514) İdiopatik mielofibroz üçün xarakterik olmayan nədir?
A) Osteoskleroz
B) Qaraciyərin böyüməsi
C) Dalağın böyüməsi
D) Limfa düyünlərinin böyüməsi
E) Trombositoz
Ədəbiyyat: «Гематология» Новейший справочник.Под общей редакцией доктора медицинских наук,профессора К.М.Абдулкадырова, 2004.
515) Kəskin leykoz zamanı hansı orqanlarda leykoz infiltratları əmələ gələ bilər?
A) Qaraciyər
B) Sadalananların hamısında
C) Dəri, beyin qişaları
D) Limfa düyünləri
E) Bağırsaq
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
516) Kəskin leykozlarda kimyəvi terapiyanın nəticəsi nə ola bilər?
A) Sadalananların hamısı
B) Tam klinik-hematoloji remissiya
C) Mielotoksik aqranulositoz
D) Qeyri-tam klinik-hematoloji remissiya
E) Tam rezistentlik
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
517) Kəskin leykozlar zamanı sitostatik proqramların seçilməsi nədən asılı deyil?
A) Mutasiyanın növündən
B) Xəstənin yaşından
C) Xəstənin cinsindən
D) Leykoz hüceyrələrinin morfoloji xarakteristikasından
E) Xəstəliyin mərhələsindən
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
518) Eritremiyanın fəsadları hansılardır?
A) Sümük iliyinin hipoplaziyası
B) Damarların trombozu
C) Mielofibrozun inkişafı
D) Sadalananların hamısı
E) Kəskin leykozun inkişafı
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
519) Paraproteinemik hemablastozlar zamanı nə baş verir?
A) Monoklonal İg sintez olunur
B) Yüksək hərarət qeyd olunur
C) Limfaadenopatiya qeyd olunur
D) Poliklonal immunoqlobulinopatiya meydana çıxır
E) Şis hüceyrələri mieloid sıraya aiddir
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
520) Mielom xəstəliyi zamanı sekresiya olunan patoloji immunoqlobulinlər hansılardır?
A) İgD
B) İgG
C) İgA
D) İgE
E) Sadalananların hamısı
Ədəbiyyat: Руководство по гематологии.Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
521) Eritremiyanı eritrositozlardan fərqləndirən cəhət hansıdır?
A) Bazofillərin mütləq miqdarının artması
B) Sadalananların hamısı
C) Trombositlərin iri formalarının aşkar edilməsi
D) Neytrofillərdə qələvi fosfatazanın miqdarının artması
E) Trombositozun olması
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
522) İdiopatik mielofibroza münasibətdə düzgün olmayan nədir?
A) Trombositlərin miqdarı 400000 və daha çox arta bilər
B) Xəstələrin hamısında dalağın ölçüləri böyüyür
C) Müalicədə prednizolonla kompleks şəklində sitostatiklərdən istifadə olunur
D) Leykositlərin miqdarı 100000 və daha çox artır
E) Mieloproliferativ xəstəliklərə aiddir
Ədəbiyyat: «Гематология» Новейший справочник. Под общей редакцией доктора медицинских наук, профессора К.М.Абдулкадырова, 2004.
523) Eritremiya üçün nə xarakterik deyil?
A) Trombositoz
B) Pletora
C) Trombositopeniya
D) Eritrositoz
E) Leykositoz
Ədəbiyyat: «Гематология» Новейший справочник. Под общей редакцией доктора медицинских наук, профессора К.М.Абдулкадырова, 2004.
524) Filadelfiya xromosomu:
A) 22-ci cüt xromosomun uzun çiyninin itirilməsi ilə xarakterizə olunur
B) Xroniki limfoleykoz zamanı aşkar edilir
C) Yalnız qranulositar sıranın hüceyrələrində aşkarlanır
D) Xroniki mieloleykoz zamanı mütləq əlamətdir
E) 12-ci xromosomun trisomiyası ilə xarakterizə olunur
Ədəbiyyat: К.М.Абдулкадыров, С.С.Бессмельцев, О.А.Рукавицын «Хронический миелолейкоз», Санкт-Петербург, 1998.
525) Mielodisplastik sindrom üçün xarakter olmayan nədir?
A) Kəskin mieloblast leykoza keçid mümkündür
B) Sümük iliyində sideroblastların yüksək miqdarı qeyd edilir
C) Pansitopeniya qeyd edilə bilər
D) Sümük iliyində mieloblastların miqdarı artır
E) Sümük iliyində limfoblastların yüksək miqdarı qeyd edilir
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
526) Xroniki mieloleykoz üçün xarakterik olmayan nədir?
A) Eozinofil-bazofil assosiyası
B) Limfositoz
C) Mieloproliferativ xəstəliklərə aid olması
D) Dalaq və qaraciyərin böyüməsi
E) Trombositoz
Ədəbiyyat: К.М.Абдулкадыров, С.С.Бессмельцев, О.А.Рукавицын «Хронический миелолейкоз», Санкт-Петербург, 1998.
527) Xroniki limfoleykozun formalarına nə aiddir?
A) Sümük iliyi forması
B) Şiş forması
C) Prolimfositar forma
D) Sadalananların hamısı
E) Splenomeqalik forma
Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4 Москва 2006.
528) Nekrotik enteropatiya nə zaman meydana çıxa bilər?
A) Bütün sadalanan hallarda
B) Sitostatik xəstəlik zamanı
C) İmmun aqranulositoz zamanı
D) Kəskin leykozlar zamanı
E) Dərman aqranulositozu zamanı
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
529) Xroniki limfoleykoz:
A) Bir çox hallarda sitostatik müalicə tələb etmir
B) Hemoblastozların ən çox rast gəlinən növlərindən biridir
C) Xoşxassəli gedişi ilə seçilir
D) Sadalananların hamısı düzdür
E) Ahıl və yaşlılarda daha çox rast gəlinir
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
530) Eritremiyanın diaqnostikasının laborator kriteriyalarına aşağıdakılardan hansı aid deyil?
A) Hemotokritin yüksəlməsi
B) Trombositoz
C) Eritrositlərin çökmə sürətinin yüksəlməsi
D) Eritrositlərin miqdarının qadınlarda >5,9 · 1012/l olması
E) Eritrositlərin miqdarının kişilərdə >6,6 . 1012/l olması
Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4 Москва 2006.
531) Dərman qəbulu ilə şərtlənən immun aqranulositoz üçün nə xarakterik deyil?
A) Ağır infeksiyalar
B) Diareya
C) Nekrotik enteropatiya
D) Yüksək hərarət
E) Hepatosplenomeqaliya
Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков Том 4 Москва 2006.
532) Xroniki mileoleykozu idiopatik mielofibrozdan fərqləndirən cəhət hansıdır?
A) Əksər hallarda uzun illər boyunca xoşxassəli gedişli olması
B) Qələvi fosfataranın yüksək aktivliyi
C) Tez bir zamanda mielofibrozun inkişafı
D) Şiş hüceyrələrində filadelfiya xromosomunun aşkar edilməsi
E) Dalağın ölçülərini həddən artıq böyüməsi
Ədəbiyyat: К.М.Абдулкадыров, С.С.Бессмельцев, О.А.Рукавицын «Хронический миелолейкоз», Санкт-Петербург, 1998.
533) Kəskin aqranulositozun klinik əlamətlərinə nə aiddir?
A) Zəiflik
B) İnfeksion proseslər
C) Nekrotik enteropatiya
D) Sadalananların hamısı
E) Bədən hərarətinin yüksəlməsi
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
534) Bu xəstəliklərin hansında sümük iliyi transplantasiyasından az istifadə edilir?
A) Xronik limfoleykoz
B) Xronik mieloleykoz
C) Limfoqranulomatoz
D) Kəskin mieloid leykoz
E) Kəskin limfoid leykoz
Ədəbiyyat:Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева
535) Neytropeniyalı xəstənin tam izolyasiyası mütləqdirmi (neytrofil <500 1 mkl-də)?
A) Bəli
B) Steril bokslarda yerləşdirilməlidir
C) Təcili empirik antibakterial terapiya lazımdır
D) Antifunqal müalicə aparılmalıdır
E) Xeyr
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
536) Kəskin leykozda böyrək çatışmazlığına səbəb nədir?
A) Sepsis
B) Böyrəklərin leykemik infiltrasiyası
C) Aminoqlikozidlərin istifadəsi
D) Hiperurikemiya
E) Vena daxilinə yeridilən rentgenkontrast preparat
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
537) Bu hemoblastozların hansında blast krizi baş vermir?
A) Xronik mieloleykoz
B) Xronik monositar leykoz
C) Xronik mielomonositar leykoz
D) Xronik limfoleykoz
E) Həqiqi polisitemiya (osteomielofibroz)
Ədəbiyyat: Ф.Э.Файнштейн и др. Болезни системы крови. Ташкент.: Медицина, 1980
538) Neytropeniyalı (neytrofil <500 1 mkl) pasientlərə təcili nə təyin edilməməlidir?
A) Antifunqal preparatlar
B) Antibiotik
C) İmmunokorreksiya
D) Dieta
E) İmunoterapiya
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
539) Bu xəstəliklərin hansında sümük iliyində mütləq limfositoz müşahidə edilir?
A) İnfeksion mononukleozda
B) Limfoqranulomatozda
C) Kəskin limfoblast leykozda
D) Xronik limfoleykozda
E) Limfomada
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
540) Botkin-Qumbrext hüceyrələri nə zaman rast gəlinir?
A) Limfoqranulomatoz
B) Limfoma
C) İnfeksion mononukleoz
D) Xronik limfoleykoz
E) Kəskin limfoblast leykoz
Ədəbiyyat: Ф.Э.Файнштейн и др. Болезни системы крови. Ташкент.: Медицина, 1980
541) Xronik limfoleykozu digər limfoproliferativ xəstəliklərdən necə differensasiya etmək olar?
A) Sitokimyəvi
B) İmmunoloji
C) Sitogenetik
D) Morfoloji
E) Klinik
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
542) Bu xəstəliklərin hansında şüa terapiyası mütləq göstərişdir?
A) Kəskin limfoblast leykoz
B) Xronik limfoleykoz
C) Limfoqranulomatoz
D) Kəskin mieloblast leykoz
E) İnfeksion mononukleoz
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
543) Bu xəstəliklərin hansında yerli şua terapiyası daha çox radikal hesab edilir?
A) Çoxsaylı mieloma
B) Limfoma
C) Solitar plazmositoma
D) Xronik limfoleykoz
E) Limfoqranulomatoz
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
544) Xronik limfoleykozda spesifik terapiyasının başlanması üçün bu əlamətlərdən hansı əsasdır?
A) Diarreya
B) Yüksək hərarət
C) Burun qanaxması
D) Hiperleykositoz (L>100,0·109/l)
E) Orqanomeqaliya
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
545) Prokarbazin bu xəstəliklərdən hansının spesifik preparatı hesab edilir?
A) Xronik limfoleykozun
B) Limfoqranulomatozun
C) Çoxsaylı mielomanın
D) Kəskin limfoblast leykozun
E) Limfomanın
Ədəbiyyat: Волкова М.А. Основы онкогематологии. 2002.
546) Vit. B12 bu xəstəliklərdən hansının müalicə preparatıdır?
A) Aplastik anemiyanın
B) Pernisioz anemiyanın
C) Talassemiyanın
D) Hemolitik anemiyanın
E) Damardaxili laxtalanmanın
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
547) Fol turşusu defisitli anemiya hansı hallarda çox rast gəlinir?
A) Dəmir defisitli anemiyada
B) 2/3 qastroektomiyadan sonra
C) Alkoqolizm
D) Helmintozlarda
E) Miokard infarktında
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
548) Retikulositar kriz ən çox bu xəstəliklərin hansında təsadüf edilir?
A) Gecə paroksizmal hemoqlobilinuriyasında
B) Helmintozlarda
C) Dəmir defisitli anemiyada
D) B12 defisitli anemiyada vit. B12 qəbulu zamanı
E) Aplastik anemiyada
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
549) Talassemiya xəstəliyində splenektomiyanı Azərbaycanda ilk dəfə kim həyata keçirmişdir?
A) M.Topcubaşov
B) De Beki
C) F.Ə.Əfəndiyev
D) Petrovski
E) L.M.Abdullayev
Ədəbiyyat: A.M.Axundova. Talassemiya. Baki, 1972.
550) Vesanoid preparatı bu leykozlardan hansının müalicəsində spesifik preparat hesab edilir?
A) Kəskin mieloblast leykoz
B) Kəskin eritromieloz
C) Kəskin limfoblast leykoz
D) Kəskin promielositar leykoz
E) Kəskin monoblast leykoz
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
551) Hemolitik krizdə ən çox təsadüf edilən orqan çatışmazlığı?
A) Endokrin çatışmazlığı
B) Kəskin qara ciyər çatışmazlığı
C) Kəskin tənəffüs çatışmazlığı
D) Kəskin ürək-damar çatışmazlığı
E) Kəskin böyrək çatışmazlığı
Ədəbiyyat: Руководство по гематологии. Под редакцией А.И.Воробьева. М., 2004.
552) Limfoqranulomatoz xəstəliyindən tam sağalmanı neçə ildən sonra təsdiq etmək olar?
A) 7 il
B) 5 il
C) 6 il
D) 10 il
E) 8 il
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
553) Bud sümüyünün başının aseptik nekrozu əsasən hansı preparatın qəbulundan sonra baş verir?
A) Rubomisin
B) Steroid qəbulundan sonra
C) Metatreksat
D) Vinkristin
E) Siklofosfan
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
554) İmmunoqlobulin M nə zaman yüksək olur?
A) Limfoqranulomatozda
B) Xronik limfoleykozda
C) Limfomada
D) Valdenstrem xəstəliyində
E) Mielomada
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
555) Bu paraproteinlərin hansı yüksəlmiş olduqda plazmoferez tətbiq olunmalıdır?
A) İgA
B) İgG
C) İgM
D) İgE
E) Biklon paraproteinemiyada
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
556) Qanın özüllüyünün paraprotein hemoblastozlarda artmasına səbəb nədir?
A) Kəskin böyrək çatışmazlığı
B) İmmunoqlobulin M
C) Qanaxma
D) Durğunluq ürək çatışmazlığı
E) Kəskin qara ciyər çatışmazlığı
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
557) Mieloma xəstəliyində böyrək çatışmazlığına bu immunoloji komponentlərdən hansı səbəb olur?
A) İgM
B) İgA
C) L-zənciri
D) İgG
E) K-zənciri
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
558) Paraprotein M-in artmasına ən çox nə zaman rast gəlinir?
A) Tənəffüs çatışmazlığı
B) Anemiya
C) Böyrək çatışmazlığı
D) İnfeksion ağırlaşma
E) Ürək çatışmazlığı
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
559) Mielom xəstəliyi ən çox hansı yaş qrupunda rast gəlinir?
A) 75-dən yuxarı
B) 60-65 yaş
C) 65-69 yaş
D) 70-75 yaş
E) 55-60 yaş
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
560) Qlivekin (imatinib) xronik mieloleykozda təsir mexanizmi hansı vasitə ilə həyata keçirilir?
A) Proteosom-ubikvitin ilə
B) Retinol turşusu ilə
C) Topoizomeraza I ingibisiyası ilə
D) Tirozinkinaza ilə
E) İmmun mexanizmlə
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
561) Velkeydin multimielomada təsir mexanizmi hansı yolla həyata keçirilir?
A) İmmun mexanizmlə
B) Angiogenezə təsir yolu ilə
C) Topoizomeraza I ingibisiyası ilə
D) Proteosom-ubikvitin yolu ilə
E) Retinol turşusu ilə
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
562) Revlimidin təsir mexanizmi hansıdır?
A) Antiproliferativ mexanizm
B) İmmun yol
C) Proteosom-ubikvitin
D) Angiogenezə təsir
E) Topomeraza I ingibisiyası
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
563) Hemoblastozlu pasientlərdə bu preparatların hansının qəbulu zamanı psixoz əlamətləri baş verə bilər?
A) Dexa
B) Siklofosfan
C) Tioquanin
D) Antrasiklin antibiotikləri
E) Vinkristin
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
564) Antitimositar qlobulinin aplastik anemiyada terapevtik effektliliyinin əsasında
hansı mexanizm durur?
A) Sitostatik
B) İmmunostimulyasiya
C) İmmunomodulyasiya
D) Antiproliferativ
E) İmmunosupressiv
Ədəbiyyat: Руководство по гематологии. Под редакцией А.И.Воробьева. М, 2004.
565) Aplastik anemiyada siklosporin «A» (Sandimmun, Neoral) ilə terapiyanın
effektliliyinin əsasında hansı mexanizm durur?
A) İmmunomodulyasiya
B) İmmunodepressiya
C) İmmunostimulyasiya
D) Antianemik
E) Antihemorragik (hemostatik)
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
566) Hemoblastozlu xəstələrdə septik şok halında hansı infuzion terapiya daha təhlükəsizdir?
A) Reopoliqlukin+Disol
B) Duz məhlulları+poliqlukin
C) Poliqlukin+qlukoza
D) Təzə dondurulmuş plazma və albumin
E) Poliqlukin+reopoliqlukin
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
567) Lizosimemiya və lizosimuriya bu kəskin leykozların hansında yüksək olur?
A) Eritromieolozda
B) Kəskin monoblast leykozda
C) Kəskin meqakarioblast leykozda
D) Kəskin limfoblast leykozda
E) Kəskin mieloblast leykozda
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
568) Lizosim (murimidaza) bu leykositlərin hansının markeridir?
A) Limfosit
B) Bazofil
C) Neytrofil
D) Eozinofil
E) Monosit
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
569) CD15 və CD30 antigenləri hansı hemoblastoz üçün xarakterdir?
A) İnfeksion mononukleoz
B) Limfoqranulomatoz
C) Kəskin limfoblast leykoz
D) Qeyri-Xockin limfoması
E) Xronik limfoleykoz
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
570) İnkişaf faktorlarınin istifadəsi nəyə gətirib çıxardır?
A) Remissiyaya çıxmanı sürətləndirir
B) Trombositlərin sayını çoxaldır
C) Xəstələrin ömrünü uzadır
D) Aplaziya dövrünü azaldır
E) Hemoqlobini artırır
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
571) İnkişaf faktorlarınin tətbiqi nəyə gətirib çıxardır?
A) Dalağı kiçildir
B) Anemiyanı bərpa edir
C) Hemorragik sindromu aradan qaldırır
D) Neyroleykemiyanın qarşısını alır
E) İnfeksion epizodları azaldır
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
572) Neyroleykemiyanın profilaktikası üçün ilk punksiyada hansı preparatlarla müalicə tətbiq edilir?
A) Metatreksat+Siklofosfan
B) Metatreksat+Sitozar+Deksametazon
C) Metatreksat+Prednizolon
D) Metatreksat
E) Metatreksat+Deksametazon
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
573) Neyroleykemiyanın terapiyasında İntratekal istifadə edilən 3 preparatın kombinasiyası hansı intervalla tətbiq edilir?
A) Günaşırı
B) 2 gün
C) Həftədə 1 dəfə
D) 5 gün
E) 4 gün
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
574) Antrasiklinlərin kəskin leykozun müalicəsindəki total dozası necə mq/m2
bərabərdir?
A) 800 mq/m2
B) 750 mq/m2
C) 650 mq/m2
D) 550 mq/m2
E) 1000 mq/m2
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2002.
575) Yüksək dozada metatreksatdan istifadə zamanı sellulitin profilaktikası üçün bu preparatlardan hansı tətbiq edilir?
A) Dehidrotasiya müalicəsi
B) Neonogen
C) Leykovorin
D) Pentaqlobin
E) Təzə dondurulmuş plazma
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
576) Yüksək dozada sitozar istifadə edildikdə ən çox hansı ağırlaşma rast gəlinir?
A) Tənəffüs çatışmazlığı
B) Böyrək çatışmazlığı
C) Konyuktivit
D) Sistit
E) Qaraciyər çatışmazlığı
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
577) Yüksək dozada sitozar istifadə olunduqda, konyuktivitin profilaktikası üçün nə tətbiq edilir?
A) Disinon inyeksiyası
B) Deksametazon
C) Göz ətrafı nahiyəyə O2 yeridilir
D) Qentamisin məlhəmi
E) Albusid
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
578) Hemorragik sistit bu preparatlardan hansı tətbiq edildikdə çox təsadüf edilir?
A) Tioquanin
B) Siklofosfan
C) Vinkristin
D) Prednizolon
E) Asparaginaza
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
579) Hansı preparatlardan istifadə periferik (toksik) neyropatiyaya səbəb olur?
A) Siklofosfan
B) Metatreksat
C) Vinkristin
D) L-asparaginaza
E) Tioquanin
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
580) Bu preparatlardan hansından istifadə kəskin pankreatitlə ağırlaşa bilər?
A) L-asparaginaza
B) Siklofosfan
C) Metatreksat
D) Etopozid
E) Rubomisin
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
581) L-asparaginaza ilə terapiyadan əvvəl hansı biokimyəvi test mütləq yoxlanılmalıdır?
A) α-amilaza
B) Bilirubin fraksiyası
C) Dəmirin təyini
D) Xolesterin
E) Kreatinin
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
582) Yüksək dozada siklofosfandan istifadə zamanı baş verən hemorragik sistitin
profilaktikasında istifadə edilir?
A) İmmunomodulyator
B) Uroseptiklər
C) Antibiotiklər
D) Leykovorin
E) Urometoksan
Ədəbiyyat: Савченко В.Г. Принципы лечения лейкозов. 2008
583) Antrasiklin şişəleyhi antibiotiklərdən istifadədə ən çox hansı ağırlaşma baş verə bilər?
A) Medikamentoz ensefalopatiya
B) Medikamentoz konyuktivit
C) Sistit
D) Mədə-bağırsaq traktının infeksiya ilə zədələnməsi
E) 2-cili tip diabet
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2003.
584) Hansı preparatlardan istifadə toksik ensefalopatiya verə bilər?
A) Sitozar
B) Siklofosfan
C) Deksametazon
D) L-asparaginaza
E) Metatreksat
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. М.: Ньюдиамед, 2003.
585) Böyüklərdə neyroleykemiyanın profilaktikası üçün istifadə olunan şüanın total dozası neçəyə bərabərdir?
A) 44 qr
B) 24 qr
C) 30 qr
D) 20 qr
E) 25 qr
Ədəbiyyat: Волкова М.А. Клиническая онкогематология. 2002
500>500>
Dostları ilə paylaş: |