Səhər gimnastikası. Orta və ahıl yaşlılar üçün bu məşğələlər ən əlverişli və geniş istifadə olunan formadır. Ona səhər yuxusundan ayılandan sonra başlamaq lazımdır. Səhər gimnastikası tənəffüs orqanı, gövdə, aşağı və yuxarı ətraflar üçün 6-9 hərəkətdən ibarət olmalıdır. Hər hərəkət 5-6 dəfə təkrar edilməli, arada fasilə 8-15 saniyə olmalıdır. Yaşlıların ağırlıq daşları, qantellər və s. ilə məşğul olmasını məsləhət görülmür.
Yeriş hərəkətləri.Yaşlılar arasında fiziki yükün bu növü geniş yayılmışdır. Bunun əhəmiyyəti çox böyükdür və asan dozalaşdırılması mümkündür. Yeriş hərəkətinə yavaş tempdə başlamaq (bir dəqiqədə 80-100 addım), eyni ritmlə nəfəs almaq, hər 2-3 km-dən bir 5-10 dəqiqə fasilə etmək məsləhət görülür. Yeriş üçün düz, havası təmiz, yaşıllığı çox olan yer seçmək lazımdır.