I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə28/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   24   25   26   27   28   29   30   31   ...   94

səsləri ifadə etməkdə çətinləşdirən  heç bir əlavə işarəyə yer verməmişdir. 

3.Əsər, Latın hərfləri ilə yazılıdığından Türkcə sözlərin XVIII yüzildəki tələffüzlərini, yəni 

danışıq formaları göstərmişdir.  Ayrı –ayrı fərdlərin  və xalqın işlətdiyi dilin fərqli olduğu əsərdə 

vurğulanmışdır.  

Kitab, XVIII yüzildəki səs uyğunluğu – xüsusilə sait uyğunluğu- ətraflı şəkildə göstərməsi 

baxımından çox önəmlidir (3,  53-62). 

Əsərdə türkcədəki sait və samitlər asanlıqla başa düşülən, ayrı-ayrı işarələrlə göstərilmişdir. 

Burada 9-cu hissənin içində Ərəb əlifbası ilə atalar  sözlərindən nümunələr verilmişdir; sonra bunlar 

əvvəl fərdlər, daha sonra isə xalqın tələffüzunə görə, Latın əlifbası ilə yazılmışdır; onlara aid 

nümunələr aşağıdakı şəkildə qarşılaşdırılmışdır.Fərd tələffüzü : Bir infan Haqden guilen derdlere 

mihnetlere adjilere fabr edub chukrini artdirise Tanrinin qhas qouli der. Xalq tələffüzü: Bir infah 

Haqden guilen derdlere, mihnetlere, adjelere fabr edib chukrunu artdererfa, Tanrenen has qoulou 

dour. 

1833-cü ildə Parisdə A.Joberin “qrammatika “sı nəşr olunur. Türk dilinin qrammatikasına 



həsr olunmuş bu əsər üç bölmədən ibarətdir. Əsərin girişində  A.Joberin dövründəki  Türk əlifbası 

və kitabın sonunda isə hər hərfə aid cümlələri verilmişdir. Burada ismin halları “eşitlik və vasita 

halı” da  izah olunmuşdur. İsmin hallarına aid cümlələr  həm latın, həm də ərəb əlifbası ilə 

verilmişdir. Bu da ona imkan vermişdir ki, sözün imlası ilə tələffüzü arasındakı oxşar və fərqli 

cəhətləri müəyyənləşdirsin. Əsərdə saylar və onlara dair şəkilçilər də izah olunmuşdur. Kitabda 

feilə daha geniş yer verilmişdir. Əsərin sonunda cümlədən bəhs olunur. Sonda dialoq və lüğətin, 

atalar sözləri və mətnə aid misalların verilməsi əsərin dəyərini daha da artırmışdır. Əsərdə ahəng 

qanunu ilə bağlı misallar da vardır (2, 36). 

V. Redhuz qrammatikası Fransızca yazılmış bir Türk dili kitabı  olmaqla geniş şöhrət 

qazanmışdır (5). Bu əsər əsas etibarı ilə “Yazı, Etimologiya, Söz yaradıcılığı hissəsindən ibarətdir. 

Əsərdə ərəb əlifbası ilə yazılan sözlər təmamilə hərəkələrlə və bəzilərinin latın əlifbası ilə 

qarşlıqları  da verilmişdir. Buna görə də əsər həmin dövrün fonoloji, morfonoloji və morfologiyası  

haqqında geniş məlumatlar verir.   V.Redhuzun əsərində ərəb  hərfləri ilə qəlibləşən imlaya görə, 

yazılan Türkcə sözlərin Latın əlifbası ilə yazıldığından danışığa təsiri hiss olunur. Bununla bir daha 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



140

XIX yüzilin ortalarında dildə  bir çox elementlərin  dəyişdiyini, amma bunların yazıya çox da təsir 

etmədiyi aydın ifadə edilmişdir (2, 37).  

Lüğətçilik:  Fransada türkoloji fikrin inkişafının bir istiqaməti də lüğətçilik idi. Onların çox 

mühüm olanlarını nəzərdən keçirək.  Fransız Türkoloqu B.Meynard türkcə, Ərəbcə və farsca 

öyrənmiş, Fransa Xarici işlər Nazirliyində vəzifədə olmuşdur. 1854-cü ildə İrana gedən B. Meynard 

Tehranda tərcüməçi  işləmiş və 1863-cü ildə Parisdə Şərq Dillər Məktəbində L.Duböksun yerinə 

Türk dili professorluğuna seçilmişdir.1876-cı ildə Fransada Farsca professorluğa gətirilən Barbier 

de Meynard 1898-ci ildə Şərq Dilləri məktəbi müdürlüyünə yüksəlmişdir. 

Barbier de Meynard, Yaxın Şərq ölkələrinə, xüsusilə İrana aid olan bir çox mətnlərin 

tərcüməsini dərc etmişdir. Türkologiya  elmi sahəsində “Supplément aux dictionnaires publiés 

jusqu`a ce jour renferment les mots d`origine turque et les mots arabes et persans employés en 

osmanli avec leur signification particulière...” (Paris 1881-1886,  )  adlı  lüğəti ona böyük şöhrət 

gətirir. Barbier de Meynard, bu lüğətdə Ahmet Vakıf  Paşanın “Lehçe-i Osmanı” adlı lüğətindən və  

Türkiyədə otuz il qalan misyoner Atoine Arcere-in Parisdə “Bibliotheque Nationale”də saxlanan 

Fransızca-Türkcə lüğətindən də dəyərlənmişdir. 

 

Digər lüğətçi B.Xavyer Fransada  leksikoqrafiya  sahəsində böyük işlər görmüşdür; səfirlik 



işçiləri, tacir, turist və dənizçilər üçün vəsaitlər hazırlamışdır.” O, lüğətçi olaraq “Vocabulaire 

français - turc” (Paris 1829-1831.); “Le guide de la conversation en Français et un Turc” (Paris 

1839)  adlı   lüğətlər hazırlamışdır. Daha sonra J.D.Kiefferlə birlikdə “Dictionnaire turc-français a 

l`usage des agents diplomatiques et consulaires, des commerçants” (Paris 1835-1837) adlı bir lüğət 

hazırlamağa başlamış və Bianchi tərəfindən tamamlanmışdır.Bilanşinin “Dictionaire français-turc” 

(Paris 1843-1846) başlıqlı lüğəti A. Handjerinin “Dictionnaire français-arabe-oersan et turc” 

başlıqlı lüğətinin qısa  variantıdır. Bilanşi, 1863-cü ildə L.Düböksün ölümündən sonra Parisdə 

mövcud olan  Şərq Dilləri Məktəbi Türkcə professorluğuna namizəd göstərilsə də, seçkidə 

C.A.Babier de Meynard  keçmişdir (4, 105).  

Cığatay dillərinə aid tədqiqatlar: Orta Asiya türklərinin dillərinin, xüsusilə cağatay dilinin 

öyrənməsi sahəsində Quatremere Etyennin böyük xidmətləri vardır.  E.Quatremer ixtisasca  ərəb və 

fars dili üzrə mütəxəsis olsa da, sonradan türk dili ilə də məşğul olmuşdur. Müasiri olduğu bəzi 

fransız türkoloqlarından fərqli olaraq, Orta Asiya, Cağatay türklərinin dili ilə də məşğul olmuşdur. 

Onun  “Chrestomathike en turk oriental”  (1841) əsəri ilə Qərbi Avropada Cığatay dilinin 

öyrənilməsinin başlanğıcını qoymuşdur və onun ardınca bu işi fransada  A.J.B.Pavet de Kurtel 

davam etdirmişdir (4, 262). 

P.Kurtel fransız türkoloqu və şərq dilləri mütəxəsissidir.  Parisde Şərq Dilləri məktəbi “Ecole 

des langues orientales”da oxumuşdur. P.Kurtel 1855-ci ildə “College de France”da Türk dili 

professorluğuna qədər  yuksəlmişdir. Türkcədən Fransızcaya bir sıra tərcümələr etmişdir. Nümunə 

olaraq, Kamal Paşazadənin tarixindən bir hissəni fransız dilinə tərcümə ermişdur (“Histoire  de la 

Campagne de Mohacz”). Ancaq P. Kurtel yalnız Osmanlı Türkcəsi ilə  kifayətlənməmiş, 

Çağataycaya aid əsərlərlə də məşğul olmuşdur. Baburun xatirələrini Fransızcaya tərcümə etdiyi 

kimi  (“Les Mümoires du  Sultan Baber”. 1871) böyük bir Çağatayca lüğət də  hazırlamışdır. 

(“Dictionnaire turk-oriental, destiné à faciliter la lecture des ouvrages de Baber, d'Aboul-Gazi et 

de Mir-Ali-Chir-Nevai” Paris 1870). Babur, Ebulgazi Bahadır xan və Əlişir  Nəvai kimi yazıçı və 

şairlərin əsərlərinə əsaslanan bu lüğət dəyərini bu günə qədər itirməmişdir. Çağatayca sözlər yalnız 

ərəb hərfləri ilə göstərilmişdir və onda  bir sıra yanlışlıqlar vardır. Bu cür yanlış  nümunələr sonra 

yazılan bütün Çağatayca lüğətlərdə nəzərə  çarpır . 

Fransada türkologiyanın inkişafında Pavet de Kurtel  xüsusi bir yer tutmuşdur. Onun  yazmış 

olduğu Çağatayca lüğətdən W.Radloff da  bəhrələnmişdir (4, 245). 

Fransız Sinologu, ixtisasca botanik olan R.J.Abel çincə öyrənmiş, “1811-ci ildə “Essai sur la 

langue et la litterature chinoises” adlı bir əsər yazmışdır. Fransada sinologiya sahəsində yeni bir 

yol açan Remusat, 1814-cü ildə” Collage de Franceta” professorluğuna qalxdığı kimi, 1816-cı ildə 

“Academie des inscriptions et belles-letters” namizədliyinə seçilmişdir. Nəhayət, 1824-cü ildə 

“Bibliotheque royaleté” şərq yazmaları konservatoriyasına gətirilmişdir. Remusat 1822-ci ildə 

Parsdə “Asiatiqik”  dərnəyini təsis etmişdir. Bu dərnək Avropada Şərq  dillərinə aid 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



141

araşdırmalarının inkişafında böyük bir rol oynamışdır. Remusatın “Eléments de la grammaire 

chinoise”(1822),  “Melanges asiatiques” (1825),“Nouveaux melanges asiatiques” (1828) bir sıra 

əsərləri  də  onu məcmuəsində dərc edilmişdir.  Remusat  Türkologiya sahəsində “Recherches sur 

les langues tartares” (1820) adlı əsəri ilə tatnınmışdır (4, 283). 

Fransadan kənarda fəaliyyət göstərən  fransız türkoloqlar: Fransız mənşəli  isveç,  D. 

Danyel  Piterburqda  “İngilis yaradıcılıq  evin”də işləmişdir. Rusiya Elmlər Akademiyasının 

mühüm numayəndəsi seçilmişdir “Vocabulaire comparatif des langues orientals  ve Comparative 

Vocabulaire of the Eastern Languages” başlığı altında lüğət müəlifi olaraq tanınmışdır. Ancaq, bu 

lüğətin mətnin üzrə sağlam bir məlumat əldə edilməmişdir (4, 152).  

D.J.Pierre Fransız 

 mənşəli Rus türkoloqudur. Kazan Universitetində 

 şərq ədəbiyyatı 

namizədi adını almış, Orenburg hərbi  məktəbində ərəb və fars dilləri müəllimi  işləmiş və 

tərcüməçi kimi də fəaliyyət göstərmişdir. Türk dillərini   və məişətini öyrənməyə  çox zəhmət sərf 

etmişdir.  1834-cü ildə  Buxaraya göndərilən Desmeson 1835-ci ildə geri qayıtmışdır. Bundan sonra 

Rusiya  Xarici İşlər Nazirliyində işləmiş, Şərq Dilləri fakültəsində türk və fars dili dərslərini tədris 

etmişdir.  Eləcə də uzun müddət Asiya departamentində tərcüməçi olaraq işlımişdir.  

 

D. Pyer türkologiya sahəsində Ebülgazi Bahadır Xanın” Şecere-i Türki” adlı əsərinin 



Fransızca tərcüməsi ilə  tanınmışdır ( Histoire des Mogols et  des Tatrea par Aboul-Ghazi 

Behadour  Khan, publiee, traduite et annotée par le Baron Desmaisons. I.Texte St. Peterburg 1871; 

II. Traduction. St. Peterburg 1874;  yeni nəşr.1970) 

Desmeson böyük bir Türkcə-Fransızca lüğət də yazmışdır. Bu lüğət yazıçının ölümündən 

sonra dərc olunmuşdur (“Dictionnaire persan-français par le Baron Jean Jacques Pierre 

Desmaisons”, publié par ses neveux. 1-4, Rome 1908-1914) (4, 138).                                                     

                                              

ƏDƏBİYYAT 

1.

  avdet.orq/node/1319 



2.

  Dr.Yavuz  Karatallıoğlu. Klasik Osmanlı Türkçesinde Eklerin Ses  Düzeni. Ankara Türk 

Dilm Kurumu Yayınları 2011. 

3.

  Gümüşkılıç   M. Vigüyerin “Eléments  de la lange Turque” Türk Dilinin qaydaları adlı 



əsərinin Ses  uyumları bakımından incelenmesi: İstanbul Ün Yayımlanmamış Yüksek lisans Tezi, 

1992.   


4.

  Türklük bilimi sözlügü. Prof. Dr. Hasan Eren. Ankara 1998. 

5.

  V.Redhouse grammaire raisonnee de la langue Ottomane. Paris. 1846  



6.

  Viguier M. Eléments de la langue turque ou tables  analytikes de la  langue  turke usuelle, 

avec leur developpement, Constantinople 1790. 

Summary 


 The article "Development of Turkological mindset in France in XVI-XVIII centuries," 

describes the process of establishment of Turkological mindset at the time. The paper highlights 

various dimensions of Turkological mindset and studies the works of famous Turkish scientists who 

worked in this science field and provides some interesting facts about their life and work. In 

conclusion the history of Turkological mindset in France is so deep that Türkology history serves a 

political purpose. 

Keywords: France, specialist in Turkic philology, missionary training, vocabulary, grammar. 

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



142

 

Zülfiyyə İsmayil, fil.ü.f.d., dos.  



Rəşad  Zülfüqarov, fil.ü.f.d., dos. 

AMEA Naxçıvan Bölməsi  

 

I TÜRKOLOJİ QURULTAYDAKI DİL MƏSƏLƏLƏRİNİN  



C.MƏMMƏDQULUZADƏ YARADICILIĞINDA ƏKSİ 

 

Ümummilli lider Heydər Əliyev 1926-cı ildə Bakıda Birinci Beynəlxalq Türkoloji Qurultay 



çağırılmasını “Türk dünyası üçün böyük tarixi əhəmiyyətli hadisə” kimi dəyərləndirmişdir. XXI 

əsrdə müstəqil Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi milli-mənəvi dəyərlərini 

çağdaş beynəlxalq aləmə inteqrasiya etmək yolunda inamlı addımlar atmaqdadır. Azərbaycan 

xalqının milli dövlətçilik prinsipləri içərisində prioritet təşkil edən milli-mənəvi dəyərlərin qorunub 

saxlanılması, gələcək nəsillərə ötürülməsi və ümumbəşəri dəyərlərə inteqrasiya olunması yolunda 

mühüm tarixi-siyası addım sayılan Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi 

haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 18 fevral 2016-cı il Sərəncamı 

müstəsna əhəmiyyət kəsb edir.  

Üstündən 90 il keçən Birinci Türkoloji Qurultayda Azərbaycan ədəbi dilinin əsasən 3 

məsələsi müzakirəyə çıxarılmışdı: əlifba, orfoqrafiya və terminologiya məsələləri. Professor 

R.Məhərrəmova bu məqsədlə yazırdı ki, Sovet hakimiyyəti qurulduqdan sonra ədəbi dilin yazısında 

əsaslı dəyişiklik etmək, ədəbi dilin yeni əlifbasını düzəltmək, yazıdan ərəb əlifbasını çıxarmaq 

Azərbaycan ictimai fikri qarşısında çox mühüm bir məsələ kimi durdu. 1920-1929-cu illərdə ədəbi 

dilin digər məsələlərinə nisbətən əlifba məsələsi çox müzakirə edilmişdir (4, 8). Bu da təbiidir

çünki əlifba məsələsi həll olunmayınca, ədəbi dilin digər məsələlərini düzgün həll etmək, ana 

dilinin tədrisini qaydaya salmaq mümkün olmurdu. Professor T.Hacıyev isə belə qeyd edir: 

“Ümumiyyətlə, heç bir xalqda və heç bir zamanda dil məsələsi XX əsrin əvvəllərində Azərbaycan 

bədii və bədii-publisist ədəbiyyatında olduğu qədər bədii fikri məşğul etməmişdir” (3, 85). 

Xüsusilə, XX əsrin və Yaxın Şərqin ən böyük simalarından olan C.Məmmədquluzadənin ümumi 

yaradıcılığında Ana dili məsələsi əsas xətt kimi keçir. 

Azərbaycan xalqının görkəmli ictimai xadimi, maarifçi, pedaqoq, görkəmli publisist, naşir, 

tənqidi rеalist ədəbi cərəyanının bayraqdarı, ilk mənzum və allеqоrik dram əsərinin müəllifi, 

dramaturgiyanın nəhəng simalarından biri, yeni tipli ictimai satiranın yaradıcısı, bütün dünyada 

məşhur olan yeni üslublu “Molla Nəsrəddin” jurnalının naşiri və mollanəsrəddinçilərin ağsaqqalı, 

milli mücadilə ədəbiyyatımızın sərkərdəsi böyük ədib Cəlil Məmmədquluzadənin (1869-1932) 

irsində və fəaliyyətində mənsub olduğu xalqının ana dilinin qorunması, onun savadlanması və yeni 

tipli əlifbanın yaradılması məsələsi başlıca yer tutur. Təsadüfi deyil ki, böyük azərbaycançı ədib 

Mirzə Cəlil Azərbaycan ədəbiyyatında həm də ana dilinin təəssübkeşi kimi tanınır. 

Qeyd olunduğu kimi Azərbaycan xalqının mədəni tərəqqisində, milli oyanışnda, 

maariflənməsində əvəzsiz xidmətləri olan Cəlil Məmmədquluzadəni Birinci Türkoloji Qurultayda 

da geniş müzakirə obyekti olan Azərbaycan ədəbi dilinin əsasən əlifba, orfoqrafiya, terminologiya 

və digər məsələləri daha çox narahat edirdi. Məlumdur ki, həmin dövrdə yeni əlifba yaratmaq və ya 

ərəb əlifbasını Azərbaycan (və digər türk xalqlarının) dilinin səs sisteminə uyğunlaşdırmaq ictimai 

fikir qarşısında çox mühüm bir məsələ kimi dururdu. Bu baxımdan, Azərbaycan xalqının görkəmli 

oğlu, ana dilinin böyük təəssübkeşi və mücahidi, yeni əlifba mücadiləçisi və islahatçısı Cəlil 

Məmmədquluzadənin “Ana dili”, “Dil”, “Lisan bəlası” və digər əsərləri milli-mənəvi dəyərlərimizin 

əsas atributu olan ana dilinin saflığının qorunması uğrundakı mübarizəsinin və onun ictimai 

mahiyyətinin dərk olunması nəticəsində qələmə alınmışdır. Onun ədəbi yaradıcılığında bu problem 

xüsusi mahiyyət qazanır, daha doğrusu, 1920-ci ildə yazılan “Anamın kitabı” əsərində 

azərbaycanşünaslıq donuna girir və onun mahiyyətinə çevrilir. M.Cəlil bu dövrdə Azərbaycan 

ictimai reallığında müşahidə etdiklərini obrazlar üzrə paylamış, bu barədəki mövqeyini obrazların 

dili ilə demişdir. “Anamın kitabı” əsərində Ana dilimizə zərərli təsir mənbələri çox ustalıqla, bədii 

yolla ifadə edilmişdir. Prof. T.Hacıyev bu xüsusda yazır: “Ədəbi dilin saflığını korlayanlar vahid 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



143

mənbə üzərində dayanmır, üç ada ayrılırlar, bir qrup ərəb-fars mənbəyinə, ikinci qrup-türk osmanlı, 

üçüncü qrup isə rus-Avropa dillərinə meyl edirdilər” (3, 85).  

Ədibin yaradıcılığında ədəbi dilin digər məsələlərinə nisbətən əlifba məsələsi daha çox yer 

almışdır. Bu da təbiidir, çünki əlifba məsələsi həll olunmayınca, ədəbi dilin digər məsələlərini 

düzgün həll etmək, ana dilinin tədrisini qaydaya salmaq mümkün olmazdı. Ədibin böyük arzusu 

olan xalqın kütləvi savadlanması və milli oyanışı məsələsi məhz hamı üçün yazılması asan olan 

yeni əlifbanın yaradılması zərurətinə dayanırdı. Elə yazıçının “Kürk”, “Nöqtələr”, “Molla 

Nəsrəddin”, “Ərəb əlifbası”, “Behişt əlifbası” əsərindəki əsas qayəsi də odur ki, bu əlifba ədəbi 

dilimizin sözlərinin, xüsusilə ərəb-fars sözlərinin yazılışının ərəb və fars dilləri orfoqrafiyasında 

olduğu kimi saxlanılmasına səbəb olmuş, beləliklə də, sözlərin yazılışı və deyilişi arasında böyük 

fərq doğurmuş, Azərbaycan dilində düzgün yazmaq və oxumaq işini çətinləşdirmiş, kütləvi ünsiyyət 

və ictimai əlaqə işini həll etməyə müvəffəq ola bilməmişdir. 

Cəlil Məmmədquluzadə 1926-cı ilin mart ayında  “Molla Nəsrəddin” jurnalının №9 

seriyasında  “Ölmək ölməkdir, xırıldamağa nə var” epiqrafı ilə başlayan “X” hərfi”  adlı məqaləsini 

“Mozalan” imzası ilə yazır. Bu məqalə həmin ildə Bakıda keçiriləcək I Türkoloji Qurultaya həsr 

olunmuşdur. Bu məqalənin məğzi onsuz da məqalənin adında öz əksinin tapmışdır. “X” hərfini 

əlifbada saxlanıb, saxlanmayacağı məsələsindən irəli gələn  narahatlığının qocaman müəllim 

dostunun dialoqu ilə mübahisə məxrəcinə gətirir. Həmin Türkoloji Qurultayda da bu məsələnin 

gündəmə gələcəyini və nigarançılığını belə dilə gətirir: “Ola bilər ki, həmin qurultay “X” hərfini 

türk hərfinin içindən bilmərrə çıxardıb tullaya” (11, 380). Klassik ədəbiyyatı dərindən bilən 

qocaman müəllim “X” hərfinin əlifbadan uzaqlaşması fikrindən bərk məyus olur. Və bütün “x” 

hərfi olan sözlərdə “q” hərfini işlətmək ağılalmazdır. Sadəcə, ərəb və fars mənşəli sözlərdə “x” hərfi 

işlənir dilimizdə ümumişləklik hüququ qazanmış xoruz, xiyar, xəbər və qeyri sözlərimiz var ki, bu 

sözlərdə “x” hərfinin əvəzinə  “q” hərfini işlətmək olmaz.  

Xarakteri bir az da baməzə olan müəllim hər hansı yolla olursa olsun qurultaya getmək üçün 

yol axtaracağını və həmin qurultayda “x” hərfini əlifbadan çıxartmaq fikrinə düşənləri ələ salaraq 

inandıracağına and içir və  “... elə ki, gördüm bəli, söhbət o yerə gəlib çıxdı ki, guya türk dilində 

“x” səsi yoxdur, onda mən özümü yatmışa oxşadıb, başlayacağam xoruldamağa. Məclisə səs 

düşəcək ki, ədə, o xoruldayan kimdir? Yanımdakı adamlar deyəcək ki, burda qocaman bir müəllimi 

yuxu tutub, yatıbdı. Onda mən birdən gözümü açıb, qurultay üzvlərinə deyəcəyəm: Hey, nə 

deyirdiniz? Türk danışığında “x” səsi yoxdur. Bəs bu saat mənim xoruldamağımı eşidib, özünüz 

soruşdunuz ki, burda xoruldayan kimdir?” (11, 381), əgər bu fəndi tutdura bilməsə xırıldayacağını 

deyir və “indi hünəriniz varsa mənim xırıldamağıma “qırıldamaq” deyiniz görüm” (11, 381).  

C.Məmmədquluzadə “X” hərfi”, “Yeni əlifba nə istəyir”, “Yeni əlifba komitəsinin görmüş və 

görəcəyi işlər”, “Xala xətrin qalmasın” və digər məqalələrində yazıda və danışıqda vahid bir 

qaydanın olmamasının  yazıçıların çaş-baş saldığını vurğulayır. Sabit dilçilik nizam-intizamına, 

riyazi qayda-qanuna tabe olmayan qaydasızlığı və “özbaşınalığı”  ifşa edərək “neçə yazıçımız varsa, 

bir o qədər də yazı qaydamız var”, - deyirdi. Ədib yazı zamanı yaranmış qaydasızlığı aradan 

qaldırmaq üçün müxtəlif prinsiplər müəyyənləşdirirdi.  “Belə ki, bu əlifba ədəbi dilimizin 

sözlərinin, xüsusilə ərəb-fars sözlərinin yazılışının ərəb və fars dilləri orfoqrafiyasında olduğu kimi 

saxlanılmasına səbəb olmuş, beləliklə də, sözlərin yazılışı və deyilişi arasında böyük fərq 

doğurmuş, Azərbaycan dilində düzgün yazmaq və oxumaq işini çətinləşdirmişdir” (2, s.19). 

Azərbaycan dili imlası 20-ci illərdə daha da pərakəndə şəklə düşür; ikiəlifbalılıq şəraitində bu, təbii 

idi. Bir tərəfdən, ərəb qrafikalı yazımız inqilabdan əvvəlki qarışıq nizamını davam etdirir, o biri 

tərəfdən, latın qrafikalı əlifbada yazı özünü qaydaya sala bilmir (1, 262). Bu qaydasızlıq bir sıra 

ağızlara aid canlı nitqin eynilə yazıda əks olunması, ərəb qrafikalı yazının üzünün köçürülməsi və s. 

ilə əlaqədar bir müddət davam etmişdir. 1920-ci illərin imlası və fonetikası o dövrün tarixi imlası və 

tarixi fonetikası idi. Bu baxımdan Azərbaycan dilinin orfoqrafiya tarixində 1920-1930-cu illər 

xüsusi bir yer tutur.  

Cəlil Məmmədquluzadənin  C. imzası ilə “Yeni yol” qəzetində çap etdirdiyi “Yeni əlifba nə 

istəyir” məqaləsində yazıda və danışıqda vahid bir qaydanın olmamasının  yazıçıların çaş-baş 

saldığını vurğulayır. Sabit dilçilik nizam-intizamına, riyazi qayda-qanuna tabe olmayan dil qayda və 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



144

qanununlarının olmamasını, açıq məntiqlə qaydasızlığı və “özbaşınalığı”  ifşa edərək “Neçə 

yazıçımız varsa bir o qədər də yazı qaydamız var” - deyirdi. Yazı zamanı yaranmış qaydasızlığı 

aradan qaldırmaq üçün 4 prinsip müəyyənləşdirir. 

Ədib bir kəlməsinin dəyişilməsi nəticəsində yazıda baş verən fəsadlara nümunə olaraq 

göstərir ki, oluram, alıram, aluram, almıram, olmuram, olmayıram, almayıram, almadım, olmadım, 

ölmədim, almacağam, ölməyəcəyəm, almayacağam, ölməgəm, alınmışdır, alunmuşdur, alınarsa, 

almar sə, alunur sə, alunurse (11, 372). Müəllif fikirlərini əsaslandırmaq üçün “odun” kəlməsini də 

dəyişdirdik də yenə o halların baş verdiyini nümunələrlə sübut edərək qeyd edir ki, “yeni əlifba 

hökm edir ki, yazıda bu qarışıqlıqlara axır verilsin, çünki bu əlifbada dilimizdə olan səslərin hamısı 

vardır” (11, 372). 

Bəllidir ki, heç bir dil sabit qalmır. Zaman irəliyə gedir. Elm və texnika inkişaf edir və digər 

dillərdən hər bir dil yeni söz alır. Maarifpərvər və uzaqgörən yazıçı qələm dostlarının həmin “özgə 

millətlərdən aldığı kəlmələri türkləşdirə bilmirlər, çünki ərəb əlifbası bu işə mane olur” fikrini ikinci 

hal kimi müəyyənləşdirir. Məsələn: nəmaz, kol, koloft, kələft, bolbol və yüzlərcə  belə kəlmələri 

türkün  tələffüz etdiyi namaz, qul, külfət, bol-bol kimi yaza bilmirdi. “Çünki belə yazanlara 

“savadsız” deyirdilər” (11, 372). Onun fikrinə görə yeni əlifba bu kimi kəlmələri həm 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin