Hacı Əhməd-Cabir Hacı Ġsmayıl oğlu (Prof. Əhmədov Əhməd-Cabir Ġsmayıl oğlu) Əməkdar müəllim



Yüklə 18,9 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix01.01.2017
ölçüsü18,9 Mb.
#4088
1   2   3   4   5   6   7   8   9   ...   26

 
Su və inanclar 
 
Türkiyənin Mardin vilayətində aprel ayında yağan 
yağış suyunun şəfalı olduğuna inanılır. Buna bənzər bir 
inanc  Vanda  da  mövcuddur.  Cənubi  Azərbaycanın 
Şəbüstər mahalında da aprel ayında yağan yağışın suyu 
müqəddəs  sayılır.  Hətta  suyun  müqəddəsliyi  ilə  bağlı 
hədislər də var. Deyilənə görə Muhəmməd Peyğəmbər 
(s.ə.v.)  yağış  yağanda  başını  açar  və  “sən  məndən 
sonra  gəldin,  ya mübarək” -  deyərmiş.  Burada  əski  və 
yeni inanclarda Göy-su və müqəddəslik birləşir. Bu za-
man Göy Tənqri müqəddəs Yer-subun sahibsiz qalma-
ması üçün xaqanı (hökmdarı) göndərməsi yada düşür. 
Ağacları, qayaları, suları müqəddəs saymaq islam-
da  Tanrıya  şərik  olaraq  qəbul edilmiş və dinə  zidd  ol-
duğu  üçün  də  qadağan  olunmuşdur.  Bu  cür  inanclara 
islam  ölkələrində,  demək  olar  ki,  rast  gəlinmir,  ancaq 
Altayda,  Tuvada,  Xakasyada,  Yunanıstanda  bu  inanc-
lar özünü daha çox göstərir. 
Araşdırılmağa ehtiyac duyan məsələ bəlkə də “pir” 
anlayışının mənbəyi və ona aid edilən xüsusiyyətlərdir, 
məsələn,  Türkiyədəki  Üryan  baba  bir  pirdir.  Türbəyə 
sahiblik  edən  Üryan  babadır.  Üryan  baba  türbəsinin 
dilək  bağlanan  barmaqlıqları  kimi  ətrafındakı  çır-çırpı 
və ağaclar da onun malı sayılır. Bəzi türbələrdə olduğu 
kimi,  Üryan  babanın  da  bir  çeşməsi,  ya  da  su  quyusu 
ola bilərdi. Üryan baba ağaclara və ya suya mənəvi güc 
verən  biri  kimi  xalq  arasında  da  məşhurdur.  Bu 
ağacların  quru  yarpaqları,  ya  da  suyun  bir  neçə 
qurtumu inanca görə hikmətlidir. 

 
56 
Türkmənistanda  türbələrə  “qala”  deyilir,  məsələn, 
Çoban baba qalası, Çoban babanın məzarı və ona yaxın 
olan  əraziləri  əhatə  edir.  Bunun  sahiblik  sferası, 
mənəvi  mülkiyyəti  Çoban  babaya  aiddir.  Məzar  isə 
Babanın  stalaqmitidir.  Gön  dəri  və  üzərindəki  diləklər 
onun bayrağıdır. Ona dilək bağlayanlar, ya da uşağının 
olması  üçün  nəzir  edənlər  ona  nəzirləyərlər,  digər 
pirlərdə oduğu kimi onun qoruması altına girirlər. 
Pirlərə  aid  müqəddəs  hesab  edilən  sular  olduğu 
kimi, pir olaraq bilinən sular da var. Bir çox müqəddəs 
çayın və su hövzəsinin yanında ayrıca bir məzar, ya da 
türbə  yoxdur.  Bu,  “ocaq”  olaraq  bilinən  ailələrə  aid 
şəfa  verən,  problemləri  həll  edə  bilən  su  mənbəyi 
olaraq bilinir. Burada müqəddəsliyinə inanılan suya bu 
keyfiyyəti  verən  hər  hansı  pirin,  yiyənin  olduğunu 
görürük.  Türk  xalqlarının  inanclarında  and  içilən, 
yardım  istənilən  və  sığınacaq  yeri  olan  suyun  pir 
olaraq təriflənməsinə tez-tez rast gəlinir. 
Su  mədəniyyətinin  bir  təzahürü  olaraq  suyun  mü-
qəddəs  olduğu  yerlərdə  çirkabların  su  ilə  paklanma-
dığına, suyun çirkaba qarışmasının onun müqəddəsliyi 
ilə  düzgün  gəlmədiyinə  inanılır.  Müqəddəs  yerlərin 
balıqlarını  da  suyun  müqəddəsliyinə  hörmət  əlaməti 
olaraq ovlamırlar. 
Sudan şəfa və rahatlıq ala bilmək üçün onun çirk-
ləndirilməməsi  vacib  sayılmışdır.  Naxçıvanda,  Təb-
rizdə,  Salmasda,  Qarsda,  Ağrı  dağında,  Daşlıçayda 
baharda  yuyunmaq  üçün  çaya  girəndə  bütün  ilin 
sağlam  və  hüzurlu  keçməsi  üçün  üç  dəfə  “ağırlığım-
uğurluğum, kəlliyim-keçəlliyim bu suya” - deyilir. 
Su  ilə  bağlı  bir  sıra  dualar  da  var:  “Ağzı  dualının 
qarşısına  pak  su  çıxsın”,  “Allah  suyunu  bol  eyləsin”, 

 
57 
“Allah  axar  suyunu  bulandırmasın”,  “Allah  səni  sel-
suların qada-bəlasından iraq eyləsin”. 
Su  yiyəsinə  xeyir,  bərəkət  və  sağlamlıq  gətirə-
cəyinə  və  ya  əksinə  bulanıq  suyun  da  uğursuzluq  və 
zərər gətirə biləcəyinə inanılır. Suyun şəfaflığı ağ əyə, 
selə dönmüş halı isə torpaq əyə ilə eyniləşdirilmişdir. 
Görkəmli folklorşünas Mürsəl Həkimovun araşdır-
malarında  su  ilə  bağlı  bir  çox  diləyə  –  məsələ  rast 
gəlirik:  “Balan  bəxt-iqbal  suyundan  əl-üzünü  yusun”, 
“Suyun sulara qarışsın”, “Suyun Ayşə-Fatması balala-
rının  pənahı  olsun”,  “Su  ilahəsinə  qurban  olum”  və  s. 
M.Həkimovun  tədqiqat  işlərindən  seçilmiş  bu  misal-
larla məzmun etibarilə Anadoludan toplanmış məsəllər 
arasında çox az fərq var. Anadoluda “Su kimi əziz ol”, 
“Su kimi aydın ol”, “Su kimi ömrün uzun olsun”, “Su 
verənin  çox  olsun”,  “Verdiyin  su  ölənlərinin  canına-
ruhuna  dəysin”  (bu  məsəl  Azərbaycanın  bəzi  bölgə-
lərində  “Verdiyin  su  ölənlərinin  ehsanı  olsun”  kimi 
işlənir),  “Yol  böyüyün,  su  kiçiyin”  kimi  bir  çox 
məsəllər vardır. 
Su ilə bağlı qarğışlar da az deyil: “Ağırlığını-uğur-
luğunu  yumağa evində bir ovuc su tapmayasan”, “Ağ-
zundan  qara  su  gəlsin”,  “Ağlın  qar  suyuna  dönsün” 
(qar  suyunun  şəffaf  olmadığına  işarə  edilir),  “Allah 
axar  suyunu  qurutsun”,  “Allah  suyunu  bulandırsın”, 
“Allah  uğuruna  su  çıxarmasın”,  “Allah  yurduna  su 
bağlasın”, “Atanın cənazəsini yumağa su tapmayasan”, 
“Balan bulaq başında boynu bükük qalsın”, “Bulaqdan 
yeni  ildə  su  götürməyə  qalmayasan”,  “Var-dövlətin 
sellərə-sulara qərq olsun”, “Ilin ilk çərşəmbəsində fala 
baxmağa  təmiz  su  tapmayasan”,  “Su  ilahəsi  sənə 
qənim  olsun”  və  “Suyun  Ayşə-Fatması  dərdinə  dəva 

 
58 
etməsin”. 
Suyun  təmizliyi  bəzən  hz.Ayişə  və  hz.Fatimə  ilə 
eyniləşdirilir.  Demək  olar  ki,  dua  və  qarğışlar  da 
onların adı ilə bağlıdır. 
Göründüyü  kimi,  folklor  mətnlərində  suyun 
ruhaniliyinin  və  ilahi  gücünün olduğuna inanılır. Suya 
olan inamların izahı da burada axtarılmalıdır. 
Islamda su niyyətdir, bərəkətdir, həyat qaynağıdır. 
Onu  bəşəriyyətə  bəxş  edən  böyük  qüvvə  hər  şeyin 
iradəsini  əlində  tutan  Allahdır.  Su  bir  vasitədir.  Onu 
vasitəyə  çevirən  də  Allahdır.  Suda  bir  qüvvə  aramaq 
Allaha  şərik  qoşmaqdır  və  bu  da  bağışlanılmaz 
günahdır. 
 
Islam dinində suya dua etməyin fəziləti 
 
Islamiyyət  təkallahlı  səmavi  din  olaraq  dünyada 
geniş  yayılmış  dindir.  Islam  peyğəmbəri  hz.  Muhəm-
məd (s.ə.v) vasitəsilə VII əsrdə yayılmağa başlamışdır. 
Islam  dinində  su  içməyin  vacibliyi  aşağıdakı 
kimidir: 
-
 
bəsmələ çəkilməsi; 
-
 
suyun stəkandan içilməsi; 
-
 
suyun oturaraq içilməsi; 
-
 
stəkanın sağ əllə tutulması; 
-
 
stəkanın içinə nəfəs verilməməsi; 
-
 
suyun  üç  qurtuma  içilməsi  və  sonda  “əlhəm-
dülillah” deyilməsi. 
Çəkilən  kristall  fotoşəklində  suyun  verdiyi  mesaj 
çox  aydındır:  sevgi  və  minnətdarlıq  kimi  duyğular 
yaradılışdan  qəbul  buyrulmuşdur,  yəni  sevgi  və 
minnətdarlıq  yaradılışın  özüdür.  Su  nə  qədər  sevgi, 
duyğu  və  ahəng  dolu  söz  və  musiqi  ilə  müqayisə 

 
59 
olunaraq  izah  edilirsə,  altıguşəli  kristall  quruluşu  da  o 
qədər  gözəl  və  düzgündür.  Çəkilən  fotoşəkillərin 
birində  suyun  yanında  “şeytan”  sözü  deyiləndə 
kristallar  qarışıq  şəkil  alır.  Amma  gözəl  sözlərlə  dua 
edildiyi  zaman  suda  şəfaf  və  estetik  quruluşlu 
mükəmməl  altıguşəli  forma  ortaya  çıxır.  Yapon 
tədqiqatçısı  Masaru  Emoto  bu  araşdırmaları  ilə 
görünməyən ruh aləminin varlığını üzə çıxardı. 
 
Su haqqında kəlamlar 
 
1.
 
Su  paklıq  rəmzidir,  paklıq  olan  yerdə  ruzi, 
bərəkət var. 
2.
 
Bulaq  suyu  yüngüllük,  çay  suyu  bədbinlik 
gətirər. 
3.
 
Su hər bir canlının tərkibində olub, onu yaşadar 
və canlı məhv olanda onu tərk edər. 
4.
 
Suyun  tarixi  qədimdir.  O  həm  gözəl  keçirici, 
həm  informasiya  mənbəyi  və  həyati  mühit  olub  daim 
hərəkətdədir. 
5.
 
Od  su  ilə  cilovlanar.  Ən  böyük  od  isə  suyun 
özüdür. 
6.
 
Hava  sudan  ayrılmış  bir  kütlədir,  donarsa  suya 
çevrilər. 
 

 
60 
“ Q U R A NI - K Ə R I M” - D Ə    S U  H AQ Q IN D A  
 
“Qurani- Kərim”- in 35 surəsinin 66 ayəsində su 
haqqında Allah kəlamı buyrulmuşdur. 
 
“Qurani-Kərim”- də su haqqında ayələr 
 
 Sıra  
sayı 
Surənin 
Nömrəsi 
Surənin adı 
Ayələrin 
nömrəsi 

2  
əl- Bəqərə 
74, 284 

10 
Yunus 
24 

13 
ər- Rəd 
4, 17, 35 

14 
İbrahim 
32, 16 

15 
əl- Hicr 
22 

16 
ən- Nəhl 
4, 10, 14, 65 

18 
əl- Kəhf 
45, 29 

20 
Taha 
53 

22 
əl- Həcc 

10 
24 
ən- Nur 
43 - 45 
11 
25 
əl- Furqan 
48, 49, 53, 54 
12 
27 
ən- Nəml 
61,64 
13 
29 
əl- Ənkəbut 
63 
14 
30 
ər- Rum 
24, 48 
15 
31 
Loğman 
10, 31 – 34 
16 
32 
əs- Səcdə 
8, 27 
17 
35 
Fatir 
27 
18 
36 
Yasin 
77 
19 
37 
əs- Saffat 
67 
20 
38 
Sad 
57 
21 
39 
əz- Zumər 
21 
22 
40 
əl- Mumin 
72 
23 
41 
Fussilət 
39 
24 
42 
əş- Şura 
14 
25 
43 
əz- Zuxruf 
11 
26 
45 
əl- Casiyə 

27 
50 
Qaf 


 
61 
28 
54 
əl- Qəmər 
11, 12 
29 
55 
ər- Rəhman 
19, 20, 46 - 50 
30 
56 
əl- Vaqiə 
68 – 70 
31 
75 
əl- Qiyamə 
37 
32 
76 
əl- İnsan 

33 
80 
Əbəsə 
18, 19 
34 
85 
əl- Buruc 
11 
35 
98 
əl- Bəyyinə 

 
Su haqqında “Qurani- Kərim”- də buyurulan Allah 
kəlamlarını aşağıdakı kimi qruplaşdırmaq olar. 
1.  “Allahın  yer  üzünü  su  ilə  diriltməsi”  anla-
mında buyurulan ayələr aşağıdakılardır. 
“Onun qüdrət niĢanələrindən biri də budur ki, 
sən  yer  üzünü  qupquru  görürsən.  Biz  ona  yağıĢ 
yağdıran  kimi  hərəkətə  gəlib  qabarar  (cana  gələr). 
Onu  dirildən,  Ģübhəsiz  ki,  ölüləri  də  dirildəcəkdir. 
Həqiqətən  O,  (Allah)  hər  Ģeyə  qadirdir!”  (Fussilət, 
41/39). 
“Yer  üzündə  bir-birinə  yaxın  (qonşu)  qitələr 
(münbit, qeyri-münbit, şirin-şoran, dağlıq-aran yerlər, 
müxtəlif  iqlimli  torpaq  sahələri),  eyni  su  ilə  sulanan 
üzüm bağları, əkinlər, Ģaxəli-Ģaxəsiz xurma ağacları 
vardır.  Halbuki  Biz  yemək  baxımından  onların 
birini digərindən üstün tuturuq. ġübhəsiz ki, bunda 
da  anlayıb  dərk  edən  insanlar  üçün  (Allahın 
qüdrətinə  və  vəhdaniyyətinə  dəlalət  edən)  əlamətlər 
vardır “(ər-Rəd, 13/4). 
“Onlar  yalnız  özlərinə  (tövhid  haqqında)  elm 
gəldikdən  sonra  aralarındakı  ədavət  (həsəd)  üzün-
dən  ayrılığa  düĢdülər.  Əgər  (cəzanın)  müəyyən  bir 
vaxtadək  (qiyamət  gününə  qədər  təxirə  salınması  ba-
rədə)  Rəbbinin  öncə  buyurduğu  bir  söz  olmasaydı, 

 
62 
dərhal iĢləri bitmiĢ olardı (hamısı elə dünyada əzaba 
düçar edilərdi). Onlardan sonra kitaba varis olanlar 
da  (yəhudilər, xaçpərəstlər və ya özlərinə Quran gön-
dərilmiş  müşriklər  də)  onun  (Quranın,  Peyğəmbər 
əleyhissəlamın)  barəsində  dərin  (başqalarını da şüb-
həyə salan) bir Ģəkk içindədirlər” (əş-Şura, 42/14). 
2. “Insanın bir damla sudan yaradılması” anla-
mında  buyurulan  ayələr  bunlardır.  (ən-Nəhl,  16/4;  əl-
Həcc,  22/5;  əs-Səcdə,  32/8;  Yasin,  36/77;  əl-Insan, 
76/2; Əbəsə, 80/18-19; əl-Qiyamə, 75/37). 
3.  “Allahın  göydən  su  endirməsi”  anlamında 
buyurulan  ayələr  bunlardır.  (ər-Rəd,  13/17;  Ibrahim, 
14/32;  əl-Hicr,  15/22;  ən-Nəhl,  16/10,65;  əl-Kəhf, 
18/45;  Taha,  20/53;  ən-Nur,  24/43-45;  əl-Furqan, 
25/48;  ər-Rum,  30/24;  Loğman,  31/10;  Fatir,  35/27; 
əz-Zumər, 39/21; əz-Zuxruf, 43/11; əl-Casiyə, 45/5; əl-
Qəmər, 54/11-12; Yunus, 10/24). 
4. “Allahın içməli suyu endirməsi” anlamında 
buyurulan ayə. 
“Bəs  içdiyiniz  suya  nə  deyirsiniz?  Onu  bulud-
dan  endirən  sizsiniz,  yoxsa  Biz?!  Əgər  istəsəydik, 
onu  acı  (bir  su)  edərdik.  Elə  isə  niyə  (Allahın 
nemətlərinə) Ģükür etmirsiniz?” (əl-Vaqiə, 56/68-70). 
5. “Allahın yağmuru yaratması” anlamında 
buyurulan ayə. 
“Buludları hərəkətə gətirən, küləkləri göndərib 
onları  göy  üzündə  istədiyi  kimi  yayan  və  topa-topa 
edən  Allahdır.  Artıq  buludların  arasından  yağıĢ 
çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istə-
diyinə verən kimi onlar sevinərlər.” (ər-Rum, 30/48). 
6.  “Cəhənnəmdəki  su”  anlamında  buyurulan 
ayələr bunlardır. 

 
63 
“Hələ  qarĢıda  (bunun  ardınca)  Cəhənnəm  var-
dır.  (Hər bir inadkar təkəbbür sahibinə orada Cəhən-
nəm  əhlinin  bədənlərindən  axan)  irinli-qanlı  sudan 
içirdiləcəkdir!” (Ibrahim, 14/16). 
Və  de:  “Haqq  Rəbbinizdəndir.  Kim  istəyir 
inansın,  kim  də  istəyir  inanmasın  (kafir  olsun).  Biz 
zalımlar üçün elə bir atəĢ hazırlamıĢıq ki, onun pər-
dələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin 
qalın  divarları  zalimləri  əhatə  edəcəkdir).  Onlar  im-
dad  istədikdə  onlara  qətran  (yaxud  yaradan  axan 
irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək 
ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis 
məskəndir!” (əl-Kəhf, 18/29). 
“Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!” 
(Sad, 38/57). 
“Cəhənnəmə  (qaynar  suya)  tərəf,  sonra  odda 
yandırılacaqlar” (əl-Mumin, 40/72). 
“Sonra  onlar  üçün  (içməyə)  qaynar  su  ilə 
qatıĢmıĢ irin vardır” (əs-Saffat, 37/67). 
7. “Cənnətdəki su” anlamında buyurulan ayələr 
bunlardır. 
“Onların  öz  Rəbbi  yanındakı  mükafatı  (ağac-
ları) altından çaylar axan Ədn cənnətləridir. Onlar 
orada əbədi qalacaqlar. Allah onlardan razıdır, on-
lar  da  Allahdan.  Bu  (nemətlər)  Rəbbindən  qorxan-
lar üçündür!” (əl-Bəyyinə, 98/8). 
“Iman  gətirib  yaxĢı  əməllər  edən  kimsələri  isə 
(ağacları)  altından  çaylar  axan  cənnətlər  gözləyir. 
Bu, böyük qurtuluĢdur (uğurdur)!” (əl-Buruc, 85/11). 
“Allahdan  qorxub  pis  əməllərdən  çəkinənlərə 
(möminlərə)  vəd  edilən  Cənnətin  vəsfi  belədir: 
(ağacları)  altından  çaylar  axar,  yeməkləri  də, 

 
64 
kölgələri  də  daimidir.  Bu,  Allahdan  qorxub  pis 
əməllərdən  çəkinənlərin  aqibətidir.  Kafirlərin  aqi-
bəti isə Cəhənnəmdir!” (ər-Rəd, 13/35). 
“ġübhəsiz  ki,  Rəbbinin  məqamından  (hüzurun-
da haqqa-hesab üçün durmaqdan) qorxanları iki cən-
nət  (Ədn  və  Nəim  cənnətləri)  gözləyir!  Belə  olduqda 
Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! 
(O iki cənnətin ağacları) qollu-budaqlıdır (merli-mey-
vəlidir).  Belə  olduqda  Rəbbinizin  hansı  nemətlərini 
yalan  saya  bilərsiniz?!  Orada  (o  cənnətlərdə)  iki 
axar bulaq vardır” (ər-Rəhman, 55/46-50). 
8.  “Iki  dənizin  arasındakı  maneə”  anlamında 
buyurulan ayələr bunlardır. 
“Birinin suyu çox Ģirin, digərininki isə olduqca 
Ģor  (acı)  olan  iki  dənizi  qovuĢduran,  aralarında 
(bir-birinə  qarışmamaq  üçün)  maneə  və  keçilməz 
sədd  qoyan  Odur!  Insanları  sudan  (nütfədən)  yara-
dan,  onları  (bir-biri ilə)  əsl  qohum  (qan qohumu)  və 
sonradan  qohum  edən  Odur.  Rəbbin  (hər şeyə)  qa-
dirdir! (Birinci, ata-ana tərəfdən, ikincisi isə bacı, qız 
tərəfdən  olan  qohumluqdur)”  (əl-Furqan,  25/53-54). 
(ən-Nəml, 27/61; ər-Rəhman, 55/19-20). 
9.  “Ürəkləri  sərtləĢənlər  və  Allah  qorxusu” 
anlamında buyurulan ayə. (əl-Bəqərə, 2/74). 
10.  “Allah  dənizi  insanların  ixtiyarına  ver-
miĢdir” anlamında buyurulan ayə. (ən-Nəhl, 16/14). 
11. “Allahın su ilə əkinləri bitirməsi” anlamında 
buyurulan ayə. (əs-Səcdə, 32/27). 
12.  “Gəmilərin  dənizdə  üzməsi”  anlamında 
buyurulan ayələr. 
 (Loğman, 31/31-34). 
13.  “YağıĢın  ölü  sahəni  canlandırması” 

 
65 
anlamında  buyurulan  ayələr.  (əl-Furqan,  25/48-49; 
Qaf, 50/9). 
 
ZƏM-ZƏM SUYU 
 
Müqəddəs  hesab  olunan  zəm-zəm  suyunun  tarixi 
hz. Ibrahimin (ə.) dövründən başlayır. Hz. Ibrahim (ə.) 
Allahın  əmri  ilə  arvadı  Həcəri  və  südəmər  oğlu  hz. 
Ismayılı  (ə.)  bugünkü  Zəm-zəm  quyusunun  olduğu 
yerə aparır. O zaman Məkkədə hələ heç kim yaşamırdı 
və  içməyə  su  da  yox  idi.  Hz.  Ibrahim  (ə.)  arvadı  və 
oğlu  üçün  bir  az  xurma  və  bir  miqdar  da  su  qoyaraq 
oradan  ayrılır.  Yeməyin,  suyun  olmadığı  bu  kimsəsiz 
yerdə  qalmaq  Həcər  üçün  çox  çətin  idi,  ancaq  onları 
orada  qoymasını  hz.  Ibrahimə  (ə.)  Allah  əmr  etdiyinə 
görə,  düşünmək  yersiz  idi,  çünki  ruzi  verən  Allah, 
əlbəttə, onların vəziyyətini də görür. 
Bir  müddət  sonra  hz.  Ibrahimin  (ə.)  onlar  üçün 
qoyduğu  su  bitir.  Hz.  Ismayıl  (ə.)  ağlamağa,  su 
istəməyə  başlayanda  anası  nə  edəcəyini  bilmir.  Süd 
yoxdur  ki,  əmizdirsin,  su  yoxdur  ki,  içirtsin.  Hz. 
Ismayılın  (ə.)  ağlamalarına  dözməyərək  Səfa  təpəsinə 
çıxır.  Kimisə  görmək  ümidilə  sağa-sola  baxır,  amma 
heç  kimi  görmür.  Səfa  ilə  Mərvə  arasında  qaçmağa 
başlayır. Yeddinci dəfə Mərvəyə çıxanda bir səs eşidir. 
Zəm-zəm  quyusunun  yanında  hz.  Cəbraili  (ə.)  görür. 
Cəbrail (ə.) qanadı ilə (bəzi mənbələrdə ayağı ilə) yeri 
qazır.  Su  görünəndə  Həcər  buna  sevinir  və  suyun 
axdığını görəndə “dayan, dayan” mənasını verən “zəm-
zəm”  -  deyir  və  suyun  axmasına  mane  olmaq  üçün 
önünü  kəsib  hovuz  kimi  bir  çuxur  düzəldir.  Tələsik 
qabını  doldurur.  Qabı  doldurduqdan  sonra  sudan  içir 
və  hz.  Ismayılı  (ə.)  əmizdirməyə  başlayır.  Bu  zaman 

 
66 
Cəbrail (ə.) Həcərə xitabən: 
“Qətiyyən  “həlak  olarıq,  zərər  çəkərik”  -  deyə 
qorxmayın.  Bura  Beytullahın  (Kəbənin)  yeridir.  O 
beyti uĢaqla atası tikəcək. Cənab-ı Haqq o iĢi görən 
insanı zay etməz” - deyir. 
Zəm-zəm  quyusunun  ortaya  çıxması  bu  şəkildə 
nəql edilir: 
Həcər  suyun  önünü  kəsməsəydi,  bu  su  çay  kimi 
axardı.  Peyğəmbər  (s.ə.v.)  bir  hədisində  bu  həqiqəti 
belə bəyan edir: 
“Allah Ismayılın (ə.) anası Həcərə rəhmət etsin. 
O,  zəm-zəmi  öz  axarına  buraxsaydı,  zəm-zəm  axıb 
çay olardı”. 
Zəm-zəm  çox  mübarək  və  qidalı  bir  sudur.  Həcər 
və hz. Ismayıl (ə.) uzun müddət yemək yemədən bu su 
ilə dolana bildilər. Bir hədisdə Peyğəmbər (s.ə.v.) zəm-
zəmin  bu  xüsusiyyətinə  işarə  etmişdir.  Bir  digər 
hədisdə  isə  “zəm-zəm  suyu  hansı  məqsədlə  içilsə, 
ona Ģəfa olacaq” deyə buyrulur. 
 
Zəm-zəm suyunun ayaq üstə içilməsi 
 
Ibn  Abbasın  söylədiyi  bir  rəvayətdə  Peyğəmbəri-
mizin  (s.ə.v.)  zəm-zəm  suyunu  ayaq  üstə  içdiyi 
göstərilir. Ibn Abbas belə nəql edir: “Mən Rəsulullaha 
(s.ə.v.) zəm-zəm suyu ikram etdim, o, ayaq üstə içdi”. 
Bildiyimiz kimi, Peyğəmbərimiz (s.ə.v.) hədislərin 
birində  ayaq  üstə  su  içməyi  qadağan  etmişdir.  Bu 
minvalla  hədis  alimləri  bunun  kimi  müxtəlif  rəvayət-
ləri  birləşdirmişlər.  Səhih-i  Müslim  Şarihi  Nəvəvi  bu 
iki  müxtəlif  hədis  haqqında  deyir:  “Bu  hədislərdəki 
qadağalar  müqəddəs  hesab  edilərək  məkruhdur.  Ayaq 
üstə su içmənin caiz olduğunu bəyan etmək üçündür”. 

 
67 
Imam  Suyuti  də  Peyğəmbərin  (s.ə.v.)  zəm-zəm 
suyunu ayaq üstə içməsini belə izah edir: “Rəsul-i Ək-
rəmin (s.ə.v.) zəm-zəm suyunu ayaq üstə içməsi bunun 
caizliyini açıqlayır”. 
Hənəfi alimləri Ibn Abbasın rəvayət etdiyi hadisə-
yə  əsaslanaraq,  zəm-zəm  suyunu  ayaq  üstə  içmənin 
münasib olduğunu hökm etmişlər. 
 
Zəm-zəm içmək 
 
Hədis-i şəriflərdə buyuruldu ki: 
“Zəm-zəm  doyurucu  və  xəstəyə  şəfavericidir” 
(Bezzar). 
“Zəm-zəm suyunu bəlalardan qorunmaq niyyəti ilə 
içəni Allah-Tala qoruyur” (Hakim). 
Abdullah  Ibn  Mübarək  “Rəsulullah  (s.ə.v.)  “zəm-
zəm  suyu  içildiyi  niyyətə  görə  faydalı  olur”  buyurub. 
Mən  də  qiyamətdə  susuzluqdan  yaxa  qurtarmaq  üçün 
zəm-zəm suyu içirəm” - deyirdi (Ibn Macə). 
Ibn  Abbas  da  zəm-zəm  suyu  içərkən  “Ya  Rəbb, 
səndən faydalı elm, bol ruzi və hər cür xəstəlikdən şəfa 
istəyirəm” - deyə dua edirdi. 
 
Yüklə 18,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin