Hacı Əhməd-Cabir Hacı Ġsmayıl oğlu (Prof. Əhmədov Əhməd-Cabir Ġsmayıl oğlu) Əməkdar müəllim


olaraq  süddən  daha  kifayətli  bir  Ģey  bilmirəm”



Yüklə 18,9 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix01.01.2017
ölçüsü18,9 Mb.
#4088
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

olaraq  süddən  daha  kifayətli  bir  Ģey  bilmirəm” 
kəlamı südün qədimdən əvəzolunmaz bir qida məhsulu 
olmasını sübut edir. 
Süddən hazırlanan turşudulmuş süd məhsullarının 
insan  orqanizmi  üçün  fizioloji  və  pəhrizi  əhəmiyyəti 
vardır. 
 
Süd və süd məhsulları haqqında hədislər 
 
Peyğəmbər (s.ə.v.): 
1.  Allah-Təala  göndərdiyi  hər  bir  xəstəlik  üçün 
şəfa  da  göndərib.  Inək  südündə  bütün  xəstəliklərin 
şəfası var. 
2.  Inək  südündən  istifadə  edin.  Çünki  o,  hər  bir 
ağacdan  yeyir  (mal  hər  bir  ağacdan  qida tapdığı  üçün, 
təbii  ki,  istehsal  etdiyi  südün  tərkibində  həmin  ağac-
ların elementləri  var). Süddə  bütün xəstəliklərin şəfası 
var. 
3.  Allah-Təala  yaratdığı  hər  bir  xəstəlik  üçün 
dərman da  yaradıb.  Inək südündən istifadə edin, çünki 
o, hər bir ağacdan yeyir. 
4. Inək südü ilə müalicə olunun, mən ümid edirəm 
ki,  Allah-Təala  ona  müalicəvi  keyfiyyət  verib.  Çünki 

 
97 
o, ağaclarla qidalanır. 
5.  Dəvə  südü…  mədə  narahatçılığına  (həzmə 
getməmə) mübtəla olanların dərmanıdır. 
Imam Əli (ə): 
1.  Süd  içmək  ölümdən  başqa  bütün  xəstəliklərin 
şəfasıdır. 
2. Inək südü dərmandır. 
3. Inək südü şəfadır. 
Imam Baqir (ə): - Cabir ibn Abdullahdan: Dedilər 
ki, ey Allahın Rəsulu (s.ə.v.), müalicə olunaqmı? 
Dedi:  “Bəli  müalicə  olunun!  Allah-Təala  elə  bir 
xəstəlik  göndərməyib  ki,  onun  üçün  dərman  yarat-
masın.  Inək  südündən  istifadə  edin,  o,  bütün  ağaclar-
dan qidalanır”. 
Imam  Sadiq  (ə):  Boğaz  ağrısı  üçün  süd  içməkdən 
faydalı bir şey tapmadıq.  
“Kafi” – Əbülhəsən Isfahanidən: Imam Sadiqin (ə) 
yanında idim. Bir şəxs həzrətə dedi və mən də eşitdim: 
-  Sənə  fəda  olum,  mən  bədənimdə  zəiflik  hiss 
edirəm?! 
Həzrət  dedi:  “Süd  iç.  O,  insanı  cana  gətirir  və 
sümüyü möhkəmləndirir”. 
“Kafi” – Əbu  Bilaldan: Imam  Baqirə (ə) mədəm-
dəki xəstəlikdən şikayətləndim. Həzrət mənə dedi: 
- Niyə inək südü içmirsən?! Heç ondan içmisənmi? 
Dedim: 
- Bəli, dəfələrlə. 
- Necə təsir etdi? 
-  Mədəni  təmizləyir,  böyrəyi  piyləndirir  və 
yeməyə iştah gətirir. 
-  Əgər  süd  içmək  vaxtı  olsaydı,  səninlə  birlikdə 
Yənbiə gedərdik ki, süd içək. 

 
98 
“Kafi”  –  Muhəmməd  ibn  Yəhya  sənədi  Imam 
Kazimə (ə)  yetişən bir hədisdə: - Hər kəs qatıq yemək 
və  bunun  ona  zərər  verməməsini  istəyirsə,  onun  içinə 
hazum (həzm etdirən) töksün. 
Soruşdum: - Hazum nədir? 
- Cirə. 
Imam  Kazım  (ə):  Hər  kəsin  bel  suyu  (sperması) 
dəyişikliyə məruz qalıbsa, ona təzə sağılmış süd və bal 
faydalı olar. 
 
 
TurĢudulmuĢ süd məhsullarının pəhrizi əhəmiyyəti 
 
Turş  süd  məhsullarında  (kefir,  qatıq,  kəsmik,  süz-
mə,  turş  xama  və  s.)  zülal,  yağ,  vitamin  və  mineral 
maddələrdən  başqa  nizin,  streptozin,  laktolin  kimi 
antibiotiklər də mövcuddur. Bunların isə profilaktik və 
müalicəvi  əhəmiyyəti  böyükdür.  Bu  antibiotikləri 
sintez  edən  süd  turşusuna  qıcqırdan  bakteriyalar  və 
maya göbələkləridir. 
Turş  süd  məhsullarında  vitaminlərin  miqdarı  süd-
dəkindən  daha  çoxdur.  Bunun  səbəbi  süd  turşusuna 
qıcqırdan  bakteriyaların  bəzi  növlərinin vitamin sintez 
etməsidir. Qımız və asidofilin qatığında nizin adlı anti-
biotik vardır ki, onun müalicəvi əhəmiyyəti böyükdür. 
I.I.Meçnikov turş süd məhsullarının profilaktik və 
müalicəvi  əhəmiyyətinin  elmi  əsasını  vermişdir.  O, 
müəyyən  etmişdir  ki,  Bolqarıstan  əhalisinin  əksəriy-
yətinin  uzun  ömürlü  olmasına  səbəb  yerli  turş  süd 
məhsulu –  bolqar  qatığının qidalanmada  geniş  istifadə 
olunmasıdır. Turş süd məhsulunda – qatıqda süd turşu-
suna qıcqırdan  bakteriyalar süd  şəkərini  süd  turşusuna 
parçalayır.  Bu  turşu  bağırsaqda  çürüdücü  mikroorqa-
nizmlərin inkişafına imkan vermir. 

 
99 
Azərbaycanda  hazırlanan  qatıq  öz  tərkib  və 
keyfiyyətinə görə şimal rayonlarda hazırlanan qatıqdan 
fərqlənir.  Hələ  1897-ci  ildə  A.A.Kalantar  alim  Linder 
və  Veykman  alimlərinın  xahişi  ilə  Berlinə  qatıq 
nümunəsi  göndərmiş,  onlar  müəyyən  etmişlər  ki,  bu 
cənub  qatığında  bir  neçə  növ  faydalı  bakteriyalar 
vardır ki, insanlar üçün çox xeyirlidir. 
Hazırda  turş  süd  məhsullarından  Azərbaycanda 
əsasən  qatıq,  kefir,  asidofilin,  ayran,  kəsmik,  süzmə, 
turş  xama  və  s.  istehsalı  geniş  yayılmışdır.  Bu  məh-
sulların  hamısı  pasterizə  olunmuş  südün  üzərinə  süd 
turşusuna  qıcqırdan  bakterial  maya  əlavə  edilməklə 
hazırlanır.  Turş  süd  məhsullarının  istehsalında  inək, 
camış, qoyun südlərindən istifadə olunur. Bu məhsullar 
süddə gedən biokimyəvi-mikrobioloji proseslər nəticə-
sində  əmələ  gəldiyi  üçün  onlarda  adi  içməli  süddən 
fərqli olaraq, bir sıra maddələr və xassələr əmələ gəlir. 
Məsələn,  turş  süd  məhsulları  orqanizmdə  daha  tez  və 
asan  həzm  olur.  Belə  ki,  süd  orqanizmdə  3  saat 
müddətinə  44%  həzm  olduğu  halda,  qatıq  həmin 
vaxtda 95,5% həzmə gedir. Bunun səbəbi odur ki, süd 
mayalandıqda (dələmələndikdə) onun mürəkkəb  zülal-
ları  sadə  peptonlara  və  başqa  daha  asan  həzm  olan 
maddələrə parçalanır. 
Pəhrizi  turşudulmuş  süd  məhsulları  mayalanma 
xüsusiyyətinə və qıcqırdılmadan alınan son məhsullara 
görə  2  qrupa  bölünür.  Birincilər  yalnız  süd  turşusuna 
qıcqırma  gedən  məhsullardır.  Bu  qrupa  müxtəlif 
qatıqlar,  asidofilinlər,  yoğurt  və  s.  aiddir.  Ikincilər 
qarışıq  qıcqırmanın  –  süd  turşusuna  və  spirtə  qıcqır-
manın  nəticəsində  alınan  turşudulmuş  süd  məhsulla-
rıdır. Bunlara kefir, qımız və digər məhsullar aiddir. 

 
100 
Turşudulmuş  süd  məhsulları  istehsalının  mahiy-
yəti  ondan  ibarətdir  ki, laktaza fermenti  ilk  mərhələdə 
süd şəkəri laktozanı qlükoza və qalaktozaya parçalayır. 
Sonra  süd  turşusu  bakteriyalarının  təsirindən  qlükoza 
və  qalaktoza  süd  turşusuna  çevrilir.  Bu  zaman  başqa 
uçucu  turşular və karbon qazı  əmələ  gəlir.  Süddə olan 
laktozanın  25%-i  parçalanır.  Yerdə  qalan  süd  şəkəri 
qidalanmada 
bağırsaqlarda 
olan 
süd 
turşulu 
bakteriyaların həyat fəaliyyətində istifadə edilir. 
Qarışıq qıcqırmada laktozanın hidrolizindən alınan 
qlükoza  və  qalaktozanın  bir  hissəsi  süd  turşusu,  digər 
hissəsi  isə  sirkə  aldehidi  və  karbon  qazı  əmələ  gətirir. 
Sonradan  sirkə  aldehidi  etil  spirtinə  çevrilir.  Əmələ 
gələn  süd  turşusu  südün  zülallarına  təsir  edir  və 
onlardan kalsiumu ayırır. Əmələ gəlmiş sərbəst kazein 
turşusu  dələmə  əmələ  gətirir.  Baş  verən  biokimyəvi 
proseslər  nəticəsində  yeni  qiymətli  xassələrə  malik 
turşudulmuş  süd  məhsulları  əldə  edilir.  Adi  südə 
nisbətən  turşudulmuş  süd  məhsulları  asan  və  tez 
mənimsənilir. Əmələ gələn süd turşusu, spirt və karbon 
qazı mədə-bağırsağın şirə və ferment ifrazını artırır, bu 
da qidanın həzmini və mənimsənilməsini sürətləndirir. 
Bu  zaman  həzm  prosesinə  sərf  edilən  enerjinin 
miqdarı  da  azalır  ki,  bu  da  zəif  orqanizm  üçün  çox 
əlverişlidir. Ona görə də xəstələrin qidalanmasında turş 
süd məhsullarından geniş istifadə olunur.  
Turş  süd  məhsulları  bir  sıra  xəstəliklərin  müalicə-
sində, məsələn kefir qan azlığında, həddindən artıq arıq-
lamada,  xroniki  kolitdə,  asidofilin  qatığı  isə  bağırsaq-
ların çürüdücü və iltihablı yaralarında istifadə edilir. 
Adi qatıq süddən fərqlənərək B
1
 və B
2
 vitaminləri 
ilə 
zəngindir. 
Bu 
vitaminlər 
sinir 
sisteminin 

 
101 
fəaliyyətini  nizamlayır,  ona  görə  də  axşamlar 
yatmazdan qabaq qatıq içmək məsləhət görülür. 
Yüksək  keyfiyyətli  süd  məhsulu  -  kəsmikdə  olan 
xolin  və  metionin,  qanda  xolesterin  maddəsini  azalt-
maqla ateroskleroz xəstəliyinə tutulmanın qarşısını alır. 
Kəsmik  və  süzmə  uşaqların  qidalanmasında 
əvəzedilməzdir.  Onlar  inkişafda  olan  orqanizmin  boy 
artımını, sümüklərin inkişafını, həm də sinir sisteminin 
funksiyasını normallaşdırır. 
Pendirin  tərkibində  çoxlu  zülal,  yağ,  vitamin, 
fosfor, 
kalsium 
duzları, 
müxtəlif 
aminturşuları 
olduğundan o qidalanmada geniş istifadə edilir. 
Pendirdə  olan  zülal  onun  yetişmə  dövründə 
parçalandığından həzm olunması asanlaşır. 
Yüksək  qidalı  süd  məhsullarından  biri  də  turş 
xamadır  (smetan).  Xama  yağ  və  zülalla  zəngindir.  O, 
ateroskleroz  xəstəliyinin  profilaktikası  üçün  vacibdir. 
Ayran həm qocalar, həm də uşaqlar üçün xeyirlidir. 
Süd  və  süd  məhsullarının  bu  əhəmiyyətli  xassələ-
rini nəzərə alaraq Qidalanma Institutu orta yaşlı insan-
ların  gündəlik  qida  payında  500  q  süd  və  ya  kefir, 
qatıq,  15  q  kərə  yağı,  18  q  pendir,  20  q  kəsmik  və  ya 
süzmə,  18  q  turş  xama  (smetan)  olmasını  məsləhət 
görür. 
 
Pendir haqqında hədislər 
 
Peyğəmbər (s.ə.v.): 
1.  Pendir  yeyin!  O,  yuxu  gətirir  və  qidanı  həzm 
etdirir. 
2. Pendir dərddir, amma qozla yeyildikdə dərmandır. 
3.  Pendir  də,  qoz  da  ayrı-ayrılıqda  dərddirlər,  bir 
yerdə yeyiləndə isə dərman olurlar. 

 
102 
4.  Hamilə  qadın  pendiri  yemişlə  yeyərsə,  dünyaya 
gətirəcəyi körpənin üzü və xasiyyəti gözəl olar. 
5.  On  şey  yaddaşsızlığa  gətirib  çıxardar:  pendir 
yemək,… 
“Tibbül-əimmə”:  Allahın  Rəsulu  (s.ə.v.)  xiyarı 
duzla, yemişi isə pendirlə yeyərdi. 
Imam Sadiq (ə): 
1.  “Pendir  ilə  badam  birlikdə  şəfadır,  lakin  onların 
hər biri ayrılıqda xəstəlikdir”.  
2. “Pendir özündən qabaq yeyilən şeyləri həzm edər, 
özündən sonra üçün iştaha yaradar”. 
3. Pendir nə yaxşı qidadır! O, ağzı dada gətirir, ağız 
iyini  yaxşılaşdırır,  özündən  qabaq  yeyilənləri  həzm 
etdirir,  sonra  yeyilənlərə  iştah  yaradır.  Hər  kəs  ayın 
əvvəlində pendir yeməyə adət edərsə, güman var ki, heç 
bir istəyi rədd edilməz. 
4. Pendir nə yaxşı qidadır! O, içilən mayeləri xoş iyli 
edir, özündən qabaq yeyilənləri həzm etdirir, sonrakılara 
isə iştah yaradır. 
5.  Qoz  və  pendir  bir  yerdə  yeyildikləri  vaxt  hər 
birində  şəfa  olur,  tək  yeyildikləri  vaxt  isə  hər  birində 
dərd olur. 
Açıqlama:  Əllamə  Məclisi  (A.o.r.)  buyurub  ki, 
yuxarıdakı xüsusiyyət təzə, duzlanmamış pendirə aiddir. 
Belə  pendir  həmin  şəhərlərdə  çox  yeyilir.  Təzə  pendir 
soyuqluq  yaradandır,  qozun  hərarəti  isə  soyuqluğu 
neytrallaşdırır. 
“Kafi”:  Rəvayət  edilib  ki,  pendirin  zərəri  onun  üz 
qabığındadır. 
“Kafi”  –Məhəmməd  ibn  Rəzi  Nişapuri  bəzi 
şəxslərdən, o da Imam Sadiqdən (ə): Bir kişi həzrətdən 
pendir  haqqında  soruşdu.  Həzrət  dedi:  “Dərddir,  onda 

 
103 
heç  bir  dərman  yoxdur”.  Gecə  olduqda  həmin  şəxs 
yenidən  Imam  Sadiqin  (ə)  yanına  gəldi.  Həzrətin 
süfrəsində pendir gördükdə dilləndi: 
-  Sənə  fəda  olum,  səhər  səndən  pendir  haqqında 
soruşanda  mənə  dedin  ki,  o,  dərddir,  dərmanlığı 
yoxdur, amma indi süfrəndə pendir görürəm?! 
Həzrət dedi: 
- Pendir səhərlər ziyanlı, axşamlar isə faydalıdır. O 
belin suyunu artırır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
104 
ƏT  YEYILMƏSININ  ISLAMI  ġƏRTLƏRI 
 
 
Insan  orqanizminin  bütün  funksiyalarının  normal 
getməsi, canlıların artması və bədənin cansağlığı zülal-
larla bağlıdır. Zülalların tərkibində karbon, hidrogen və 
oksigenlə  yanaşı  azot  da  vardır.  Zülalların  əsasını 
aminturşuları təşkil edir. Bunların bir qismi yalnız ətdə 
olur (əvəzedilməz aminturşuları) və ət yeməyi ilə insan 
orqanizminə keçir. Canlı orqanizmdə gedən bütün pro-
seslərdə,  hüceyrənin  metabolik  funksiyalarını  tənzim-
ləyən  fermentlər  də  zülallardan  təşkil  olunmuşdur. 
Insan  bədəninin  bütün  hüceyrələrinin  böyük  bir  qismi 
zülallardan  ibarətdir  və  bu  hüceyrələr  sürətlə  dəyişib 
yeniləşməkdədir.  Bu  cəhətdən  hər  gün  qida  ilə  zülal 
qəbul  etmək  zərurəti  vardır.  Zülal  çatışmadıqda  insan 
böyümədən  qalır,  halsızlıq,  qansızlıq  hiss  olunur. 
Yaraların  sağalması  gecikir,  zərərli  mikroblara  qarşı 
müqavimət  azalır.  Qaraciyər  yağlanır.  Bədən  üçün 
lazım olan zülalların əsas mənbəyi isə ətdir. 
“Qurani-Kərim”-də  halal  və  haram  barədəki 
göstərişlərdə  ət  yeməkləri  xüsusi  olaraq  qeyd  olunur. 
“Qurani-Kərim”-də insan orqanizmi üçün mühüm qida 
maddəsi olan ət haqqında bir çox ayələr vardır.  
“Qurani-Kərim”-in 14 surəsinin 25 ayəsində ət və 
ət məhsulları haqqında Allah kəlamları buyrulmuşdur. 
Bu  ayələrdə  hansı  heyvanların  ətinin  halal  və  ya 
haram olması, onların kəsilməsi qaydası, ətin saxlanıl-
ması, təmizliyi, kəsilən heyvanların digər bədən orqan-
larının  və  qanın  istifadə  olunması  və  digər  məsələlər 
müsəlmanlara təlqin olunmuşdur. 
 

 
105 
 “Qurani-Kərim”-də ət haqqında ayələr 
 
Sıra 
sayı 
Surənin 
nömrəsi 
Surənin adı 
Ayələrin nömrəsi 

2  
əl- Bəqərə 
168,172,173,259 


əl-Maidə 
3, 96 


əl-Ənam 
118,119,121,145 

11 
Hud 
69 

16 
ən- Nəhl 
5,14,115 

22 
əl- Həcc 
5,37 

23 
əl-Muminun 
14 

35 
Fatir 
12 

36 
Yasin 
72 
10 
40 
əl-Mumin 
79 
11 
49 
əl-Hucurat 
12 
12 
51 
əz-Zariyat 
24,27 
13 
52 
ət-Tur 
22 
14 
56 
əl-Vaqiə 
21 
 
 “Bunları  (bu  davarları)  onların  ixtiyarına  ver-
dik. Onlardan mindikləri də var, ətini yedikləri də” 
(Yasin, 36/72). 
 (Ya  Rəsulum!)  De  ki:  “Mənə  gələn  vəhylər 
içərisində  murdar  olduqları  üçün  ölü  heyvan, axar 
qan,  donuz  əti  və  ya  Allahdan  baĢqasının  adı  ilə 
(bismillah  deyilmədən)  kəsilmiĢ  heyvanlar  istisna 
olmaqla,  hər  hansı  bir  kəsin  yediyi  yeməklər 
içərisində haram buyurulan bir Ģey görmürəm. Bu-
nunla yanaĢı, hər kəs məcburiyyət qarĢısında qalsa, 
həddi  aĢmadan  zəruri  ehtiyacını  ödəyəcək  qədər 
(bunlardan  yesə,  Allah  ona  cəza  verməz)”.  Çünki 
sənin  Rəbbin,  həqiqətən  bağıĢlayan  və  rəhm 
edəndir. (Əl-Ənam, 6/145).  
Peyğəmbərimiz (s.ə.v.) – “Ət dünya və axirətin ən 

 
106 
üstün yeməyidir” ifadəsini bildirmişdir. Çünki kimyəvi 
tərkibinə və qidalılığına  görə ətin üstün olması müasir 
elmi  tədqiqatlarla  sübuta  yetirilmişdir.  Peyğəmbəri-
mizin (s.ə.v.) qoyun, toyuq, dəvə, keçi, kəklik, balıq əti 
yediyini qaynaqlardan oxuyuruq. 
Həzrəti Əli (ə) isə – “Ət yeyiniz. Çünki o ət bitirir. 
Gözə  də  qüvvət  verir”  buyuraraq  ətin  orqanizmə 
xeyirli olduğunu söyləmişdir. Həzrəti Əli (ə) demişdir: 
“Ət  yemək  bədənin  rəngini  saflaşdırır  və  insanı 
gözəlləşdirir”.  Müasir  elm  ətin  qanazlığının  qarşısını 
alan  bir  dəmir  və  vitamin  mənbəyi  olduğunu  sübut 
etmişdir. Imam Şafi də “ət yemək ağlı ziyadə edər” de-
mişdir.  Zülal  və  aminturşu  (əvəzolunmaz  amintur-
şuları) mənbəyi olan ətin zəka üzərindəki müsbət rolu 
müasir dövrdə elmi əsaslarla sübuta yetirilmişdir. 
Lakin  qaynaqlarda  heyvani  piyin  zərərli  olması 
haqqında  məlumatlar  vardır.  Gerçəkdən  də  heyvani 
yağı çox  yedikdə  insanda  bəzi xəstəliklər, o  cümlədən 
qan-damar xəstəlikləri, qan təzyiqi və ateroskleroz baş 
verir.  Həzrəti  Əlinin  (ə)  “Iç  yağı  xəstəlikdir”  deməsi 
bərk  heyvanat  yağlarının  insan  orqanizminə  zərərini 
göstərir. Müasir elmi biliklər də bərk heyvanat yağının 
qida üçün istifadə olunmasını münasib saymır. 
Ətdən  sonra  islamda  ən  dəyərli  qida  sayılan  kə-
silən ev heyvanlarının qaraciyəridir. Çünki qaraciyərin 
tərkibində vitamin və dəmir çoxdur. Əbubəkir Razinin 
qaraciyərlə  bağlı  söylədiyi  fikirlər  belə  ifadə  olunur: 
“Qidası yaxşıdır. Ciyərdən meydana gələn qan sağlam 
və  sağlıqlı  bir  qandır”.  Bugünkü  tibb  elmində  də  qanı 
az  olanlara  və  görmə  qabiliyyəti  zəifləyənlərə  qara-
ciyər yemək tövsiyə olunur. 
Islamda  ətin  insan  üçün  əhəmiyyətini  nəzərə 

 
107 
alaraq  kasıbların  ondan  istifadə  etmələri  də  nəzərə 
alınmışdır.  Varlılar  Qurban  bayramında  kasıblara 
qurban  əti  göndərir,  onların  ət  yemələrinə  köməklik 
göstərirlər. 
HaĢiyə:  Qurban  bayramında  qoyun  kəsilməsi, 
kəsilmiş  qoyunun  ətinin  üçdən  iki  hissəsinin 
kasıblara və qonşulara verilməsi, üçdən bir hissəsinin 
isə  qurban  kəsilən  evdə  saxlanılması  adəti  qədimdən 
mövcuddur.  Qurban  ətindən  bişirilən  xörəklər (xam-
bozbaş,  kabab,  cızbız  və  s.)  el  arasında  müqəddəs 
sayılır və həmin xörəklərin yeyilməsi savab hesab edi-
lir. Bəzi şərab içən kişilər, hətta qurban ətindən bişən 
xörəklərin  yeyilməsindən  imtina  edirlər.  Onlar  belə 
hesab  edirlər  ki,  artıq  şərab  içdikləri  üçün  bir  dəfə 
günah  qazanıblar,  qurbanlıq  ətin  xörəyini  yeməklə 
ikinci  dəfə  günaha  batmaq  istəmirlər.  (Yaxşı  olardı 
ki, ümumiyyətlə, şərab da içməsinlər. Ə-C.Ə.). 
 “Böyük  Türkiyə  tarixi”  əsərində  türklərin  qədim-
dən  basdırma,  qovurma  və  sucuq  şəklində  əti  aylarla 
saxladıqlarını,  digər  millətlərin  qurudulmuş  ət  hazırla-
mağı türklərdən öyrəndiyini oxuyuruq. Gündə 320 q ət 
yeyilməsi (balıq əti də buraya daxildir) Islamda normal 
hesab  edilir.  Ət  haqqında  türklərin  məşhur  bir  atalar 
sözü  var:  “Ət  girən  yerə  dərd  girməz”.  Yəni  kim 
gündəlik  qidasında  ətdən  istifadə  edirsə,  orqanizmi 
xəstəliklərə qarşı müqavimətli olur. 
Tarixi  qaynaqlarda  ətin  insanların  qidalanmasında 
xüsusi  yeri  olduğu qeyd  edilməklə,  onun hansı  forma-
da insan orqanizminə zərərli olduğu da göstərilmişdir. 
“Qurani Kərim”- də buyururlar: 
“O  (Allah)  sizə  ölmüĢ  heyvanı,  (axar)  qanı,  do-
nuz ətini və Allahdan baĢqasının adı ilə (bütlərin və 

 
108 
s.adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmiĢdir…” 
(Bəqərə, 2/173). 
Bildiyimiz  kimi,  canlı  varlıq  öldüyü  zaman  orqa-
nizmdə  mikroblar,  bakteriyalar  qaynaşmağa  başlayır. 
Bu  zaman  çürüdücü  və  parçalayıcı  bakteriyalar  cəm-
dəyə  yayılır.  Bakterioloji  tədqiqatların  aparılmasından 
çox-çox  əvvəllər  “Qurani-Kərim”  bizə  ölü  əti  yeməyi 
haram buyurmuşdur. 
Dalaq  haramdır.  Axan  qan  haramdır.  Donuzdan 
insana  keçən  xəstəlik  trixinellozdur.  Donuz  əti,  ağ  ayı 
və sığır əti yeyənlərin 78%-də trixin xəstəliyi müşahidə 
edilmişdir.  Donuz  əti  ilə  trixinozdan  daha  təhlükəli 
xəstəliklər törənə bilir. Amerikada hər il 3300 uşaq ana 
bətnində  T.rongun  almış,  bunların  yüzdə  altısının  qısa 
bir müddətdə öldüyü məlum olmuşdur. 
Araşdırmalar  göstərir  ki,  hər  üç  donuzdan  birində 
T.gondi  paraziti  var.  Donuzda  çox  önəmli  toksik 
amildən biri də qrip virusudur. London Virus Araşdır-
maları  Institutunun  professoru  Shopca  görə  viruslar 
donuzun ağciyərində yaşayır və bu yolla donuz ətindən 
hazırlanan məhsullara keçir. Donuz əti yeməklə insana 
daha bir çox xəstəlik keçməsi məlumdur. Ikinci Dünya 
müharibəsi dövründə Quzey Afrika hərəkatında iştirak 
edən  alman  əsgərlərinin  ayaqlarında  yara  halında 
görünən  bir  xəstəlik  təsbit  edilmişdir.  Buna  tropik 
ülseq  deyilirdi.  Bu  xəstəlik  əsgərlərə  müharibədə 
iştirak  etməyə  mane  olur,  uzun  müddət  xəstəxanada 
qalmaq məcburiyyətində qalır, hətta bu xəstəliyin qida 
ilə  yoluxması  güman  edildi.  Çünki  belə  rahatsızlığa 
yerli əhalidə rast gəlinmirdi. Sonradan yerli müsəlman 
əhalisinin  qidalandığı  məhsulların  yeyilməsi  ilə 
əsgərlərdə  həmin  xəstəlik  tənzim  edildi.  Nəticədə 

 
109 
tropik ülseq dərdi tamamən ortadan qalxdı. 
Yer  üzündəki  heyvanlar  içində  ən  çox  ürük  asid 
daşıyan donuzdur. Fəqət, donuzdan başqa heyvanlar bu 
maddəni  idrar  yoluyla  davamlı  kənara  atırlar.  Insan 
vücudu  bu  maddənin  90%-ni  böyrəklərin  köməyi  ilə 
kənara  çıxarır  (ifraz  edirlər).  Fəqət,  donuz  üçün  ürük 
asidin  2%-dən  çoxunu  çıxarmaq  mümkün  deyildir. 
Geriyə  qalan  miqdar  da  qanın  bir  parçası  olaraq 
varlığını  davam  etdirir.  Bu  üzdən  donuz  daima  bu 
xəstəliklərə  məruz  qalır.  Ətini  yeyənlərdə  diz  ağrıları, 
revmatizm kimi şikayətlər tez-tez müşahidə edilə bilir. 
Donuz  əti  yalnız  yumşaq  kolbasa  emalı  üçün 
əlverişlidir.  Buna  səbəb  amino-şəkər,  heksozamin  isə 
kükürdün  birləşməsi  əmələ  gələn  sulfid  turşusu  və 
mikoitin sulfit turşusu kimi maddələridir. 
Donuzun  ən  önəmli  zərəri  onun  daxili  orqan-
larında  çoxlu  yağın  olmasından  irəli  gəlir.  Başqa  hey-
vanlara  nisbətən  donuz  ətində  yağın  və  xolesterinin 
miqdarı  daha  çoxdur. Təfsirlərdə  bu  yağın  daha  təhlü-
kəli  olduğuna  dair  fikirlər  vardır.  Xolesterolun  pan-
kreatin,  yoğun  bağırsaq  və  mədə  xərçəngi  riskini 
artıran səbəbi var. 
Yüklə 18,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin