FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

fəallaşdırmaq. Əks- əlaqə 

şəraiti yaratmaq

 

Ənənəvi ləlimlə müqayisədə 



çox vaxı t.ələb olunur. Hər 

bir ləhsilalanı tədqiqatçılıq 

fəaliyyətinə cəlb etmək

 

Təqdim  olunan  cədvəl  mürəkkəb  və  çoxcəhətli  təlim 



prosesini sxematikləşdirsə də müəyyən əməli nəticələr çıxarmağa 

imkan verir: 

•  Ali məktəb sistemində həm ənənəvi, həmdə inkişafetdirici 

təlim  texnologiyasından  istifadə  olunur  və  hər  iki  ləlim 

texnologiyası fundamental məqsədlərə xidmət edir 

•  Təlim prosesini təşkil edərkən, ancaq bir texnologiya ilə 

məhdudlaşmaq olmaz. 

•  Təlim  prosesi  təşkil  edilərkən,  həm  ənənəvi,  həm  də 

inkişafetdirici 

təlim 


texnologiyaları 

optimal 


surətdə 

uzlaşdırılmalıdır. 

•  Son  uğurlu  nəticə  və  müvəffəqiyyət  müəllimin  nəzəri 

biliklərindən, ustalığından və şəxsi keyfiyyətlərindən asılıdır. 

9.6.  DİSTANT TƏLİM TEXNOLOGİYALARI 

Distaııt t9lim deyərkən, əhalinin geniş təbəqələri üçün ölkə 

daxilində  və  xaricdə  xüsusi  informasiya  -  təhsil  şəraitinin 

yaradılması başa düşülür. Kompleks təhsil xidmətlərinə 


əsaslanan distant təlim məsafədən (telekommunikasiya, kompüter, 

elektron  poçtlar,  sputnik  televiziya,  radio,  kompüter  və  internet 

əlaqələr  və  s.)  təlim  informasiyası  mübadiləsi  vasitəsilə  həyata 

keçirilir. 

Distant təlim fasiləsiz təhsil formalarından biridir və insanın 

təhsil və informasiya almaq hüquqlarını reallaşdırır, ölkə daxilində 

vətəndaşların  təhsil  imkanlarım  genişləndirir.  Distant  təlim 

məktəbliyə,  tələbəyə,  işsizlərə,  hərbi  və  hüquqi  şəxslərə,  aparıcı 

universitetlərin,  institutların,  ixtisasartırma  və  ixtisasdəyişmə 

mərkəzlərinin  elmi  və  təhsil  potensialından  faydalanmağa  imkan 

verir.  Distant  təlim  əsas  fəaliyyət  və  təhsillə  yanaşı,  əlavə  təhsil 

üçün şərait yaradır. 

Distant təlim sistemi müxtəlif səviyyələrdə təşkil olunur; 

•  Qlobal (xalqlararası və federal) distant təlim sistemləri və 

onların təminatı. 

•  Regional distant təlim sistemləri və onların təminatı. 

•  Lokal distant təlim sistemləri və onların təminatı. 

Distant təlimin təşkili istiqamətləri aşağıdakılardır: 

•  Distant təlimin konseptual aspektləri. 

•  Distant təlimin didaktik aspektləri. 



Mihlüm-msshlıatçibr sistemi vtf onların tahsilalanUırla 

dlaqa formaları. 

•  Distant təlimdə testləşdirmə. 

•  Distant təlim şəraiti və texnologiyaları. 

•  İnformasiyaların verilməsi qaydaları. 

•  Kommunikasiya formaları. 

Bütün dünyada distant ləlimi reallaşdırmaq məqsədilə tədris 

proqramlarının transiyasiyasmdan geniş istifadə olunur. Bu zaman 

geniş auditoriya üçün müxtəlif təlim idrak proqramları, mühazirələr 

nümayiş etdirilir. Distant ləlimin bu formasından iqtisadi, hüquqi, 

ekoloji,  elmi,  mədəni  və digər biliklərin əldə edilməsində istifadə 

olunur. 

«Qlobal  mühazirə  zalı»,  «Dünya  universiteti», 

«Xalqlararası elektron universitet)) və digər distant təlim sistemləri 

bütün  dünyada  geniş  yayılmışdır.  Bu  elektron  sistemlər  dünyanın 

müxtəlif yerlərində yaşayan insanlar arasında ünsiyyət yaratmağa, 

312 


insan həyatının  müxtəlif sferaları  haqqında biliklər mübadiləsi və 

diskussiya təşkil etməyə şərait yaradır. 

Distant təlimin regional sistemləri ayrıca götürülmüş region 

daxilində,  regionun  xüsusiyyətləri  nəzərə  alınmaqla,  təhsil 

vəzifələrini  həyata  keçirir.  Həmin  sistem  federal  distant  təlim 

sisteminin  tərkib  elementidir.  Bu  səbəbdən  də.  regional  sistemlər 

yaradılarkən,  konkret  dövlət  təhsil  standartlarının  tələbləri  nəzərə 

alınmalıdır. 

Lokal  distant  təlim  sistemi  bir  şəhər,  yaxud  bir  universitet 

çərçivəsində  hər  hansı  professional  bilik  .sahəsi  çərçivəsində 

reallaşdırılır. 

Distant təlim sisteminin əsas vasitəsi telekommunikasiya 

sistemidir. Bunlar aşağıdakı vəzifələrin həllinə yönəlir: 

•  zəruri tədris və tədris-metodik materialın təmin edilməsi; 

•  öyrədən və öyrənən arasında əks-əlaqənin yaradılması; 

•  distant  təlim  sistemi  daxilində  idarəetmə  informasiyası 

mübadiləsi; 

•  xalqlararası informasiya şəbəkəsinə qoşulmaq. 

Respublikamızda distant təlim sistemini 

formalaşdırmaq  üçün,  birinci,  interaktiv  sputnik  televiziyası 

yaradılmalıdır.  O,  mərkəzi  və  regional  tədris  telestudiyalarından 

ibarət olmalı və sputnik kanalları ilə birləşməlidir. 



İkincisi, 

regionlarda 

ali 

məktəb 


kompüter 

telekommunikasiya sistemlərinin (RUNNET, UNJCOR, RELARN) 

inkişafını və onların inteqrasiyasını təmin etmək lazımdır. 

Üçüncüsü, respublika daxilində mövcud olan sahə ilə distant 

təlim sistemlərinin əlaqəsi təmin edilməlidir. 



Dördüncüsü,  kompüter  telekommunikasiya  üçün  müvafiq 

təlim  xarakterli  informasiya  ehtiyatlarının  sistemini  yaratmaq  və 

nəhayət,  ən  başlıcası,  elektron  kitabxanalar  sistemini  inkişaf 

etdirmək lazımdır. 

513 


Kütləvi  auditoriya  üçün  nəzərdə  tutulan  distant  təlim 

formasından başqa ünvan xarakterli mühazirə və məşğələləf sistemi 

də mövcuddur. Bu halda müvafiq kursu bitirən şəxs imtahan verib, 

müvafiq diplom, sertifikat və ya başqa sənəd ala bilər. 



Distant  ttflim  texnologiyası

 

dedikdə,  insanın  müəyyən 



bilikləri müstəqil surətdə əldə etməsinə, habelə bu prosesə nəzarət 

etməyə  imkan  verən  metod,  forma  və  vasitələrin  məcmusu  başa 

düşülür. 

Distant  t!>lim  texnologiyası  aşağıdakı  voziphvin  həllini 

təmin etməlidir: 

•  təhsilalanlara  öyrənilən  materialın  əsas  məzmununu 

çatdırmaq. 

•  öyrənən və öyrədənlərin interaktiv qarşılıqlı münasibətini 

təmin etmək; 

•  tədris materialının müstəqil surətdə mənimsənilməsi üçün 

əlverişli şərait yaratmaq; 

•  qiymətləndirmə. 

Dünya  praktikasında  bu  vəzifələrin  həllini  təmin  edən 

texnologiyalar aşağıdakılardır; 

•  Tədris və digər çap materialının təqdim edilməsi. 

•  Öyrənilən 

materialların 

kompüter 

telekommunikasiya vasitəsilə göndərilməsi. 

•  Kompüter  telekommunikasiya  vasitəsilə  diskussiya  və 

seminarlar keçirilməsi. 

•  Videoplyonka. 

•  Milli və regional televiziya və radiostansiyalar vasitəsilə 

tədris proqramlarının transiyasiyası. 

•  Kabel televiziyası. 

•  Səsli poçt. 

•  İkitərəfli videokonfrans. 

•  Birtərəfli videotransiyasiya və telefonla əks-əlaqə. 

•  Lazer  disklərində  kompüter  elektron  dərsliklər,  yaxud 

elektron dərsliklər. 

314 


Distant  ləlimdə  informasiya  texnologiyalannm  gcni.'j 

spektrinə  baxmayaraq,  çap  materialları  onun  mühüm  lərkib 

hissəsidir.  Bütün  distant  texnologiyalar  baza  dərsliklərinə 

əsaslanmalıdır.  Ola  bilər  ki,  dərsliklər  heç  də  distani  təlim  üçün 

nəzərdə tutulmasın. Lakin dərsliklər əsas informasiyaları və bilikləri 

əks etdirməlidir. Universal baza dərslikləri ilə yanaşı, müxtəlif çap 

materiallarından da istifadə oluna bilər. Hər bir kursa aid metodik 

materialların da olması çox vacibdir. 

Əsas  materialın  tekst  (mətn),  yaxud  qrafik  şəkildə  təqdim 

edilməsinin  ən  sadə  texnologiyaları  İnternet,  Batnet,  EuNet  tipli 

kompüter  şəbəkəsidir.  Öyrəniləcək  materiallar  və  məlumat 

materialları  qlobal  kompüter  şəbəkəsinin  arxivində  saxlanılır  və 

kompüter şəbəkəsinə qoşulan sifarişçiyə operasion rejimdə, yaxud 

sinxron  (yunanca  a-inkar  şəkilçisi,  sunchrons  -  «eyni  vaxlda» 

deməkdir) elektron poçt vasitəsilə çaldırılır. 

Video-distant 

təlimin  çox  faydalı  texnologiyasıdır. 

Videoplyonka  ən  yaxşı  müəllimlərin  mühazirələrini  dinləməyə 

imkan  verir.  Bunlardan  həm  videoauditoriyalarda.  həm  də  ev 

şəraitində istifadə etmək mümkündür. 

Distant təlimin ən müfəssəl texnologiyalarından biri elektron 

dərsliklər  və  məlumat  kitablarıdır.  Müvafiq  texnologiya  təlim 

materialını saxlamağa və istənilən anda istifadəyə verməyə imkan 

yaradır.  Bu zaman material  həm  adi,  həm  də SD-ROM tipli lazer 

diskə  yazılmış  formada  təqdim  edilir.  Müvapfiq  texnologiyalar 

öziiniitabsU və özünü yoxlama 

üçün  əlverişli  şərait  yaradır. 

Bu 

texnologiyaların bir üstünlüyü də ondadır ki, kitabdan fərqli olaraq, 



materialı qrafik formada təqdim elməyə imkan verir. 

Distant 


təlim 

texnologiyalarının 

mühüm 

tərkib 


elementlərindən  biri  öyrədənlə  öyrənənlər  arasındakı  yaranan 

ünsiyyətdir.  Ünsiyyətin  sinxron  sistemi  informasiya  mübadiləsi 

(suallar, məsləhətlər, əlavə material, kontrol tapşırıqlar və s.) üçün 

şərait yaradır. 

Sinxron  ünsiyyətin  geniş  yayılmış  forması  səsli  poçtdur. 

Öyrənən müəyyən nömrəyə zəng edir və verdiyi suallar 

315 


plyonkaya yazılır. Öyrədən bu plyonkanı dinləyir və cavabı başqa 

plyonkaya yazdırır, öyrənən isə sinxron rejimdə onu dinləyir. 

Müasir  dövrdə  sinxron  kommunikasiyanın  daha  geniş 

yayılma forması qlobal telekommunikasiya şəbəkəsidir. İndi bütün 

dünyada İNTERNET-dən geniş istifadə olunur. İnternet-tədqiqat və 

təhsil-idrak  xarakterli  kompüter  şəbəkələrini  özündə  birləşdirən 

dünya  kompüter  şəbəkəsidir.  İnkişaf  etmiş  bütün  ölkələrdə  tədris 

müəssisələri  bu  şəbəkəyə  qoşulmaq  imkanlarına  malikdir.  Bunun 

üçün istənilən kompüterin və modernin olması kifayətdir. İnternetin 

regional mərkəzləri adi telefon xətlərinə qoşulur. İnternet-elektron 

poçtu  informasiyanı  sinxron  olaraq  bir  istifadəçidən  digərinə 

ötürməyə imkan verir. 

Distant 

təlim 


texnologiyaları 

müəyyənləşdirilərkən, 

aşağıdakı kriteriyalar (K) nəzərə alınmalıdır: 

Kriteriya ( K İ )  - Məqsədli təhsil səviyyəsi: 

Kİ 1 - ali təhsil; 

K12 - əlavə təhsil (əlavə kvalifıkasiya); 

K13 ~ professional hazırlıq (yenidən hazırlıq); 

K14- şəxsi maraqlar. 

Kriteriya  ( K 2 )   -  «Təhsilalanların  (öyrənənlərin)  kateqo- 

riyaları»: 

K21 - uşaqlar (məktəblilər); 

K22 - tələbələr; 

K23 - yaşlılar; 

K24 - işsizlər (yaxud, ixtisası dəyişmək istəyənlər); 

K25 - əlillər. 

Kriteriya ( K 3 )  -  «Təlim prosesində distant təlim sisteminin 

tətbiqi» : 

K31  -  ənənəvi  təlim  formalarının  köklü  surətdə  yenisi  ilə 

əvəz  olunması  (bütün  təlim  prosesi  distant  formada  cərəyan  edir, 

öyrədən  və  öyrənənlərin  əyani  görüşü  baş  vermir.  Öyrədən  və 

öyrənən  yalnız  buraxılış  imtahanında,  yaxud  buraxılış  işinin 

müdafiəsində görüşür). 

K32  -  ənənəvi  təlim  qaydalarının  tamamlanması  (əlavələr 

edilməsi). 

316 


Kviterıya ( K 4 )  - «Təlimin ləşkiü metodlan»: 

K41 - fərdi; 

K42 - qrup; 

K43 - qarışıq. 



Kritcviya ( K 5 )  -«Öyrənilən bilik sahəsi». 

K5I - humanitar elmlər və fənlər; 

K52 - təbiət elmləri və fənləri; 

K53- mühəndislik; 

K54- professional bacarıqlar. 

Kriteviya ( K 6 )  - «İnformasiya mübadiləsi qaydalan». 

K61 - poçta (prokat); 

K62 - faks və telefon (konsaltinq); 

K63- radio və televiziya; 

K64- telekommunikasiya sistemləri (kompüter şəbəkələri). 

Kriteriya ( K 7 )  -«İnformasiya daşıyıcısının növü»: 

K7I - çap materialı; 

K72 - audio; 

K73 - video; 

K74 - softvare (elektron nəşrlər). 

Kriteriya (K8) 

- «Adaptasiya səviyyəsi (intellekt səviyyəsi): 

K81  -  adaptiv  distant  təlim  sistemi  (konkret  sifarişçinin 

səviyyəsinə uyğunlaşdırılır; 

K82 - distant təlim sisteminə adaptasiya komponentləri daxil 

edilmir. 

Distant t f j l i m  sistemi aşağıdakı xiisıısiyyatltn’D malikdiv: 

•  Çeviklik. 

Distant  təlim  iştirakçıları  mühazirə  və  .seminar 

məşğələlərinə müntəzəm olaraq gəlmirlər. Özlərinə uyğun vaxtda, 

şəraitdə və tempdə işləyirlər. Bu öz həyat tərzini dəyişə bilməyən, 

yaxud bunu istəməyənlər üçün çox əlverişlidir. 

•  Modıılluq. 

317 


Distant təlim modul prinsip əsasında qurulur. Hər bir kursun 

proqramı  -  modulu  müəyyən  bilik  sahəsi  haqqında  tam  təsəvvür 

yaradır. 

•  İqtisadi s^nwralilik. 

Dünya  təhsil  sistemlərinin  orla  qiyməti  göstərir  ki,  distant 

təlim ənənəvi ləlimdən 50 % ucuz başa gəlir. 

•  Tezhşdinnp. 

Distant  təlimdə  nəzarət  məqsədilə  vahid  dövlət  testləri 

müəyyənləşdirilməlidir. Nəzarət formaları kimi distant imtahanlar, 

müsahibələr,  kurs  və  proyekt  işləri,  ekslernat,  intellektual  testlər 

tətbiq  oluna  bilər.  Test  sistemi  mənimsəmə  prosesinə  nəzarət 

etməklə  yanaşı,  öyrənən  haqqında  (mənim-  .səmənin  dərinliyi  və 

sürəti, unutmanın tezliyi və s.) məlumat toplamaqla ona (öyrənənə) 

öyrənmənin səmərəli yollarım göstərməlidir. 

Deyilənləri  nəzərə  alsaq,  distant  ləlimin  prinsiplərini 

aşağıdakı kimi müəyyənləşdirmək olar: 

•  didaktik 

prosesin 

təlimin 

qanunauyğunluqlarına 

əsaslanması; 

•  nəzəri biliklərin aparıcı rolu; 

• 

 təlimin  ləhsilverici,  lərbiyəedici  və  inkişafetdirici 



fıınksiyalarımn vəhdəti; 

•  təhsilalanlann 

təlimə 

stimullaşdırılması 



və 

motivləşdirilməsi; 

• 

 təlim prosesində  kollektiv 



işlə 

fərdi işin uzlaşdırılması; 

•  təlimdə əyaniliklə mücərrəd təfəkkürün vəhdəti; 

•  öyrədənin  (müəllimin)  rəhbərliyi  altında  öyrənənlərin 

şüurlu, aktiv və müstəqil fəaliyyəti; 

•  təlimdə sistemlilik və ardıcıllıq; 

•  mənimsəmənin möhkəmliyi. 

Ümumi didaktik prinsiplərdən başqa distant təlimin spesifik 

prinsipləri də mövcuddur: 

•  Distant təlimin humanistləşdirmə prinsipi. 

318 


Təlim  və  ləhsil  prosesi  şəxsiyyətə  istiqamətlənməli,  onda 

yaradıcılıq  qabiliyyətlərinin,  əxlaqi,  intellektual  və  fiziki 

keyfiyyətlərinin  inkişafı,  vətəndaşlıq  mövqeyinin  formalaşması 

üçün şərait yaratmalıdır. 

•  Yeni  informasiya  texnolof'iyalarının  tətbiqinin  məqsə- 

(bnyğnnlıığn prinsipi. 

Yeni  informasiya  texnologiyaları  ləlim  sisteminin  bütün 

komponentlərinə,  təlimin  məqsədlərinə  və  məzmununa,  təlimin 

vasitələrinə,  metod  və  təşkili  formalarına  təsir  göstərir  ki,  bu  da 

pedaqogika elminin aktual vəzifələrinin həllini, xüsusən də insanın 

intellektual  və  yaradıcı  potensialının,  analitik  təfəkkürünü  və 

müstəqilliyinin inkişafını realaşdırmağa imkan verir. 

•  Təlimin «qabaqlama» prinsipi. 

Bu  prinsipin  mahiyyəti;  gənc  nəsli  bəşəriyyətin  yaratmış 

olduğu biliklərlə silahlandırmaq, dünyagörüşünü və təfəkkür tərzini 

inkişaf etdirmək, onların sürətlə dəyişən aləmə adaptasiyasını təmin 

etməkdən  ibarətdir.  Distant  təlim  idrak  və  təlim  strategiyasına 

yönəlməli,  şəxsiyyətin  idrak  resurslarını  (potensialını)  (məsələn, 

uzunmüddətli hafizə, mərkəzləşdirilmiş və uzunmüddətli diqqət və 

s.)  təlim  məqsədlərinin  icrasına  səfərbər  etməlidir.  Distant  təlim 

qiyabi  təhsillə  formaca  eynilik  təşkil  etsə  də,  onun  bir  sıra 

üstünlükləri var: 

•  təlim və ünsiyyət üçün əlverişli vasitələrin olması; 

•  işin qrup formasında təşkili imkanlarının geniş 

olması; 


ması; 

müəllimlə (metodistlə) ünsiyyətin daha səmərəli ol 

tələb 

•  müəllimin (metodistin) cavabı üçün az vaxt 



olunması; 

•  öyrənənlərin kitabxana və digər informasiya ehtiyat- 

larından istifadə etməsinin asan olması; 

•  ev tapşırıqlarının qısa vaxt ərzində alınması və gön- 

dərilməsi; 

•  testləşdirmənin birbaşa keçirilməsinin mümkünlüyü. 

319 


Kompüter distant tolimiu nöqsanlı cohsthri do var: 

•  şəbəkəyə lez-tez qoşulmaq zəruriliyi; 

•  informasiyalarla «yüklənmə»; 

•  diskussiyanın  gedişini  çevik  izləməyin  çətinlikləri  ilə 

bağlı mənfi əhvallar; 

•  diskussiya 

mövzularının 

həddən 


ziyadə 

fraqmentləşdirilməsi; 

•  vaxtla bağlı problemlər (vaxtın azlığı, sinxronluq və 

s,); 


Distant təlim iştiarkçılarının davranışına verilən tələblər: 

•  fəallıq; 

•  çeviklik; 

•  məsuliyyət; 

•  digər iştirakçıları dəstəkləmək; 

•  məlumatlandırmanın qısa və dəqiq olması. Müəllimdən 

(metodistdən) isə diskussiyanı idarə elmək, 

onu  lazımi  istiqamətə  yönəltmək;  eyni  zamanda  onun  sərbəst 

gedişini 

təmin 


etmək; 

diskussiyanı 

yekunlaşdırmaq; 

qiymətləndirmək bacarığı tələb olunur. 

ƏSAS MÜDDƏALAR 

Təlimin məqsədi və məzmunu, forma, metod və v- asitələri 

təhsil  prosesinin  ənənəvi  kateqoriyalarıdır.  Bu  kateqoriyalar  eyni 

zamanda  müəyyən  fənni  tədris  edən  müəllimin  pedaqoji 

fəaliyyətinin  struktur  elementləridir.  Pedaqoji  kateqoriyaların 

məqsədəuyğun surətdə tətbiqinin sistemyaradıcı faktorları isə təlim 

fəaliyyətinin qanunauyğunluqları və prinsipləridir. 

Tədris fənninin didaktik modeli-özündə fənnin məzmununu 

və  müvafiq  informasiyaları  əxz  etdirməklə  təhsilalanın  bilikləri 

mənimsəməsini, inkişafını və tərbiyəsini təmin edir. 

Müasir dövrdə ((informasiyalar vasitosib tolim» sıxışdırılıb 

aradan çıxarılır, ((fəaliyyət vasitəsilə təlim» 

320 


texnologiyalarına daha geniş meydan açılır. Tələbənin ləlim, elmi 

və praktik fəaliyyət növlərinin inteqrasiyası təmin edilir. Ali təhsil 

müəssisələrində 

akademik 

formada 

təlim 


fəaiiyyətinə-kvaziprofessional (latınca quasi-sanki, güya deməkdir. 

Mürəkkəb  sözlərin  «guye»  mənasına  uyğun  gələn  tərkib  hissəsi. 

Burada kvaziprofessional təlim-profissianao mənasım verir), başqa 

sözlə,  təlim-professional  fəaliyyətə  üstünlük  verilir.  Tələbənin 

təkcə  psixi  proseslərini  deyil,  həm  də.  yaradıcı,  produktiv 

(məhsuldar) 

təfəkkürünü, 

davranışını 

və 

kommunikativ 



qabiliyyətlərini  inkişaf  etdirən  aktiv  təlim  texnologiyaları 

proyektləşdirilir və tətbiq edilir. 

Fəal  təlim  texnologiyaları  həm  təhsil  verənin,  həm  də 

ləhsilalanm  rollarım  dəyişir.  Təhsil  verənin  informator  (latınca 

informatio-izah edən, şərh edən deməkdir) rolu menecer (ingiliscə 

manager, manage-idarə etmək, menecer- idarə edən deməkdir) rolu 

ilə  əvəz  olunur.  Təhsilalan  informasiyanı  məqsəd  kimi  yox, 

professional  fəaliyyətin  mühüm  tərkib  hissələri  və  zəruri  və 

əməliyyatlarını mənimsəmək kimi qəbul edir. 

Tələbələrin  yaradıcılıq  qabiliyyətlərinin  inkişaf  etdirilməsi 

müasir  təhsilin  ən  aktual  problem  olduğunu  nəzərə  alsaq,  təlim 

metodları  və  vasitələrini  alimin  yaradıcı  fəaliyyət  metodikasına 

yaxınlaşdırmaq,  idrak  fəaliyyətini  aktivləşdirən  metodlardan 

istifadə etmək, biliklərin yaradıcı surətdə mənimsənilməsini təmin 

edən  texnologiyalar  hazırlamaq  və  tətbiq  etmək  vacibliyi  özünü 

göstərir. 

Bu da müasir ali məktəb pedaqogikasının qarşısında mühüm 

problem  kimi  pedaqoji  proses  iştirakçılarının  rollarının  əsaslı 

surətdə dəyişdirilməsi məqsədini qoyur: 

•  təhsilalanlarm  icraedici,  reproduktiv  fəaliyyəti  təlim 

prosesinin bütün mərhələlərində yaradıcılıq, axtarıcılıq fəaliyyəti ilə 

əvəz olunmalıdır; 

•  sərt  Liniversallaşmaya  son  qoyulmalı,  təlim,  tərbiyə  və 

inkişafın  məqsəd,  məzmun,  metod,  vasitə  və  təşkili  formaları 

fərdiləşdirilməlidir; 

321


 

•  təhsilalanlann  təlim-idrak  fəaliyyəti  diferen.siallaş- 

dıı-ılmaiıdır; 

•  təhsil  prosesinin  bütün  komponentlərinin  mono  (vahid) 

ideyalılığmdan ideoloji plüralizmə keçilməlidir; 

•  tələbələrə öz həyat mövqelərini müəyyənləşdirməkdə tam 

sərbəstlik və azadlıq verilməlidir; 

•  tələbə  dünyaya  baxışım,  inam  və  əqidəsini  özü,  heç  bir 

kənar təzyiq olmadan müəyyənləşdirməlidir; 

•  tələbə  mənəvi  formalaşmasını  və  inkişafım  özü 

istiqamətləndirməlidir; 

•  texnokratik  (yunanca  techne-sənət,  ustalıq,  bacarıq 

deməkdir),  başqa  sözlə,  texniki  və  humanitar  fənlər  disbalansı 

(yunanca duş.,., latınca diş... pozulma, dağılma, bölünmə, çətinlik, 

itki  bildirən  sözönü;  fransızca  balance-tərəzi,  tarazlıq,  bərabərlik 

deməkdir.  Disbulans  sistemin  tarazlığının  pozulması  deməkdir) 

təhsil  verənlərin  və  təhsilalanlann  təlim  idrak  münasibətlərində, 

ahəngdar əməkdaşlıq təmin olunmalıdır. 

Cəmiyyəti  və  şəxsiyyəti  artıq  «ağızdan-qulağa»,  «lövhə- 

dən-dəftərə»  «əzbərləmək-yadda  saxlamaq»  kimi  təhsil  formaları 

qane etmir. Pedaqogika elminin texnikanın müasir nailiyyətlərindən 

maksimum  istifadə  edən  çevik  təhsil  sisteminə  ehtiyacı  vardır. 

Mükəmməl təhsil sistemini qurarkən, cəmiyyətin, təhsil sisteminə 

verdiyi tələblər nəzərə alınmalıdır. Bu tələblər aşağıdakılardır: 

•  yaşından,  milliyyətindən,  inam  və  əqidəsindən,  yaşayış 

yerindən, aldığı təhsilin səviyyəsindən asılı olmayaraq təhsilin hər 

bir fərd üçün müyyəssər olması; 

•  təhsilalamn özü üçün daha əlverişli hesab etdiyi məqamda 

təlim prosesinə başlaması, lazım bilmədikdə təhsilini dayandırması, 

yaxud  təhsilnin  istiaqmətini  dəyişməsi  və  öz  imkanlarına  uyğun 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin