Hematologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Hematologiyanın ümumi məsələləri


) Limfoadenopatiya termini dedikdə, nə nəzərdə tutulur?



Yüklə 1,18 Mb.
səhifə3/18
tarix29.12.2016
ölçüsü1,18 Mb.
#3867
1   2   3   4   5   6   7   8   9   ...   18

132) Limfoadenopatiya termini dedikdə, nə nəzərdə tutulur?

A) Sümük iliyində yüksək limfositoz

B) Periferik qanda limfopeniya

C) Limfa düyünlərinin böyüməsi

D) Limfatik düyünlərin leykoz infiltrasiyası

E) Periferik qanda limfositoz


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
133) Hansı halda periferik qanda eritrositlərin miqdarının artması qeyd olunmur?

A) Böyrəklərin polikistozu

B) Kəskin leykoz

C) Böyrək şişləri

D) Eritremiya

E) Hipoksiya və hipoksemiya


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
134) Aşağıdakılardan hansı sümük iliyinin retikulyar stroma hüceyrələrinə aiddir?

A) Osteoblastlar

B) Meqakariositlər

C) Mieloblastlar

D) Promielositlər

E) Limfoblastlar


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
135) Aşağıdakılardan hansı sümük iliyinin parenxima hüceyrələrinə aiddir?

A) Osteoblastlar

B) Mieloblastlar

C) Makrofaqlar

D) Piy hüceyrələri

E) Fibroblastlar


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
136) İmmunogenezin mərkəzi orqanlarına hansılar aiddir?

A) Dalaq, periferik limfa düyünləri

B) Dalaq, sümük iliyi

C) Timus, sümük iliyi

D) Sümük iliyi, periferik limfa düyünləri

E) Periferik limfa düyünləri, dalaq


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
137) Adları çəkilən hüceyrələrdən hansılar qranulositlərə aiddir?

A) Neytrofil, eozinofil, bazofil

B) Bazofil, neytrofil, limfosit

C) Eozinofil, bazofil, monosit

D) Limfosit, monosit, bazofil

E) Limfosit, monosit, neytrofil


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
138) Hemoqlobinin α-zəncirinin sintezinə cavabdeh genlər hansı xromosomda yerləşir?

A) 16


B) 22

C) 11


D) 9

E) 15
Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4



Москва 2006.
139) Promielosit nədir?

A) Qranulositar sıranın hüceyrəsidir

B) Monositar sıranın hüceyrəsidir

C) Eritroid sıranın hüceyrəsidir

D) Nüvəsiz hüceyrədir

E) Meqakariositar sıranın hüceyrəsidir


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
140) Hipereozinofil sindrom zamanı nə müşahidə oluna bilər?

A) Asmatik sindrom meydana çıxır

B) Eozinofillərin hesabına sumuk iliyində hüceyrə hiperplaziyası qeyd olunur

C) Qeyd olunanların hamısı inkişaf edə bilər

D) Qara ciyərin eozinofil infiltrasiyası aşkar edilir

E) Eozinofil miokarditi inkişaf edə bilər


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн

Москва 1997.
141) İkincili eozinofiliyaya nə səbəb ola bilər?

A) Allergik vəziyyətlər

B) Bədxassəli şişlər

C) Kollagenoz və autoimmun xəstəliklər

D) Parazitar xəstəliklər

E) Sadalananların hamısı


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн

Москва 1997.
142) Eozinofillərin miqdarının artmasına səbəb ola bilən dərmanlar hansılardır?

A) Nitrofuranlar

B) Sulfanilamidlər

C) Yod preparatları

D) Fenotin və aspirin

E) Sadalananların hamısı


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн

Москва 1997.
143) Retikulositoz nəyin əlamətidir?

A) Sadalananların hamısı düzgündür

B) Hemolitik anemiyanın əlamətidir

C) Kəskin oksigen çatmamazlığının əlamətidir

D) B12 vitamini ilə müalicənin effektivlik əlamətidir

E) Kəskin qanitirmənin əlamətidir


Ədəbiyyat: В.С.Камышников. Клинические лабораторные тесты от А до Я. Минск, 1999.
144) Periferik qanda normoblastoz nə zaman müşahidə olunur?

A) Kəskin qanitirmə zamanı müşahidə olunur

B) Sadalananların hamısı düzgündür

C) Hemoliz zamanı müşahidə olunur

D) Normada periferik qanda aşkar edilmir

E) Şişlərin sümük iliyinə metastazı zamanı aşkar edilir


Ədəbiyyat: В.С.Камышников. Клинические лабораторные тесты от А до Я. Минск, 1999.
145) Monositoid-makrofaqal reaksiyalar üçün nə xarakterikdir?

A) Qanda monositozla müşayiət olunur

B) Əksər hallarda vərəm xəstəliyini müşayiət edir

C) Bir çox infeksion xəstəliklər zamanı qeyd oluna bilər

D) Xroniki monositar leykozla differensasiya edilir

E) Sadalananların hamısı düzgündür


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4

Москва 2006.
146) Leykemoid reaksiyalar üçün nə xarakterikdir?

A) Qanın tərkibinin patoloji reaktiv dəyişiklikləridir

B) Mieloid və limfositar tipli ola bilər

C) Septik vəziyyətlərdə meydana çıxır

D) İmmun hemolizdə rast gəlinir

E) Bütün sadalananlar düzgündür


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4

Москва 2006.
147) Əgər xəstədə əhəmiyyətli (nəzərə carpacaq) dərəcədə eozinofiliya varsa, hansı xəstəliklər haqda fikirləşmək lazımdır?

A) Düyünlü periartrit

B) Parazitar infeksiyalar

C) Eozinofil leykoz

D) Bronxial astma

E) Qeyd olunanların hamısı


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
148) Neytrofilyoz nə zaman meydana çıxır?

A) Göstərilən bütün hallarda

B) İrinli infeksiyalarda

C) Difteriya zamanı

D) Yanıqlar zamanı

E) Sepsisdə


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
149) Eritrositlərinin miqdarının artması hansı xəstəliklər üçün xarakterikdir?

A) Kəskin leykozlar

B) Xroniki infeksion xəstəliklər

C) Birləşdirici toxumanın sistem xəstəlikləri

D) Hipernefroid şiş

E) Mielodisplastik sindromlar


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
150) Duz Kumbs sınağına aid olmayan nədir?

A) Dovşanların immunizasiyası yolu ilə alınmış antiqlobulin zərdabdan istifadə olunur

B) Zərdab əlavə etdikdə xəstənin eritrositlərinin aqqlyutinasiyası baş verir

C) Zərdab əlavə etdikdə donor eritrositlərinin aqqlyutinasiyası baş verir

D) Autoimmun hemolitik anemiyaların diaqnostikası üçün istifadə olunur

E) Duz Kumbs sınağının köməyi ilə antieritrositar anticisimlər aşkar edilir


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4

Москва 2006.
151) Xronik limfoleykozda mütləq limfositoz 1 mkl-də necə olmalıdır?

A) 100 x109/l

B) 30 x109/l

C) 10 x109/l

D) 15x109/l

E) 50 x109/l


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
152) 5,5 x109/l leykositin, 40%-ni limfosit təşkil etdikdə, limfositlərin mütləq sayı 1 mkl-də neçəyə bərabərdir?

A) 3300 1 mkl-də

B) 1100 1 mkl-də

C) 2200 1 mkl-də

D) 550 1 mkl-də

E) 2750 1 mkl-də


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
153) Qanın formalı elementlərindən hansı yüksək faqositar aktivliyə malikdir?

A) Monosit

B) Eritrosit

C) Trombosit

D) Limfosit

E) Metamielosit


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
154) Həqiqi polisitemiya xəstəliyində eritrositlərin çökmə sürəti hansı rəqəmlər arasında olur?

A) 16-25 mm/s

B) 26-35 mm/s

C) 1-5 mm/s

D) 5-15 mm/s

E) 36-45 mm/s


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
155) Adgeziya funksiyası bu hüceyrələrdən hansı üçün xarakterdir?

A) Neytrofil

B) Limfosit

C) Bazofil

D) Trombosit

E) Eozinofil


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
156) Adgeziya qabiliyyəti bu hüceyrələrin hansı üçün xarakterdir?

A) Eritrosit

B) Monosit

C) Normoblast

D) T-limfosit

E) Neytrofil


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
157) İmmunokompitent hüceyrələrə hansılar aid edilir?

A) Monosit, NK huceyrələr, eozinofil

B) Neytrofil, B-, T-limfositlər

C) Trombosit, fibroblast, B-limfosit

D) Makrofaq, B-, T-limfositlər

E) Monosit, T-limfosit, makrofaq


Ədəbiyyat: Петров Р.В. Иммунология. 1982
158) Kəskin mieloid leykoz FAB klassifikasiyasına görə neçə yarımqrupa bölünür?

A) 8


B) 3

C) 7


D) 9

E) 5
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.


159) Hemoblastozlar arasında ən çox rast gəlinən xəstəlik hansıdır?

A) Limfomalar

B) Mieloma

C) Kəskin leykoz

D) Həqiqi polisitemiya

E) Xronik mieloleykoz


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
160) Limfoadenopatiya bu xəstəliklərin hansında daha çox rast gəlinir?

A) Xronik limfoleykozda

B) Kəskin limfoblast leykozda

C) Kəskin eritromielozda

D) Kəskin monoblast leykozda

E) Kəskin mieloblast leykozda


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
161) Xronik limfoleykoz üçün hansı səthi antigenlər xarakterdir?

A) CD 34; CD 13; CD 15; CD 45

B) CD 5; CD 8; CD 11; CD 20

C) CD 19; CD 20; CD 21; CD 5

D) CD 3; CD 11; CD 19; CD 52

E) CD 3; CD 15; CD 20; CD 78


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
162) Xronik limfoleykozun stadiyası hansı sistem üzrə klassifikasiya edilir?

A) Sitokimyəvi

B) Rey və Bine

C) Ann Arbor

D) FAB

E) Salmon və Dirye


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
163) Xronik mieloleykoz xəstəliyinin əmələ gəlməsində bu genlərdən hansı əsasdır?

A) PMS1


B) MLH1

C) PMS2


D) bcr/abl

E) TEL, AML1


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
164) Kəskin leykemiya terminini ilk dəfə kim təklif etmişdir?

A) Erlix


B) Virxov

C) Kassirski

D) Reşad və Şillinq-Torqau

E) Naqeli


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
165) Kəskin promielositar leykozu mieloid formanın variantı kimi kim təklif etmişdir?

A) Xilştad

B) Mate

C) Koncalovski



D) Vorobyov

E) Kassirski


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
166) Talassemiyanın Azərbaycanda mövcudluğunu ilk dəfə kim aşkar etmişdir?

A) İ.A. Kassirski

B) İ.N. Tokarev

C) A.M. Axundova

D) M.E. Əfəndiyev

E) T.S. Dadaşova


Ədəbiyyat: A.M.Axundova. Talassemiya. Baki, 1972.
167) Eritrositlərin orta yaşama müddəti neçə günə bərabərdir?

A) 60


B) 90

C) 150


D) 120

E) 170
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.


168) Eritropoetin əsasən hansı üzvdə sintez olunur?

A) Dalaqda

B) Sümük iliyində

C) Qara ciyərdə

D) Böyrəklərdə

E) Pankreasda


Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
169) Skrofula – boyun limfa düyünlərinin zədələnməsi nədir?

A) Hepatit

B) Metastaz limfoadenopatiyası

C) Vərəm limfadeniti

D) Toksoplazmoz

E) Limfoqranulomatoz


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
170) Limfoadenopatiyanın xarakterini aydınlaşdırmaq üçün hansı müayinə lazımdır?

A) Limfa düyünün ultrasəs müayinəsi

B) Katsoni sınağı

C) Punksion biopsiya – sitoloji analiz

D) Biopsiya – histoloji analiz

E) Mantu reaksiyası


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
171) Bu halların hansında yayılmış limfoadenopatiya təsadüf edilir?

A) Qırmızı qurd eşənəyində

B) İnfeksion mononukleozda

C) Berkitt limfomasında

D) Toksoplazmozda

E) Brusellyozda


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
172) Bədxassəli limfoadenopatiya ən çox hansı yaş qrupunda təsadüf edilir?

A) 36-50 yaşlarda

B) 50 yaşdan yuxarı

C) 20-35 yaşlarda

D) 10 yaşa qədər

E) 10-19 yaşlarda


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
173) Hansı rəqəmdən çox hal leykositoz hesab edilir?

A) 20.000 1 mkl çox

B) 15.000 1 mkl çox

C) 30.000 1 mkl çox

D) 40.000 1 mkl çox

E) 10.000 1 mkl çox


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
174) Ən çox rast gəlinən leykemoid reaksiya leykoformulanın hansı növünə aiddir?

A) Eozinofil tipli

B) Bazofil tipli

C) Neytrofil tipli

D) Limfositar xarakterli

E) Monositar xarakterli


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
175) Leykositlərdə qələvi fosfataza bu patologiyaların hansında azalır?

A) Xronik mieloleykozda

B) İnfeksion mononukleozda

C) İltihabi xəstəliklərdə

D) Limfoqranulomatozda

E) Hepatitdə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
176) Trepanobiopsiya bu xəstəliklərin hansının diaqnostikasında əvəzsizdir?

A) Həqiqi polisitemiyada

B) Talassemiyada

C) Autoimmun hemolitik anemiyada

D) Kəskin leykozda

E) Osteomielofibrozda


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
177) Trepanobiopsiya bu xəstəliklərdən hansında diaqnostik əhəmiyyətlidir?

A) α-talassemiyada

B) Qlukoza-6-fosfat dehidrogenaza fermenti aktivliyinin defisitində

C) Limfoqranulomatozda

D) İmmun anemiyada

E) Aplastik anemiyada


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
178) Bu preparatlardan hansı leykositoz yarada bilər?

A) Antibiotiklər

B) Fol turşusu

C) Anaboliklər

D) Qeyri-steroid preparatlar

E) Steroidlər


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
179) Bu xəstəliklərin hansında eozinofillər artır?

A) Həqiqi polisitemiya

B) Osteomielofibroz

C) Xronik mieloleykoz

D) Xronik limfoleykoz

E) İnfeksion mononukleozda


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
180) Leykemoid reaksiya bu xəstəliklərdən hansında baş verə bilər?

A) Tromboflebitdə

B) İmmun trombositopeniyada

C) Hepatitdə

D) İnfeksiyada

E) Göbələk zəhərlənməsində


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
181) Bu şəxslərin hansında leykositoz ola bilər?

A) Rentgenoloqlarda

B) Alkoqol qəbul edənlərdə

C) Siqaret çəkənlərdə (nikotin)

D) Meyvə qəbul edənlərdə

E) Sürücülərdə


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
182) Neçə tip immunoqlobulin ayırd edilir?

A) 4


B) 2

C) 5


D) 3

E) 6
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002


183) İmmunologiya elminin əsasını qoyan hansı alim olmuşdur?

A) Erlix


B) Lanqşteyner

C) Paster

D) Meçnikov

E) Cenner


Ədəbiyyat: Петров Р.В. Иммунология. 1980
184) Limfoid toxuma və üzvlərin insanda çəkisi normada neçə kq-a bərabərdir?

A) 2,5-3 kq

B) 0,5-1 kq

C) 2-2,5 kq

D) 1,5-2 kq

E) 1-1,5 kq


Ədəbiyyat: Петров Р.В. Иммунология. 1980
185) Bu faktorlardan hansı immun reaktivlikdə iştirak etmir?

A) Antitel

B) Ləngimiş hiperhəssaslıq

C) İmmun yaddaş

D) İmmun tolerantlıq

E) Lizosim


Ədəbiyyat: Петров Р.В. Иммунология. 1980
186) Bu amillərdən hansı qeyri-spesifik müdafiədə iştirak etmir?

A) Faqositoz

B) Hidrolitik fermentlər

C) İnterferon və limfokinlər

D) Dəri örtükləri

E) İmmun yaddaş


Ədəbiyyat: Петров Р.В. Иммунология. 1980
187) Favizm hansı xəstələrdə rast gəlinir?

A) Paroksizmal gecə hemoqlobinuriyasında

B) Kəskin leykozda

C) Pernisioz anemiyada

D) Q-6-FDH fermenti aktivliyinin defisitində

E) Talassemiyada


Ədəbiyyat: A.M.Axundova. Talassemiya. Baki, 1972.
188) α-naftil – asetat-esteraza reaksiyasının natrium-ftorla inhibisiyası hansı kəskin leykozun «spesifik» markeridir?

A) Kəskin limfoblast leykoz

B) Kəskin mieloblast leykoz

C) Kəskin meqakarioblast leykoz

D) Kəskin monoblast leykoz

E) Kəskin eritromieloz


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
189) Bu xəstəliklərdən hansına trepenobiopsiyanın aparılması mütləq deyil?

A) Limfoma

B) Aplastik anemiya

C) Osteomielofibroz

D) Talassemiya

E) Rezidual xəstəlik üçün


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
190) Avtomat-analizatorda leykositlərin «yalançı» artmasına nə səbəb ola bilməz?

A) Trombositlərin aqreqasiyası

B) Lizisə uğramamış eritrositlər

C) Krioqlobulinemiya

D) Hiperlipidemiya

E) Nüvəli qırmızı qan elementləri


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
191) Bunlardan hansı leykemoid reaksiya vermir?

A) Bakterial infeksiya

B) Piylənmə

C) Kollagenozlar

D) Şiş xəstəliklərinin terminal stadiyası

E) Miokard infarktı


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
192) Hemolitik komponent bu xəstəliklərdən hansının gələcəkdə baş verəcəyi haqda informativdir?

A) Qlomerulonefrit

B) Onkoloji xəstəliklərin, xususən limfoproliferativ

C) B12 defisitli anemiya

D) Virus hepatiti

E) Miokard infarktı


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
193) Neytrofillərin hiperseqmentasiyası bu xəstəliklərin hansında rast gəlinir?

A) Onkoloji xəstəliklərdə

B) Kəskin qlomerulonefritdə

C) Revmatizmdə

D) Meningitdə

E) Aplastik anemiyada


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн. Москва 1997.
194) Leykoformulada sola meyillilik bu halların hansında rast gəlinir?

A) Qlaukoma xəstəliyində

B) Endemik urda

C) Xronik limfoleykozda

D) Şəkər xəstəliyində

E) Kəskin infeksion xəstəliklərdə


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
195) Leykoformulada sola meyillilik nə zaman təsadüf edilir (metamielosit, mielosit)?

A) Asidoz və komatoz hallarında

B) Xronik qastritdə

C) Dəmir defisitli anemiyada

D) Burun çəpərinin əyriliyində

E) Daxili hemorroyda


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
196) Leykoformulada sola meyillilik nə zaman müşahidə edilir (metamielosit, mielosit)?

A) Drepanotalassemiyada

B) Askaridozda

C) Fiziki gərginlikdə

D) Keçəlləşmədə

E) Kataraktada


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
197) Leykoformulada sola meyillilik nə zaman müşahidə edilir (metamielosit, mielosit, promielosit, mieloblast, eritroblast)?

A) Xronik mieloproliferativ xəstəliklər

B) Pemfiqus

C) Xronik limfoproliferativ xəstəliklər

D) Qırmızı qurd eşənəyi

E) Psoriaz


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
198) Leykoformulada sola meyillilik nə zaman müşahidə edilir (metamielosit, mielosit, promielosit, mieloblast, eritroblast)?

A) Ekssudativ perikardit

B) Vərəmli meningit

C) Pnevmoniya

D) Talassemiya

E) Kəskin leykozda


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
199) Leykoformulada sola meyillilik (metamielosit, mielosit, promielosit, mieloblast, eritroblast) bu xəstəliklərin hansında rast gəlinir?

A) Eritromieloz

B) Refrakter anemiya

C) Paroksizmal gecə hemoqlobinuriyası

D) Hipersplenizm

E) Talassemiya


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
200) Leykoformulada sola meyillilik (metamielosit, mielosit, promielosit, mieloblast, eritroblast) bu xəstəliklərdən hansında rast gəlinir?

A) Miliar vərəm

B) Autoimmun hemolitik anemiya

C) Qırmızı qurdeşənəyi

D) Revmokardit

E) Mielofibroz


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
201) Leykoformulada sola meyillilik (metamielosit, mielosit, promielosit, mieloblast, eritroblast) bu xəstəliklərdən hansı üçün xasdır?

A) Meqaloblast anemiyada

B) Bədxassəli şişlərin metastazı zamanı

C) Feoxromositomada

D) Refrakter anemiya həlqəvi sideroblastlarla

E) Komatoz hallarda


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
202) Leykoformulada sağa meyillilik (seqmentositoz hiperseqmentli qranulositlər) bu xəstəliklərin hansına xasdır?

A) Revmatoid artritində

B) Mədənin xora xəstəliyində

C) Hepatozlarda

D) Meqaloblast anemiyada

E) Krupoz pnevmoniyada


Ədəbiyyat: А.И.Воробьев. Клинико-диагностическое значение лабораторных показателей в гематологии. http://blood.ru/files/specialists/clinika/+070707-OAK.pdf
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin