Süd turşusu bakteriyaları. Bir çox süd məhsulları, xüsusilə
süd turşusu içkiləri, smetan, şor və pendir istehsalında mayalardan
(acıtma) istifadə edilir. O, süd turşusu bakteriyalarına malik olur
ki, bu da onu yüksək fizioloji dəyərli edir.
Süd turşusu məhsullarının istehsalı üçün istifadə edilən bakte-
riya
ştammının (kultur) əksəriyyəti – Bifidobakterium,
Laktobacillus, Leuconostos, Laktococcus, Streptococcus növünə
aiddir.
Hal-hazırda
dünyada süd turşusu məhsullarının
istehsalında, insan və heyvan mənşəli – B. Animalisdən alınmış
bifidobakteriya ştammıdan – B.Bifidum, B.Breve, B.İnfantis,
B.Longum, B.Adolescentisdən istifadə edilir. Probiotik kultur kimi
Laktobacillus casei: L.Casei, L.Paracasei, L.Tharnnosus, L.Peal
ştammları xeyli geniş istifadə edilir.
Laktobasil və bifidobakteriyanın digər süd turşusu bakteriya-
ları ilə bir çox variantları mövcuddur:
asidofil çöplər və ya bifidolbakteriya yoqurt kulturaları ilə
birgə;
asidofil çöplər və ya bifidobakteriya termofil streptokok-
larla birgə;
asidofil çöplər və ya bifidolbakteriya mezofil aromatik kul-
tura ilə birgə.
Bu kulturalar probiotiklərə aid olub orqanizmə nizamlayıcı və
stimullaşdırıcı təsir göstərir.
Süd turşusu bakteriyaları bir çox saprofit və xəstəlik törədən
bakteriyalarla antaqonist xüsusiyyət nümayiş etdirir. Belə ki, o,
antibiotik maddəsi ayırır, məsələn süd turşusu çöpləri laktonin
yaradır. Bəzi süd turşusu irqi streptokokku (Streptococcus Lactis)
– nizin, bəzi kərə yağı streprokok ştammı (Streptococcus
cremoris) – diplokoksin, asidofil çöpü (Lactubocielus acidophilus)
– antibiotik maddələr yaradır ki, onlar da bağırsaq xəstəlikləri
törədicilərinə qarşı aktiv olur və çürümə bakteriyalarını, bağırsaq
176
xəstəlikləri törədicilərini məhv edir. Bütün əmələ gələn antibiotik-
lər böyük dağıdıcı qüvvə ilə çürümə mikroorqanizmlərinə təsir
edir. Bəzi süd turşusu bakteriyaları, süd turşusu məhsullarına dad
və ətir verir. Məsələn, ətirləndirici streptokoklar (Streptococcus
diacetilaktis, Streptococcus citrovorus və s.) turşu və karbon
qazından başqa, ətirli maddələr (efirlər və diasetil) əmələ gətirir.
Süd turşusu məhsullarının məsələn, kımısın mikroflorası C, B
6
və
B
12
vitaminləri sintez edir.
Amerika alimi Brassortun fikrinə görə Lactobacillus
asidophilus ştammının ən vacib xüsusiyyətlərindən biri, onun
insanın mədə-bağırsaq sistemindən keçərək yaşaması və antimik-
rob komponentləri yaratmasıdır.
Müəyyən edilmişdir ki, bu ştamm böyrəklərində xroniki
xəstəlik olan xəstələrin nazik bağırsağında bakteriyaların artıq in-
kişaf etmə cəhdlərinin qarşısını alır. Bundan başqa, insanda pro-
karsinogenin karsinogenlərə çevrilmələri ilə əlaqədar ferment
səviyyəsinin aşağı düşməsinə səbəb olur.
Propion turşusu bakteriyaları (Propionibakterium cinsi) qur-
saq pendirlərinin istehsalında istifadə olunur. Onların həyat fəaliy-
yəti nəticəsində propion turşusu və onun duzları əmələ gəlir ki,
bunlar da kifin ingibitorlarıdır. Bəzi növlər (Propionbakterium
Şhermanu) B
12
vitamininin alınmasında istifadə olunur.
İnsanın sağlamlığı üçün ən böyük əhəmiyyətə malik olan
bifidobakterium cinsinə aid olan bağırsaq bakteriyalarıdır. Onlar
bağırsaq mikroflorasında normal balansı saxlayır, patogen mik-
roorqanizmlər üçün ingibitor rolunu əvəz edir, xolesterinin
səviyyəsini azaldır, qanda təhlükəli potensial ammonyak və amin-
lərin qatılığını azaldır, prokanserogenlərin miqdarının azalması ilə
bağlı şişə qarşı aktivliyə malik olur. Ətin qızardılmasında yaranan
kanserogeni udma qabiliyyətli olub, vitaminlərin və digər bioloji
aktiv maddələrin (tiamin, riboflavin, K qrupu), amin turşuları və
fermentlərin (lizosima və kozeinfosfataza) sintezində iştirak edir.
Müəyyən edilmişdir ki, Bifidobakterium lactis kifayət qədər
yüksək hüceyrə məhsulu verir, məhsulun dadını yaxşılaşdırır, mü-
hitin turş reaksiyasına davamlı, eyni zamanda mədə-bağırsaq
177
sistemində mikrob transformasiyası zamanı yaşamaq qabiliyyətli-
dir.
Asidofil bakteriyalar təbii antibiotiklər yaradır ki, bu da bağır-
saq çöpünü, dizenteriya bakteriyalarını, salmonelləri, stafilokokla-
rı və s. məhv edir, insan orqanizminin iş qabiliyyətinin artırırlma-
sında və bərpasının sürətləndirilməsində vacib olan bəzi metabolik
proseslərə istiqamətli təsir edir.
İnsanın bağırsağında onun yaxşı inkişafı orqanizmdəki pato-
gen mikroorqanizmlərin böyüməsini azaldır, çürümə və qıcqırma
proseslərinin qarşısını alır. Bundan başqa, asidofil çöplər süd
zülalının yaxşı mənimsənilməsinə köməklik etməklə yanaşı, yük-
sək turşu əmələ gətirmə qabiliyyətinə malikdir ki, bu da insan or-
qanizmi tərəfindən Ca duzlarının sorulması və mənimsənilməsini
yaxşılaşdırır.
Termofil streptokoklar məhsula sıx konsistensiya və təmiz süd
turşusu tamı verir.
Müəyyən immun göstəricilərinin gücləndirilməsi, insanın im-
mun statusuna uyğundur.
Süd turşusu içkiləri yüksək pəhriz və müalicəvi xüsusiyyətlərə
malikdir. Bu xüsusiyyətlər çox qədim vaxtlardan məlumdur. Dahi
rus fizioloqu İ.İ.Meçnikov bolqarların uzunömürlüyünü onların
çoxlu miqdarda yoqurt istifadə etməsi ilə izah edirdi.
Süd turşusu içkilərinin istifadə edilməsi insanın sağlamlığını
yaxşılaşdırır, onun infeksiyalara və şişlərin əmələ gəlməsinə dö-
zümlüyünü artırır. Asidofil içkilər mədə-bağırsaq xəstəliklərinin,
kalitin, xolesterinin, vərəm, furunkulyoz (çox çiban çıxartma),
uşaq döş astması xəstəliklərinin müalicəsi proseslərində istifadə
edilir. Kumıs və kuranqa ( süd turşusu qıcqırması içkiləri) bitişmə-
yən xoranın müalicəsində, mədə-bağırsaq xəstəliklərində və
astmanın müalicəsində istifadə edilir. Onlar təkcə mədə-bağırsaq
sistemini sağaltmır, eyni zamanda əsəb sisteminə və maddələr
mübadiləsinə də müsbət təsir edir.
Süd turşusu məhsulları dispepsiya (mədə fəaliyyətinin pozul-
ması), qəbz, qan azlığında, bəd xassəli şişlərdə, zəifləmə zamanı,
iştaha pozğuntularında və digər xəstəliklərin profilaktikası zamanı
178
istifadə edilməsi məsləhət görülür.
Beləliklə, biz görürük ki, özünün kimyəvi tərkibinə görə,
həmçinin onların istehsalında bakteriya acıtmasından istifadə edil-
məsi nəticəsində süd məhsulları yüksək fizioloji dəyərə malik olur
və buna görə də insanın gündəlik qidalanmasında istifadəsi məs-
ləhət görülür. Süd və süd məhsulları təbii funksional qida məhsul-
larına aid olub, fizioloji norması adambaşına il ərzində 390 kq-dır.
Dostları ilə paylaş: |