FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   18   19   20   21   22   23   24   25   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

dərəcədə düzgün cavab yazdığını müəyyənləşdirmək. 

Suallar  qabaqcadan  tərtib  olunmalı  və  müsahibədə 

dekanlığın nümayəndələri, kafedra müdirləri, təcrübəli müəllimlər 

iştirak  etməlidir.  Müsahibə  aparılan  zaman  qeydlər  götürmək, 

suallar  yazılan  lekstə  baxmaq  olmaz.  Müsahibəyə  başlamazdan 

əvvəl abituriyentin anketi ilə tanış olmaq lazımdır. 

Müsahibədə verilən I qrup suallar sərbəst söhbət üçün şərait 

yaratmalıdır;  II  qrup  suallar  abituriyentin  ictimai-siyasi  fəallığını 

üzə çıxarmalıdır; III qrup suallar seçilmiş profilə uyğun maraq və 

meyilləri  aşkarlamalıdır;  IV  qrup  suallar  abituriyentin  mənəvi 

simasının öyrənilməsinə yönəlməlidir. 

Müsahibə zamanı abituriyentin davranışına (pozitiv, neqativ, 

laqeyd və s.) diqqət yetirilməli, davranışın adekvat olub-olmadığı, 

situaliv  xarakter  daşıdığı,  yaxud  onun  abituriyentin  şəxsiyyətilə 

əlaqədar olduğu aydınlaşdırılmalıdır. 

•  Miiiahkh  metodu.  Müşahidə  metodu  abituriyent 

haqqında kifayət qədər zəngin məlumat toplamağa imkan verir. 

•  Xii.su.si  tərtib  olunmuş  testlər.  Testlər  abituriyentin 

psixi  proseslərinin  xüsusiyyətlərini  müəyyənləşdirməyə  xidmət 

edir.  Testi  pedaqoji  və  psixoloji  eksperimentlər  qoymağı  bacaran, 

təlim  prosesinin  özünəməxsus  xüsusiyyələrini  dərindən  bilən, 

konkret  fəaliyyət  növünün şəxsiyyətə verdiyi tələblərə bələd olan 

mütəxəssislər 

keçirməlidir. 

Nəticələrin 

yoxlanması 

və 

yekunlaşdıniması 



üçün 

xüsusi 


qrup 

yaradılmalıdır. 

Diferensial-diaqnostik cədvəllər tərtib olunmalı, hər bir 

416


 

göstəriciyə müəyyən bir diaqnostik koefısient (əmsal) seçilməlidir. 

Koefisentin  əhəmyyəti  seçilmiş  peşəyə  az  və  ya  çox  uyğunluqla 

(yaraqlı olmaqla) müəyyənləşdirilir. 

Tədqiqatın nəticələri üç formada ümumiləşdirilir: 

• 

Əlverişli  proqnoz  -  ali  məktəbdə  təhsil  və  təlimə 



uyğundur. 

• 

Əlverişsiz proqnoz - ali məktəbdə təhsil və təlimə uyğun 



deyil. 

• 

Qeyri-məyyən proqnoz. 



Müəyyən  edilmişdir  ki,  abituriyentin  attestat  qiymətləri, 

eksperimentin  nəticələri,  qəbul  imtahanları  zamanı  toplanmış  bal 

arasında  və  nəticə  etibarilə,  bütün  bunlarla  peşə-ixtisas  təhsilinin 

müvəffəqiyyəti arasında qanunauyğun asılılıq mövcuddur. 

Peşə  ixtisas  təhsilinin  və  tərbiyəsinin  strukturunu, 

xüsusiyyətlərini,  qanunauyğunluqlarını  öyrənmək  məqsədilə  aii 

məktəb  pedaqogikası,  yuxarıda  qeyd  edildiyi  kimi  müsahibə, 

eksperiment,  anket,  fəaliyyət  məhsullarının  öyrənilməsi

 

metodları 



ilə  yanaşı,  professoqrajiya

 

metodundan  da  geniş  surətdə  istifadə 



edir. Bu metodun əsasını insanın peşə fəaliyyətinin psixofizioloji və 

texniki xarakteristikası təşkil edir. Bu məqsədlə, peşə fəaliyyəti və 

onun  müxtəlif  istiqamətlərdə  təşkili  ilə  bağlı  material  toplanır, 

təsvir 


olunur, 

təhlil 


edilir 

və 


sistemləşdirilir 

(professioqramlaşdırma).  Sonra  bu  əsasda  konkret  peşənin 

professioqramı  (texniki,  sanitar-gigiyenik,  texnoloji,  psixoloji, 

psixofizioloji  xarakteristikalar)  və  psixoq-  ramı  (konkret  peşənin 

aktuallaşdırılması  üçün  zəruri  olan  keyfiyyətlərin,  psixoloji  və 

psixofizioloji  göstəricilərin  xarakteristikasından  ibarət  «peşə 

portreti») tərtib edilir. 

Professiorafiya  metodunun  əhəmiyyəti  bundadır  ki,  o 

şəxsiyyətin peşə-ixtisas keyfiyyətlərini modelləşdirməyə və onların 

inkişaf prioritetlərini proqnozlaşdırmağa imkan verir. 

417

 


12.3.  ALİ MƏKTƏBDƏ TƏLƏBƏNİN PEŞƏYƏ 

İSTİQAMƏTLƏNDİRİLMƏSİ 

Peşə-İxtisas fəaliyyətinin müvəffəqiyyətli icraçısının əsas və 

həlledici  amillərindən  biri  şəxsiyyətin  peşəyə  istiqamət- 

ləndirilməsidir. 

Ali  təhsil  müəssisəsində  tədris  edilən  ümumi  və  ixtisas 

fənləri  tələbələri  peşəyə  istiqamətləndirməyə,  onlarda  öz 

fəaliyyətlərini,  bilik  və  bacarıqlarını  seçdikləri  peşə-ixtisas 

sahəsində  tətbiq  etmək  səriştəsi  formalaşdırmağa  şərait  yaradır. 

Peşəyə istiqamətləndirmə prosesində tələbədə seçdiyi əmək növünə 

pozitiv  münasibət  formalaşır,  peşəyə  yararlıhğını  və  hazırlığını 

təkmilləşdirmək,  maraq  və  meyillərini,  tələbatlarını  peşə-ixtisas 

fəaliyyəti  ilə  təmin  etmək  səyi  yaranır  və  stimullaşır.  Belə 

formalaşma  prosesində  tələbə  seçdiyi  peşə-  ixtisas  fəaliyyətinin 

məqsəd və vəzifələrini, ictimai-sosial əhəmiyyətini daha çox dərk 

edir,  dünyagörüşü,  əqidə  və  durumu  daha  sabit  xarakter  almağa 

başlayır.  Bütün  bunlar  tələbənin  peşə-ixtisas  fəaliyyətinə 

istiqamətinin  möhkəmliyi  və  dərinliyini,  yaxın  və  uzaq 

perspektivlərini, ictimai-sosial, şəxsi motivlərini təzahür etdirir. 

Pedaqoji  tədqiqatlarda  tələbənin  peşəyə  istiqamətləndi- 

rilməsinin  bir  neçə  səviyyəsi  müəyyənləşdirilmişdir.  Pedaqoji 

fəaliyyətə istiqamətlənmənin səviyyələrinə diqqət yetirək: 

• 

Tithbəııin  pedaqoji  peşəyi  istiqamdthnmasimn  yiiksdk 

saviyyasL 

Bu  səviyyədə  müəllimlik  peşəsinə  maraq  çox  erkən 

yaşlardan (uşaq yaşlarından) özünü göstərir. Müəllimi təqlid etmək, 

özündən  kiçiklərə  qayğı  göstərmək,  məktəb  tədbirlərində  fəal 

iştirak  etmək,  ayrı-ayrı  fənlərə  maraq,  bunlar  müəllimlik 

fəaliyyətinə təbii meylin ifadəsidir. 



Tahbmin pedaqoji peşiyə istiqamathnımsinin orta S3viyy3si. 

Bu  səviyyədə  müəllimliyə  maraq  nisbətən  gec,  yuxarı 

siniflərdə ayrı-ayrı fənlərin təsiri ilə yaranır və bu maraq 

41 s 


məzunu  pedaqoji  fəaliyyətə  istiqamətləndirir.  Bu,  əsasən  daha 

səmimi səciyyə daşıyır. 

• 

T^hhanin  pedaqoji  peşaya  istiqaımthnm?sinin  a.yağı 

.vəi’/]yv7,v/.



 

Bu  halda  pedaqoji  peşə  qohumların,  valideynlərin,  dost  və 

tanışların məsləhətləri, yaxud digər təsadüfi motivlərlə seçilir. 

• 

P e Ş f j y ə  istiqamdthnmmin olmaması. 

Bu elə bir səviyyədir ki, bu zaman məzun başqa ali məktəbə 

daxil  ola  bilmədiyindən  məcburiyyət  qarşısında  qalaraq  pedaqoji 

peşəni seçməli olur. 

Peşəyə istiqamətlənmənin səviyyəsinə görə, tələbələri üç tipə 

bölmək olar: 



tip  tnhbııliV  müshtıt  professional  motivhva  malikdirhr. 

Onlar ali məktəbdə təhsil illərində peşə-ixtisas motivlərini qoruyub 

saxlayır, seçdikləri peşəni yüksək əxlaqi prinsiplərlə əsaslandırırlar. 

Seçdikləri peşənin professioqramını yaxşı dərk edir, peşə haqqında 

aydın  təsəvvürə  malik  olurlar.  Peşəni  təsadüfi  deyil,  məhz  malik 

olduqları  təbii  imkanları,  qabiliyyətləri  əsasında  seçirlər.  Belə 

tələbələr,  bir  qayda  olaraq,  yüksək  fəallıqları  ilə  fərqlənirlər.  Ali 

təhsilə  peşəyə  yiyələnmə  prosesi  kimi  yanaşırlar.  Əksəriyyəti  öz 

təhsilini  magistraturada  davam  etdirmək  niyyətində  olur.  Belələri 

tələbələrin ümumi sayının üçdə bir hissəsini təşkil edir. 

II tip  t^hbələrin  pcifnyə  münasibəthri  axıradək  mihyyan- 

iv^tmyih.

 

Peşəyə  istiqamətlənmə  aydın  surətdə  motivləş-  məyib. 



Onlar seçdikləri peşə haqqında kifayət qədər aydın təsəvvürə malik 

deyillər.  Belə  tələbələrin  fəallıq  dərəcəsi  situativ  xarakter  daşıyır, 

gah artır, gah azalır. Bu tipə daxil olan tələbələr şəxsi problemlərlə, 

məişət çətinlikləri ilə «yüklənmiş» olur. Ailə və məişət məsələləri, 

şəxsi  məsələlər  onlar  üçün  daha  önəmlidir.  Onları  peşə-ixtisas 

təhsili  o  qədər  də  cəlb  etmir.  Həyat  yolu  seçməkdə.  Özünü 

müəyyənləşdirməkdə çətinlik çəkir, heç buna cəhd də göstərmirlər. 

III tipə daxil olan tələbələr peşə seçərkən təsadüfi motivlərə 

əsaslanırlar.

 

Seçdikləri  peşəyə  mənfi  münasibət  bəsləyirlər.  Peşə 



haqqında çox səthi məlumatlara malik olurlar. 

419


 

Onları seçilmiş peşənin sosial imkanları daha çox cəlb edir. Buna 

görə də onlar üçün təhsil biznesdə istədikləri pilləyə qalxmaq üçün 

ancaq vasitədir.  Belələri bütün  tələbələrin  26%-  ni  təşkil edir. Bu 

qəbildən olan tələbələr ali məktəbi bilirir, lakin mənən peşəyə hazır 

olmurlar. Sonralar da ictimai həyatda fəallıq səviyyələri çox aşağı 

olur. Şəxsi işləri, gəlir əldə etmələri onları daha çox maraqlandırır. 

Ali  məktəbdə  peşə  oriyentasiyası  işinin  zəif  qurulması  bir 

sıra arzuolunmaz nəticələrə gətirib çıxarır. Belə ki. h^r ijeydm ^vv?l 

gənc  mütəxəssis  öz  peşəsinin  sosial  əhəmiyy,əLini  kifayət  qədər 

aydın  dərk  etmir.  İkincisi,

 

gənc  mütəxəssis  müəyyən  səbəblər 



üzündən  peşəsindən  məmnunluq  hiss  etmir,  öz  əmək  fəaliyyətinə 

dərin  maraq  göstərmir,  ictimai-siyasi  fəallığı  ilə  seçilmir,  heç  bir 

səmərələşdirici təklif verə bilmir. Üçüncüsü^

 

gənc mütəxəssis əmək 



kollektivinə uzun müddət alışa bilmir, adamlarla işləmək bacarığına 

malik  olmur.  Dördüncüsü,

 

peşəyə  marağın  olmaması  gənc 



mütəxəssisdə 

təşkilatçılıq 

bacarıqlarının, 

təşəbbüskarlığın, 

işgüzarlığın  və çevikliyin inkişafına mane olur.  Acı  da olsa etiraf 

etmək lazımdır ki, müasir dövrdə təhsilin müstəqil sosial fenomen 

kimi dəyəri, şəxsi və status-mövqe əhəmiyyəti azalmışdır. 

Ali  məktəbin  «kommersiya»  baxımından  seçilməsi 

nəticəsində  təmin  olunmuş  ailələrin  övladları  təhsil  illərində 

özlərini  çox  «rahat»  hiss  edir,  biznes  sahəsində  səriştəli 

valideynlərinin  dəstəyinə  arxalanaraq  gələcəyə  inamla  baxırlar. 

Mükəmməl təhsili və peşə hazırlığını yüksək qiymətləndirir, xarici 

dilləri öyrənir, mənəvi zənginliyə meyl göstərirlər. 

Maraqlıdır  ki,  tələbələrin  ali  təhsil  motivləri  müxtəlifdir; 



diplom almaq

 

(4-14%); 



peşəyə yiyələnmək

 

(56-62'X>); 



elmi- tədqiqatla 

məşğul  olmaq

 

(5-15%); 



tələbəlik  həyatı  yaşamaq

  (8- 


18‘/ü); 

gələcək 

maddi  təminat

 

(43-53%); 



xarici  dillərə  yiyələnmək

 

(17-41%); 



mədəni 

insan  olmaq

 

(33-39%); 



xaricdə  işləmək 

(20-29‘%); 



sahibkarlıq 

sahəsində  bilgilər  və  təcrübə  qazanmaq 

(10-16%); 



dostlar,  tanışlar 

arasında  nüfuz  qazanmaq

  (10-13%); 



ailə  ənənəsini  davam  etdirmək

 

(6-9%) 



və s. 

Müəyyən  edilmişdir  ki,  «kommersant  tələbələr»  işləyir  və 

məvacib alır, hətta müstəqil sahibkarlıqla məşğul olurlar. 

420 


ixtisasın seçilməsi motivləri ilə təlim motivləri biri-birilə sıx 

vəhdətdədir. Odur ki, hər şeydən əvvəl, tələbədə təlim motivlərini 

inkişaf  etdirmək  lazımdır.  Bu,  tələbədə  seçdiyi  peşəyə  müsbət 

münasibətin,  maraq  və  məhəbbətin  yaranmasının  ən  etibarlı 

yoludur. 

Tələbədə 

peşəyə 

istiqamətlənməni 



müvəffəqiyyətlə 

formalaşdırmaq  üçün  seçilmiş  peşənin  məzmun  və  strukturunu 

aşkarlamaq, onun profesioqramını tələbəyə başa salmaq lazımdır. 

Ali  məktəb  tələbəyə  peşə-ixtisasla  bağlı  bilik,  bacarıq  və 

vərdişlər aşılamaqla kifayətlənməməli, həm də onda müvafiq peşə 

qabiliyyətləri inkişaf etdirməlidir. 

Lakin  ali  məktəbin  peşəyə  istiqamətləndirmə  sahəsində 

gördüyü iş nə qədər mükəmməl olsa da, tələbənin özünün daxili səyi 

olmadan  müvəffəqiyyət  qazanmaq  qeyri-mümkündür.  Buna  nail 

olmaq  üçün,  hər  şeydən  öncə,  tələbənin  ali  məktəbə  daxil  olana 

qədər  və  ali  məktəbə  daxil  olduqdan  sonra  qarşıya  qoyduğu 

məq.sədləri,  seçdiyi  peşəyə  münasibətini,  ali  məktəb  həyatının 

müxtəlif fəaliyyət növlərində özünü necə reallaşdırmasını, maraq və 

ideallarını öyrənmək lazımdır. 

Peşəyə  istiqamətlənməni  təlimin  müxtəlif  pillələrində 

tələbənin  peşə-ixtisas  keyfiyyətlərinə  verdiyi  qiymətlər  vasitəsilə 

müəyyənləşdirmək  olar.  Tədqiqatlar  göstərir  ki,  özünüqiymət- 

ləndirmənin  dəqiqliyi  və  adekvatlığı  tələbənin  gələcək  ixtisasla 

bağlı təsəvvürlərinin xarakteri ilə bağlıdır. Gələcək peşə haqqında 

kifayət qədər aydın təsəvvürlər və müvafiq peşə adamlarına düzgün 

münasibət  tələbənin  özünüqiymətləndir-  məsinin  obyektivliyini 

təmin edir və onu peşə-ixtisasla bağlı özünütəhsilə, özünütərbiyəyə 

təhrik edir. Onda ali təhsili başa vurduqdan sonra da öz ixtisasını 

daha  artıq  təkmilləşdirmək  səyi  oyadır.  Bu  isə  öz  növbəsində 

tələbədə seçilmiş peşəyə sadiqlik idealı formalaşdırır. Peşə əqidəsi 

inkişaf etdirir. 

Tədqiqatlar  göstərir  ki,  tələbənin  peşəyə  istiqamətlənməsi 

heç  də  həmişə  təlim  müvəffəqiyyəti  və  ictimai  fəallıqla  üst-üstə 

düşmür.  Məsələn,  ola  bilər  ki,  yaxşı  oxuyan  tələbədə  peşəyə  səy 

kifayət  qədər  olmasın.  Yaxud  ali  məktəbin  ictimai  həyatında  son 

dərəcə fəal olan tələbədə təlimə və peşəyə 

421 


münasibət  neqativ  xarakter  daşısın.  Bəzən  də  elə  okır  ki,  təhsil 

illərində  peşəyə  istiqamətlənmə  gözlənilməz  çətinliklər  və  digər 

səbəblər  üzündən  zəifləyir.  Tələbənin  təlim  səyi  azalır,  ictimai 

fəallığı enir, işgüzar motivləri zəifləyir və s. 

Tələbənin  peşəyə  istiqamətlənməsinin  səviyyəsinin  aşağı 

düşməsinin  iki  əsas  səbəbi  var:  birincisi,  peşa  seçmakd?  po}- 



mmçıbq sindromu, ikincisi,

 

və ən başlıcası, zi>if oxuyan tahba- brin 



çdtinlikbri.

 

Bu  çətinliklər  təlim  motivlərinə,  onun  strukturuna, 



deməli, dolayısı ilə ixtisas istiqamətlənməsinə mənfi təsir göstərir. 

Qüvvətli tələbə bir qayda olaraq «əla» və «yaxşı» qiymətlərlə 

oxumağa,  davranışında  və  intizamda  nümunəvi  olmağa,  buraxılış 

işini  müvəffəqiyyətlə  müdafiə  etməyə,  yaxşı  mütəxəssis  kimi 

formalaşmağa səy göstərdiyi halda, zəif tələbə tədris fənlərini ancaq 

plan və proqram  səviyyəsində, müəllimlərin tələbləri  çərçivəsində 

yerinə yetirir, valideynlərini razı salmaq, təqaüd almaq motivlərini 

əsas  götürür.  Əla  oxuyan  tələbənin  motivləri  təlimin  son 

məqsədlərinə yönəlir. Bu isə peşəyə, ixtisasa daha möhkəm, ardıcıl 

və yüksək istiqamətlənməni təmin edir. Zəif tələbənin motivləri ali 

məktəb  həyatının  gündəlik,  cari  məsələlərinə  yönəlir,  situativ 

xarakter  daşıyır,  bu  səbəbdən  də  peşəyə  istiqamətlənməsi  aşağı 

səviyyədə olur. 

Sadalanan  bu  və  ya  digər  neqativ  halları  aradan  qaldırmaq 

üçün  nə  etmək  lazımdır?  Başqa  sözlə,  tələbənin  peşəyə 

istiqamətlənməsinin yolları hansılardır? 



Har  şeydən  əvvəl

 

seçilmiş  peşənin,  ixtisasın  məqsədini, 



əhəmiyyətini,  sosial  prestijini,  ona  verilən  tələbləri  tələbəyə  başa 

salmaq lazımdır. 



İkincisi,

 

tələbəni  seçdiyi  ixtisasa  mükəmməl  surətdə 



yiyələnməyin mümkünlüyünə inandırmaq, gələcək perspektivlərini 

təlqin  etmək,  seçilmiş  ixtisasın  emosional  və  yaradıcı  cəhətlərini 

göstərmək lazımdır. 

Üçüncüsü

 

və ən başlıcası, tələbəni  gələcək fəaliyyətin tələb 



etdiyi  bilik,  bacarıq  və  vərdişlərlə  silahlandırmaq,  müvafiq 

qabiliyyətləri  inkişaf  etdirmək  ali  məktəbin  müxtəlif  fəaliyyət 

növlərinə cəlb etmək. 

422


 

Dikdüncih  tələbəni  seçdiyi  peşənin  professioqramı  ilə  tanış 

elmək, ona professional əməyin modelini (onun məqsədi, vəzifələri, 

qaydaları və s.) təqdim etmək. 

Beşincisi,  tələbələrin  bilik  və  bacarıqlarının  tətbiqi, 

vərdişlərinin  təkmilləşdirilməsi  və  qabiliyyətlərinin  inkişaf 

etdirilinəsi  üçün  müvafiq  şərait  yaratmaq,  onları  gələcək  əmək 

fəaliyyəti ilə tanış etmək. 



Altıncısı,  tələbəni  peşə-ixtisasla  bağlı  özünütəhsil  və 

özünütərbiyə işinə cəlb etmək və bu məqsədlə onları özünütəhsil və 

özünütərbiyə  metodikası  ilə  tanış  etmək,  öz  üzərində  sistemli  və 

ardıcıl işə cəlb  etmək, bu prosesə nəzarət etmək  və korreksiya işi 

aparmaq. 

Yeddinci,,  ali  məktəbdə  professor-müəllim  heyətinin  və 

müxtəlif ictimai təşkilatların fəaliyyətini əlaqələndirmək. 



Sukkizinci,  tələbələri  elmi  fəaliyyətə  (tələbə  elmi  birliyi, 

konstruktor  bürosu,  istehsalın  sifarişləri  və  s.)  cəlb  elmək.  Bunu 

əsas götürmək lazımdır ki, heç də hər tələbə alim olmur. Lakin hər 

bir mütəxəssis tədqiqatçılıq qabiliyyətinə malik olmalıdır. 

Tələbələri  ali  məktəbin  tarixi  və  əmək  ənənələri  ilə  tanış 

etmək,  məzunları  ilə  görüşlər  təşkil  elmək,  ali  məkəbdə  fəaliyyət 

göstərən  alimlər,  kafedralar,  bölmələr  haqqında  informasiyalar 

vermək,  prestij  istehsal  sahələri  və  əmək  qabaqcılları  haqqında 

məlumat vermək və s. tələbələrin peşəyə istiqamət- ləndirilməsinin 

sınanmış yollarıdır və onlardan vəhdətdə istifadə olunmalıdır. 

Peşə  oriyentasiyası  istiqamətində  aparılan  müxtəlif 

istiqamətli, müxtəlif cəhətli işlərdə müvəffəqiyyəti təmin edən bir 

sıra prinsiplərə əməl olunmalıdır., Bu prinsiplər aşağıdakılardır: 

• 

peşə oriyentasiyasının müasir dünyanın, sivil cəmiyyətin 



ixtisas təhsili tendensiyalarına uyğunluğu; 

• 

peşə təhsilinin fundamental xarakter daşıması; 



• 

peşə təhsili alanların yaş və fərdi xüsusiyyətlərinin nəzərə 

alınması; 

423


 

• 

təlobənin professional fDaiiyyətin subyekti kimi öyro- nilmosi

• 

professional 



fəaliyyətin 

psixoloji 

aspektlərinin 

müəyyənləşdirilməsi; 

• 

tələbənin peşə seçiminin subyekt-obyekt münasibətləri (nə 



seçilib-kim seçib) sistemində öyrənilməsi; 

• 

professional  qiymətləndirmə  prosesində  əsas  (ənənəvi) 



aspektlərin vəhdətdə nəzərə alınması. 

Bu aspektlər aşağıdakılardır: 

• 

sosial-iqtisadi  aspekt

 

(peşənin  qısa  tarixi  xülasəsi,  bazar 



iqtisadiyyatında  rolu,  kadr  hazırlığı  haqqında  məlumat,  inkişaf 

perspektivləri, əmək haqqı, peşənin prestijliyi); 

• 

istehsal-texniki  aspekt

 

(əməyin  təşkili  forması,  iş  şəraiti, 



əmək obyekti və alətləri, əməyin texnologiyası); 

• 

sanitar-gigiyenik  aspekt

 

(iqlim  şəraiti,  işıqlanma  sistemi, 



əmək rejimi və ritmi, sağlamlığın təmin edilməsi); 

• 

psixofiziki  aspekt

 

(peşənin  şəxsiyyətin  psixi  proseslərinə 



və xüsusiyyətlərinə verdiyi tələblər). 

Pedaqoji  ədəbiyyatda  peşələrin  predmetinə,  məqsədlərinə, 

vasitələrinə və əmək şəraitinə uyğun olaraq dörd bloku ayırd edilir. 

I blok - peşələrin tiplərini əks etdirir. 

Əmək  predmetinə  görə  bütün  peşələr  aşağıdakı  kimi  təsnif 

olunur:  bionomik

 

(təbiət)  peşələri;  texnomik



 

(texnika)  peşələri; 



siqnomik

 

(işarələr,  simvollar)  peşələri;  artonomik  (bədii  obrazlar) 



peşələri; sosionomik

 

(insanların qarşılıqlı münasibətləri) peşələri. 



Pedaqoji  ədəbiyyatda  buna  uyğun  başqa  təsn^at  da 

mövcuddur.  «insan-t:tbht»,  «insan-texnika»\  «insan-simvoli-  ka»; 



«insan-obraz»; «insan-insan». 

Peşə bloklarının müxtəsər şərhini verək: 

• 

nİnsan - canlı tpbht»

 

(c T) 



Bu peşə sahibləri yer üzünün flora və faunasını öyrənməklə 

məşğuldur (bağban, aqronom, zootexnik, veterinar, mikrobioloq və 

b.) 

• 

«İnsan - texnika»



 

(T) və cansız təbht 

424 


Bu  peşə  sahibləri  əməyin  texniki  obyektlərini  və  cansız 

əşyaları  öyrənməklə  məşğuldur  .(çilingər-yığıcu  texnik-mexanik. 

elektroçilingər, mühəndis-elektrik, texnik-texnoloq və b.). 

• 

«İnsan ~ simvolika»

 

(S) 



Bu peşə sahiblərinin əmək obyekti təbii  və süni dillər şərti 

işarələr,  simvollar,  rəqəmlər,  formullar  və  sairədir  (proqramçı, 

layihəçi-kartoqraf, riyaziyyatçı, dilçi, nəşriyyat redaktoru və b.) 

• 

«İman

 - 

ohraz»

 

(O) 



Bu  peşə  sahiblərini  gerçəkliyin  bədii  inikası,  obrazlı 

təeəssümü  məşğul  edir  (rəssam-dekorator,  rəssam-restavrator 

(bərpaçı), musiqi aləti ustası, konsertmeyster, balet artisti, aktyor 

və b.). 


• 

«İnsan-insan»

 

(İ) 



Bu  peşə  sahiblərinin  tədqiqat  obyekti  sosial  sistemlər, 

əməkdaşlıq, əhali təbəqələri, müxtəlif yaşlı adamlar və başqalarıdır 

(satıcı, həkim, müəllim, sosial işçi və b.). 

Beləliklə peşələrin I bloku - tiphrini

 

(cTTSOİ) əhatə edir. 



Peşələr  məqsədlərinə  görə  biri-birindən  fərqlənir.  Buna 

əsasən II blok peşələr belə təsnif olunur: 

• 

qnostik peş^hr

 

(Q); 



• 

dityişdirım, yenidən təşkiletmə peşələri

 

(D): 



• 

axtancdıq (yaradıcılıq) peşələri

 

(A). 



Beləliklə, peşələrin II bloku - peşə bölmələrini

 

(QDA) əhatə 



edir. 

Hər bir peşə blokunun daxilində əmək vasitələrinə və əmək 

alətlərinə əsasən peşələr belə təsnif edilir: 

• 

əl əməyi peşələri

 (Ə);

 

• 

əllə idarə olunan maşın əməyi peşələri

 (M);

 

• 

avtomatlaşdırılmış  və  avtomat  sistemlərlə  bağlı  peşələr

 

(A);


 

• 

əməyin funksional vasitələrinin üstünlük təşkil etdiyi 



peşələr ( F ) .  

Beləliklə, peşələrin I I I  bloku

 - 

peşə şöbələrini

 

(ƏMAF) əhatə 



edir. 

A-25 

Əmək şəraiti əsasında peşələr belə təsnif olunur: 

• 

ımişift şəraitinə uyğun mikroiqlim

 

(otaq) pe^nhri



 

(M) 

(laborant, mühasib, EHM operatoru və b.); 

• 

/ınr  cür  iqlim  şnraitiıuh  «açıq  lıava»  pcijnhrİ

 

(H) 


(aqronom, avtoinspektor, montajçı və b.); 

• 

qeyri-adi ş^vait peşəhri

 

(q.Ş) (yüksəklikdə, yerin altında, 



su altında, yüksək hərarətdə, aşağı temperaturda işləyənlər, üzgüçü, 

yanğınsöndüren, dağ kombaynı maşinisti və b.); 

• 

yüksək  maudvi  tmsuUyyat  tnhb  edm  pe^!>hr

 

(M) 



(müəllim, tərbiyəçi, həkim, hakim və b.). 

Beləliklə,  peşələrin  IV  bloku  -  peş?  qruplarım

 

(MHqŞM) 


əhatə edir. 

Peşələrin  təsnifatını  sxem  şəklində  belə  göstərmək  olar 

(Y.A.Klimovaya görə): 

 

MNq$M



 

 

ƏMAF



 

O D A

 

cTTSOİ



 

IV  blok - peş? qrupları 

III blok - peş? şöb?l?ri 

II blok - peş? bölm?l?ri 

I blok - peş? tiphri 

Peşə  seçiminin  düzgün  aparılması  üçün  gəncləri  peşə 

blokları,  müxtəlif  peşələrin  özünəməxsus  xüsusiyyətləri,  hər  bir 

peşənin sosial əhəmiyyəti haqqında aydın təsəvvür yaratmaq, fərdi 

imkan  və  xüsusiyyətlərini  nəzərə  alaraq,  onları  peşələrə 

istiqamətləndirmək lazımdır. 

Ümumiyyətlə,  peşə  seçiminə  təsir  göstərən  amillər 

aşağıdakılardır: 

ailənin, yaşlıların təsiri; həmyaşıdların 

mövqeyi; məktəb kollektivinin mövqeyi; şəxsi 

həyat perspektivləri; professional planlar; fərdi 

imkan və qabiliyyətlər; cəmiyyət tərəfindən 

«qəbul olunmaq» cəhdi; 

A26 


• 

bu və  ya digər peşə fəaliyyəti haqqında informasiyalara 

bələd olmaq, peşələr aləmi haqqında adekvat təsəvvürlər; 

• 

maraq və meyllər; 



• 

peşə  seçərkən  öz  keyfiyyətlərini  adekvat  surətdə 

dəyərləndirmək; 

• 

peşə  seçimi  situasiyasını  maksimum  adekvat  surətdə 



qiymətləndirmək; 

• 

peşə  seçimi  zamanı  faktorların  fərdi  ierarxiyasını 



modernləşdirmək; 

• 

peşə seçərkən əsas və həlledici faktorları ayırd etmək. 



Psixoloqlar peşə sisteminə təsir göstərən amilləri iki qrupa bölürlər; 

<• 

Subyektiv amilhr: 

• 

maraqlar (idrak maraqları, peşəyə olan maraq, me- yillər 



və s.); 

• 

qabiliyyətlər (müəyyən fəaliyyət növündə müvəffəqiyyəti 



təmin edən psixoloji mexanizmlər); 

• 

temperament; 



• 

xarakter. 



<♦ Obyektiv

 

a/m7/i?r;oxumağa qabillik; hazırlıq səviyyəsi; 



səhhəti; peşələr haqqında informasiyalar. 

❖ Sosial amilbr:

 

sosial mühit; ailə şəraiti; 



valideynlərin  təhsili  və  savadlılıq  səviyyəsi;  stimulun 

olması. 


İşçiyə verilən tələblərə uyğun olaraq peşələr üç qrupa 

(K.M.Qureviçə görə) ayrılır: 

• 

Hər bir sağlam adamın özünün normal fəaliyyəti ilə 



ictimai effektivliyə nail ola biləcəyi peşələr. 

• 

Hər adamın müvəffəqiyyət qazana bilmədiyi, lazımi 



effekt əldə edə bilməyəcəyi peşələr. 

• 

Yüksək ustalıq, mütləq peşə yararlılığı tələb edən peşələr. 



427

 


Bu  peşə  tiplərinin  hər  biri  insana,  onun  qabiliyyət  və 

imkanlarına müəyyən tələblər verir. 



«İn.san-t!fhht»  tiplipeş!>br  insandan  müşahidəçilik,  /.ən- 

gin  ləxə\'yül.  əyani  obra

2

İı  təfəkkür,  dəyişən  təbiət  faktorlarını 



əvvəlcədən  görmək  və  qiymətləndirmək  məharəti,  səbirlilik, 

təkidlilik. çətin iqlim şəraitində işləmək bacarığı və s. tələb edir. 



«M(i!fin-texnika»  tiplipeş:>hr  insandan  texniki  qurğuları 

yığmaq,  montaj  etmək,  yaratmaq,  layihələşdirmək,  texniki 

qurğulardan  istifadə  etmək  və  onları  təmir  etmək,  həssas  görmə, 

eşitmə,  vibrasiya  (titrəyiş)  və  kinestetik  (əzələ-hərəkət)  duyğular, 

yaradıcı və texniki təfəkkür, müşahidəçilik, diqqətin keçirilməsi və 

mərkəzləşdirilməsi,  hərəkətlərin  düzgün  koordinasiyası  kimi 

qabiliyyətlər tələbedir. 

«İnsan-simvolika»  tipli  peşəhr  insandan  məntiqi  təfəkkür, 

operativ  və  mexaniki  hafizə,  simvolik  material  üzərində 

mərkəzləşdirilmiş  diqqət,  diqqətin  bölüşdürülməsi  və  keçirilməsi 

bacarığı,  qavrayışın  dəqiqliyi,  simvolik  işarələr  arxasında  duran 

gerçəkliyi  görmək, təkidlilik, dözüm  kimi  qabiliyyət  \o bacarıqlar 

tələb edir. 



«lnsan-ohraz»  tipli  peşphr  insandan  bədii  əsərlərin  layi- 

hələşdirilməsi  və  yaradılması,  nümunə  əsasında  bədii  əsərlərin 

bərpası, bədii əsərlərin kütləvi istehsalı bacarıqları, görmə qavrayışı 

və görmə hafizəsi, müşahidəçilik, əyani-obrazlı təfəkkür, insanlara 

psixoloji və emosional  təsir qanunauyğunluqları  haqqında bilgilər 

tələbetməsi ilə səciyyələnir. 



«İnsan-insaıt» tipli peşt> sahibhri ünsiyyətə tələbat və cəhd- 

tanış  olmayan  adamlarla  asanlıqla  rabitələr  yaratmaq,  insanlarla 

işlərkən  gümrahlıq  və  nikbinlik,  səbirlilik,  həssaslıq,  qayğıkeşlik, 

mərhəmət,  davranış  mədəniyyəti,  başqalarım  dinləməyi  və  başa 

düşməyi bacarmaq, insan münasibətlərindən baş açmaq, konfliktləri 

həll  etmək,  özünü  başqalarının  yerinə  «qoya  bilmək»  məharəti, 

inkişaf  etmiş  nitq,  zəngin  mimika  və  pantomimika,  müxtəlif 

adamlarla  «dil»  tapmaq,  inandırmağı,  təlqin  etməyi  bacarmaq, 

insanların  psixologiyasına  bələd  olmaq,  səliqə,  dəqiqlik  kimi 

keyfiyyətlərə malik olmalıdırlar. 

428

 


Beləliklə,  peşə  seçimi  kimi  mürəkkəb  və  həlledici  aki  /a- 

manı  şəxsi  arzu  və  istəklərlə  yanaşı,  sosial  ideallar,  ictimai 

mənafelər, peşəyə yararlıq, potensial imkanlar və fərdi keyfiyyətlər 

nəzərə  alınmalı,  hər  kəs  peşə  seçimi  ilə  özünü  və  ətrafdakılar! 

xoşbəxt  etməyi,  fəal  həyat  mövqeyi  tutmağı,  insanlığa  xidmət 

etməyi bacarmalıdır. 

ƏSAS MÜDDƏALAR 

Peşə-ixtisas təhsilinin əsas funksiyası - ictimai-sosial həyatın 

müxtəlif  sahələri  üçün  mütəxəssislər  hazırlamaqdır.  Mütəxəssis 

hazırlığı  iki  istiqamətdə  reallaşdırılır:  peşə-ixtisas  təhsili 

müəssisələri sistemində təhsil; özünütəhsil. 

İstiqamətindən 

asılı 

olmayaraq, 



peşə 

təhsilinin 

müvəffəqiyyəti 

peşəyə 


emosional, 

motivləşdirilmiş 

istiqamətlənmədən  və  peşəyə  yiyələnməyə  insanın  psixoloji 

hazırlığından asılıdır. 

İnsanın  öz  daxili  imkanlarım  təhlil  edərək,  onları  konkret 

peşə-ixtisas  tələbləri  ilə  müqayisə  etməsi  əsasında  peşə  seçməsi 

onun  həyatının  mənasını  təşkil  edir,  ömrünü  rövnəqləndirir, 

cəmiyyətdə «özünütəsdiqinə» üçün şərait yaradır. 

Peşə  seçiminin  həm  obyekti,  həm  də  subyekti  bir  çox 

xarakteristikalara  malik  olub  müxtəlif  mərhələlərdən,  müxtəlif 

səviyyələrdən  keçir.  Peşə  seçimi  sadə  akt  deyil.  O,  peşə  seçimi 

zərurətini dərk edən hər bir insanın fərdi xüsusiyyətlərindən və ətraf 

mühitdən, müvafiq şəraitdən asılıdır. 

Peşə seçiminin optimallığmı müəyyən edən həlledici amil - 

professional  maraq,  professional  tələbat  və  professional 

istiqamətdir. 

Peşə  seçimi  sosial  «özünütəsdiqləmə»  prosesidir.  S(«ial 

hadisədir,  dövrün  sosial  xarakteristikalarını  özündə  daşıyan 

mürəkkəb  fenomendir,  insanın  ömür  yolunu,  sosial  vəzifələrin 

uğurlu həllini müəyyənləşdirən prioritetdir. 

Peşə seçimi kimi mürəkkəb və həlledici proses zamanı istək 

və  arzularla  yanaşı,  sosial  ideallar,  ictimai  mənafelər,  peşəyə 

yararlıq səviyyəsi,  potensial imkanlar və fərdi keyfiyyətlər nəzərə 

alınmalı,  hər  kəs  peşə  seçimi  ilə  həm  özünü  və  ətra-  fındakıları 

xoşbəxt  etməyi,  həm  də  fəal  həyat  mövqeyi  tutmağı,  insanlara 

xidmət etməyi «gərəkii» olmağı bacarmalıdır. 

429 


 

 

Tərbiyənin vəzifasi insanın rulıımu kamilləşdirmək, yəni özünüdərk 

və özünü təkmilləşdirmək yolu ilə onu dünyəvi ehtiraslardan xilas 

etməkdir.hunım üçün insan özünü pis hərəkətlərdən saxlamalı, düz 

danışmalı, yalan və böhtandan imtina etməli, əməlisaleh olmalıdır. 

Budda 

İnsanın bütün ömrü əslində davamlı bir tərbiyə prosesidir. 

Helvetsi. 

Tərbiyə gənclərin qarşısını kəsir, qocalara təsəlli olur,kasıbları 

-.əngilləşdirir, zənginlərə yaraşıq verir. 

Ə.\iaq və qəbahət tərəzinin iki miatəlif gözündə yerləşir, bunlardan 

biri qalxarsa, digəri enər. 

Pifaqor 

Platon 

Ya.xşı nəticələr əldə etmək üçün insanın təbiətindəki xeyirxahlığı 

tərbiyə itə birləşdirmək zəruridir 

M.F.Kvintilian 

Ə.xlaq in.sanda anadangəlmə xasiyyət deyil, tərbiyənin ə.sas 

prednieti və onun nəticəsidir. 

İbn Sina 

Çoxlu sayda əla istedadlı adamlar azad və yüksək insanları idarə 

etməyi bacarmayan tərbiyəçilərin -atlan eşşəklərə çevirən 

tərbiyəçilərin səhvi nəticəsində tələf olub gediblər. 

Plutarx 

432


 

XIII 

FƏSIL


 

ALİ MƏKTƏBDƏ TƏRBİYƏ PROSESİNİN 

MAHİYYƏTİ 

13.1.  TƏLƏBƏ ŞƏXSİYYƏTİ VƏ ONUN 

XÜSUSİYYƏTLƏRİ 

«Student» - latın sözüdür, hərfi mənası səylə işləyən, məşğul 

olan, biliklərə yiyələnən deməkdir. 

«Tələbə»  -  ərəb  sözüdür,  «talib»in  cəm  formasıdır. 

Azərbaycan dilində tək kimi işlədilir, hərfi mənası «tələb edənlər» 

deməkdir. Tələbə ali məktəbə və ya orta ixtisas təhsil müəssisələrinə 

daxil olan, müxtəlif əmək sahələri üzrə yüksək ixtisaslı mütəxəssis 

kimi hazırlanan şəxsdir. Tələbəlik cəmiyyətin böyük hissəsini təşkil 

edən,  daim  artan,  ziyalılar  ordusunu  zənginləşdirən  xüsusi  mobil 

sosial qrupdur. Tələbə fəaliyyətinin əsas məqsədi maddi və mənəvi 

istehsal sahəsində yüksək peşə- ixtisas və sosial vəzifələrin yerinə 

yetirilməsinə hazırlıqdır. 

İctimai əmək prosesində tələbənin xüsusi rolu vardır. Tələbə 

istehsal prosesində özünün təlim idrak fəaliyyəti ilə iştirak edir və 

inkişaf etmiş cəmiyyətdə rolu daim artır. Ali məktəbdə təhsil almaq 

tələbənin  sadəcə  arzusu,  şəxsi  mənafeyi  ilə  deyil,  cəmiyyətin 

tələbləri və dövlətin mənafeyi ilə bağlıdır. 

Tələbə  həyatının  əsas  fəaliyyət  sferası  təlimdir.  O  ali 

məktəbdə  təhsil  illərində  öz  intellektinin,  mənəvi,  əxlaqi,  estetik, 

fiziki,  iradi  keyfiyyətlərinin  inkişafı  qayğısına  qalmalı,  seçdiyi 

peşəyə hörmət etməli, yüksək ixtisaslı mütəxəssis üçün zəruri olan 

bilik, bacarıq və vərdişlərə, davranış normalarına yiyələnməlidir. 

Tələbəlik  dövrünün  əsas  xüsusiyyətləri  şüurlu  motivlərin 

güclənməsi,  davranışın  sabitləşməsi,  özünütəhlil,  özünü- 

qiymətləndirmə və özünütərbiyənin

 

daha məqsədyönlüyündə özünü 



göstərir.  Tələbəlik  -  yaşlı  adamların  sosial  rollarının  (vətəndaşlıq, 

ictimai-siyasi,  mütəxəssis  və  digər  rolların)  mənimsənilməsi  və 

mənəvi  təkmilləşmə  dövrüdür.  Tələbəlik  ictimai  fəallıq  dövrüdür. 

«lctimai fəallıq» deyərkən, insanın 

433 


müstəqil  istehsal  fəaliyyətinə  qoşulması,  əmək  bioqrafiyasının 

başlanması, ailənin qurulması və s. başa düşülür. 

Tələbə  şəxsiyyət  və  müəyyən  yaşa  malik  insan  kimi  üç 

cəhətdən xarakterizə oluna bilər: 

• 

Tələbə, hər şeydən əvvəl, bioloji varlıqdır. 

Müəyyən sinir sistemi tipi, instinktlər, şərtsiz reflekslər, 

analizatorların  özünəməxsus  quruluşu,  fiziki  keyfiyyətlər  tələbəni 

bioloji  baxımdan  xarakterizə  edir.  Tələbəlik  yaşlarında  müxtəlif 

siqnallara cavab reaksiyalannın lateni dövrü {latent dövr-g\z\\

 

dövr 



deməkdir. Fiziologiyada  - hər hansı qıcıqlandı- ncmın orqanizmə, 

onun  orqan,  toxuma  və  hüceyrəsinə  təsir  etdiyi  andan  cavab 

reaksiyasının alınmasına qədər keçən vaxt) qısa, 

analizatorlar həssas, 

mürəkkəb psixomotor törəmələr plastik 

olur. Bioloji keyfiyyət irsiyyətlə 

müəyyən edilsə də mühitin, xüsusən də ali məktəbdə təhsil-tərbiyə 

prosesinin təsiri ilə bu və ya digər dərəcədə dəyişikliyə uğrayırlar. 

• 

Tələbə psixoloji varlıqdır. 

Psixoloji  baxımdan  tələbə  -  psixi  prosesləri  və  hadisələri, 

psixi  hallan  və  xüsusiyyətləri  özündə  daşıyan  şəxsiyyətdir.  Psixi 

proseslərin, psixi hallann və psixi törəmələrin cərəyanı və təzahürü 

məhz psixi xüsusiyyətlərin xarakterindən asılıdır. 

Tələbəlik  dövründə  məntiqi  hafizə  daha  artıq  inkişaf  edir. 



Yaddasaxlamamn  sürəti,  möhkəmliyi,  dəqiqliyi  artır,  diqqət  daha 

çox  ixtiyari  xarakter  daşıyır,  diqqətin  davamlılığı,  bölünməsi, 

keçirilməsi,  mərkəzləşməsi

 

kimi  psixi  xüsusiyyətlər  daha  artıq 



inkişaf  edir.  Təfəkkür  əməliyyatları  (təhlil,  tərkib,  in-  duksiya, 

deduksiya,  müqayisə,  ümumiləşdirmə,  sistemləşdirmə,  təsnifat, 

mücərrədləşdinnə,  konkretləşdirmə  və  s.),  əyani-əməli,  konkret, 

nəzəri  və  məntiqi  təfəkkür  növləri  inkişaf  edir,  ağlın  dərinliyi, 

genişliyi,  müstəqilliyi,  tənqidliliyi,  çevikliyi  artır,  nitq  daha  artıq 

inkişaf  edir,  iradə  möhkəmlənir,  mütəşəkillik,  təşəbbüskarlıq, 

təvazökarlıq,  cəsarət  və  mərdlik  kimi  keyfiyyətlər  daha  qabarıq 

təzahür edir. Yoldaşlıq və dostluq hissləri dərinləşir, xarakterin əqli 

və iradi əlamətləri möhkəmlənir. 

• 

Tələbə sosial varlıqdır. 

434

 


Tələbə  mənsub  olduğu  cəmiyyətin,  xalqın,  millətin,  sosial 

qrupun tipik keyfiyyətlərinin daşıyıcısıdır. O, insanı bu və ya digər 

cəmiyyətin,  sosial  qrupun  üzvü  kimi  xarakterizə  edən  sosial 

keyfiyyətləri özündə birləşdirir. Onun sosial mahiyyətini məhz bu 

keyfiyyətlərin  məcmusu  təşkil  edir.  Tələbə  şəxsiyyətinin  sosial 

varlığı  onun  tələbə  qrupuna  daxil  olması  və  ali  məktəbdə  təhsil 

alması ilə müəyyən edilir. 

Bu günün ali məktəb tələbəsi öz yaşına və sosial yetkinliyinə 

görə  40,  30,20  hətta  10  il  bundan  əvvəlki  tələbə  deyil.  İndi  ali 

məktəbə  daxil  olanların  böyük  əksəriyyətini  20  yaşa  qədər  olan 

gənclər  təşkil  edir.  Tələbəliyin  bu  cür  «cavanlaşması»nın  müsbət 

cəhətləri çoxdur. Belə ki, ali məktəbdə təhsil üçün ən əlverişli yaş 

17-25  yaşları  əhatə  edən  ikinci  gənclik  və  kamillik  dövrüdür.  Bu 

dövrdə  orqanizmin  fiziki  və  fizioloji  inkişafı  əsasən  başa  çatmış 

olur.  İdeya  və  mənəvi  yetkinlik  müstəqil  olaraq  peşə-ixtisas 

seçməyə, gələcək həyat  yolunu müəyyənləş- dimıəyə, təhsili başa 

vurduqdan  sonra  istehsal  əməyində,  şəxsi  və  sosial  həyatda 

müstəqil  surətdə  iştirak  etməyə  imkan  verir.  Tələbənin  sərvət 

meyilləri  inkişaf  edir.  O,  öz  davranışını  qəbul  olunmuş  əxlaq 

normalarına uyğunlaşdınnağı bacarır. 

Tələbəlik  dövrünə  bir  sıra  maraqlı  xüsusiyyətlər  xasdır. 

Onlar daha çox romantik olur, xəyal və fantaziya ilə yaşayırlar. O, 

bütün dünyanı dolaşmaq, yeni kəşflər etmək arzusundadır. Hər cür 

fədakarlığa  hazırdır.  O,  təbiidir,  sözü  üzə  deyəndir,  cəsarətli  və 

qorxmazdır. Tələbə tənqidi qəbul edir, ciddi özünütənqidlə məşğul 

olur.  Qeyd  etmək  lazımdır  ki,  bəzən  əlverişsiz  şəraitdə  tələbənin 

özündən, həyatından narazılıq hissi yarana bilər ki, bu cür psixoloji 

halların qarşısı vaxtında alınmalıdır. 

Ali  məktəbdə  təhsil  dövrü  davranışın  şüurlu  motivlərinin 

gücləndiyi,  məqsəd  ardıcıllığının,  qətiyyət  və  tənqidliyin, 

müstəqillik  və  təşəbbüskarlıq  kimi  xarakter  əlamətlərinin 

möhkəmləndiyi dövrdür. Tələbə özünü idarə etməyi bacarır, əxlaqi 

problemlərə  diqqəti  artır.  O,  əqli,  əxlaqi,  ictimai-siyasi  cəhətdən 

yet- kinləşir, maraqlan genişliyi və dərinliyi ilə seçilir. 

435

 


Psixoloqların fikrincə, 17*19  yaşlarda insan öz davranışını 

tam  şüurlu  surətdə  idarə  edə  bilmir,  bəzən  əsassız  risqə  gedir, 

hərəkətlərinin nəticəsini qabaqcadan görə bilmir. 

Tələbəlik - özimütəhlil, özüıniləmjid, özünüqiymətloıulir- mə 

dövrüdür.  Tələbə  ideal  «mən»ini  real  «mən»lə  müqayisə  edir.  O, 

hələ real «mən»ini kifayət qədər qiymətləndirə bilmir, ideal «mən» 

isə  kifayət  qədər  aydın  dərk  edilmiş  olmur.  Tələbənin  şəxsiyyət 

kimi  inkişafının  bu  ziddiyyəti  daxili  inamsızlığa,  anlaşılmazlığa, 

zahiri  aqressivliyə  səbəb  ola  bilər.  Bu  isə  öz  daxili  imkanlarım 

səfərbər  etməyə,  əsas  fəaliyyət  növü  olan  təlimə  tam 

istiqamətlənməyə  mane  olur.  Bəzən  tələbədə  «gerçək-  likdən 

uzaqlaşma»,  «psixoloji  təerid  olunma»  kimi  arzuolunmaz  hallar 

özünü büruzə verir. 

Ali məktəb həyatı bu neqativ halların qarşısını alır, hər bir 

gəncin öz qabiliyyət və bacarıqlarına, mənalı və dolğun şəxsi həyata 

inamını artırır. 

Tələbəlik həyatında özünü göstərən neqativ hallardan biri də 

budur  ki,  bəzən  birinci  və  ikinci  kurslarda  tələbə  seçdiyi  peşəyə, 

ixtisasa səmimi münasibət bəsləmir. Üçüncü kursda peşə seçiminə 

münasibət «qətiləşir». Bəzən tələbə qəti qərara gəlir ki, başqa peşə 

sahəsində  işləyəcək.  Tələbələrin  əhvallarında  da  müəyyən 

dəyişikliklər baş verir. İlk aylar ali məktəbdə təhsilə «vurğunluq», 

ali  məktəb  rejiminə,  tədris  sisteminə,  ayrı-ayrı  müəllimə  bələd 

olduqca  bu  skeptizmlə  -  (fransızca  scepticisme,  yunanca  skepükos 

araşdıran, tədqiq edən deməkdir) - ruh düşkünlüyü ilə əvəz olunur. 

Tələbəlik yaşı insanın sosiogen potensialının sensitiv (latınca 

sensus  -  hiss,  duyğu  deməkdir.  İnsanın  ətraf  aləmə  həssas 

münasibətlərində  təzahür  edən  xarakter  xüsusiyyəti)  inkişaf 

dövrüdür.  Əlverişli  mühit  və  ali  təhsil  tələbə  psixikasının  bütün 

səviyyələrinin  inkişafına  şərait  yaradır,  təfəkkür  tərzini,  peşə 

yönüınünü formalaşdırır. Məlumdur ki, ali məktəbdə tədris prosesi 

tələbədən müəyyən intellektual səviyyə - qavrayış və təsəvvürlərin, 

hafizə  və  diqqətin,  təfəkkür  və  nitqin  inkişa^'ını,  geniş  idrak 

maraqları,  məntiqi  əməliyyatları  icra  etmək  bacarığı,  geniş 

erudisiya tələb edir. İntellektual inkişaf aşağı səviyyədə 

436


 

olduqda  tələbə  güclü  motivlərin  və  öz  işgüzarlığı,  təkidliliyi,  səyi 

sayəsində  bu  çatışmazlığı  kompensasiya  (latınca  kom-  pensatio  ~ 

ödəmə deməkdir. Qarşılıqlı tələblərin ödənilməsi) edə bilir. Ümumi 

intellekt  səviyyələri  mərkəzi  və  periferik  (mərkəzdən  uzaq  yerlər, 

əyalət,  rayon)  ali  məktəblərdə,  prestij  və  prestij  hesab  olunmayan 

ixtisaslarda  müxtəlif  olur.  Məsələn,  humanitar  təmayüllü  peşələrə 

yiyələnmək istəyən tələbə verbal tipli intellekti, dili yaxşı bilməsi, 

zəngin lüğət ehtiyatına malik olması, konkret və abstrakt təfəkkürü

idrak  maraqlarının  əha-  təliliyi,  geniş  erudisiyası  ilə  seçilməlidir. 

Humanitar  profilli  mütəxəssislər  «sözlər  aləmində»  yaşayırlar. 

Halbuki,  texniki  profilli  mütəxəssislər  gerçəkliyin  konfet 

predmetlərinə  müraciət  edirlər.  Texniki  fakültələrə  daxil  olmaq 

istəyən  gənclər,  hər  şeydən  əvvəl  məntiqi  və  abstrakt  təfəkkürə, 

mərkəzləşdirilmiş  və  ixtiyari  diqqətə  malik  olmalıdırlar.  Təbiət 

elmlərini  öyrənən  tələbələr  sərbəst  mühakimə  yürütməyi 

bacarmalıdırlar.  Belə  tələbələr  bəzi  hallarda  insanlarla  ünsiyyətə 

girəndə çətinlik çəkirlər. Özünüqiymətləndirmə, xüsusən də, sosial 

keyfiyyətlərin  qiymətləndirilməsi  adekvat  xarakter  daşımır.  Onlar 

özlərini yaxşı «tanımırlar». 

Dəqiq elmləri öyrənən tələbələr hər şeydən tez «baş açmağı» 

baearırlar.  Onlarda  fəza  təsəvvürləri  aydın,  qeyri-verbal,  yəni 

praktik  intellekt  qüvvətli  olur.  Dəqiq  elmləri  özünə  ixtisas  seçən 

gənelərdə artıq birinci kursdan başlayaraq fəza təsəvvürləri yüksək 

səviyyədə  inkişaf  edir.  Bu  səviyyə  hər  kəs  üçün  fərdi  maksimum 

olur,  təhsil  illərində  çox  az  dəyişikliyə  uğrayır.  Çünki  digər  əqli 

qabiliyyətlərdən  fərqli  olaraq  fəza  təsəvvürləri  fərdin  təbii 

imkanlarından  asılıdır.  Ali  məktəbdə  təhsil  illərində  dəqiq 

ixtisaslara yiyələnən tələbələrdə sosial normalara müsbət münasibət 

fonnalaşır,  əqli  fəaliyyətin  intensiji-  kasiyası  və  effektivliyi  artır. 

Ancaq  onlarda  idrak  maraqları  məhdud  xarakter  daşıyır,  ölkənin 

siyasi həyatına, fəlsəfi problemlərə maraq az olur. 

Tələbənin 

ali 

məktəb 


həyatının 

özünəməxsus 

xüsusiyyətlərini  mənimsəməsi  daxili  diskomfortu  aradan  qaldırır. 

Birinci  kursda  tələbə  kollektivi  təşəkkül  tapır,  kollektivdə  əqli 

fəaliy- 

437


 

yəti  səmərəli  və  məhsuldar  qurmaq  bacarığı  fonualaşır,  optimal 

əmək rejimi yaranır. Tələbə öz məişətini və asudə vaxtını səmərəli 

təşkil  etməyi  öyrənir.  Tələbə  özünütəhsil  və  şəxsiyyətin  peşə 

keyfiyyətləri ilə bağlı özünütərbiyə ilə məşğul olmağa başlayır. 

Ümumiyyətlə, 

tələbənin 

sosial 

psixoloji 



portretini 

müəyyənləşdirən faktorları iki bloka

 

bölmək olar; 



• 

tələbənin  ali  məktəbdə  nəzərə  alınması  zəruri  olan 

keyfiyyətləri; 

• 

təlim prosesində idarə oluna bilən keyfiyyətlər L 

Tələbənin  birinci  blok  keyfiyyətlərinə  onun  hazırlıq 

səviyyəsi,  təlimə  münasibəti,  önəm  verdiyi  dəyərlər,  ali  məktəb 

reallıqları  ilə  tanışlığı,  seçdiyi  peşə  haqqında  infomıasiyaları, 

gələcək peşə fəaliyyəti haqqında təsəvvürləri daxildir. 

Birinci kateqoriyaya daxil olan faktorlar əsasən tələbənin ali 

məktəb həyatına alışmağa başladığı ilk mərhələdə «işə düşür». Hər 

bir müəllim tələbələr qarşısında öz tələblərini qoyur və onlann əməl 

olunmasına nəzarət edir. Qrupda hər tələbə öz həmfikrini tapmağa 

çalışır,  «liderlik»  uğrunda  mübarizə  gedir.  Tələbə  yeni  şəraitə  tez 

uyğunlaşmalı,  təlim  fəaliyyətinin  yeni  metod  və  vasitələrini 

mənimsəməlidir.  Ali  məktəbin,  oxuduğu  fakültənin  və  akademik 

qrupun  norma  və  qaydalarını  qəbul  etməli,  iş  rejimini 

müəyyənləşdinnəlidir. 

Ali məktəbdə təhsil illəri davam etdikcə tədricən birinci blok 

faktorlarının  təsiri  zəifləyir,  ikinci  blok  faktorlan  həlledici  rol 

oynamağa  başlayır.  İkinci  blok  faktorlara  təlim  prosesinin  təşkili, 

tədrisin  səviyyəsi,  tələbə-müəllim  münasibətlərinin  tipi  və  s. 

daxildir. 

Tələbənin professional və psixoloji «portretini» məhz ikinci 

blok faktorlan müəyyən edir. 



Müasir tələbələr on il əvvəlki tələbələrdən nə ilə seçilirlər? 

Ali  məktəbdə  iş  təcrübəmizə  əsaslanaraq  bazar  iqtisadiyyatı 

dövrünün tələbələrinə aşağıdakı xüsusiyyətləri aid edə bilərik: 

• 

müasir tələbələr təlimdə tənbəldir (bunu özləri də etiraf edirlər); 

• 

özləri haqqında yüksək fikirdədirlər; 

438


 

• 

özlərinə qarşı tələbkar deyillər; 

• 

intellektual səviyyələri aşağıdır; 

• 

erudisiyaları məhduddur. 

Lakin müasir tələbələrin «itkiləri» ilə yanaşı «qazanclan» da 

var: 

• 

daha artıq müstəqildirlər; 



• 

daha cəsarətli və qətiyyətlidirlər; 

• 

daha artıq uzaqgörəndirlər; 

• 

müəllimə qarşı daha tələbkardırlar; 

• 

öz  hüquqlarına  yaxşı  bələddirlər  və  onları  müdafiə  etməyi 



bacarırlar  (halbuki  öz  vəzifələrini  kifayət  qədər  bilmirlər, 

yaxud  da  bilmək  istəmirlər,  bununla  əlaqədar  olaraq 

məsuliyyət hissi çox aşağıdır). 

Tələbələri təlim-idrak fəaliyyətinə görə bir neçə tipə ayırmaq 

olar: 

• 

Birinci tip tələbələr



 

ali məktəbdə təhsil prosesinin məqsəd 

və  vəzifələrinə  kompleks  şəkildə  yanaşır.  Tədris  proqramlarının 

hüdudlarından  kənara  çıxır,  daha  geniş  biliklər  almağa  səy 

göstərirlər.  Ali  məktəb  həyatında  sosial  fəallıq  göstərirlər.  Bu 

qəbildən  olan  tələbələr  professional  bacarıq  və  vərdişlərə 

yiyələnməyə çalışır, müstəqil iş formalarına sahib olur, təlim-idrak 

fəaliyyətlərini  səmərəli  qurmağa  cəhd  edirlər.  Onlar  üçün  ali 

məktəbdə təhsil - seçilmiş peşəyə yiyələnməyin həlledici yoludur. 

Bütün  tədris  fənlərini  əla  oxuyur,  təlim  fəaliyyətinin  bütün 

sahələrində fəallıq göstərir, elmi polemikaya girməyi xoşlayır, elmi 

axtarışlarla məşğul olurlar. 

• 

İkinci tip tələbələr dar ixtisaslaşmaya yönəlmiş olurlar. Bu 

qəbildən  olan  tələbələr  də  proqram  çərçivəsindən  kənara  çıxırlar. 

Lakin  daha  geniş  biliklər  əldə  etməyə  səy  göstərən  birincilərdən 

fərqli olaraq bu tipə daxil olan tələbələr biliklərini dərinləşdinnəyə 

çalışırlar. Bütün maraq və meyilləri peşə və ixtisasla bağlıdır. Yaxşı 

oxuyurlar, onları maraqlandırmayan fənlərdən də müvəffəq qiymət 

alırlar.  Belə  tələbələri  ixtisasla  sıx  bağlı  fənlər  daha  çox 

maraqlandınr.  Buna  görə  də  tədris  fənlərinə  münasibətdə  seçimə 

daha çox üstünlük verirlər. İxtisasla 

439


 

bağlı əlavə ədəbiyyat oxumağa üstünlük versələr də, ictimai elmlərə 

xüsusi maraq göstərmirlər. 

• 

Üçüncü  tip  tələbələr

 

ancaq  proqram  çərçivəsi  daxilində 



bilik və bacarıqlar əldə etməyə çalışır. Onlarda yaradıcılıq və fəallıq 

zəif təzahür edir. 

• 

Dördüncü tip tələbələr

 

pis oxumurlar. Tədris proqramına 



seçici  münasibət  bəsləyir,  «xoşladıqları»  fənlərlə  məşğul  olurlar. 

Lakin  tədris  məşğələlərinə  müntəzəm  gəlmirlər.  Professional 

maraqları kifayət qədər fonnalaşmış olmur. 

• 

Beşinci  tip  tələbələr

 

-  tənbəllərdir.  Onlar  ali  məktəbə 



valideynlərinin  təkidi  ilə,  yaxud  «kampaniya»  xatirinə,  təki  ali 

təhsil  olsun  və  yaxud  da  əsgərlikdən  yayınmaq  məqsədilə  daxil 

olurlar. Təlimə biganədirlər, tez-tez dərs buraxırlar, daim akademik 

borcları  olur.  Yekun  Buraxılış  Attestasiyasına  qədər  zorla 

«sürünürlər». 

Tələbələrin  tədris-idrak  fəaliyyətinə  münasibətləri  onların 

davranış modelini müəyyənləşdirir. Maraqlıdır ki, əlaçıların, yaxşı 

və zəif oxuyanların özləri də yarım tiplərə bölünürlər. 

Əlaçılar  beş  yarımtipə  bölünürlər:  «hərtərəfli»;  «professio- 

nal»; «dar» əlaçılar; «eqoist» əlaçılar; «universal»lar. 



«Uərtərəfli»lər

 

geniş  dünyagörüşünə  və  geniş  maraqlara 



malik,  təşəbbüskarlıqlan  ilə  fərqlənən  tələbələrdir.  Bu  yarımkate- 

qoriyada  olan  əlaçılann  təlim-idrak  fəaliyyətinin  motivləri  elmə 

olan  ehtirasdır.  Onlar  «yeni»ni  öyrənməkdən,  «naməlumu» 

tapmaqdan, mürəkkəb məsələləri həll etməkdən zövq alırlar. 



«Professional»larm

 

diqqəti  əsasən  ixtisas  fənləri  üzərində 



cəmlənmiş olur. «Əla»dan aşağı qiymət almasalar da, ümum- təhsil 

fənlərini «başdansovdu» oxuyurlar. 



«Dar»  əlaçılar

 

proqram  materialını  ancaq  mühazira  və 



dərslik  əsasında  oxuyurlar.  Elə  .əlaçılar  da  var  ki,  onlar  orta 

qabiliyyətə  malikdirlər,  lakin  yüksək  məsuliyyət  hissi  onları  «qa- 

liblər» sırasına çıxarır. 

«Eqoist»  əlaçılar

 

da  var.  Onların  təlim-idrak  fəaliyyətini 



özünütəsdiqləmə, karyera kimi eqoistik maraqlar stimullaşdırır. 

«Universal»  əlaçılar

 

«hərtərəfli»lərlə  «professional»ların 



müsbət tərəflərini özlərində birləşdirirlər. Bu tələbələr yüksək 

-140 


təbii  imkanlara,  istedada,  xüsusi  qabiliyyətlərə  maük  son  dərəcə 

əməksevər tələbələrdir. Təəssüf ki, belələrinə az təsadüf edilir. 



«Yax^ılar» iki yarımtipə ayrılır; 

• 

kifayət  qədər  qabiliyyətli,  lakin  kifayət  qədər  təkidli 



olmayan  tələbələr.  Onlar  müntəzəm  məşğul  olmur.  İxtisas 

fənlərindən  «əla»  qiymət  alsalar  da,  məqbul  kitabçalarında  digər 

fənlərdən aldıqları «kafı»lər də nəzərə çarpır; 

• 

orta qabiliyyətli, lakin əməksevər tələbələr. Bütün fənləri 

yaxşı  oxumağa  çalışır,  mühazirələri  səylə  yazır,  əsasən  mühazirə 

mətnlərinə və dərsliklərə istinad edirlər. 



«Kqfl»  ilə  oxuyanlar  da,  «sürünənlər»  də  biri-birlərindən 

fərqlənirlər: 

• 

ali məktəb həyatına alışa bilməyən birinci kurs tələbələri; 



• 

təqdim  edilən  infonnasiyanın  məzmunu  və  mahiyyətini 

qavramaqda çətinlik çəkən tələbələr; 

• 

peşə seçimində səhvə yol vermiş tələbələr; 



• 

təlimə  məsuliyyətsiz  münasibət  bəsləyənlər.  Belələri 

yüngül  və  qayğısız  həyat  arzusu  ilə  yaşayanlardır.  Onlar  üçün  ali 

məktəb  sadəcə  istirahət,  yaxud  əyləncə  yeridir.  Ancaq  sessiya 

müddətində  oxumağa  başlayır,  «çatdıra  bilmir»,  imtahan 

müddətində müəllimləri aldatmaqla (şparqalka və s.) qiymət almağa 

çalışırlar. 

Müasir  elmi-pedaqoji  ədəbiyyatda  tələbə  şəxsiyyətini 

xarakterizə edərkən dörd komponent əsas götürülür: 

• 

təlim, elm, pe.fə; 

• 

fəal həyat mövqeyi (ictimai-siyasi fəaliyyət); 

• 

mədəniyyət (yüksək mənəviyyat); 

• 

kollektiv (kollektivdə ünsiyyət). 

Buna  əsaslanan  tədqiqatçılar  tələbələrin  aşağıdakı  tiplərini 

müəyyən edir (V.T.Lisovski); . 

• 

«Ahəngdar»lar. 

Bu qəbildən olan tələbələr peşəni şüurlu olaraq seçir, yaxşı 

oxuyur, ali məktəbin elmi və ictimai həyatında fəal iştirak edirlər. 

Mədəni,  ağıllı  və  ünsiyyətlidirlər,  bədii  ədəbiyyat  və  incəsənətlə 

maraqlanırlar. Ölkənin ictimai-siyasi hadisələrinə 

441

 


biganə  deyillər,  idmanla  məşğul  olurlar.  Doğruçuldurlar  və 

qüsurlara  qarşı  barışmazdırlar.  Yaxşı  dost  və  etibarlı  yoldaş  kimi 

kollektivin hörmətini qazanırlar. 

• 

«Professional»lar. 

Bu  cür  tələbələr  peşəni  şüurlu  olaraq  seçir  və  yaxşı 

oxuyurlar. Elmi iş onları o qədər də cəlb etmir. Ali təhsil alandan 

sonra praktik fəaliyyətlə məşğul olmaq niyyətində olurlar. İctimai 

işlərdə  fəallıq  göstərir,  ona  tapşırılmış  işi  məsuliyyətlə  icra  edir, 

imkan  daxilində  idmanla  məşğul  olur,  bədii  ədəbiyyat  və 

incəsənətlə  maraqlanırlar.  Onlar  üçün  işlərin  ən  vacibi  -  yaxşı 

oxumaqdır.  Nöqsanlara  qarşı  barışmaz,  doğruçul  və  mənən 

təmizdirlər. Kollektivin hönnətini qazanırlar. 

• 

«Akademik»Iər. 

Bu cür tələbələr peşəni şüurlu olaraq seçir, «əla» qiymətlərlə 

oxuyurlar.  Gələcəkdə  təhsillərini  davam  etdirmək  və  elmi 

fəaliyyətlə məşğul  olmaq niyyətindədirlər. Elmi-tədqiqat  işlərində 

fəal iştirak edirlər. 

• 

«İctimaiyyətçı»lər. 

Belə  tələbələr  ictimai  işlərə  çox  aludə  olurlar.  Bu,  onların 

təlim  və  elmi  fəaliyyətlərini  üstələyir.  Peşə  seçimində  özlərini 

inamlı hiss edirlər. Bədii ədəbiyyat və incəsənətlə maraqlanır, asudə 

vaxtın səmərəli və əyləncəli «təşkilatçısı»dırlar. 

• 

((İncəsənəti sevən»lər. 

Belə  tələbələr  yaxşı  oxuyur,  elmi  işlə  az  məşğul  olur,  əsas 

diqqəti  bədii  ədəbiyyat  və  incəsənət  sferasına  yönəldirlər.  Estetik 

hissləri,  estetik  zövqü,  bədii  erudisiyası  yaxşı  inkişaf  edir.  Geniş 

dünyagörüşü ilə seçilirlər. 

• 

((Çaiışqannlar. 

Belə  tələbələr  peşəni  o  qədər  şüurlu  olaraq  seçməsələr  də 

oxumağa,  öyrənməyə  səy  göstərir,  təlim  tapşırıqlarının  icrasına 

maksimum qüvvə sərf edirlər. Xüsusi qabiliyyətləri ilə seçilməsələr 

də,  bir  qayda  olaraq  akademik  borcları  olmur.  Kollektivdə  az 

ünsiyyətlidirlər. Ədəbiyyat və incəsənətlə az maraqlanırlar. Kinoya, 

estrada  konsertlərinə,  diskotekalara  getməyi  xoşlamırlar.  Bədən 

tərbiyəsi ilə ancaq ali məktəb proqramı çərçivəsində məşğul olurlar. 

^42 


• 

«Ortabab»lar. 

Belə  tələbələr  xüsusi  qüvvə  sərf  etmədən  «birtəhər», 

«ala-babat»  oxuyurlar.  Hətta  «başdansovduluğu»  ilə  fəxr  edirlər. 

Onların  prinsipi  belədir:  «Diplom  alım,  heç  kəsdən  pis  işlə- 

məyəcəyəm». Peşə seçərkən çox «gÖtür-qoy» etmirlər. Amma başa 

düşürlər  ki,  ali  məktəbə  daxil  olublarsa,  «yaxşı-pis»  onu  başa 

vLinnalıdırlar. Təlimdən zövq almasalar da, çalışırlar ki, akademik 

borcları qalmasın. 

• 

«Peşman»lar. 

Seçdikləri  peşə  onları  cəlb  etmir.  Ancaq  əmindirlər  ki,  ali 

məktəbə daxil olublarsa, onu bitirməlidirlər. Təlimdən xüsusi zövq 

almasalar da,  yaxşı  oxumağa səy  göstərirlər.  İncəsənətlə, idmanla 

maraqlanırlar. 

• 

«Tənbəl»lər. 

Belə  tələbələr  bir  qayda  olaraq  zəif  oxuyurlar.  Əsas 

prinsipləri  belədir:  «mümkün  qədər  az  qüvvə  sərf  etmək», 

Özlərindən  heç  narazı  deyillər.  Gələcək  peşə  haqqında  dərindən 

düşünmürlər. İctimai və elmi işlərdə iştirak etmirlər. Şparqalkasıız 

keçinə bilmirlər. Maraqlan məhduddur. 

• 

«Yaradıcı»lar. 

Hər bir işə - təlimə, ictimai və elmi işə, hətta asudə vaxtın 

təşkilinə  yaradıcılıqla  yanaşırlar.  Səbir,  səy,  səliqə,  intizam  tələb 

edən məşğələlər onları  cəlb etmir. Eyni qaydada oxumurlar. Əsas 

fəaliyyət  prinsipləri  belədir:  «bu,  mənə  xoşdun>;  «bunu 

xoşlamıram».  Elmi-tədqiqat  işi  ilə  məşğul  olarkən,  problemin 

orijinal yollarını tapmağa çalışırlar. 

• 

«Bəxti gətirənlər». 

Prestijli  (nüfuzlu,  etibarlı,  hörmətli)  fakültənin  tələbəsidir- 

lər.  Yaxşı  oxuyurlar.  Kütləvi  peşəyə  yiyələnən  tələbələrə  «yu- 

xarıdan»  baxırlar.  «Özü  kimilərir.»in  lideri  olmağa  səy  edir, 

qalanlarına  ikrahla  yanaşırlar.  Hər  şeydən  «xəbərləri»  var. 

İncəsənətdə dəbdə olan nə varsa diqqətlərini cəlb edir. Dəbdə olan 

diskoklubların, kafelərin daimi «sakini»dirlər. 

Tələbələrin  özləri  isə  tələbəlik  mühitində  geniş  yayılmış 

aşağıdakı tələbə qruplarım fərqləndirirlər: 

• 

«Əzbərçi» əlaçılar. 

443

 


Dərsə  müntəzəm  gəlirlər.  Gərgin  zəhmət  sərf  etməklə 

müvəffəqiyyət qazanırlar, intizamlıdırlar. 

*  «AğıIh» əlaçılar. 

Yüksək  intellektinə  görə  seçilirlər.  Möhkəm  üımımtəhsil 

bilik bazasına malikdirlər. Öz sualları ilə bəzi müəllimləri «divara 

dirəyirlər». «Hər şeydən bir az» prinsipi ilə oxuyurlar. 

*  «Zə lımətkeş»lə r. 

Daim müntəzəm, ciddi surətdə məşğul olurlar. Lakin xüsusi 

müvəffəqiyyət qazana bilmirlər. 

*  « Təsadiiji»lə r. 

Çox müxtəlif kontingentdir: qızlar diplomlu «xanım» olmaq 

üçün,  oğlanlar  əsgərlikdən  yayınmaq  üçün  «oxuyurlan>.  Bəzi 

tələbələr isə sadəcə vaxtlarını keçirirlər. 

Görəsən, bəs, «ideal» tələbə necə olmalıdır?

 

«İdeal» tələbə 



nccə  olmalıdır  sualına  keçmiş  illərin  müəllimləri  belə  cavab 

verirlər: vintizam, səy, məsuliyyət, ali təhsil oriyentasi- yası». 

Müasir dövrün müəllimlərinin böyük  əksəriyyətinin  cavabı 

isə belədir: «intizamlılıq>>, «ədəb~ərkan», «mərifət»\ 

Ali  təhsil  müəssisəsinin  tələbəsi  aşağıdakı  Inuııtqlara 

malikdir: 

* nəzərdə  tutulmuş  qaydada  təhsilin  profili  və  fonnasını, 

fərdi proqram və auditoriyadankənar məşğuliyyəti seçmək; 

* ali  təhsil  müəssisəsinin  tədris,  istehsalat,  elmi,  mədəni, 

məişət,  idman,  peşə,  sağlamlıq  bazasından  və  infomıasiya 

vasitələrindən sərbəst istifadə etmək; 

* elmi  fəaliyyətin  bütün  növlərində  və  sahələrində  iştirak 

etmək; 

*  peşəsi və ixtisası üzrə təhsilini davam etdirmək; 



* təhsilin  təşkili,  idarə  olunması  və  təkmilləşdirilməsində 

iştirak etmək; 

*  özfəaliyyət birliklərində iştirak etmək; 

* sağlamlıq  üçün  təhlükəsiz  və  zərərsiz  təlim  şəraiti  tələb 

etmək; 

*  təhsili müvəqqəti olaraq dayandırmaq; 



AAA 

* ali təhsil müəssisəsinin səhiyyə və sağlamlıq xidmətindən 

istifadə etmək; 

* hüquqazidd, 

insan  ləyaqəti  və  şərəfini  alçaldan 

hərəkətlərdən müdafiə olunmaq. 

Ali təhsil müəssisəsi tələbələrinin vəzifələri aşağıdakılardır: 

öz biliklərini daim artırmaq və dərinləşdirmək: 

praktik bacarıq və vərdişlər qazanmaq; 

* peşə-ixtisas  hazırlığını  təkmilləşdirmək  və  durmadan 

genişləndirmək; 

* təhsil müəssisəsinin Nizamnaməsinə və daxili qaydalarına 

əməl etmək; 

*  təhsil qanunvericiliyinə tabe olmaq; 

*  əxlaq və etika nomıalarına riayət etmək; 

* təlim-tərbiyə  prosesi  ilə  bağlı  birgə  yaşayış  qaydalarına 

əməl etmək. 

Ali  təhsil  müəssisəsində  təhsil  qanunvericiliyini  pozanlar 

qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 

Oxuduğu ali təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə 

tutulan qaydaları pozduqda, tələbələrə xəbərdarlıq, töhmət, .fiddətii 



töhmət  elan  edilir,  ali  məktəbdən  xaricolunnıa

 

kimi  intizam 



tədbirləri görülür. 

13.2.  TƏLƏBƏ ŞƏXSİYYƏTİNİN İNKİŞAF 

QANUNAUYĞUNLUQLARI VƏ ONU ŞƏRTLƏNDİRƏN 

AMİLLƏR 


Qanunauyğunluq  -  müəyyən  şəraitdə  zəruri  və  obyektiv 

əlaqələri əks etdirir. Bu əlaqələr ümumi xarakter daşıyır, sabit olur 

və müntəzəm olaraq təkrarlanır. Mövcud pedaqoji ədəbiy- yatdakı 

mülahizələri  ümumiləşdirsək,  onda  tələbənin  bir  şəxsiyyət  kimi 

formalaşmasının aşağıdakı qanunauyğunluqlarını qeyd etmək olar: 

• 

Tələbə şəxsiyyətinin inkişafının cəmiyyətin inkişaf səviyyəsi 



ilə şərtlənmə si. 

Cəmiyyətin  inkişaf  səviyyəsinin  tələbə  şəxsiyyətinin 

inkişafına təsiri çoxcəhətlidir. Cəmiyyət, elm və texnika inkişaf 

A45 


etdikcə,  tələbə  bir  şəxsiyyət  kimi  ictimai  münasibətlər  sisteminə 

daha  fəal  daxil  olur.  Onun  ictimai  həyatın  müxtəlif  sahələri  ilə 

əlaqələri genişlənir. O, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyir, 

ictimai fəallıq göstərir, ictimailəşir (sosiallaşır), bəşəri dəyərləri öz 

dəyərlərinə çevirir. Digər tərəfdən, tələbə ictimai həyatın müxtəlif 

sahələrinə  qovuşduqca  daha  çox  müstəqilləşir,  fərdi  ləşir.  Bu  o 

deməkdir ki, ictimai inkişaf prosesində tələbə şəxsiyyət kimi inkişaf 

etdikcə  onun  özünəməxsus,  təkrarolunmaz  həyat  tərzi  və  daxili 

aləmi yeniləşir. 

Tələbə  fərdiyyət  kimi  nəzərdən  keçirilərkən,  onun 

psixikasının  və  şəxsiyyətinin  özünəməxsus  xüsusiyyətləri  əsas 

götürülür.  Tələbənin  fərdiyyəti  onun  tələbat  və  maraqlarında, 

intellekt və qabiliyyətlərində, temperament və xarakterində təzahür 

edir.  Onun  təkrarolunmaz  həyat  yolu,  bioqrafiyası  fonnala-  şır. 

Şəxsiyyətin  təsiri  ilə  fərdin  bütün  xüsusiyyətləri  inteqrasiyaya 

uğrayır,  riyazi  temiinlə  desək,  onların  hamısı  şəxsiyyət  adlanan 

ümumi məxrəcə gətirilir. 

• 

Tələbə şəxsiyyətinin inkişafının dövlətin mənafeyinə uyğun 



şəkildə getməsi. 

Ali təhsilin inkişaf istiqaməti, dövlətin mənafeyi ilə, onun ali 

məktəbə  verdiyi  «sifarişlə»  müəyyən  olunur.  Dövlətin  tələbləri 

dəyişdikdə, ona uyğun tələbə şəxsiyyətinin təhsil-tərbiyə vəzifələri 

də  dəyişir.  Hətta  eyni  cəmiyyətin,  eyni  ictimai-siyasi  quruluşun 

ayrı-ayrı  inkişaf  mərhələlərində  tələbə  şəxsiyyətinin  inkişaf 

istiqamətlərinə  müvafiq  təkmilləşmələr,  yeniliklər  əlavə  edilir. 

Müasir  şəraitdə  Azərbaycan  torpaqlarının  20%-dən  çoxu  düşmən 

tapdağı  altındadır.  Əgər  dövlətimizin  apardığı  sülh  siyasəti 

sayəsində  torpaqlarımız  qaytarılmazsa,  onu  hərb  yolu  ilə  geriyə 

qaytarmalı olacağıq. Odur ki, hazırki şəraitdə respublikamızın təkcə 

ümumtəhsil məktəblərində deyil, ali təhsil ocaqlarında da gənclərin 

hərbi  vətənpərvərlik  tərbiyəsinə,  hərbi-fiziki  hazırlığına  xüsusi 

diqqət  yetirilir.  Bu  reallıq  dövlətin  zəruri  ehtiyac  və  tələbatından 

yaranmışdır. 

• 

Tələbə şəxsiyyətinin fəaliyyət prosesində inkişaf etməsi. 

446

 


Tələbə,  bütün  insanlar  kimi,  ictimai  münasibətləri  ancaq 

özünün  aktiv  fəaliyyəti  vasitəsilə  mənimsəyir.  Bu  baxımdan, 

fəaliyyət  tələbə  şəxsiyyətinin  inkişafının  həlledici  amilidir. 

Fəaliyyət insanın varlığını xarakterizə edən mühüm kateqoriyalar- 

dandır.  Fəaliyyət  insanın  əsas  qüvvələrinin  açıq  kitabıdır,  his.si 

surətdə qarşımızda duran insan psixologiyasıdır (K.Marks). Bütün 

insanlar kimi tələbə yalnız fəaliyyət prosesində təzahür və təşəkkül 

edir. Psixi inkişafın hər bir mərhələsində fəaliyyətin ancaq bir növü 

aparıcı  olur  və  şəxsiyyətin  fonnalaşmasına  həlledici  surətdə  təsir 

göstərir.  Tələbənin  əsas  fəaliyyət  növü  -  təlimdir.  Tələbə 

şəxsiyyətinin  əqli  və  mənəvi  cəhətdən  inkişafı  təlim  prosesində 

mümkün  olur.  Təlim  fəaliyyəti  tələbənin  ümumi  psixi  inkişafını, 

ixtisasla  bağlı  bilik  və  bacarıqları  mənimsəməsini,  mənəvi 

təkmilliyini təmin edir. 

Tələbənin müxtəlif fəaliyyət növləri ilə məşğul olması onun 

həmin sahələrdə inkişaf səviyyəsini yüksəldir, ahəngdarlığım təmin 

edir. Ali məktəb həyatı üçün tipik olan müxtəlif fəaliyyət növləri: 

idrak  fəaliyyəti;  ictimai,  bədii,  texniki  fəaliyyət;  kommunikativ 

fəaliyyət; qiymətləndirmə-oriyentasiya fəaliyyəti; idman və s. tələbə 

şəxsiyyətinin  inkişafını  təmin  edən  aparıcı  fəaliyyət  növləridir. 

Tələbə gənclərin müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onlarda 

şəxsi fəallığın inkişafına təkan verir, təkmilləşməsinə, ümumi psixi 

xassələrinin təşəkkül tapmasına kömək edir. 

Tələbənin  əmək  fəaliyyəti  bir  tərəfdən  onun  fiziki,  əxlaqi 

inkişafına, digər tərəfdən, onun peşə hazırlığına müsbət təsir edir, 

onu yüksək ixtisaslı mütəxəssis kimi fonnalaşdırır. İctimai fəaliyyət 

tələbəyə sosial təcrübə qazandırır, onda kollektivçilik, təşkilatçılıq, 

kommunikativ bacarıqlar fonnalaşdırır. 

Tələbə  şəxsiyyəti  fonnalaşdıqca  fəaliyyətin  də  xarakteri 

dəyişir,  məzmunca  daha  artıq  zənginləşir.  Şəxsiyyətin  tələbatları 

əsasında fəaliyyətin motivləri formalaşır, «motiv-məqsəd» vektoru 

əmələ  gəlir  və  o,  fəaliyyətin  əsas  struk'tur  vahidinə  çevrilir 

(Ə.S.Bayramov).  Gərgin  şəxsi  fəaliyyət  tələbənin  inkişafını 

istiqamətləndirir, qabiliyyətlərini daha artıq inkişaf etdirir, gələcək 

əmək fəaliyyətinin uğurlarını təmin edir. 

447

 


Tələbə şəxsiyyətinin ünsiyyət prosesində inkişaf et 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin