138
orqanizmin qeyri-spesifik müdafiəsinə müsbət təsir edir və ürək-
damar xəstəlikləri riskini azaldır.
Buğda rüşeyminin yağı, tokoferolun miqdarına görə (300 mq
%-dək) öndədir. Bir çox kliniki müşahidələrin nəticələrinə görə E
vitamininin ürək-damar sisteminə, cinsi orqanların funksiyasına,
orqanizmin iş qabiliyyəti və müx-
təlif infeksion xəstəliklərə davam-
lılığına müsbət təsiri məlumdur.
Palma yağı, yağlı palma (şəkil
3.23) meyvələrinin lətindən alınır.
O, çoxlu miqdarda karotinlərə malik
olduğundan narıncı-qırmızı rəng-
dədir. Bu yağ xoşagələn spesifik iyli
olub, bənövşənin iyini xatırladır.
Onun əsas xüsusiyyəti öz-özünə
hidroliz
olunmasıdır.
Yağ
turşularından tərkibinə görə olein,
palmitin və linol turşuları üstünlük
təşkil edir.
Şəkil 3.21. Çaytikanı
(Hippophae
L.
)
Şəkil 3.22.
Yunan qozu
(
Juglans
L.
)
Şəkil 3.23.
Palma
(Elaeis guineenisis
Jacq.)
139
Palma yağı, 5000 ildir ki, istifadə edilir. Bu yağ asanlıqla pal-
ma oleinininə (maye halda) və palma stearininiə fraksiyalaşır.
“Karotino” adlı palma yağı 80% karotin və E vitaminini özün-
də saxlamağa qadirdir. Qırmızı palma yağı “Karotino” bu gün
dünyada 100% təbii yağ olub, A, E, Q
10
vitaminlərinə və digər
maddələrə malikdir. Öz tərkibinə və xüsusiyyətinə görə çaytikanı
yağına bənzəyir. Fransa tibb mərkəzində müəyyən edilmiş aşağı-
dakı müsbət xüsusiyyətlərini qeyd etmək olar:
güclü antioksidantlara (A, E, Q
10
) malik olması;
diabet, piylənmə, hipertoniya, ürək-damar xəstəlikləri, dəri
xəstəlikləri və göz kataraktının profilaktikası
və müalicəsi;
boğaz, ciyər, süd vəzi, mədə və düz bağırsaq xərçənginin
qarşısını alması;
immun sistemini möhkəmlədir, trombların əmələ gəlməsi-
nin qarşısını alır, orqanizmin
qocalma prosesini ləngitməsi;
uşaq infeksion və mədə-bağırsaq xəstəliklərinin yaranması-
nın və inkaşıfının qarşısını alır.
“Nutroolein Zlata Palma” yeni texnologiya ilə alınmışdır. Bu
texnologiya faydalı komponentlərin 80% saxlanılmasını təmin
edir.
Bu yağ alfa-karotinin, yüksək miqdarı
ilə seçilir ki,
o da bəzi
dəri və qara ciyər xərçənginin inkişafını ləngidir; tokoferolların,
güclü antioksidantların mənbəyi rolunu oynayır. Bunlar da ateros-
klerozun profilaktikasında və ürək-damar xəstəliklərinin müa-
licəsində səmərəlidir. Bu yağda ubixinonun olması immunitetin
möhkəmlənməsinə köməklik edir, ürək-damar xəstəliklərinin pro-
filaktikasında və hipertoniyanın azalmasında müsbət rol oynayır.
Kokos yağı (hind qozu yağı) – hind qozunun (şəkil 3.24)
qurudulmuş rüşeymlərindən alınır. Hind qozu yağı xoşagəlməyən
dada, şirintəhər iyə malikdir. Konsistensiyasına görə inək yağını
xatırladır. Rafinləşmədən sonra ağ qar rəngli olur.
Onun tərkibində laurin və miristin turşuları üstünlük təşkil
edir. Hind qozu və palma rüşeym yağının xüsusiyyəti onun tərki-
bində yüksək miqdarda kiçik molekullu doymuş turşuların
olmasıdır.