Müsəlmanın həyatında halal və haram ət
məhsulları
Qədim zamanlardan Allah Təbarəkə Təala insanlara,
xalqlara yeməklərin halal və ya haram olması barədə
göstərişlər vermişdir, xüsusilə də ət yeməkləri haqqında.
Ət və balığın yeyilməsi qaydaları müxtəlif xalqlar-
da, icmalarda, dinlərdə bir-birindən fərqlənir.
Yeyilməsinə icazə verilmiş ət məhsullarına quruda
və suda yaşayan heyvanların əti aid edilir.
110
Quruda yaşayan heyvanlardan “Qurani-Kərim”
yalnız donuz ətini, ölmüş heyvan ətini və Allahın adına
kəsilməmiş heyvanın ətini və qanını qadağan edir.
Müqəddəs Quran Muhəmməd Peyğəmbər(s.ə.v.)
vasitəsilə bizi xəbərdar edir: “… (O peyğəmbər) onla-
ra yaxĢı iĢ görməyi buyurar, pis iĢləri qadağan
edər, təmiz (pak) nemətləri halal, murdar (napak)
Ģeyləri haram edər…”. (Əl-Əraf, 7/157).
Murdar, natəmiz, pak olmayan insanlarda ikrah
hissi yaradan şeydir.
Mömin xəlifələr deyirlər ki, “cəsədində vəhşi hey-
vanın dişlərinin və ya vəhşi quşun caynağının izi olan
heyvanın ətini yeməyi Allah qadağan etmişdir. Başqa
heyvanın bədənini parçalaya bilən yırtıcılara şir, pə-
ləng, canavar və s. heyvanlar aid oluna bilər. Yırtıcı
quşlara qartal, şahin, qırğı və digər bu qəbildən olan
quşlar aiddir.
Ölü heyvan ətinin qadağan olunması onun qida ki-
mi qəbul edilməsinin qadağanı deməkdir. Onun dərisi,
buynuzu, sümükləri, tükü çox lazımdır və insana xeyir
verə bilər.
Bir dəfə Ibn Əbbas Möminə xatına zəkat olaraq
qoyun verir. Qəflətən qoyun ölür. Peyğəmbər (s.ə.v.)
onlara yaxınlaşıb deyir: “Heyvanın dərisini soyun, tə-
mizləyin, aşılayın və istifadə edin”. Onlar Rəsulüllaha
belə deyirlər: “Bu ki, ölü heyvandır!”. Peyğəmbər
(s.ə.v.) cavab verir ki, bu qoyunun yalnız ətini yemək
olmaz. O, Ibn Əbbasa və Möminəyə qoyunun dərisinin
soyulması və aşılanması qaydasını göstərir. “Əgər dəri
aşılanıbsa, o, pak hesab olunur” - deyə mömin xəlifələr
təsdiq edirlər. Bu, bütün dərilərə aiddir, istər it dərisi,
istərsə də hətta donuz dərisi olsun.
111
Nəcib yeməklərə izn verilir
“Ey insanlar! Yer üzündəki Ģeylərin təmiz,
halal olanlarını yeyin. ġeytanın izi ilə getməyin! Hə-
qiqətən, o (Şeytan) sizinlə açıq-açığına düĢməndir”.
(əl-Bəqərə, 2/168).
Xudavəndi-aləm insanları onlar üçün yer üzündə
yaratdığı nemətlərdən istifadə etməyə və şeytana qulaq
asmayıb, Onun qadağan etdiklərini yeməməyə dəvət
edir.
Allah möminlərə bu sözlərlə müraciət edir: “Ey
iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və)
halalından yeyin! Allaha ibadət edirsinizsə, (bu
nemətlərə görə) Ona Ģükr edin”. (əl-Bəqərə, 2/172).
“O (Allah) sizə ölmüĢ heyvanı, (axar) qanı, do-
nuz ətini və Allahdan baĢqasının adı ilə (bütlərin və
s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmiĢdir.
Lakin naəlac qaldıqda (başqasının malını) zorla mə-
nimsəmədən və həddini aĢmadan (zəruri ehtiyacı
ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kim-
sənin heç bir günahı yoxdur. Allah bağıĢlayandır,
mərhəmətlidir!” (əl-Bəqərə, 2/173).
Yemək üçün qadağan olunan şeylər haqqında “əl-
Maidə” surəsinin 3-cü ayəsində buyurulur:
“Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan,
qan, donuz əti, Allahdan baĢqasının adı ilə (bis-
millah demədən) kəsilmiĢ, boğulmuĢ (küt alət və ya
silahla) vurulmuĢ, (bir yerdən) yıxılaraq ölmüĢ,
(başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiĢ,
vəhĢi heyvanlar tərəfindən parçalanıb yeyilmiĢ –
canı çıxmamıĢ heyvanlar müstəsnadır – dikinə
qoyulmuĢ daĢlar (bütlər və ya Kəbənin ətrafındakı
112
bütpərəst qurbangahlar) üzərində kəsilmiĢ heyvanlar
və fal oxları ilə pay bölmək sizə haram edildi.
Bunlar günahdır... Kim aclıq üzündən naçar
qalarsa, (çətinliyə düşərsə) , günaha meyl etmək
niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək
qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah
bağıĢlayandır, rəhm edəndir! “. (əl-Maidə, 5/3)
Habelə “əl-Ənam” surəsinin 145-ci ayəsində
deyilir: (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içəri-
sində murdar olduqları üçün ölü heyvan, axar qan,
donuz əti və ya Allahdan baĢqasının adı ilə (bismil-
lah deyilmədən) günah olaraq kəsilmiĢ heyvanlar
istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər
içərisində haram buyurulan bir Ģey görmürəm.
Bununla yanaĢı, hər kəs məcburiyyət qarĢısında
qalsa, həddini aĢmadan, zəruri ehtiyacını ödəyəcək
qədər (bunlardan yesə, Allah ona cəza verməz). Çünki
sənin Rəbbin, həqiqətən, bağıĢlayandır, rəhm
edəndir!”. ( əl-Ənam, 6/145).
Islam ölmüş heyvan ətini, qanı, donuz ətini, Allah-
dan başqasının adı ilə kəsilmiş heyvan ətini qadağan
edir.
Ölü heyvan əti nə üçün haramdır?
Quran ayələrində müsəlmanın qidalanması məsə-
lələrində birinci olaraq ölü heyvan ətinin qadağan
olunması göstərilir, yəni əgər heyvan və ya quş öz
ölümü ilə ölübsə (insan tərəfindən kəsilməyibsə,
ovlanmayıbsa və s.) bu heyvanın əti murdardır. Bəs
bunun mənası nədədir?
Islam bu qadağanı nə ilə izah edir?
Birincisi – şüur, heyvan cəsədinə ikrahla yanaşır,
113
onu murdar və napak hesab edir. Ağıllı adamlar ölü
heyvan əti yeməyi insan ləyaqətinə zidd hərəkət kimi
qiymətləndirirlər. Buna görə də insanlar Allahın adı ilə
qurban kəsilən heyvanın ətini yeyirlər.
Ikincisi – müsəlmanın bütün əməllərində müəyyən
niyyət olur. Əgər müəyyən niyyəti, məqsədi, hədəfi
olmasa, müsəlman heç bir şeyə nail ola bilməz. Hey-
vanın qurban kəsilməsinin mənası, yəni insanın onu
öldürməyinin məqsədi, heyvanın “canını alıb”, ətini
qida üçün istifadə etməkdən ibrətdir. Allah Təbarəkə
Təala insana əvvəldən qurbanlıq kimi kəsilməsini,
ovlanmasını, yaxud heç olmazsa, qida kimi istifadə
edilməsini nəzərdə tutmadığı heyvanın ətini haram
buyurub.
Üçüncüsü – öz əcəli ilə ölmüş heyvan, çox ehtimal
ki, təsadüfən və ya zəhərli bir şey yediyindən və s.
səbəblərdən tələf olur. Buna görə də belə heyvanın əti
insana zərər gətirə bilər. Əgər heyvan ölübsə, deməli, o
ya zəif, ya da xəstə olub.
Dördüncü – Allah Təbarəkə Təala insan övladına
ölü heyvan ətini qadağan edib, lakin heyvanı kəsib
yeməyə izn verib. Şükr olsun Onun kəramətinə!
Beş cür ölü heyvan əti var:
-
boğulmuş heyvan;
-
başından zərbə vurulması nəticəsində ölmüş
heyvan;
-
ağac və ya başqa ağır əşya ilə vurulub
öldürülmüş heyvan;
-
hündürlükdən yıxılaraq ölmüş heyvan;
-
yırtıcı heyvan tərəfindən parçalanıb öldürülmüş
heyvan.
114
Nəyə görə heyvanın qanını içmək olmaz?
Bir dəfə Ibn Əbbasdan soruşurlar: “Heyvanın dala-
ğını yemək olarmı?” O, cavab verir: “Olmaz, çünki o -
qandır”.
Ağıllı adamda dalaq ikrah hissi oyadır, çünki o
murdardır. O da ölü heyvan kimi bir çox xəstəliklərin
mənbəyidir. Buna görə də müsəlmana qan içmək
qadağan olunub.
Nəyə görə donuz əti yemək qadağandır?
Donuz ətini ona görə yemək olmaz ki, o mur-
dardır, çünki donuz natəmiz şeylərlə qidalanır. Müasir
təbabət donuz ətinin insana zərər olmasını sübut edir.
Nəyə görə Allahdan baĢqasının adı ilə kəsilmiĢ
heyvan ətini yemək qadağandır?
Heyvan, ola bilsin ki, hər hansı bütün adı ilə
kəsilsin. Müsəlman üçün belə heyvanın ətini yemək
günahdır. Əgər müsəlman belə əti yeyərsə, Allahdan
uzaqlaşaraq, bütə yaxınlaşar və Islamın əsasını təşkil
edən, Allahın tək olması ehkamını pozmuş olar.
Istisna olunan hallar
Bütün göstərilən qadağalar seçmək imkanı olduğu
hallarda vacibdir: “...Halbuki məcburiyyət qarĢısın-
da (yeməli) olduğunuz Ģeylər istisna edilməklə, sizə
haram buyurduqlarını artıq O (Allah) müfəssəl
Ģəkildə sizə bildirmiĢdir...”. (əl-Ənam, 6/119).
Allah Təbarəkə Təala ölü heyvan ətini və qanı
qida kimi qəbul etməyin haram olduğunu izah edəndən
sonra belə buyurur: “...Lakin naəlac qaldıqda
115
(başqasının malını) zorla mənimsəmədən və həddini
aĢmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan
yeməyə məcbur olan kimsənin heç bir günahı yox-
dur. Allah bağıĢlayandır, mərhəmətlidir!” (əl-Bəqə-
rə, 2/173).
Bəzi müsəlman şəriətinin bilicilərinin fikrincə bir
gün və bir gecə davam edən aclıq, müsəlmana haram
buyurulmuş şey yeməyi mümkün və üzürlü edir. Əgər
bu müddət ərzində müsəlman olan kəs halal nemət əldə
edə bilməsə, naəlac qalıb, öz həyatını saxlamaq üçün
yeməyinə haram qata bilər.
Yox, əgər müsəlman halal nemətləri qoyub
harama əl atırsa, bu böyük günahdır.
Digər üləmalar haram qida qəbul etməyin məcburi
olması hallarını başqa tərzdə şərh edirlər. Onlar belə
fikir yürüdürlər ki, müsəlman son nəfəsinə qədər
haram şey yeməməlidir.
Lakin aclıq üzündən müsəlmana qadağan olunmuş
yeməklərin icazə verilməsi barədə Quranda açıq-aşkar
deyilir: “...Kim aclıq üzündən naçar qalarsa,
(çətinliyə düşərsə), günaha meyl etmək niyyətində
olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu
haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah
bağıĢlayandır, rəhm edəndir! “. (əl-Maidə, 5/3.
Ət və piy haqqında hədislər
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub ki, ət və piydə elə
bir tikə yoxdur ki, mədəyə düşdüyü yerdə şəfa
qoymasın və dərdləri oradan qovmasın.
Peyğəmbər (s.ə.v.) cənabları buyurub:
1. “Biz peyğəmbərlər ət sevən camaatıq”.
2. “Dəvə ətini yeyin, Allahın düşməni olan
116
yəhudilərə müxalif olan bütün möminlər onu yeyirlər”.
3. “Kim ürəyindən şikayət etsə və qəmi çox olsa,
turac əti yesin”.
Həzrəti Əli (ə) buyurub:
1. “Dünyada və axirətdə ət – təamların ağasıdır”.
2. “Çəyirtkə halaldır, amma dənizdə ölmüş
balıqlar və başqa heyvanlar haramdır”.
3. “Çəyirtkə və balıqların hamısı halaldır”.
Məqsəd budur ki, çəyirtkə və ovlanıb sudan
xaricdə ölmüş balıq əti halaldır. Lakin dənizdə ölmüş
hər bir heyvan, eləcə də balıq haramdır.
Imam Cəfər Sadiq (ə) buyurub:
1. “Hər kəs qırx gün ət yeməsə, onun xasiyyəti
pisləşər. Kimin xasiyyəti pisdirsə, ona ət yedirdin. Hər
kəs bir parça piy yesə (O vaxt qoyunun quyruq piyi ən
çox istifadə olunan yağ olmuşdur – Ə-C.Ə), o qədər
dərd onun bədənindən çıxar”.
2. “Ən yaxşı ət döş (sinə) ətidir”.
3. “Kimin ürəyində və ya bədənində zəiflik olsa,
qoyun ətini süd ilə yesin”.
4. “Inəyin (öküzün) əti dərddir, piyi şəfadır, südü
isə dərmandır”.
5. “Heyvanın bədənində on şey var ki, onları
yemək olmaz: 1) peyin; 2) qan; 3) haram ilik; 4) dalaq;
5) vəzilər və ya “gülümlər”; 6) cinsiyyət üzvü; 7)
xayalar; 8) rəhim, yəni balalıq (döl yerləşən kisə); 9)
həya, yəni dəvənin balalığı; 10) övdac, yəni boyunda
olan qan damarları”.
6. “Ölmüş heyvanın bədənində on şey var ki, onlar
halaldır: 1) buynuz; 2) dırnaq; 3) sümük; 4) diş; 5)
qursaq (şirdan); 6) süd; 7) tük; 8) yun; 9) pər; 10)
yumurta”.
117
Yəni əgər heyvan ölmüş olsa və şəriət qaydası ilə
kəsilməsə, belə meyit heyvanın bədənində yuxarıdakı
on şey halaldır, amma o heyvanın əti haram, həm də
murdardır. Sayılan on şey isə murdar olsa da onları pak
etmək olar.
7. “Üç şey var ki, insanın bədənini söküb dağıdar,
hətta bəzən öldürər: 1) qurudulmuş ət yemək; 2) tez-
tez hamama girmək; 3) qoca, qarı arvadlarla evlən-
mək”.
8. “Hər kəs qəmli və kədərli olsa, onun səbəbini
də bilməsə, turac əti yesin ki, onu sakit edər”.
Səd ibni Səd nəql edir ki, Imam Rza (ə) ilə söhbət
zamanı dedim ki, bizim ailədə qoyun əti yemirlər,
deyirlər ki, o səfranı artırır, baş ağrısı gətirir və
bədəndə ağrılar törədir. O Cənab (ə) buyurdu: “Əgər
Allah-təala yanında qoyundan əfzəl bir şey olsaydı,
Ismailə onu qurban verərdi”.
Yunus ibni Bəkr nəql edir ki, Imam Rza (ə) ilə
görüşdüm. O Cənab (ə) soruşdu ki, nə üçün rəngin
sarıdır? Dedim ki, qızdırma məni haldan salıb. Buyur-
du ki, ət yeginən. Bir həftədən sonra görüşəndə yenə
rəngimi sarı görüb buyurdu ki, sənə demədimmi ki, ət
ye? Dedim ki, bu həftə ərzində ətdən başqa heç nə ye-
məmişəm. O Cənab (ə) soruşdu ki, əti necə yemisən?
Dedim ki, suda bişirib yemişəm. Buyurdu: - Kabab
edib yeginən. Mən o Cənabın (ə) buyurduğuna əməl
etməyə başladım. Bir həftədən sonra yanaqlarım qızar-
mışdı.
Ibn Ömər (A.o.r.) Peyğəmbərin (s.ə.v.) belə
dediyini rəvayət edir: “Iki növ ölü və iki növ qan bizə
halal edilmişdir. Iki növ ölü – balıq və çəyirtkə, iki növ
qan isə qaraciyər və dalaqdır”.
118
Əbu Vaqid Əl-Zeysi (A.o.r.) Peyğəmbərin (s.ə.v.)
belə dediyini rəvayət edir: “Heyvan sağ ikən ondan
kəsilib götürülmüş tikə, ölü heyvan əti kimidir”.
Peyğəmbər (s.ə.v.) bir nəfərə: “Həqiqətən Allah və
Rəsulu ev eşşəklərinin ətini yeməyi sizə qadağan edir.
O nəcisdir”.
Ibn Abbas (A.o.r.) dedi ki, Peyğəmbər (s.ə.v.)
köpək dişli
heyvanların
və
caynaqlı quşların
yeyilməsini haram etmişdir.
Ibn Ömər (A.o.r.) deyir ki, Peyğəmbər (s.ə.v.)
nəcasətlə qidalanan (cəllalə) heyvanın ətini yeməyi və
südünü içməyi qadağan etmişdir.
Ibn Ömər (A.o.r.) nəcasətlə qidalanan toyuğu üç
gün qapalı yerdə saxlayardı (sonra onu kəsib yeyərdi).
Rafi ibn Xədic Peyğəmbərin (s.ə.v.) ona belə
dediyini nəql edir: “Qanı axıdılan və kəsilərkən
Allahın adı çəkilən heyvanı ye”.
Toyuq və digər quĢ ətləri
Quşçuluqdan alınan məhsullar (yumurta və quş
əti) əhalinin yüksək bioloji dəyərli qida məhsulları ilə
təmin olunmasında böyük əhəmiyyətə malikdir.
Quş ətinin kimyəvi tərkibi quşun növündən, yaşın-
dan, köklük dərəcəsindən, cəmdəyin hissələrindən, qu-
şun yemindən və bəslənməsi üsullarından asılıdır. To-
yuğun və hind toyuğunun ağ ətində 22-24%, tünd
ətində isə 20-23% zülal olur. Ağ ətdə (döş ətində)
ekstraktlı zülalsız maddələrin miqdarı tünd ətdə
(əsasən bud əti) olduğundan 1,5-2 dəfə çoxdur.
Yağının tərkibi əsasən doymamış yağ turşularından
ibarətdir. Quş ətində mineral maddələrdən Na, K, Ca,
Mg, P, Fe, vitaminlərdən A, B
1
, B
2
, PP vardır.
119
Ev quşları içərisində ən çox istifadə edilənləri
toyuqlar, hind toyuğu, qaz və ördəkdir.
Toyuqlar – ətlik, yumurtalıq və qarışıq (ətlik-
yumurtalıq) istiqamətli olur.
Ətlik istiqamətli toyuqlar nisbətən iri ölçülü, ağır
kütləli və dolu bədənli olur, boynunun qısa, döşünün
enli və qabarıq, ayaqlarının gödək və ətli olmaları ilə
fərqlənir. Anacların diri kütləsi 3,4-4,0 kq, xoruzlarınkı
4,5-5,5 kq, çolpa və beçələrinki 3 kq-dək olur. Bir ildə
160 ədədə yaxın yumurta verir.
Yumurtalıq istiqamətli toyuq cinsləri nisbətən
kiçik ölçülü, yüngül kütləli, çox cəld və hərəkətlidir. 5-
6 aylığında yumurtlayırlar. Ildə 200-300 yumurta
verirlər. Anacların diri kütləsi 2,5 kq, xoruzların isə 4,0
kq-a qədər olur.
Qarışıq istiqamətli cinslər ətlik və yumurtalıq
istiqamətli cinslərin cütləşdirilməsi nəticəsində əldə
edilmişdir. Ətlik göstəriciləri ətlik istiqamətli toyuq-
lardan aşağı, yumurtalıq toyuqlardan üstündür. 6-7
ayında yumurtlayır. Anacların diri kütləsi 2,5-3,0 kq,
xoruzların isə 3,5-4,5 kq arasında olur.
Hindtoyuğunun vətəni Şimali Amerika sayılır.
Ətlik baxımdan qiymətlidir. Iri kütləli və tezböyüyən-
dir. Əti normal yağlı, zərif şirəli və dadlıdır. Dişi hind
toyuğunun diri kütləsi 5-8 kq, erkəklərinki isə 8-16 kq
olur. Ildə 50-100 yumurta verir.
Qaz cinslərinin yumurtlama və cücə çıxartma
əmsalı toyuq və hind toyuğundan aşağıdır. Lakin yaxşı
qulluq etdikdə çox yağlı (50%-dək) və yüksək
keyfiyyətli ət verir. Qaz ətinin qidalılıq dəyəri və dad
keyfiyyəti digər ev quşlarından üstündür. Dişilərinin
diri kütləsi 3,5-5 kq, erkəklərinki 4-6,5 kq olur. El
120
arasında “Yeməmisən qaz ətini, görməmisən ləzzətini”
deyimi qaz ətinin dadlı və ləzzətli olmasını göstərir.
Ördək cinsləri ən tezböyüyən və kökələndir.
Ördək balası 50-55 gün ərzində 2,5-3 kq-a çatır. Dişi
ördəyin diri kütləsi 2-2,5 kq, erkəklərinki 3,5-4,5 kq
olur. Ildə 100-200 yumurta verir.
Emalından asılı olaraq quş cəmdəkləri təmizlən-
miş, yarımtəmizlənmiş və təmizlənmiş halda, lakin
içalat və boyun komplekti ilə birlikdə olur.
Bütün ev quşlarının əti köklüyünə və keyfiyyətinə
görə 2 kateqoriyaya ayrılır.
Termiki vəziyyətindən asılı olaraq quş əti
temperaturu 25
0
C-dən çox olmamaq şərtilə soyumuş,
0-4
0
C-yə qədər soyudulmuş və mənfi 8
0
C-yə qədər
dondurulmuş olur.
Ov quĢları – aşağıdakı qruplara bölunur: Meşə
quşları – tetra, sibirxoruzu, ağ kəklik, qırqovul və s.;
dağ quşları – dağ kəkliyi, dağ hindtoyuğu və s.; çöl
quşları – boz kəklik, bildirçin və s.; su quşları –
qaşqaldaq, ördək və qazlar; bataqlıq quşları – cüllütlər.
Azərbaycanda ov quşlarından əsasən, qırqovul,
kəklik, boz kəklik, turac, bildirçin, Qafqaz tetrası,
Qafqaz uları, Xəzər uları, bəzgək, qaşqaldaq, boz qaz,
yaşılbaş ördək, fitçi cürə, boz ördək, kəkilli ördək,
dəniz ördəyi, ağgöz ördək, qırmızıbaş ördək və s.
quşlar ovlanaraq müxtəlif xörəklərin hazırlanmasında
istifadə edilir. Ov quşlarının əti yağsız, zülalı nisbətən
çox, bərk konsistensiyalı, tünd rəngli, ekstraktlı
maddələrlə zəngindir.
İnsanlar hələ qədimdən quş əti ilə qidalanıblar və
quş ətinin yeyilməsində heç bir qadağa yoxdur. Lakin
təmiz şəraitdə yetişdirilən və halallıqla kəsilənlər
121
yeyilməlidir.
Əbu Musa demişdir: “Peyğəmbərimizi (s.ə.v.) to-
yuq əti yeyərkən gördüm”. Başqa bir mənbədə deyilir:
“Nəbiyə
(
s.ə.v.) bişmiş ət gətirildi. Ona qol tərəfi
verildi və o da yedi. Çünki ən çox qoyunun qabaq (ön)
qolunu sevərdi”. Başqa bir mənbədə deyilir: “ Rəsu-
lullah (s.ə.v.) toyuğun qanad hissəsini yeməyi xoşla-
yardı”. Müasir dövrdə bu deyimin elmi izahı oxucuda
maraq oyada bilər. Beləki, heyvani məhsulların yağın-
da, o cümlədən toyuğun dərialtı piyində və dərisində
xolesterin maddəsi vardır. Bu maddə az hərəkətdə olan
və zehni işlə məşğul olanlarda ürək-damar xəstəlikləri-
nin (əsasən də aterosklerozun) yaranmasına səbəb olur.
Toyuğun qanadında (hətta qanadı örtən dəridə) xo-
lesterinin olmaması elmi cəhətdən sübut olunmuşdur.
Əbubəkir Razinin (865-925) toyuq əti ilə bağlı
söylədiyi elmi fikirlər hamımıza məlumdur: “Ev
toyuğunun əti gerçəkdən yaxşı qidadır. Təmiz olanı
seçilməlidir. Təmizliyi, yediyi yemlər və bəsləndiyi
şərait əsasdır”. Digər mənbələrdə göstərilir ki, əgər
toyuğun necə bəsləndiyi və nə ilə qidalandığı sizə
məlum deyilsə, onda kəsməzdən 24 saat əvvəl onu
təmiz yerdə saxlayın. Bu zaman onun əti halaldır.
Toyuq və digər quĢ ətləri haqqında hədislər.
Peyğəmbər (s.ə.v.):
1. Hər kəs qəzəbinin az olmasını istəyirsə, turac əti
yesin.
2. Hər kəsin ürəyindən şikayəti varsa və qəmi
çoxdursa, turac əti yesin.
Imam Əli (ə): Qaz quşların camışı, toyuq quşların
donuzu, turac isə onların kərgədanıdır. Rəbiə qəbilə-
122
sindən olan bir qadının öz yeməyinin artığı ilə
böyütdüyü iki cücədən istifadə etmirsən?!
Imam Sadiq (ə): Hər kəs özündə qəm, narahatçılıq
hiss edirsə və bunun səbəbini bilmirsə, turac əti yesin,
inşallah narahatçılığı aradan qalxar.
Imam Cəfər Sadiq (ə) cənablarından soruşdular ki,
hansı quşların ətini yemək olar? Buyurdu: “Qanad
çalan quşun ətini ye, süzən quşun ətini yemə”.
Yəni, qanad çalmağı süzməyindən çox olan
quşların əti halaldır, süzməyi qanad çalmağından çox
olan quşların əti haramdır.
Sonra su quşları barəsində sual etdilər. Buyurdu:
“Hansı quşun çinədanı (pətənəyi) varsa, onun ətini ye,
hansı quşun çinədanı yoxdursa, onun ətini yemə”.
Imam Kazım (ə):
1. Qızdırmalı şəxsə kəklik əti yedizdirin, o,
ayaqları qüvvətləndirir və qızdırmanı salır.
2. Növbərə quşunun ətini yeməkdə heç bir eyib
görmürəm. O, babasil və bel ağrıları üçün faydalıdır,
cinsi qabiliyyəti artırır.
“Kafi” – Zürarədən: And olsun Allaha, mən imam
Bağır (ə) kimi insan görməmişəm.
Həzrətdən soruşdum:
- Allah səni saleh bəndə etsin, hansı quşun ətini
yemək halaldır?
Dedi:
- Qanad çalanları ye, havada süzənləri isə yemə.
- Su quşlarını yemək olarmı?
- Çinədanı olanları ye, olmayanları yemə.
“Kafi” – Əli ibn Məhziyazdan: Imam Baqirlə (ə)
nahar etdim. Həzrət Misir kəkliyinin ətini gətirib dedi:
“Bu, bərəkətli ətdir, atam bunu çox sevərdi və əmr
123
edərdi ki, sarılıq xəstəliyinə tutulanlar üçün ondan
kabab bişirin, onlara faydalı olacaq”.
Dostları ilə paylaş: |