170
mərhələsində onların keyfiyyətindən asılı olaraq bəzən işçi, yaxud ana arılar
peyda olur. Ana arıların südü ilə yemlənən dişi arılar isə ana arılara çevrilir.
Heyvanlarda kəmiyyət göstəriciləri (süd, ət, diri kütlə, bala, yun, və s.
məhsuldarlığı) mühit amillərinin təsirindən
böyük dəyişikliyə uğramaqla
modifikasiya dəyişkənliyi nəticəsində yaranır. Keyfiyyət əlamətləri (qan
qrupları, rezus amili, zülal tipləri, rəng və s.) isə
əsasən irsiyyətin nəzarəti
altında saxlanılır. Mühit şəraiti heyvanlarda bəzən genetik fərdlərədə fenotipə
zəmin yaradır. Bu zaman genotipi eyni olan yüksək və aşağı məhsuldar fərdlərdə
məhsuldarlıq eyni olur. Bunu nəzərə alaraq əlverişsiz mühit şəraitində fenotipə
görə seçmə və seleksiya işlərinin aparılması məqsədəuyğun hesab edilmir.
Heyvan və quşların baytarlıq təbabəti tələblərinə
uyğun bəslənməsi nəinki
birinci, hətta sonrakı nəsillərdə də fərdlərin normal inkişafına və məhsuldarlığına
olduqca neqativ təsir göstərir. Orqanizmlərin xarici və daxili quruluşunun
daimiliyinin sabit saxlanması kariotipin, DNT-nin və onun sahələri sayılan
genlərin ən başlıca xassəsi hesab edilir. Genetik materialın morfofunksionlal
davamlılığı bütün irsi əlamətlərin gələcək nəsillərə
verilməsini təmin edir və
növün əlamətlərinin yüz illərlə davam etməsi üçün zəmin yaradır. Lakin bu
sabitlik nisbi xarakter daşıyır, daxili və xarici amillərin təsirindən genetik
materialda mutasiya dəyişkənliyi baş verir.
Dostları ilə paylaş: