FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   22   23   24   25   26   27   28   29   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

nüfuzu,  hər  şeydən əvvəl,  onun əxlaqi davranışı ilə ölçülür.  İkinci 

yerə təlim müvəffəqiyyəti, üçüncü yerə təşkilatçılıq qabiliyyəti və 

ictimai  fəallığı,  dördüncü  yerə  elmi-tədqiqatçılıq  iş-  lərindəki 

uğurları qoyulur. 

Tələbələrin  fikrincə,  şəxsiyyətin  əhəmiyyətlilik  dərəcəsinə 

görə ikinci mühüm xüsusiyyəti onun əsas fəaliyyət növü olan təlimə 

münasibətində təzahür edir. Deməli, qrupda stabil psixoloji mühit 

tələbələri idrak fəaliyyətinə, fəal təlim prosesinə təhrik edir. 

Akademik  qrupda  intizam  və  təlim  müvəffəqiyyəti 

problemini  qrupun  mənəvi  probleminə  çevirmək  lazımdır.  Buna 

nail olmaq üçün, hər şeydən əvvəl, qrupda özünüidarə prinsiplərini 

inkişaf  etdirmək,  ictimai  rəyi  formalaşdırmaq,  ən  başlıcası  isə  ali 

təhsil  müəssisəsində  təlim  prosesini  təkmilləşdirmək  mühümdür. 

Ali  təhsil  müəssisəsində  təlim  prosesi  elə  qurulmalıdır  ki,  o, 

tələbələrin idrak fəallığını stimullaşdıra bilsin. 

Akademik  qrup  daxilində  mütəxəssis  şəxsiyyətinin 

təşəkkülü  və  inkişafı  təlim  prosesinin  məzmunundan  çox  asılıdır. 

Mütəxəssis şəxsiyyətinin çoxcəhətli və dinamik inkişaf prosesi ali 

məktəbdən  adekvat  fəaliyyət  tələb  edir.  Etiraf  etmək  lazımdır  ki, 

akademik  qrupların  fəaliyyəti  heç  də  gələcək  mütəxəssisin 

inkişafını  təmin  edə  biləcək  dərəcədə  çoxcəhətli  və  rəngarəng 

olmur.  Akademik  qrupun  fəaliyyəti,  bir  qayda  olaraq,  tələbələrin 

zəruri vəzifələri - intizam və təlim müvəffəqiyyəti ilə məhdudlaşır. 

Mütəxəssis  şəxsiyyətinin  inkişafını  təmin  edən  bir  sıra 

komponentlər  akademik  qrupun  fəaliyyətindən  kənarda  qalır. 

Məsələn, peşə oriyentasiyası problemini götürək. Tələbələr 

4S2 


arasında aparılan sorğudan məlum olur ki, onların müəyyən hissəsi 

yiyələndikləri  peşəni  sevmirlər.  Həm  də  kursdan  kursa  qalxdıqca 

«narazılann»  sayı  artır.  Seçdiyi  peşəyə  professional  maraq 

göstərməyən belə tələbələrin idrak fəallığı və təlim müvəffəqiyyəti 

aşağı səviyyədə olur. Onlar təlim-tərbiyə prosesinə biganə və passiv 

münasibət bəsləyirlər. Müvafiq neqativ halları aradan qaldırmaq və 

gələcək mütəxəssisin inkişafını təmin etmək məqsədilə ali məktəb 

formal olaraq peşə və ixtisas seçmiş tələbələrlə məqsədyönlü peşə 

oriyentasiyası  işi  aparmalıdır.  Bu  işdə  akademik  qrupun  roluna 

xüsusi  əhəmiyyət  verilməlidir.  Belə  ki,  qrupun  peşəyə  müsbət 

müntisibət  bəsləyən  üzvləri  başqalarının  peşəyə  neqativ 

münasibətini 

nəinki 

neytrallaşdıra 



bilər, 

hətta 


dostluq 

münasibətlərindən istifadə edərək onlarda seçdikləri peşəyə maraq 

oyada bilərlər. 

Akademik qrup mütəxəssis şəxsiyyətinin inkişafına həlledici 

təsir göstərdiyindən ali təhsil müəssisəsində xüsusi diqqət obyektinə 

çevrilir.  Lakin  unutmaq  olmaz  ki,  akademik  qrup  mütəxəssis 

şəxsiyyətini inkişaf etdirən yeganə amil deyil. Şəxsiyyət bir qrupda 

deyil,  biri-birilə  qarşılıqlı  əlaqədə  olan  müxtəlif  qruplarda,  başqa 

sözlə, qruplar sistemində inkşaf edir. Tələbə təkcə akademik qrupun 

deyil,  gənclər təşkilatının, tələbə elmi  birliyinin, bədii özfəaliyyət 

dərnəkləri, idman bölmələri, klublar və digər qrupların üzvü olur. 

Bunlarla yanaşı, tələbə həm də şəxsi simpatiya və bağlılıq əsasında 

yaranan  qeyri-  formal  qrupların  üzvü  olur.  ‘  Tələbənin  kollektiv 

həyatının  öyrənilməsi  göstərir  ki,  «sintetik»  qruplarda  fəaliyyətin 

dairəsi  və  məzmunu  akademik  qrupda  olduğundan  daha  genişdir. 

Fikrimizi  əsaslandırmaq  məqsədilə,  üzvülük  və  referent  qrup 

anlayışlarının mahiyyətini açıqlayaq. 

Üzvülük  qrupu  elə  bir  qrupdur  ki,  fərd  öz-özlüyündə  onun 

yalnız iştirakçısıdır. Bu mənada üzvlük qrupunu - ‘uiiirak qrupu da 

adlandırmaq olar. Üzvülük qrupları kiçik qrupların nisbətən geniş 

yayılmış  növüdür.  Əlverişli  şəraitdə  üzvlük  qrupu-referent  qrupa 

çevrilə bilər. 

Referent qrup dedikdə, elə qrup nəzərdə tutulur ki, fərd onun 

standartlarını, norma və dəyərlərini etalon kimi qəbul edir. Onları 

özünün şəxsi məqsəd və davranış normalarının 

4S3 


mənbəyi kimi qəbul edir. Bu mənada referent qrup - etalon qrupdur. 

Şəxsiyyətin  daha  çox  bağlandığı,  dəyərlərini  və  davranı.'j 

normalarını  özünə  daha  çox  yararlı  hesab  etdiyi  qrup-rç/c'rtvır 

qvupdur. Akademik qrup - üzvülük (iştirak) qrupudur. Lakin onun 

qrupun  hər  bir  üzvü  üçün,  referent  qrupa  çevrilməsi  qrup 

nümayəndəsindən  çox  asılıdır.  Bir  qayda  olaraq,  şəxsiyyətin  bir 

referent qrupu olur. Lakin tələbə iki və daha çox referent qrupa üzv 

ola bilər. Akademik qrup, elmi chrnokbr, dostlar qrupu və s. tələbə 

üçün  referent  qruplardır.  Təbiidir  ki,  tələbə  qoşulduğu  hər  bir 

referent  qrupun  norma  və  tələblərini  nəzərə  almalı,  davranışını 

müvafiq standartlara uyğunlaşdırmalıdır. Lakin tələbənin iki, yaxud 

üç  referent  qrupun  mənafelərini  uzlaşdırmaq  cəhdləri  bir  çox 

hallarda  reallaşa  bilmir.  Bu  isə  tələbənin  davranışında  müəyyən 

ziddiyyətlərin yaranmasına səbəb olur. Bu zidddiyyətlərin düzgün 

həlli  tələbə  şəxsiyyətinin  inkişafını  təmin  edir.  Tələbənin  daxil 

olduğu referent qrupları sxematik olaraq belə göstərmək olar: 

Tələbə qrupları 

 

Akademik qruplar (AO)



 

 

Gənclər təşkilatı (GT)



 

Tələbə elmi birliyi (TEB)

 

Bədii özfəaliyyət dəməkləri (BÖD)



 

İdman bölmələri fİBİ

 

 

Klublar



 

Oeyri-formal qruplar (QFO)

 

biıntetık qruplar (bQ)



 

Üzvlük qrupu (iştirak qrupu) (lO)

 

Referent qrup (RO)



 

 

484



 

ümumiyyətlə,  şəxsiyyətin  inkişafı  referent  qrupların  hər 

birində  daşıdığı  roldan  və  öz  rollarına  bəslədiyi  münasibətdən 

asılıdr. Bəzən rol konflikti (latınca conflictus toqquşma deməkdir. 

Biri-birinə  zidd  mənafe,  görüş  və  meyillərin  toqquşması)  yaranır. 

Bu konfliktlər müxtəlif qrupların biri- birilə uyuşmayan tələblərinin 

toqquşması  zamanı  baş  verir.  Məsələn,  akademik  qrupun  təşkilat 

saatı,  gənclər  birliyinin  iclası,  universitet  üzrə  tələbə  elmi 

konfransının  açılışı,  imtahanqabağı  məsləhət  saatı,  ad  günündə 

yaxın  dostlarla  görüş  eyni  vaxta  düşür.  Öz  seçimində,  və  rolunu 

müəyyənləşdirməkdə  tələbə  sərbəstdir.  O,  müstəqil  olaraq 

arzusunda olduğu rolunu seçir və öz seçimi üçün məsuliyyət daşıyır. 

Rolların  konflikti  yuxarı  kurslara  qalxdıqca  artır.  Çünki 

yuxan  kurs  tələbələrinin  akademik  qrupda  fəaliyyət  dairəsi 

məhdudlaşır. Digər ünsiyyət formaları isə genişlənir. Bu. ali təhsil 

müəssisəsində  tərbiyə  işinin  birtərəfli  aparılmasının  nəticəsi  kimi 

təzahür  edir.  Bir  çox  hallarda  ali  təhsil  müəssisəsi  akademik 

qruplarda 

şəxsiyyətlərarası 

münasibətlərin 

məqsədəuyğun 

formalaşmasına daha çox diqqət yetirir. Təlim qrupları, başqa sözlə, 

akademik 

qruplarla 

yanaşı, 


təlimdən- 

kənar 


qrupların 

formalaşdırılması  kimi  vacib  fəaliyyət  sahəsi  unudulur.  Halbuki, 

yuxarı  kurslarda  tərbiyə  işi  məhz  tələbələrin  təlimdənkənar 

birliklərinin 

yaradılmasına 

və 


fəaliyyətinin 

təşkilinə 

yönəldilməlidir.  Gələcək  mütəxəssisin  təlim  və  təlimdənkənar 

qruplarda daşıdığı rolları və ünsiyyət formalarını aydınlaşdırmaq və 

bu  əsas  üzərində  tələbələrin  müxtəlif  şəxsi  münasibətlərinə 

mənəvi-əxlaqi istiqamət vermək lazımdır. 

Sosial  qruplar  özlərinin  inkişaf  səviyyəsi  ilə  biri-birindən 

fərqlənirlər.  İnkişaf  etmiş  qrupun  ən  yüksək  forması  kollektivdir. 

Hər bir kollektiv qrup hesab oluna bilər. Amma hər bir qrup heç də 

həmişə kollektiv adlandırıla bilməz. 



Kollektiv  -  cəmiyyətin  bir  hissəsi  olan,  birgə  fəaliyyətin 

ümumi məqsədlərinə tabe olan insan qrupudur. Əgər, bu və ya digər 

qrup öz üzvlərini cəmiyyət üçün faydalı fəaliyyət növləri ətrafında 

birləşdirə bilirsə, bu, o deməkdir ki, qrup- kollektiv kimi təşəkkül 

tapıb. Buna misal olaraq uşaq, şagird, 

485 


idman, əmək, hərbi və başqa kollektivləri qeyd etmək olar. Ali 

təhsil müəssisəsində tələbə kollektivi, pedaqoji kollektiv, 

ümumuniversitet kollektivi fərqləndirilir. Onlardan hər birinin 

özünəməxsus əlamətləri, həm də onları birləşdirən ümumi 

əlamətləri vardır. Kollektivə xas olan əsas əlamətlər eynilə tələbə 

kollektivinə də aiddir. Bu əlamətlər aşağıdakılardır: jsS kollektivin 



qarşısımla sosial əhəmiyyətli vəzifələrin qoyulması

 

(tələbə 



kollektivinin məqsədləri sosial-ictimai tələblərlə, dövlətin mənafeyi 

ilə müəyyən edilir, dövlətin qanunlarına, hakim ideologiyaya zidd 

olmur); 

Äf ümumi birgə fəaliyyət

 

(tələbə kollektivi qarşıya qoyulmuş 



ümumi məqsədə çatmaq üçün məqsədyönlü şəkildə idarə olunan 

birgə fəaliyyət göstərir. Birgə fəaliyyətin müvəffəqiyyəti üçün hər 

bir tələbə məsuliyyət daşıyır); jsS kollektiv üzvləri arasında 

qarşılıqlı asılılıq

 

(qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 



tələbələrin birgə fəaliyyəti və mənəvi birliyi təmin edilməlidir); jsS 

kollektivin səlahiyyətli üzvlərinin olması

 

(tələbə kollektivində açıq 



səsvermə yolu ilə seçilmiş rəhbər orqanlarla qalan üzvlər arasında 

demokratik əlaqələr təmin edilməlidir); 



sS  kollektivdaxili  psixoloji  iqlimin  yaradılması

 

(tələbə  kollektivi 



daxilində  elə  mənəvi-psixoloji  iqlim  yaradılmalıdır  ki,  o, 

tələbənin  şəxsiyyət  və  gələcək  mütəxəssis  kimi  inkişafını 

təmin etsin); 

jsi kollektivdə qarşılıqlı anlaşmanın hökm sürməsi

 

(tələbə kollektivi 



möhkəm olmalı, hər bir üzvünü müdafiə etməli, hər kəsin 

məqsədyönlü- fəaliyyətinə dəstək verməli, sağlam tənqid və 

özünütənqidə şərait yaradılmalıdır); jsS kollektivdə şəxsi və ictimai 

mənafelər ahəngdarlıq təşkil etməlidir

 

(hər bir tələbə öz şəxsi 



marağını ictimai maraqlara tabe etməyi bacarmalıdır. Belə olduğu 

halda, tələbə öz məsuliyyətini aydın dərk edir, möhkəm əqidəyə 

malik olur). 

Tələbə kollektivinin əsas əlamətlərini sxematik olaraq belə 

eöstərmək olar: 

4SC> 


 

Təhha  kollektivi  deyərkən,  sosial  əhəmiyyətli  ümumi 

məqsəd  ıığrımda  birgə  mübarizə  aparan,  ümumi  seçkili 

orqanlara  malik  olan,  qarşılıqlı  asılılığı,  məsuliyyəti, 

monolitliyi  ilə  seçilən,  bütün  üzvlərinin  hüquqları  eyni 

dərəcədə qorunan qrup başa düşülür. 

Tələbə  kollektivi  -  özünün  hər  bir  üzvünə  münasibətdə 

tərbiyə  subyektidir.  Tələbə  kollektivinin  formalaşdınimasının 

texnoloji mərhələləri aşağıdakılardır: 



Tələbə qruplarında vəzifələrin düzgün bölüşdürül- 

Vəzifələrin  düzgün  bölüşdürülməsi  tələbə  kollektivini 

düzgün  təşkil  etməyin  çox  mühüm  texnoloji  mərhələsidir. 

Akademik qrup tələbələrini, imkan daxilində, müxtəlif vəzifələrlə: 



uzunmüddətli  vəzifələr

 

(qrup  nümayəndəsi,  müxtəlif  şuralara 



üzvlük,  tələbə  elmi  birliyinə  üzvlük  və  s.);  növbə  ilə  dəyişən 

vəzifələr

 

("növbətçilik  və  s.);  müvəqqəti  vəzifələr  (ayn-ayrı 



tapşırıqlar şəklində keçirilən disput, müzakirə və s.) təmin etmək 

lazımdır. 



gS Müxtəlif ictimai və özünüidarə orqanlarının yaradılması 

mərhələsi.

 

Tələbə  kollektivində  müxtəlif  istiqamətli  özünüidarə 



orqanlarının  yaradılması  intizamı,  borc  və  məsuliyyət  hissini, 

özünə və qrup yoldaşlarına tələbkarlığı artırır, sağlam ictimai rəy 

formalaşdırır. 

^ Tələbə qruplarında hesabatların təşkili mərhələsi.

 

Seçkili 



orqanların,  müvəkillərin,  məsul  şəxslərin  qrup  qarşısında 

müntəzəm hesabatları kollektivə öz üzvlərinə nəzarət etməyə. 

487 


həmçinin  kollektivin  dəstəyi  ilə  işin  keyfiyyətini  artırmağa  imkan 

verir. 


Ä" 

Ttfhhs  kollektivinin  daim  irəUhmasinin  tamin  edilmasi.

 

Kollektivin möhkəmlənib yaşaması üçün ən mühüm amillərdən biri 



onun  öz  qarşısında  daim  mürəkkəbləşən  və  daha  çox  sosial 

əhəmiyyət  kəsb  edən  məqsədlər  qoyması,  onların  həlli  üçün 

çalışması,  daim  hərəkət  etməsi  və  irəliləməsidir.  Kollektivin 

həyatında bir yerdə dayanmağa yol vermək olmaz. Qarşısında yeni 

vəzifələr qoyulmayan kollektiv zəifləməyə, dağılmağa məhkumdur. 

A.S.Makarenko  üç  cür  perspektiv  məqsədlər  müəyyən 

etmişdi: uzaq, orta yaxın. Buna istinadən tələbə kollektivi qarşısında 

uzaq və ona doğru hərəkəti təmin edən orta və yaxın perspektivlər 

qoyulmalıdır. «Perspektiv xətlər sistemi» kollektivin bütün həyatına 

nüfuz etməlidir. 



JB



Tahbə 

qruplarında

 

(ümumilikdə, 



ali 

təhsil 


müəssisəsində)  ananalarin  yaradılma.sı.

 

Kollektivdə  yaranan 



mütərəqqi  ənənələr  kollektivi  möhkəmləndirən  «ictimai  yapış- 

qandır»  (A.S.Makarenko).  Ənənələrə  müntəzəm  surətdə  əməl 

edildiyindən  hər  bir  tələbə  onun  icraçısına  və  keşikçisinə  çevrilir. 

Ənənələr kollektivi dağılmağa qoymur, müxtəlif tələbə qruplarında 

və  ali  təhsil  müəssisəsində  şüurlu  intizamı,  «könüllü  tabeliliyi» 

təmin edir, ali məktəb həyatına emosionallıq,  gözəllik, gümrahlıq, 

nikbinlik bəxş edir. 

jsi  Talaba  qrupları  va  ali  ntaktab  kollektivi.

 

Akademik 



qruplar ali təhsil müəssisəsinin ilk kollektivləri və əsas özəyidir. İlk 

kollektivlərin  ali məktəb kollektivi  ilə əlaqədə, uzaq  perspektivlər 

və ümumi məqsədlər uğrunda birgə fəaliyyəti təmin edilməlidir. 

Talaba  kollektivina  pedaqoji  ralıbarlik.

 

Tələbə 



kollektivlərinə  müstəqillik  və  təşəbbüskarlıq  verilməklə  yanaşı, 

ciddi  surətdə  düşünülmüş,  tələbələrin  özünüidarə  hüquqlarını 

məhdudlaşdırmayan  pedaqoji  rəhbərlik  həyata  keçirilməlidir.  Hər 

bir ali təhsil müəssisəsinin «pedaqoji mərkəzi» olmalıdır. 



Talaba kollektivi - har bir üzvünün daxili alaminin inkişafı. 

bütövlükda camiyyatda baş veran sosial-iqtisadi-ideoloji 

488


 

(/.\vi.yı>hjhr.  f^tnıf  mühitin  psixoloji  iqlimi,  pcilaqoji  rohh.viiyin 

xaraktcrilo .prfhmw vo daim inki.'^afda olan dinamik sistemdir. 

A.S.Makarenkonun 

kollektivin 

inkişaf 


qanunaııy- 

ğunİLiqlan  haqqındakı  mülahizələri  eynilə  tələbə  kollektivinə  də 

aid edilə bilər: 

JSS

  Kollektivin  horakot  qanunauyğunluğu.

 

(Fəaliy\'ət 



kollektivin  yaşayış  və  mövcudolma  formasıdır.  Fəaliyyətsizlik 

kollektivin məhv olma formasıdır). 



Atşkarlıq, mosuliyyotli asılılıq,

 

«perspektiv xəiləı ». 



«paralel pedaqoji təsir» kollektivin inkişaf prinsipləridir. 

JS

S Kollektivin çoxınorlıobli fonnala^dırılnıası 

texnologiyası. 

A.S.Makarenkonun  kollektiv  haqqında  təliminə  istinadən 

qeyd edə bilərik ki, tələbə qrupunun kollektivə çevrilməsi keyfiyyət 

dəyişmələrindən  ibarət  mürəkkəb  bir  prosesdir  və  aşağıdakı 

mərhələlərdən ibarətdir: 

•  Kollektivin ttnjokkiilii s:>viyyosi. 

İnkişafının ilk mərhələsində kollektiv üzvləri arasında sabit 

münasibətlər  hələ  formalaşmış  olmur.  Fakültə  dekanının  qrupa 

təyin etdiyi kurator özünə tərəfdarlar axtarır, fəalları üzə çıxarmağa 

çalışır. 

•  Foalların təsirinin artması sttviyyasi. 

Kollektivin inkişafının bu mərhələsində fəallar işə qoşulur, 

kuratorun  tələblərini  digər  üzvlərə  çatdırır,  kollektivin  həyatının 

təşkilində  fəal  iştirak  edir,  kollektivə  öz  tələblərini  verir.  Kurator 

qrup fəallarını diqqət mərkəzində saxlayır və onların  köməyindən 

istifadə  edir.  Bu  zaman  paralel  pedaqoji  təsir  təzahür  edir. 

Kollektivin  strukturu  sabitləşir,  bütöv  sistem  kimi  çıxış  edir. 

Özünüidarə və özünütənzimləmə mexanizmləri fəaliyyətə başlayır. 

Kurator bu mərhələdə kollektivin bütün imkanlarını əsas vəzifələrin 

icrasına yönəldir. Kollektiv tələbə şəxsiyyətinin sosial əhəmiyyətli 

keyfiyyətlərinin  inkişafı  üçün  mühüm  amilə  və  tərbiyənin 

subyektinə çevrilir. 

Kollektivin  inkişafının  bu  mərhələsi  ziddiyyətlərin  - 

(kollektiv  və  fərdlər  arasında,  kollektivin  tələblərini  qabaqlayan, 

yaxud əksinə, onun tələblərindən geri qalan tələbələr 

489


 

arasında,  ümumi  və  fərdi  perspektivlər  arasında,  kollektivin 

davranış  normaları  ilə  ayrı-ayrı  üzvlərin  davranışı  arasında, 

müxtəlif  dəyərlərə  malik  qrupdaxili  mikroqruplar  arasında  və  s.) 

həlli  və  aradan  qaldırılması  ilə  bağlıdır.  Bununla  əlaqədar 

kollektivin həyatında sıçrayışlar, bəzən durğunluq, geriləmə təzahür 

edir. 


Kollektivin  inkişafının  üçüncü  və  sonrakı  mərhələləri 

kollektiv üzvlərinin bir-birilərinə verdikləri tələblərin səviyyəsi və 

xarakteri  ilə  səciyyələnir.  Tələbələrin  özlərinə  və  digər  üzvlərə 

verdikləri  tələblər  kollektivin  tərbiyəlilik  səviyyəsini,  psixoloji 

durumunu təzahür etdirir. Bu inkişaf səviyyəsinə qalxmış kollektiv 

şəxsiyyətin,  mükəmməl  mütəxəssisin  formalaşması  və  inkişafinı 

təmin  edir.  Kollektiv  hər  bir  üzvünün  fərdi  inkişafını  təmin  edən 

subyektə  çevrilir.  Ümumi  təcrübə,  hadisələrə  eyni  baxış  tələbə 

kollektivinin əsas əlamətlərinə çevrilir. 

Tələbə kollektivinin inkişafı maneəsiz olaraq bir mərhələdən 

yeni,  daha  yüksək  pilləyə  keçid  deyil.  Pillələr  arasında  kəskin 

sərhəd yoxdur. Sonrakı pilləyə keçid imkanları əvvəlkində yaranır. 

Sonrakı mərhələ əvvəlkini əvəz etmir, ona əlavə olunur. 

Kollektiv hətta ən yüksək inkişaf səviyyəsinə çatsa belə bir 

yerdə dayana bilməz. O, daim inkişaf etməli, irəliyə doğru getməli, 

əxlaqi  normaların  hər  bİr  üzvünün  daxili  tələbatına  çevrilməsini 

təmin  etməli,  onları  özünütəhsilə  və  özünütərbi-  yəyə  təhrik 

etməlidir. 

Tələbənin kollektivə daxil olması və onun maraqları, norma 

və tələbləri ilə yaşaması o qədər də sadə proses deyil. Bu, olduqca 

mürəkkəb, çoxçalarlı proses olmaqla yanaşı, həm də fərdi prosesdir. 

Bilik,  bacarıq  və  vərdişləri,  ün-  siyyətliliyi,  fərdi-psixoloji 

xüsusiyyətləri ilə əlaqə  biri-birindən seçilən tələbələrin  kollektivə 

qoşulması  da  eyni  xarakterə  malik  deyil.  Ümumiyyətlə,  insanın 

kollektivə  qoşulması  onun  fərdi  sosial  təcrübəsindən  çox  asılıdır. 

Fərdi  sosial  təcrübə,  şəxsi  mühakimələr,  davranış  normaları, 

dəyərlər  sistemi  kollektivə  uyğun  gəldikdə,  kollektivə  uyuşma 

prosesi daha tez və asan başa gəlir. Əksinə olduqda, tələbə yaşıdları 

ilə yarat- 

490 


maqda  çətinlik  çəkir.  Əgər,  tələbə  kollektivi  yüksək  inkişaf 

səviyyəsinə  çalmışsa,  ictimai  rəy,  mütərəqqi  ənənələi'  l'oı  nıa- 

laşmışsa,  özünüidarə  orqanları  kifayət  qədər  nüfuz  qazanmışsa, 

onunla üzvləri arasında normal münasibətlər asanlıqla yaranır. 

Deməli, tələbə ilə daxil olduğu qrup arasında münasibətlərin 

necə  formalaşması  təkcə  tələbənin  fərdi  xarakter  əlamətlərindən 

deyil, həm də kollektivdən asılıdır. Əgər kollektiv yetkindirsə, insan 

azadlıqlarını  və  hüquqlarım  diqqət  mərkəzində  saxlayırsa, 

demokratik  prinsipləri  kollcktiv  həyatm  prioriteti  hesab  edirsə, 

tələbənin  kollektivə  uyuşması  maneəsiz  baş  verir  və  belə 

mənəvi-psixoloji  iqlim  tələbənin  şəxsiyyət  və  mütəxəssis  kimi 

inkişafı  üçün  əlverişli  sosial  mühit  yaradır.  Əksinə,  fəaliyyətin 

yeknəsəkliyi və cansıxıcı olması,  sosial rolların diapozonunun dar 

olması, ünsiyyətin məhdudluğu, üzvlərin mədəni səviyyəsinin aşağı 

olması,  biri-  birini  qavr^ıma  mədəniyyətinin  olmaması,  biri-birini 

qiymətləndirə  bilməməsi  münasibətləri  çətinləşdirir,  tələbə  ilə 

mənsub  olduğu  kollektiv  arasında  ziddiyyətlər  doğurur,  tələbənin 

şəxsiyyət və mütəxəssis kimi inkişafına mane olur və beləliklə də, 

cəmiyyətin, dövlətin ümumi mənafeyinə ziyan vurur. 

A.S.Makarenkonun  kollektiv  haqqında  təliminə  istinadən 

tələbənin kamil mütəxəssis və fəal həyat mövqeyinə malik şəxsiyyət 

kimi formalaşmasını təmin etmək məqsədilə ali təhsil müəssisəsinin 

pedaqoji kollektivinin aşağıdakı funksiyalarını qeyd edə bilərik: 

•  kollektivin gümrahlığı, nikbinliyi, fəaliyyət və mübarizəyə 

səfərbər vəziyyətdə olması; 



•  kollektiv  tərəfindən  müdafiə  edildiyini,  hüquq  və 

imtiyazlarının,  dəyərlərinin  və  sərvət  meyillərinin  qorunduğunun 

dərk edilməsi; 

•  şəxsi «mən»in və «biz»in ahəngdarlığı, şəxsi ləyaqətin və 

nüfuzun kollektiv üçün qürur hissi ilə birləşməsi

491 


•  kollektivin  norma  və  tələblərinə,  qaydalarına  və 

ənənələrinə könüllü surətdə tabe olmaq, bunların şəxsi davranışın 

kriteriyaları kimi qəbul edilməsi. 

Deməli, tələbənin gələcək mütəxəssis kimi inkişafını təmin 

etmək  məqsədilə,  ali  təhsil  müəssisəsində  möhkəm  pedaqoji 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin