil- 

lərindən,  adətlərindən,  fəaliyyət  formalarmı  seçə  bilmək 

bacarığından asılıdır. 

Tələbələrin  müstəqil  işlərə  sərf  etdiyi  vaxt  və  asudə  vaxt, 

nccə deyərlər, spesifik «mövsümi» xarakter daşıyır. Bu, ondan irəli 

gəlir ki, ali tədris müəssisəsində tələbələrin təlim-idrak fəaliyyətinin 

yoxlanılması  və  qiymətləndirilməsi  sistematik  xarakter  daşımır. 

Bununla əlaqədar olaraq, tədris ili ərzində tələbələrin təlim və elmi 

fəaliyyətinin  həcmi  və  İntensivliyi,  asudə  vaxtın  strukturu  və 

məzmunu daim dəyişir, vaxt büdcəsi dina- 

465 


İllik xarakter daşıyır. Deməli, tələbənin vaxt büdcəsinin təşkilinə və 

istifadəsinə  yönələn  pedaqoji  təsirlər  çevik,  müləIıəiTİk  və 

diferensial xarakter daşımalıdır. 

Aşağı kurslarda müvafiq pedaqoji təsirlərdən məqsəd bütün 

vaxt  büdcəsini  maksimum  səfərbər  etmək,  vaxtdan  eks-  tensiv 

(latınca  extensivus  -  genişləndirən,  uzadan,  kəmiyyətcə  artma, 

genişlənmə və yayılma deməkdir) surətdə istifadə etməkdir. Yuxarı 

kurslarda isə müstəqil işlərə, elmi fəaliyyətə, ixtisaslaşmaya ayrılan 

vaxtın  artması  ilə  əlaqədar  pedaqoji  təsirlər  vaxtdan  intensiv 

(fransızca intensiv, latınca intensio gərginləşmə, güclənmə, gərgin, 

gücləndirilmiş,  məhsuldar  deməkdir)  istifadə  bacarığının 

formalaşdınlmasına yönəldilməlidir. 

Deməli, aşağı kurslarda tələbələrdə vaxtdan səmərəli istifadə 

etmək, öz əmək və istirahət rejimini düzgün təşkil etmək, fəaliyyət 

növlərini  ahəngdar  olaraq  uzlaşdınnaq  bacarıq  və  vərdişləri 

formalaşdınnaq  lazımdır.  Yuxarı  kurslarda  əmək  və  istirahəti 

düzgün təşkil etmək bacarıqları ilə yanaşı, az vaxt və az enerji sərf 

etməklə  müxtəlif  fəaliyyət  növlərini  (elmi,  estetik,  fiziki  və  s.) 

uzlaşdıra bilmək məharəti inkişaf etdirilməlidir. Belə olduğu halda 

tələbə vaxt büdcəsindən səmərəli istifadə edə bilir. 

Hər  bir  ali  məktəb  öz  yetinnələrində  təlim  fəaliyyətini  və 

asudə vaxtını təşkil etmək mədəniyyəti formalaşdınnahdır. 

Hər bir tələbə: 

* tədris  həftəsi  üçün  vaxt  büdcəsindən  istifadə  cədvəli 

üzərində düşünməlidir; 

* tədris  ilinin  ilk  aylarından  müxtəlif  xarakterli  praktik 

məşğələlərdə,  seminar  və  laboratoriya  məşğələlərində  fəallıq 

göstərməlidir; 

* fakültələrdə  həyata  keçirilən  mədəni  kütləvi  işlərə  maraq 

göstərməlidir; 

*  fəal ictimaiyyətçi kimi tanınmalıdır; 

* teatr  tamaşalarına,  konsertlərə,  bədii-sənədli  filmlərə, 

muzeylərə və sərgilərə kollektiv baxmalıdır; 

*  fikir-rəy mübadiləsi keçimıəlidir; 

*  ən aktual mövzularda disputlarda iştirak etməlidir və s. 

466


 

Ali  məktəbdə  təhsilin  ilk  günlərindən  qarşılarına  aydın 

məqsəd  qoyan,  düzgün  yollar  müəyyənləşdirən  tələbələrin 

scmeslrlərdə təhsil və tərbiyə uğurları qazanmaları təbiidir. 

Asudə vaxt tələbə gəncin istirahətini təmin etməklə bərabər, 

həm də onun ahəngdar inkişafı üçün möhkəm zəmin yaradır. Çünki 

təlim əməyindən sonra hər bir tələbənin öz ixtiyarında olan asudə 

vaxt şəxsi həyatı, məişəti, istirahəti daha mənalı və maraqlı etməyə, 

mədəniyyətin  müxtəlif  sahələri  ilə  münasibətlərdə,  müxtəlif 

rabitələrdə  olmağa,  bədii  yaradıcılıq  qabiliyyətlərini  inkişaf 

etdinnəyə imkan verir. 

Asudə  vaxtın  düzgün  təşkili  tələbələrin  mənəvi-estetik 

inkişafım təmin etmək, onların bilik, bacarıq və təhsil səviyyələrini 

yüksəltmək üçün çox böyük əhəmiyyətə malikdir. 

Tətil  günlərində  tələbələrin  mənəvi  dünyasının  daha  artıq 

zənginləşməsi, dünyagörüşünün genişlənməsi, fiziki kamilliyinin və 

fiziki  hazırlığının  artırılması  üçün  geniş  imkanlar  yaranır.  Bu 

imkanlardan  bacarıqla  və  səmərəli  şəkildə  istifadə  olunmalıdır. 

Buna nail olmaq üçün hər bir tələbə tətil günləri başlamazdan əvvəl 

qarşısına  müəyyən  məqsəd  qoymalı  və  özü  üçün  müvafiq  rejim 

cədvəli müəyyənləşdinnəlidir. Rejim elə tərtib olunmalıdır ki, tətil 

günlərindəki  həyat  tərzi,  müxtəlif  təmrinlər  tələbə  şəxsiyyətinin 

fiziki kamilliyinin, estetik mədəniyyətinin artmasına təsir göstərsin. 

Tələbələrin 

vaxt 


büdcəsindən 

səmərəli 

istifadənin 

məqsədəuyğun təşkil üçün bir sıra pedaqoji tələblərin gözlənilməsi 

vacibdir; 

•  tələbələrin  vaxt  büdcəsinin  sistematik  və  diferensial 

(fakültə və kursdan asılı olaraq) surətdə öyrənilinəsi; 

•  fakültə  və  kursdan,  fəaliyyət  növlərindən,  görülən  işlərin 

xarakterindən  asılı  olaraq  tələbələrin  əmək  və  istirahət  rejiminin 

optimal surətdə təşkili

•  əqli  əmək  və  fəal  istirahət  gigiyenasının,  vaxt  rejiminin 

əhəmiyyətinin izahı və təbliği; 

•  vaxt  büdcəsinin  optimal  «modeI»lərinin  təbliği  və 

yayılınası; 

•  tələbələrin  kollektiv elmi,  mədəni  və estetik fəaliyyətinin 

təşkili; 

467

 


•  kollektiv əmək və istirahət prosesində tələbələrdə ünsiyyət 

mədəniyyətinin tərbiyə edilməsi; 

•  tələbə-müəllim 

ünsiyyətinin, 

tələbə-müəllim 

əməkdaşlığının hərtərəfli inkişaf etdirilməsi. 

Yuxanda  sadalananlardan  səmərəli  istifadə  olunması 

tələbələrə  öz  təlim  fəaliyyətlərini  və  istirahətlərini  düzgün  təşkil 

etməyə  kömək  edir,  tələbə  şəxsiyyətinin  ahəngdar  və  hərtərəfli 

inkişafını təmin edir. 

Müşahidələr göstərir ki, tələbələrin təlim fəaliyyətində əsas 

yeri  müstəqil  işlər  yox,  ali  məktəb  auditoriyalarında  həyata 

keçirilən məcburi təlim məşğələləri tutur. Digər tərəfdən, tələbənin 

mədəni istirahəti üçün zəruri olan asudə vaxt.təlim vaxtından xeyli 

azdır.  Vaxt  azlığı  tələbənin  ahəngdar  inkişafını  təmin  edə  bilmir, 

tələbə birtərəfli inkişafa «meyl» edir. 

Əlbəttə,  əsas  məsələ  asudə  vaxtın  həcmində  deyil,  onun 

strukturunda, komponentlərində.dir. 

Müasir  dövrdə  tələbə  gənclər  asudə  vaxtlarını  mavi  ekran 

qarşısında keçirməyi daha çox xoşlayırlar. Bu, onunla əlaqədardır 

ki,  televizor  ictimai  həyatın,  istehsalatın,  elmin,  mədəniyyətin, 

incəsənətin  müxtəlif  sahələri  haqqında  çox  zəngin  informasiyalar 

verir.  Televiziya  verilişlərində  idrak  və  mədəni  fəaliyyətin  bütün 

növləri özünün konsentrik ifadəsini tapır. Televizor tələbənin vaxt 

«itkisi»nin  (məsələn;  kinoteatra  getmək  üçün  sərf  edilən  vaxt)  və 

pul büdcəsinin əlavə sərfinin qarşısını alır. 

Əlbəttə, asudə vaxtın bu cür keçirilməsi fəaliyyətə, bir növ 

passiv  xarakter  verir,  fərd  yaradıcılıq  göstərə  bilmir.  Tələbənin 

asudə vaxtının təşkilindəki bir ziddiyyət də məhz budur. 

Asudə vaxtın təşkilinin televiziya, radio, İNTERNET, bədii 

ədəbiyyatın  mütaliəsi  kimi  geniş  yayılmış  formalarından  başqa 

tələbələr  şəxsi  ünsiyyət,  fiziki  hazırlıq,  ictimai  iş,  təbiət  qoynuna 

gəzintiyə çıxmaq, bədii yaradıcılıq kimi fəaliyyət formalarına meyl 

edirlər. 

Deməli,  asudə  vaxtda  fəal  yaradıcı  fəaliyyət  bütün 

çətinliklərə və vaxt «qıtlığına» baxmayaraq özünə «yol açır». 

Maraqlıdır  ki,  müxtəlif  ali  məktəblərin  tələbələrinin  vaxt 

büdcəsi  strukturu  etibarilə  biri-birindən  fərqlənir.  Məsələn, 

müəyyən olunmuşdur ki, texniki universitetlərin tələbələri gün 

^«8


 

ərzində təlim fəaliyyətinə humanitar universitetlərin tələbələrindən 

daha çox vaxt sərf edirlər. 

Tələbələrin  vaxt  büdcəsinin  ziddiyyətli  strukturu  təhsil- 

tərbiyə  prosesinin  təşkili  və  formalarından,  tələbələrin  sosial- 

məişət  həyat  şəraitindən,  əmək  mədəniyyətindən,  tələbənin  öz 

potensial  imkanlarından,  intellektual  qüvvə  və  qabiliyyətlərindən 

istifadə  etməsi  bacarığından,  tələb  və  maraqlarından  bilavasitə 

asılıdır. 

Tələbələrin asudə vaxtının səmərəli keçməməsinin üç səbəbi 

vardır: 


1)  tədris yükünün ağırlığı; 

2)  məcburi məşğələlərdən sonra özünü göstərən yorğunluq; 

3)  ali məktəbdə asudə vaxtın qənaətbəxş təşkil olunmaması. 

Deməli, tələbənin vaxt büdcəsi ziddiyyətli xarakterə malik 

mürəkkəb hadisədir. Vaxt büdcəsi strukturunun həlledici amili ali 

məktəbdə  təhsil-tərbiyə  prosesinin  düzgün  və  səmərəli  təşkilidir. 

Müasir  şəraitdə  tələbələrin  vaxt  büdcəsində  aparıcı  yeri  məcburi 

təlim məşğələləri (auditoriya məşğələləri) tutur və müstəqil işlərə 

istənilən qədər vaxt  ayrılmasına imkan vennir. Belə olduğu halda 

tələbə  müstəqil  işləri  asudə  vaxtın  hesabına  yerinə  yetimıəli  olur. 

Asudə  vaxt  «sıxışdırılır»,  minimuma  enir,  daha  çox  vaxt  aparan 

fəaliyyət  növlərini  (məsələn,  idman  bölmələri,  bədii  Özfəaliyyət) 

icra etmək praktik olaraq mümkün olmur. 

Bu və bu qəbildən olan digər ziddiyyətləri aradan qaldırmaq 

və tələbələrdə vaxt büdcəsi mədəniyyəti yaratmaq məqsədilə hər bir 

ali məktəbdə aşağıdakı pedaqoji vəzifələr həll edilməlidir: 

* hər şeydən əvvəl məcburi və müstəqil işlərə sərf edilən vaxt 

arasındakı nisbət sonuncunun xeyrinə dəyişdirilməlidir; 

* tələbələrin müstəqil işlərinə sistematik nəzarətin formaları 

inkişaf etdirilməli və möhkəmləndirilməlidir; 

* tələbələrin kafedra, laboratoriya, kabinet və kitabxanalarda 

müstəqil işlərinin səmərəli təşkilini təmin etmək məqsədilə müvafiq 

maddi baza yaradılmalıdır; 

* tələbələrə  əmək  və  istirahətin  elmi  təşkili  ilə  bağlı  in- 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin