da, (içki də), qumar da, bütlər də, fal oxları da
ġeytan əməlindən olan murdar bir Ģeydir. Bun-
lardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (əl-Maidə,
5/90).
Oxucuda sual yarana bilər ki, donuz problemini nə
üçün bu qədər dəqiqliklə araşdırırıq?
Bu suala elə Miçurinin təcrübələrinə istinad
etməklə də cavab vermək olardı. Bu, həmin Miçurindir
ki, təbiətdən bəxşişlər gözləməyərək, özü də ondan
nəsə alırdı, həm də bu nəsə naməlum bir şey olaraq
qalmaqdadır… Buna görə də hal-hazırda insanlar
nəinki faydası olmayan, hətta çox zaman zərərli olan
müxtəlif cür hibrid (Geni dəyişdirilmiş - Ə-C.Ə.)
41
meyvələr yeyirlər. Bu barədə də sübutlar istənilən
qədərdir.
Insanın təbiət üzərindəki təcrübələrinin mümkün
olan məhvedici nəticələri barədə müəyyən aydınlıq
yaratmaq üçün daha bir nadir təcrübə ilə tanış olaq və
onun nəticələri üzərində düşünək. Elmi ədəbiyyatda
təqribən 20-25 min növü əhatə edən birhüceyrəlilər
üzərində aparılmış təcrübələr barədə məlumatlar möv-
cuddur. Təcrübə, bir növün digər növ ilə yemlənməsin-
dən ibarət idi. Nəticə heyranedici oldu: digər növdən
olan birhüceyrəlini yemiş birhüceyrəlidə, öz “yem”inə
məxsus irsi əlamətlər əmələ gəlmişdi.
Bundan nə nəticə çıxarmaq olar? Məntiq sadə,
nəticə isə birmənalıdır: bir fərdin özünəbənzər digər
fərdi yeməsi ilə irsi əlamətlərin bir fərddən digərinə
ötürülməsi baş vermişdi. Bu zaman xromosomlar
həzmetmə prosesində qida məhsullarının mənimsənil-
məsi ilə ötürülürdü. Birhüceyrəli orqanizmlər üzərində
aparılmış təcrübənin və birhüceyrəlilər arasındakı qar-
şılıqlı münasibətlərin modelini mürəkkəb sistemli or-
qanizmlər, xüsusi halda insan və donuz orqanizmləri
üzərinə köçürək və fərziyyə irəli sürək: “Insanlara do-
nuz əti ilə qidalanmaq, donuzların orqan və toxu-
malarını transplantasiya etmək qadağan olunma-
lıdır, çünki bu zaman gen mutasiyası təhlükəsi
mövcuddur”.
Donuz əti yeyənlərin çoxu bu mövqe ilə razılaş-
mayaraq belə bir əks-müddəa irəli sürə bilər ki, “onda,
mal əti, qoyun əti, toyuq və s. də yemək olmaz”. Lakin
bu, qətiyyən belə deyil.
Əlbəttə, inək, qoyun, toyuq orqanizmlərində də
hər cür parazitlər əmələ gəlir. Lakin onlar termik emal
42
zamanı məhv olur. Lakin donuz parazitləri –
trixinellər, qeyd edildiyi kimi, emal zamanı məhv ol-
mur. Hətta əgər donuz parazitləri, donuz ətinin emalı
prosesində məhv edilsəydilər belə, donuz orqanlarının
köçürülməsi zamanı həmin parazitlər məhv olmazdı,
çünki transplantasiyada praktiki olaraq canlı toxumalar
köçürülür.
Amma məsələ tamamilə başqa şeydədir. Araşdırı-
lan məsələnin əsasını belə bir sual təşkil edir: bəlkə
donuzların orqan və toxumaları vasitəsilə ksenotrans-
plantasiya problemlərinin həllinə yönəldilmiş metod və
vasitələr axtarmaq lazımdır? Zənnimcə, bu lazım deyil.
Əldə olan əsas – çoxsaylı elmi tədqiqatlardan görün-
düyü kimi, insan və donuzların genetik kodlarının bir-
birinə çox oxşar olmasıdır. Dünyada bircə nəfər alim
tapmaq mümkün deyildir ki, bu cür riskli təcrübələr
zamanı mutasiya prosesinin imkansızlığına təminat
versin.
Bunlar, belə demək mümkünsə, sırf bəşəri mülahi-
zələrdir və onlarda səhv də ola bilər, 100%-lik təminat
yoxdur. Lakin məsələ insanın düşüncəsinə yox, böyük
Yaradanın buyurduqlarına aid olduqda, bəşəri müla-
hizə və hərəkətlərdə risk mənasızdır.
Böyük Yaradanın Quran və Bibliyadakı sözlərini
oxuculara bir daha xatırladırıq: “… Donuz əti… sizə
haram edildi…” (“Qurani - Kərim”, “əl-Maidə”
surəsi, 3-cü ayə). “Onların ətini yeməyin və leĢlərinə
toxunmayın,
onlar
sizin
üçün
murdardır”
(“Bibliya”, “Levit” kitabı, 11:8).
Oxuculara xatırladaq ki, bunlar Allahın bütün bə-
şəriyyətə və bütün zamanlar üçün buyurduğu sözlərdir.
“Ilahi əczaxananın dərmanları” adlı kitabda nəşr
43
edilmiş təmiz və natəmiz (murdar) ətlər barəsindəki
müasir elmi məlumatları barədə informasiyanı təqdim
edirik. Amerikalı alimlər təcrübə məqsədilə əvvəlcə tə-
miz (pak) heyvanların, sonra isə donuzun əzələlərindən
ətdə olan bütün substansiyaları (əsas maddələri) çıxa-
raraq, onlarla acıpaxla əkinlərini gübrələmişlər. Təc-
rübə nəticəsində müəyyən olunmuşdur ki, pak heyvan-
ların ətindən çəkilmiş şirə bitki əkinlərinin artımına
mane olmamışdır, donuz ətindən elə həmin texnolo-
giya əsasında çəkilmiş şirə isə əkinlər üçün zəhərli ol-
muşdur. (Yn Şuls, Edita Uberquber – “Ilahi əczana-
nanın dərmanları”, MÇP “Anfas”, Kiyev, 1994, s.24).
Allahın qadağanları insanlar üçün mütləq həqiqət
olmalıdır. Əgər Böyük Yaradan insana donuz əti
yeməyi qadağan edirsə, şüurlu insan yaxşı olar ki, onu
yeməsin. Lakin əgər insan, Böyük Yaradana qulaq
asmayıb donuz əti yeyir və şeytanın təhriklərinə
uyursa, bu halda Allah tərəfindən ciddi cəzalanmaq
təhlükəsi altına düşür. Demək, daha yaxşı olar ki, insan
bu qadağana əməl etsin, həm də tərəddüdsüz surətdə.
Insan bilməli və yadda saxlamalıdır ki, donuz əti
yeməklə onun mənəviyyatına dəyən ziyan, onun
sağlamlığına dəyən ziyandan daha artıqdır. Axı, kim
deyə bilər ki, haram ət yeməklə insanın başına nələr
gələ bilər. Axı, Böyük Allaha qulaq asmamaq və onun
qadağan etdiyi donuz ətini yeməklə insanların genetik
kodunda
müəyyən
dəyişikliklər
və
əvvəlcədən
bilinməyən mutasiyalar baş verə bilər. Bəşəriyyət isə
bunu bütövlükdə dərk etmək iqtidarında deyil…
Düşünün: Ağıllı insanın bir tikə donuz budu,
yaxud ətindən hazırlanmış sosiska, kolbasa yemək
naminə öz həyatı bahasına risk etməsinə dəyərmi?
44
Qeyd: “Donuz ətini yemək niyə haramdır?”
başlığı altında verilən məlumatlar tibb.e.n. R.Haşımov,
fəlsəfə e.n. G. Sarıyev və əczaçılıq e.n. S.Tağıyevin
imzaları ilə “Camaat” qəzetində (11 oktyabr 2002-ci il,
№ 15) nəşr olunan materialından götürülmüşdür.
Haram və halallıq haqqında kəlamlar
1.
Haram atanın sülbündə formalaşan virusdur.
Onun kökü qidayla gələr və nəsillərdə özünü biruzə
verər. Onun nəticəsi isə ağır olar. Haramdan özünüzü
qoruyun. Haram olan bina da özünü biruzə verər.
2.
Haram öz sahibinin arxasınca Cəhənnəmdən
gələn oddur.
3.
Haram boğazı yandırmazsa, bədəni mütləq
yandırar.
4.
Haram heyvani nəfsi alışdıran oddur.
5.
Haram sahibinin mülkü çayda üzən buza
bənzər.
6.
Azğınlığın kökü haramdan doğar və o insanı
heyvani hisslərlə yaşadıb Cəhənnəm sakini edər.
7.
Kazino – yaşlı körpələrin oyuncaq yeri.
8.
Başqasının halal malına göz dikənlər öz
ruzilərini itirərlər və həşərata bənzərlər.
9.
Harama haqq deyib onu zorla və ya hiylə ilə al-
maq Allaha, Peyğəmbərinə və Qurana qarşı çıxmaqdır.
10.
Haramla qurulan dövlət haramla dağılar.
11.
Bütün mülkiyyət Allahındır, onu mənim-
səmək isə Ondan oğurluq etmək kimi qiymətləndirilir.
12.
Faizli müamilə və sələm sizi qul edər və
Allah tərəfindən lənətlənərsiniz.
13.
Faizin bərəkəti küləyin sovurduğu külə,
yeyənin aqibəti isə Cəhənnəm odunda yanan oduna
45
bənzər.
14.
Ey insanlar! Ikiüzlülük etməyin. Sizdən
bəziləriniz
özünüzü
müsəlman
adlandırır
və
yaxınlarınızı haramla yad edib onlar üçün Allahdan
rəhmət, cansağlığı və gözəl gələcək diləyərək necə də
çirkin və qəbuledilməz bir işə əl atırsınız. Allah haramı
sevməz və qəbul etməz!
15.
Şeytana xidmət harama sövq etməkdir.
16.
Haram
insanın
əqlini aparan heyvani
xislətdir.
17.
Haramdan nicatın sənin iradən və tövbəndir.
18.
Haram sizi imandan uzaq edər, imansızlıq isə
sizi zalimlik, yaltaqlıq, qorxaqlıq, ikiüzlülük və ən
alçaq işlər görməyə vadar edər, bu da sizə və nəslinizə
bu dünyada rüsvayçılıq, axirətdə isə sizə əzabdan
başqa bir şey verməz.
19.
Allahı yalnız mağarda xatırlamaq, sizi imansız-
lığa və ikiüzlülüyə aparar. Unutmayın ki, Allahsız – ya-
ranış, həyat, axirət və bu vaxtda görülən bütün işlər ha-
ram sayılır və sizi axirət nemətlərindən məhrum edər.
20.
Halallığın açarı “Bismillahir-rəhmanir-rəhim”
kəlməsidir.
21.
Allahdan xeyir-duası alınmamış hər bir iş
haram sayılar və Allah tərəfindən qəbul olunmaz, hətta
yaxşı iş olsa da belə.
22.
Gördüyün iş, yediyin qida Allahın neməti və
qüdrətidir. Ondan izn almağı unutma, yoxsa oğrular-
dan olarsan.
23.
Halal samandan da incə, haram isə yanan
oddur.
24.
Halallıqla qurulan ev dağılmaz.
25.
Səni imana gətirən halal zəhmətindir.
46
26.
Zəhmət üzükdürsə, halallıq onun qaşıdır.
27.
Bismillahsız görülən hər bir işdə şeytan sizə
şərik olar; özünüzü və nəslinizi ondan qoruyun.
28. Halal qazanc ikidir, biri səni axtarar, o birinin
arxasınca sən gedərsən, zor və hiylə ilə qazanc haram
sayılar və sizi halal ruzidən məhrum edər.
47
S U S U Z H Ə Y A T Y O X D U R
Insan bədəninin orta hesabla 65-70%-i sudan
təşkil olunmuşdur. Beynin 80%-i, qanın 83-90%-i,
əzələlərin 75%-i, piy toxumasının 20%-i, sümüklərin
22-24%-i sudan ibarətdir. Odur ki, orqanizmin sağlam
olmasını nizamlamaq üçün gün ərzində müəyyən
miqdarda su qəbul etmək lazımdır.
Insan sutkada bədəninin kütləsinin hər kq-na 40 q
su qəbul etməlidir. Deməli, orta çəkili (70-75 kq) insan
gündə 2800-3000 ml su istehlak etməlidir. Insanın
suya tələbatı onun əməyinin xarakterindən və iqlim
şəraitindən asılıdır. Gündəlik su normasının bir
hissəsini (1000-1200 ml) insan çay, qəhvə və başqa
içkilərin hesabına, bir hissəsini (500-600 ml) duru
xörəklərlə, bir hissəsini (600-700 ml) çörək, meyvə-
tərəvəz və başqa bu kimi məhsullarla qəbul edir. Bun-
lardan başqa orqanizm üzvi maddələrin oksidləşmə-
sindən gündə 300-400 ml su əldə edir. Çünki, 100 q
yağın toxumadaxili oksidləşməsindən 107 ml, 100 q
karbohidratın oksidləşməsindən 55 ml, 100 q zülalın
oksidləşməsindən isə 41 ml su əmələ gəlir. Insan
orqanizmindən suyun xaric olunması böyrək (1,5 l),
bağırsaq (0,15 l), dəri (0,6 l) və ağciyər (0,35 l)
vasitəsilə baş verir.
Qida məhsullarında suyun faizlə miqdarı aşağıdakı
kimidir: kartof – 67-83; xiyar – 95; alma – 83-88; bərk
qabıqlı meyvələr – 6-14; süd – 87-90; ət – 58-74; balıq
– 62-84; pendir – 42-52; çörək-kökə məmulatı – 34-51;
kərə yağı – 16-20; kartof nişastası – 20; bal – 22; un –
13-15; yarma – 12,5-15,5; çay – 7; kakao tozu – 6;
48
quru süd – 4; ərinmiş yağ – 1; rafinad şəkər – 0,2-0,4;
toz şəkər – 0,14.
Məhsullarda su sərbəst və birləĢmiĢ formada
mövcuddur. Sərbəst su, adından məlum olduğu kimi
məhsullarda sərbəst halda rast gəlir və bunu məhsulu
qurutmaqla ondan ayırmaq mümkündür. Sərbəst su
məhsulların toxumaarası şirəsində və diametri 10
-5
sm-
dən çox olan kapilyarlarda yerləşir. Sərbəst suda həll
olmuş halda üzvi və mineral maddələr olur. Sərbəst
suyun xüsusi çəkisi 4
0
C temperaturda vahidə
bərabərdir. 0
0
C-də donur.
Birləşmiş su diametri 10
-5
sm-dən az olan mikro-
kapilyarlarda yerləşir və məhsulun başqa maddələri ilə
az və ya çox dərəcədə birləşmiş olur. Bu su saxarozanı
həll etmir və çox aşağı temperaturda (-71
0
C) donur.
Birləşmiş suyun xüsusi çəkisi adi sudan fərqli olaraq
1,2-1,7-dir.
Içməli suya müəyyən tələblər verilir. Suyun key-
fiyyəti onun şəffaflığına, rənginə, dad və iyinə, mikro-
orqanizmlərlə zədələnməsinə və həmçinin onda həll
olmuş kalsium və maqnezium duzlarının miqdarına
(suyun codluğuna) görə müəyyən edilir. Cod suda
yarma və tərəvəz pis bişir, çay yaxşı dəm almır.
Suyun çirklənməsini təyin etmək üçün koli-titr və
koli-indeks müəyyən edilir. Suyun ən az miqdarında
bağırsaq çöplərinin tapılmasına koli-titr deyilir. Dövlət
standartına görə içməli suyun koli-titri 300 ml-dən az
olmamalıdır. Koli-indeks isə bir litrdə 3 mikrobdan
artıq olmamalıdır. Suyun ümumi quru maddəsi 1000
mq/litr, ümumi codluğu 7,0 mq-ekv/litrdən çox olma-
malıdır.
Bəzi elementlərin miqdarı 1 litrdə mq/l-lə çox
49
olmamalıdır: qurğuşun – 0,1; arsen (mışyak) – 0,05;
dəmir – 1,0; ftor – 1,5; manqan – 0,1; sink – 5,0; mis –
3,0; berillium – 0,0002; selen – 0,05. Suyun pH-ı 6,5-
8,5 arasında olmalıdır. Pestisidlərin və politsiklik ətirli
karbohidrogenlərin olmasına yol verilmir.
Su haqqında yuxarıda deyilənlərdən aydın olur ki,
doğrudanda susuz həyat yoxdur. Lakin biz suyun insan
orqanizmi üçün əhəmiyyətini və bu barədə islami
dəyərləri daha geniş izah etsək, zənnimcə oxucular
üçün maraqlı olar.
Təmiz içməli suyun üstün cəhətləri
Təbiətdə saf suyu tapmaq, demək olar ki, qeyri-
mümkündür. Saf su qoxusuz, dadsız və rəngsizdir, la-
kin havadakı karbon qazı suyun içində həll olunmağa
başladığı andan etibarən dadı pozulur. Təbiətdəki sula-
rın tərkibində yad maddə, ərimiş duzlar, qazlar, kimyə-
vi maddələr, xəstəlik yaradan və ya yaratmayan mikro-
orqanizmlər, torpaq, gil və s. mövcuddur. Bunların bir
qismi gözlə, bir qismi də dad və qoxu ilə müəyyən
edilir.
Orqanoleptik xüsusiyyətləri. Su saxlanıldığı
mühitdən asılı olaraq bərk, maye və qaz halında ola
bilir. Sıxlığı əsasən temperatura bağlıdır. Suyun orqa-
noleptik xüsusiyyətlərindən temperaturu, bulanıqlığı,
şəffaflığı, rəngi, dadı, qoxusu olduqca önəmlidir. Iç-
məli su şəffaf, rəngsiz, qoxusuz və yaxşı dada malik
olmalıdır.
Suyun temperaturu. Suyun özünəməxsus dadı
temperaturdan asılıdır. Konkret istilik dərəcəsi söylən-
məsə də, ümumi olaraq içməli suyun temperaturu stan-
50
dartlara (Azərbaycan Respublikasında içməli suyun
keyfiyyət göstəriciləri QOST 2874-82-nin tələblərinə
uyğun təmin edilir) görə 7-11
0
C arasında olmalıdır.
Daha isti sular dadsız ola bilir və temperaturu 20
0
C-dən
artıq olduqda ürək bulandırır. Soyuq sular isə mədə-
bağırsağın selikli qişasının iltihablaşmasına zəmin
yaradır və bağırsaqda qidanın hərəkət etməsini məhdud-
laşdıraraq sancıya səbəb olur.
Suyun rəngi haqqında qərar verə bilmək üçün
suya ancaq süzüldükdən sonra baxılmalıdır. Suyun
rəngi əsasən orada asılı halda mövcud olan üzvi və
qeyri-üzvi maddələrdən, eləcə də istehsalat sularında
həll olmuş kimyəvi boyaların olmasından irəli gəlir.
Az miqdarda su rəngsizdir, qalın təbəqə halında isə
təbii olaraq rəngi mavi çalarlıdır. Içməli su rəngsiz,
qoxusuz və dadsız olmalıdır.
Suyun qoxusu. Yaxşı xüsusiyyətlərə sahib olan
içməli su qoxusuzdur. Suyun qoxulu olmasına bir çox
amillər səbəb olur. Suya qoxu verən amillər mikroor-
qanizmlərin fəaliyyəti, ishal və sidik qarışması, üzvi
maddələrin ayrılması, istehsalat və bu kimi müxtəlif
tullantıların qarışması ola bilər. Eyni zamanda, dərin
yeraltı sularda sulfatların ayrılması ilə əmələ gələn
kükürdlü hidrogen, suların içində yaşayan yosunlar,
müxtəlif mikroorqanizmlər və bəzən də suların nəql
edilmələrində istifadə olunan boru və qablar da sudan
qoxu gəlməsinə səbəb olur. Suların dezinfeksiyasında
istifadə olunan xlor və yod da suya özünəməxsus qoxu
verir. QOST 2874-82-yə görə, qoxu 5 ballı sistemlə
ölçülür və içməli suyun qoxusu 2 baldan çox olma-
malıdır.
Suyun dadı. Suyun dadı suda həll olmuş oksigen
51
(O
2
) və karbon (CO
2
) qazının tərkibindəki digər kim-
yəvi maddələrə və suyun istiliyinə, ya da soyuqluğuna
görə dəyişir. Suyun turş, acı, duzlu ya da dadsız olma-
ması arzu edilir. Su dadını dəyişdirməməli, içildiyi
zaman boğazda quruluq, qıcıqlanma və mədəyə ağırlıq
verməməlidir. Içməli suyun keyfiyyəti və dadı
tərkibindəki həll olmuş oksigen və karbon qazının
miqdarından asılıdır. Belə ki, 1 litr suda 20-50 mq
qədər qaz ola bilir. Bunun yarısı CO
2
, digər yarısının
üçdə biri oksigen və üçdə ikisi də azotdur.
pH dərəcəsi. pH suyun turşuluğunu və ya qələvi
mühitini göstərən bir ölçüdür. Məhlulda olan
H
+
ionu
konsentrasiyasını ifadə edir. Saf suda
H
+
və
H
-
ionlarının miqdarı tarazlıqdadır və pH=7 olur.
pH
7 şəraitində mühit turşu, pH
7 şəraitində isə
mühit qələvidir.
İçməli sularda pH göstəricisinin 6,5-8,5 olması
tövsiyə edilir.
Suyun codluğu onun tərkibində olan kalsiumun
miqdarından asılıdır. Buna baxmayaraq, codluq
dərəcəsi sudakı kalsium və maqnezium duzlarından
irəli gəlir. Su bunları torpaqdan alır. Həll olmuş halda
olan kalsium və maqnezium suyun tərkibində hidro-
karbonat, sulfat və xlor duzları və ayrıca az miqdarda
nitrat duzları halında olur. Xüsusilə kalsium hidrokar-
bonat və kalsium-sulfat suyun codluğunda əhəmiyyətli
rol oynayır. Suyun tərkibində ən çox kalsium,
maqnezium, sulfat və xlor duzlarına rast gəlinir.
Canlı su
Hamımız suyun canlıların həyatında ciddi rol
oynadığını, əhəmiyyətini və su itkisinin nələrə səbəb
52
ola biləcəyini bilirik. Əslində həyatımız üçün bu qədər
dəyərli olan sudan maksimum faydalanmaq istərik.
Amma bunun müqabilində canlılar üçün ən faydalı
suyun hansı olduğunu bilmirik.
Canlılar üçün ən faydalı su “canlı su” adlandırılan
təbiətin bizə bəxş etdiyi təbii qaynaq suyudur. Dağ-
lardan gələn ərimiş qar və ya buzlaq suları, torpaqdan
fısqıran qaynaqlar, kilometrlərcə uzunluqda təbii
yataqlarda axan dəniz və çay suları ən böyük canlı su
mənbələridir.
Canlı su sadəcə susuzluğu yatırtmaq üçün deyil,
eyni zamanda canlılıq və şəfa verən sudur.
Canlı suyun istifadə olunmasi Ģərtləri
Suyun orqanizmə yararlı olması üçün bəzi
xüsusiyyətlərə malik olması vacibdir:
-
təmiz olmalıdır;
-
enerjili olmalıdır;
-
oksigenlə (O
2
) zəngin olmalıdır;
-
mineralla zəngin olmalıdır;
-
pH səviyyəsi orqanizmdə baş verən prosesləri
tənzimləməlidir;
-
molekulyar quruluşu kiçik və altıbucaqlı
olmalıdır.
Bu gün xalq arasında işlənən “Su qədər ömrün
olsun” ifadəsi təmiz, sağlam və nurlu ömrə işarədir.
-
Suyu içmək üçün ən yaxşı vaxt yatmazdan
əvvəl, yuxudan oyananda, yemək yeməzdən yarım saat
əvvəl və ya bir saat sonra.
-
Əgər özünüzü pis hiss edirsinizsə, dərhal su
için. Su hamı üçün şəfaverici eliksirdir. Çox az şey ola
bilər ki, insanın ruhuna qısa zamanda su qədər müsbət
53
təsir etmiş olsun.
-
Günə bir stəkan su içərək başlayın. Bu böyrəkləri
boşaltmağa və orqanizmin toksinlərdən azad olmasına
yardım edəcək.
-
Gündə ən azı səkkiz fincan (200x8=1600 ml) su
için.
-
Ac deyilsinizsə, yemək yeməyin, onun yerinə su
için.
-
Özünüzü yaxşı hiss etmirsinizsə, dərman içməyə
tələsməyin, əvvəlcə bir fincan su için.
-
Yemək zamanı su içməyin, yeməkdən yarım saat
əvvəl və ya bir saat sonra için.
-
Yediyiniz yeməklərlə su qəbul edirsiniz, çünki
onların tərkibində də su vardır.
-
Stresli və narahat olduğunuz zaman bir fincan su
için. Su sizin bədəninizdəki mayeni və duzu
tənzimləyərək sakitləşmənizə yardım edəcək.
-
Düzgün qidalanmağa səy göstərin.
-
Çox çay, qəhvə və alkoqollu içkilər içməyin. Bu
içkilər sidikqovucu olduqlarından bədəndəki suyun
itkisinə səbəb olurlar.
Hər bir insanın gündəlik su ehtiyacları müxtəlif
amillərlə bağlıdır.
1.
Çəki artdıqca insanın suya ehtiyacı artır.
2.
Qidalanma – meyvə-tərəvəzlə daha çox
qidalanan insanların suya tələbi quru qidalarla
qidalananlara nisbətən azdır.
3.
Iqlim.
4.
Fiziki aktivlik.
5.
Xəstəliklər – məsələn, yüksək hərarət, ishal və
qusma zamanı suya ehtiyac artır.
6.
Səyahət zamanı su həyati əhəmiyyət kəsb edir.
54
Su itkisi zamanı qəbul olunan su ilə yanaşı
mineralları da nəzərə almaq vacibdir.
Orqanizmə lazım olan suyun miqdarının hesablan-
masında iki üsuldan istifadə olunur:
1)
Insan bədəninin kütləsinin hər kq-ı 32 qrama
vurulur. Məsələn, 70x32=2240 ml.
2)
Gündəlik qəbul etdiyiniz hər kalori üçün 1 ml.
Əgər 2500-3000 kalori qəbul edirsinizsə, onda 2,5-3
litr su içməniz vacibdir.
Əgər çörək, kreker kimi quru qidalar yeyirsinizsə,
isti iqlimdə yaşayırsınızsa, müntəzəm idman edir və
sauna, ya da buxar vannası qəbul edirsinizsə, həddən
artıq su içməlisiniz.
Gündə 8-10 dəfə sidiyə çıxmaq optimal miqdarda
su içdiyinizin göstəricisidir. Hamilə qadınlar daha çox
su içməlidirlər. Normada qadın hamiləlik dövrü öz
çəkisini 12,5 kq artırır. Bunun 6-8 kq-ı sudan ibarətdir.
Çox zülal və duz qəbul etmə, ishal, tərləmə,
hərarətli xəstəliklər, isti ərazidə yaşamaq və işləmək su
tələbatını artırır.
Su çatışmamazlığından ən çox əziyyət çəkən
orqanizmin aşağıdakı hissələridir:
-
immun sistemi;
-
ürək və qan dövranı sistemi;
-
həzm sistemi.
Suyu necə içməli?
1.
Yuxudan duran kimi iki fincan su içmək daxili
orqanları fəallaşdırır.
2.
Yeməkdən 30 dəqiqə əvvəl bir fincan su içmək
həzmə yardım edir.
3.
Hamama girməzdən əvvəl bir fincan su içmək
qan təzyiqini normallaşdırır.
55
4.
Yatmazdan əvvəl bir fincan su içmək infarktın
və insultun qarşısını alır.
Dostları ilə paylaş: |