Firuddin cəFƏrov hasil fəTƏLİyev


Funksional ət məhsullarının çeşidi



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə95/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   91   92   93   94   95   96   97   98   ...   239
3.5.3. Funksional ət məhsullarının çeşidi 
Alimlər tərəfindən ət məhsullarının müxtəlif funksional istiqa-
mətli geniş çeşidinin işlənməsinə baxmayaraq, onlar bazarda xeyli 
zəif yayılır və praktiki olaraq yox dərəcəsindədir.  
Bu gün ət məhsulları bazarında funksional markası ilə məşhur 
olan ət məhsulları yoxdur. İstisnalıq təşkil edənlər uşaq qidasıdır 
ki, o da bazarda ayrıca əmtəə qrupu kimi mövqeyə malikdir. An-
caq burada da bir sıra problemlər mövcuddur.  
Uşaq  qidalanması  üçün  ət  məhsulları.  Bu  ət  məhsulları 
müxtəlif yaş qrupuna uşaqlar üçün nəzərdə tutulmaqla 3 əsas yerə 
bölünür: xüsusiləşdirilmiş, o cümlədən ət əsaslı qidalanma; mək-
təbəqədər,  məktəb  yaşlı  və  yeniyetmələr  üçün;  xəstə  uşaqların 
xüsusiləşdirilmiş müalicəvi qidalanması üçün. 
Ət  əsaslı  qidalanma  məhsulları.  Onlara  əsas  etibarı  ilə 
konservlər həmçinin mal, donuz, at, quş ətlərindən və subməhsul-
lardan  alınan  paştetlər  aiddir.  Qeyd  olunan  məhsul  5-8  aylıq 
uşaqların qidalanmasında istifadə olunur. Qida məhsullarının qida 
dəyəri  onun  tərkibində  olan  yüksək  bioloji  dəyərli  lipidlərin,  A, 
B
1
,  B
2
,  B
6
,  B
12
  vitaminlərinin  və  dəmirin  miqdarı  ilə  müəyyən 
olunur.  
Məktəbəqədər, məktəbyaşlı və yeniyetmələr üçün ət məhsulları 
yüksək bioloji və qida dəyəri olmaqla hazırlanır. Onlar, əlverişsiz 


205
 
sosial iqtisadi və ekoloji yaşayış şəraitindən yaranan-vitamin, Ca, 
Fe  digər  makro  və  mikronitruentlərin  çatışmazlığına  qarşı  profi-
laktika məqsədilə istifadə edilir.  
Əsas etibarı ilə uşaqlar üçün təşkil olunmuş kollektivlərdə və 
ev şəraitində istifadə olunur.  
Uşaqların  müalicəsi  üçün  istifadə  olunan  ət  məhsulları
Onların qida dəyəri 2 kriteriya ilə müəyyən olunur: 

 
qida  maddələrinə  və  enerjiyə  uşaqların  əsas  fizioloji 
təlabatının daha çox uyğunluğu;  

 
orqanizmə  xammalın  tərkib  elementlərinin  əlverişsiz 
təsirinin  olmaması  ilə  əlaqədar  və  ya,  əksinə,  əvəz  olunmayan 
mikronutrientlərin məqsədli təyinatına, patogenezin və metabolik 
pozuntuların xarakterinə uyğun olaraq hər bir konkret xəstəlikdə 
zənginləşdirilmiş məhsulun müalicə təsirinin effekti; 
Məsələn,  qida  allergiyası  olan  uşaqlar  üçün  allergenlərdən 
kənarlaşdırılmış məhsul və dəmir çatışmazlığı ilə əlaqədar anemi-
yalı uşaqlar üçün dəmirlə zənginləşdirilmiş məhsulları misal gös-
tərmək olar.  
Uşaqlar  üçün  məhsullar  xüsusi  reseptlə,  xammal  və  hazır 
məhsula görə yüksək gigiyenik tələblərə cavab verən texnologiya 
ilə hazırlanır.  
Hazırda 6 aylıqdan 3 yaşına qədər olan uşaqların ət məhsul-
larına (konservlər, kolbasalar, paştetlər, yarımfabrikatlar) ehtiya-
cının 6,3%-i ödənilir. Bu rəqəm uşaq qida sənayesi üçün çox aşağı 
göstəricidir.  
Uşaqların qidalanmasının düzgün təşkili onların normal böyü-
məsində  çox  böyük  əhəmiyyətə  malikdir.  Çünki,  elə  insan 
ömrünün birinci ilində orqanizmin üçün həyati vacib olan - əsəb, 
ürək-damar, endokrin və s. sistemləri yaranır.  
Uşaq qidalanması üçün ət konservləri. Uşaq qidalanması üçün 
ət konservləri disperslik dərəcəsinə görə homogenləşdirilmiş və ya 
nazik xirdalanmış, püreşəkilli və iri xırdalanmışlar olmaqla qrup-
laşdırılır. 
Uşaq qidalanması üçün ət konservlərinin çeşidi 3.30 saylı cəd-
vəldə verilmişdir. 


206
 
Uşaq qidalanması üçün ət konservləri istehsalında aşağı qida 
dəyərinə  malik  olan  çapılmış,  həmçinin  çox  yağlı  ətdən  istifadə 
edilmir. Mikrob yoluxma ehtimalı olan ətdən konserv hazırlanma-
sına icazə verilmir.  
Damarlı ət diqqətlə xırda sümüklərə, qığırdağa, kobud birləş-
dirici toxumaya, limfatik düyünlərə, iri qan damarlarına, artıq yağ 
toxumlarına ayrılır. 
 Cədvəl 3.30 
Uşaq qidalanması üçün ət konservlərinin çeşidi 
Uşağın 
yaşı, ay ilə 
Disperslik 
Konservlər: 
Mal əti və sub 
məhsullardan 
Donuz, at və 
subməhsullardan 
Ət və quş 
subməh-
sullarından 
5-6 aylıq 
Homogenləşdir
ilmiş və ya 
nazik 
doğranmiş 
“Malış” 
“Malyutka” 
“Donuz püresi” 
“Çeburaşka” 
“Kroşka” 
8-12 aylıq 

“Yazıçok” 
“Vinni-pux” 
“Konyok-
Qorbunok” 
“Krepış” 
7-12 aylıq  Püreşəkillilər 
“Malış” 
“Yazıçok” 
“Myasnoe püre” 
“Donuz püresi” 
“Çeburaşka” 
“Vinni-Pux” 
“Ptençik” 
9-18 aylıq 
Iri 
xırdalanmışlar  
“Malış” 
“Yazıçok” 
Uşaq əti püresi 
“Donuz püresi”  
“Vinni-Pux” 
“Konyok-
Qorbunok”  
“Butuz” 
 
Uşaqların qidalanmasının müalicə-profilaktikası üçün ət kon-
servlərinin  istehsalı  intensiv  inkişaf  etdirilir.  Bu  layihə 
çərçivəsində quş əti, o cümlədən broyler cücələri hesabına çeşidlər 
artırılır. Balanslaşmış yağ turşuları tərkibi təmin olunması məqsə-
dilə bəzi konservlərin reseptinə toyuq yağı yeridilir.  
Qida  allergiyasını  nəzərə  almaqla  antigen  xüsusiyyətə  malik 
olan inək südün və mal əti zülallarına qarşı sensibilizasiyası olan, 
1 yaşlı uşaqlar üçün bir sıra ət konservləri işlənmişdir.  
At ətindən bütöv bir seriya ət konservləri hazırlanmışdır. Bu 
məhsullar  nəinki  tək  hipoallergen  xüsusiyyətli,  həm  də  dəmir 


207
 
çatışmazlığından  yaranan anemiyanın  müalicəsində  yüksək tera-
pevtik xüsusiyyətlərə malikdir.  
At əti qida və bioloji dəyərinə görə əsas ət xammalı növlərin-
dən geri qalmır. Mal ətinə nisbətən çox dəmir və misə, həmçinin 
az natrium və selenə malikdir.  
Bu məhsul nəinki sağlam uşaqların qidalanmasında, eyni za-
manda dəmir çatışmazlığı anemiyası, hipotrofiya, zülal çatışmaz-
lığı və digər patoloji dəyişikliklər zamanı istifadə edilə bilər. Uşaq-
ların  müalicə-profilaktiki  qidalanması  üçün  həmçinin  yüksək 
miqdarda zülala, kalsiuma, kalsium və fosforun əlverişli nisbətinə 
malik olan konservlər də işlənmişdir. “Juravuşka” və “Buratino” 
konservlərinin reseptində kalsium mənbəyi kimi yumurta qabığın-
dan istifadə edilmişdir.  
Uşaq qidalanması üçün ət konservləri ilə yanaşı çox kompo-
nentli  (ət-bitki  konservləri)  konservlər  də  istehsal  olunur.  Mal, 
donuz və quş əti kimi ət xammalı ilə yanaşı, belə konservlərin re-
septinə soya izolyatı, cücərmiş buğda dənləri, buğda rüşeymi, göy 
noxud, yunan qabağı, kələm, yerkökü, balqabaq, manna yarması 
və digər bitki mənşəli xammallar da daxildir. Onlarda ət kompo-
nentlərinin miqdarı 20-29%, zülal-6%-ə qədər, yağ-5,5-8,5% olur.  

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin