“ġübhəsiz ki, davarda (sağmal heyvanlarda) da
sizin üçün bir ibrət vardır. Biz onların qarınla-
rındakı qanla ifrazat arasında olan təmiz südü sizə
80
içirdirik. O, içənlərin boğazından rahat keçər.
(Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla südə
qarışmaz. Əksinə, südə elə bir təm verərik ki, içənlərə
xoş gələr)”. (əl-Nəhl, 16/66).
“Onların (o heyvanlarda başqa-başqa) mənfəət-
ləri və içəcəkləri (südləri) də var. Hələ də Ģükür et-
məzlərmi?” (Yasin, 36/73).
Ayələrdə haqqında bəhs edilən bağırsaq içərisi və
qan ibarələri kimyanın və həzm fiziologiyasının əldə
etdiyi inkişafla müasir dövrdə yeni-yeni anlaşıla bilin-
mişdir. Bu bilgilər Həzrəti-Peyğəmbərin (s.ə.v.) zama-
nında dəqiq elmin nöqteyi-nəzərində tamamilə məchul
idi. Bunlar ancaq XXI əsrin ortalarında aşkarlanmışdır.
Ərəb alimi Ibni Nəfs 1242-ci ildə insan bədənin-
dəki qan dövranı haqqında ilk dəfə düzgün olaraq ifadə
edən şəxs olmuşdur. Ingilis həkim Vilyam Harveyin
1628-cı ildə elan etdiyi qan dövranı modeli isə mövzu
haqqındakı məlumatların yayılmasında təsirli olmuş-
dur. Dolayısı ilə Quranda südün tərkibinin əsl mənbəyi
əsrlərlə əvvəl ən düzgün tərzdə tərif edilmişdir. Məmə-
lilərin həzm sistemi, qan dövranı ilə bağlı ixtisaslaşma
tələb edən bu məlumatın Quranın göndərildiyi dövrdə
insanlar tərəfindən bilinməsinin mümkün olmayacağı
məlum məsələdir. Göründüyü kimi, “Nəhl” surəsinin
66-cı ayəsində südün bioloji proseslər nəticəsində əmə-
lə gəlməsi ilə bağlı şərh edilənlər fiziologiya, anato-
miya kimi elmlərin günümüzdə ortaya qoyduğu məlu-
matlara tam uyğundur.
Deməli, südün əmələ gəlməsi haqqındakı Allah
kəlamı qan dövranı kəşf edilməzdən 10 əsr əvvəlki
dövrə təcadüf edir. Başqa sözlə Vilyam Harvey
tərəfindən 1628-ci ildə kəşf edilmiş, qan dövranı
81
“Qurani-Kərim” nazil olandan, təxminən 10 əsr
sonrakı zamana aiddir.
Bu
deyilənlərə
əsasən,
“Qurani-Kərim”-in
ayələrində gözə çarpan bu elmi həqiqət özlüyündə
sübut edir ki, bu elmi görüşlər heç bir vəchlə bəşəri bir
qaynaqla izah edilə bilməz. Bütün bunlar bir olan
Allahın izni ilə təbiətdə baş verən proseslərdəndir.
Biz hamımız süd içmişik. Bu təbii qida Allahın
izni və möcüzəsi ilə təbiətin insanlara bəxş etdiyi və
qadınların orqanizmindən (eləcə də sağmal heyvanla-
rın) ifraz olunan xüsusi tərkibli maddədir. Bu bir
möcüzədir ki, erkək və dişi hayvanların hər ikisi eyni
yemlə bəslənir, süd isə yalnız dişi heyvanların süd və-
zilərində əmələ gəlir və nəslin əsas qidası üçün istifadə
edilir. Hələ qədimdən vəhşi heyvanlar əhilləşdirilib on-
ların yeni cinsləri artırılarkən, həmin heyvanlar bala-
larının qidasından artıq süd verməyə başladılar. Həmin
süd insanlar üçün sağlam və dəyərli qida mənbəyinə
çevrildi. Süd çox təmiz bir qidadır. Bu onun ağ rənginə
görə bilinir. Süd eyni zamanda dişi heyvanların və qa-
dınların orqanizmində əmələ gələn digər ifrazatlar kimi
onların orqanizminə lazım olmayan bir məhsuldur.
Deməli süd sağlam ev heyvanlarının orqanizmində
daima yenidən əmələ gələn məhsuldur. Lakin elm
sübut etmişdir ki, süd birbaşa yemdən əmələ gəlmir.
Yemin tərkibində olan qidalı maddələr (karbohidratlar,
yağlar, azotlu maddələr, o cümlədən zülallar), vitamin-
lər, mineral maddələr və digər bioloji fəal maddələr
həzm prosesi nəticəsində qana sovrulur, qan heyvan
orqanizmində dövran edir və süd vəzilərindən keçər-
kən orada süd hasil olunur. Hasil olunan süd heyvanın
süd vəzilərində (yelində) toplanır və müəyyən vaxt-
82
larda (gündə iki dəfə - səhər və axşam, bəzən üç dəfə,
günorta da) sağılır və müxtəlif qida məhsullarının
hazırlanmasında istifadə olunur. Göründüyü kimi
qanın heyvanın yaşaması üçün orqanizmdə dövr etməsi
südün də əmələ gəlməsinə səbəb olur. Müəyyənləş-
dirilmişdir ki, 1 litr südün əmələ gəlməsi üçün hey-
vanın yelinində 2000 litr qan dövr etməlidir.
Süd nəslin artırılması və insanların qidası üçün
çox vacib qidalı və pəhriz əhəmiyyətli bir qida məh-
suludur.
Süd haqqında olan ibrətamiz hikmətin əsas mənası
da Yaradanın hökmü ilə təbiətdə baş verən möcüzəli
dəyişikliklərdir ki, bu da insanların rifahı üçün nəzərdə
tutulmuşdur. Bütün bunlar Yaradanın buyuruqlarının
hikmətinə işarə ilə onun mahiyyətini əks etdirir. Çünki
yağış torpağa yeni həyat verdiyi kimi süd və ondan
alınan məhsullar, arı balı, xurma və üzümlərdən alınan
məhsullar insanların yaşaması üçün vacib hesab edilən
qida məhsuludur.
Südün və süd məhsullarının qidalılıq dəyəri və
pəhriz əhəmiyyəti müasir elmi tədqiqatlarla sübuta
yetirilmişdir. “Qurani-Kərim” – də ananın öz uşağını
iki il əmizdirməsi barədə ayə nazil olmuşdur.
Ana südü
Burada ana südü ilə əlaqədar bir həqiqəti də nəzərə
çatdırmaq
yerində
olardı.
“Qurani-Kərim”-də
buyurulur:
“Analar (istər boşanmış, istərsə də boşanmamış
olsunlar) uĢaqlarını əmizdirmə müddətini tamam-
latmaq istəyən (atalar) üçün tam iki il əmizdirsin-
lər” (əl-Bəqərə, 2/233).
83
Başqa bir ayədə oxuyuruq:
“Biz insana ata-anasına (yaxşılıq etməyi, validey-
ninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə
etdik. Anası onu (bətnində) çox zəif bir halda daĢı-
mıĢdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində
olur” (Loğman, 31/14).
Bu iki ayədən bəlli olur ki, ana öz körpəsinə tam
iki il döşündən süd verməlidir.
Lakin uşaq bəslənməsində südün əhəmiyyəti nə-
zərə alınaraq digər mənbələrdə uşağın ən azı 9 ay ana
südü ilə bəslənməsi vacib sayılır. Çünki bu gələcək
nəslin sağlam və gümrah böyüməsi üçün zəruri şərtdir.
Bu gün inkişaf etmiş tibb elmi də bu nəticəyə
gəlmişdi ki, uşağı iki il əmizdirmənin həm ananın, həm
də körpənin sağlamlığında mühüm əhəmiyyəti vardır.
Ana südü ilahi qüdrətlə əfsunlanmış bir süddür.
Onda körpənin həyatı ehtiyac duyduğu mühüm vita-
minlər, hormonlar, orqanizmi qoruyan maddələr və
mikroblarla mübarizəedici bioloji fəal maddələr vardır.
Ana südündə eyni zamanda ananın xarakterini mənən
uşaqda təşəkkül etdirəcək sirli-sehrli amillər mövcud-
dur.
Ana südündə insanın böyüməsi cəhətdən əsas qi-
dalı maddələr olan protein, şəkər, yağ, fosfor və vita-
minlərin optimal miqdarı uşağın vücuduna uyğun gə-
ləcək şəkildə çox ahəngli bir nisbət və ölçüdə mövcud-
dur. Ən başlıcası, bu nemətlər ilahi tərəfindən tənzim
edilir.
Ana südündə körpəni ilk altı ay içində bütün mik-
rob təbiətli xəstəliklərdən qoruyan əvəzsiz maddələr
vardır. Bu və ya digər başqa səbəblərlə körpənin, xü-
susilə ilk altı ayda ancaq südlə bəslənməsi bioloji bir
84
zərurət olaraq məsləhət görülür.
Məlumdur ki, inək sağılandan sonra bir müddət
südün tərkibində bakteriyalar inkişaf edə bilmir. Buna
səbəb südün tərkibində bakterial xassəli antitellərin,
başqa sözlə immun cisimlərinin olmasıdır. Ana südün-
də də belə maddələr mövcuddur və körpənin ana südü
ilə qidalanmasında bu maddələr uşağın xəstəliklərə,
eləcə də mikroblara qarşı müqavimətini artırır.
Inkişaf edən müasir elmə görə də əmizdirmə müd-
dəti, eynən Quranda deyildiyi kimi, iki ildir. Çünki
qaraciyərin qan əmələ gətirməsi üçün çox yüklü olması
və digər orqanların inkişaf halında olması səbəbi ilə
ana südünə olan məcburi ehtiyac iki il davam etmək-
dədir. Ayrıca, uşaq orqanizminin inkişafının ən əhə-
miyyətli dövründə bioloji maddələrə olan ehtiyac müd-
dəti də iki il çəkir. Şübhəsiz ki, tibb elmi körpənin ilk
iki ildə gerçəkləşdirəcəyi inkişafının ən mühüm dövrü
olduğunu kəskinliklə qəbul edir.
Tibb elmi körpəsini bir-iki il əmizdirən anada bio-
loji bir inkişafın olduğunu, nəticədə döş vəziləri xər-
çənginin çox az müşahidə edildiyini; buna müqabil
körpəsinə süd verməyən ananın isə sağlamlıq cəhətdən
təhlükəli hallar keçirdiyini nəzərə alır.
Kamil təkəmmül üçün ana südünün faydaları
müasir elmdə bütün açıqlığı baxımından təsdiq edil-
mişdir. Bu elmi nailiyyət Quranın 1400 il bundan əvvəl
dediyini təsdiq etmişdir. Başqa sözlə, bu da Quranın
növbəti bir möcüzəsi sayılmalıdır.
“Qurani-Kərim”-in Nisa surəsinin 23-cü ayəsində
evlənilməsi haram olan qadınlar arasında “süd
bacılar” da yer alır. Islam fikhinə görə körpənin ilk iki
ili içərisində əmizdirmələrlə süd qardaşlığı meydana
85
gəlir. Iki ildən sonrakı əmizdirmələrdə bu qardaşlıq
özünü göstərməz. Deməli, Quranın təsbit etdiyi iki il
əmizdirmə müddətindən sonra ana südü öz
əhəmiyyətini böyük ölçüdə itirməkdədir.
Ana südü qida kimi körpənin dünyaya gəlməsi ilə
başlayır. Bir başqa uşaq iki ilə qədər bu süddən çox az
bir şey dəxi əmsə, süd qardaşlığı meydana çıxır. Bu
süd uşağın formalaşması ilə meydana gəldiyi üçün,
onu əmən digər uşağa da eyni xarakter hakim kəsilir.
Başqa sözlə, ortaq vəsflərə dayanan bir qardaşlıq
xarakteri gerçəkləşir. Bu səbəbdən, bəhs edilən ayəti-
kərimə ilə süd qardaşlarının evlənmələri haram buyu-
rulmuşdur. Normal batin qardaşlığı kimi, süd qardaş-
lığı da eyni məhrəmiyyət ölçülərinə tabedir.
Nəslin sağlamlığı cəhətdən Quranın bu qadağası
necə böyük əhəmiyyətə malikdir. Hələ bunun bu gün
elmə məchul olan tərəfləri gün işığına çıxdıqca,
“Qurani-Kərim”-in möcüzəli xəbərdarlıqları daha da
aydınlaşacaqdır.
Uşaqların qidalanması üçün bəzi bölgələrdə keçi
südü istifadə olunur. Bu onunla izah edilir ki, keçi südü
kimyəvi tərkibinə, yağ kürəciklərinin xırda və yağ
kürəciklərini xaricdən əhatə edən zülal təbəqəsinin
(pərdəsinin) nazik olmasına görə ana südünə yaxındır.
Ana südü möcüzəvi qidadır
“Biz insana ata-anasına (yaxşılıq etməyi, validey-
ninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə
etdik. Anası onu (bətnində) çox zəif bir halda daĢı-
mıĢdı. (UĢağın süddən) kəsilməsi isə iki il ərzində
olur. (Biz insana buyurduq): Mənə və ata-anana
Ģükür et. Axır dönüĢ Mənədir!” (Loğman, 31/14).
86
Ana südü körpənin qidaya olan ehtiyacını qüsur-
suz olaraq ödəmək və uşağı mümkün infeksiyalardan
qorumaq üçün Allahın yaratdığı bənzərsiz bir nemət-
dir. Ana südündəki qida maddələrinin nisbəti ən ideal
səviyyədədir. Bətndəki uşağın hələ yetişməmiş əzaları
bədən sistemləri üçün ən uyğun formadadır. Ana südü
uşağın beyin hüceyrələrinin böyüməsini təmin edən və
onun sinir sisteminin inkişafını sürətləndirən qidalar
baxımından da çox zəngindir. Çağdaş dövrün texnolo-
giyası əsasında istehsal edilən uşaq yeməkləri də bu
möcüzəli qidanın yerini verə bilmir.
Ana südünün uşaq üçün zəruri olan faydalı cəhət-
lərinin siyahısına zaman keçdikcə yeni-yeni məqamlar
əlavə edilir. Tədqiqatlar nəticəsində məlum olub ki,
ana südü əmən uşaqlar xüsusilə tənəffüs və həzm sis-
temi ilə bağlı infeksiyalardan tam qorunurlar. Çünki
ana südündə elə bənzərsiz maddə və elementlər (mə-
sələn, antikorlar) var ki, onlar körpəni infeksiyadan
bilavasitə qoruyur.
Ana südünün başqa bir antiinfeksion xüsusiyyəti
də var. Bu xüsusiyyət “normal flora” deyilən xoşmə-
ramlı, “yaxşı” bakteriyalar üçün “dost şəraiti” yaratdığı
halda, zərərli bakteriyaların, virus və parazitlərin
körpənin orqanizmində “məskən salmasına” mane
olur. Bundan əlavə ana südündə uşağın yoluxucu xəs-
təliklərə qarşı immunitet sistemini tənzimləyən və
onun yaxşı işləməsini təmin edən faktorların da olması
müəyyən edilmişdir.
Ana südü xüsusi olaraq uşaqlar üçün proqramlaş-
dırıldığından körpənin çox asan həzm edə biləcəyi
qidadır. Ana südü çox zəngin qida ehtiyatına malik
olsa da, onun həzm edilməsi uşaqların həssas
87
sistemlərinə uyğundur və asandır. Beləliklə, uşaq bu
qidaların həzminə daha az enerji sərf edir və elə buna
görə də enerjisini orqanizminin başqa fəaliyyətinə,
böyüməyə və əzalarının inkişafına yönəldir.
Körpəsini vaxtından əvvəl doğan anaların südündə
isə uşağın ehtiyaclarına uyğun olaraq daha çox yağ,
protein, mineral, xlor və dəmir olur. Həmçinin müəy-
yən edilmişdir ki, öz analarının südü ilə qidalanan vax-
tından əvvəl doğulmuş körpələrdə görmə qabiliyyəti,
gözlərin fəaliyyəti daha yaxşı inkişaf edir. Belə uşaqlar
intellektual testlərdən keçirilərkən bəlli olur ki, onların
bir çox üstünlükləri var.
Ana südünün təzəcə dünyaya gələn körpənin inki-
şafı üçün zəruri olan xüsusiyyəti onun tərkibində
omeqa-3 adlı yağ turşularının olmasıdır. Omeqa-3 yağ
turşuları insan beyninin və retinasının vacib bir tərkibi
olduğu üçün o, xüsusilə təzə doğulan körpələrin yaşa-
ması baxımından böyük əhəmiyyətə malikdir. Omeqa-
3 xüsusilə hamiləlik dövrü boyunca və körpəlik
dövrünün başlanğıcında beynin və sinirlərin əlverişli
şəkildə inkişafı üçün də çox vacibdir. Ana südündə
təbii və mükəmməl bir omeqa-3 anbarı olduğuna görə
alimlər ana südünün vacibliyini xüsusilə qeyd edirlər.
Bristol Universitetinin (ABŞ) alimləri tərəfindən
aparılan tədqiqatlar ana südü ilə qidalanmağın uzun-
müddətli faydaları arasında onun təzyiqə müsbət
təsirinin olduğunu və bunun sayəsində infarkt riskinin
azaldığını ortaya qoymuşdur. Araşdırmanı aparan
alimlər ana südünün qoruyucu gücünün onun tərkibin-
dəki maddələrdən qaynaqlandığını bildirir. “Gircula-
tion” adlı tibb jurnalında dərc olunan tədqiqatın
nəticələrinə görə, ana südü ilə qidalanan uşaqların ürək
88
xəstəliklərinə tutulması riski daha azdır. Ana südündə
damarın tıxanmasının qarşısını alan yağ turşuları var.
Ana südü ilə qidalanan uşaqlar daha az natrium
istehlak edir və piylənməyə məruz qalmır. Buna görə
də ana südünün ürəyin sağlamlığı baxımından müsbət
təsirə malik olduğu faktı da ortaya qoyulub.
Bunlarla yanaşı, Sinsinnati Universitetinin (ABŞ)
nəzdində olan uşaq xəstəxanasında işləyən Lisa Marti-
nin rəhbərliyi altında çalışan tədqiqatçılar ana südündə
çox miqdarda “adiponektin” adlı protein hormonu
tapdı. Belə qəbul olunur ki, qanda çox miqdarda adipo-
nektinin olması infarkt riskinin azalması ilə bağlıdır.
Köklük və infarkt keçirmək riski çox olan adamlarda
isə qandakı adiponektin miqdarı azdır. Buna görə də
ana südü ilə qidalanan uşaqların gələcəkdə kök olmaq
riskinin bu hormonla bağlı azaldığı müəyyən edilmiş-
dir. Bununla yanaşı ana südündə leptin deyilən və yağ
metabolizmasında çox vacib bir rol oynayan başqa
hormonun da olduğu müəyyən edildi. Alimlərə görə
leptin bədəndə yağ olması ilə bağlı beyinə göndərilən
siqnaldır. Dolayısı ilə Dr.Martinin sözlərinə görə,
körpə ikən ana südü ilə qəbul edilən bu hormonlar
sonrakı yaşlarda piylənmə, 2-ci növ şəkər xəstəliyi,
insulin müqaviməti və tac damar narahatlığı kimi
xəstəliklərə tutulma riskini azaldır.
“Ən təzə qida” ilə bağlı həqiqətlər
Ana südü ilə bağlı həqiqətlər bununla da məhdud-
laşmır. Ana südünün körpəyə verdiyi maddələr körpə-
nin yaş dövrü mərhələlərinə görə dəyişir və körpənin
hansı dövrdə hansı qidaya ehtiyacı varsa, südün tərkibi
də bu dövrə görə fərqli xarakter alır. İdeal temperaturu
89
ilə həmişə hazır olan ana südü tərkibindəki şəkər və
yağla beynin inkişafında da mühüm rol oynayır.
Bununla yanaşı ana südündəki kalsium kimi element
körpənin sümüyünün inkişafında önəmli rola malikdir.
Bu möcüzəvi qarışıq süd adlandırılsa da, əslində
ana südünün 90%-i sudan ibarətdir. Bu da çox vacib
bir xüsusiyyətdir. Çünki körpələrin qida ilə yanaşı ma-
ye kimi suya da ehtiyacı var. Ana südündən başqa isti-
fadə edilən suyun və başqa maddələrin istehlakı pro-
sesində gigiyena təmin edilməyə bilər. Ancaq 90%-i su
olan ana südü ilə körpənin su ehtiyacı da ən etibarlı
şəkildə, gigiyenik baxımdan qorxusuz təmin edilir.
Ana südü və zəka
Tədqiqatlar ana südü ilə qidalanan uşaqların zəka-
sının inkişafının ana südü ilə bəslənməyən körpələrə
nisbətən daha çox olduğunu göstərir. Kentukki Univer-
sitetinin (ABŞ) mütəxəssisi Ceym Andersonun ana
südü və süni qida ilə böyüyən uşaqlar arasında mü-
qayisə aparan araşdırması nəticəsində müəyyən edilib
ki, ana südü ilə qidalanan uşaqların intellekt indeksi
(IQ) süni qidalarla bəslənən uşaqlara nisbətən 5 bal
çoxdur. Bu tədqiqat nəticəsində o da müəyyənləşdirilib
ki, azı 6 ay ərzində ana südü ilə qidalanan uşaqların
zəkasının inkişafında problem olmur, 8 həftədən az ana
südü qəbul edən uşaqlarda isə ana südü zəkanın
inkişafına heç bir fayda vermir.
Ana südü xərçəngin dərmanıdırmı?
Aparılan araşdırmalar nəticəsində haqqında yüz-
lərlə məqalə dərc olunan ana südünün körpələri həm də
90
xərçəngdən qoruduğu sübut olunmuş, lakin bunun
mexanizmi hələ tamamilə aydınlaşdırıla bilməmişdir.
Tədqiqatçılar laboratoriyada yetişdirilən xərçəng hü-
ceyrələrinin ana südü tərəfindən öldürülməsini sübut
etməklə bu sahədəki tədqiqatların çox böyük potensia-
lının ortaya çıxdığını müəyyənləşdiriblər. Isveçin Lund
Universitetində həkim və immunoloq işləyən Katarina
Svanborq ana südündəki bu möcüzəvi sirləri kəşf edən
qrupun üzvlərindən biridir. Lund Universitetindəki bu
qrup adi ana südünün xərçəngin hər növü qarşısında
etibarlı bir qoruyucu olması vəzifəsini möcüzəli bir
kəşf kimi dəyərləndirib.
Əvvəlcə təzə doğulan körpələrdən aldıqları
bağırsaq-mukoza hüceyrələrini ana südü ilə işləyən
tədqiqatçılar nəticədə Pnemococcus bakteriyası tərəfin-
dən yaradılan və pneumonia (zökəm) adlandırılan
xəstəliyin inkişafının qarşısının ana südü tərəfindən
uğurla alındığını gördülər. O da bəlli oldu ki, ana südü
ilə qidalanan körpələr süni qida ilə böyüyən uşaqlara
nisbətən eşitmə çətinliyi ilə daha az üzləşir və tənəffüs
sistemi infeksiyalarına da daha az məruz qalırlar. Təd-
qiqatçılar bir-birinin ardınca davam edən çalışmalar
nəticəsində ana südünün xərçəngə qarşı da qoruyucu
xüsusiyyətinin olduğunu sübut etmişdir (Alimlər uşaq
yaşlarında müşahidə edilən limfa xərçəngi riskinin süni
qidalarla böyüyən uşaqlarda 9 dəfə çox olduğunu
göstərəndən sonra, eyni nəticələrin başqa xərçəng
növləri üçün də keçərli olduğunu fərq etdi). Əldə
edilən nəticəyə görə, ana südü xərçəng hüceyrələrinin
yerini dəqiq müəyyənləşdirir, sonra da onları öldürür.
Xərçəng hüceyrələrini müəyyənləşdirib məhv edən
element isə ana südündə bol miqdarda olan alpha-lac
91
(alphalactalbumin) adlı maddədir. Alpha-lac südün
tərkibindəki laktoz şəkərinin yaranmasına kömək edən
bir protein tərəfindən meydana gətirilir.
Bu bənzərsiz nemət Uca Allahın bir lütfüdür
Ana südü ilə bağlı başqa möcüzə isə körpənin ana
südü ilə 2 il boyunca qidalanmasının çox faydalı olması
faktıdır. Elmin yenicə kəşf etdiyi bu vacib məlumatı
Allah bizə Quranda “UĢaqlarını əmizdirməyi tamam-
latmaq istəyən analar üçün tam iki il əmizdirirlər…”
ayəsi ilə 14 əsr əvvəl bildirmişdir.
Mühafizəyə və qidalanmağa möhtac doğulan
körpə üçün ananın özü ən ideal qida olan ana südünü
bədənində yaratmağa qərar verə bilmədiyi kimi
dəyişən qida dəyərlərini də əlbəttə ki, ananın özü
müəyyənləşdirmir. Hər bir canlının ehtiyacını bilən və
onlara ruzi verən Uca Allah ana südünü ananın
bədənində körpə üçün yaradır.
Südün kimyəvi tərkibi və qidalılıq dəyəri
Südün tərkibində orqanizmin normal inkişafını
təmin edən bütün maddələr optimal nisbətdədir. Bunla-
ra su, zülallar, yağ, süd şəkəri, mineral birləşmələr,
üzvi turşular, vitaminlər, fermentlər, hormonlar, im-
mun cismləri, qazlar, piqmentlər və başqa birləşmələr
aiddir. Südün tərkibində orta hesabla 87,3% su, 3,5%
yağ, 3,4% zülal, 0,7% mineral maddə, 5,0% karbo-
hidrat vardır. Süd insan orqanizmində 96-99%
mənimsənilir. 100 qr süd 2720 kCoul enerji verir.
Süd mürəkkəb tərkibli mayedir. O, heyvanların
süd vəzilərində qandan əmələ gəlir. Südün tərkibi
heyvanın cinsindən, laktasiya dövründən, yemindən və
92
digər amillərdən asılı olaraq dəyişir.
Südün suyu sərbəst və birləşmiş formada olur. Bir-
ləşmiş su əsasən 2-3,5% miqdarında zülalların tərki-
bindədir.
Süd yağı kürəcik formasındadır. Kürəciklərin
diametri 2-3 (1-20 mikron arasında) mikrondur. Yağ kü-
rəcikləri soyudulmamış süddə emulsiya, soyudulmuşda
isə suspensiya halındadır. Yağ kürəcikləri lipoproteid
qlafı ilə əhatə olunmuşdur. Süd yağının tərkibində 40-a
qədər doymuş (bütün yağ turşularının 68-75%-i) və
doymamış yağ turşuları, həmçinin başqa yağlara
nisbətən çox xırda molekulalı uçucu yağ turşuları (5,5-
10,8%) vardır. Yarımdoymamış yağ turşuları (2,9-6,5%)
yayda sağılan süddə, qış mövsümündə sağılana nisbətən
çoxdur. Süd yağının ərimə temperaturu 27-34
0
C-dir.
Süd yağının tərkibində onu müşayət edən mad-
dələr – fosfatidlər (lesitin və kefalin) və sterinlər (xo-
lesterin və erqosterin) var. Erqosterin ultrabənövşəyi
şüaların təsirindən D vitamininə çevrilir və uşaqlarda
raxit xəstəliyinin baş verməsinin qarşısını alır. Xoles-
terin orqanizmdə kalsium duzlarının və fosfat
turşularının mübadiləsini nizamlayır.
Süd zülalının əsasını 2,7% miqdarında kazein,
0,4% albumin və 0,12% qlobulin təşkil edir. Süd zülalı
kolloid formada olub tam dəyərlidir, çünki tərkibində
bütün əvəzedilməz aminturşuları vardır. Kazein
mürəkkəb zülal – fosfoproteidlər qrupuna aiddir.
Süddə o, parakazeinat fosfat kompleksində olur. Bu
kompleksdə kalsium 2 molekul arasında “körpü”
rolunu oynayır. Südü turşutduqda bu kompleksdən kal-
sium ayrılır və dələmə əmələ gəlir. Kazein pasteri-
zasiya temperaturuna qarşı davamlıdır, yalnız qursaq
93
fermentinin
təsirindən
denaturatlaşır.
Albuminin
tərkibində fosfor yoxdur, lakin kükürdün miqdarı
kazeindəkindən 2 dəfə çoxdur. Suda, zəif turşu və
qələvi
məhlulunda
həll
olur,
südü
75-80
0
C
temperaturda qızdırdıqda onda olan albumin çökür.
Qlobulin pasterizə zamanı çökür, bakterisid xassəyə
malikdir. Ağız südündə onun miqdarı 8-9%-ə çatır.
Süd şəkəri – laktoza südün tərkibində 4,7%-dir.
Qalaktoza və qlükozadan təşkil olunmuş laktoza
saxarozadan 5,6 dəfə az şirinliyə malikdir. Çətin
hidrolizləşir. Südü yüksək temperaturda qızdırdıqda
laktoza aminturşuları və zülalların amin qrupu ilə
reaksiyaya girib melanoidlər əmələ gətirir. Bu maddə
isə südə qəhvəyi rəng verir. Laktoza mayaların iştirakı
ilə qıcqırdıqda süd turşusu, spirt və propion turşusu
əmələ gəlir. Onun bu xassəsindən turşudulmuş süd
məhsullarının və pendirlərin istehsalında istifadə edilir.
Mineral maddələrin ümumi miqdarı süddə 1%-ə
qədərdir. Külün miqdarı isə 0,7%-dir. Südün tərkibində
80-ə qədər kimyəvi element vardır. Bu elementlər
orqanizmdə asan mənimsənilən fosfor, limon və xlorid
turşularının duzları şəklindədir. Südün tərkibində
mq/100 ml hesabı ilə: P – 170; Ca – 120; Cl – 150; Na
– 50; CO
2
– 20; Mg – 13; SO
4
– 10 vardır. Mikro-
elementlərdən mis, manqan, kobalt, sink, yod, xrom,
qalay, gümüş, nikel, vanadium vardır. Bu elementlərin
qidalanmada və insanların həyat fəaliyyətində böyük
əhəmiyyəti vardır.
Süddə lipaza, reduktaza, proteaza, fosfotaza,
peroksidaza, katalaza və laktaza fermentləri vardır.
Lipaza fermenti 80
0
C-də öz fəallığını itirir, ona görə də
yağ istehsalında xama əvvəlcədən 80
0
C-dən yüksək
94
temperaturda pasterizə edilir. Laktaza fermenti laktoza
şəkərini qlükoza və qalaktozaya parçalayır.
Südün tərkibində az miqdarda da olsa bütün
vitaminlər vardır. Yaz-yay vaxtı süddə vitaminlərin
miqdarı qış mövsümünə nisbətən çox olur. Süddə
vitaminlərin miqdarı mq%-lə: B
1
– 0,04; A – 0,03; B
2
– 0,05; B
3
– 0,38; B
6
– 0,05; B
12
– 0,0004; C – 2,0; D
3
– 0,00005; H – 0,0032; E – 0,15; PP – 0,15. Qeyd
etmək lazımdır ki, camış südündə A vitamini, inək
südündə isə karotin (provitamin A) vardır.
Südün tərkibindəki immun cisimləri (antitellər)
psevdoqlobulin formasındadır. Bunlar südün bakterisid
xassəsini təmin edir. Südün bu xassəyə malik olmasına
səbəb onda laktenin – 1, laktenin – 2, lizosim və lesitin
adlı bakterisid, yəni mikrobları məhv edən maddələrin
(antitellərin) olmasıdır. Bunlara immun cisimləri də
deyilir. Süd sağılandan 6 saat ərzində immun cisimləri
orada mikrobların inkişaf etməsinə maneçilik göstərir.
Saxlanılma və pasterizasiya zamanı bunlar parçalanır.
Ana südündə də immun cisimləri vardır. Ona görə
körpə uşaqlar xəstələnəndə deyirlər ki, ana südü
dərmandır. Ana südü ilə bəslənən uşaqlar, süni qida ilə
bəslənən uşaqlara nisbətən daha az xəstələnirlər.
Ən çox inək südü istehsal edilir və ondan süd
zavodlarında müxtəlif süd məhsulları alınır. Müxtəlif
iqtisadi rayonlarda və bölgələrdə qoyun, keçi, camış,
zebu, maral, at və dəvə südündən də istifadə olunur.
Insanlar süd və süd məhsullarından çox qədimdən
istifadə edirlər. Bunların kimyəvi tərkibi və bioloji
dəyərliliyi təbiətdə olan bütün qidalardan üstündür.
Hazırda məlumdur ki, südün tərkibində 200-dən çox
müxtəlif maddə, o cümlədən 20-dən artıq aminturşusu,
95
40 yağ turşusu, 25 mineral maddə, 20 vitamin, onlarca
ferment, müxtəlif növ şəkər, piqment və s.vardır.
Hələ qədim zamanlarda filosoflar südün kimyəvi
və fiziki xassələrini bilmədən, onun orqanizmə müsbət
təsirini hiss edib onu “ağ qan”, “sağlamlıq mənbəyi”,
“həyat şərbəti” və s. adlandırmışlar.
X əsrin axırı, XI əsrin əvvəllərində (980-1037)
yaşamış böyük tacik alimi Əbu-Əli-Ibn-Sina göstərir
ki, süd məhsulları insanın inkişaf dövründə və qocalma
yaşında çox əhəmiyyətlidir. Xüsusilə keçi südünü balla
qarışdırıb içmək çox xeyirlidir.
Görkəmli fizioloq I.P.Pavlov sağlam və xəstə
orqanizmlər üzərində külli miqdarda təcrübələr
apararaq belə nəticəyə gəlmişdir ki, insan qidaları
içərisində süd ən yüksək dəyərə malikdir. O, təbiətin
hazırladığı müstəsna qidadır.
Məşhur alim O.P.Molçanova südün uşaqlar üçün
çox dəyərli qida olması haqqında yazır ki, südsüz qida
payı, uşaqların zülallara və başqa qida maddələrinə
olan ehtiyacını tamamilə ödəyə bilsə də, qənaətlən-
dirici nəticə verə bilməz. Buna səbəb südün tərkibində
yüksək qidalılıq dəyəri olan yağın, zülalların, süd
şəkərinin olması və bunların orqanizm tərəfindən yaxşı
mənimsənilə bilən nisbəti, eyni zamanda südün kal-
sium və fosfor duzları ilə də zəngin və vitaminli
olmasıdır.
Süd zülallarının yüksək qidalılıq dəyəri, onda
əvəzedilməz aminturşularının hamısının olmasıdır. Süd
yağının tərkibində 40-a qədər müxtəlif yağ turşuları
olur. Südün tərkibindəki süd şəkəri orqanizmdə baş
verən biokimyəvi proseslərin enerji ilə təmin edilməsi
üçün əsas mənbədir.
96
Südün mineral birləşməsinin təxminən yarısı
kalsium və fosfor duzlarından ibarətdir. Bu da
sümüyün inkişafında həlledici rol oynayır.
Südün tərkibində az olan mikroelementlər də
(sink, mis, manqan, kobalt, yod və s.) orqanizmdə
gedən mübadilə prosesində mühüm rol oynayır. Südün
qidalılığını artıran səbəblərdən biri də onun tərkibində
bioloji cəhətdən fəal maddələrin – vitaminlərin (A, D,
E, C, B
1
, B
2
və s.) olmasıdır.
Hədislərdə deyilən “Həm yeyəcək həm içəcək
Dostları ilə paylaş: |