180
uşaqların (3yaşından) və böyüklərin profilaktiki qidalan-
ması;
kəskin bağırsaq infeksiyalarının müxtəlif formaları;
bağırsağın disbakteriozu;
həzm orqanlarının funksional və iltihabı xəstəlikləri;
uşaqlarda ekssudativ diatezin kliniki meydana çıxması;
antibiotiklərin uzun müddət istifadəsinin vacubliyi;
kəskin leykoz xəstələrinin qidalanması (leykoz əleyhinə
aktiv terapiya zamanı müalicə-pəhriz məhsulu kimi);
Omsk Aqrar Unuversitetində yağsızlaşdırılmış süd əsasında
prodietik qidalanma üçün fitosüdturşusu içkisi işlənib hazırlan-
mışdır. Yağsızlaşdırılmış süd
L.Acidophilus, B.Longum və ya B.
Bifidus (“Bifilakt A” preparatı) bakterial kulturları ilə turşudul-
muşdur. Fito kompozisiyanın biokorrektoru kimi, itburnu, yemşan
meyvələri və limon otunun yarpaqlarından əlavə kimi istifadə edil-
mişdir.
“Bimm – Bill – Dann” kompaniyası bazara “Neo” məhsulları-
nın yeni xəttini buraxmışdır.
“Majitel” – yeni meyvəli-südlü içkidir. Onda təbii süd və təzə
meyvə şirələrinin ahəngdar uyğunluğu yaradılmışdır. Bundan baş-
qa o, 10-a qədər vitamin kompleksi ilə zənginləşdirilmişdir;
“Bio-Vit” – süd turşusu məhsulu olub, əsasını məhsulun
vitaminlərlə və biokulturlarla ikiqat zənginləşdirilməsi ideyası
təşkil edir ki, bu da onu sağlamlıq üçün qəribə faydalı məhsul edir.
“Jou-fit” – az yağlı bioyoqurtun və təbii meyvə şirəsinin qeyri-
adi birləşməsidir. Bu həmişə əla formada qalmaq istəyənlər üçün
gözəl imkandır. Məhsul bifidokulturlarla, A, C və E vitaminlər
kompleksi ilə zənginləşdirilmişdir;
“İmmunele” – xüsusi seçilmiş
Laktobacillus casei və
Laktobacillus rhamnosus kompleksi ilə zənginləşdirilmiş müali-
cəvi probiotik məhsuldur. Onun gündəlik istifadə edilməsi orqa-
nizmin müdafiə gücünün möhkəmlənməsinə və həzmin yaxşılaş-
masına səmərəli təsir edir.
Dostları ilə paylaş: