Ləyaqət, tarixi şəxsiyyətləri heyranlıqla əhatə edir
Ləyaqət, istər Konfutsi konsepsiyası prizmasından, istərsə də xristianlıq nöqteyi-
nəzərindən baxdıqda, istənilən insanı yüksəldir, hakimiyyətdə olanlara münasibətdə
isə, onlara çox hallarda loyallıq, bəzən isə hətta məhəbbət bəxş edir. Axı ingilis tarixçisi
lord Aktonun dediyi kimi: “Hakimiyyət adamları pozur, mütləq hakimiyyət isə mütləq
dərəcədə pozur”. Mütləqiyyət monarxiyalarında və totalitar dövlətlərdə isə mütləq
hakimiyyət hakim kəsilir. Digər quruluşlarda da ona keçmək o qədər də çətin olmur.
Lakin bu heç də o demək deyildir ki, bu prinsip bütün hakimiyyətdə olanlara şamil
edilməlidir. Elə nümunələr vardır ki, hakimiyyət burada daha çox ləyaqət təzahürü
səhnəsinə çevrilir. Əlbəttə, onun pozucu təsirinə müqavimət göstərmək də asan məsələ
deyildir, onu tapdalamağı, ona qalib gəlməyi bacaranlar isə xüsusi hörmətə nail olmağa
haqqı olan insanlardır. Xalqı idarə etmək, hakimiyyəti qoruyub saxlamaq heç də asan
məsələ deyildir, axı daxildən sarsıntı törətmək istəyənlərlə yanaşı, xaricdən olan təsirlər
və təzyiqlər də az əhəmiyyət daşımır. Bir ailəni idarə etmək çətin olduğu kimi, yüz
minlərlə, milyonlarla ailə timsalı olan dövlətin idarəçiliyini əldə saxlamaq bəlkə də
mütənasib miqyasda olan çətinliklərlə əlaqədardır.
153
Böyük italyan filosofu Nikkolo Makiavelli (1469-1527-ci illər) özünün məşhur
“Hökmdar” əsərində yazırdı ki, “Belə ki, hökmdarı sevməyin və ondan qorxmağın
hansının yaxşı olduğu barədəki mübahisəyə qayıdaraq deyirəm ki, hökmdarı adamlar
öz fərdi mülahizələrinə görə sevirlər, ancaq ondan hökmdarın öz mülahizəsinə görə
qorxurlar, ona görə də müdrik hökmdar hansısa bir başqasından deyil, özündən asılı
olana üstünlük verməlidir; mühüm cəhət isə odur ki, heç bir halda öz təbəələrinin
nifrətinə tuş gəlməyəsən”.
Ən qədim hökmdarların da əksəriyyəti hələ Makiavelli reseptindən çox-çox
əvvəl xalqın məhəbbəti kimi ötəri dayağa malik olmaqdansa, çünki xalqın təbiəti
dəyişkəndir, yaşıl ot küləyin təsiri ilə müxtəlif tərəflərə əyildiyi kimi, şəraitdən asılı
olaraq öz mövqeyini və münasibətini asanlıqla dəyişir, daha möhkəm dayaq kimi
qorxuya üstünlük verirdi. Qorxu elə bir silahdır ki, istənilən vaxt təbəələrə yara
vurmağı bacarır və bir çox xalqlar bu zədədən, xəstəlikdən uzun müddət sağala bilmir.
Lakin müəyyən ölçüdə müdrikliyə və mərhəmətliliyə malik olanlar onsuz da
nəhayətsiz olan hakimiyyətlərindən quduzcasına istifadə imkanlarını bütünlüklə inkar
etməklə, bunun cavabı kimi xalqın hörmətini, ürəkdən gələn ehtiramını qazanırlar.
Qədim dövrlərdə nə güclü təbliğat maşını, nə onun şüuraltına təsir göstərən vasitələri,
nə də Göbbels kimi yalan bütünə sitayiş edən informasiya nazirləri yox idi ki,
adamların şüuruna həmlə etməklə, zorla Hitlerə bənzəyənlərə bu saxta məhəbbət
hissini təlqin etsinlər. Ona görə də xalq özünə bəslənən münasibətə, hökmdarın
davranışına daha düzgün qiymət verməyi bacarırdı, əsasən səhvə yol vermirdi,
tarixçilər isə söykəndikləri əsaslara uyğun olaraq, bunun həqiqət olduğunu yazırdılar.
Ayrı-ayrı dövlətlərin, imperiyaların başçıları arasında belə nadir nümunələri
tapmaq mümkündür. Onlardan bəziləri heç tarixi deyil, əslində əfsanəvi
şəxsiyyətlərdir, lakin belə çarlar xalqın yaddaşına məhz öz müsbət obrazlarını həkk edə
bilmişlər. Min illər keçsə də, onlar müdrik və ədalətli idarəetmə üsulları ilə heyranlıq
obyekti kimi qalmaqda davam edirlər.
Romul, Numa Pompili və Böyük Kir
B.e.ə. 753-cü ildə Apennin yarımadasında, Tibr çayının sahilində Romul Roma
şəhərini salmaqla, yeni bir sivilizasiyanın yaranmasına start verdi. Çünki xeyli müddət
ərzində şöhrəti solan Yunanıstanın yerini tədricən Romanın böyüklüyü tutmalı idi.
Antik dünyanın gələcək paytaxtı onun adı ilə adlansa da, Romul heç də müdrik,
sülhsevər çar kimi tanınmadı. İlk əvvəllərdə doğma qardaşını öldürən bu adam öz
qonşuları olan tayfalarla da çoxlu müharibələr aparırdı. Hətta cavan şəhərin gənc
sakinlərinin ailə qurmaq problemini də hiyləgərlik hesabına həll etmişdi. O,
qonşuluqda yaşayan sabinliləri bayramlarına qonaq dəvət etməklə, şənliyin qızğın
vaxtında onların cavan qızlarını götürüb qaçırılmasına nail olmuş, yaranan düşmənçilik
yalnız sabinli qızların ağıllılıqları hesabına xeyli müddət sonra həll edilmişdi. Onun 38
il davam edən çarlığı təbiətin müdaxiləsi ilə başa çatdıqdan sonra, çar kürsüsünə
namizəd məsələsi sabinli Numa Pompilinin üzərində dayandı. Bu müdrik və təvazökar
insan çox etiraz etsə də, axırda təklifə razılıq verməli oldu.
154
Numanın dövründə müharibələrə son qoyuldu, bunun əlaməti kimi şəhərdəki
Yanus məbədinin qapıları həmişə bağlı saxlanırdı. Bu, hələlik yarım əsrlik tarixi olan
dövlətin xeyli möhkəmlənməsinə səbəb olmuşdu. Romalılar və sabinlilər arasında ayrı-
seçkiliyə son qoymaq üçün o, əhalini məşğuliyyət növlərinə görə gildiyalara, sexlərə
böldü. Torpaqları kasıblara payladı, bununla o, həm yoxsulluğun, həm də
cinayətkarlığın kökünü kəsmək istəyirdi, axı yoxsulluq daim cinayətkarlığı
qidalandırır. Numa həm də əkinçi əməyinə yüksək qiymət verirdi. Bir qayda olaraq
əkinçi əməyi adamlara vətəni müdafiə etmək hissləri aşılayırdı. Sonralar Böyük Katon
bu fikri təsdiq edərək deyirdi ki, ən yaxşı döyüşçülər məhz əkinçilər arasından çıxır. 43
il ərzində çarlıq edən Numa Pompilinin adamlara sarsılmaz mənəvi dəyərlər təlqin
etməsi və sülhsevərliyi ilə xatirələrdə yaşamaqda davam etdi.
B.e.ə.559-530-cu illərdə Persiya çarı olmuş Böyük Kir geniş ərazisi olan bir
imperiya yaratmışdı. Əvvəlcə Kiçik Asiyadakı yunan şəhər-dövlətlərini, İran
yüksəkliyinin şərq sərhədlərini işğal etdikdən sonra b.e.ə. 539-cu ildə Mesopotamiyaya
daxil olaraq Babili işğal etmişdi. Onun Babilistanla davranışı əsl təmkinlilik və
müdriklik nümayiş idi. Bu ərazi Persiya satrapı tərəfindən idarə edilən əyalətə çevrilsə
də, əvvəlki hökumət qulluqçularının çoxu öz vəzifələrini saxladılar. O, bu ölkə
sakinlərinin loyallığını qazanmışdı. Bir qədər əvvəl sürgün olunmaq qaydasında Babilə
gətirilmiş yəhudilərə Yerusəlimə qayıtmağa və orada Solomon Məbədini bərpa etməyə
icazə verən edikt imzaladı.
Müasirlərinin düşüncəsində Kir özünün adlandığı “Böyük” epitetinə layiq idi.
Yunan tarixçisi Herodot yazır ki, persiyalılar ona “ata” kimi, “alicənab və onları hər cür
mallarla təmin edən hökmdar” kimi baxırdılar. Həqiqətən də, Kir öz dövrü üçün qeyri-
adi hökmdar idi, imperiyasının ərazi işğallarında və onun təşkilində xeyli müdriklik və
mərhəmətlilik nümayiş etdirirdi. İşğal etdiyi ilk dövlət olan Lidiyanın paytaxtı Sardını
tutarkən, qədim dünyada varlılığı ilə məşhur olan məğrur çar Krezi edam vaxtı,
tonqalda yandırılanda əvf etmişdi. Əvvəlki Assuriya hökmdarlarından fərqli olaraq, o,
mərhəmətli çar nüfuzu qazanmışdı. Midiyalılar, babilistanlılar və yəhudilər onu öz
qanuni hökmdarları kimi qəbul edirdilər. Bir sıra xalqlar onu böyük lider və sülh
yaradan kimi təsvir edirdilər. Yəhudi peyğəmbəri onu Allahın özünün yağ sürtdüyü bir
çar kimi qiymətləndirirdi və Allahın bu sözlərini misal gətirirdi: “Mən Kir haqqında
danışan Sahibəm (Allah adətən özünü belə adlandırırdı- müəllif). O, mənim çobanımdır
və mənə xoş olan hər şeyi edəcəkdir”. Yəhudilərin Allahının yadelli, lakin onun xalqını
zülmdən xilas edən hökmdara belə yüksək qiymət verməsi təsadüfi deyildi, əslində
daha çox qədim yəhudilərin minnətdarlıq hissi ilə dolu olan real rəyini əks etdirirdi.
Kir öz saraylarının tikintisində çox sayda xalqların təcrübəsindən istifadə
etməklə də qədim sivilizasiyalara həqiqi hörmətlə yanaşdığını göstərirdi. O, inanırdı ki,
qədim və hörmət bəslənən ənənələrə və institutlara malik olan xalqlardan “yeni
imperiya” yaratmışdır. Təsadüfi deyildir ki, mifik qəhrəmanlara və böyük şəxsiyyətlərə
hörmətlə yanaşan Böyük Aleksandr Persiya imperiyasının banisi Böyük Kirin öz
makedoniyalıları tərəfindən dağıdılmış sərdabəsini ona hörmət əlaməti olaraq bərpa
etmişdi, bu vaxt Persiya imperatorunun həlak olmasından iki əsrə bərabər bir vaxt
keçmişdi.
155
Qədim yunanlarda və romalılarda ləyaqət nümunələri
Qədim yunanlara görə insan nəcib məxluq, özünü aparmağı bacaran,
həyatdan və ölümdən dəhşətə gəlməyən, qorxmaz, həm də özünün və hissiyyatının
ağası olmalı idi. Yunanlar ideal mülayimlik və “qızıl orta vəziyyət” dayaqları üzərində
yaşamağı üstün tuturdular. Onlar qaydanı, tarazlığı, simmetriyanı, mərhəmətliliyi və
nəzarəti qiymətləndirirdilər. Yunan filosofları yunanların özlərini realizə etmələri
naminə yaratdıqları miflərin toruna tənqidi yanaşırdılar. Əsatirlərə görə qüdrətli
məxluqlar olan allahlar dağlar üstündə, uzaq yerlərdə yaşayırdılar, aşağıda isə Yer səthi
və ya ölümlə nəticələnən həyatı qucağında saxlayan dünya var idi.
Yunan dilində “yaxşı” “aristoy” kimi tələffüz olunurdu, buradan da
“aristokratiya” ifadəsi yaranmışdır. Homerin anlamında təbii aristokrat istənilən adi
adamdan həm əqli, həm də fiziki xüsusiyyətlərinə görə bir baş yuxarıda dururdu.
Aristokratlar cəmiyyətdəki imtiyazlı vəziyyətlərini guya ilahi mənşəyə mənsub
olmaları ilə əlaqələndirirdilər. Ona görə də Homer onları bəzən “ilahiləşmiş” və ya
“allaha bənzərlər” adlandırırdı.
Yunan polislərində (şəhər-dövlətlərində) yeni dəyərlər sisteminin əsas
parametrləri yunan idrak rasionalizmindən, insan şəxsiyyətinin qiymətini dərk
etməkdən, təbiətlə mübarizədə insanın fəallığını, cəsarətini və qabiliyyətini
şərəfləndirməkdən, vətəndaşla polisin qırılmaz əlaqəsi hissindən, azadlığı ən yüksək
kateqoriya kimi anlamaqdan ibarət idi. Bu dövrdə meydana gələn qədim yunan
mədəniyyəti də dərin orijinallığı ilə seçilirdi. Yunanların allahları da insana yaxın idi,
onlar insana öz zəif cəhətində kömək etməli idilər. Başqa dinlərdə isə adamların allaha
xidmət etməsi bir borc sayılırdı..
Spartanın özündə də hər kəs ləyaqətə məhəbbət bəsləyirdi, qüsurları isə
(onların düşüncəsində mövcud olan növlərə) nifrət edirdilər. Qanunverici Likurq öz
ölkəsində əcnəbilərin qüsurları öyrədən müəllimlərə çevrilə biləcəyindən qorxub, onları
Spartadan qovurdu. O, tövsiyə edirdi ki, onun doğma şəhəri yoluxucu xəstəliklərdən
daha çox, məhz belə pis xəstəliklərdən qorunmalıdır.
Spartalılar daim döyüşə hazır olmaq üçün öz fiziki sağlamlıqlarına ciddi fikir
verir, çox məşq edirdilər. Bu həm də mənəvi sağlamlığa da müəyyən təsir göstərirdi.
Onlarda vətənpərvərlik hissi yüksək olduğundan bir-birlərinə qarşı qısqanclıq hiss
etmirdilər. Pedaret adlı bir lakedemonlu 300-lər Şurasının üzvlüyünə düşmək istəyirdi,
lakin namizədliyi rədd olunmuşdu. Evinə qayıdanda sevinirdi ki, nə yaxşı ki, ondan
daha ləyaqətli olan 300 adam vardır.
Spartada döyüşdə qələbə ali sevinc mənbəyi hesab olunurdu, ən ağır dərdin
də üzərindən xətt çəkirdi. Bir spartalı qadın beş oğlunu müharibəyə yola salmışdı və
döyüş səhnəsindən xəbər gözləyirdi. Bir hilot gəlib çıxanda, qadın səbrsizliklə vuruş
meydanında nə baş verdiyini sorşdu. “Sənin beş oğlunun hamısı həlak oldu.” Qadın
hirsləndi: “Mənfur qul! Məgər mən səndən bunumu soruşuram?” Bu vaxt hilot cavab
verdi: “Biz qalib gəldik.” Bunu eşidən qadın məbədə yollanıb, ən böyük arzusu həyata
keçdiyinə görə allahlara öz minnətdarlığını bildirdi. Onun üçün Vətəninin düşmən
üzərindəki qələbəsi oğlanlarının həyatından da əziz idi.
156
Afina qanunvericisi Solon isə hər cür dəbdəbələrə və qeyri-məhsuldar xərclərə
qarşı mübarizəni gücləndirmək məqsədilə bahalı dəfn mərasimlərini, çox miqdarda
məqsədsiz mal-qara qurbanını, dəbdəbəli sərdabələr tikməyi qadağan etmişdi.
Afina vətəndaşı ondan alına bilinməyən siyasi hüquqlar məcmuuna malik idi.
Bu şəhər-dövlətdə vətəndaşın əxlaqi dəyərləri, vətənpərvərlik hissi xüsusi yer tuturdu.
Qədim Afinanın görkəmli xadimləri arasında şəhərə “qızıl dövr” bəxş etmiş Perikl
(b.e.ə. 495- 429-cu illər) xüsusi ilə seçilir. Perikl b.e.ə. 443-429-cu illərdə strateq seçilmiş,
demokratik qruplaşmanı rəhbəri kimi bir sıra qanunvericilik aktlarına müəlliflik
etmişdi. Bu tədbirlər Afina demokratiyasının çiçəklənməsinə şərait yaratmışdı. O,
Parfenon məbədinin, Odeon teatrının tikintisinin təşəbbüskarı olmuşdu. Perikl həm də
əla natiq idi, böyük tarixçi Fukididin zəhməti hesabına onun peloponneslilərlə döyüşdə
həlak olmuş afinalıların dəfn mərasimindəki məşhur nitqi bizim dövrümüzə gəlib
çatmışdır. Bu çıxışında Perikl afinalıların həyatının bir sıra cəhətlərinə böyük iftixar
hissi ilə toxunur. O, qeyd edirdi ki, “Öz həyatımızda zülmün nə olduğunu
tanımadığımızdan, biz ictimai həyatda qanunsuzluqlardan dəhşətə gəlməyi bacarırıq”.
Deməli, Afinada demokratiya qanunun alililiyinə əsaslanırdı. O, öz xalqının
zəhmətsevərliyindən cuşə gələrək qeyd edir ki, “Biz kasıblığımızı da etiraf etməkdən
utanmırıq, ondan zəhmət vasitəsilə qurtulmamağa görə utanmaq lazımdır”. Şəhər-
dövlətin öz imkanları hesabına güclənməsini də razılıqla yada salır: “Biz öz gücümüzlə
müasirlərimiz və övladlarımız üçün heyrət mövzusu olacağıq”. O, hər şeyi
peyğəmbərcəsinə düzgün görməyi bacarırdı. Həlak olanların tabutlarını göstərərək
Perikl deyir ki, “Mənə belə gəlir ki, kişi igidliyindən ötəri birinci əlamət və axırıncı
təsdiq məhz belə sonluq olur. Çünki nöqsanları olan insan vətən uğrunda müharibədə
onları namusla tarazlayır; burada xeyir vasitəsilə şər silinir, ümumi fayda isə hər kəsin
ayrılıqda vurduğu ziyanı kölgədə qoyur”. Həlak olanları ehtiramla yad edərək, qeyd
edir ki, “Onların hər biri özləri üçün köhnəlməyən tərif və ən şanlı qəbir qazandılar –
özü də indi uyuduqları qəbirləri deyil, ən başlıcası o qəbiri ki, onda onun şöhrəti
yaddaşlardan silinmədən qalacaqdır – bu gələcək nəslin sözü və işidir. Məşhur
adamlara qəbir – bütün Yer üzüdür”.
Periklin həmin sözlərini birbaşa onun özünə də aid etmək olar. İki min beş yüz
ildən sonra da bəşəriyyətin böyük bir hissəsi onun adını azalmayan bir məhəbbətlə yad
edir, çünki o, təkcə qəbiri ilə deyil, əməlləri və ideyaları ilə bütün Yer üzünə,
bəşəriyyətə məxsusdur.
Perikl həlak olanlar barədə, onların həyatına və ölümünə sitayiş qaydasında
deyir ki, “Axı bu da bir xoşbəxtlikdir ki, xoş həyata xoş da ölüm uyğun gəlir”. Həlak
olan gənclər Afina üçün yaşamış və onun yolunda da həyatlarını qurban vermişdilər.
Koloritli, maraqlı şəxsiyyətlərlə zəngin olan Qədim Roma iki böyük siyasətçisi və
sərkərdəsi ilə öyünürdü. Onlardan biri b.e.ə. V əsrin ortalarında konsul və diktator
olmuş (axırıncı vəzifə digər adəti diktatorlardan tam fərqli olmaqla, çətin hərbi şərait
mövcud olduqda, qısa müddətə – 6 aylığa orduya komandanlıq etmək üçün verilirdi)
Kvinkti Tsinsinnat idi. O, igidliyinə və vətəndaşlıq borcuna sədaqətinə görə ən məşhur
şəxsiyyətlər qalereyasına daxil olmuşdu. O, Vatikandakı dörd yügerlik (müasir ölçüdə
1 hektarlıq) sahəsini kotanla becərməklə məşğul olanda, müharibə başlanan kimi
romalılar onu diktator seçirdi. Müharibəni zəfərlə başa vurduqdan sonra Tsinsinnat
157
könüllü olaraq diktatorluqdan imtina edib, atasından qalmış həmin torpaq sahəsini
yenidən becərməyə qayıdırdı. Amerikanlar ona ehtiram əlaməti olaraq şərqdəki
şəhərlərindən birinə Tsinisinnati adını vermişlər.
Bu böyük insanın təvazökarlıq ənənəsinə tarixin sonrakı dövrlərində də rast
gəlmək mümkündür. Roma imperatoru Diokletian bizim eranın 305-ci ilində könüllü
olaraq vəzifəsindən istirahətə yollanmış, tərəvəz becərməklə məşğul olmuşdu. O,
becərdiyi kələmi iftixar hissi ilə nümayiş etdirərək, öz sonrakı fəaliyyətinin heç də az
sevinc gətirməyən bir iş olduğunu bildirmişdi.
B.e.ə. IV əsrin əvvəllərində hərbi tribun vəzifəsi ali hakimiyyətə yiyələndikdə,
onu icra edən Mark Furi Kamill də böyük şöhrətə yiyələnmişdi. Romalılar Etruriyanın
ən gözəl şəhəri sayılan Veyiyə qarşı müharibənin onuncu ilində Kamilli diktator
seçdilər və o, yeraltı lağım qazmaq yolu ilə uzun dövr ərzində mühasirədə olan şəhəri
tuta bildi. Faleriya şəhərini mühasirədə saxlayanda isə qeyri-adi bir hadisə baş verdi.
Bir müəllim öz şəhərinə xəyanət edərək, dərs dediyi uşaqları gəzmək bəhanəsi ilə şəhər
qapısından çıxarıb, Kamillə girov kimi təhvil vermək istəyəndə, sərkərdə müəllimi
cəzalandırıb, uşaqları geri, valideynlərinin yanına qaytardı. O, bildirdi ki, müharibə
şərdir. Onu ədalətsizliyin və zorakılığın köməyi ilə aparırlar, lakin namuslu adamlar
üçün müharibədə də bəzi qanunlar vardır. Qələbənin faydası alçaqlıq və cinayət yolu
ilə əldə edilirsə, ona can atmaq olmaz. Bu sözləri o, həmin alicənablıq hisslərini
ətrafındakılara da təlqin etmək üçün deyirdi. Şəhər sakinləri uşaqlarını salamat
gördükdə və hadisədən hali olduqda Kamilli özlərinin xilaskarı adlandırdılar və elçiləri
vasitəsilə ona bildirdilər ki, təslim olurlar. Kamill qan axıtmadan zəfər çaldı və həm də
şəhəri qarət etməyə, oradan qənimət götürməyə icazə vermədi.
Kamill iki dəfə Romanı – əvvəlcə qallardan, sonra isə qaragüruhun anarxiyası
təhlükəsindən – xilas edəndə böyük cəsarət və iradə nümayiş etdirmişdi. Romalılar
şəhəri qallara təhvil vermək barədə danışıqlar aparanda, özünü yetirən Kamill bir
diktator kimi düşmən tərəfin nümayəndələrinə çıxıb getməyi əmr etdi. Sonra qallara
döyüşdə qalib gəlib, Romanı biabırçı işğaldan xilas etdi.
Bir qədər sonra qaragüruh xalqda vahimə yaradıb, Forumda iğtişaşlar
törədəndə, yenidən hərbi tribun seçilən Kamill onların azğınlaşmış başçısı Mark
Manlini məhkəməyə verdirdi və o, təqsirkar elan edilərək, edam qaydasında
Kapitolidəki qayadan atıldı. Vaxtilə o, bu təpə qallardan müdafiə olunanda böyük
xidmətlər göstərmişdi.
Beləliklə, Kamill iki dəfə Romanı məhvedici təhlükədən xilas etmişdi, bu
xidmətlərinə görə o, “Romanın ikinci əsasını qoyan” titulunu almışdı. Quduz Manlilərə
isə müasir həyatda da rast gəlinmişdir.
Hindistan çarı Aşoka və Şərq sivilizasiyalarında təhsilə, elmə qayğı
B.e.ə. 268-232-ci illərdə Hindistanda, Maqadxa imperiyasında Maurya
sülaləsindən olan Aşoka çarlıq etmişdi. Onun dövləti demək olar ki, bütün Hindistan
ərazisini və müasir Əfqanıstanın bir hissəsini tuturdu. Aşoka xeyli döyüşlərdən sonra
müharibəyə nifrət etməklə, ondan birdəfəlik imtina etmişdi. Aşoka deyirdi ki, yeganə
həqiqi qələbə öz üzərindəki qələbədir və drahmanın köməyi ilə adamların ürəyini fəth
158
etməkdir. Stalin isə qaliblər haqqında başqa fikir yürüdərək, 1944-cü ilin noyabrında
Fransız Milli Azadlıq Komitəsinin lideri general Şarl de Qolla Moskvada görüşəndə,
ona demişdi ki, bütün səylərdən asılı olmayaraq, axırıncı qalib ölümdür.
Aşoka üçün drahma xeyirxah işlər görmək, cəmiyyəti yüksəltmək idi. Drahma
terminində adətən insanın davranış qaydası və onun həyatının mömin obrazı başa
düşülürdü. Dar mənada isə bu, buddist təliminin mənasını, doktrinanın özünü ifadə
edə bilərdi.
Aşokanın hökmranlığı dövründə Hindistanın dörd böyük universitet şəhərinə
Çindən və Qərbi Asiyadan tələblər gəlirdi. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır
ki, Şərqdə universitetlər yarandıqdan min ildən də çox olan bir müddətdən sonra
Avropada belə təhsil ocaqları yaranmağa başlamışdı.İlk Çin universitetinin əsası b. e. ə.
124-cü ildə qoyulmuşdu. Bizim eranın 200-cü ilində isə burada 3 min tələbə yeddi il
ərzində ali təhsil alırdı.
Erkən orta əsrlərdə (VII-XI əsrlərdə) elmin inkişafında aparıcı rolu Şərq
oynayırdı. Hələ bundan da əvvəl Şərqi Roma imperiyasının imperatoru, məşhur
Yustinian Kodeksinin meydana gəlməsinin təşəbbüsçüsü, Konstantinopolda möhtəşəm
Aya Sofiyanı tikdirmiş I Yustinian (483-565-ci illər) 527-ci ildə Afinada fəlsəfi məktəbləri
bağlayanda yunan alimləri Şərqə yollanmış, burada qədim yunan filosoflarının
əsərlərini suriyalıların dilinə tərcümə etmişdilər. Sonralar yunan fəlsəfəsi tədricən islam
həyatına daxil olmuşdu. Yalnız Səlib yürüşlərindən sonra, Şərqin ənənələrinin təsiri
altında Avropada elm canlanmağa başlamışdı. Avropalılarda elmə və fəlsəfəyə maraq
yarananda artıq Şərqdə elmlər öz çiçəklənmə dövrünü yaşayırdı.
Xəlifə Mamun (813-833-cü illərdə taxt-tacda olmuşdu) 832-ci ildə Bağdadda
“Beytül hikmə”ni- “Müdriklik evi”ni yaratmışdı, onun zəngin əlyazmalar kitabxanası
və rəsədxanası var idi. İslam sivilizasiyası özünün, ərəb sözündən istifadə etsək,
zenitində olmaqla, dünyanın ən böyük sivilizasiyalarından biri idi və Qərbi bütünlüklə
kölgədə qoyurdu. XI əsrdə Avropa sivilizasiyası ərəb sivilizasiyasının mədəni sərvətləri
ilə təmasa girdi- elmi traktatlar ərəb dilindən Avropa dillərinə tərcümə edildi, bura
Platonun, Aristotelin, Yevklidin, Arximedin, Ptolomeyin əsərləri daxil idi.
Avropanın Bolonya, Paris,Oksford, Monpelye kimi universitetləri təqribən XII
əsrdə meydana gəlmişdi. 1155-ci ildə Müqəddəs Roma imperiyasının imperatoru, həm
də İtaliya kralı olan I Fridrix Barbarossa Bolonya universiteti üçün imtiyazları təsdiq
etmişdi.
Aşokaya gəldikdə isə, onun dövründə ölkədə həm də çox sayda buddizm
monastırları yarandı. Aşokanın öz nümunəsi ilə adamlar arasında vegetarianlığın
populyarlığına nail olundu. Hindistanın XX əsrin birinci yarısındakı görkəmli lideri
Mahatma Qandi də ömrünün əksər hissəsində vegetarian olmuşdu. Lakin sonralar öz
ölkəsinin qızmar istisində bunun bədənin müqavimət qüvvəsini zəiflətdiyini əsas
gətirərək, ona riayətdən və bu pəhrizin təbliğindən uzaqlaşmışdı. Qandi bunu həm də
bir sosial aspekt hesab edirdi.
Aşoka 37 il hökmranlıq etdikdən sonra öldü. Ölümündən bir az əvvəl o, buddist
rahibinə çevrilmişdi. O, deyirdi ki, “bütün adamlar mənim uşaqlarımdır”.
Onun ediktlərində drahmanın başlıca prinsipləri olan zorakılıq etməmək, bütün
sektalara və rəylərə dözümlülük, valideynlərə qulaq asmaq, din xadimlərinə hörmət,
159
dosta qarşı alicənablıq göstərmək təsbit edilirdi. İngilis yazıçısı Herbert Uells onun
haqqında belə yazırdı: “Tarixin səhifələrindəki on minlərlə monarxların arasında
Aşokanın adı, demək olar ki, tənha ulduz kimi işıq saçır. Volqadan Yaponiyayadək hər
yerdə onun adı şərəflə əhatə olunmuşdur. Çin, Tibet, hətta onun təlimindən uzaqlaşan
Hindistan onun böyüklüyü barədəki rəvayətləri unutmur. Onun xatirəsinə ehtiramla
qoruyub saxlayan adamlar, kimdənsə eşitdikləri Konstantin və Böyük Karl barədə nəsə
bilənlərdən sayca xeyli çoxdur.” Ancaq Hindistanda hinduizm dini yayıldıqca, vətəni
sayılan və oradan Çinə, Yaponiyaya yayılan buddizm burada öz təsirini itirməyə
başlamışdı.
Spartak və “nəcib imperatorlar”
Qədim Romada b.e.ə. 74-71-ci illərdə qul üsyanına başçılıq edən Spartak özünün
böyük igidlikdən xəbər verən mübarizəsində heç nəyə nail olmasa da, tarixdə
görünməmiş şöhrət qazandı. Spartakın yandırdığı azadlıq məşəli bir sıra xalqların və
milyonlarla insanların qəlblərinə işıq salıb, onları mübarizəyə çağırdı. Spartak frakiyalı
qul olmaqla Kapuya şəhərindəki qladiator məktəbində qılıncla döyüş müəllimi idi və
digər qullarla birgə hazırladığı qəsdin üstü açıldıqda, onlar qaçıb Vezuvi dağında
özlərinə dayaq yeri düzəltmişdilər. Az müddətdə Spartakın ordusu 70 min quldan
ibarət oldu və üsyan Cənubi İtaliyanı bütünlüklə bürüdü. Qul ordusu bir-birinin
ardınca döyüşlərdə qələbə çalırdı. Lakin sonra ordu parçalandı.
Spartak İtaliyanı tərk etmək üçün Şimala getsə də, oradakı təbii çətinlikləri də
nəzərə alıb, geri qayıtmağı qərara aldı. Onun ordusunda artıq 120 min adam var idi.
Cənuba gəlib çıxan Spartak ordusu Krassın qurduğu tələyə salındı. Son böyük döyüş
b.e.ə. 71-ci ildə Apuliyada getdi və bu qızğın vuruşda Spartakın ordusu məğlub oldu.
Əsir götürülən 6 min qul Kapuyadan Romaya gedən Appi yolu boyu çarmıxa çəkildi.
Spartakın özü döyüşdə həlak olsa da, romalılar onun meyidini tapa bilmədi. O,
qəhrəman olsa da, əvvəldən də böyük uğura ümid edə bilməzdi. Romanın qüdrəti
qarşısında qul üsyanı zəif bir cəhddən o qədər uzağa getmirdi. Lakin tarixdə onun
qalibi olan Krass elə bir şöhrətə sahib ola bilmədi, b.e.ə. 53-cü ildə isə parfiyalılarla
vuruşda həlak oldu. Teatrda qədim yunan faciəsinin tamaşası göstərilərkən, onun
kəsilmiş başı düşmənləri tərəfindən qələbə müjdəsi kimi səhnədə dığırlandırıldı.
Spartak isə özünə ölməzlik haləsi, əbədi şöhrət qazandı.
Bizim eranın I əsrinin sonundan Qədim Romada beş imperatorun hakimiyyət
illərini əhatə edən “nəcib imperatorlar” dövrü gəlir. Onlardan Trayan və Mark Avreli
daha görkəmli şəxsiyyətlər hesab olunurlar. Bir çox tarixçilərə görə Pax Romana-ya
(“Roma sülhünə”) bir əlamət kimi I əsrin sonu, II əsrin üç rübü ərzindəki imperiyanın
inkişafı aiddir, bunlar Roma idarəçiliyinin başlıca faydalarından ibarət olmaqla, həmin
“nəcib imperatorların” fəaliyyəti ilə bağlıdır. Bu hökmdarlar idarə edən siniflərə
hörmətlə yanaşır, senatla əməkdaşlıq edir, edamlara əsasən son qoyur, imperiyada
sülhü bərqərar edir və daxili siyasətdə çox hallarda imperiyaya xeyirli olanları
dəstəkləyirdilər. Mütləq monarx olmalarına baxmayaraq, onlar öz tolerantlıqları və
diplomatiyaları ilə fərqlənirdilər.
160
96-cı ildə hakimiyyətə gələn Nerva özünün qoca yaşda olduğunu nəzərə alıb,
Kapitoliyə çıxaraq, qışqıra-qışqıra dedi: “Mənim ən yaxşı uğurum Roma senatına,
xalqına və özümə xidmət etməkdir. Bununla yanaşı, mən Mark Ulpi Trayanı özümə
oğulluğa götürürəm”. Onun özünün oğlu yox idi. Trayan 98-117-ci illərdə imperatorluq
etmişdi. O, bacarıqlı bir adam olmaqla, ordu tərəfindən də yaxşı qəbul edilmişdi. Ən
başlıcası isə o idi ki, özünə və başqalarına qarşı tələbkar idi. O, İspaniyada bir qədim
Roma nəslində dünyaya gəlmişdi və İtaliyadan kənarda doğulmuş ilk imperator idi.
Trayan Romaya qayıdıb, senatda imperator səlahiyyətlərini qəbul etmək əvəzinə,
bir ilə yaxın müddətdə Reyn və Dunay çaylarının üstündə qaldı, Dakiyaya müdaxilə
etmək kampaniyasına hazırlıq gördü. Şəhərlərin adətən yeni seçilmiş imperatora
göndərdikləri qızılı İtaliyaya və əyalətlərə bağışladı. Onun ilk böyük işlərindən biri o
vaxtlar hüquqi ittihamçı kimi çıxış edən çuğulçuların azğınlığına, soyğunçuluğuna son
qoyması idi. Bu çuğulçulara müttəhimdən müsadirə edilən var-dövlətin bir hissəsi
çatdığından, onlar saxta ittihamlara daha maraqla girişirdilər. Trayan onların hamısını
yığdırıb, tələsik qayırılmış, sınıq-salxaq bir gəmiyə oturdub, dənizin quduz dalğalarının
amansız sərəncamına buraxdı. Roma əhalisi son dövrlərin ən böyük qarətçilərindən bu
yolla xilas olundu.
Trayan İtaliya şəhərlərindəki kasıb ailələrin uşaqlarına yardım göstərilməsi
sahəsindəki yeniliyin- ictimai fondların (alimenta-nın) yaradılması ideyasını irəli sürdü.
Bu yeniliyi onun dostu Kiçik Plini ölkənin şimalındakı Komo şəhərində özəl qaydada
öz yerliləri üçün həyata keçirmiş və Trayan da bu təşəbbüsü bəyənməklə, bütün ölkədə
tətbiq etmək qərarına gəlmişdi. O, çox sayda binalar tikdirdi və bu, onun populyarlığını
artırdı. Romanı əzəmətli tikililərlə gözəlləşdirdi. İtaliyanın magistral yollar şəbəkəsinə
qayğı ilə yanaşmaqla Via Traiana adlanan yeni yol çəkdirdi və bu, qədim Appi yolunun
yerini tutdu. Körpülər tikilir, şəhərin su təchizatı yaxşılaşdırılır, istifadəsiz torpaqlar
dövriyyəyə qatılır, limanlar yaradılırdı. Romada yeni Forum ucalanda şəhərə yeni
akvedukla su gətirildi. Ümumiyyətlə, Trayanın dövründə yaxın təpələrdən Romaya 11
akvedukla gətirilən su şəhərin tələbatını artıqlamasilə ödəyirdi. Şəhərdəki meydanda
Trayan sütunu yüksəlirdi, sonralar onun binövrəsi Trayanın cəsədinin külünü qəbul
etdi.
161-ci ildə isə MarkAvraeli öz sələfi, ilahiləhdirilmiş Antonini imperator kimi
əvəz etdi. O, mərhum imperatorun arvadının qardaşı oğlu olmaqla, Romanın ən
görkəmli ailələrinin bir necəsi ilə bağlı idi. Çox gənc yaşında varis elan edilsə də, yalnız
40 yaşı olanda hakimiyyətə gəlmişdi. Bacarıqlı, mərd və ciddi düşünən bir adam
olmaqla o, Stoik fəlsəfi məktəbinin etik filosofu olan Epiktetin “söhbətlərini” həvəslə
öyrənmişdi və bu fəlsəfədə özünün ruhi qidasını tapmışdı. Roma tarixində ilk və yəqin
ki, yeganə dəfə Platonun arzuladığı bir hadisə baş vermişdi, hakimiyyətə filosof,
mütəfəkkir gəlmişdi. Mark Avrelini “taxt-tacda olan” filosof adlandırırdılar.
Mark imperator səlahiyyətlərinə yiyələndikdə onun götürmə qardaşı da həm-
imperator oldu və Roma imperiyası öz tarixində bu vaxt ilk dəfə olaraq iki qoşa
imperatora malik idi.
Mark Avreliyə dövlət işində ən yaxın olan sahə hüququn təkmilləşməsi idi. Bir
sıra tədbirlər və hüquqa aid qərarlar qəbul etmişdi, onlar mülki qanunlarda olan
çətinlikləri və qeyri-normallıqları yoluna qoyurdu. Az hörmət olunan zümrələrin –
161
qulların, dul qadınların, mədəndə çalışan adamların hüquqları yaxşılaşdırıldı və
varislik sahəsində qan qohumluğu tanınmaqla, onun əsasında irəli sürülən iddialara
baxılması qaydası təsbit edildi. Bunlar cəmiyyətin quruluşunun radikal şəkildə
dəyişdirilməsindən daha çox, onun yaxşılaşmasına xidmət edirdi. Onun dövründə
qulların ardıcıl olaraq təqib edilməsinə yol verilmirdi. Filosof imperator dövlətin
beynəlxalq əlaqələrinə də ciddi qayğı göstərirdi. Çinlə birbaşa əlaqələr yaradılmasına
cəhd etmiş və iki ölkə arasında elçiliklər mübadiləsi baş vermişdi. Ümumiyyətlə, 19 il
ərzində Romanın imperatoru olan Mark Avreli Qərbin bir çox sonrakı nəsilləri üçün
Roma imperiyasının qızıl dövrünü rəmzləndirir.
Mark Avreli bir filosof kimi əsasən Stotsizmin təsirinə məruz qalmışdı və
özünün əlli cildlik “Düşüncələr” əsərində stoik borcu idealını bir dini konsepsiya kimi
təsvir edir. O, deyirdi ki, mən bir Antonin kimi Roma vətəndaşıyam, ancaq bir insan
kimi dünya vətəndaşıyam. Qədim yunanlar bunu “kosmopolit” kimi ifadə edirdilər.
Onun bir nəsihətinin qiymətini zaman da aşağı sala bilmir, o yazırdı: “Əgər nə
haqq deyilsə, onu etmə, əgər nə düz deyilsə, onu danışma.”
Dövləti idarə etmək elmi və Mahatma Qandi
Dövlətin idarə edilməsi, yuxarıdakı misallardan da göründüyü kimi, heç də fəxri
titulu daşımaq deyildir, bu mürəkkəb iş böyük ağıl, güclü iradə və ağır zəhmət tələb
edir. Rus filosofu N. Q. Çernışevskinin dediyi kimi: “Tarix yolu Neva prospektinin
səkisi deyildir.” Dövləti idarə edənlər isə ən azı tarix cığırı yaradırlar.
Günəş Kral adlanan Fransa kralı XIV Lui 1661-ci ildən dövlətin idarə edilməsini
öz əlinə götürdüyünü elan etdikdə, bunu onun öz doğma anası da inanmamaq əlaməti
kimi istehzalı gülüşlə qarşılamışdı. Lakin XIV Lui vəzifəsinin icrasına elan etdiyindən
də daha ciddi qaydada yanaşaraq, dövlət işləri ilə şəxsən özü, həm də çox dəqiqliklə
məşğul olmuşdu. Öz ölümünə qədər olan 54 il ərzində hər gün 8 saat özünü bilavasitə
dövlət işlərinə həsr etmişdi. Onun diqqətindən ən xırda detallar belə yayınmırdı. O,
hətta dözülməz ağrı ilə müşayiət olunan (o vaxtlar anesteziya vasitəsi yox idi, həkimlər
də müalicə etməkdən daha çox xəstələri öldürməklə məşğul olurdular) ağır cərrahiyyə
əməliyyatından az sonra, axşam Dövlət Şurasının iclasına başçılıq etmişdi.
Dövlət işlərilə belə vurğunluqla məşğul olmasına görə, özünü dövlətdən ayrı
hesab etmədiyindən demişdi: “L`etat c`est moi!”- “Dövlət – mənəm!” Bəzi tarixçilər
bunu dövlətə sədaqətlə xidmət etməyini əsas götürərək, nəsihət şəklində söylədiyi kimi
izah edirlər. “XIV Lui epoxası” ifadəsinin müəllifi, böyük fransız filosofu Volter onun
hökmranlığını məşhur Roma imperatoru Avqustla müqayisə etmişdi. Onların hər ikisi
həm güclü, həm də zəif cəhətlərə malik idi. Onun ən böyük qüsuru müharibələrə çox
meyl etməsi idi. Ölüm yatağında olarkən özü etiraf etmişdi ki, “Mən müharibəni çox
sevirdim”. Tətbiq etdiyi şirnikləndirmək vasitələri ilə kübarları tabe edə bilmədiyindən,
təkcə 11 vətəndaş müharibəsinə start vermişdi. Aramsız müharibələr axırda Fransanı
taqətdən salmışdı.
XIV Lui həyatının sonunda, XV Lui adı altında gələcək kral olacaq beş yaşlı
nəticəsinə nəsihət verərək, ona özünün buraxdığı səhvləri təkrar etməməyi, qonşuları
ilə sülh şəraitində yaşamağı məsləhət görmüşdü. Onun ən böyük səhvlərindən biri həm
162
də insan gücündən kənarda olan bir yükü- dövlətin bütün idarəetmə maşınını öz
şəxsində mərkəzləşdirməsi idi.
Ləyaqətlilik standart, etalon kimi götürüldükdə, sadalanan liderlərin bir çoxu
heç də onun bütün tələblərinə cavab verə bilmir, onlar müəyyən qüsurlardan da xali
deyildilər. Fransa kralı XİV Lui və Prussiya kralı II Fridrix müharibəyə şərəf çələngi
mənbəyi kimi baxdıqlarından öz ölkələrini belə pis siyasətin, sərt qaydada deyilsə,
qurbanlarına çevirirdilər.Günəş Kraldan bir əsr sonra hakimiyyətə gələn həmin Böyük
Fridrix öz sələfindən fərqli baxış nümayiş etdirərək, kralda “dövlətin birinci nökərini”
görürdü.
Habsburqlar sülaləsindən olan, 1780-1790-cı illərdə Avstriya kralı olmuş II İosif
isə öz fikrini belə ifadə etmişdi: “Mən öz ölkəmdə qanun vermək fəlsəfəsini yaratmış,
onun məntiqi tətbiqi Avstriyanı dəyişdirəcəkdir”. O, həqiqətən də nəcib tədbirlərə əl
atırdı, təhkimçiliyi ləğv etmişdi və hamının qanun qarşısında bərabərlik prinsipini elan
etmişdi. On illik hakimiyyəti dövründə II İosif Avstriyanı dəyişikliyə məruz qoymaq
cəhdində 6 min dekret və 11 min qanun imzalamışdı. Ancaq özünün daim uğursuz
olması düşüncəsi onun öz qəbir daşı üçün yazdığı epitafiyadan da açıq görünür:
“Burada, etdiyi hər şeydə uğursuz olan II İosif uyuyur”. Bu sözlərdə həm də uzağa
gedən bir həqiqət var idi. Taxt-tacdakı varisləri də onun islahat cəhdlərinin çoxunu
məhv etdilər.
İosifdən fərqli olaraq, bəziləri taeyin onları sınağa çəkəcəyini, məğrurluqlarına
görə heç ağıllarına da gətirmirdilər. Belələri meydana çıxan siqnallara da məhəl
qoymurdular. Napoleon Bonapart 18 bryumer çevrilişindən (1799-cu ilin noyabrında
baş vermişdi) sonra Sen-Klu qəsrində lovğalıqla demişdi: “Mənim arxamca Qələbə
ilahəsi və Uğur ilahəsi addımlayır.” Bu sözləri deyəndən sonra onun ürəyi getmişdi.
Lakin o, bu ibrətamiz hadisədən də nəticə çıxarmadı. Rusiya yüryşündə və Vaterloo
döyüşündə artıq onu Məğlubiyyət ilahəsi, Müqəddəs Yelena adasında isə məhvedici
Bədbəxtlik ilahəsi izləyirdi.
XX əsrin ən böyük mübarizlərindən və ən nəcib şəxsiyyətlərindən biri olan
Mahatma Qandi (1869-1948-ci illər) Hindistanın atası hesab edilir. Mohandas Kramçand
Qandiyə xalq tərəfindən “Mahatma” və ya “Böyük Könül” adı verilmişdi. İlk dəfə onun
haqqında bu titulu Rabindranat Taqor hələ 1915-ci ildə işlətmişdi. Bütün liderlərdən
onu fərqləndirən, Britaniya ağalığına qarşı mübarizəsində yeni, Satyaqraha adlanan, bu,
hərfi mənada “həqiqətdə səbat göstərmək” demək idi və zorakı olmayan bir taktikanı
seçməsi idi. Onun zorakılıq etməmək fəlsəfəsi (Catyaqraha) dinc dəyişiklilər
tərəfdarlarının hərəkatına böyük təsir göstərdi.
O, Londonda hüquqşünas təhsili almış, Cənubi Afrikadakı Natalda ağlar
tərəfidən pis münasibət bəslənən hind immiqrantlarının mənafeyini müdafiə etmişdi.
Burada Satyaqraha adlanan passiv müqavimət bir sıra siyasi uğurlar gətirmişdi. 1914-
cü ildə Hindistana qayıdıb, beş il sonra Britaniya hökumətinə qarşı Satyaqraha
hərəkatını təşkil etmişdi, yerli sənətləri, istehsalı və siysi müstəqilliyin (suarac) əldə
edilməsini təbliğ edirdi. Onun siyasəti Britaniya mallarının ümumi boykotu və Mopla
qiyamı ilə nəticələndi. 1925-ci ildə Hindistan Milli Konqressinin sədri seçildi. Bundan
əvvəl iki il məhbəsdə yatmışdı. Sonra yenidən həbs olundu. 1931-ci ildə sülh bağladı və
Londondakı Dəyirmi Masa konfransında iştirak etdi. 1932-ci ildə “toxunulmazlara”
163
qarşı olduqca pis münasibətə etiraz edərək, aclığa başladı və onların xeyrinə müqavilə
bağlanmasına nail oldu. Britaniyanın geri çəkilməsini tələb etdiyinə görə 1942-ci ildə bir
daha həbs edldi. Müstəqil Hindistan dövlətinin yaradılması üçün danışıqlar apardı.
Hindistanın müstəqillik qazanması təntənələrində iştirak etmədi, bunun
əvəzinə o, Kəlküttəyə yollanıb, hinduistlərlə müsəlmanlar arasındakı qanlı münaqişəni
yatırmağa calışdı. Ölüm təhlükəsi altında olsa da buna nail ola bildi.1948-ci ilin
əvvəlində axırıncı aclıq aksiyasına başladı və bu öz həyatını qurban vermək aksiysı
cəmiyyətə xeyli təsir göstərdi, əks qütbdə olanlar kompromissə getməklə, Dehlidə
millətlərarası münaqişə dayandırıldı. Həmin il yanvarın 30-da Qandi bir hinduist
fanatik tərəfindən qətlə yetirildi. O, təkcə mübarizə dühası deyildi, həm də qeyri-adi bir
humanist idi, öz mübarizəsində şərə zorakılıqla müqavimət göstəməməyi təbliğ edirdi.
Hindistanın baş naziri Cəvahirləl Nehru xalqa böyük liderin ölüm xəbərini
radio ilə çatdıranda demişdi: “Bizim həyatımızın işığı söndü. Hər yeri qaranlıq bürüdü.
Bizim sevimli rəhbərimiz Bapu (“ata” deməkdir- müəllif), necə ki, biz onu
adlandırırdıq, artıq aramızda yoxdur.... İşıq sönmüşdür mən dedim, lakin bu səhvdir..
Çünki bizim ölkədə parlayan işıq heç də adi işıq deyildi.”
Bu zahirən kiçik adamın ideyalarının və ideallarının gücü, onlara pərəstişə görə
elə böyükdür ki, qatilin güllələri onları məhv etməyə qadir deyildir. Qandi bütün
bəşəriyyətin vicdanının ruporuna çevrildi. O, təkcə Hindistanda parlayan olmayıb,
haqqı sevənlərin ürəyinə şüa salan bir işıq idi. Onun şəxsiyyətinə düha nişanı
vurulduğunu çoxları etiraf edir, həm də onu da qeyd edirdilər ki, dahi adamlardan
adətən yaxşı siyasətçi çıxmır, nadir istisna isə məhz Qandi idi. Bu fiziki cəhətdən zəif
bir insanda polad kimi möhkəm, qaya kimi sarsılmaz olan nəsə bir şey var idi. Onu
zorakılığa əl atmamaq apostolu sayırdılar. Albert Eynşteyn Qandinin 70 illik yubileyi
münasibətilə söylədiyi nitqində demişdi ki: “Bəlkə də gələcək nəsillər sadəcə olaraq
inanmayacaqlar ki, adi candan və qandan olan belə bir adam bu günahla dolu torpaq
üzərində addımlamışdır.”
Onlar cəmiyyətin bəzəyidir
Ləyaqətli şəxslər, ümumiyyətlə, cəmiyyətin, sotsiumun bəzəyinə çevrilir, ləyaqət
nümayiş etdirən hökmdarlar isə onun üzvlərini əxlaqına, mənəviyyatına da ciddi təsir
göstərməmiş qalmırlar. Onlar özlərindən əvvəlki və miras qalmış boğunuq, üfunətli
havanı, nəcib əməlləri və davranışları ilə təmizləməyə müvəffəq olurlar. Bu isə
cəmiyyətə bütünlükdə şəfqətli təsir göstərir. Ona görə də onlar haqqında ağız dolusu
danışmaq lazımdır ki, nəinki unudulmasınlar, həm də nəcib nümunələri ibrət götürmək
mənbəyinə çevrilsin.
Belə bir əhvalat mövcuddur ki, bir dəfə iki dost sözləşdikdə, biri o birinə sillə
vurdu. Bir az sonra acıqları bir qədər soyuyanda, onlar dənizdə çimməyə yollandılar.
Alçaldılmış dost suya girməmişdən əvvəl qum üzərində nəsə yazırdı, onu incidən bu
yazıda əvvəlki pis hərəkətinin nəql edildiyini gördü. Dənizdə birdən sillə dəyən özünü
pis hiss etməyə və batmağa başladı. Dostu böyük çətinliklə onu sahilə çıxara bildi. Bir
qədər sonra özünə gələn bu adam indi də daşın üstünə nəsə yazmağa başladı və dostu
maraqlananda gördü ki, indi də özünün xilas edilməsini ifadə edir. Əvvəlki yazının
164
nəyə görə qumda, sonrakının daşda yazıldığı ilə maraqlandıqda, yazıların müəllifi dedi
ki, kim nə vaxtsa bizim xətrimizə dəyirsə, onu qumda yazmalıyıq ki, küləklər bu yazını
silə bilsin. Lakin kimsə nə vaxt yaxşılıq etmişdirsə, biz onu daşda nəqş etməliyik ki, heç
bir külək həmin yazını silə bilməsin.
Doğrudan da nəciblərə belə layiq olduqları münasibət göstərilməlidir ki,
başqaları da onların mənəvi zənginliyindən hali olsun və nümunə götürsün.
Böyük italyan filosofu, “Cinayətlər və cəzalar haqqında” məşhur əsərin müəllifi,
ilk dəfə cəzanın cinayətə müvafiq olması ideyasını irəli sürən markiz Çezare Bekkariya
(1738-1794-cü illər) yaxşı demişdi: “Əgər mən bir həyatı xilas etmək aləti olmağı
bacarsam, onun xeyir-duası və göz yaşları, hətta bu gün bəşəriyyətin nifrəti
müqabilində belə, mənə kifayət dərəcədə bir təsəlli olardı”. Bəzən yüzlərlə, minlərlə
adama xoşbəxtlik bəxş edən, onların həyatını məhrumiyyətlərdən xilas edən nəcib
adamlar üçün təsəlli payı daha böyükdür, ölçüyə sığmazdır. Yaxşı insan öz ətrafına,
onu əhatə edənlərə işıq, hərarət hədiyyəsi verir, bunlar onun özünə qayıtmasa da,
başqalarına çatır, onlara imdad əlini uzadır, deməli, birinci başlanğıcdan meydana
çıxan xeyirxahlıq yerdə qalmır, hökmən öz davamını tapır. Ona görə də xeyirxahlıq,
insanlara sevgi, nəciblik yüksək qiymətləndirilməlidir, belə mükafatda isə yaxşılığın
müəllifinin obrazı, az qala müqəddəslərə mənsub olan bir halə şəklində canlanmaqla,
həm də gələcək nəsillərə çağırış vasitəsinə çevriləcəkdir.
Dostları ilə paylaş: |